Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-318/2024 03.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdehnə və qeyrilərinə qarşı iş üzrə (Açar sözlər: başqasının əmlakının sökülməsinin hüquqi nəticələri) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X27 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs X15, Üçüncü şəxs X17 və onun vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh, Bakı şəhər İcra Hakimiyyəti, Nərimanov Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində X28, X18, X19, X29, X25, X20 cəlb edilməklə) qarşı “mülkiyyət hüquqlarına müdaxilə nəticəsində maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1206/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsindən İddiaçı, Cavabdeh MMC və üçüncü şəxs X17 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, Nərimanov rayonu. M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzili xx.xx.2015-ci il tarixdə X13 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. X26 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Bundan sonra X3i varisi kimi X10 24 saylı Notariat Kontoru tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzilindən tam pay alması barədə xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmilmişdir. Qeyd edilən şəhadətnamə əsasında mübahisəli mənzilə X6 hüquqları dövlət reyestrində qeydə alınmış və ona xx.xx.2017-ci il tarixli çıxarış verilmişdir.
2. X2 Flora Şəmistan qızı, X21 və X16 özünə məxsus Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzilinə istifadə hüquqları itirilmiş hesab edilməsinə dair Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
3. Bakı şəhər İcra Hakimiyyəti Başçisinin xx.xx.2016-cı il tarixli sərəncamına əsasən ünvan 1 ünvanlarda yaşayış binasının tikintisi üçün Cavabdehnə icazə verilmişdir.
4. Bundan sonra Cavabdeh X18 ilə şifahi alğı-satqı müqaviləsi bağlamış, əvəzində X10 həmin binadan 142.7 kv.m sahədən də artıq sahəyə malik ümumilikdə 3 mənzil verilməsi razılaşdırılmışdır.
5. Cavabdeh ilə X18 arasında mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M- 505 nömrə reyestrli Müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.5-ci bəndindən görünür ki, mülkiyyətçi X18 ona 2 il müddətinə aylıq 1.200 manat kirayə haqqının ona ödənilməsi və yeni tikilən binadan yeni mənzillərin - A blokunun 8-ci mərtəbəsində yerləşən 2 ədəd 2 otaqlı, 1 otağının ümumi sahəsi 60,8 kvşm olan, 10-cu mrtəbədə 2 ədəd, 2 otaqlı, 1 otağının ümumi sahəsi 60,8 kv.m olan, B blokunun 8-ci mərtəbəsində 1 ədəd 3 otaqlı ümumi sahəsi 136,4 kv.m olan və 1 ədəd 2 otaqlı ümumi sahəsi 87,9 kv.m olan (ümumi sahə 467.5 kv.m ) verilməsi, lakin mülkiyyətçi X6 da verilən mənzillərin müqabilində 1 il müddətinə 2017-ci ilin dekabr ayının 12-dən başlayaraq hər ay 2.500 manat, cəmi 30.000 manat Cavabdehnə ödəməyi müqabilində mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı, ümumi sahəsi 142,7 kv.m mənzilə dair hüquqlarını Cavabdehnə ötürür.
6. Mübahisəli mənzil cavabdeh MMC tərəfindən sökülən zaman iddiaçı Rusiya Federasiyasında olmuş və xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasına qayıtmış, mübahisəli mənzilin söküldüyünü, anasının vəfatından sonra qardaşı X10 24 saylı Dövlət Notariat Kontorunda vərəsəlik şəhadətnaməsi alaraq mübahisəli mənzili adına keçirtdiyini öyrənmiş və cavabdehlər X22, X10, 24 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi və mirasın bölüşdürülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzilinə 24 saylı notariat kontoru tərəfindən cavabdeh X10 xx.xx.2017-ci il tarixində verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilərək X14 miras qalmış olan Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzilin o və digər vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-3281/2019 nömrəli qətnaməsi ilə X6 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilərək həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə X6 adına aparılmış qeyd və həmin qeyd əsasında ona verilmiş “Reyestrdən çıxarış” ləğv edilmiş, mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət uzadılmış, miras qalmış əmlakda Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzildə mərhum X13 vərəsələri İddiaçı, X28, X18, X19, X29, X25 və X7 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
8. Həmin qətnamə əsasında Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzili 1/7 hissədə İddiaçı, 1/7 hissədə X15, 1/7 hissədə X6, 1/7 hissədə X8, 1/7 hissədə X23, 1/7 hissədə X11 və 1/7 hissədə X7 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
9. Cavabdeh ilə X18 arasında “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M- 505 nömrə reyestrli Müqavilənin ləğvi”nə dair xx.xx.2021-ci il tarixli, 3M-179 nömrə reyestrli saziş bağlanmışdır. Sazişə görə tərəflər elan edirlər ki, bir-birlərinə qarşı heç bir irad və pul tələbi mövcud deyil. Tərəflər bu sazişi bağlamaqla bildirirlər ki, qeyd edilən müqavilə ləğv edilsin və mənzil ilkin vəziyyətə qaytarılsın.
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, Bakı şəhər İcra Hakimiyyətinə, Nərimanov Rayon İcra Hakimiyyətinə və AR Nazirlər Kabinetinə qarşı “mülkiyyət hüquqlarına müdaxilə nəticəsində maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia və iddia tələbinin həcminin artırılması barədə ərizələr verərək cavabdehlər "xxxx" MMC AR Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon icra Hakimiyyətindən 1/7 hissədə mülkiyyətçisi olduğu Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin cavabdeh "xxxx" MMC tərəfindən sökülərək, yerində onun icazəsi olmadan çoxmərtəbəli yaşayış binasının tikilməyi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, cavabdeh "xxxx" MMC məxsus çox mənzilli yeni yaşayış binasından 1, 2 və ya 3 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması, eləcə də mirasın açıldığı andan hesablanmaqla 5 il üçün aylıq 500 manat kirayə haqqı məbləğində cəmi 30.000 manat pulun və məruz qaldığı mənəvi zərərin əvəzi olaraq isə 50.000, həmçinin sökülmüş mülkiyyətin hər kv.metrinə görə 2.500 manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh X22 və qeyrilərinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi, cavabdehlərin ləyaqətsiz vərəsə hesab olunaraq miras payından məhrum olunmaları, miras əmlakının qəbul edilməsi üçün prosessual müddətin bərpa edilməsi və mirasın bölüşdürülməsi” tələblərinə dair iddiası Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3281/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, X6 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində X6 adına aparılmış qeyd və həmin qeyd əsasında ona verilmiş “reyestrdən çıxarış” ləğv edilmişdir. Mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət uzadılmışdır. Miras qalmış əmlakda Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilində mərhum X13 vərəsələri İddiaçı, X28, X18, X19, X29, X25 və X7 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. İş üzrə sənədlərə əlavə olunmuş mülkiyyət hüququnu təsdiq edən çıxarışın surətindən də göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin 1/7 hissəsi üzərində iddiaçının mülkiyyət hüququ tanınmışdır. Cavabdeh bina tikintisi ilə məşğul olan şirkətdir. Cavabdeh MMC hələ məhkəmə mübahisəsinin davam etdiyi dövrdə digər vərəsə və mənzilin cəmi 1/7 hissəsində mülkiyyət hüququ olan qardaşı X18 ilə razılığa gələrək onun da mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzili ilə bağlı alqı-satqı müqaviləsi bağlayaraq, əvəzində X10 həmin binadan 86 kv.metr, 210 kv.metr, 74 kv.metr və 140 kv.metrdən ibarət olan mənzillər vermişdir. Bundan əlavə, binanın tikintisi davam etdiyi müddət üçün MMC aylıq kirayənin əvəzi olaraq ona heç bir məbləğ ödəməmişdir. İddiaçı dəfələrlə cavabdeh MMC-yə müraciət edərək dəymiş zərərin əvəzi olaraq, həmin binadan üç otaqlı mənzil verilməyini tələb etsə də, cavabdeh MMC ona yalnız 30 kv.metlik mənzil verə biləcəyini bildirib, zərərin qalan hissəsinin ödənilməsindən imtina etmişdir. Mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşya sökülərkən onun razılığı alınmamışdır. Cavabdeh MMC-nin məhz həmin dövrdə Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin faktiki olaraq X6 mülkiyyətində olmasını iddia etsə də, cavabdeh MMC həmin daşınmaz əşyanın vərəsəlik hüququ əsasında digər cavabdeh X1 və aralarında məhkəmə mübahisəsi olduğundan məlumatlı idi. MMC-nin təqsirli hərəkətləri nəticəsində iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşyadan məhrum olmuş və əlavə olaraq beş il ərzində qeydiyyatda olduğu evdən qeyri-qanuni uzaqlaşdırılaraq 30.000 manat (aylıq 500 manat məbləğində kirayə pulu olmaqla) məbləğində maddi zərərə məruz qalmışdır. Həmçinin, cavabdeh şirkətin təqsirli hərəkətləri nəticəsində iddiaçı 50.000 manat məbləğində mənəvi zərərə məruz qalmışdır. Belə ki, iddiaçı dəfələrlə şirkətə müraciət edərək mülkiyyətçi olduğunu, onun icazəsi olmadan ona məxsus əşyanın söküldüyünü və ona zərər dəydiyini bildirsə də, cavabdeh şirkət zərəri ödəməkdən imtina etmişdir. MMC-nin tikdiyi çoxmənzilli bina pilot layihə olub və pilot layihəyə ilə bağlı AR Nazirlər Kabineti qərar, Bakı şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyəti isə icazə verib. Bu onu sübut edir ki, iddiaçının mülkiyyətinin dağıdılaraq yerində çoxmənzilli binanın tikilməsinə görə məsuliyyəti ORXAN-TİT MMC ilə yanaşı, AR Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyəti də daşıyır. Belə ki, onların səhv qərarları və icazələri nəticəsində iddiaçının mülkiyyəti sökülmüş və yerində çoxmənzilli bina tikilmişdir. Ona görə də Cavabdeh MMC, AR Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Nərimanov Rayon icra Hakimiyyəti müştərək məsuliyyət daşımalıdırlar.
12. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək, yerində onun icazəsi olmadan çoxmərtəbəli yaşayış binasının tikilməyi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli ünvanda tikilmiş, cavabdehə məxsus binadan üç otaqlı mənzilin, eləcə də mirasın açıldığı andan hesablanmaqla 3 il üçün aylıq 500 manat kirayə haqqı olmaqla, cəmi 20.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. 15 mart 2021-ci il tarixdə İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, Bakı şəhər İcra Hakimiyyətinə, Nərimanov Rayon İcra Hakimiyyətinə və AR Nazirlər Kabinetinə qarşı “mülkiyyət hüquqlarına müdaxilə nəticəsində maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia həcminin artırılması barədə ərizə verərək Cavabdehlər "xxxx" MMC AR Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon icra Hakimiyyətindən 1/7 hissədə mülkiyyətçisi olduğu Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin cavabdeh "xxxx" MMC tərəfindən sökülərək, yerində icazə olmadan çoxmərtəbəli yaşayış binasının tikilməyi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli ünvanda tikilmiş, cavabdehə məxsus binadan 3 otaqlı mənzilin, eləcə də mirasın açıldığı andan hesablanmaqla 4 il üçün aylıq 500 manat kirayə haqqı məbləğində cəmi 26.000 manat pulun və məruz qaldığı mənəvi zərərin əvəzi olaraq isə 50.000, həmçninin sökülmüş mülkiyyətimin hər kv.metrinə görə 2.500 manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
14. İddia tələbinə dəqiqləşmə onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X22 və qeyrilərinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi, cavabdehlərin ləyaqətsiz vərəsə hesab olunaraq miras payından məhrum olunmaları, miras əmlakının qəbul edilməsi üçün prosessual müddətin bərpa edilməsi və mirasın bölüşdürülməsinə dair tələblər ilə bağlı iddiası Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3281/2019 saylı 05 aprel 2019-cu il tarixli qətnaməsi ilə qismən təmin edilib, X6 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilib, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə X6 adına aparılmış qeyd və həmin qeyd əsasında ona verilmiş “Reyestrdən çıxarış” ləğv edilib. Mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət uzadılıb. Miras qalmış əmlakda Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzildə mərhum X13 vərəsələri İddiaçı, X28, X18, X19, X29, X25 və X7 hər birinin payı 1/7 hissədə müəyyən edilib. İş üzrə sənədlərə əlavə olunmuş mülkiyyət hüququnu təsdiq edən Çıxarışın surətindən də göründüyü kimi, Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin 1/7 hissəsi üzərində onun mülkiyyət hüququ tanınıb. Cavabdeh ORXAN-TİT MMC bina tikintisi ilə məşğul olan şirkətdir. İddiaçı bildirir ki, cavabdeh Orxan- TİT MMC şirkəti hələ məhkəmə mübahisəsinin davam etdiyi dövrdə digər vərəsə və mənzilin cəmi 1/7 hissəsində mülkiyyət hüququ olan qardaşı X18 ilə razılığa gələrək onun da mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzili ilə bağlı alğı-satqı müqaviləsi bağlayaraq, əvəzində X10 həmin binadan 86 kvm, 210 kvm, 74 kvm və 140 kvm-dən ibarət olan mənzillər verib. Bundan əlavə binanın tikintisi davam etdiyi müddət üçün ORXAN-TİT MMC aylıq kirayənin əvəzi olaraq ona heç bir məbləğ ödəməyib. İddiaçı dəfələrlə cavabdeh ORXAN-TİT MMCə müraciət edərək dəymiş zərərin əvəzi olaraq, həmin binadan 3 otaqlı mənzil verilməyini tələb etsə də, cavabdeh ORXAN-TİT MMC ona yalnız 30 kvm-lik mənzil verə biləcəyini bildirib, zərərin qalan hissəsinin ödənilməsindən imtina edib. İddiaçı bildirir ki, mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşya sökülərkən onun razılığı alınmayıb. Hər nə qədər iddiaçı ORXAN-TİT MMC iddia etsə də ki, məhz həmin dövrdə Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzil faktiki olaraq, Əliyev Mübarizin mülkiyyətində idi, bununla bağlı bildiririk ki, cavabdeh şirkət həmin daşınmaz əşyanın vərəsəlik hüququ əsasında digər cavabdeh X1, aralarında məhkəmə mübahisəsi olduğundan məlumatlı idi. Cavabdeh ORXAN-TİT MMC-nin təqsirli hərəkətləri nəticəsində o, mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşyadan məhrum olub və əlavə olaraq, 3 il ərzində qeydiyyatda olduğu evdən qeyri-qanuni uzaqlaşdırılaraq, 20.000 (aylıq 500 manat məbləğində kirayə pulu olmaqla, 3 il 2 ay üçün) manat məbləğində maddi zərərə məruz qalıb. Məhkəmə iclasında cavabdeh bildirib ki, onun iddiaçının mülkiyyətində tikdiyi çoxmənzilli bina pilot layihə olub və pilot layihəyə AR Nazirlər Kabineti qərar, Bakı şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon İcra Hakimiyyəti isə icazə verib. Bu onu sübut edir ki, iddiaçının mülkiyyətinin dağıdılaraq yerində çoxmənzilli binanın tikilməsinə görə məsuliyyəti ORXAN- TİT MMC ilə yanaşı, AR Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon icra Hakimiyyəti də daşıyır. Belə ki, onların səhv qərarları və icazələri nəticəsində iddiaçının mülkiyyəti sökülmüş və yerində çoxmənzilli bina tikilmişdir. Ona görə də ORXAN-TİT MMC, AR Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Nərimanov Rayon icra Hakimiyyəti müştərək məsuliyyət daşımalıdırlar.
15. 31 may 2021-ci il tarixdə İddiaçı cavabdehlər Cavabdeh MMC-yə, Bakı şəhər İcra Hakimiyyətinə, Nərimanov Rayon İcra Hakimiyyətinə və AR Nazirlər Kabinetinə qarşı “mülkiyyət hüquqlarına müdaxilə nəticəsində maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia həcminin artırılması barədə ərizə verərək cavabdehlər "xxxx" MMC AR Nazirlər Kabineti, Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov Rayon icra Hakimiyyətindən 1/7 hissədə mülkiyyətçisi olduğu Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin cavabdeh "xxxx" MMC tərəfindən sökülərək, yerində mənim icazəm olmadan çoxmərtəbəli yaşayış binasının tikilməyi nəticəsində məruz qaldığım zərərin əvəzi olaraq, "xxxx" MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, cavabdeh "xxxx" MMC məxsus çox mənzilli yeni yaşayış binasından 1, 2 və ya 3 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması, eləcə də mirasın açıldığı andan hesablanmaqla 5 il üçün aylıq 500 manat kirayə haqqı məbləğində cəmi 30000 manat pulun və məruz qaldığı mənəvi zərərin əvəzi olaraq isə 50.000, həmçinin sökülmüş mülkiyyətin hər kv.metrinə görə 2500 (iki min beş yüz) manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
16. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X24 iddianı qismən qəbul edərək bildirmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda yeni binanın inşası davam edir. Bakı şəhəri Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi mülkiyyətçisi vardır. Həmin mülkiyyətçilərin hamısı Cavabdeh MMC-yə yaxınlaşarsa, onlarla 180 kv.mlik mənzilə dair müqavilə bağlamağa razıdırlar. Lakin hər biri ilə ayrı-ayrılıqla müqavilə bağlamaq qeyri-mümkündür.
17. Cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndəsi X38 məhkəmə iclasında İcra Hakimiyyətinə münasibətdə iddianı qəbul etməyərək, rədd olunmasını xahiş etmişdir.
18. Müstəqil tələblər irəli sürməyən 3-cü şəxs X18 izahatında bildirmişdir ki, İddiaçı onun bacısıdır. Bakı şəhəri Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi mülkiyyətçisi vardır. Cavabdeh bütün mülkiyyətçiləri MMC-yə dəvət edərək müqavilə bağlamağa etiraz etmir. Lakin bacısı məhz onunla ayrıca müqavilə bağlanmağını istəyir. Hər birinin payı həmin mənzilə 1/7 hissədədir.
19. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 1206/2021 nömrəli qətnaməsi ilə (hakim G.A.Əsədova) iddia qismən təmin edilmiş, İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, Cavabdeh MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, Cavabdeh MMC-yə məxsus çox mənzilli yeni yaşayış binasından 1 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
20. Məhkəmə belə qənaətə gəlmişdir ki, İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, Cavabdeh MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, Cavabdeh MMC-yə məxsus çox mənzilli yeni yaşayış binasından 1 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsi qoyulmalı, qalan hissələrdə iddia tələbləri rədd edilməlidir.
21. Belə ki, iddianın “mirasın açıldığı andan hesablanmaqla 5 il üçün aylıq 500 manat kirayə haqqı məbləğində cəmi 30.000 manat pulun” cavabdehlərdən tutulması hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, iddiaçı və Cavabdeh MMC arasında hər hansi kirayə haqqının ödənilməsi ilə əlaqədar müqavilə bağlanmamış və müqavilə öhdəliyi yaranmamışdır.
22. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmamışdır.
23. İddianın “sökülmüş mülkiyyətin hər kv.metrinə görə 2.500 manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi” hissəsinə münsibətdə məhkəmə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı sübutlar təqdim edilmədiyindən rədd edilməlidir.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29, 43-cü, Mülki Məcəllənin 6, 16.1, 21, 152.1, 152.5, 152.6, 157.1, 157.2, 157.4, 158.3, 560.1, 560.2, 1096.1, 1096.2, 1097.1-ci, Mülki Prossesual Məcəllənin 14.2, 106.1, 217.3, 217.4-cü maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
25. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, məhkəmə kirayə haqqı, vurulmuş mənəvi və maddi zərərləri nəzərə almaqla iddiaçını ən azı 3 otaqlı mənzillə təmin etməli olduğu halda düzgün olmayan qətnamə qəbul etmişdir.
27. Qətnamədən həmçinin Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyri-obyektiv, hüquq normalarının pozulması ilə çıxarılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan hallar tam sübut edilməmiş, habelə məhkəmənin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Belə ki, mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli 142,7 kv.m olan mənzil sökülən zaman iddiaçının özünün qeyd etdiyi kimi, Azərbaycan Respublikasında olmamış, Bakıya xx.xx.2017-ci ildə gəlmişdir. Həmçinin həmin dövrdə qeyd edilən mənzilin tam paya malik mülkiyyətçisi iddiaçının qardaşı X18 olmuş, sonuncu ilə MMC arasında mənzilin sökülməsi və əvəzində yeni tikilən binadan yeni mənzilin verilməsi ilə bağlı razılıq əldə edilmişdir. İddiaçı sonradan məhkəməyə müraciət edərək 2019-cu ildə mübahisəli mənzilin 1/7 hissəsinə mülkiyyət hüququ əldə etmişdir. Göründüyü kimi iddiaçının mülkiyyət hüququ mənzil söküləndən sonra yaranmışdır. Ona görə də mənzilin sökülməsi zamanı iddiaçının razılığının alınması qeyri-mümkün olmuşdur. Bundan başqa iş materiallarından görünür ki, iddiaçının vərəsəlik şəhadətnaməsinin və çıxarışın etibarsızlığı, miras əmlakda payın müəyyən edilməsi barədə iddiası ilə bağlı məhkəmə mübahisəsinə baxılan zaman MMC işə cəlb edilməmiş belə bir mübahisənin olmasından xəbərdar olmamışdır. Həmçinin, qətnamədə məhkəmə iddiaçının MMC-yə müraciət edərək 3 otaqlı mənzil istəməsi və qarşılığından MMC-nin 30 kv.metrlik mənzil təklif etməsini qeyd etsə də həmin hal iş materialları ilə təsdiq edilmir.
29. Qətnamədən eyni zamanda müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X17 apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini və İddiaçı 26.0 kv.m yaşayış sahəsinin verilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 3281/2019 saylı qətnaməsilə miras əmlak üzərində bütün vərəsələrin ayrı-ayrılıqda 1/7 hissədə bərabər payları müəyyən edilmişdir. Miras əmlak 142.7 kv.m sahəyə malik olub, cavabdeh tərəfindən həmin əmlakın əvəzi olaraq təxminən 182.4 kv. m sahəni təşkil edən hər biri 60.8 kv m olan 3 ədəd 2 otaqlı mənzil təklif edilib. Məhkəmə qətnamə çıxararkən iddiaçıya 1 otaqlı mənzil verilməsi öhdəliyini cavabdehin üzərinə qoyub. Lakin, ona təklif olunan 182.4 kv.m yaşayış sahəsində 1 otaqlı mənzil yoxdur, bundan başqa, 1 otaqlı mənzillər özü 58 kv.m sahəyə malikdir. Belə olan halda iddiaçıya 2 nəfərin yaşayış sahəsi verilmiş olur ki, 7 nəfər vərəsədən birinin hüququ pozulur, 1 nəfər paydan məhrum olur. Məhkəmə 182.4 kv.m yaşayış sahəsini 7 nəfər arasında bölməklə hər bir payçıya 26 kv.m yaşayış sahəsi nəzərdə tutulmaqla iddiaçıya 26 yaşayış sahəsi üzrə payın verilməsi öhdəliyini cavabdehin üzərinə qoymalı idi.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
32. İşə apellyasiya icraatı qaydasında baxılan zaman iddiaçı tərəf iddia tələbinin həcminin azaldılması (iddiadan qismən imtina edilməsi barədə) ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin «sökülmüş mülkiyyətin hər kv.m-nə görə 2500 manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi hissəsindən imtina edilməsini göstərmişdir.
33. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-424/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və V.N.Sadıqov) iş üzrə icraata iddia tələbinin “sökülmüş mülkiyyətin hər kv.m-nə görə 2500 manatın cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı verilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır.
34. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-424/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və V.N.Sadıqov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh MMC-nin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 1206/2021 saylı qətnaməsi “iddianın təmin olunmuş” hissəsində dəyişdirilmiş, İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, Cavabdeh MMC-yə məxsus çoxmənzilli yeni yaşayış binasından 28 kv.metr ümumi sahədən ibarət mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmuş, qətnamə qalan hissələrdə (imtina olunmuş hissə istisna olmaqla) dəyişdirilmədən saxlanılmışdır.
35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsində «İddiaçı 1/7 hissədə məxsus olan mənzilə görə ona həmin mənzilin yerində inşa ediləcək binadan 1 otaqlı mənzilin verilməsi» hissəsi istisna olmaqla digər hissələrində (imtina olunmuş hissə istisna olmaqla) gəldiyi nəticə işin hallarına uyğundur və ədalətlidir. Belə ki, işin materiallarından görünür ki, mübahisəli ev sökülən zaman iddiaçı Azərbaycan Respublikasının ərazisində olmamış və onun həmin ev üzərində mülkiyyət hüquqları qeydə alınmamışdır. Bu iş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018- ci il tarixli və onun ləğv edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3281/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnamələrinin məzmunu ilə təsdiq edilir. Həmin qətnamələrdə əksini tapmış iddia tələbində iddiaçı göstərmişdir ki, o, xx.xx.1967-ci il tarixində doğulmuş və 1990-cı il tarixində anası X26 və onların bütün ailəsi (5 qardaş 2 bacıdan ibarət) Bakıya gəlmiş, 1992-ci il tarixindən ünvan 5 ünvanına qeydiyyata düşmüş və orada yaşamışlar. Anası X26 xx.xx.2016-cı il tarixində rəhmətə getmişdir. Anası vəfat etməmişdən əvvəl o, Rusiya Federasiyasına getmiş, orada olan zaman sənədlərini itirmiş və bu səbəbdən də uzun müddət Azərbaycan Respublikasına qayıda bilməmişdir. Vətəninə, evinə qatırmaq üçün o, Rusiya Federasiyasında olan Azərbaycan Səfirliyinə sənədlərini itirdiyini, bu səbəbdən də Azərbaycana qayıda bilmədiyini, bunun üçün də ona müvafiq sənədin verilməsi üçün müraciət etmişdi. Müraciəti əsasında ona xx.xx.2017-ci il tarixin AA seriyalı ******* saylı Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi verilmişdir. Bu şəhadətnamə ilə xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasına qayıtmışdır. Qayıdan zaman evinə gemtiş, lakin evlərinin söküldüyünü görmüşdü. Bununla bağlı araşdırma aparan zaman ona məlum olmuşdur ki, anasının vəfatından sonra qardaşı X10 24 saylı Dövlət Notariat Kontorunda vərəsəlik şəhadətnaməsi verilmişdir. Sonuncu da bunun əsasında müvafiq Çıxarış almışdır. İşin mübahisəsiz hallarına görə İddiaçı digər vərəsələr ilə aralarında olan mübahisə 2019-cu ildə məhkəmə tərəfindən araşdırılmış və paylar müəyyən edilmişdir. Qətnamə əsasında da İddiaçı yalnız xx.xx.2019-cu il tarixdən Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzilin 1/7 hissəsinin mülkiyyətçisi kimi tanınmışdır.
36. Məhkəmə kollegiyası hesab etmişdir ki, mənzil sökulən zaman onun mulkiyyətçisi X6 olmasına dair müvafiq çıxarış olduğu üçün cavabdehin onunla şifahi müqavilə bağlayaraq müəyyən razılaşmalara gəlməsində cavabdeh MMC-nin heç bir təqsirli və ya qanunsuz hərəkətləri olmamışdır. Həmçinin, işin materiallarından görünür ki, məhkəmə qətnaməsi əsasında X6 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”sinin etibarsız hesab edilib, həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr ləğv edildikdən sonra İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzili 1/7 hissədə xx.xx.2019-cu ildə mülkiyyət payı dövlət reyestrində qeydə alınmışdır. Buna baxmayaraq iddiaçının mülkiyyət hüquqları bərpa olunmaqla qeydiyyata alındığı ev artıq sökülmüşdür və cavabdeh MMC tərəfindən tikinti işlərinə start verilərək davam olunurdu. Ona görə də apellyasiya şikayətinin cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçının mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əşyadan məhrum olması və 3 il ərzində qeydiyyatda olduğu evdən qeyriqanuni uzaqlaşdırılmaqla ona maddi zərər vurması kimi dəlilləri tam əsassızdır.
37. Məhkəmə kollegiyası hesab etmişdir ki, mənəvi ziyan vurulması hissəsi ilə bağlı apellyasiya şikayətinin dəlilləri də əsassızdır.
38. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən cavabdehlərin təqsirli hərəkətlərinin təsirindən onun sağlamlığının pozulmasına dair iddia tələbinin dəlilləri öz təsdiqini tapmamasına dair nəticəsi işin araşdırılmış halarına tam uyğundur.
39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməkdə davam edərək şikayətin məhkəmənin kirayə haqqı, vurulmuş mənəvi və maddi zərərləri nəzərə almaqla ən azı iddiaçının 3 otaqlı mənzillə təmin etməli olmasına dair dəlili ilə bağlı qeyd etmişdir ki, əvvəla iddiaçıya maddi və mənəvi zərər vurulmasının təsdiq olunmamasına hüquqi qiymət verilmişdir. İkincisi də iddia tələblərindən görünür ki, iddiaçı tələbində Cavabdeh MMC məxsus çox mənzilli yeni yaşayış binasından 1, 2 və ya 3 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulmasını göstərmişdir. Başqa sözlə, iddiaçının tələbi bu hissədə konkret olmayaraq hansı otaqlı mənzilin verilməsi məsələsinin həllini məhkəmənin üzərinə qoyduğunu müəyyən etmək mümkün deyildir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək cavabdehin üzərinə 1 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsini qoysa da, iddiaçı apellyasiya şikayətində məhkəmənin ona 1 otaqlı mənzil verilməsi zamanı yalnız mənzilin nominal dəyərinin nəzərə alınmasını göstərmişdir. Başqa sözlə, iddiaçı ona 3 otaqlı mənzil verilməli olmasını göstərsə də, bunu konkret tələb kimi göstərməmiş və ona məhz 3 otaqlı mənzil verilməli olmasını əsaslandırmamışdır.
40. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçı tələbində Cavabdeh MMC-ə məxsus çox mənzilli yeni yaşayış binasından 1, 2 və ya 3 otaqlı mənzillə təmin olunmasi kimi tələbi anlaşılan deyildir. Belə ki, kollegiyanın qənaətinə görə Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh MMC tərəfindən sökülməsi ilə iddiaçının həmin mənzildə olan mülkiyyət payının əvəzlənməsi mütləqdir və bu hissədə tələbi qanunidir. Həmçinin də hazırki mövcud vəziyyədə iddiaçının mülkiyyət payının yeni tikilmiş yaşayış binasındakı yaşayış sahəsi ilə əvəzlənməsi ilə bağlı məhkəmənin qənaəti də düzgündür. Lakin birinci instansiya məhkəməsinin İddiaçı 1/7 hissədə məxsus olan mənzilə görə ona həmin mənzilin yerində inşa ediləcək binadan məhz 1 otaqlı mənzilin verilməsini hansı əsasla müəyyən etdiyi aydın deyildir. 3-cü şəxsin izahatlarına və apellyasiya şikayətinin dəlillərinə əsasən mübahisəli mənzildə İddiaçı 1/7 hissədə düşən pay üçüncü şəxslə razılaşdırılmış 182.4 kv.m sahəyə münasibətdə 26 kv.m (182.4 : 7) hissə təşkil edir. İşin materiallarından görünür ki, üçüncü şəxs bu hesablamanı ona təklif edilən hər birinin sahəsi 60,80 kv.m olan 3 mənzilin sahəsinə nisbətdə götürmüşdür (60,80+60,80+60,80= 182,4).
41. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, yeni yaşayış binasında 1 otaqlı mənzillə təmin olunması qənaətinə gələrkən nəzərə almamışdır ki, həmin binada olan 1 otaqlı mənzilin sahəsi iddiaçının mülkiyyət payına uyğun sahədən çoxdur və bu da digər paylı mülkiyyətçilərin hüqüqlarının birbaşa pozulması ilə nəticələnə bilər.
42. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh MMC tərəfin izahat və təqdim etdiyi sənədlərdən isə görünür ki, mübahisəli mənzilin payçılarına ümumilikdə 178 kv.m yaşayış sahəsi verilməsi nəzərdə tutulub. Belə ki, tikilmiş yeni binanın A blokunun 8ci mərtəbəsində hər birinin sahəsi 60,80 kv.m olan iki mənzil (satış sahələri 69,10 və 68,67 kv.m) 11-ci mərtəbəsində 60,80 kvm olan bir mənzil (satış sahəsi 69,10 kv.m) ayrılmışdır. Lakin iddiaçı ilə digər altı vərəsə arasında mübahisə olduğundan müqavilələr indiyə kimi bağlanmayıb. Cavabdeh MMC-nin təklif etdiyi mənzillərin satış sahələrinin ölçüsü baxımından iddiaçıya düşən pay 29,5 kv.m (69,10+68,67+69,10=206,87 : 7) təşkil edir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506-İİİQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndində dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilməsi nəzərdə tutulsa da, bu müddəalar qanunun analogiyası prinsipinə əsasən hazırki işin hallarına tətbiq edilməlidir. Belə ki, dövlət ehtiyaclarında dövlət satınalmasının məqsədi qazanc deyil, yaranmış dövlət zərurətləridir, sosial ehtiyaclar üçün satınlama da isə sahibkar tikinti şirkətinin məqsədi gəlir və qazanc əldə etməklə yanaşı mülkiyyətinə müdaxilə edilmiş şəxsin yaşayış şəraitinin daha da və əlavə sahələr verilməklə yaxşılaşdırılmasından ibarətdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddiaçıya kompensasiya edilməli yaşayış sahəsinin sahəsinə 20% əlavə sahə verilməsi tarazlaşdırılmış ədalətli balansa uyğundur. Nə qədər ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzili 142.7 kv.metr ümumi sahədən ibarət olmaqla 1/7 hissədə İddiaçı məxsus olduğundan həmin mənzilin sökülüb yerində tikilmiş Cavabdeh MMC-yə məxsus çoxmənzilli yaşayış binasından onun payına mütənasib, cavabdeh və 3-cü şəxsin təklif etdiyi sahələr üzrə ortalama 28 kv.metr ümumi sahədən ibarət mənzillə təmin olunması işin hallarına uyğun olmaqla ədalətli olardı.
43. Məhkəmə göstərilən nəticəyə gələrkən iddiaçıya düşən paydan artıq sahəsi olan mənzillə təmin edilməsinin digər 6 vərəsənin mülkiyyət paylarına müdaxilə və mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilməsini nəzərə almışdır.
44. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2, 157.8, 158.4-cü, Mülki Prossesual Məcəlləsinin 9.1, 9.3, 88, 107, 119.1, 217.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində birinci icraat
45. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)- 4608/2022 nömrəli qərarı ilə (hakimlər İ.K.Xəlilov (məruzəçi), M.T.Əhmədova, Ə.Ə.Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yeni apelyasiya baxışına qaytarılmışdır.
47. İddiaçının kassasiya şikayətinin dəlilərindən biri inşa edilən yaşayış binasında 28 kv.metr ümumi sahədən ibarət mənzilin mövcud olmadığı və həmin qətnamənin icra edilməyəcəyi ilə bağlıdır.
48. Məhkəmə kollegiyası həmin dəlili əsaslı hesab edir. Apelyasiya Məhkəməsi iddiaçıya 28 kv.metr ümumi sahədən ibarət mənzil verilməsi öhdəliyini şirkətin üzərinə qoysa da, həmin ölçülərə məxsus mənzilin olması halı yoxlanılmamışdır.
49. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13.3. maddəsi mənzilə anlayış vermişdir. Həmin normada deyilir ki, bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir.
50. Apelyasiya Məhkəməsi iddiaçıya verilməsi qət edilmiş sahəyə uyğun mənzilin olub-olmaması, belə bir mənzil sahəsinin binanın layihəsində nəzərdə tutulubtutulmamasını yoxlamamışdır.
51. Nəzərə almaq lazımdır ki, mənzil yaşayış sahəsi kimi istifadə olunur. Mənzil Məcəlləsinin 12.2. maddəsinə əsasən yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə cavab verən) ayrıca sahə başa düşülür.
52. Yaşayış binasında hansısa sahənin 28 kv.m ölçüdə ayrılaraq iddiaçıya verilməsi mənzil ayrılması anlamına gəlmir. Ayrılan mənzil müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara (mənzilin pəncərəsi, havalndırma sistemi, kanalizasiya sistemi, mətbəxin quraşdırılması üçün lazım olan texniki şərtlər, onların havalandırması və.s.) uyğun olmalıdır. Ona görə mübahisə iddiaçıya vərəsə olaraq payına düşən sahəyə uyğun sahənin ayrılması ilə bitmir, mübahisə iddiaçının əmlakının əvəzi olaraq yaşayış sahəsi, mənzillə təmin olunması ilə həll edilə bilər.
53. Ona görə işə yenidən baxılarkən məhkəmə Cavabdeh MMC-nin mübahisəli ünvanda inşa etdiyi yaşayış binasının layihə sənədlərini tələb edərək öyrənməli, iddiaçının payına uyğun ayrıca mənzilin olub-olmaması məsələsini aydınlaşdırmalıdır.
54. Məhkəmə mübahisənin həll edərkən (o cümlədən ayrıca mənzilin sahəsi ilə bağlı məsələni) işin faktiki hallarından çıxış etməlidir. O cümlədən, məhkəmə Cavabdeh MMC-nin iddiaçının əmlak hüquqlarının pozulmasından vaxtında məlumatlı olubolmaması, şirkətin vicdanlı olub-olmaması məsələsini aydınlaşdırmalıdır.
55. Yeni məhkəmə baxışı zamanı məhkəmə iddiaçının anası X13 nə vaxt vəfat etməsi (xx.xx.2016-cı il tarixdə), şirkətin həmin ünvanda nə vaxt ev inşa etməyə başlamasına razılıq verilməsi (xx.xx.2016-cı il tarixli sərəncamla) tarixlərini müqayisə etməli, şirkətin sökülməsi nəzərdə tutulan ərazidə əmlak hüquqları olan şəxslər barədə vaxtında məlumatlı olub-olmaması, əgər məlumatlı deyildisə, nəyə görə keçən illər ərzində iddiaçının qardaşı iş üzrə üçüncü şəxs X17 ilə yazılı müqavilə bağlanmaması məsələlərini aydınlaşdırmalı, həmi məlumatları digər sübutlarla məcmu halında qiymət verməklə vicdanlılıq məsələsi həll edilməlidir.
56. Şirkətin vicdanlılığı məsələsinin aydınlaşdırılması həm veriləcək mənzilin sahəsi ilə bağlı mübahisələri həll etmiş olur, həm də iddiaçının digər tələblərinə-kirayə haqlı, maddi və mənəvi zərər, və.s. tələblərinə münasibət bildirməyə köməklik etmiş olur. Şirkətin vərəsənin hüquqlarının pouzmlasından məlumatlı olmaması iddiaçının həmin tələbləri gələcəkdə öz qardaşına qarşı irəli sürməsi üçün hüquqi zəmin yaradır. Çünki, məhkəmələrin gəldii qənaət ondan ibarətdir ki, iddiaçı-vərəsənin əmlak hüquqlarını onun qardaşı X17 pozmuşdur.
57. Bundan başqa, iddiaçıya əmlakının əvəzi olaraq mənzil sahəsi ayrılarkən onun qardaşı X12 nə qədər sahənin veriləcəyi ilə bağlı şifahi razılaşmanın əhəmiyyəti yoxdur. Çünki şirkətin iddiaçının qardaşı ilə əldə etdiyi razılaşma digər mülkiyyətçi üçün məcburi deyil. Ona görə həmin razılaşmadan çıxış edərək iddiaçıya 1/7 hissədə pay ayrılması əsaslı hesab oluna bilməz. İddiaçı öz əmlakının əvəzi olaraq şirkətdən mənzil sahəsi tələb etməkdə haqlıdır. Ona görə kassator haqlı olaraq şikayətində qeyd etmişdir ki, mənzil sahəsi verilərkən onların sökülmüş evlərinin sahəsi, yerləşmə yeri, dəyəri və.s nəzərə alınmalıydı. Həm də belə yanaşma digər vərəsələrin əmlak hüquqlarını pozmur.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat
58. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-535/2023 nömrəli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), C.A.Yusifov və P.A.Hüseynov) iddiaçının apellyasiya şikayəti təmin olunmamış, cavabdehin apellyasiya şikayəti təmin, üçüncü şəxsin apellyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi qismən-iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd olunmuş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
59. Apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq qeyd etmişdir ki, İddiaçı apellyasiya şikayəti təmin olunmamalı, Cavabdeh apellyasiya şikayəti təmin olunmalı, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X6 apellyasiya şikayəti qismən təmin olunmal və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(005)-1206/2021 saylı qətnaməsi qismən-iddianın təmin olunmuş hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd olunmalı, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanmalıdır.
60. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 2(005)-1206/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin Cavabdeh tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq, Cavabdeh MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, Cavabdeh MMC-yə məxsus çoxmənzilli yeni yaşayış binasından 1 otaqlı mənzillə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsinin qoyulması, qalan hissədə iddianın təmin olunmaması qət edilmişdir.
61. Lakin tərəflərin izahat və təqdim edilən sənədlərdən isə görünür ki, mübahisəli mənzilin payçılarına ümumilikdə 182 kv.m yaşayış sahəsi verilməsi nəzərdə tutulub. Belə ki, tikilmiş yeni binanın A blokunun 8-ci mərtəbəsində hər birinin sahəsi 60,80 kv.m olan iki mənzil (satış sahələri 69,10 və 68,67 kv.m) 11-ci mərtəbəsində 60,80 kvm olan bir mənzil (satış sahəsi 69,10 kv.m) ayrılmışdır.Buna baxmayaraq iddiaçı ilə digər altı vərəsə arasında mübahisə olduğundan müqavilələr indiyə kimi bağlanmayıb. Cavabdeh MMC-nin təklif etdiyi mənzillərin satış sahələrinin ölçüsü baxımından iddiaçıya düşən pay 29,5 kv.m (69,10+68,67+69,10=206,87 : 7) təşkil edir.
62. Göründüyü kimi, birinci instansiya məhkəməsi Cavabdeh MMC-nin üzərinə Bakı şəhəri, Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 13/15 nömrəli ünvanda tikilmiş, yeni yaşayış binasında 1 otaqlı mənzillə təmin olunması üçün müqavilə bağlanması vəzifəsi qoyulması qənaətinə gələrkən nəzərə almamışdır ki, həmin binada olan 1 otaqlı mənzilin sahəsi iddiaçının mülkiyyət payına uyğun sahədən çoxdur və bu da digər paylı mülkiyyətçilərin və cavabdehin hüquqlarının birbaşa pozulması ilə nəticələnə bilər.
63. İddiaçının iddiası mübahisələndirilən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)-1206/2021 saylı qətnaməsi ilə qismən təmin edilərkən və iddiaçı da iddiasını əsaslandırarkən istinad olunmuşdur ki, Cavabdeh MMC ilə artıq mübahisəli mənzilin mülkiyyətçisi kimi müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X18 arasında mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmışdır. Odur ki, iddiaçı ilə MMC arasında ayrıca müqavilə bağlanmalıdır.
64. Baxmayaraq ki, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsində icraat zamanı da izahatında bildirmişdir ki, tikilən yeni binada ən kiçik sahəsi olan mənzilin sahəsi 60,0 kv.metrdən başlayır.Cavabdeh MMC-nin iddiaçıya haqqı çatandan artıq kvadrat sahəli mənzil verməsi öhdəliyi yoxdur və belə öhdəliyin cavabdehin üzərinə qoyulması MMC-nin hüquqlarının pozulmasına səbəb ola bilər. Bakı şəhəri Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi nəfər paylı mülkiyyətçisi vardır. 2017-ci ildə 3-cü şəxs Mübaris Əliyevlə müqavilə bağlanarkən isə MMC vicdanlı hərəkət etmişdir, belə ki, həmin zaman Mübaris Əliyevin vərəsə olaraq tam mülkiyyət hüququna dair sənədləri əsasında onunla müqavilə bağlanmışdır. Mübahisəli Bakı şəhəri Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi mülkiyyətçisi vardır.Cavabdeh bütün mülkiyyətçiləri MMC-yə dəvət edərək müqavilə bağlamağa etiraz etmir. Həmin mülkiyyətçilərin hamısı Cavabdeh MMC-yə yaxınlaşarsa, onlarla 182 kv.mlik mənzilə dair müqavilə bağlamağa razıdırlar. Lakin hər biri ilə ayrıayrılıqla müqavilə bağlamaq qeyri-mümkündür.Çünki onların paylarına uyğun mənzil sahəsi yoxdur.
65. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, yeni apellyasiya baxışı zamanı iddiaçının vəkili və nümayəndəsinin şifahi vəsatəti təmin olunaraq Bakı Apellyasiya Məhkəməsinin sorğusu əsasında Bakı şəhəri 52 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh ilə X18 arasında mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.5-ci bəndindən görünür ki, mülkiyyətçi X18 aylıq 1.200 manat kirayə haqqı və yeni tikilən binadan yeni mənzillərin (ümumi sahə 467.5 kv.m ) verilməsi, lakin mülkiyyətçi X6 da artıq kvadrat sahə üçün 1 (bir) il müddətinə 2017-ci ilin dekabr ayının 12-dən başlayaraq hər ay 2.500 manat Cavabdehnə ödəməyi müqabilində mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı, ümumi sahəsi 142,7kv.m mənzilə dair hüquqlarını Cavabdehnə ötürür.
66. Məhkəmənin sorğusu əsasında Bakı şəhəri 52 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş sənədlərdən həmçinin görünür ki, Cavabdeh ilə X18 arasında “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilənin ləğvi”nə dair xx.xx.2021-ci il tarixli, 3M-179 nömrə reyestrli SAZİŞ bağlanmışdır.Sazişə görə qeyd edilənxx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilə ləğv olunur və tərəflərin ləğv olunmuş müqavilə üzrə bir-birinə tələbi yoxdur.
67. Beləliklə, müəyyən olunmuşdur ki, mübahisəli mənzil cavabdeh MMC tərəfindən sökülən zaman iddiaçı Rusiya Federasiyasında olmuş xx.xx.2017-ci il tarixində Azərbaycan Respublikasına qayıtmış, mübahisəli mənzilin söküldüyünü, anasının vəfatından sonra qardaşı X10 24 saylı Dövlət Notariat Kontorunda vərəsəlik şəhadətnaməsi alaraq mübahisəli mənzili adına keçirtdiyini öyrənmiş və cavabdehlər X22, X10, 24 saylı Dövlət Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında yaranmış bütün hüquqi nəticələrin ləğv edilməsi və mirasın bölüşdürülməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzilinə 24 saylı notariat kontoru tərəfindən cavabdeh X10 xx.xx.2017-ci il tarixində verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilərək X14 miras qalmış olan Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsi, 15 saylı evin, 1 saylı mənzilin o və digər vərəsələr arasında bərabər bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
68. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3281/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək yeni qətnamə qəbul edilmiş, X6 adına verilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab edilərək həmin şəhadətnamədən irəli gələn bütün hüquqi nəticələr, o cümlədən Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndə X6 adına aparılmış qeyd və həmin qeyd əsasında ona verilmiş “Reyestrdən çıxarış” ləğv edilmiş, mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət uzadılmış, miras qalmış əmlakda Bakı şəhəri, Nərimanov rayonu, M.Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzildə mərhum X13 vərəsələri İddiaçı, X28, X18, X19, X29, X25 və X7 hər birinin payı 1/7 hissədə müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
69. Həmin qətnamə əsasında Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzili 1/7 hissədə İddiaçı, 1/7 hissədə X15, 1/7 hissədə X6, 1/7 hissədə X8, 1/7 hissədə X23, 1/7 hissədə X11 və 1/7 hissədə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 24 oktyabr 2019-cu il tarixdə qeydiyyata alınmış və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.
70. Daha sonra müəyyən olunmuşdur ki, Cavabdeh ilə iddiaçının qardaşı (hazırkı iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs) X18 arasında mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M505 nömrə reyestrli Müqavilə bağlanmışdır. Həmin 3.5-ci bəndindən görünür ki, mülkiyyətçi X18 aylıq 1200,0 manat kirayə haqqı və yeni tikilən binadan yeni mənzillərin (ümumi sahə 467. 5 kv.m ) verilməsi, lakin mülkiyyətçi X6 da artıq kvadrat sahə üçün 1(bir) il müddətinə 2017-ci ilin dekabr ayının 12-dən başlayaraq hər ay 2500,0 manat Cavabdehnə ödəməyi müqabilində mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev15, 1 saylı, ümumi sahəsi 142, 7kv.m mənzilə dair hüquqlarını Cavabdehnə ötürür.
71. Həmçinin, məhkəmənin sorğusu əsasında Bakı şəhəri 52 saylı Notariat Ofisi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh ilə X18 arasında “mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilənin ləğvi”nə dair xx.xx.2021-ci il tarixli, 3M-179 nömrə reyestrli SAZİŞ bağlanmışdır.Sazişə görə qeyd edilən xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilə ləğv olunur və tərəflərin ləğv olunmuş müqavilə üzrə bir-birinə tələbi yoxdur.
72. Beləliklə, Bakı şəhəri Nərimanov rayonu, M. Sənani küçəsində yerləşən 15 nömrəli evin 1 nömrəli mənzilinin ümumi sahəsi 142.7 km olmaqla yeddi nəfər paylı mülkiyyətçisi vardır.Cavabdeh bütün mülkiyyətçiləri MMC-yə dəvət edərək müqavilə bağlamağa etiraz etmir. Həmin mülkiyyətçilərin hamısı Cavabdeh MMC-yə yaxınlaşarsa, onlarla mübahisəli 142.7 km mənzilin əvəzində 20% artıq sahəsi olan mənzilə, yəni 182 kv.mlik mənzilə dair müqavilə bağlamağa razıdırlar. Lakin hər biri ilə ayrı-ayrılıqla müqavilə bağlamaq qeyri-mümkündür.Çünki onların paylarına uyğun mənzil sahəsi yoxdur.
73. Belə ki, tikilən yeni binada ən kiçik sahəsi olan mənzilin sahəsi 60,0 kv.metrdən başlayır.Cavabdeh MMC-nin iddiaçıya haqqı çatandan artıq kvadrat sahəli mənzil verməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması MMC-nin və digər mülkiyyətçilərin hüquqlarının pozulmasına səbəb ola bilər.
74. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, cavabdeh 2017-ci ildə üçüncü şəxs Mübaris Əliyevlə müqavilə bağlayarkən isə Cavabdeh MMC-nin vicdanlı hərəkət etmədiyi barədə iş materiallarında hər hansı sübutlar müəyyən edilməmişdir.
75. Məhkəmə Kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının 20% də əlavə olunmaqla cəmi 28 kv.metr sahəli mənzil əvəzində daha artıq sahəli mənzil (60,0 kv.m sahəsi) verilməsi tələbi əsassızdır, odur ki, təmin olunmamalıdır.
76. Məhkəmə Kollegiyası həmçinin hesab edir ki, iddiaçının yuxarıdakı tələbi əsassız olduğundan həmin tələblə əlaqəli olan digər tələbləri də təmin olunmamalıdır.Belə ki, mübahisəli mənzillə bağlı paylı mülkiyyətçilərlə müqavilə bağlanarkən, kirayə haqqı və.sair ilə bağlı mübahisələr yaranarsa tərəflərin məhkəməyə müraciət etmək hüququ vardır.
Kassasiya instansiyası məhkəməsində ikinci icraat
77. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
78. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023cü il tarixli, 2(102)-2219/2023 nömrəli qətnaməsi ilə (hakimlər Ə.M.Xıdırov (məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayev) İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-535/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır.
79. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh ilə X18 arasında mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M- 505 nömrə reyestrli Müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.5-ci bəndindən görünür ki, mülkiyyətçi X18 ona 2 (iki) il müddətinə aylıq 1.200 manat kirayə haqqının ona ödənilməsi və yeni tikilən binadan yeni mənzillərin - A blokunun 8-ci mərtəbəsində yerləşən 2 ədəd 2 otaqlı, 1 otağının ümumi sahəsi 60,8 kvşm olan, 10-cu mrtəbədə 2 ədəd, 2 otaqlı, 1 otağının ümumi sahəsi 60,8 kv.m olan, B blokunun 8-ci mərtəbəsində 1 ədəd 3 otaqlı ümumi sahəsi 136,4 kv.m olan və 1 ədəd 2 otaqlı ümumi sahəsi 87,9 kv.m olan (ümumi sahə 467. 5 kv.m ) verilməsi, lakin mülkiyyətçi X6 da verilən mənzillərin müqabilində 1(bir) il müddətinə 2017-ci ilin dekabr ayının 12-dən başlayaraq hər ay 2.500 manat, cəmi 30.000 manat Cavabdehnə ödəməyi müqabilində mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı, ümumi sahəsi 142, 7 kv.m mənzilə dair hüquqlarını Cavabdehnə ötürür.
80. Cavabdeh ilə X18 arasında “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M- 505 nömrə reyestrli Müqavilənin ləğvi”nə dair xx.xx.2021-ci il tarixli, 3M-179 nömrə reyestrli saziş bağlanmışdır. Sazişə görə tərəflər elan edirlər ki, bir-birlərinə qarşı heç bir irad və pul tələbi mövcud deyil. Tərəflər bu sazişi bağlamaqla bildirirlər ki, qeyd edilən müqavilə ləğv edilsin və mənzil ilkin vəziyyətə qaytarılsın.
81. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh ilə X18 arasında bağlanmış Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair dair xx.xx.2017-ci il tarixli, 3M- 505 nömrə reyestrli Müqavilənin şərtlərinin icra edilib–edilmədiyini araşdırıb hüquqi qiymət verməmişdir. Məhz həmin müqavilədən görünür ki, haliyyədə iddiaçının da 1/7 paya sahib olduğu Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı, ümumi sahəsi 142,7 kv.m mənzilə dair hüquqlarını Cavabdehnə ötürülməsini X18 ona 2 il müddətinə aylıq 1200,0 manat kirayə haqqının ona ödənilməsi və yeni tikilən binadan yeni mənzillərin- A blokunun 8-ci mərtəbəsində yerləşən 2 ədəd 2 otaqlı, 1 otağının ümumi sahəsi 60,8 kvşm olan, 10-cu mrtəbədə 2 ədəd, 2 otaqlı, 1 otağının ümumi sahəsi 60,8 kv.m olan, B blokunun 8-ci mərtəbəsində 1 ədəd 3 otaqlı ümumi sahəsi 136,4 kv.m olan və 1 ədəd 2 otaqlı ümumi sahəsi 87,9 kv.m olan (ümumi sahə 467. 5 kv.m ) verilməsi, lakin mülkiyyətçi X6 da verilən mənzillərin müqabilində 1 il müddətinə 2017-ci ilin dekabr ayının 12-dən başlayaraq hər ay 2.500 manat, cəmi 30.000 manat Cavabdehnə ödəməyi müqabilində razılaşdırmışlar.
82. Apellyasiya instansiyası məhkəməsi həmin müqavilənin icra edilib-edilməməsi məsələsinə araşdırıb hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə əvvəlcə kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişinə uyğun olaraq CavabdehMMC-nin vicdanlı olduğunu müəyyənləşdirsə də, iddiaçının da 1/7 paya sahib olduğu Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı, ümumi sahəsi 142,7 kv.m mənzilə dair hüquqlarını Cavabdehnə ötürülməsi qarşılığında iddiaçının qardaşı X9 əldə etdiklərini müəyyənləşdirməmişdir. Bu ona görə əhəmiyyətlidir ki, şirkətin vərəsənin hüquqlarının pozulmasından məlumatlı olmaması iddiaçının həmin tələbləri gələcəkdə öz qardaşına qarşı irəli sürməsi üçün hüquqi zəmin yaradır. Çünki, məhkəmələrin gəldiyi qənaət ondan ibarətdir ki, iddiaçı-vərəsənin əmlak hüquqlarını onun qardaşı X17 pozmuşdur.
83. Apellyasiya instansiyası məhkəməsi iş üzrə iddia ərizəsinin xx.xx.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olduqdan sonra, yəni tərəflər arasında məhkəmə mübahisəsi davam etdiyi halda Cavabdeh ilə X18 arasında “Mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli, 3M505 nömrə reyestrli Müqavilənin ləğvi”nə dair xx.xx.2021-ci il tarixli, 3M-179 nömrə reyestrli saziş bağlanmasının doğurduğu nəticələri nəzərə almaqla mübahisəyə hüquqi qiymət verməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi bu hala hüquqi qiymət verməmişdir.
84. Həmin sazişdə göstərilir ki, mənzil ilkin vəziyyətə qaytarılsın. Apellyasiya məhkəməsi onu araşdırıb hüquqi qiymət verməli idi ki, mənzil ilkin vəziyyətə qaytarılıbmı və ya ilkin vəziyyətə qaytarılma mümkündürmü?
85. Əgər ilkin vəziyyətə qaytarma mümükün deyilsə, Cavabdeh ilə X18 arasında bağlanmış Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı mənzilə dabir hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair xx.xx.2017-ci il tarixli, 3M-505 nömrə reyestrli Müqavilədə öhdəlik kimi göstərilənlərdən fərqli olaraq, Cavabdeh bütün mülkiyyətçilərin hamısının Cavabdeh MMC-yə yaxınlaşarsa, onlarla mübahisəli 142.7 km mənzilin əvəzində 20% artıq sahəsi olan mənzilə, yəni 182 kv.m-lik mənzilə dair müqavilə bağlamağa razı olmasını bildirməsinin hüquqdan sui-istifadə halı olub-olmamasına apellyasiya məhkəməsi hüquqi qiymət verməmişdir.
86. Belə ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
87. Yuxarıda göstərilənlərə müvafiq olaraq da kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılmalıdır.İşə apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılarkən yuxarıda göstərilən nöqsanlar aradan qaldırılmalı, işə əvvəlcə kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri də nəzərə alınmaqla qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.
88. Apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən onu da nəzərə almalıdır ki, işə kassasiya qaydasında baxan əvvəlki məhkəmə tərkibinin göstərişlərindən biri də belə olmuşdur ki, iddiaçıya əmlakının əvəzi olaraq mənzil sahəsi ayrılarkən onun qardaşı X12 nə qədər sahənin veriləcəyi ilə bağlı şifahi razılaşmanın əhəmiyyəti yoxdur. Çünki şirkətin iddiaçının qardaşı ilə əldə etdiyi razılaşma digər mülkiyyətçi üçün məcburi deyil. Ona görə həmin razılaşmadan çıxış edərək iddiaçıya 1/7 hissədə pay ayrılması əsaslı hesab oluna bilməz. İddiaçı öz əmlakının əvəzi olaraq şirkətdən mənzil sahəsi tələb etməkdə haqlıdır. Ona görə kassator haqlı olaraq şikayətində qeyd etmişdir ki, mənzil sahəsi verilərkən onların sökülmüş evlərinin sahəsi, yerləşmə yeri, dəyəri və.s nəzərə alınmalıydı. Həm də belə yanaşma digər vərəsələrin əmlak hüquqlarını pozmur.
Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat
Proses iştirakçılarının izahatları
89. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətini müdafiə edərək, cavabdeh və üçüncü şəxs tərəfindən verilməmiş apellyasiya şikayətlərinə etiraz etdi. Əlavə olaraq bildirdi ki, üçüncü şəxs artıq bir neçə versiya irəli sürüb. Belə ki, əvvəl binanın pilot layihə olduğunu bildirirdilər. Lakin sonra MTK cavabdeh qismində cəlb edildi və onlar məhkəmə iclasında bunu təkzib etdilər. Bu dövlət satınalması deyil və ona bərabər tutula bilməz. Bu baxımdan real bazar qiymətinə uyğun olmalıdır. Artıq 8 ildir kirayə haqqı da ödənilmir. İş materiallarında MTK-nın arayışı mövcuddur. Belə ki, hər kv.m. 1.500 manatdan təklif etmişdir. Orada 6 ədəd mənzil ayrılmışdır. Onlardan 3-ü 2 otaqlı, 1-i 3 otaqlı, 2 ədəd 1 otaqlıdır. Orada hər ay 1.200 manat olmaqla 2 il ərzində kirayə haqqı alıb. Onu da əvəzləşdirib. Təmsil etdiyi şəxs orda yaşamamışdır. Orada 7 nəfərin mülkiyyəti olub. Müqaviləyə əsasən isə təhvil verilənədək hər ay 1.200 manatdan kirayə haqqı ödənilməli idi. Həmin kirayə haqqı isə 470 kv.m-ə daxil edilmişdir. Şəxs başqa yerdə yaşasa da, mülkiyyətində olan əmlak sökülmüşdürsə kirayə haqqı ona da ödənilməlidir. Orada Mübarisdən başqa heçkim yaşamayıb. Lakin digər şəxslərə münasibətdə də kirayə haqqı hesablanmışdır. Kirayə haqqı pul olaraq ödənilməmişdir, əmlakla əvəzləşdirilmişdir. Belə olan halda iddiaçıya düşən sahə mütənasib olaraq artırılmalıdır.
90. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs M.Ş.Əliyev iddiaçının apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi, öz apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, üç qardaşın hər birinə iki ədəd iki otaqlı ev verilib. Evin 142 kv.m sahəsi olmuşdur. Heç bir MTK 142 kv.m əvəzinə 467 kv.m ev verməz. 20% əlavə ilə 182 kv.m sahəsi olan üç ədəd iki otaqlı 61 kv.m-lik evlər verilmişdir. Əlavə olaraq təxmini 285 kv.m isə 61 kv.m, 98 kv.m, və 152 kv.m olmaqla üç ədəd evi öz pulu ilə almışdır. 152 kv.m olan evi evdən ayrılıqda mağazaya görə verilib. 98 kv.m evə görə 500 manatdan hesablayaraq 40.000 manat pul alıblar. 61 kv.m evə isə kirayə haqqını götürməmiş, onun əvəzində verilmişdir. İddiaçının kirayə haqqı tələb etməsi əsassızdır. Çünki iddiaçı orada yaşamamışdır. Evdə o yaşamışdır. O, iddiaçıya bildirir ki, payına düşən 28 kv.m və ya həmin sahəyə münasibətdə pulunu verə bilər. Lakin iddiaçı bununla razılaşmır. Müqaviləni ləğv etdikdən sonra yenidən müqavilə bağlaya bilməmişdir. Hazırda üç mənzil faktiki olaraq onda deyil, MTK-dadır. O, tikinti şirkətindən kirayə pulu almamışdır. Eyni zamanda, mağazası var idi. Onlar ona əvəz olaraq 136 kv.m. və 87 kv.m. mənzilləri verib. Digər üçüncü şəxslər də onun mövqeyi ilə razıdırlar. Qeyd etdiklərini təsdiq edən sənədlər MTK-nın rəhbəri Məhərrəmdə olmuş, o isə dünyasını dəyişmişdir. 10.000 manat da əlavə Məhərrəm müəllimə vermişdir. Qəbzləri var.
91. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs M.Ş.Əliyevin vəkili iddiaçının apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi, üçüncü şəxsin apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Məhərrəm müəllim MTK-nın direktoru idi. Onlar bir neçə dəfə mövqelərini dəyişdiriblər. Azərbaycanda 142 kv.metr əvəzinə 400 kv.metr evin verilməsi təcrübəsi mövcud deyil. 142 kv.m evin əvəzi olaraq 20% artımla 182 kv.metr üç ev verilib. 136 kv.m. və 87 kv.m. evləri isə üçüncü şəxsin mağazasının və orada yaşayan tək şəxs o olduğu üçün kirayə haqqının və əlavə olaraq 40.000 manat ödəməklə verilib. Yəni 136 kv.m. və 87 kv.m. evlər üçüncü şəxsin şəxsi vəsaiti hesabına əldə edilib. İddiaçı orada yaşamayıb və yaşamayan şəxsə kirayə haqqı düşmür. O özü bildirir ki, Rusiya Federasiyasında olub. Ekspertiza təyin olundu, lakin ev söküldüyü üçün 142 kv.m-ə ekspert tərəfindən qiymət müəyyən edilə bilmədi. 142 kv.m–nin dövlət tərəfindən müəyyən edilmiş qiyməti var, həmin vaxt ucuz olub. Ekspert təmirsiz vəziyyətdə 1 kv.m-ə 1.800 manat, təmirli isə 2.600 manat müəyyən edir. Belə olan halda iddiaçının vəziyyətində yaxşılaşma baş verir. Belə ki, hazırda iddiaçıya düşəcək 26 kv.m. daha bahalıdır. Hesab edir ki, məhz evin əvəzində verilmiş 142 kv.m. şəxslər arasında 1/7 hissə olaraq bölünməlidir. MTK-nın hazırda fikrini dəyişməsi mötəbər hesab edilməməlidir.
92. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs R.Ş.Əliyev izahatında bildirdi ki, əvvəlki məhkəmə qərarına əsasən iddiaçıya 28 kv.m. sahə düşür. Cavabdeh MTK-dan onlara bildirildi ki, iddiaçıya 28 kv.m. düşürsə əvəzində iddiaçıya pulunu ödəsinlər. Orada evdən başqa Mübarizin mağazası olub və əvəzində ev verilib. Mağazanın sahəsi 60 kv.m. idi.
93. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər proses iştirakçılarına rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
94. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi və vəkili bildirdi ki, binanın lövhəsinin şəklindəki planına hər hansı bir dəyişiklik olmamışdır. Müqavilədəki 470 kv.m. ilə bağlı ərizə yükləmişlər, hal-hazırda da mövcuddur. Digər mənzillər satılıb. Məhkəmənin nəticəsini gözləyirlər. 142 kv.m. və 40.000 manatın ödənilməsi və əvəzində 470 kv.m evin verilməsi ilə bağlı razılaşma olub. Binanın tikintisi dövründə 1 kv.m. 1.100-1.200 manatdan olmuşdur. 40.000 manat təxminən 35-40 kv.m sahə üçün ödənilib. Kirayə haqqını da hesablayıblar, 40.000 manat da pul verib, 470 kv.m. mənzil verilib. Müqavilədə 30.000 manat göstərilsə də, müqavilə sonradan ləğv olunub. Mübaris məsələnin barışıq sazişi qaydasında həll olmasına razı deyil. Çünki o, 40.000 manat ödədiyini bildirir. MTK olaraq söküntü aparılan sahələrdə mülkiyyəti olan, lakin orada yaşamayan şəxslərə kirayə haqqı ödənilməmişdir. Torpaq sahəsi onlara məxsus olub. Orada Mübarisdən başqa yaşayış sahəsi olan şəxs olmayıb.
Tətbiq edilən hüquq
95. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.1 Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1097.3 Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.
96. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
97. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
98. Kollegiya qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.
99. Hazırkı işdə iddia qismən təmin edildiyindən, apellyasiya şikayətlərində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində, cavabdeh və üçüncü şəxs tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı (iddiadan imtina olunmuş hissə istisna olmaqla) bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
100. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq, hazırkı işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında şərh olunan göstərişləri nəzərə alaraq hesab edir ki, iddiaçı və cavabdehin apellyasiya şikayətləri təmin edilməməli, üçüncü şəxsin apellyasiya şikayəti isə qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzilin Cavabdeh tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binası tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq ünvan 6 ünvanda Cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış binasının “A” blokunun 10-cu mərtəbəsində 60.8 kv.metr sahəsi olan 1 otaqlı mənzil ilə təmin edilməsi üçün müqavilənin bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsi Cavabdeh MMC-nin üzərinə qoyulmalı, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
101. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apelyasiya instansiyası məhkəməsi üçün məcburidir.
102. Məhkəmə kollegiyası hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarındakı göstərişlərlə razılaşaraq və onları nəzərə alaraq aşağıdakıları qeyd edir.
103. Kollegiya hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək iddiaçının məruz qaldığı zərərin əvəzi olaraq cavabdeh tərəfindən inşa edilmiş yeni yaşayış binasından 1 otaqlı mənzil ilə təmin olunmağı üçün müqavilə bağlanması və mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə düzgün nəticəyə gəlsə də, Cavabdeh mübahisəli ünvanda inşa etdiyi yaşayış binasında iddiaçının payına uyğun ayrıca mənzilin olub-olmaması məsələsini aydınlaşdırmamışdır.
104. İşdən müəyyən edilir ki, Cavabdeh ilə X18 arasında Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzilə dair müqavilə bağlanmasına dair xx.xx.2017-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 3.5-ci bəndindən görünür ki, mülkiyyətçi X18 ona 2 il müddətinə aylıq 1.200 manat kirayə haqqının ona ödənilməsi və yeni tikilən binadan yeni mənzillərin - A blokunun 8-ci mərtəbəsində yerləşən 2 ədəd 2 otaqlı, 1 otağının ümumi sahəsi 60,8 kvşm olan, 10-cu mrtəbədə 2 ədəd, 2 otaqlı, 1 otağının ümumi sahəsi 60,8 kv.m olan, B blokunun 8-ci mərtəbəsində 1 ədəd 3 otaqlı ümumi sahəsi 136,4 kv.m olan və 1 ədəd 2 otaqlı ümumi sahəsi 87,9 kv.m olan (ümumi sahə 467.5 kv.m ) verilməsi, lakin mülkiyyətçi X6 da verilən mənzillərin müqabilində 1 il müddətinə 2017-ci ilin dekabr ayının 12-dən başlayaraq hər ay 2.500 manat, cəmi 30.000 manat Cavabdehnə ödəməyi müqabilində mübahisəli Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı, ümumi sahəsi 142,7 kv.m mənzilə dair hüquqlarını Cavabdehnə ötürür.
105. Daha sonra Cavabdeh ilə X18 arasında qeyd olunan müqavilənin ləğvinə dair xx.xx.2021-ci il tarixli saziş bağlanmışdır. Sazişə görə tərəflər elan edirlər ki, birbirlərinə qarşı heç bir irad və pul tələbi mövcud deyil. Tərəflər bu sazişi bağlamaqla bildirirlər ki, qeyd edilən müqavilə ləğv edilsin və mənzil ilkin vəziyyətə qaytarılsın.
106. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iş üzrə məhkəmə tikinti-texniki və qiymətləndirmə ekspertizaları təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/1413-9/1359 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsində yerləşən 15 saylı evin 1 saylı mənzili faktiki olaraq sökülmüş və yerində hündürmərtəbəli, çoxmənzilli yaşayış binasının inşa olunmuşdur.
107. Kollegiya qeyd edir ki, tərəflər arasında xx.xx.2017-ci il tarixli müqavilənin ləğvi barədə saziş bağlansa da, sazişdə göstərilən şərtlərinə əməl edilməmişdir. Belə ki, iddiaçının 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev 15, 1 saylı, ümumi sahəsi 142,7 kv.m mənzil ilkin vəziyyətə gətirilməmiş və bunun həyata keçirilməsi artıq mümkün deyil. Artıq həmin mənzilin yerində Cavabdeh tərəfindən hündürmərtəbəli, çoxmənzilli yaşayış binası inşa edilmişdir.
108. Hazırda cavabdeh MMC də məhkəməyə ərizə ilə müraciət edərək bildirir ki, sökülmüş mənzilin və kirayə haqqının əvəzi olaraq ünvan 7 ünvanında tikilən yeni tikilinin A blokunun 8-ci mərtəbəsində yerləşən 2 ədəd iki otaqlı, 1 otağının ümumi sahəsi 60.8 kv.m olan, 10-cu mərtəbədə 2 ədəd 1 otaqlı, 1 otağının ümumi sahəsi 60.8 kvm olan, B blokunun 8-ci mərtəbəsində yerləşən 1 ədəd 3 otaqlı, ümumi sahəsi 136.4 kv.m olan və 1 ədəd 2 otaqlı ümumi sahəsi 87.9 kv.m olan, mənzillərin ümumi sahəsi 467.5 kv.m mənzil ayrılmışdır. Bundan əlavə, X17 Cavabdehnə 40.000 manat pul ödəmişdir. Məhkəmənin qərarına müvafiq olaraq mənzillərin təhvil verilməsi planlaşdırılır.
109. Beləliklə aydın olur ki, Cavabdeh üçüncü şəxs X18 ilə bağladığı xx.xx.2017ci il tarixli müqavilənin şərtlərinə əməl etməyə razıdır.
110. Kollegiya həmçinin qeyd edir ki, birinci apellyasiya icraatı zamanı cavabdeh MMC məhkəməyə müraciət edərək göstərmişdir ki, işin həlli üçün barışıq sazişinə dair aşağıdakı təklifi verir: iddiaçı ilə sahəsi 68,67 kv.m olan mənzilə dair alqı-satqı müqaviləsi bağlanılsın o şərtlə ki, həmin mənzilin 25 kv.metr sahəsinə görə o, heç bir ödəniş etmir, mənzilin qalan hissəsinin hər kv.m görə isə 1.500 manat ödəyir və iddia ərizəsindən imtina edir (iş v 346, İ cild).
111. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili bildirmişdir ki, binanın tikintisi dövründə 1 kv.m. 1.100-1.200 manatdan olmuşdur. Üçüncü şəxs X18 tərəfindən 40.000 manat təxminən 35-40 kv.m sahə üçün ödənilib.
112. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda cavabdeh MMC tərəfindən sökülmüş mənzilin əvəzinə ümumilikdə 467.5 kv.m sahəsi olan mənzillərin ayrıldığı, həmin sahəyə görə üçüncü şəxs tərəfindən əlavə 40.000 manat ödənildiyi, cavabdeh MMC tərəfindən inşa edilmiş binada həmin dövr üçün 1 kv.m sahənin dəyərinin yuxarıda göstərilənlərə əsasən təqribən 1.200 manat olduğu nəzərə alınsa (üçüncü şəxs və cavabdeh həmin ödənişin müqabilində konkret olaraq veriləcək sahə, sahənin 1 kv.m-in qiyməti barədə müqavilə təqdim etməmişlər) belə qənaətə gəlinir ki, üçüncü şəxs tərəfindən cavabdehə təqribən 33 kv.m sahənin dəyəri ödənilmişdir.
113. Belə olan halda, 434,5 kv metr sahənin (467,5 - 33) iddiaçının 1/7 payına düşən hissəsi təqribən 62 kv.m edir. Bu sahəyə uyğun olaraq cavabdeh MMC tərəfindən ünvan 7 ünvanında tikilən yeni tikilinin A blokunun 10-cu mərtəbədə 2 ədəd 1 otaqlı mənzillər ayrılmışdır. Məhkəmə kollegiyası işin hallarını nəzərə alaraq məhz həmin mənzillərdən birinin iddiaçıya təqdim edilməsini ədalətli hesab edir.
114. Məhkəmə kollegiyası iddiaçının ona vurulmuş mənəvi zərərin və kirayə haqqının ödənilməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, Bakı şəhəri, N.Nərimanov rayonu, M.Sənani küçəsi ev-15, 1 saylı mənzilə dair xx.xx.2017ci il tarixli müqavilə imzalanarkən və mənzil sökülən zaman onun mulkiyyətçisinin X6 olmasına dair müvafiq çıxarış olmuşdur. Həmin vaxt cavabdehlər gələcəkdə mənzilə dair iddiaçı tərəfindən mübahisə açılacağı, mənzil üzərində onun da mülkiyyət hüququnun tanınacağı barədə məlumatlı ola bilməzdilər. Odur ki, cavabdehlər tərəfindən iddiaçıya mənəvi zərərun vurulması barədə dəlilləri məhkəmə kollegiyası əsassız hesab edir.
115. Kirayə haqqı ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, həm Cavabdeh nümayəndəsi və vəkili, həm də üçüncü şəxs X6 məhkəmə iclasında verdiyi izahatı ilə müəyyən olunur ki, aralarında olan razılığa əsasən xx.xx.2017-ci il tarixli müqavilədə nəzərdə tutulan kirayə pulu mənzillərin sahəsinin artırılmasına sərf edilmişdir.
116. Belə ki, qeyd olunan müqavilədə kirayə haqqının məbləği 1.200 manat və 24 aylıq ödənilməsi nəzərdə tutulmuş, bu isə 28.800 manat məbləğində vəsait edir. Həmin vəsait isə təqribən 24 kv.m sahənin (28.800 / 1.200) dəyərini təşkil edir.
117. Belə olan halda kollegiya hesab edir ki, kirayə haqqının mənzillərin sahəsinin artırılmasına sərf edilməsi iddiaçının mənafeyinə də uyğundur, çünki onun payına düşən mənzilin də sahəsi artmış olur. Belə ki, qeyd olunan 22 kv.m sahə yuxarıda göstərilən 434,5 kv metr sahənin tərkibində yer alır. Odur ki, kollegiya kirayə haqqı tələbi ilə bağlı da iddiaçının dəlillərini əsassız hesab edir.
118. Kollegiya Cavabdeh məhkəməyə ünvanladığı ümumi sahəsi 467.5 kv.m mənzillərin ayrıldığı, məhkəmənin qərarına müvafiq olaraq mənzillərin təhvil verilməsinin planlaşdırıldığı barədə müraciətini nəzərə alaraq hesab edir ki, həm cavabdehin, həm də üçüncü şəxs X6 apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməlidir.
119. Kollegiya həmçinin qeyd edir ki, üçüncü şəxs mənzil ilə birlikdə ona məxsus qeyri-yaşayış sahəsinin söküldüyünü, sökülən qeyri-yaşayış sahəsinin əvəzinə verilən sahənin də 467.5 kv.m sahəyə daxil edildiyini bildirsə də, məhkəməyə bununla bağlı hər hansı sübut təqdim etməmişdir.
120. Bundan başqa, cavabdeh və üçüncü şəxs arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədə hər hansı qeyri-yaşayış sahəsinin sökülməsi göstərilməmiş, yalnız ümumi sahəsi 142,7 kv.m olan Bakı şəhəri, Nərimanov rayonu, Mövsüm Sənanı küçəsində, ev 15, 1 saylı mənzilin sökülməsi barədə razılıq əldə edilmiş, həmçinin, qeyd olunan müqavilənin ləğv edilməsi barədə bağlanmış xx.xx.2021-ci il tarixli sazişdə də məhz həmin mənzilin ilkin vəziyyətə qaytarılması razılaşdırılmışdır.
121. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402, 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı və Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Üçüncü şəxs X6 apellyasiya şikyəti qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1206/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. İddiaçı 1/7 hissədə mülkiyyətçisi olduğu Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 15 nömrəli evin 1 nömrəli mənzilin Cavabdeh MMC tərəfindən sökülərək yerində çoxmərtəbəli yaşayış binası tikilməsi nəticəsində məruz qaldığı zərərin əvəzi olaraq ünvan 8 ünvanlarda Cavabdeh MMC tərəfindən inşa edilmiş yaşayış binasının “A” blokunun 10-cu mərtəbəsində 60.8 kv.metr sahəsi olan 1 otaqlı mənzil ilə təmin edilməsi üçün müqavilənin bağlanması və mənzilin ona təhvil verilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğləri apellyasiya şikayətlərini vermiş şəxslərin özlərinə aid edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində vəsait Cavabdehndən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: