Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3190/2022 29.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, əmlakların mülkiyyətçiyə təhvil verilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1115/2022 saylı, 15.02.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, torpaq sahəsinin, fərdi yaşayış evinin və əlavə tikililərin boşaldılması, əmlakların mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi 148 ünvanında yerləşən sahəsi 0.113454 ha torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi və əlavə tikililər üzərində mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdeh tərəfindən edilmiş qəsd və maneələrə son qoyulması, cavabdehin həmin torpaq sahəsi, fərdi yaşayış evi və əlavə tikililərdən çıxarılması, həmin torpaq sahəsi, fərdi yaşayış evi və əlavə tikililərin tamamilə boşaldılması, əmlaklardan bütün növ ev heyvanlarının çıxarılması və giriş-çıxış açarları ilə birlikdə sadalanan əmlakların iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1115/2022 saylı, 15.02.2022-ci il tarixli qərardadı ilə iddia ərizəsi Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmışdır. Qeyd olunan qərardaddan narazı qalan iddiaçı tərəf şikayət verərək, qərardadın ləğv olunmasını və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ailə Məcəlləsinin 2.1-ci maddəsinin məzmununda Ailə Məcəlləsinin tənzimlədiyi hüquq münasibətləri sadalanmışdır. Qeyd edilən normanın məzmununa əsasən hesab edirik ki, bir tərəfin-ər Cavabdeh digər tərəfinarvad İddiaçı mülkiyyət hüquqlarına etdiyi qəsd və maneələrlə bağlı hərəkət-hərəkətsizliyi və bunlara son qoyulması ilə bağlı hüquq münasibətləri Ailə Məcəlləsi ilə tənzimlənə bilməz. Ər-arvad arasında ailə qanunvericiliyində nəzərdə tutumuş əmlak münasibətlərini tənzimləyən normalar Ailə Məcəlləsinin 7-9-cu fəsillərində (31-42-ci maddələr) nəzərdə tutulmuşdur. İddiaçı iddia tələbində qaldırdığı məsələlərin həmin müddəaların tələblərinə əsasən tənzimlənməsi mümkünsüzdür. Həmçinin, İddiaçı iddia tələbi üzrə mübahisələndirdiyi halların Ailə Məcəlləsinin 2.2-ci maddəsində göstərilən ailə münasibətlərinin hüquqi tənzimlənməsinə dair prinsiplərin hər hansı biri əsasında həll edilməsi də qeyri-mümkündür. Göründüyü kimi, İddiaçı “mülkiyyət hüquqlarına qəsd və maneələrə son qoyulması, torpaq sahəsinin, fərdi yaşayış evinin və əlavə tikililərin boşaldılması, əmlakların mülkiyyətçiyə təhvil verilməsi” barədə iddia tələbi üzrə mübahisələndirdiyi hallar-münasibətlər Mülki Məcəllənin tələblərinə əsasən həll edilməlidir. İddia tələbi də məhz Mülki Məcəllənin 152 və 157-ci maddələrinin tələbləri əsasında qaldırılmışdır. Bir daha qeyd edirik ki, İddiaçı əri Cavabdeh qarşı qaldırdığı iddia tələbi ailə qanunvericiliyi ilə tənzimlənmır və əmlak münasibətlərinə dair mülki qanunvericiliyin normaları tətbiq edilməlidir. Xəzər rayon Məhkəməsi15.02.2022-ci il tarixli qərardadla “Mediasiya haqqında” Qanunun və Ailə Məcəlləsinin şikayətdə sadalanan tələblərini səhv təfsir edərək, iddiada irəli sürülmüş dəlillər əsasında İddiaçı ilə Cavabdeh arasındakı qarşılıqlı münasibətlər üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, İddiaçı əri Cavabdeh qarşı qaldırdığı hazırki iddia ailə münasibətlərindən irəli gəlmir, iddia mülkiyyətçinin öz əmlakının başqasının qanunsuz sahibliyindən geri tələb edilməsi ilə bağlıdır (vindikasiya iddiası) və bu iddia üzrə tərəflər arasındakı əmlak hüquq münasibətlərinə mülki qanunvericiliyin normaları tətbiq edilməlidir. Məhkəmə İddiaçı iddia ərizəsini icraatına qəbul etməli olduğu halda, iddia ərizəsinin və əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1115/2022 saylı, 25.02.2022-ci il tarixli qərardadı ilə iddiaçının şikayəti təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 (yeddi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, İddiaçı 01.09.2015-ci il tarixdə Cavabdeh ilə ailə qurmuş, iddiaçı aralarında bağlanmış nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. İddia tələbi ailə münasibətləri olmaqla, mübahisənin məhkəməyədək həlli qaydasına əməl edilməmiş və iş materiallarına bu barədə sübut əlavə edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddiaçının tələblərinin əsasını təşkil edən hallar tərəflərin birgə nikahından əvvəl iddiaçının mülkiyyətində olan əmlak barəsində yaranmış mülkiyyətin müdafiəsi ilə bağlı hüquqi münasibətlərdir. Belə olan halda isə iddia ərizəsini məhkəməyə təqdim etməzdən əvvəl mübahisənin mediasiya prosesində həll edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 4.6-cı maddəsinə əsasən, kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Qeyd olunanlara əsasən, kollegiya hesab edir ki, qərardad ləğv olunmalı, qeyd olunan hallar araşdırılmaqla iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinin göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Göstərilənlərə əsasən və MPM-in 263-264, 397-398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1115/2022 saylı, 15.02.2022-ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələyə yenidən baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-3190/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3190/2022
29.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver