Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-318/2021 27.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz hərəkətlərə son qoyulması, bələdiyyə tərəfindən ona ayrılmış torpaq üzərində mülkiyyət və istifadə hüququnun bərpa edilməsi tələbinə dair 2(001)-300/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz hərəkətlərə son qoyulması, bələdiyyə tərəfindən ona ayrılmış torpaq üzərində mülkiyyət və istifadə hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qarşı olan qanunsuz hərəkətlərə son qoyulması, bələdiyyiə tərəfindən ona ayrılmış torpaq üzərində müəlkiyyət və istifadə hüququnun bərpa edilməsi, torpaq sahəsinin ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçıdan polisə şikayət etmişdir ki, guya iddiaçı torpaq sahəsini ona satıb. Onun yazdığı şikayət ərizəsini müstəntiq Ramil Mehdiyev araşdırmış, heç bir əsas olmadığı üçün şikayət ərizəsini mülki qaydada həll edilməsini tövsiyə etmişdir. Cavabdeh Binəqədi bələdiyyəsi ərazisində 2 sərəncamlı ayrıayrı yerlərdə hərəsi 6 sot olmaqla 2 torpaq sahəsi var. Bir torpaq sahəsini iddiaçının keçmiş qonşusu Zaur Məmmədovdan almışdır. İkinci torpaq sahəsi bir az qıraqda yerləşir. Lakin Cavabdeh iddiaçıya böhtan ataraq, iddiaçını tutduracağı ilə hədələyir, iddiaçının torpaq sahəsi onun ikinci torpaq sahəsi ilə dəyişmək istəyir ki, torpaqları yanaşı olsun. İddiaçının torpağı üzərindəki mülkiyyət hüququnu pozur, hasarını sökür, iddiaçını və ustaları təhqir edir, hədə-qorxu gəlir. Polisləri ora çağırır ki, guya torpaq onunkidir, guya iddiaçı oranı zəbt etmişdir. İddiaçı bu barədə polisə və bələdiyyəyə dəfələrlə müraciət etmişdir. Bələdiyyə torpağa yerində baxış keçirdərək eskiz planları üzrə naturada olduğu kimi eynilik təşkil etdiyi haqda məktub vermişdir. Torpağın iddiaçıya məxsus olmasını bir daha təsdiq etmişdir. Bundan başqa Cavabdeh ayrılmış torpaq sahəsinin iddiaçının torpaq sahəsi ilə yanaşı olduğu müyyən edilmişdir. Qanunla torpağı Cavabdeh bələdiyyədən almışdır. Bələdiyyənin verdiyi məktubdan görünür ki, onun bir torpağı iddiaçı ilə qonşudur. Torpaq sahəsini bələdiyyədən aldıqları üçün, torpağın kimə məxsus olduğunu bələdiyyə dəqiq bilir. Ona görə bələdiyyənin verdiyi məktublardan görünür ki, iddiaçı öz torpağından istifadə edir və heç kimin torpağını zəbt etməmişdir. Mahiyyət etibarilə işin sübuta ehtiyacı yoxdur, torpağın ona məxsus olduğunu bələdiyyə də söyləyir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırlıq iclası zamanı məhkəmə onlara “qanunsuz hərəkətlər dedikdə nəyi nəzərdə tutursuz?” sualını verdikdə, cavabdehin onları şərliyərək böhtan ataraq guya torpaq sahəsini olardan alması və bundan istifadə edərək hasarını sökməsi, onu və ustaları tehqir etməsini, hədələməsini izah etmişdir. 25.07.20l9-cı il tarixində keçirilən məhkəmə zamanı dəqiqləşdirmiş iddia ərizəsini məhkəməyə təqdim etmişdir. 15.01.2020-ci il tarixində dəftərxana vasitəsilə verilmiş izahat və vəsatətində iddiamın əsasını bir daha təkrar etmişdir. Belə ki, onlaırn iddialarının əsasını, Cavabdeh ona qarşı olan qanunsuz (torpağı ondan alması) torpaq iddiasına və qanunsuz hərəkətlərinə (hasarını sökür, onu ustaları təhqir edir, hədə-qorxu gəlir, polisləri ora çağırır ki, guya torpağı ondan alıb, onunkidir, iddiaçı oranı zəbt etmişdir) son qoymaqla Bələdiyyə tərəfindən ona ayrılmış torpaq üzərində sahiblik və istifadə hüququnun təmin edilməsidir. Baki Şəhəri Binəqədi Rayon Məhkəməsi işin mahiyyəti olan cavabdehin ona qarşı olan qanunsuz torpaq iddiasını araşdırmamışdır. Yəni Cavabdeh iddia etdiyi kimi guya torpağı ondan aldığı üçün, iddiaçının torpaq sahəsi ona məxsusdur. Ona görə də bələdiyyə tərəfindən ona ayrılmış torpaq sahəsində (bələdiyyə tərəfindən verilmiş məktubdan görünür ki, heç kimin torpağin zəbt etməmişlər, torpaq ona məxsusdur) iş görən kimi Cavabdeh torpağı özününki hesab edərək, özünün dediyi kimi iddiaçı, ona məxsus (cavabdeh hardan bilir ki torpaq ona məxsus deyil) olmayan torpaq sahəsində tikinti aparmasına cəhd etdiyinə görə yeddi dəfə polisi ora çağırmaqla, onu və ustaları təhqir etməklə, hədə-qorxu gəlməklə, hasarı sökməklə torpaq üzərində sahiblik və istifadə hüququnu pozur. Şahid kimi qonşular, ustalar onunla birgə orda olan tanışlar bunu təsdiq edə bilərlər. Lakin şahidə heç ehtiyac yoxdur, çünki Cavabdeh özü bunları təsdiq edir. Polisə yazdığı ərizələrdə, məhkəmədə verdiyi ifadədə də aydın görünür. Qətnamədə göstərilir ki, mülkiyyət və istifadə hüququnun pozulmasının nədən ibarət olması aydın deyildi. Anarın qanunsuz torpaq iddiası əsasında etdiyi qanunsuz hərəkətləri məhkəmə tərəfindən araşdırılsaydı, mülkiyyət və istifadə hüququmun pozulmasının nədən ibarət olması aydın olardı. Digər tərəfdən, Cavabdeh məhkəmədə çıxışı zamanı torpağı bizdən almasını, polisə verdiyi şikayətə uyğun olaraq izahat verdi, yeddi dəfə polisin ora çağırmasını məhkəmədə bildirdi və torpağın onunki olmasını iddia etdi. Lakin məhkəmənin çıxardığı qətnamədə bunlar öz əksini tapınır. Məhkəmədə çıxışı zamanı Cavabdeh onun hüquqlarını pozmasını etiraf etdiyi halda məhkəmə bunu sübut kimi qəbul etmir. Məhkəmənin nəticə etibarilə qərara gəldiyi kimi cavabdehin qanunsuz hərəkətləri onun tərəfindən hüquq mühafizə orqanlarına dəfələrlə müraciət edilməsindən ibarətdir. Cavabdehin polisə şikayət etməyinin səbəbi torpağı ondan almasını iddia etməsidir. Bu deyilənlər müstəntiqin çıxardığı qətnamədədə öz əksini tapır. Məhkəmə tərəfindən öz təşəbbüsü ilə təyin edilmiş ekspertizanın keçirilməsinə etiraz etmişlər. Belə ki, ekspertizanın qarşısına qoyulan suallar Binəqədi bələdiyyəsi tərəfindən cavablandırılmış və məktub formasında işə tikilmişdir. Vəsatət qaldırılmışdır ki, torpaq bələdiyyə tərəfindən verildiyi üçün üçüncü tərəf kimi məhkəməyə dəvət edilsin. Vəsatəti təmin edilməmişdir. Məhkəmə öz təşəbbüsü ilə təyin etdiyi ekspertizaya Binəqədi bələdiyyə mütəxəssislərinin dəvət edilməsini qərara almışdır. Lakin ekspertiza zamanı bələdiyyə mütəxəssislərinin orda iştirakını təmin etməmişdir. Bu barədə o, hakimə və ekspertə də öz etirazımızı bildirmişlər. Bəri başdan nəticəsi məlum olan ekspertizanın keçirilməsinə nə ehtiyac vardı. Torpaq sahəsinin ona məxsus olması Binəqədi bələdiyyəsinin ona verdiyi məktublardan və cavabdehin polisə verdiyi şikayət ərizəsilə, müstəntiqin çıxardığı qərarla da sübut olunmuşdur. Tərəflər arasında qanuni və ya qeyri-qanuni heç bir torpaq alqı-satqı faktının olmaması onun tərəfindən sübut olunmuşdur. Cavabdehin qanunsuz hərəkətləri yəni, onun torpağını özününki hesab etməsi, onu satmaq istəməsi, hasarını sökməsi, ona hədəqorxu gəlməsi bundan başqa məhkəmə zamanı verdiyi ifadələrdən, məhkəmə zalında onu təhqir etməsindən də görünür. Şəkillər vasitəsi ilə torpaq sahəsinin yanaşı olmasını və hasarının tikilməsinə mane olaraq nəticədə yarımçıq qalmasını sübut etmişdir. Apellyasiya baxışı zamanı iddiaçı şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, Binəqədi rayonu X1 30 noyabr 2007-ci il tarixli, 2362/1 saylı sərəncamına əsasən, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən cizgi üzrə təyin olunmuş 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə bələdiyyə tərəfindən İddiaçı satılmışdır. Binəqədi rayonu X1 26 oktyabr 2007-ci il tarixli, 1916/2 saylı sərəncamına əsasən, həmin sərəncamla Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə bələdiyyə tərəfindən Cavabdeh satılmışdır. Binəqədi rayonu X1 26 oktyabr 2007-ci il tarixli, 1942 saylı sərəncamına əsasən, həmin sərəncamla Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 600 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə bələdiyyə tərəfindən Cavabdeh satılmışdır. Binəqədi rayonu X1 27 fevral 2019-cu il tarixli cavab məktubuna əsasən, Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən Cavabdeh Məmməd oğluna ayrılmış torpaq sahəsi ilə İddiaçı ayrılmış torpaq sahəsi yanaşıdır. Binəqədi rayonu X1 16 may 2019-cu il tarixli İddiaçı cavab məktubunda göstərilmişdir ki, “ ... torpaq sahənizə baxış zamanı Sizə ayrılan torpaq sahənizin, digər şəxs Cavabdeh ayrılmış torpaq sahəsi ilə yanaşı olduğu müəyyən edilməklə bərabər eskiz-sxem planları üzrə naturada olduğu kimi eynilik təşkil edir”. Binəqədi rayonu X1 31 may 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı ayrılmış torpaq sahəsinin eskiz-sxemi ilə ərazi üzrə uyğunluq təşkil edir, vətəndaş Cavabdeh torpaq sahələrinin ona göstərilməsi və ya təqdim edilməsi ancaq onun özünün müraciətindən sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 16 dekabr 2019-cu il tarixli, 20425 saylı ekspert rəyinə əsasən, “ ... Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu X1 30 noyabr 2007-ci il tarixli, 2362/1 sərəncamı ilə İddiaçı qızma fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsinin sxemində və eyni zamanda Bakı şəhəri Binəqədi rayonu X1 26 oktyabr 2007-ci il tarixli 1916/2 nömrəli sərəncamı və 26 oktyabr 2007-ci il tarixli, 1942 nömrəli qərarı ilə Cavabdeh ayrılmış 600 kv.m torpaq sahəsinin sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Geodeziya işlərinin təşkili və geodeziya fəaliyyətinə dövlət nəzarəti şöbəsinin məsləhətçisi Salman Hümbətlinin tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Bakı şəhəri Binəqədi rayonu X1 30 noyabr 2007-ci il tarixli, 2362/1 sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsinin sxemində və Bakı şəhəri Binəqədi rayonu X1 26 oktyabr 2007-ci il tarixli 1916/2 nömrəli sərəncamı və 26 oktyabr 2007-ci il tarixli, 1942 nömrəli qərarı ilə Cavabdeh ayrılmış 600 kv.m torpaq sahəsinin sxemində miqyas, koordinat və hər hansı bir istinad nöqtəsindən məsafə göstərilmədiyindən, Bakı şəhəri Binəqədi rayonu X1 30 noyabr 2007-ci il tarixli, 2362/1 sərəncamı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.m torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilibedilməməsini müəyyən etmək mümkün olmamışdır”. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə görə, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Belə ki, Hazırkı işdə sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbini sübuta yetirə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsində “mülkiyyət və istifadə hüquqlarının” bərpa edilməsi xahiş edilsə də, Cavabdeh tərəfindən həmin torpaq sahəsinin zəbt edilmədiyi iddiaçı tərəfindən məhkəmə iclasında qəbul edildiyi təqdirdə, iddiaçıya ayrılmış torpaq sahəsi üzərində "mülkiyyət və istifadə hüquqlarının" pozulmasının nədən ibarət olması aydın deyil. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə sübut kimi Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 mart 2019-cu il tarixli və 29 iyul 2019-cu il tarixli qərarların surətləri təqdim edimişdir. Həmin qərarlardan görünür ki, Cavabdeh ona məxsus torpaq sahəsinin zəbt edilməsi ilə bağlı Binəqədi Rayon Polis İdarəsinə müraciət etmiş və ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Nəticə etibarı iş materiallarından və tərəflərin məhkəmə iclaslarında verdiyi izahatlardan göründüyü kimi, İddiaçı tərəfindən mövcudluğu iddia edilən Cavabdeh qanunsuz hərəkətləri onun tərəfindən hüquq mühafizə orqanlarına dəfələrlə müraciət edilməsindən ibarətdir. Qeyd edilənlərə əsasən, sübuta yetirilmədiyi üçün iddia tələbin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-300/2020 saylı, 06 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-318/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-318/2021
27.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver