Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3179/2024 27.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Binəqədi rayon İcra Şöbəsi, "xxxx" MMC və “ X2” qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “icra prosesinin dayandırılması və qiymətləndirilmənin etibarsız hesab edilməsi ” hakimlər X4 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Binəqədi rayon icra şöbəsinə, Cavabdeh2 MMC-yə və “X2”nə qarşı “icra prosesinin dayandırılması, qiymətləndirmənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)- 214/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı: 1.İddiaçı cavabdehlər Binəqədi rayon icra şöbəsinə, "Sərraf-M” MMC-yə və "X2”nə qarşı " Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4509/2020 saylı İcra sənədi üzrə icra prosesinin dayandırılması və "SƏRRAF-M” MMC tərəfindən ona məxsus olan "X13 Prado” markalı, **-GB-*** dövlət nömrə nişanlı minik avtomobili üçün verilmiş 0067/23 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(011)-214/2024 saylı işi üzrə, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsaitin İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. 3.Qətnamədə “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 53.2, 61.1, 61.2; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.2, 414.3, 415.1, 415.2, 415.5, 416.1, “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2008-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 2(001)-4505/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan “X14 Prado” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ilkin satış qiyməti 22000 manat olmaqla hərraca çıxarılmışdır. Lakin keçirilən hərrac baş tutmamışdır, iddiaçıya məxsus olan “X14 Prado” markalı, **-GB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qanuni qüvvəyə minmiş məhkəmə aktına əsasən açıq hərraca çıxarılıb satılması üçün keçirilən hərrac və ekspert rəyi Mülki Məcəllə və “İcra Haqqında" Qanun ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, icra proseslərinin dayandırılması və ekspert rəyinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Eyni zamanda iddiaçı iddia ərizəsində qeyd edir ki, “Turbo.az” və digər avtomobil satışı ilə məşğul olan saytlarda analoji avtomobillərin qiyməti 36000 civarında müəyyən edilmişdir. Lakin Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli ekspert rəyində İddiaçı məxsus “X14 Prado” minik markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 22000 müəyyən olunması iddiaçının vəziyyətini daha da yaxşılaşdırmış, nəinki Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində göstərilən 20000 manat məbləğ. Odur ki, iddia rədd edilməlidir
4. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - xx.xx.2022-ci il tarixli məktubun surətinə əsasən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-4505/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən, Cavabdeh1 tərəfindən verilmiş xx/xx-152978-20 saylı, xx.xx.2022-ci il tarixli sifarişi üzrə, borclu İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsində yerləşən, 72 nömrəli evin 252 saylı mənzilinə dair açıq hərrac “Əmlakın açıq hərracda satışı üzrə hərracın təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsinin prosedur Qaydaları”na müvafiq olaraq təşkil olunmuş, lakin sözügedən hərrac sifarişi üzrə keçirilən ilkin və təkrar hərraclar baş tutmamış, bununla əlaqədar olaraq hərracın baş tutmamasına dair 56/22 saylı, xx.xx.2022-ci il tarixli yekun protokol tərtib olunmuşdur; - xx.xx.2023-cü il tarixli açıq hərracın keçirilməsinə dair bildirişə əsasən, ilkin hərracın keçirilməsi vaxtı barədə tərəflərə məlumat verilmişdir; - Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli ekspert rəyinin surətinə əsasən, İddiaçı məxsus “X14 Prado” minik markalı ** GB *** dövlət qeydiyyat nişanlı avtomobilin bazar dəyəri 22000 manat təşkil edir; - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyinə əsasən, xx.xx.2023-cü il tarixdə 2005-ci il buraxılışlı, qara rəngli “X14-Prado” markalı, “GX” modelli, universal tipli, dövlət qeydiyyat nişanlı avtomobilin texniki vəziyyəti məlum olmadığından tədqiqat aparılmadı. Ekspert tədqiqatına təqdim edilmiş 2005-ci il buraxılışlı, qara rəngli “X14Prado” markalı, “GX” modelli, universal tipli, (90-GB-33 dövlət qeydiyyat nişanlı) avtomobilin hazırki vəziyyətdə, yəni yuxarıda qeyd edilən qüsurlar nəzərə alınmaqla orta bazar qiyməti təxminən 20000 manat likvid qiyməti isə təxminən 18000 (20000m- 10%) manat müəyyən olunur; - xx.xx.2023-cü il tarixli mədaxil qəbzinə əsasən, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri: 5.İddiaçı apellyasiya şikayəti ( sonradan apellyasiya şikayətinə əlavə verməklə) verərək, Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)-214/2024,xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 13, 29; İnsan hüquqları və Əsas Azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 416.1; Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə 02/21 saylı, 24 noyabr 2021-ci il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 87.2, 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə 2005-ci il buraxılışlı, qara rəngli “X14-Prado” markalı, “GX” modelli, universal tipli, dövlət qeydiyyat nişanlı avtomobilin texniki vəziyyəti məlum olmadığından tədqiqat aparılmadı. Ekspert tədqiqatına təqdim edilmiş 2005-ci il buraxılışlı, qara rəngli “X14-Prado” markalı, “GX” modelli, universal tipli,(90-GB33 dövlət qeydiyyat nişanlı) avtomobilin hazırki vəziyyətdə, yəni yuxarıda qeyd edilən qüsurlar nəzərə alınmaqla orta bazar qiyməti təxminən 20000 manat likvid qiyməti isə təxminən 18000 (20000m10%) manat müəyyən olunur. Halbuki, SƏRRAF-M” MMC tərəfindən iddiaçıya məxsus olan “X13 Prado” markalı, 90 GB333 dövlət nömrə nişanlı minik avtomobilinin bazar dəyəri müəyyən edilərkən cavabdeh tərəfindən ona 22000 manat qiymət qoyulmuşdur və iddiaçı da məhz bunu məhkəmədə mübahisələndirmişdi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin həmin avtomobilə 22000 manat deyil, 18000 qiymət qoyması iddia tələbinin əsaslı olduğunu sübut edir və bu səbəbdən iddia təmin edilməli idi. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-4505/2020 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü Ağazadə Fatimeyi-Zəhra Azər qızı və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 170 manat olmaqla, cəmi 680 manat sabit pul məbləğində alimentin ondan tutularaq uşaqlarını məhkəmə qərarı olmadan himayəsində saxlayan və hazırda onları İran İslam Respublikasında gizlədən X3 verilməsi müəyyən edilmişdir. Alimenti vaxtında və tam ödəyə bilmədiyindən borc yığılmışdır. Məcburi icra tədbirləri ilə əlaqədar tələb ona məxsus “X13 Prado" markalı avtomobilinə yönəldilmişdir. Avtomobilinin hərrac vasitəsilə satılması məqsədilə Cavabdeh2 MMC tərəfindən ona məxsus olan “X13 Prado" markalı, **-GB-*** dövlət nömrə nişanlı minik avtomobilinin bazar dəyəri müəyyən edilərkən ona 22000 manat qiymət qoyulmuşdur. Qeyd olunan avtomobil 2005-ci ildə istehsal olunmuşdur, həm xarici görünüşünə görə, həm də işlək mexanizmlərinə görə tam saz vəziyyətdədir. “Turbo.az” və digər avtomobil satışı ilə məşğul olan saytlarda analoji avtomobillərin qiyməti 36000 civarında müəyyən edilmişdir. Bu səbəbdən, cavabdeh tərəfindən avtomobilin qiyməti süni surətdə çox aşağı qiymətləndirilmişdir. Hal-hazırda “X2”ndə həmin avtomobilin açıq hərracda satılması ilə bağlı proseduralara başlanılmış, xx.xx.2023-cü il tarixə təyin edilmiş hərrac müvəqqəti təxirə salınmışdır. “SƏRRAF-M MMC tərəfindən ona məxsus olan “X13 Prado markalı, **-GB-*** dövlət nömrə nişanlı minik avtomobili üçün verilmiş 0067/23 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyi mövcud bazar qiymətləri nəzərə alınmadan tərtib olunmuşdur və İcra məmuru bu qiymətləndirməni qəbul edərək onun mülkiyyət hüquqlarını pozmuşdur.Bununla əlaqədar Binəqədi rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etsə də Binəqədi rayon icra şöbəsinə, Cavabdeh2 MMC-yə və “X2”nə qarşı “İcra prosesinin dayandırılması, qiymətləndirmənin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qeyd olunanlardan əlavə borc kimi yığılmış 25000 manat “aliment borcunun silinməsi və aliment ödəməkdən azad edilmə” barədə iddiası birinci və apelyasiya instansiya məhkəmələrində təmin edilməsə də, Ali Məhkəmə tərəfindən qətnamə tam ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, onun yığılmış aliment borcuna ödəyə bilmədiyi üçün məcburi icra tədbirləri ilə əlaqədar tələbin onun ona məxsus “X13 Prado" markalı yönədildiyini, avtomobilinin hərrac vasitəsilə satılması məqsədilə Cavabdeh2 MMC tərəfindən ona məxsus olan “X13 Prado" markalı, **-GB-*** dövlət nömrə nişanlı minik avtomobilinin bazar dəyəri müəyyən edilərkən ona 22000 manat qiymət qoyulduğunu, lakin bu qiymətin avtomobilin bazar dəyərindən kifayət qədər aşağı olduğunun, həmçinin övladlarının anası tərəfindən gizlicə qaçırılaraq İran Respublikasına qaçırıldığını, bu səbəbdən də İrana gedib uzun müddət uşaqların geri gətirmək üçün cəhdlər etdiyi, hətta bir müddət qanunsuz olaraq həbsdə qaldığını, həmçinin aliment borcunun silinməsi və aliment ödəməkdən azad etmə barədə iddiasının birinci və apellyasiya instansiyaları tərəfindən rədd edilsə də Azərbaycan Respublikası Ali Məhkəməsinin aprel ayında qəbul edilmiş qərarı ilə kassasiya şikayətinin təmin olunduğunu, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarıldığın qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. 7.Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən digər cavabdehlər "xxxx" MMC və "xxxx" MMC-nin, Cavabdeh1 nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri: 8.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 9.İddiaçının apellyasiya şikayətinin dəlilləri ziddiyyət təşkil edərək şikayətin (iddianın) təmin edilməsini maddi və prosessual hüquq normaları baxımından da istisna edir. Belə ki, suallardan ibarət olan və iddianın əsasını təşkil edən mötəbər sübutlara istinad edilməyən şikayətdə bir tərəfdən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun mövcudluğu, qanunvericiliklə nəzərdə tutulmuş icra hərəkətlərinin mübahisələndirməməsi, lakin tələb üzrə icra qurumunun və "X2”nin cavabdeh qismində qeyd edilməsi anlaşlan deyil. Ümumiyyətlə, hər bir cavabdehə qarşı tələbin nədən ibarət olduğu tələbdə aid edilməmişdir. Qeyd edilməlidir ki, icra sənədi üzrə icraatın dayandırılması və icra məmurunun vəzifələrə aid məsələlər icra icaatı qaydasında mübahisələndirilməlidir. Əmlakın qiymətləndirilməsi də bu prosedurun keçirilməsinə və nəticəsinə təsir edən tərkib hissə olaraq icra məmurnun hərəkətlərinin və ya hərracın mübahisələndirilməsinə aiddir. Ona görə kollegiya hesab edir ki, hazırki iddia hüquqlardan suiistifadəyə şərait yaradan hal kimi qiymətləndirməyə əsas verir. 10.“İcra haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən: 17.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: 17.1.1. məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda; 17.1.2. borclu fəaliyyət qabiliyyətini itirdikdə;17.1.3. borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda;17.1.4. icra sənədinə və ya onun verilməsinə əsas olan tələbə (“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən aparılan notariusun icra qeydi və ya onun verilməsinə əsas olan tələb istisna olmaqla) dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırdıqda, əgər bu cür mübahisəyə qanunla yol verilirsə; 17.1.5. inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) hərəkətlərindən məhkəməyə şikayət verildikdə;17.1.6. icra sənədi üzrə tələbin yönəldildiyi əmlakın həbsdən azad olunması barədə məhkəməyə iddia verildikdə;17.1.7. İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda; 17.1.8. İş üzrə qəbul olunmuş məhkəmə aktlarından şikayət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatına qəbul olunduqda; 17.1.9. icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə;17.1.10. tələbkarın müvafiq xahişi olduqda. 18.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər:18.1.2. borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda;18.1.3. borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda;18.1.4. icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə;18.1.5. borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda;53.2-ci maddəsinə əsasən borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. “İcra haqqında” Qanunun 61.1-ci və 61.2-ci maddəsinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunın sifarişi əsasında keçirirlər.
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən: 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. 12.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsasən: 3.1. Məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 13.Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61, 62; Mülki Məcəllənin 414-416; Mülki Prosessual Məcəllənin 14.2, 15, 76.1, 77.1, 80-82, 119, 217.4, 385-390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və münasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir. Sübutlar təqdim edilməsə də, iddiaçının təqdim etdiyi məlumatlardan bəlli olur ki, onun “aliment borcunun silinməsi və aliment ödəməkdən azad edilmə” barədə iddiası birinci və apelyasiya instansiya məhkəməsində təmin edilməsə də, Ali Məhkəmə tərəfindən qətnamə tam ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Belə olan halda iddiaçının icraatın dayandırılması əsası ilə icra icraatı qaydasında icra məmuruna müraciət etmək hüquqları vardır. Qeyd edilən icra proseduru çərçivəsində isə iddiaçının eksperiza üzrə əsaslı sübutlar icra məmuruna təqdim etmək və hərracın keçirilməsində iştirak etmək, onu mübahisələndirmək hüququ vardır.
14. Beləliklə, tələbin bir hissəsi (icra sənədi üzrə icra prosesinin dayandırılması) iddia icraatı qaydasında baxılmalı olmasa da, iddia tələbinin digər tərkib hissəsi eksperti rəyinin mübahisələndirilməsinə yönəldiyindən və birinci hissə ilə vahid tələb təşkil etdyindən baxılmalı olsa da əsası müəyyən edilmir. Bununla belə, prosessual qanunvericiliklə işin icraatına qismən xitam verilməsi prosessual qanunvericilik ilə nəzərdə tutulmdığından və bu qanunvericilik yalnız məcəllədə nəzərdə tutulmuş qaydada məhkəmə icraatının aparılmasını müəyyən etdiyindən, iddianın mahiyyəti üzrə baxılmaması üçün əsaslar mövcud deyil. İddiaçının ona izah edilmiş hüquqlarına rəğmən iddianın dəqiqləşməsi hüququna malik olduğu halda bunu etməmiş, apellyasiya icraatı baxışı zamanı isə bu prosessual hərəkətlərin həyata keçirilməsi üçün əsaslar müəyyən edilməmişdir. İcra proseduru həddində keçirilən hərrac baş tutmadığından və hərrac mübahisələndirilmədiyindən, ekspert rəyinin nəticəsi isə həracın nəticəsi ilə bağlı olduğundan, ayrlılqda ekspert rəyinin etibarsızlığı əhəhmiyyət kəsb etmir və etibarsızlığının əsasları sübuta yetirilmir. İddiaçıya izah edilməldir ki, qanunvericilik müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərracın maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayılması mümkünlüyünü ehtiva edir. Qeyd edilməlidir ki, hər hansı ekspert rəyinin düzgün olmaması onun etibarsızlığını deyil əsassız (əhəmiyyətsiz) olmasını və ya qanunsuzluğunu müəyyən edə bilər. Burada birinci amil onun sübut kimi qiymətləndirilməsinə və nəticəyə təsir edib-etməməsinə yönəldiyi halda, ikinci amil onun qərəzli olmasına və cinayət hüquqi nəticələrə əsas olmasına yönəlmişdir. Qeyd edildiyi kimi, tələbdə hərrac mübahisələndirilmədiyindən və iddianın əsası isə bu hallara yönəlik olduğundan, prosessual qanunvericilik həddində iddia tələbindən kənara çıxmaq mümkünsüzlüyü brinci amil kimi ekspert rəyinə qiymət verilməsini istisna edir, habelə bu amil üzrə iddia sübut edilməyərək, birinci instansiya məhləməsində keçrilən ekspert rəyi ilə istisna edilir. İnternet mənbələrində olan məlumatlara istinadən avtonəqliyyat vasitəsinin fərqli qiymətlərinin təsbit edilməsi ekspert rəyinin təkzib edən mötəbər sübut kimi qiymətlənrilə bilməz, halbuki bu sübutlar məhkəmə araşdılrılmasının müvafiq (birinci instansiya məhkəməsində icraat zamanı hazırlıq) mərhələsində müzakirəyə təqdim edilməmişdir. 15.Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyənə aid edilməlidir. 16.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-214/2024 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.