Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3152/2021 19.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamaliyev Fərid Seyfulla oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Cavabdeh” Açıq Səhmdar Cəmiyyətinə (üçüncü şəxslər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) qarşı “mülkiyyətində olan evin sökülüb yenidən tikilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-6621/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "Cavabdeh”Açıq Səhmdar Cəmiyyətinə, üçüncü şəxslər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə qarşı “mülkiyyətində olan evin sökülüb yenidən tikilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin verdiyi MH № ******* nömrəli xx.xx.2006-cı il tarixli reyestrdən çıxarışa əsasən onun şəxsi mülküyyətində olan Bakı şəhəri Suraxanı rayonu Əmircan qəsəbəsi A.Rzayev küçəsində 0.03134 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55 kv.m yaşayış, 30 kv.m köməkçi sahədən ibarət 89A nömrəli fərdi yaşayış evinin cavabdeh “Cavabdeh’Açıq Səhmdar Cəmiyyəti tərəfindən sökülərək yenidən tikilməsi və təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 6621/2020 saylı qərardadına əsasən, İddiaçı cavabdeh "Cavabdeh” ASC, üçüncü şəxslər Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə qarşı “mülkiyyətində olan evin sökülüb yenidən tikilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır (Sədrlik edən: Vahid Hacıyev). İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı İnzibati məhkəməsinə hazırkı iddia ilə müraciət edilmişdir. Bakı İnzibati məhkəməsinin icraatında 5 ay həmin məhkəmənin hakimi Aygün Abdullayevanın icraatında qaldıqdan sonra bildirmişdir ki, bu işə Bakı şəhəri Yasamal rayon məhkəməsində baxılmalıdır. Təklif edilmişdir ki, iş ərizə yazılıb geri götürülsün, iddiaçı və onun vəkili tez olmaq üçün işi ərizə yazıb geri götürmüşlər. Ancaq, iddiaçı iddia ilə Yasamal rayon məhkəməsinə deyil, ev və qəza hadisəsi Suraxanıda olduğuna görə Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı rayon məhkəməsininin (hakim Təranə Mahmudova) 2(010)-5609/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə “evin sökülüb yenidən tikilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, icraata qəbul edilmədən geri qaytarılması qərara alınmışdır. Bakı şəhəri Suraxanı rayon məhkəməsininin həmin qərardadında göstərilmişdir ki, iddia Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin təsiri altına düşmədiyindən həmin Məcəllənin 35.1 -ci maddəsinə əsasən cavabdehin olduğu yerə görə verilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 6621/2020 saylı qərardadı ilə şikayət təmin edilməyərək şikayət baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasında iştirak edən İddiaçı şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayətə baxılmasının vaxtı və yeri barədə cavabdehə və üçüncü şəxsə lazımı qaydada məlumat verilməsinə baxmayaraq kollegiya iclasına gəlməmiş, səbəbləri barədə məlumat verilməmişlər. Apellyasiya instansiyası məhkəməsi, gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi iddia ərizəsi aiddiyyət qaydalarının pozulması ilə verildiyinə görə, ərazi aidiyyatı üzrə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatına qəbul edilə və baxıla bilməməsini əsas götürməklə iddia ərizəsinin geri qaytarılmasını qərara almışıdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbi fərdi yaşayış ev üzərində pozulmuş mülkiyyət hüququnun bərpa edilməsi haqqında iddia (neqator) olduğuna görə Azərbaycan Respublikası MPM-in 39.1-ci maddəsinin tələbinə uyğun olaraq fərdi yaşayış evinin olduğu yerə görə (müstəsna aidiyyat qaydasında), yəni Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə verilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq hesab edir ki, iddia tələbi Cavabdeh ASC-nin iddiaçının mülkiyyətinə vurduğu zərərlə əlaqədar olduğundan Mülki Prosessual Məcəllənin 39-cu maddəsinin təsiri altına düşmür. Bu səbəbdən də iddia əmlakın olduğu yerin məhkəməsinə deyil, cavabdehin olduğu yerin məhkəməsinə verilməlidir. Şərh olunanlara əsasən apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-6621/2020 saylı qərardadı ləğv edilməli, mülki iş baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 31, 151, 152-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 6621/2020 saylı qərardadı ləğv edilsin və mülki iş baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3152/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3152/2021
19.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver