Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3166/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 MMC-yə qarşı iş üzrə (Açar sözlər: “hərracın nəticələrinin etibarsız hesab edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, Cavabdeh1 QSC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)-117/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-386/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdehlər İddiaçı, X11, X9, X10 müştərək qaydada iddiaçı Cavabdeh1 QSC-nin xeyrinə 189.810,2 ABŞ dolları əsas, 102.311,91 ABŞ dolları faiz, 250 ABŞ dolları cərimə, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat və 80 manat xidmət haqqının tutulması, turmanın İddiaçı mülkiyyətində olan Xaçmaz şəhəri, Ramil Sadıqov küçəsi, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 38.9 kv.metr ümumi sahədən ibarət 14 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 15.000 manat məbləğində müəyyən edilməsi; İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaq 5, 113.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 44.000 manat məbləğində müəyyən edilməsi; X1 mülkiyyətində olan Xaçmaz şəhəri, Cavadxan küçəsi, 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 264.7 kv.metr ümumi sahədən ibarət olan 2a saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 52.000 manat məbləğində müəyyən edilməsi; X2 mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.15687 ha torpaq sahəsi və onun üzərində yerləşən 375.kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəyə (istehsal sexi) yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 205.000 manat məbləğində müəyyən edilməsi; ekspertiza tədqiqatının dəyəri 150 manat məbləğində pulun iddiaçı və cavabdehlərdən müştərək qaydada tutulmas qət edilmişdir.
2. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru xx.xx.2022-ci il tarixli məktubla Cavabdeh2 MMC-dən həmin əmlaklar ilə bağlı hərracın keçirilməsi xahiş edilmişdir. Məktub xx.xx.2022-ci il tarixdə Cavabdeh2 MMC-yə daxil olmuşdur.
3. Hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildiriş həmin tarixli reyestrə əsasən iddiaçının icra vərəqəsində göstərilən rəsmi qeydiyyatda olduğu ünvan 1i ünvanına göndərilmişdir. Məktuba əsasən ilkin hərracın xx.xx.2022-ci il saat 11:00-da keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixdə kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X6 (portalında) dərc olunmuş və elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir.
4. Təkrar hərracın keçirilməsinə dair xx.xx.2022-ci il tarixli bildiriş həmin tarixli reyestrə əsasən iddiaçının icra vərəqəsində göstərilən rəsmi qeydiyyatda olduğu ünvan 2i ünvanına göndərilmişdir. Həmin bildirişə əsasən təkrar hərracın xx.xx.2022-ci il saat 11:00də keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixdə kütləvi informasiya vasitəsi statuslu “Birjanyus” X6 (portalında) dərc olunmuş və elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində yerləşdirilmişdir.
5. Hər iki hərrac iştirakçısı olmaması səbəbindən baş tutmamış, bu barədə məlumatlar cavabdehin rəsmi internet səhifəsi www.e-herrac.com, habelə www.birjanews.az internet saytlarında xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində dərc olunmuşdur.
6. xx.xx.2022-ci il tarixə təyin edilmiş təkrar hərrac baş tutmadığına görə Cavabdeh2 MMC-nin ipoteka predmetlərinin təkrar hərracdakı satış dəyərinin 25%-dən az olmayan qiymətə əldə edilməsi barədə xx.xx.2022-ci il tarixli təklifi ipoteka saxlayan Cavabdeh1 QSC-yə, iddiaçıya və digər tərəflərə göndərilmişdir.
7. 28.11.2022-ci il tarixdə Cavabdeh1 QSC tərəfindən qeyd olunan əmlakların əldə edilməsi üçün razılıq verilmişdir.
8. xx.xx.2022-ci il tarixli açıq hərracın yekunları barədə 274/22 nömrəli protokola əsasən təkrar hərrac baş tutmadığına görə ipoteka saxlayan Cavabdeh1 QSC Xaçmaz şəhəri, Ramil Sadıqov küçəsi, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 38.9 kv.metr ümumi sahədən ibarət 14 saylı fərdi yaşayış evini 9.563 manata (15.000 – 15% = 12.750 – 25% = 9.563), İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaq 5, 113.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evini 28.050 manata (44.000 – 15% = 37.400 – 25% = 28.050), X1 mülkiyyətində olan Xaçmaz şəhəri, Cavadxan küçəsi, 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 264.7 kv.metr ümumi sahədən ibarət olan 2a saylı fərdi yaşayış evini 33.150 manata (52.000 – 15% = 44.200 – 25% = 33.150), X2 mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.15687 ha torpaq sahəsi və onun üzərində yerləşən 375.kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisəni (istehsal sexi) 130.687,5 manata (205.000 – 15% = 174.250 – 25% = 130.687) əldə etmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Cavabdeh1 QSC və Cavabdeh2 MMC-yə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədi üzrə əmlakın açıq hərracda satılması ilə bağlı sifarişi əsasında hərrac təşkilatı olan Cavabdeh2 MMC-nin hərracın yekunları barədə 274/22 saylı, xx.xx.2022-ci il tarixli protokolun etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-386/2022 xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən ondan, X11, X9, X10 müştərək qaydada cəmi 189810.2 ABŞ dolları əsas, 102311.91 ABŞ dolları faiz, 250 ABŞ dolları cərimə alınaraq Cavabdeh1 QSC-yə verilməlidir. Tələb ona məxsus Xaçmaz şəhəri, Ramil Sadıqov küçəsi 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 14 nömrəli fərdi yaşayış evinə, ona məxsus Xaçmaz Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə, X3 mülkiyyətində olan Xaçmaz şəhəri Cavadxan küçəsi 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2a nörməli fərdi yaşayış evinə və X2 mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi 0.15687 ha torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksinə yönəldilməlidir. Xaçmaz rayon İcra və Probasiya şöbəsi tərəfindən icra sənədi üzrə cavabdeh olaraq ona göstərilən icra sənədi barədə heç bir məlumat vermədən evin açıq hərracda satılması ilə bağlı sifariş vermişdir. İcra sənədində göstərilən bütün əmlaklar hərrac təşkilatı olan Cavabdeh2 MMC-nin hərracın yekunları barədə 274/22 saylı, xx.xx.2022-ci il tarixli protokoluna əsasən Cavabdeh1 QSC-nin mülkiyyətinə keçmişdir. Mübahisəli əmlaklar xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 QSC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Göstərilən əmlakların Hərrac vasitəsi ilə satılaraq Cavabdeh1 QSC-nin mülkiyyətinə keçməsi barədə məlumatı Xaçmaz rayon icra və probasiya şöbəsinin məcburi icra tədbiri barədə göndərdiyi 2023-cü il tarixli bildirişindən sonra olmuşdur. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə Xaçmaz rayon icra və probasiya şöbəsindən hazırda mübahisələndirdiyi hərrac protokolunun surətini aldı. Hesab eldir ki, Cavabdeh2 MMC-nin hərracın yekunları barədə 274/22 saylı, xx.xx.2022-ci il tarixli protoklu etibarsız hesab edilməlidir. Göstərilən İcra sənədinin icrası ilə bağlı icra işinin materialları ilə tanış olarkən kobud qanun pozuntularına yol verildiyi müəyyən edilmişdir. Belə ki, bu neçə müddət ərzində cavabdeh kimi ona icra vərəqəsində göstərilən əmlakların hərracda satılması və "xxxx" QSC-nin mülkiyyətinə keçməsi barədə heç bir məlumat verilməmişdir. Halbu ki, “İcra Haqqında” Azərbaycan Respublikası qanunun 8.2– ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Ona icraata başlanılma haqqında qərar çatdırılmamışdır. İcra məmuru könüllü icra üçün müəyyən edilmiş vaxtı gözləmədən mübahisəli əmlakın hərrac vasitəsi ilə satılması üçün “Cavabdeh2 MMC-yə sifariş vermişdir. İcra sənədləri, icra məmuru tərəfindən könüllü icra barədə bildiriş verilərkən və əmlak açıq hərracda satılarkən o məlumatsız olmuşdur.
11. Cavabdeh2 MMC iddia tələbinə qarşı etiraz verərək bildirmişdir ki, hazırki etiraz mülahizələrinə əlavə edilən Xaçmaz rayon icra şöbəsindən Cavabdeh2 MMC-yə ünvanlanmış **********2 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubundan görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-386/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, tələbkar "xxxx" QSC-nin xeyrinə ipoteka ile yüklü edilmiş, X4 mülkiyyətində olan, Xaşmaz şəhəri, Ramil Sadıqov küçəsi, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 38.9 kv.metr ümumi sahədən ibarət 14 saylı fərdi yaşayış evi, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaq 5, 113.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi, X1 mülkiyyətində olan Xaçmaz şəhəri, Cavadxan küçəsi, 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 264.7 kv.metr ümumi sahədən ibarət olan 2a saylı fərdi yaşayış evi, X2 mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.l5687 ha torpaq sahəsi və onun üzərində yerləşən 375.kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin (istehsal sexi) açıq hərracda satılması Cavabdeh2 MMC-yə sifariş olunmuşdur. Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keşirilmşsi 02 noyabr 2022-ci il tarixinə, saat 11:00 təyin edilmiş və bu barədə sifarişçi icra vərəqəsinə, tələbkar "xxxx" QSC-yə, o cümlədən borclular İddiaçı X5, X7 X12, X8 1998/22 saylı, xx.xx.2022-ci il tarixli bildiriş göndərilmişdir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus" X6 dərc olunmuş ve həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də yerləşdirilmişdir. Hazırkı etiraz mülahizələrinə əlavə edilən "hərracın baş tutmamasına dair" 02 noyabr 2022-ci il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 02 noyabr 2022-ci il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin əmlaklar ilkin satış qiymətindən 15% aşağı qiymətə olmaqla, 22 noyabr 2022-ci il, saat 10:00 təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan "Birjanyus" intemet informasiya Ehtiyatrnda derc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində da yerləşdirilmişdir. Eyni zamanda qeyd edir ki, sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracrn təşkilatçısı tərəfindən xx.xx.2022-ci il tarixə, saat 11:00-a təyin edilmiş hərracın baş tutmaması barədə məlumat "Birjanyus" X6 və hərracın təşkilatçısının rəsmi intemet səhifesində də dərc olunmuşdur. Hazırkı etiraza əlavə edilən "tekrar herracın keçirilmesinə dair" xx.xx.2022-ci il tarixli, 2207/22 saylı bildirişin surətinden görünür ki, tekrar herrac barade tərəflərə müvafiq məlumat verilmişdir. Hazırki etiraza əlavə edilən “hərracın baş tutmamasına dair" 22 noyabr 2022-ci il tarixli protokolun suretindən görünür ki, 22 noyabr 2022-ci il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsində dərc etdirilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internetdə də yerləşdirilmişdir. Hazırki etiraza əlavə edilən xx.xx.2022-ci il tarixli, ******* saylı "ipoteka predmetinin əldə olunmasına dair" təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti "ipoteka haqqında" Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipoteka saxlayana təklif olunmuşdur
12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 117/2024 nömrəli qətnaməsi ilə (hakim A.S.Məmmədov) iddia təmin edilməmişdir.
13. Məhkəmə hesab etmişdir ki, Xaçmaz şəhəri, Ramil Sadıqov küçəsi, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 38.9 kv.metr ümumi sahədən ibarət 14 saylı fərdi yaşayış evi, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaq 5, 113.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi, X1 mülkiyyətində olan Xaçmaz şəhəri, Cavadxan küçəsi, 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 264.7 kv.metr ümumi sahədən ibarət olan 2a saylı fərdi yaşayış evi, X2 mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.15687 ha torpaq sahəsi və onun üzərində yerləşən 375.kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənə dair hərracın keçirilməsinin tarixi və yeri barədə İddiaçı məlumat göndərilmiş, həmçinin “Birjanyus” X6 (portalında) elan verilmişdir. Odur ki, iddia ərizəsində göstərilən hərrac keçirilərkən iddiaçının məlumatlandırılmaması və ya iddiaçının hərracın keçirilməsindən xəbərsiz olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, tədqiq olunmuş sübutlarla əksi təsdiq olunaraq, qeyd olunan hərraclarla bağlı bildirişlərin qanunla nəzərdə tutulmuş qaydada tərəflərə təqdim olunması təsdiq edilmişdir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 416.1-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 82.3, 124.2-ci maddəsinə istinadla əsaslandırılmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia birinci instansiya məhkəməsində kifayət qədər araşdırılmamış, formal cümlələrlə qətnamənin çıxarılması üçün əsas olmayan sübutlara əsaslanaraq iddianı təmin etmişdir. Birinci instasiya məhkəməsində icraat materiallarının məhkəməyə təqdim olunması və icra məmurunun məhkəmə prosesində iştirakının təmin edilməsi üçün tərəfindən vəsatətlə məhkəməyə müraciət olunsa da, vəsatəti təmin olunmamışdır. Halbuki, icraata mteriallarına nəzər yetirilsə idi, olunan qanunsuzluqlar aşkara çıxarılar və iddianın təmin olunması üçün kifayət qədər əsasların olması aydın olardı. Bildirir ki, icra məmuru tələbin könüllü icra olunması barədə qərarı və bildirişi ona təqdim etməmiş, hərracın keçirilməsi üçün sifariş vermişdir. Bu da kobud qanun pozuntusudur. Hesab edir ki, məcburi icra tədbirinin tətbiqinin əsasları könüllü icra barədə bildirişin borcluya təqdim edilməsidir. Göründüyü kimi, borcluya bildiriş təqdim edilməmiş, hərrac keçirilmiş və əmlaklar hərracda qanunsuz olaraq satılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 QSC-nin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, bank tərəfindən iddiaçıya təkliflər olunmuş, vaxt da verilmişdir. Hətta ona bildirilmişdir ki, əmlaka alıcı tapsın, satıb pulu ödəsin. İddianın məqsədi müddətin uzadılmasıdır. Hərrac tam qanuni keçirilmişdir.
19. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və digər cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin onların nümayəndələri məhkəmə iclasına gəlməmişlər. İddiaçı tərəf ərizə göndərərək apellyasiya şikayətini müdafiə etdiyini, yaranmış zərurətlə əlaqədar təyin edilmiş məhkəmə prosesində iştirak edə bilməyəcəyini bildirmiş, apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq
20. Azərbaycan Respublkasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 414.1. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Maddə 414.3. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Maddə 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
21. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Maddə 46.1. İpoteka predmetinin açıq bazarda və ya hərracda satışına (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya hərracın nəticələri üzrə protokol imzalananadək), yaxud bu Qanunun tələblərinə uyğun olaraq onun ipoteka saxlayan tərəfindən əldə olunmasına qədər (alqı-satqı müqaviləsi notariat qaydasında təsdiq olunanadək və ya təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə protokol imzalananadək) əsas öhdəlik üzrə borclu və (və ya) ipoteka qoyan, yaxud hər hansı üçüncü şəxs ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilər. Bu hüququ məhdudlaşdıran razılaşma əhəmiyyətsizdir.
22. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8.2. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Maddə 8.5. Tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Maddə 61.1. Vergi borcuna görə siyahıya alınmış əmlak istisna olmaqla, borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Maddə 62.1. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Maddə 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. İşdən müəyyən olunur ki, ipoteka predmeti olan əmlakların hərracdan satılması ilə bağlı Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixdə daxil olmuş sifarişi əsasında Cavabdeh2 MMC Xaçmaz şəhəri, Ramil Sadıqov küçəsi, 0.06 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 38.9 kv.metr ümumi sahədən ibarət 14 saylı fərdi yaşayış evi, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Xaçmaz-Xudat yolunun sol tərəfində 0.05 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 3 otaq 5, 113.5 kv.metr ümumi sahədən ibarət fərdi yaşayış evi, X1 mülkiyyətində olan Xaçmaz şəhəri, Cavadxan küçəsi, 0.04 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 264.7 kv.metr ümumi sahədən ibarət olan 2a saylı fərdi yaşayış evi, X2 mülkiyyətində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi, 0.15687 ha torpaq sahəsi və onun üzərində yerləşən 375.kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin (istehsal sexi) satışını təşkil etmişdir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan qanunvericiliyin tələblərinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir.
29. Cavabdeh2 MMC tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən edilir ki, onun tərəfindən hər iki hərracla, habelə hərracın baş tutmaması ilə bağlı bildirişlər sifarişli poçt göndərişi ilə iddiaçının və digər mülkiyyətçilərin icra vərəqəsində göstərilən rəsmi qeydiyyatda olduqları ünvanlarına göndərilmişdir.
30. Bundan başqa, cavabdeh tərəfindən bununla bağlı həm mediada, həm də özünün rəsmi internet saytında elanlar dərc edilmişdir.
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən hərrac təşkilatıın üzərinə ipoteka qoyana sifarişli poçt göndərişi ilə bildirişin göndərilməsi vəzifəsi qoyulmuşdur, həmin bildirişin ipoteka qoyana çatdırılması deyil.
32. O da qeyd edilməlidir ki, ipoteka predmetinin hərracda ilkin satış qiyməti icra sənədində göstərilmiş, daha sonra isə qanunvericiliyin tələblərinə uyğun olaraq hərrac baş tutmadığından ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə təkrar hərraca çıxarılmış, hərrac baş tutmadığından ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz aşağı qiymətlə əldə etmişdir.
33. Göründüyü kimi, Cavabdeh2 MMC hərracın keçirilməsi ilə bağlı qanunvericiliyin tələblərinə riayət etmiş, hər hansı pozuntuya yol verməmişdir.
34. Kollegiya həmçinin qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir və icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün ən çoxu on gün müddət təyin edir.
35. Kollegiya ilk olaraq qeyd edir ki, iddiaçının kredit müqaviləsi üzrə kifayət qədər yüksək məbləğdə öhdəliklərin təminatı olaraq ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakların hüquqi taleyi ilə maraqlanmaması inandırıcı deyil. Bundan başqa, icra sənədinin könüllü icrası üçün ən çoxu on gün müddət təyin edildiyi halda, hərracın keçirilməsi zamanı da iddiaçı hərracda iştirak etməklə yanaşı, ipoteka saxlayanın əsas öhdəlik üzrə bütün tələbini ödəyərək ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verə bilərdi.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün qanunla müəyyən olunmuş əsaslar müəyyən edilmədiyindən iddiaçının bununla bağlı iddiası təmin edilə bilməz.
37. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(004)- 117/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: