Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3164/2022 08.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi, Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdehlər Səmədova (Cavadova) Nazənim Sahib qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-669/2022 saylı, 09.02.2022-ci il tarixli qərardadından cavabdeh X4 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Səmədova (Cavadova) Nazənim Sahib qızına, Cavabdeh2 oğluna və Cavabdeh3 qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin dəftərxanası vasitəsilə cavabdeh Səmədova (Cavadova) Nazənim Sahib qızı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən hazırki iş icraata qəbul edilərkən aidiyyət qaydaları pozulmuşdur. Belə ki, o ünvan 1 ünvanında yaşayır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-669/2022 saylı, 09.02.2022-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır (sədrlik edən : Emin Məmmədli). Həmin qərardaddan cavabdeh Səmədova (Cavadova) Nazənim Sahib qızı ərizənin məzmununa uyğun şikayət verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)- 669/2022 saylı, 09 fevral 2022-ci il tarixli qərardadının ləğv edilməsini və ya şikayəti işlə birlikdə baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-669/2022 saylı, 11.03.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh N.Səmədova şikyətin təmin edilərək, ərizənin təmin edilməsini xahiş etdi. Kollegiya iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər kollegiya iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişlər. Kollegiya həmin şəxslərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsinə dair qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-nin 36.2-ci maddəsinə əsasən, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Cavabdeh Səmədova (Cavadova) Nazənim Sahib qızının qeydiyyat ünvanı Salyan şəhəri, Y.Zərgərli küçəsi, ev 9, digər Cavabdeh3 qeydiyyat ünvanı isə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi Bakqazmaş zavodunun yataqxanasıdır. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır və qeyd edir ki, cavabdehlərdən X5 qeydiyyat ünvanı Bakı şəhəri, Xəzər rayonu olsa da, onun hazırki mülki işə dair hər hansı formada aidiyyəti olduğu iddia ərizəsindən müəyyən edilmir. 1. Nazənim onu tanımadığını deyir. 2. əksinə iş materiallarında olan 03.11.2021-ci il tarixli Neftçala Rayon Polis İdarəsinin Qərarından görünür ki, İddiaçı izahatında bildirmişdir ki, “Nəzənin Cavadovanı 2016-cı ildə Salyan şəhərində MKTB-də fəhlə işlədiyi vaxtdan tanıyır”. Bundan başqa, həmin qərarda İddiaçı verdiyi izahatda ümumiyyətlə Cavabdeh3 adlı şəxsin adına rast gəlinmir. Lakin, verdiyi izahatın ziddinə olaraq, iddiaçı iddia ərizəsində cavabdeh X3 Raqif vasitəsilə tanımasını bildirir. Kollegiya qeyd edilənlərə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh3 hazırki iddia tələbində cavabdeh qismində qeyd edilməsi formal xarakter daşıyır və onun məqsədli şəkildə, işə Xəzər Rayon Məhkəməsində baxılması üçün qoyulması halı birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamışdır. Cavabdeh X1 iclasında verdiyi izahatında da Cavabdeh3 adlı şəxsi tanımadığını bildirmişdir. Mülki Prosessual Məcəllənin 51.1-ci maddəsinə görə, iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Kollegiya qeyd edilən maddənin tələblərinə əsasən vurğulayır ki, tərəflərdən hər birinin digər tərəfə dair prosesdə müstəqil çıxış etməsi həmin tərəfə qarşı konkret bir tələbin mövcud olmasını şərtləndirir. Lakin, hazırki işdə Cavabdeh3 qarşı irəli sürülən konkret bir tələbin olması iddia ərizəsindən və iş materiallarından görünmür. Hazırki mülki işə Cavabdeh3 aidiyyəti araşdırılmadan Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılması gələcəkdə ərazi aidiyyətinin pozulması ilə işə baxılmasına gətirib çıxara bilər. Bu səbəbdən kollegiya hesab edir ki, Cavabdeh3 hazırki mülki işə aidiyyəti birinci instansiya məhkməsi tərəfindən araşdırılaraq məhkəmə aidiyyəti ilə bağlı müvafiq qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən, şikayət təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-669/2022 saylı, 09.02.2022-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Cavabdeh X7 tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-669/2022 saylı, 09.02.2022-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-3164/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3164/2022
08.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver