Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3178/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, X23 və X24 ibarət tərkibdə, Gülnar İsgəndər qızı Salahovanın katibliyi ilə, İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X13 və onun nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 6525/2019 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X21 tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “əmlakın qanunsuz sahibliyindən geri alınması tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli evin“Texniki Pasportu”na əsasən mülkiyyətini təşkil edən “A” yaşayış və böyründə olan qeyri yaşayış sahəsi əhatə olunmaqla, ümumi torpaq sahəsi daxilində, uzununa 12.30 metr, eninə 20.75 metr olan sahə, ailəsi ilə birgə X13 qeyri qanuni sahibliyindən alınaraq onun sahibliyinə qaytarılması, ümumi sahə üzrə uzununa, bir tərəfdən (Ə.Hüseynovun sahibliyində olan sahə ilə böyür-böyürə) 6 metr digər baş tərəfdən, 16.60 metr, ümumi sahənin eni üzrə bir tərəfdən(Fəxrəddin Rzayevə məxsus torpaq sahəsinin böyrünə düşən) eninə 20,75 metr digər tərəfdən (X13 zəbt etdiyi sahə istiqamətində) 10,95 metr sahə Cavabdeh1 (Cavabdeh2 Hüseyn qızı daxil olmaqla digər ailə üzvləri ilə birgə) qeyri-qanuni sahibliyindən alınaraq, onun sahibliyinə qaytarılması, “Texniki Pasport”da qaraj kimi qeyd edilən “B" tikili daxil olmaqla, umümi torpaq sahəsinin uzununa 10,60 metr eninə.9,80 metr, hal-hazırda qeyri qanuni əsaslarla, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus-68, ev 156 ünvan kimi qeyd edilən sahə X26 (ailə üzvləri ilə birgə) qanunsuz sahibliyindən alınaraq, sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxx 1991-ci il tarixli, 1108 saylı Sərəncamı ilə ona fərdi ev inşa etmək üçün ünvan 1 ünvanda, 600 kv.m torpaq sahəsi ayrılmışdır. Qanuni şəkildə ona verilmiş torpaq sahəsinin üzərində yaşayış evi inşa edərək, xx xxxxxx 1998-ci il tarixli, 000575 saylı, “Qeydiyyat vəsiqəsi” əsasında mülkiyyətini qeydiyyata aldırmışdır. Mülkiyyətində olan tikili və torpaq sahəsinə dair müvafiq idarə tərəfindən 1998-ci ildə “Texniki Pasport” tərtib edilmişdir. Yuxarda göstərilən rəsmi sənədlərə əsasən hal-hazırda ünvan 2 ünvanında yerləşən 600 kv.m olan torpaq sahəsi qanuni istifadəsində, üzərində inşa edilmiş yaşayış və qeyri yaşayış sahələri isə mülkiyyətindədir. Yaranmış problemlə əlaqədar yuxarıda göstərilən ünvanda yerləşən, onun mülkiyyətində olan yaşayış sahəsindən bir müddət istifadə etməmişdir. Həmin vaxt Binəqədi qəsəbə sakini kimi tanıdığı Orucov Əliş öz evini təmir etdiyi üçün ona kirayə ev axtardığını demiş, müvəqqəti yaşaması üçün qeyri yaşayış sahəsi olan qarajı ona kirayəyə verməyini xahiş etmişdir. Kirayə haqqını aralarında 120 ABŞ dollardan müəyyən edərək qarajını Orucov Əlişə kirayəyə vermişdir. Ona mülkiyyət hüququ ilə məxsus yaşayış sahəsi olan “A” tikilini isə, ayda 200 ABŞ dolları olmaqla iki qardaş, Habil və Hüseyn Hüseynovlara kirayəyə vermişdir. Bir il müddət üçün Orucov Əliş kirayəyə götürdüyü qaraja görə 1.200 ABŞ dolları ödəmiş, Hüseynov qardaşları isə bir il üçün cəmi 1.900 ABŞ dolları ödəmişlər. Alıcı tapıb “A” tikilisini satmaq istəyərkən Hüseynov Habil evi ona satmağı təklif etmiş, bu təklifə cavab olaraq bildirmişdir ki, evin sənədləşdirilməsi öz üzərinə götürərsə razı ola bilər. Razılaşandan sonra evin sənədləşdirilməsini onun adından aparılması üçün Habil Hüseynova rəsmi etibarnamə vermiş, lakin, Cavabdeh5 alqı-satqı üçün razılaşdırılmış məbləğin ona ödənilməsindən bəhanələr gətirərək yayınmış və o da evinə dair rəsmi sənədləri ona verməkdən imtina etmiş, razılığı pozmuşdur. Hüseyn və Habil Hüseynov qardaşları Orucov Əlişi öyrədərək ona kirayə haqqını verməməyə nail olmuş və bu səbəbdən onlarla onun arasında nifaq yaranmışdır. O, hər üç ailənin evindən çıxmalarını tələb etsə də, ona bildirmişlər ki, onlar qaçqın statusundadılar və bu əsasla onları evdən heç kəs çıxara bilməz. O, 2003-cü ildən hal-hazırkı vaxtadək bütün orqanlara şikayət etmiş, məhkəmədə onlara qarşı iddia qaldırmış, amma nəticəsi qeyri-müəyyən olmuşdur. O, xəstə, kimsəsiz hesab edən bu adamlar ona fiziki zor tətbiq etməkdən belə çəkinməmişlər. Orucov Əlişin vəfatından sonra onun arvadı və oğlanları iradəsinə zidd evində qeyri-qanuni yaşamaqlarını davam etmişlər. Hətta evinin bir hissəsini aralarında əldə olan razılığa əsasən gürcüstanlı, X10 qazanc əldə etməkdən belə çəkinməmişlər. Bu azmış kimi, Orucovlar ailəsi torpağı ilə yanaşı olan qardaşı Fəxrəddinə məxsus torpaq sahəsini də zəbt edib üzərində tikinti aparmışlar. X33 əsasən mülkiyyətini təşkil edən “A” yaşayış və yanında olan qeyri yaşayış sahəsi əhatə olunmaqla,ümumi torpaq sahəsi daxilində, uzununa 12.30 metr, eninə, 20.75 metr olan sahə,ailəsi ilə birgə X13 qeyri qanuni sahibliyindədir. X31raj kimi qeyd edilən “B” tikili daxil olmaqla umümi torpaq sahəsinin üzununa 10,60 metr, eninə 9,80 metr sahə X26 qeyri qanuni sahibliyindədir. X40 ona bildirmişdir ki, bu sahəni Cavabdeh1 satın almışdır, yəni, səlahiyyətsiz Cavabdeh1 özünə məxsus olmayan əmlakı başqa birisinə qeyri-qanuni sataraq qazanc əldə etmişdir. Qeyri-qanuni əmlakına sahiblənən və bu əmlaka dair hər hansı bir hüquq qazanmayan, X40 yaşayış sahəsi üzrə olan rəsmi ünvanı daxilində, özü üçün yeni ünvan: Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus-68, ev 156 ünvan açmağa belə nail olmuşdur. Cavabdeh1, Cavabdeh2 və digər ailə üzvüləri ilə birgə ona məxsus torpaq sahəsini aşağdakı həcmdə qeyri-qanuni tutaraq sahiblənmişlər: ümumi sahə üzrə uzununa, bir tərəfdən (Ə.Hüseynovun sahibliyində olan sahə ilə yan-yana) 6 metr digər, baş tərəfdən 16.60 metr, ümumi sahənin eni üzrə bir tərəfdən (Fəxrəddin Rzayevə məxsus torpaq sahəsinin yan tərəfinə düşən) eni 20.75 metr digər tərəfdən (X13 zəbt etdiyi sahə istiqamətində) 10.95 metr sahə hal-hazırda Cavabdeh1 və onun ailə üzvlərinin (Cavabdeh2 daxil olmaqla) qeyri-qanuni sahibliyindədir. Uzun illərdir ki, cavabdehlər qaçqın olduqlarını vurğulayıb mülkiyyətinə qeyri-qanuni sahibllənmələrinə qanuni don geyindirməyə çalışmışlar. Məcburi qaçqın statusunda olan cavabdehlər müvafiq qaydada dövlət səviyyəsində rəsmi olaraq yaşayış sahələri ilə təmin olunmaqlarına baxmayaraq, özbaşına, ona məxsus yaşayış və torpaq sahələrini əlavə olaraq tutaraq mülkiyyət hüquqlarını pozmuşlar. Beləki, Binəqədi Rayon İcra Hakimiyyətinin Qaçqınlar və Məcburi Köçkünlər şöbəsi tərəfindən Cavabdeh2 Hüseyn qızı, oğlanları 1967-ci il təvəllüdlü Cavabdeh1, 1983-cü il təvəllüdlü Cavabdeh4 (digər ailə üzvləri ilə birgə) xx xxxxx 1998-ci ildən məcburi köçkün kimi qeydiyyata alınaraq Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 71, ev 39 ünvanında yerləşən tikilidə məskunlaşdırılmışlar. Ailənin digər oğlu, X54 ailəsi ilə birgə Binəqədi qəsəbəsi, 1-ci mədən, korpus 9 ünvanında məcburi köçkün kimi qeydiyyatdadır. Göründüyü ki, Orucovlar ailəsinə dövlət tərəfindən iki ayrı-ayrı yaşayış sahəsi verilmiş, lakin, onlar bunu az hesab edərək, üçüncü yaşayış sahəsini əldə etmək məqsədi ilə mülkiyyətini təşkil edən yaşayış evini zorakı qaydada tutaraq sahiblənmişlər. Qubadlı rayonundan məcburi köçkün olan X21 4 nəfər ailə üzvü ilə birgə rəsmi qaydada Binəqədi rayon İcra Hakimiyyətinin Qaçqınlar və Məcburi Köçkünlər şöbəsi tərəfindən xx xxxxxxx 1995-ci il tarixdə, Binəqədi qəsəbəsi, GK 1-nin yataqxanasında məcburi köçkün kimi qeydiyyata alınmaqla yaşayış sahəsi ilə təmin olunmuşlar. Gürcüstan vətəndaşı olmuş cavabdeh X26 da, mülkiyyətinə sahiblənməsi mümkünsüzdir, çünkü bu yaşayış sahəsini həmin əmlaka heç bir səlahiyyəti olmayan şəxsdən qeyri-qanuni satın almışdır. X40 bu sahəni Cavabdeh1 satın aldığını bildirsə də, bu evin qanuni mülkiyyətçisi odur və o, X30 hər hansı əmlak satmamışdır. Göründüyü kimi, mülkiyyət hüququ ilə ona məxsus yaşayış və qanuni şəkildə verilmiş torpaq sahəsini cavabdehlər əsassız və zorakı qaydada sahibliklərində saxlayırlar. Qanuna əsasən onlar qeyri qanuni sahibləndikləri sahələri qeyd şərtsiz ona qaytarmağa borcludurlar. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehlər Cavabdeh2 Hüseyn qızı və X6 Nurağa Həsənağa oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ mədən küçəsi, 68-ci korpus, 42 saylı ünvanda yerləşən yaşayış sahəsi 30,4 kvadrat metr olan “A” tikilisinin və yerləşdiyi torpaq sahəsinin X1 haqqında xx xxxxxx 1999-cu il tarixli alqı-satqı müqaviləsinin etibarlı sayılması, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ mədən küçəsi, 68-ci korpus, 42 saylı ünvanda yerləşən ümumi sahəsi 51,9 kvadrat metr olan “B” tiklisini və yerləşdiyi torpaq sahəsinin Cavabdeh2 Hüseyn qızının mərhum həyat yoldaşı X7 haqqında xx xxxx 1999-cu il tarixli alqı-satqı müqaviləsinin etibarlı sayılması, “A” və “B” tiklilərinin hər birinin yerləşdiyi torpaq sahələrinin naturada müəyyən edilməsi, dəymiş mənəvi zərərə görə onların hər birinə 10.000 manat məbləğində maliyyə vəsaitinin ödənilməsi vəzifəsinin İddiaçı həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı müxtəlif vaxtlarda ünvan 4 ünvanda sahəsi 600 kv.metr torpaq sahəsində yerləşən “A” və “B” tiklilərini müvafiq olaraq X14 və Cavabdeh2 Hüseyn qızının mərhum həyat yoldaşı X8. İddiaçı sonradan X13 qardaşı X16 qarşı “mülkiyyət hüququnun müdafiəsi, özbaşına zəbt edilmiş Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, 68-ci korpus 42 saylı ünvanda yerləşən 380.0 kv.m torpaq sahəsindən çıxarılma, həmin mübahisəli ərazidən onun maneəsiz istifadə hüququnun təmin edilməsi” tələbinə dair iddiası Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir. Qətnamədən iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4037/2008 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən kassasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Eləcə də, İddiaçı X14 qarşı Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2- ci mədən, 68-ci korpus 42 saylı ünvanda yerləşən 220.0 kv.m torpaq sahəsindən və tikilidən çıxarılma iddia tələbi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli qətnaməsi ilə rədd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Cavabdeh2 Hüseyn qızına, həyat yoldaşı mərhum X41 və qeyrisinə qarşı iddiaçının həyat yoldaşı X17 “özbaşına tikilinin sökülməsinə” dair iddiasına Bakı şəhər Binəqədi Rayon Məhkəməsində baxılmış, məhkəmənin 2-747/2007 nömrəli, xx xxxxxxx 2007-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-519/2008 nömrəli iş üzrə xx xxxxxx 2008-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, həmin iş üzrə Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2007-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxxxxxx 2008-ci il tarixli, 2(102)-2391/08 nömrəli qərarı ilə iddiaçı X17 və onun vəkili Qadaşlı Məhəmməd Allahyar oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi MİÜMK-nın 2(103)- 519/2008 nömrəli iş üzrə xx xxxxxx 2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxxxxxx 2008-ci il tarixli 2(102)-2391/08 nömrəli qərarının əsaslandırma hissəsində “işə həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində baxılarkən müəyyən olunmuşdur ki, İddiaçı ilə X27 xx xxxxx 1982-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş; həmin nikahdan iki uşaqları olmuş və Binəqədi rayon İcra Hakimiyyətinin xx xxxxxx 1991-ci il tarixli 1108 saylı sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin inşası üçün Binəqədi qəsəbəsində 600 kv. metr torpaq sahəsi ayrılmış; Binəqədi rayon İcra Hakimiyyəti Başçısının xx xxxxxxx 1998- ci il tarixli sərəncamı ilə fərdi yaşayış evinin İddiaçı adına şəxsi mülkiyyət kimi qeydə alınması qərara alınmış; Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ Mədən küçəsi, 68-ci korpus, 42 saylı ünvanda yerləşən 2 otaqlı, yaşayış sahəsi 43,2 kv.metr, ümumi sahəsi 60.1 kv.metr evin bir yaşayış otağı İddiaçı, 17.9 kv.metr sahəli bir yaşayış otağı isə X15 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır. İş materiallarındakı sənədlərdən görünür ki, Binəqədi qəsəbəsi, İİ Mədən küçəsi, 68-ci korpus, 42 saylı ev ilk dəfə xx xxxxxx 1998-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmiş, xx xxx 1999-cu il tarixdə İddiaçı “Q” tikili bir otaq - 17,9 kv.metr, köməkçi sahəsi - 11,8 kv.metr olmaqla 27 saylı DNK-da 3 ma 1-130 saylı reyestrlə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X5 və sonuncuya xx xxxxxxxx 2001-ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir, işin apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallarından görünür ki, mübahisəli evin yerləşdiyi torpaq sahəsindəki mövcud olmuş tikililər “A” yaşayış evindən, “B” qarajdan və “Q” yaşayış otağından ibarət olmuş; İddiaçı “Q” tikilisini 3 sot torpaq sahəsi ilə birlikdə notariat qaydada aparılmış alqı-satqı yolu ilə E.Ələkbərovaya satmış; “A” tikilisini 2.20 sot torpaq sahəsi ilə qeyri-rəsmi olaraq H.Hüseynova satmış; “B” tikilisini təxminən 6 sot torpaq sahəsi ilə qeyri-rəsmi olaraq Əliş Orucova satmışdır. İş materiallarından həmçinin görünür ki, “B” tikilisi həyətyanı torpaq sahəsi ilə birlikdə satılarkən İddiaçı həyat yoldaşı R.Rzayevanın məlumatı olmuşdur. Beləliklə İddiaçı ilə X13 və Cavabdeh2 Hüseyn qızı arasında yuxarıda qeyd etdikləri iddialar əsasında çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnamələr mövcuddur. Hal-hazırda DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxxxx 2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ mədən küçəsi, 68-ci korpus, 42 saylı ünvanda yerləşən ümumi sahəsi 60.1 kv.metr olan evin, 30,4 kv. metr sahəli bir yataq otaqlı və bir köməkşi otaqlı “A” tiklisi İddiaçı, 29.7 kv.metr sahəli bir yaşayış otağı və bir köməkşi otaqlı “Q” tiklisi isə X15 adına xüsusi mülkiyyət ilə qeydə alınmışdır. Beləliklə xx xxx 1999-cu il tarixdə İddiaçı “Q” tikilisini bir otaq-17,9 kv.metr, köməkçi sahəsi - 11,8 kv. metr olmaqla 27 saylı DNK-da 3 ma 1-130 saylı reyestrlə bağlanmış alqı-satqı müqaviləsinə əsasən X2. Eləcə də, “A” tikilisini yerləşdiyi torpaq sahəsi ilə birlikdə X14 yazılı razılaşdırılmış xx xxxxxx 1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən sataraq 2.000 ABŞ dollar məbləğində maliyə vəsaitini Hüseyn Hüseynovdan almışdır. “B” tikilisini yerləşdiyi torpaq sahəsi ilə birlikdə mərhum X11 yazılı razılaşdırılmış xx xxxx 1999-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən 1.250 ABŞ dolları məbləğində maliyyə vəsaitini mərhum X32 almışdır. Müqavilələr icra edildiyi tarixlərdə (xx xxxxxxxx 2000-ci il tarixinədək) qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 132-ci maddəsinə əsasən “Şəhərlərdə və şəhər tipli qəsəbələrdə tikintiyə olan mülkiyyət hüququ birindən digərinə keçərkən, evin yanındakı torpaq sahəsindən istifadə hüququ da evi əldə edənə keçir.” Normaya əsasən tikliyə mülkiyyət hüququ və yerləşdiyi torpaq sahəsinə istifadə hüququnu qarşılıqlı iddia tələbi üzrə iddiaçılar əldə etmişlər. Ancaq həmin alqı- satqı müqavilələri notariat qaydasında rəsmiləşdirilməmişdir. Bununlada qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Hal-hazırda faktiki vəziyyətə görə İddiaçı X3 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ mədən küçəsi, 68-ci korpus, 42 saylı ünvanda yerləşən 2 otaqlı, yaşayış sahəsi 30,4 kv.metr olan “A” tiklisi tərtib edilmiş texniki pasportla müəyyən edilmiş hüdudlar daxilində olmaqla 200 kvadrat metr torpaq sahəsində yerləşir. İddiaçı Cavabdeh2 Hüseyn qızının mərhum həyat yoldaşı X12 Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ mədən küçəsi, 68-ci korpus, 42 saylı ünvanda yerləşən ümumi sahəsi 51,9 kv. metr qaraj yəni “B” tiklisi tərtib edilmiş texniki pasportla müəyyən edilmiş hüdudlar daxilində olmaqla 200 kvadrat metr torpaq sahəsində yerləşir. Göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 6525/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı əmlakın qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddiasının və cavabdehlər X13 və Cavabdeh2 Hüseyn qızının İddiaçı qarşı alğı-satqı müqavilələrinin etibarlı hesab edilməsi və sair tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət olunmuşdur. Həmin qətnamədən ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)-6525/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və ilk iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətini ilk iddia tələbinin dəlillərinə istinad edərək, onunla əsaslandırır ki, cavabdehlərin ona qarşı daşınmaz əmlakıma dair olan əqdin alqı-satqı müqaviləsi şəklində etibarlı hesab edilməsinə dair qarşılqlı iddia məhkəmə tərəfindən əsassız hesab edildiyindən onun mübahisəli evin və torpağın üzərində olan mülkiyyət və istifadə hüququ olduğu kimi saxlanılır. Buna baxmayaraq onun iddia tələbi məhkəmə tərəfindən rədd edilmişdir.Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1991-ci il tarixli, 1108 saylı Sərəncamı ilə ona fərdi ev inşa etmək üçün, Bakı ş. Binəqədi qəs.2-ci Mədən, korpus 68, ev.42, ünvanda, 600kv.m, torpaq, sahəsi, ayrılmışdır.Qanuni şəkildə ona verilmiş torpaq sahəsinin üzərəndə yaşayış evi inşa edib xx.xx.1998-ci il tarixli,000575 saylı, “Qeydiyyat vəsiqəsi” əsasında mülkiyyətini qeydiyyata aldırmışdır. Mülkiyyətimdə olan tikili və torpaq sahəsinə dair müvafiq idarə tərəfindən 1998-ci ildə “Texniki Pasport” tərtib edilmişdir. Yuxarda göstərilən rəsmi sənədlərə əsasən hal-hazırda ünvan 7 ünvanında yerləşən 600 kv.m olan torpaq sahəsi onun qanuni istifadəsində, üzərində inşa edilmiş yaşayış və qeyri yaşayış sahələri isə, mülkiyyətindədir. Cavabdehlər isə onun mülkiyyətini təşkil edən daşınmaz əmlakın və qanuni istifadəsinə verilmiş torpaq üzrə hal-hazırki vaxtadək hər hansı bir hüquq əldə edə bilməmişlər.Məhkəmə 2003-cü il tarixli bir vərəqdə olan məhkəmə qətnaməsinə istinad edib bildirir ki, onun mülkiyyətində və istifadəsində olan sahəni Cavabdeh1 və X14 alqı-satqı yolu ilə satması faktı müəyyən edilmişdir. AR Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarında AR MPM-nin 82.3 maddəsinə şərh verərək bildirilir ki, "Mülkü hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülkü qanunvericilikdə məzərdə tutulan hallar başa düşülür (nəzərdə müqavilənin müvafiq qaydaya uyğun tərtib edilməsi və notarial təsdiq olunması tutulur). Başqa sözlə, mülkühüququi nəticələrin baş verməsi ilə mülkü qanunvericiliyin əlaqəndirdiyi və bağladığı həyatı hallardır”. AR Konstitusiya Məhkəməsinin yuxarda qeyd edilən Qərarına əsasən aşağda göstərilənlər 2003-cü il tarixli məhkəmə qətnaməsində yer almış "satmışdır” sözünün fakt kimi müəyyən edilməsinə preyudisiya baxımından imkan verilmir.Daşınmaz əmlakın alqısatqı müqaviləsi müvafiq qaydada tərtib edilməyibsə və notarial qaydada təsdiqini tapmayıbsa bu göstərilən mddəslərə görə,əqdin etibarsızlığına səbəb olmaqla əhəmiyyətsiz hesab olunur. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X21 apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)-6525/2019 nömrəli qətnaməsinin cavabdeh X13 İddiaçı qarşı alğı-satqı müqavilələrinin etbarlı hesab edilməsi və sair tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi hissəsində ləğv edərək, X9 qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X21 qarşılıqlı iddia tələbinə istinad etməklə, apelyasiya şikayətini onunla əsaslandırır ki,. xx.xx.1999-cu il tarixdə qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı "Q" tikilisini bir otaq-17,9 kv. metr, köməkçi sahəsi - 11,8 kv. metr olmaqla 27 sayli DNK-da 3 ma 1-130 saylı reyestrlə bağlanmış alqısatqı müqaviləsinə əsasən iddiaçı X4. Müqavilələr qarşılıqlı iddia tələbi üzrə iddiaçılar tərəfindən icra edildiyi tarixlərdə (xx.xx.2000-ci il tarixinədək) qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 132-ci maddəsinə əsasən "Şəhərlərdə və şəhər tipli qəsəbələrdə tikintiyə olan mülkiyyət hüququ birindən digərinə keçərkən, evin yanındakı torpaq sahəsindən istifadə hüququ da evi əldə edənə keçir." normasına əsasən tikliyə mülkiyyət hüququ və yerləşdiyi torpaq sahəsinə istifadə hüququnu qarşılıqlı iddia tələbi üzrə iddiaçılar əldə etmişdirlər. Ancaq həmin alğı-satqı müqavilələri notariat qaydasında rəsmiləşdirilməmişdir. Bununla da qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir.Həmçinin, İddiaçı qarşı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ mədən küçəsi, 68-ci korpus, 42 saylı ünvanda yerləşən yaşayış sahəsi 30,4 kvadrat metr olan “A” tikilisinin yerləşdiyi torpaq sahəsinin naturada müəyyən edilməsi, dəymiş mənəvi zərərə görə 10.000 manat məbləğində maliyyə vəsaitinin ödənilməsi vəzifəsinin İddiaçı həvalə edilməsi barədə tələbləri də əsaslı olduğu halda təmin olunmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun vəkili Vəkil1 apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, ilk iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 Hüseyn qızı 1-ci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X21 və onun nümayəndəsi və vəkili Vəkil2 izahatlarında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)-6525/2019 nömrəli qətnaməsinin cavabdeh X13 İddiaçı qarşı alğı-satqı müqavilələrinin etbarlı hesab edilməsi və sair tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi hissəsində ləğv edərək, X9 qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləməklə, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu-ci il tarixli 2(001)-6525/2019 nömrəli qətnaməsi ləğv edilməli və ilk və qarşılıqlı iddia tələbləri rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Qarşılıqlı iddia ərizəsindən görünür ki, qarşılıqlı iddia tələbi Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ mədən küçəsi, 68-ci korpus, 42 saylı ünvanda yerləşən yaşayış sahəsi 30,4 kvadrat metr olan “A” tikilisinin və yerləşdiyi torpaq sahəsinin X1 haqqında xx xxxxxx 1999-cu il tarixli alqı-satqı müqaviləsinin etibarlı sayılması, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ mədən küçəsi, 68-ci korpus, 42 saylı ünvanda yerləşən ümumi sahəsi 51,9 kvadrat metr olan “B” tiklisini və yerləşdiyi torpaq sahəsinin Cavabdeh2 Hüseyn qızının mərhum həyat yoldaşı X7 haqqında xx xxxx 1999cu il tarixli alqı-satqı müqaviləsinin etibarlı sayılması, “A” və “B” tiklilərinin hər birinin yerləşdiyi torpaq sahələrinin naturada müəyyən edilməsi, dəymiş mənəvi zərərə görə onların hər birinə 10.000 manat məbləğində maliyyə vəsaitinin ödənilməsi vəzifəsinin İddiaçı həvalə edilməsi barədə tələblərdən ibarətdir.Lakin, birinci instansiya məhkəməsi “A” və “B” tiklilərinin hər birinin yerləşdiyi torpaq sahələrinin naturada müəyyən edilməsi, dəymiş mənəvi zərərə görə onların hər birinə 10.000 manat məbləğində maliyyə vəsaitinin ödənilməsi vəzifəsinin İddiaçı həvalə edilməsi barədə tələbləri rədd edərkən mövqeyini əsaslandırmamışdır.Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli, 2-1939/2003 saylı qətnaməsinin surətindən görünür ki, bu qətnamədə müəyyən olunmuş hallar hazırkı iş üzrə İddiaçı və cavabdeh X14 münasibətdə, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxxxx 2008-ci il tarixli, 2(102)-2391/08 saylı qərarı (iddiaçı X17 cavabdehlər Cavabdeh2 Hüseyn qızı və Cavabdeh1 qarşı İddiaçı 3-cü şəxs qismində cəlb olunmaqla özbaşına tikilinin sökülməsi tələbinə dair iddiası əsassız olduğu üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2007-ci il tarixli, 2- 747/2007 saylı qətnaməsi ilə rədd edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2008-ci il tarixli, 2(102)- 2391/08 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır) Cavabdeh2 Hüseyn qızına, Cavabdeh1 və İddiaçı münasibətdə preyudisialdır, hazırkı iş üzrə digər şəxslərə münasibətdə sübut kimi qiymətləndirilir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş : Binəqədi Rayon İcra Hakimiyyətinin xx xxxxxx 1992-ci il tarixli, 1108 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı fərdi evin tikintisi üçün 600 kv.metr torpaq sahəsi ayrılmışdır; Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyətinin Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilən TM seriyalı, 000575 nömrəli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 68, 42 saylı ev İddiaçı və X19 adına paylı mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx xxxxxx 1998-ci il tarixində qeydiyyat aparılmışdır; xx xxxx 2018-ci il tarixli və xx xxx 2019-cu il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışlardan görünür ki, İddiaçı ünvan 4 ünvanında qeydiyyatdadır və qeydiyyatda başqa şəxslər yoxdur; Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Bakı şəhər Binəqədi rayon sektorunun xx xxxxxx 2018-ci il tarixli, 15/B9-25/09 nömrəli məktubundan görünür ki, Füzuli rayonundan məcburi köçkün X53 vəfat etmişdir. Cavabdeh1 Əli oğlu ailə üzvləri ilə birlikdə (özü, X46, Cavabdeh3, X42), Cavabdeh4, Cavabdeh2 Hüseyn qızı, X35, X47, X36, Qubadlı rayonundan məcburi köçkün X21 2 nəfər ailə üzvü ilə birlikdə (özü, həyat yoldaşı X37) Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 68, ev 42 ünvanında məcburi köçkün kimi qeydiyyatdadırlar; Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə üzrə nümayəndəsi tərəfindən Vəkil1 ünvanlanmış xx xxx 2019-cu il tarixli tarixli sorğuya cavab məktubundan görünür ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 68, ev 156a ünvanında X28, X40, X38 qeydiyyatdadırlar, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 68, ev 42 ünvanında yerləşən tikilidə isə Füzuli rayonundan məcburi köçkün olan vətəndaşlar - Cavabdeh1, Cavabdeh3, X46, X42 və X29 yaşayırlar; Notariat qaydasında təsdiq edilmiş xx xxxxxxxx 1999-cu il tarixli etibarnamənin surətindən görünür ki, İddiaçı X16 Bakı şəhəri Binəqədi rayonu, 2-ci mədən, 68-ci korpus, ev 42-də yerləşən evin “A” tikintidən ibarət olan hissəsinin alqı-satqısının bağlanmasını və onunla əlaqədar bütün hərəkətlərin edilməsini, müqavilənin notariat qaydasında rəsmiləşdirilməsini etibar etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli, 2-1939/2003 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X14 qarşı evdən çıxarılma tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Həmin qətnamədən müəyyən olunur ki, İddiaçı 1995-ci il Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 68-də olan texniki pasportla ona məxsus torpaq sahəsini üç nəfər ayrı-ayrı şəxslərə satmışdır. Həmin şəxslərdən biri olan Hüseynova 2,20 sot torpağı orta hissədə 1.900 ABŞ dollarına satmışdır. Bu haqda xx.xx.1999-cu il tarixdə tərəflər arasında şahidlərin iştirakı ilə müqavilə bağlanmışdır; Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2008-ci il tarixli, 2(103)-4037/2008 saylı qətnaməsinin surətindən görünür olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli qətnaməsi ilə İddiaçı X16 qarşı mülkiyyət hüququnun müdafiəsi, özbaşına zəbt edilmiş Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 68, 42 saylı ünvanda yerləşən 380,0 kv.m torpaq sahəsindən çıxarılma, həmin mübahisəli ərazidən onun maneəsiz istifadə hüququnun təmin edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qeyd olunan qətnamədən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2008-ci il qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə aktından müəyyən olunur ki, İddiaçı özünə məxsus “A” tikilisini və torpaq sahəsini 1999-cu ildə Hüseynov Qardaşlarına satdığı vaxtdan 8 il ərzində həmin əqdin etibarsız sayılmasının tələb etmək hüququndan istifadə etməyərək iddia müddətini keçirmiş, eyni zamanda 1999-cu ildə bağlanmış əqdə əsasən mübahisəli torpaq sahəsini sahiblik edən cavabdehə həmin sahəyə hüquqları yarandığı məhkəmə araşdırması zamanı təsdiq olunmuş, həmçinin iddiaçı özü məhkəmə iclasında 6 sot mübahisəli torpaq sahəsini bütövlükdə cavabdehə satdığını etiraf etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxxxx 2008-ci il tarixli, 2(102)-2391/08 saylı qərarının surətindən görünür ki, iddiaçı X17 cavabdehlər Cavabdeh2 Hüseyn qızı və Cavabdeh1 qarşı özbaşına tikilinin sökülməsi tələbinə dair iddiası əsassız olduğu üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2007-ci il tarixli, 2- 747/2007 saylı qətnaməsi ilə rədd edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2008ci il tarixli, 2(102)- 2391/08 saylı qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə aktından müəyyən olunur ki, İddiaçı Həsən oğlu “A” tikilisini 2,20 sot torpaq sahəsi ilə qeyri-rəsmi olaraq H.Hüseynova satmış, “B” tikilisini təxminən 6 sot torpaq sahəsi ilə qeyrirəsmi olaraq Əliş Orucova satmışdır. Azərbaycan Respublikasının Konstitusiyası (bundan sonra – Konstitusiya) insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi təsbit etməklə yanaşı, məhkəmələr tərəfindən onların müdafiəsinə də təminat vermişdir (Konstitusiyanın 12 və 60-cı maddələrinin İ hissəsi). Konstitusiyanın 60-cı maddəsi ilə hər kəsin həm Konstitusiya ilə təsbit edilmiş, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarından da görünür ki, mübahisəli əmlakla bağlı çoxsaylı məhkəmə mübahisələri olmuşdur. İlk İddiaçı tərəfindən ona məxsus 600 kv.metr torpaq sahəsinin üzərində olan “A” və “B” tikililəri ilə birlikdə 1999-cu ildə X22 və X7 faktı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı və vəkili verilən suallara cavab olaraq hazırda mübahisələndirilən torpaq sahələrinin və tikililərin yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə aktlarında araşdırılaraq qiymət verilmiş torpaq sahələri və tikililər olduğunu bildirmişlər. Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2016-cı il tarixli Qərarına əsasən Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə xx xxxx 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir. Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Ona görə də məhkəmə kollegiyası yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı əmlakın qanunsuz sahibliyindən geri alınması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda Mülki Prossesual Məcəllənin 82.3-cü maddəsinə və yuxarıda qeyd edilənlərə müvafiq olaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ilk iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı X13 və Cavabdeh2 Hüseyn qızının ilk iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı alqı-satqı müqavilələrinin etibarlı hesab edilməsi, “A” və “B” tiklilərinin hər birinin yerləşdiyi torpaq sahələrinin naturada müəyyən edilməsi, dəymiş mənəvi zərərə görə onların hər birinə 10.000 manat məbləğində maliyyə vəsaitinin ödənilməsi vəzifəsinin İddiaçı həvalə edilməsi barədə tələblərinə dair qarşılıqlı iddiası da əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Kollegiya bir daha qeyd edir ki, ilk iddia üzrə İddiaçı tərəfindən ona məxsus 600 kv.metr torpaq sahəsinin üzərində olan “A” və “B” tikililəri ilə birlikdə 1999-cu ildə X22 və X7 faktı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir.Lakin o da müəyyən olunmuşdur ki, qeyd olunan mübahisələndirilən torpaq sahələri və tikililər onların adına rəsmi reyestrdə qeydə alınmamışdır. Daha sonra Kollegiya qeyd edir ki, hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarına əsasən, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ mədən küçəsi, 68-ci korpus, 42 saylı ünvanda yerləşən yaşayış sahəsi 30,4 kvadrat metr olan “A” tikilisinin və yerləşdiyi torpaq sahəsinin X1 haqqında xx xxxxxx 1999-cu il tarixli alqı-satqı müqaviləsinin etibarlı sayılması, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, İİ mədən küçəsi, 68-ci korpus, 42 saylı ünvanda yerləşən ümumi sahəsi 51,9 kvadrat metr olan “B” tiklisini və yerləşdiyi torpaq sahəsinin Cavabdeh2 Hüseyn qızının mərhum həyat yoldaşı X7 haqqında xx xxxx 1999-cu il tarixli alqı-satqı müqaviləsinin etibarlı sayılması tələbinə dair qarşlıqlı iddia üzrə 3 illik iddia müddəti ötürülmüşdür.(73-cü, 77-ci,82-ci maddələr). Cavabdeh2 Hüseyn qızının İddiaçı qarşı qarşılıqlı tələbi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, onun hazırki qarşılıqlı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, qanunvericiliyin tələblərindən göründüyü kimi, əqdin bağlanmış hesab edilməsini tələb etmək hüququ onun tərəflərindən birinə, X41 məxsus olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Daha sonra Kollegiya qeyd edir ki, mübahisələndirilən torpaq sahələrinin üzərindəki tikililərlə birlikdə qarşılıqlı iddia üzrə iddiaçılara satılması və onların sahibliyində olması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyindən, həmin torpaq sahələrinin naturada ayrılması tələbinin ilk iddia üzrə iddiaçıya qarşılıqlı tələb olaraq yönəlməsi əsaslı sayıla bilməz.Belə ki, ilk iddia üzrə iddiaçı bu tələb üzrə cavabdeh ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Bundan başqa qarşılıqlı iddianın 10.000 manat mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı Kollegiya qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçılar onlara belə ziyan dəyməsini təsdiq edən sübutları nə birinci instansiya, nə də apellyasiya baxışı zamanı təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasənmaddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 6525/2019 nömrəli qətnaməsi ləğv edilməli və ilk və qarşılıqlı iddia tələbləri rədd olunmalıdır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(001)- 6525/2019 nömrəli qətnaməsi ləğv olunsun. İlk iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” barədə iddia tələbi rədd olunsun. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 Hüseyn qızının və X13 İddiaçı qarşı alqısatqı müqavilələrinin etibarlı hesab edilməsi, tiklilərinin hər birinin yerləşdiyi torpaq sahələrinin naturada müəyyən edilməsi, dəymiş mənəvi zərərə görə onların hər birinə 10.000 manat məbləğində maliyyə vəsaitinin ödənilməsi vəzifəsinin İddiaçı həvalə edilməsi barədə qarşılıqlı iddia tələbi rədd olunsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-3178/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3178/2020
04.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver