Məhkəmə qərarları › İş №2(103)-3165/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3165/2024

31.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3165/2024 31.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı iş üzrə (Açar sözlər: Şərəf və ləyaqətin müdafiəsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, İlkin iddia üzrə İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1, ilkin iddia üzrə Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə3 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-56/2023 nömrəli qətnaməsindən ilkin iddia üzrə İddiaçı və ilkin iddia üzrə Cavabdeh (nümayəndəsi və vəkili Nümayəndə3 vasitəçiliyi ilə) tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İlkin iddia üzrə Cavabdeh “Azxeber.com” internet saytına verdiyi müsahibədə ilkin iddia üzrə İddiaçı barəsində “manyak, narkoman, aqressiv, dözülməz adam, belə ər olar, belə kişi olar, keçmiş arvadını əxlaqsız çıxarmaq istəyən” ifadələrini işlətmişdir. Bununla yanaşı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “Youtube” sosial platformasında yaradılmış “Prime tv” kanalına verdiyi müsahibədə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh barəsində “etibar etmək olmaz, tamah salıb, deyir görüşək, müəllim, əslində sevgili, evli bir qadına hərəkətlər edə bilirmiş” ifadələrini işlətmişdir. Hər iki tərəf iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatların yayılması ilə əlaqədar olaraq dəymiş maddi və mənəvi zərərin qarşı tərəfdən tutulması, məlumatların yayıldığı sosial platformalar vasitəsilə təkzib edilməsi və qarşı tərəfin iddia edən tərəfdən üzr istəməsi tələblərini irəli sürmüşlər. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə hər iki iddia tələbi rədd edilmiş, tərəflər həmin qətnamə ilə razılaşmayaraq ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.

a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, dəymiş maddi zərərin əvəzi olaraq 5000 manat, mənəvi zərərin əvəzi olaraq 50000 manat məbləğində pulun, 240 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 55240 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Daha sonra iddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə iddia tələbinin həcmini artıraraq, cavabdehin “Azxeber.com” saytına verdiyi müsahibədə onun barəsində qeyd edilən həqiqətə uyğun olmayan məlumatları həmin saytda təkzib etməklə, üzr istəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2013-cü ildə X2 ilə nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-ci il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. F.Cabbarova onunla birgə nikahda olduğu dövrdə, 2020-ci ilin sentyabr ayından başlayaraq, ona xəyanət etmişdir. Bütün bunların üstü açılanda X.Cabbarova uşaqların atanın himayəsində qalmasına razılıq verib, evdən çıxıb getmişdir. X.Cabbarova evdən çıxıb getdikdən sonra komputerə baxış keçirərkən onun Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavabdeh ilə əxlaqsız yazışmasını aşkar etmiş, yazışmanı aşkar edəndən sonra “Prime TV” internet televiziya kanalına bununla bağlı müraciət edib, yazışmanı təqdim etmişdir. Buna cavab olaraq Cavabdeh “Azxeber.com” saytına müsahibə verərək, onu təhqir etmiş, barəsində həqiqətə uyğun olmayan, qərəzli və yalan məlumatlar yaymışdır. Cavabdeh bildimişdir ki, o, manyak, narkoman, uşağı döyən, dözülməz bir adamdır, aqressivdir, hakimiyyəti pisləyir, X.Cabbarova dözülməz şəraitdə yaşayıb, ondan çoxdan ayrılıb, belə ər, belə kişi olar? Cavabdeh bildirmişdir ki, X.Cabbarovanı tanımır, güya X.Cabbarova parlamentə müraciət edib, onlar da müraciəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndəriblər. Cavabdeh Milli Məclisin İnsan hüquqları və beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvüdür. Belə olan halda sual ortalığa çıxır ki, həmin Komitələrin işi vətəndaşların müraciətlərinə baxıb aidiyyəti üzrə göndərməkdən ibarətdirmi? Əgər Cavabdeh X.Cabbarovanı tanımırsa, necə olub ki, 2018-2021-ci illər ərzində onlar daim mobil telefonla danışıqlar aparıblar? Əgər Cavabdeh X.Cabbarovanı tanımırsa, demək idiaçını da tanımır, belə olan halda hansı əsasla barəsində şər və böhtan xarakterli məlumatlar yayır? İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmişdir, sübut üçün analiz də vermişdir. Həmçinin heç vaxt hakimiyyəti pisləməmişdir, əksinə hər zaman cənab Prezidentin fəaliyyətini var gücü ilə dəstəkləmişdir. O, “Hanwha” şirkətinin Azərbaycan Respublikasındakı rəsmi distribyutoru olmuşdur. Barəsində yayılan yalan məlumatlara görə “Hanwha” şirkəti aralarında bağlanılan müqaviləni pozmuşdur. Yuxarıdakılardan görünür ki, Cavabdeh hərəkətlərinə görə ona maddi və mənəvi zərər vurulmuşdur. Bu müddət ərzində şər-böhtan nəticəsində keçirdiyi mənəvi iztirablar sağlamlığına mənfi təsir göstərmişdir. Dəfələrlə qohum və tanışlar tərəfindən sorğu-suala tutulmuş, barəsində yazılan yalanlarla bağlı dəfələrlə izahatlar vermişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli qərardad qəbul edilərək, mülki iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında “Cavabdeh xx.xx.2021-ci il tarixdə “Azxeber.com” internet portalına “Onun əri narkomandır” başlığı altında verdiyi müsahibədə (mülki iş 06-cı vərəq) İddiaçı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar mövcuddurmu?” sualı qoyulmuşdur.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti xx.xx.2022-ci il tarixli rəy tərtib edərək, qərardaddakı sualı cavablandırmış və qeyd etmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “Azxeber.com” internet portalına “onun əri narkomandır” başlığı altında verdiyi müsahibənin mətnində işlədilmiş bəzi ifadələr (manyak, narkoman, aqressiv, dözülməz adam, belə ər olar, belə kişi olar, keçmiş arvadını əxlaqsız çıxarmaq istəyən) təsdiqini tapmadığı təqdirdə İddiaçı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumat hesab olunur. Mətndə işlədilən ifadələrin böhtan olubolmamasının araşdırılması xüsusi bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir.

7. Bununla yanaşı, iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, dəymiş maddi zərərin əvəzi olaraq 50000 manat, mənəvi zərərin əvəzi olaraq 10000 manat məbləğində pulun və 270 manat məbləğində dövlət rüsumunun pulun cavabdehdən onun xeyrinə tutulması, habelə yayılmış məlumatların “Prime tv” sosial platforması vasitəsilə təkzib edilməsi və cavabdehin ondan üzr istəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh İddiaçı “Youtube” sosial şəbəkəsində evli tələbəsi ilə eşq yaşayır, Cavabdeh haqda şok iddia adı ilə yerləşdirilən 1 dəqiqə 57 saniyədən ibarət məlumatda onun şərəf və ləyaqətini alçaltmaqla, habelə işgüzar nüfuzunu gözdən salmaqla, 50000 manat məbləğində maddi və 10000 manat məbləğində mənəvi ziyan vurmuşdur. Həmin videoçarxda qeyd olunur ki, Cavabdeh kimi adama vəzifə etibar etmək olmaz, bir adam ki, elmi rəhbəri olduğu evli bir xanıma tamah salıb, onunla sevgi münasibətində olursa, görün tabeliyindəki işçilərə necə rəhbərlik edər? Həmçinin həmin məlumatda qeyd olunmuşdur ki, guya cavabdeh İddiaçı öz şəxsi komputerində hələ evli olarkən arvadı X.Cabbbarovanın onun ilə sevgi mesajlarını tapmış, habelə evinə quraşdırdığı gizli kamera vasitəsilə arvadının anası ilə telefon danışıqları zamanı müxtəlif şəxslərlə yanaşı Cavabdeh haqqında da danışılmışdır. Qeyd olunanlar şər və böhtandır. Cavabdeh bu qanunsuz hərəkətləri ilə ondan qisas almaq, işgüzar nüfuzunu, şərəf və ləyaqətini alçaltmaq məqsədilə həmin məlumatlarla internet xəbər agentliyinə müraciət etmiş, habelə həmin məlumatların qeyd olunan məqsədlərlə yayılmasına nail olmuşdur. Belə ki, həmin şər və böhtan xarakterli məlumatlar “Youtube” sosial şəbəkəsində yayıldıqdan sonra o, müəyyən araşdırmalar aparmış və məlum olmuşdur ki, vətəndaş X.Cabbarova tərəfindən Azərbaycan Respublikası Mili Məclisinin deputatı olaraq ona ünvanlanmış şikayət ərizəsi məhkəmə qərarlarının icrası və icra məmurunun hərəkətləri ilə bağlı olduğundan həmin şikayət ərizəsi baxılıb müraciət müəllifinə cavab verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə göndərilmişdir. Həmin şikayət ərizəsi qeyd olunan dövlət orqanına göndərildikdən sonra icra xidməti tərəfindən vətəndaş şikayətinə dərhal reaksiya verilərək, dövlətin adından çıxarılmış məhkəmə qərarının icrası təmin edilmişdir. Cavabdeh məhz onun İcra Baş İdarəsinə etdiyi müraciətdən sonra uşaqların ondan alınıb analarına verildiyinə görə ondan qisas almaq üçün belə bir ittihamla internet xəbər agentliklərinə müraciətlər edərək, barəsində yalan və böhtan xarakterli məlumatlar yaymağa başlamışdır. Cavabdeh qeyd olunan qanunsuz hərəkətləri ilə ona millət vəkili və elmisiyasi-xadim olaraq maddi və mənəvi ziyan vurmuşdur. Belə ki, qeyd olunan şər və böhtan xarakterli məlumatar cavabdeh tərəfindən internet sosial şəbəkələrində yayıldıqdan sonra o, mənəvi və fiziki istirablar keçirdiyinə görə bir çox ağır müalicələr almış, habelə həmin məsələ ilə bağlı bir çox aidiyyəti qurumlarda izahat və ifadələr vermişdir, yaxın qohum və dostlar yanında açıqlamalar verməyə məcbur olmuşdur. Nəticə etibarı ilə şərəf və ləyaqəti, işgüzar nüfuzu kölgə və şübhə altına alınmışdır.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardad qəbul edərək, qeyd olunan mülki işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan mülki işlə birlikdə baxılması üçün həmin məhkəməyə göndərmişdir.

10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli qərardad qəbul edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən göndərilmiş mülki işlə məhkəmənin icraatına ilkin olaraq daxil olmuş mülki işi birləşdirmişdir.

11. Bundan sonra birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli qərardad qəbul edilərək, mülki iş üzrə ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və ekspert qarşısında “Youtube internet sosial şəbəkəsində olan “Prime TV” kanalındakı İddiaçı çıxışında Cavabdeh şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar mövcuddurmu və həmin video daşıyıcıda belə məlumatlar mövcuddursa bu məlumatlar hansılardır?” sualı qoyulmuşdur.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti xx.xx.2023-cü il tarixli rəy tərtib edərək, qərardaddakı sualı cavablandırmış və qeyd etmişdir ki, “Youtube” internet sosial şəbəkəsində olan “Prime TV” kanalındakı İddiaçı çıxışında Cavabdeh barədə ifadə etdiyi məlumatlar – “etibar etmək olmaz”, “tamah salıb”, “deyir görüşək”, “müəllim, əslində sevgili”, “evli bir qadına hərəkətlər edə bilirmiş” öz təsdiqini tapmadığı təqdirdə şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatlar hesab olunur. Həmin məlumatların doğruluğunun müəyyən edilməsi hüquqi araşdırmaya aid məsələdir.

13. Yekunda, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli (2(004)-56/2023 nömrəli mülki iş üzrə, hakim O.Məmmədli) qətnamə qəbul edərək, hər iki iddia tələbini rədd etmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasına, Mülki Məcəlləsinə və “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli, 7 nömrəli Qərarına uyğun əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinin rədd olunduğu hissədə ləğv edilərək, təmin olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Cavabdeh müsahibəsində işlətdiyi ifadələrdən biri “o manyakdır” ifadəsidir. Manyak – davranışlarında maniya əlamətləri müşahidə olunan, bir şeyə hədsiz aludəçilik və qeyri-adi hərəkətlər nümayış etdirən şəxsdir. Manyaklar vicdan anlayışından uzaq olurlar. İlkin iddia üzrə iddiaçının manyak olmağı barədə nə müsahibə zamanı, nə də məhkəmə proseslərində sübut təqdim etməyən Cavabdeh bu ifadəsi həqiqətə uyğun olmamaqla, şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatdır. Həmçinin, məhkəməyə təqdim olunmuş 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 655 nömrəli arayışından görünür ki, İddiaçı adlı şəxs baza məlumatına əsasən, psixiatriya kabinetində dispanser qeydiyyatında yoxdur. Müsahibədə işlədilən ifadələrdən biri də “norkamandır” ifadəsidir. Narkoman – xroniki intoksikasiya doğuran, narkotik vasitələrin və psixotrop maddələrin sui-istifadəsi nəticəsində yaranmış narkotik vasitələrdən və psixotrop maddələrdən psixi və ya fiziki asılılıqla ifadə olunan xəstəlikdir. Məhkəməyə təqdim olunmuş “Narkotik, sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, 1892 nömrəli aktdan görünür ki, İddiaçı narkotik vasitədən istifadə aşkar olunmamışdır. Məhkəməyə təqdim olunmuş “Bakı şəhər Narkoloji Mərkəzi” publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 976 nömrəli arayışdan görünür ki, İddiaçı Bakı Şəhər Narkoloji Mərkəzdə qeydiyyatda yoxdur. Beləliklə, Cavabdeh İddiaçı barəsində narkoman deməyi də mötəbər sübutlarla tam təkzib olunsa da, birinci instansiya məhkəməsi qeyd olunan sənədəri də bilərəkdən görməzdən gəlmişdir. Müsahibədə işlədilən ifadələrdən biri də “uşağı döyən” ifadəsidir. İlkin iddia üzrə iddiaçı övladlarını çox istəyir, onların hər istəyini həyata keçirir və daim nəzakətlə davranır. O, uşaqlarını döymüş olsaydı, uşaqların anası çoxdan bu barədə aidiyyəti polis orqanına müraciət etmiş və barəsində hər hansı araşdırma getmiş olardı. Bütün bunlar olmadığı təqdirdə Cavabdeh uşaqları döyür ifadəsi də təkzib olunmuş və təsdiqini tapmamışdır. Müsahibədə işlədilən ifadələrdən digəri “hakimiyyəti pisləyən” ifadəsidir. İlkin iddia üzrə iddiaçının hazırda iqtidarda olan hakimiyyəti pisləməyi və ya hansısa formada tənqid etməyi barədə hər hansı sübut olmadığı halda, Azərbaycan Respublikası Milli Məclisinin deputatının barəsində bu tipli ifadə işlətməsi də anlaşılan deyildir. Əlavə olaraq, bu cür sübut heç vaxt ola da bilməz, çünki o və ailəsi heç vaxt hazırkı hakimiyyəti pisləməmiş və ya hansısa formada tənqid etməmişlər. Bütün bunlar Cavabdeh özünü siyasi rəhbərliyin qəzəbinə tuş gəlməkdən qorumaq məqsədilə məsələyə siyasi don geyindirməyə yönəlmiş uğursuz cəhdidir. Müsahibədə işlədilən ifadələrdən biri də “aqressiv” ifadəsidir. Aqressivin latıncadan mənası hücum deməkdir. Aqressiv insan dedikdə göz önünə qəzəbli, qəddar bir insan gəlir. İlkin iddia üzrə iddiaçının kiməsə aqressiv hərəkətlər nümayiş etdirməyini də sübut edən hər hansı faktlar mövcud deyildir. Bütün bu sübutlar olduğu halda məhkəmənin iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzunun pozulmasının əsaslı olduğunun öz təsdiqini tapmadığını qeyd etməsi başa düşülən deyil, məhkəmənin bilə-bilə qanunsuz və ədalətsiz qətnamə qəbul etdiyini deməyə əsas verir. Cavabdeh iddia ərizəsinə etirazında “Azxeber.com” saytında deyilənləri təkzib etməmiş, yalnız iddia ərizəsində göstərilənlərə mahiyyəti üzrə münasibət bildirmişdir. Saytda yazılanlar Cavabdeh dilindən yazılmamış olsaydı, təbii ki, sonuncu bununla bağlı etirazını da bildirər, habelə adından həqiqətə uyğun olmayan məlumatlar yayıldığına görə həmin saytla bağlı məhkəmədə iddia qaldırardı. Lakin o, bunların heç birini etməmiş, əksinə etirazında iddiaya mahiyyəti üzrə münasibət bildirməklə yazılanların onun dilindən söylənildiyini təsdiq etmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Fakt, yəni Cavabdeh dedikləri barədə müsahibə verərkən, məqalədə sadaladıqları və həmin məqalədə ilkin iddia üzrə iddiaçı barəsində dediklərini təkzib edən sübutlar da ortada olduğu halda, hakimin hansı ehtimaldan bəhs etdiyi anlaşılan deyildir. Birinci instansiya məhkəməsində ilkin iddiaya münasibətdə müvafiq ekspertiza təyin olunmuşdur. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyində göstərilmişdir ki, “Azxeber.com” saytında dərc olunan məqalədə işlədilən ifadələr təsdiqini tapmadığı təqdirdə həmin məlumatlar İddiaçı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumtlar hesab olunur. Cavabdeh İddiaçı barəsində dediklərinə dair heç bir sübut olmasa da, onun dediklərini təkzib edən sübutlar təqdim olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi bilə-bilə ədalətsiz qətnamə qəbul etmişdir. Bununla yanaşı, Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, X.Cabbarovanın ona tərəf olduğu məhkəmə qətnaməsinin icra olunmaması ilə bağlı müraciət etmiş və şikayət araşdırılması üçün Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə göndərilmiş, habelə müraciətə baxılan ərəfədə guya İddiaçı barəsində məcburi icra tədbirləri görülmüş, şikayətə qədər X.Cabbarova adlı xanımı tanımamışdır. Bu barədə qeyd edilməlidir ki, X.Cabbarovanın evli olduğu dövrdə istifadə etdiyi mobil telefon nömrəsi İddiaçı adına olmuşdur. Hazırkı mübahisəyə baxılmamışdan əvvəl adına olan telefon nömrəsindən çıxan və daxil olan zənglərin siyahısını "xxxx" MMC-yə müraciət etməklə əldə etmişdir. Həmin siyahıya tərəfindən baxış keçirilərkən X.Cabbarovanın Cavabdeh məxsus mobil telefon nömrəsi ilə xx.xx.2017-ci il tarixdə 3 dəfə, xx.xx.2018-ci il tarixdə 1 dəfə olmaqla 7 dəqiqə 45 saniyə danışığı olmuşdur. Cavabdeh isə müsahibəsində X.Cabbarovanı tanımadığını, yalnız sonuncunun tərəf olduğu məhkəmə qərarının icra olunmaması ilə bağlı Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi ona müraciət etdiyini və öz növbəsində müraciətin baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərildiyini bildirmişdir. Cavabdeh, həmçinin, bildirmişdir ki, guya müraciət onun tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərildikdən sonra dərhal tədbir görülmüş və məsələ müsbət həll olunmuşdur. Lakin Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki, X.Cabbarovanın Cavabdeh ünvanlandığı müraciəti xx.xx.2021-ci il tarixdə baxılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilmiş, xx.xx.2021-ci il tarixli məktubla E. Nəsirova cavab verilmişdir. Göründüyü kimi, deputat sorğusuna 15 təqvim günü ərzində, bu halı bir kənara qoyduqda, vətəndaş müraciəti olaraq götürdükdə 15 iş günü ərzində cavab verilməli olduğu halda, Cavabdeh tərəfindən göndərilmiş müraciətə 3 (üç) aydan artıq vaxt keçdikdən sonra cavab verilmişdir. Bu halda hansı dərhal icra və tədbirlərdən söhbət getməsi başa düşülən deyildir. Bununla yanaşı, Cavabdeh verilmiş cavabın mahiyyətindən görünür ki, göndərilən şikayətə və şikayətçinin tərəf olduğu məhkəmə qərarına görə heç bir tədbir görülməmiş, həmin ərəfədə mübahisə artıq öz həllini tapmışdır. Həmçinin, X.Cabbarova Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında müraciət edərək İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinə əsasən, cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı onun barəsində Cavabdehla intim münasibətləri olması barədə şər-böhtan xarakterli məlumatlar paylaşaraq, onu rüsvay etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı ilə X.Cabbarovanın xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina olunmuş və qərar qanuni qüvvəyə minmişdir. Həmin qərardan müəyyən edilir ki, İddiaçı yalan məlumat paylaşmadığı, arvadının adı çəkilən şəxslə xəyanət etdiyi təqdim olunmuş sübutlarda öz əksini tapmışdır. Qeyd olunanlara əsasən, ilkin iddia üzrə iddiaçı hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın rədd edilməsi hissəsində ləğv olunmalı, ilkin iddia tələbi təmin edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

17. Mülki iş apellyasiya şikayəti ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə daxil olduqdan sonra xx.xx.2024-cü il tarixdə ilkin iddia üzrə Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə3 tərəfindən apellyasiya şikayəti (şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə birlikdə) verilmiş, bu hal apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmış və xx.xx.2024-cü il tarixdə qərardad qəbul edilmişdir. Qərardad əsasında mülki iş apellyasiya baxışından çıxarılaraq, birinci instansiya məhkəməsinə göndərilmişdir. Birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə ilkin iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə3 tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsi barədə ərizə təmin olunaraq, buraxılmış prosessual müddət bərpa edilmiş və qətnamədən ilkin iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

18. İlkin iddia üzrə Cavabdeh (nümayəndəsi və vəkili Nümayəndə3 vasitəçiliyi ilə) apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin rədd olunduğu hissədə ləğv edilərək, təmin olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Belə ki, məhkəməyə göndərilən iddia ərizəsində Cavabdeh şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyən məlumatın qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən “Youtube” sosial şəbəkəsində (link: https://www.youtube/com/watch?v=lvtqORu3Kkw) “Cavabdeh evli tələbəsi ilə eşq yaşayır” adı altında videogörüntü paylaşması qeyd edilmişdir. Həmin videogörüntüdə “Cavabdeh haqqında şok iddia” adı ilə yerləşdirilən 1 dəqiqə 57 saniyədən ibarət məlumatda Cavabdeh şərəf və ləyaqətini alçaltmağa, işgüzar nüfuzunu gözdən salmağa çalışılmış və bununla da ona 50000 manat məbləğində maddi və 10000 manat məbləğində mənəvi ziyan vurulmuşdur. Həmin video çarxda qeyd olunur ki, Cavabdeh kimi adama vəzifə etibar etmək olmaz, bir adam ki, elmi rəhbər olduğu evli bir xanıma tamah salıb onunla sevgi münasibətində olursa, görün tabeliyindəki işçilərə necə rəhbərlik edər ifadələrindən ibarət ərizə ilə İddiaçı adlı şəxs “Prime TV” internet xəbər agentliyinə ərizə ilə müraciət etmişdir. Onun müraciətinin məzmunu çarxda göstərilib. Həmin videogörüntüdə səslənən məlumatlar Cavabdeh şərəf və ləyaqətini alçaldan, onun işgüzar nüfuzuna xələl gətirən məlumatlardır. Cavabdeh Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır, həmçinin böyük nüfuza malik siyasətçidir, Yeni Azərbaycan Partiyasının rəhbərliyindədir, habelə xarici ölkələrdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olaraq dövlətinə qarşı yönələn mənfi düşüncəli insanlarla mübarizə aparan şəxslərdən biridir. Cavabdeh cəmiyyətdə tutduğu vəzifəsi nəzərə alınsa, qarşılıqlı iddia üzrə cavabdehin “Youtube” sosial şəbəkəsində paylaşdığı ifadələr həm onun işgüzar nüfuzunu, həm də şərəf və ləyaqətini alçaldan ifadələrdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən, başqalarının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Belə ki, Cavabdeh heç vaxt iddiaçının keçmiş arvadı ilə hər hansı şəxsi münasibəti olmamışdır. Onun barəsində həqiqətə uyğun olmayan məlumatlar İddiaçı tərəfindən yayıldıqdan sonra onun tərəfindən araşdırma aparılmış və müəyyən edilmişdir ki, vətəndaş X.Cabbarova adlı şəxs tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı olaraq ona ünvanlanmış şikayət ərizəsi məhkəmə qərarlarının icrası və icra məmurunun hərəkətləri ilə bağlı olduğundan həmin şikayət ərizəsi baxılıb müraciət müəllifinə cavab verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə göndərilmişdir. Həmin şikayət ərizəsi qeyd olunan dövlət orqanına göndərildikdən sonra icra xidməti tərəfindən göndərilmiş vətəndaş şikayətinə dərhal reaksiya verilərək və dövlətin adından çıxarılmış məhkəmə qərarının icrası istiqamətində zəruri qanunamüvafiq tədbirlər görülərək, təmin edilmişdir. Bundan narazı qalan İddiaçı məhz edilmiş vətəndaş müraciətindən sonra məhkəmə qərarının onun ziyanına icra edildiyini düşünüb barəsində internet xəbər agentliklərinə həqiqətə uyğun gəlməyən məlumatları yaymışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını, ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edərək, təmin olunmamasını xahiş etmişdir.

22. Məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə3 ilkin iddia üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını, ilkin iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edərək, təmin olunmamasını xahiş etmişdir.

23. İlkin iddia üzrə İddiaçı və Cavabdeh isə məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

24. Maddə 46. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

25. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.

26. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.

27. Maddə 1096.1 və 1096.2. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

"Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli, 7 nömrəli qərarı:

29. Bənd 3. Məhkəmələr tərəfindən şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Hazırkı işdə ilkin və qarşılıqlı iddia tələblərinin hər biri rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə ilkin və qarşılıqlı iddialar üzrə iddiaçı və cavabdeh tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız sayır və qeyd edir ki, şikayətlərin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Bununla bağlı qeyd edilməlidir ki, ilkin və qarşılıqlı iddia tələblərinin hər ikisi şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən məlumatların yayılması ilə əlaqədar olaraq dəymiş maddi və mənəvi zərərin qarşı tərəfdən tutulması, məlumatların yayıldığı internet saytı və sosial şəbəkədə yaradılmış internet kanalı vasitəsilə təkzib edilməsi və qarşı tərəfin iddia edən tərəfdən üzr istəməsindən ibarət olmuşdur.

37. Göründüyü kimi, tərəflər arasındakı mövcud mübahisə şərəfin və ləyaqətin müdafiəsi üzrə yaranan mübahisədir və iddia tələbi şərəfi, ləyaqəti ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunması, maddi və mənəvi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - Mülki Məcəllə) 21 və 23-cü maddələri, habelə əlaqəli normalar əsasında həll edilməlidir.

38. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

39. "Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli, 7 nömrəli qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir:

40. məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi;

41. həmin məlumatların doğru olmaması;

42. bu məlumatların yayılması.

43. Həmin Qərarda əks olunmuş tələbləri nəzərə alan məhkəmə kollegiyası hər iki tərəfin bir-biriləri barədə ifadə etdikləri məlumatların şərəf və ləyaqətini ləkələyibləkələməməsini, doğru olub-olmaması və bu məlumatların yayılıb-yayılmaması hallarını aydınlaşdırılmışdır.

44. Bu baxımdan kollegiya Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək, mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, ilkin iddia tələbinin əsasını təşkil edən və ilkin iddia üzrə Cavabdeh “Azxeber.com” internet saytına verdiyi müsahibədə ilkin iddia üzrə İddiaçı barəsində “manyak, narkoman, aqressiv, dözülməz adam, belə ər olar, belə kişi olar, keçmiş arvadını əxlaqsız çıxarmaq istəyən” məlumatlarını ifadə etmişdir.

45. Qeyd olunan məlumatların ilkin iddia üzrə iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunub-olunmadığının müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin olunmuş və ekspert rəyi əsasında müəyyən edilmişdir ki, həmin məlumatlar təsdiqini tapmadığı təqdirdə İddiaçı şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunur.

46. Bununla yanaşı, qarşılıqlı iddia tələbinin əsasını təşkil edən və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “Youtube” sosial şəbəkəsində yaradılmış “Prime tv” kanalına verdiyi müsahibədə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh barəsində “etibar etmək olmaz, tamah salıb, deyir görüşək, müəllim, əslində sevgili, evli bir qadına hərəkətlər edə bilirmiş” məlumatlarını ifadə etmişdir.

47. Qeyd olunan məlumatların qarşılıqlı iddia üzrə iddiaçının şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunub-olunmadığının müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin olunmuş və ekspert rəyi əsasında müəyyən edilmişdir ki, həmin məlumatlar təsdiqini tapmadığı təqdirdə Cavabdeh şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab olunur.

48. Ali Məhkəmənin Plenumu yuxarıda qeyd edilmiş qərarında məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsinə izah verərək, göstərir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir.

49. Məhkəmə kollegiyası qeyd edilənlər əsasında belə nəticəyə gəlir ki, hər iki tərəfin bir-biriləri barədə ifadə etdikləri məlumatlar həqiqətəndə əxlaqi prinsiplər, istehsaltəsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında hazırkı tərəflər barəsində mənfi rəy yaranması ilə nəticələnmişdir. Bu hal həmçinin keçirilmiş ekspertizalar nəticəsində də öz təsdiqini tapır.

50. Həmin məlumatların ilkin iddia üzrə iddiaçıya münasibətdə doğru olub-olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında yer alan, “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsində xx.xx.2021-ci ildə tərtib olunmuş, “Narkotik, sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında” 1892 nömrəli aktdan müəyyən olunur ki, ilkin iddia üzrə İddiaçı verdiyi analizdə mənfi hallar aşkar edilməmişdir.

51. Həmçinin, qeyd olunan qurumun xx.xx.2021-ci il tarixli, 976 nömrəli arayışından müəyyən olunur ki, ilkin iddia üzrə İddiaçı Bakı Şəhər Narkolji Mərkəzində qeydiyyatda yoxdur.

52. İş materiallarında olan 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 655 nömrəli arayışından müəyyən olunur ki, ilkin iddia üzrə İddiaçı baza məlumatlarına əsasən, müəssisənin psixiatriya kabinetində dispanser qeydiyyatında yoxdur.

53. Göründüyü kimi, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə İddiaçı barəsində ifadə etdiyi (“narkoman”, “manyak”, “aqressiv” və “dözülməz adam”) məlumatların doğru olmaması yuxarıda qeyd olunan sənədlərlə öz təsdiqini tapır. Bununla yanaşı, ilkin iddia üzrə Cavabdeh ifadə etdiyi həmin və digər (belə ər olar, belə kişi olar və keçmiş arvadını əxlaqsız çıxarmaq istəyən) məlumatların doğru olması barədə də məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

54. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı E.Nəsriov barəsində ifadə etdiyi məlumatlara münasibətdə isə qeyd olunmalıdır ki, həmin məlumatların doğru olması da iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, E.İddiaçıNəsirov barəsinə məlumatları yayarkən, bu həərkətlərinin əsaslılığını ilkin iddia ərizəsinə əlavə etdiyi sosial şəbəkədə yazılmış mesajların ekran şəkilləri və telefon danışıqları barədə müvafiq operatordan əldə olunmuş çıxarışlarla sübut etməyə çalışsa da, qeyd olunan sübutların mötəbərliyi şübhə altında qalmışdır. Belə ki, sosial şəbəkədə aralarında keçdiyi iddia olunan danışıqların həqiqətəndə Cavabdehla X.Cabbarovaya məxsus olması sübuta yetirilmir. Hazırkı dövrdə elm və texnologiyanın inkişafını, bununla əlaqədar olaraq, belə formada mesajlaşların şəxs tərəfindən müəyyən qərəzli məqsədlər naminə hazırlanmasına şərait yaradacaq kifayət qədər tətbiqi proqram təminatları mövcuddur. İş materiallarında yer alan həmin ekran şəkillərinin montajla hazırlanma ehtimalı da onların mötəbərliyini şübhə altına salan digər məqamlardan biridir. Belə olan halda, həmin ekran şəkillərinin mövcudluğu cavabdeh barəsində belə məlumatların ilkin iddia üzrə iddiaçı tərəfindən yayılmasına əsas verə bilməz. Bununla yanaşı, iş materiallarında yer alan telefon danışıqları barədə müvafiq operatordan əldə olunmuş çıxarışlarda da, sadəcə zənglərin tarixi və vaxtı, zəng olunan nömrə, zəngi qəbul edən operator, danışıq müddəti, hesablanan məbləğ və s. iş üçün əhəmiyyət kəsb etməyən məlumatlar qeyd olunmuşdur. Qeydə alınmış həmin zənglər vasitəsilə tərəflərin aralarında nə barədə danışıq apardıqları və həmin danışıqların ilkin iddia üzrə iddiaçı tərəfindən cavabdeh barədə belə məlumatlar yaymasına əsas verib-vermədiyi müəyyən edilmir. Odur ki, həmin çıxarışlar da hazırkı mübahisələr üzrə iş üçün əhəmiyyətli sübut kimi qiymətləndirilə bilməz.

55. Həmçinin, qarşılıqlı iddia üzrə cavabeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, habelə apellyasiya şikayəti verərkən dəlillərində qeyd etmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə X.Cabbarovanın xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina olunmuş və qərar qanuni qüvvəyə minmişdir. Həmin qərarda qeyd edilmişdir ki, İddiaçı yalan məlumat paylaşmadığı, arvadının adı çəkilən şəxslə xəyanət etdiyi təqdim olunmuş sübutlarda öz əksini tapmışdır. Bu barədə məhkəmə kollegiyası izah edir ki, həmin qərardan xüsusi ittiham qaydasında şikayət verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli, 1(103)-1468/2021 nömrəli qərarı ilə xüsusi ittiham qaydasında verilmiş apellyasiya şikayəti təmin edilmiş, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməsi barədə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)- 199/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X.Cabbarovanın xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə materiallar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə göndərilmişdir. Daha sonra xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X.Cabbarova məhkəmənin xx.xx.2021-ci il tarixli hazırlıq iclasında ərizə təqdim edərək bildirmişdir ki, İddiaçı bağışlayır və xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edir. Bu səbəbdən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixli, 1(010)-199/2021 nömrəli qərar qəbul edərək, X.Cabbarovanın İddiaçı qarşı xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən məhkəmənin hazırlıq iclasının nəticələri əsasında imtina olunmuş və qərar qanuni qüvvəyə minmişdir. Beləliklə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv olunduğundan hazırda sübut əhəmiyyətinə malik deyil və mübahisə üzrə hər-hansı məna kəsb etmir.

56. Görüdüyü kimi, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh barəsində ifadə etdiyi (“etibar etmək olmaz”, “tamah salıb”, “deyir görüşək”, “müəllim, əslində sevgili”, “evli bir qadına hərəkətlər edə bilirmiş”) məlumatların doğru olması yuxarıda qeyd olunan sənədlərlə öz təsdiqini tapmır.

57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “af irmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar faktehtimallarından irəli gələ bilər (§68).

58. Lakin hazırkı iş üzrə nə ilkin iddia üzrə iddiaçı, nə də ki, ilkin iddia üzrə cavabeh öz iddialarının, yəni qarşı tərəfə qarşı işlətdiyi ifadə və məlumatların doğruluğunu sübuta yetirə bilməmişlər.

59. Ali Məhkəmənin Plenumu xx.xx.1999-cu il tarixli qərarında məlumatın doğru olmamasına onun həqiqətə uyğun olmaması, yəni yalan olması kimi anlayış verir.

60. Nəticədə, hər iki tərəfin bir-biriləri barədə ifadə etdiyi məlumatlar həqiqətə uyğun olmayıb, öz təsdiqini tapmadığı üçün şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkələyən məlumatlar hesab olunmalıdır.

61. Məhkəmə kollegiyası tərəfindən araşdırlmış digər hal isə bu məlumatların yayılıbyayılmaması olmuşdur.

62. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu öz qərarında şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən aydınlaşdırılmalı hallardan biri kimi bu məlumatların yayılmasını qeyd etmişdir. Daha sonra Plenum məlumatların yayılmasına izah verərək, qeyd etmişdir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər.

63. Hazırkı mübahisələr üzrə də tərəflərin müvafiq olaraq “Azxeber.com” internet saytına və “Youtube” sosial şəbəkəsində yaradılmış “Prime tv” kanalına verdiyi müsahibələr nəticəsində doğru olmayan məlumatlar qeyri-müəyyən şəxslər dairəsinə bildirildiyi üçün yayılmış hesab olunmalıdır.

64. Beləliklə, işin halları sistemli şəkildə tədqiq olunduqda aşkar şəkildə məlum olur ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.1999-cu il arixli qərarında nəzərdə tutulmuş üç element (məlumatın şərəf və ləyaqəti ləkələməsi, məlumatların doğru olmaması; məlumatların yayılması) məcmu şəkildə hər iki tələbə münasibətdə mövcuddur.

65. İlkin və qarşılıqlı iddia üzrə tərəflərin hərəkətlərinin şərəf və ləyaqəti, işgüzar nüfuzu ləkəlməsi ilə nəticələndiyini müəyyən edən kollegiya, bu hərəkətlərin hüquqi nəticələrini hər iki iddia tələbləri ilə birlikdə təhlil edərək aşağıdakıları qeyd edir.

66. Hər iki iddia tələbində tərəflər şərəf və ləyaqətlərinin, habelə işgüzar nüfuzlarının lənkələnməsini əsas gətirərək, dəymiş maddi və mənəvi zərərin qarşı tərəfdən tutulmasını tələb etmişlər.

67. İlkin iddia üzrə İddiaçı iddia etmişdir ki, yayılmış məlumatlara görə keçirdiyi mənəvi iztirablar sağlamlığına mənfi təsir göstərmiş, əlavə olaraq distribyutoru olduğu “Hanwa” şirkəti onunla bağladığı müqaviləni həmin məlumatlarla əlaqədar olaraq pozmuş və nəticədə ona 5000 (beş min) manat məbləğində maddi zərər dəymişdir.

68. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə iddia etmişdir ki, yayılmış məlumatlara görə mənəvi və fiziki iztirablar keçirmiş, bununla əlaqədar bir çox ağır müalicələr almış və nəticədə ona 50000 (əlli min) manat məbləğində maddi zərər dəymişdir.

69. İddia olunan maddi zərərlərlə bağlı kollegiya izah edir ki, əgər tərəf hüquq pozuntusu nəticəsində ona hər hansı miqdarda maddi ziyanın dəydiyini iddia edirsə, bu zərərin həqiqətəndə mövcud olduğunu sübuta yetirməli, dəymiş maddi zərəri isə nəyə istinadən hesablayaraq tələb etdiyi əsaslandırmalıdır.

70. Nəzərə almaq lazımdır ki, təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

71. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir.

72. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir (“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarı).

73. Lakin tərəflər formal mülahizələrə əsaslanaraq, onlara maddi zərərin dəydiyini iddia etsələr də, bu halların həqiqiliyini sübuta yetirə bilməmişlər. İlkin iddia üzrə İddiaçı “Hanwa” şirkətinin onunla bağladığı müqaviləni məhz həmin məlumatlarla əlaqədar olaraq pozduğunu, bu müqavilənin, habelə sağlamlığının pozulması nəticəsində ona həqiqətəndə 5000 manat məbləğində maddi ziyanın dəydiyini, qarşılqlı iddia üzrə iddiaçı Cavabdeh isə hansı ağır müalicələr aldığı və bu müalicələr nəticəsində ona həqiqətəndə 50000 manat məbləğində maddi ziyanın dəydiyi barədə məhkəməyə hər hansı mötəbər sübutlar təqdim etməmişlər.

74. Odur ki, birinci instansiya məhkəməsi sübutları qiymətləndirərək, hər iki iddia tələblərini maddi zərərin tutulması hissəsində əsassız hesab etdiyinə görə rədd etməklə qanunauyğun nəticəyə gəlimişdir.

75. Bununla yanaşı, ilkin iddia üzrə İddiaçı iddia etmişdir ki, yayılmış məlumatlara görə mənəvi iztirablar keçirmiş, bu iztirablar sağlamlığına mənfi təsir göstərmiş, bu müddət ərzində qohum və tanışları tərəfindən sorğu-suala tutulmuş, dəfələrlə izahlar vermişdir. Həmin məlumatlar onun qonşular və cəmiyyət arasında hörmətini aşağı salmış, nüfuzuna xeyli miqdarda zərər vurmuşdur. O, dəymiş mənəvi zərərin əvəzi olaraq 50000 (əlli min) manat məbləğində pul tələb etmişdir.

76. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh isə iddia etmişdir ki, yayılmış məlumatlara görə mənəvi və fiziki iztirablar keçirmiş, bununla əlaqədar bir çox ağır müalicələr almış, məsələ ilə bağlı bir çox aidiyyəti qurumlarda izahat və ifadələr vermiş, yaxın qohuməqraba, dostlar yanında açıqlamalar verməyə məvbur olmuşdur. Həmin məlumatlar onun etibarını, şərəf və ləyaqətini, habelə işgüzar nüfuzunu kölgə və şübhə altına almışdır. O, dəymiş mənəvi zərərin əvəzi olaraq 10000 (on min) manat məbləğində pul tələb etmişdir.

77. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların yayılması nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.

78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 13 iyun 2002-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər biləvasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

79. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər.

80. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 41ci maddəsində qeyd edilir ki, əgər məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, məhkəmə zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.

81. Plenum qərarında daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

82. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər.

83. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

84. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər

85. Nəzərə almaq lazımdır ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar).

86. İş materiallarının araşdırılması zamanı, habelə ekspert rəylərindən ilkin və qarşılıqlı iddialar üzrə tərəflərin hərəkətlərinin bir-birinin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkəlməsi ilə nəticələndiyi işin mübahisəsiz halına çevrildiyindən, təbii olaraq, onların hər birinin müəyyən müddət ərzində nigarançılıq, ruhi sarsıntı, iztirab, həyəcan, sarsıntı, məyusluq və s. hisslər keçirməsi halları da mövcud olmuşdur. Tərəflər bir-biriləri barədə doğru olmayan məlumatlar yaymaqla anadangəlmə və ya qanun əsasında onlara məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmuşlar.

87. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsini, eləcə də tərəflərin təqsirini və s. vacib halları nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, ilkin və qarşılıqlı iddialar üzrə tərəflər eyni mövzudan qaynaqlanan mübahisələr nəticəsində birbiriləri barəsində doğru olmayan məlumatlar ifadə etmiş, bu məlumatlar internet şəbəkəsində yayılmış, nəticədə, hər ikisi təqsirli olmuş və onlar oxşar xarakterli və dərəcəli mənəvi, habelə fiziki iztirablar keçirmişlər. Bu səbəbdən də, kollegiya hesab edir ki, onlar bir-birilərinə bərabər miqdarda mənəvi zərər vurmuşlar.

88. Qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.Abbasovanın şikayəti üzrə 14 oktyabr 2016-cı il tarixli, Nümayəndə2 şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli və s. qərarları).

89. Hazırda hər iki tərəfin hüquqlarının onların təqsirli hərəkətləri nəticəsində pozulduğunu və bu hüquq pozuntusu nəticəsində bir-birilərinə bərabər miqdarda mənəvi zərər vurduqlarını nəzərə alan kollegiya izah edir ki, tərəflərin hüquqlarının bərpa edilməsi məqsədilə mənəvi zərərin əvəzi olaraq onların hər birindən eyni miqdarda pul vəsaitinin tutulmasındansa, heç birindən tutulmaması daha səmərəli və ədalət anlayışına cavab vermiş olar.

90. Belə ki, tərəflərin hər birindən vurduqları mənəvi zərərə görə eyni miqdarda pul vəsaitinin tutulması onlar barəsində hər-hansı müsbət hüquqi nəticə verməyəcək, əksinə onların arasındakı mübahisənin yekunlaşmaması, uzanması, habelə məhkəmədə və icra orqanında iş yükünün artması ilə nəticələnəcəkdir.

91. Odu ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin mənəvi zərər hissəsində də rədd edilməsi məqsədəuyğun və qanunamüavfiq olmuşdur.

92. İlkin və qarşılıqlı iddai tələblərinin məlumatların yayıldığı sosial platformalar vasitəsilə təkzib edilməsi və qarşı tərəfin iddia edən tərəfdən üzr istəməsi hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, Mülki Məcəllənin 23.1-ci maddəsinə görə, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.

93. Həm şərəf, həm də ləyaqət insanda yüksək mənəvi keyfiyyətləri göstərən xassələrin məcmusu olsa da şərəf bu xüsusiyyətlərə görə hər hansı şəxsə ətrafdan verilən dəyəri, qiyməti ehtiva edirsə, ləyaqət həmin xassələrin dəyərini dərk edən şəxsin özünə qarşı duyduğu ehtiram hissidir. Tərəflər bir-biriləri barəsində şərəf və ləyaqəti, habelə işgüzar nüfuzu ləkələyən ifadələr işlətdikləri üçün onların hər-birinin şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi barədə qanuni və əsaslı tələb hüquqları yaranmışdır.

94. Lakin nəzərə almaq lazımdır ki, məhkəmə prosesi iddiaçı ilə cavabdehin toqquşan hüquqlarının araşdırılması üzərində qurulur və onların qanuni hüquq və mənafelərinin təsdiq edilməsinə xidmət edir. Buna görə də, məhkəmə işə baxılarkən, mühakimənin doğru istiqamətdə getməsini təmin etmək üçün əvvəlcə iddiaçı və cavabdehin müvafiq prosessual statusda tanınması, tələbin cavab verməli şəxsə qarşı sürülməsi və s. zəruri şərtlərin mövcudluğunu müəyyən etməlidir.

95. Həmin şərtləri müəyyən edilməsi üçün isə ilk növbədə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq normalarına diqqət yetirilməlidir.

96. Belə ki, prosessual qanunvericiliyə görə, prosesdə tərəflər iddiaçı və cavabdehdir. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər iddiaçı, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər isə cavabdeh hesab olunurlar (50-ci maddə). Göründüyü kimi, iddiaçı özünün və ya başqasının mənafeyi naminə iddia qaldırır, həmin iddianın tələbi isə cavabdehə yönəlir.

97. İlkin və qarşılıqlı iddia ərizələrində isə məlumatların məhz müvafiq olaraq yayıldığı internet saytı və sosial şəbəkə vasitəsilə təkzib edilməsi iddiaçı və cavabdeh tərəfindən tələb edilmiş, lakin onlar öz ərizələrində cavabdeh qismində sadəcə təqsirkar fiziki şəxsləri göstərmişlər. Bu baxımdan məlumatın təkzib edilməsi vəzifəsinin ilkin və qarşılıqlı iddialar üzrə cavabdehlərlə yanaşı onların müsahibələrini paylaşmış internet saytı və sosial şəbəkə kanalının üzərinə də qoyulması zərurəti yaranmışdır. Odur ki, bu hal (həmin internet saytı və sosial şəbəkədə fəaliyyət göstərən kanal hazırkı tələblər üzrə cavabdeh qismində iştirak etməmələri) məlumatların məhz müvafiq olaraq yayıldığı internet saytı və sosial şəbəkə vasitəsilə təkzib edilməsi tələblərinin təmin olunmasını da mümkünsüz etmiş və haqlı olaraq rədd olunmuşdur.

98. Bununla yanaşı nəzərə alınmalıdır ki, qanunvericilikdə həqiqətə uyğun olmayan məlumatların yayılmasına görə zərərin ödənilməsi və məlumatın təkzib olunması öz əksini tapsa da, üzr istənilməsi barədə müddəa nəzərdə tutulmamışdır. Odur ki, hər iki iddia tələbi qarşı tərəfin üzr istəməsi hissəsinə münasibətdə əsassız olmuşdur.

99. Qeyd olunanlara əsasən və apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri formal xrakter daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil.

100. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

101. Şərh olunanlara əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)-56/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar