Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3180/2024 13.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2298/2024 saylı, 02 aprel 2024cü il tarixli qərardadından İddiaçı Əmrulla oğlu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Əmrulla oğlu Maraqlı şəxs, Maraqlı şəxs Qəyyumluq və Himayədarlıq Şöbəsini cavabdeh kimi göstərməklə Cavabdeh qarşı qəyyumun təyin edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qardaşı X1 üzərində onun qəyyum təyin edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2298/2024 saylı, 02 aprel 2024cü il tarixli qərardadı ilə iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərib ki, iddiaçı qəyyumun təyin edilməsi tələbi ilə bağlı ilk növbədə inzibati orqana (Azərbaycan Respublikası Bakı şəhəri Maraqlı şəxsə) müraciət etməli, qəyyumun təyin edilməsindən inzibati orqan tərəfindən imtina edildikdə isə həmin orqanın imtinasından şikayət ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməli idi. Beləliklə, iddia ərizəsinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikasının MPM-in 153.5-ci maddəsinin tələbləri izah olunmalıdır. İddiaçı Əmrulla oğlu (nümayəndəsi və vəkili Nümayəndə) şikayət verərək həmin qərardadın ləğv edilməsini və iddianın icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilib ki, X2 iddiaçının qardaşıdır. O, ruhi- əsəb xəstəsidir və 1987-ci ildən “Şizofreniya Paranoid” xəstəliyindən əziyyət çəkir, həmin vaxtdan xəstə qardaşına iddiaçı baxır. Qardaşı həmişə onun himayəsində olmuşdur və hal-hazırda da himayəsindədir. X2 məhkəmə qətnaməsi ilə (oğlu Cavabdeh ərizəsi ilə) fəaliyyət qabiliyyətsiz hesab edilmiş, onun üzərində qəyyum təyin edilməsi zərurəti yaranmışdır. Qəyyum təyin edilməsi ilə bağlı Cavabdehla (fəaliyyət qabiliyyətsizin oğlu) və İddiaçı (fəaliyyət qabiliyyətsizin qardaşı) arasında mübahisə vardır. Yasamal rayon Qəyyumluq və Himayədarlıq Şöbəsi bu şəxslər arasında mübahisə olduğundan Ağacan Zeynalov üzərində qəyyum təyin etməkdən imtina etmiş və bu mübahisə ilə bağlı şəxsin öhdədə olma faktının müəyyən edilməsi ilə bağlı məhkəmə qərarının olmasının vacibliyini, bunun üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. 2019-cu ildə iddiaçı Yasamal Rayon Məhkəməsinə şəxsin himayədə olma faktının müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin e-2(004)- 2273/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya məhkəməsinin 2(103)- 9360/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, “Belə olan halda kollegiya hesab edir ki, hüquq haqqında mübahisə olduğundan iddiaçı iddia icraatı qaydasında məhkəməyə müraciət etməkdə haqlı olsa da, onun iddiasının təmin edilməsi üçün Mülki Prosessual Məcəllənin 308-ci maddəsində nəzərdə tutulmuş dispozitiv şərtlər ümumiyyətlə mövcud olmamışdır. Kollegiyanın qənaətinə görə əgər iddiaçı, qardaşının onun öhdəsində olması faktının təsdiq edilməsini istəyirsə bununla bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət ünvanlamalı, həmin orqan bundan imtina etdikdə isə onun hərəkətindən (qərarından) inzibati məhkəməyə şikayət etməlidir. Qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərar ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı qüvvədə qalmışdır. Bundan sonra, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin qətnaməsində göstərilən qaydada inzibati orqan qəyyumun təyin edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8236/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaa mümkünsüz hesab edilmiş və bildirilmişdir ki, hazırkı mübahisə mülki xarakterlidir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8236/2022 saylı, xx.xx.2022ci il tarixli qərarından İddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellıyasiya Məhkəməsinin 2-1(103)-863/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən salanılmışdır. Daha sonra iddiaçı qəyyum təyin edilməsi tələbi ilə yenidən Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmiş, Yasamal Rayon Məhkəməsinin 02 aprel 2024-cü il, e-2(004)-2298/2024 saylı qərardadı ilə iddianın mümkünsüzlüyünə görə iddia qəbul edilməmişdir. Həmin qərardadda da isə iddiaya ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılması qeyd edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2298/2024 saylı, 15 aprel 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Əvvəla, şikayətdə göstərilən dəlillər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki birinci instansiya məhkəməsi öz qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edərkən iddiaçıya hansı hərəkətləri etməsini izah etmişdir. Lakin iddiaçı bu göstərişlərə məhəl qoymayaraq qərardaddan şikayət vermək qərarına gəlmişdir. Ancaq nail olmaq istədiyi məqsədə çatmaq üçün seçdiyi vasitə düzgün olmamışdır. Bununla yanaşı, İddiaçı Əmrulla oğlu iddia ərizəsinin birinci vərəqində Maraqlı şəxs, həmin vərəqin arxasında isə Maraqlı şəxs Qəyyumluq və Himayədarlıq Şöbəsini cavabdeh, eləcə də Cavabdeh kimi göstərməklə iddia ərizəsinin formasına və məzmununa dair tələblərə də riayət etməmişdir. Eyni zamanda qəyyum təyin edilməsinə dair Maraqlı şəxsnə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini təqdim etməklə müraciət etməsinə və ona alınmış cavaba dair də iddia ərizəsinə hər hansı bir sübut əlavə etməmişdir. Bundan əlavə, qəyyum təyin edilməsinə dair iddia üzrə Cavabdeh iddiaya hansı formada cavabdeh olmasına və ona qarşı yönələn tələbin konkret nədən ibarət olmasına dair də iddia ərizəsində heç bir dəlil göstərməyib. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2298/2024 saylı, 02 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: İddiaçı Əmrulla oğlunun şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2298/2024 saylı, 02 aprel 2024cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3180/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3180/2024
13.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver