Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3192/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı (Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Açar sözlər:(əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), X10 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Vətən Elçin oğlu Zeynalovun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi X1, digər nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(008)-676/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2009-cu il tarixli, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində istifadədə olan 0,027562 ha torpaq sahəsində yerləşən 14 a nömrəli, 2 mərtəbəli binada 35,5 kv.m ümumi, 26,6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 10 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2.İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat İdarəsinin xx.xx.2021-ci il tarixli çıxarışından görünür ki, "xxxx" MMC xx.xx.2021-ci il tarixdən qeydiyyata alınmış, xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir. 3.Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli, 161 nömrəli Sərəncamından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquluşu planında göstərilən koordinatlar daxilində yerləşən 10858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən həll edilməsi şərti ilə çoxmənzilli yaşayış kompeksinin tikintisi üçün icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. 4.EL-744/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Lisenziyanın surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tikintisinə icazə tələb olunan bina və qurğuların tikintiquraşdırma işlərini "xxxx" MMC-yə həyata keçirməyə icazə vermişdir. 5.EL-744/2022 nömrəli, xx.xx.2022-ci il tarixli Lisenziyanın əlavəsinin surətindən görünür ki, "xxxx" MMC-yə bina və qurğuların tikinti-quraşdırma işləri fəaliyyəti üzrə görülməsinə icazə verilən işlərin siyahısına xüsusi torpaq işləri, ankerlərin torpağa bərkidilməsi, enmə quyularının və kessonların qurulması, Beton və dəmir-beton konstruksiyaların quraşdırılması, metal konstruksiyaların quraşdırılması, ağac konstruksiyaların quraşdırılması, fasad işləri, svay işləri, mühəndiskommunikasiya və şəbəkələrinin qurulma işləri, hidrotexnik işləri, sualtı texniki işlər, dambaların tikintisi, limanların tikintisi, pirslərin tikintisi, sahilbərkitmə işləri, su anbarları, xüsusi qurğuların tikintisi və quraşdırılması, rezervuarlar və qazholderlər, elektrik ötürücü xəttlər, sənaye və mülki obyektlərin tikintisi: aşırımı 24 metrədək, aşırımı 24 metr və daha çox, hündürlüyü 65 metrədək, hündürlüyü 65 metr və daha çox, tutumu 5000 nəfərədək, tutumu 5000 nəfər və daha çox işlər daxil edilmişdir. 6.Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X8 Layihə Azərbaycan Dövlət Baş Layihə İnstitutunun 15187 nömrəli, xx.xx.2021-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşqı Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə rəydən görünür ki, Muxtar Fətəliyev küçəsində yerləşən 45 saylı yaşayış binası 1959-cu ildə inşa olunmuşdur. 2 mərtəbəli, 2 girişli, 12 mənzilli, zirzəmisizdir. Planda düzbucaqlı formadadır, uzunluğu 37,0 metr, eni 9,0 metrdir. Mərtəbə hündürlüyü 3,2 metr, kürsü hündürlüyü 1,0 metrdir. Binanın yükdaşıyan divarları mişarlanmış əhəngdaşından 40 sm qalınlığında yerinə yetirilmişdir. Örtüklər ağac tirlərdən quraşdırılmışdır. Pilləkən konstruksiyası metal kosourlar üzərində yığma dəmir-beton pillələrdən yerinə yetirilmişdir. Balkonlar dəmir-betondan quraşdırılmışdır. Dam çardaq tiplidir, ağac elementlərdən quraşdırılmış və şiferlə örtülmüşdür. Fasadlar suvaqsızdır. Vizual texniki baxış zamanı 2 mərtəbəli yaşayış binalarının yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, ağac elementlərində əyinti, bioloji zədələnmələr müşahidə olunduğu, ağac materialından quraşdırılmış döşəmə və örtük elementlərində müxtəlif deformasiyalar yarandığı, pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyayalar mövcudluğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qaldığı, dam örtükləri yararsız vəziyyətdə olduğu, şiferlər sınmış, müəyyən sahələrdə yerdəyişmələr çardağın ağac elementlərində çatlar, əyintilər, zədələr yarandığı, atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunduğu, sakinlər tərəfindən yaşayış binalarına bitişik və söykənmiş primitiv tikililər inşa edildiyi, tikililər əsasən balkonların üstündə yerləşdiyindən binalar əlavə yüklənmələr olduğu, yaşayış binalarının balkon və dəhlizlərin əksər sahələri müxtəlif təyinatlı otaqlara uyğunlaşdırıldığı, bu sahələrdə yükdaşıyan və qoruyucu elementlərin odadavamlılığı yetərli olmadığı, mühəndis-kommunikasiya təminatı sistemi (elektrik xətləri, su və kanalizasiya xətləri) fərdi qaydada quraşdırılmadığı, texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilmədiyi, xüsusən, əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmadığı müəyyən edilmişdir. Yaşayış binalarının istismarı müddətində yükdaşıyan inşaat konstruksiyalarının yenilənməsi, əsaslı təmir işlərinin aparılması müşahidə olunmadığı, binaların istismar keyfiyyəti aşağı səviyyədə olması, yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binaların dayanıqlığına mənfi təsir göstərməsi, tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Qeyd olunan ərazidə qeyri-yaşayış tikililərinin (ticarət, qaraj və s.) tikintisi primitiv şəkildə aparıldığını, tikililər əsaslandırılmamış şəkildə inşa edildiyi, divar və örtük elementləri müxtəlif cinsli materiallardan yerinə yetirildiyi, elementlərin, nəticədə bütöv tikilinin dayanıqlığı təmin edilmədiyi müəyyən edilmişdir. İstər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törətməsi, yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdə olduğu göstərilmişdir. 7.Bakı şəhəri İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfat Departamenti 3 saylı Xüsusi Təyinatı Mənzil Kommunal Təsərüffatı Birliyinin 147 saylı Mənzil Kammunal İstismar sahəsinin xx.xx.2023-cü il tarixli 735 nömrəli arayışından görünür ki, Memarlıq Şəhərciyi 2021 MMC-nin sorğusuna əsasən bildirilir ki, Muxtar Fətəliyev 45-Aşıq Alı küçəsi ev 14 A-dır. 8.Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastrı və Yerquruluşu Layihə-X4 X7 və Geodeziya Şöbəsinin xx.xx.2021-ci il tarixli ********** nömrəli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşqı Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid ərazidən, çoxmənzilli yaşayış komleksinin tikintisi məqəsədi ilə "xxxx" MMC-yə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu planı təqdim edilmişdir. 9.MŞ İnşaat MMC-nin 44/2023 nömrəli, 28.082023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, X5 ərazidə qəzalı vəziyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yeni yaşayış binalarının tikilməsi və köçürülmüş sakinlərin bu binalarda mənzillərlə təmin olunması ilə əlaqədar "xxxx" MMC-nin Hüseyn Ərəblinski küçəsi 12 ünvanında yerləşən ofisinə dəvət edilmişdir. a)Birinci instansiya məhkəməsində icraat 10.İddiaçı "xxxx" MMC (bundan sonra-iddiaçı) Cavabdeh (bundan sonra-cavabdeh) qarşı Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti cəlb edilməklə “əmlak hüquqlarına xitam verilməklə yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan ünvan 3, 10 saylı mənzilə dair mülkiyyət hüquqularına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan B1 saylı binasının 2-ci mərtəbəsində cavabdehin mülkiyyətinə 35,5 kv.m və onun 20% hissəsi olan 7,1 kv.m, əlavə edilməklə 42,6 kv.m olan mənzillə təmin olunması və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçının üzərinə qoyulmasını xahiş etmişdir. 11.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-ci ildə dövlət qeydiyyatına alınmışdır. Nizamnaməsinə əsasən, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən, xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyam) aldıqdan sonra məşğul ola bilər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş EL- 744/2022 saylı 04 noyabr 2022-ci il tarixli Lisenziyaya əsasən, “Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini” aparmaq icazəsi iddiaçıya müddətsiz verilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 161 saylı Sərəncama əsasən, Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.0858 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülkiyyət münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında iddiaçının istifadəsinə verilməsi qərara alınmışdır. Sonradan bu Sərəncam əsasında, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 1.0858 ha torpaq sahəsinin Yer quruluşu Planı tərtib edilmiş və təsdiq edilmişdir. Həmçinin, “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun Bakı şəhəri Sabunçu rayonu Hüseyn Ərəblinski, Aşiq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə xx.xx.2021-ci il tarixli rəyinə əsasən, vizual texniki baxış zamanı 2 mərtəbəli yaşayış binalarının yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, ağac elementlərində əyinti, biolojı zədələnmələr müşahidə olunması təsdiq edilmişdir. Ağac materialından quraşdırılmış döşəmə və örtük elementlərində müxtəlif deformasiyalar yaranmış, pilləkən va balkonların beton sahələrində ciddi aşınma, deformasiyalar mövcudluğu halı, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qalmışdır. Dam örtüklərinin yararsız vəziyyətdə olması göstərilmişdir. Şiferlər sınmış, müəyyən sahələrdə yerdəyişmələr çardağın ağac elementlərində çatlar, əyintilər, zədələr yaranmışdır. Atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunmuşdur. Bu sahələrdə yükdaşıyan və qoruyucu elementlərin oda davamlılığı yetərli deyildir. Texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilməzdir. Xüsusən, əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmamışdır. Binaların istismar keyfiyyəti aşağı səviyyədədir, yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binaların dayanıqlığına mənfi təsir göstərmişdir. Tikililərin mövcud texniki vəziyyəti bu günki qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermir. İstər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törədir. Yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdədir. Yuxarıda göstərilən sərəncama əsasən, ünvan 1 ünvanında yerləşən qəzalı vəziyyətdə olan binanın sökülməsi işləmləri başladığından, artıq mülkiyyətçilərlə razılaşdırılıb müqavilə imzalamaqla onların oradan köçürülməsi prosesinə start verilmişdir. Lakin, hazırkı iddianın mahiyyəti olan məsələ, həmin sakinlərdən biri olan və iş üzrə cavabdeh şirkətin irəli sürdüyü təkliflə razı olmadığı üçün məhkəmə müstəvisində qaldırılmışdır. Belə ki, iş üzrə cavabdeh ünvan 2 ünvanının mülkiyyətçisidir. Onun mülkiyyətində olan əmlak xx.xx.2009-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən 35,5 kv.m təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2002-ci il tarixli 7 dekabr tarixli 506 İli QD nömrəli Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №-li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bu sərəncamı nəzərə alaraq, cavabdehin mülkiyyətində olan əmlakın kv.m. uyğun olaraq onun 20% əlavəsi verilməklə təklif olunmuş, cavabdeh ofisin fəaliyyət göstərdiyi yerə rəsmi olaraq 28 avqust 2023-cü il tarixdə 44/2023 saylı məktubla dəvət edilmiş və o məktubu rəsmi olaraq qəbul etmişdir. Cavabdeh tərəfindən qeyri-qanuni yolla tikilmiş özbaşına tikiliyə də (mülkiyyətinə artırma) yeni tikiləcək binadan verilməsi planlaşdırılan mənzilin sahəsinə artırmaya daxil olan bütün kvadrat metr sahənin əlavə edilməsi təkid edilsə də, şirkət tərəfindən bu təkid rədd edilmiş və buna görə də mülkiyyətçi ilə razılaşma əldə oluna bilməmişdir. Hazırda da, cavabdeh həmin mülkiyyətdən çıxmaq istəmir və onun istəyi nəzərə alındığı təqdirdə çıxacağına israrlıdır. Tərəflər arasında razılaşma olmadığından, hesab edir ki, bu məsələ məhkəmə müstəvisində həll olunmalı və qanunvericiliyin tələbləri hansı istiqamətdə tövsif edilirsə, o qaydada məhkəmə qərarı çıxarılmalıdır. İddiaçı sakinləri onlara məxsus olduğu əmlaka uyğun olaraq əmlakla yeni tikiləcək binada təmin etməli və bina tikilənədək onlara müvafiq kirayə haqları ödəməlidir və iddiaçı da bütün digər sakinlərlə artıq razılıq əldə edib, müqavilə imzalayıb və onların hər birinin mənzillərinə müvafiq olaraq aylıq kirayə haqqı ödəməyə başlayıb. İddiaçı tərəfindən sərəncamda müəyyən olunmuş öhdəliklər tam şəkildə icra edilsə də, cavabdehin sərəncamına uyğun müqavilə bağlamaqdan imtina etməsi hazırda bir sıra çətinliklər yaradır. Söküləcək bina qəzalı vəziyyətdədir və oradan köçürüləcək bütün sakinlər vaxtında köçürülməlidir ki, vaxtında da binanın inşasına başlanılmalı və müəyyən edilmiş vaxt ərzində şirkət sakinləri yeni tikiləcək bina ilə təmin etməlidir. Lakin, cavabdehin bu cür qanunsuz hərəkətləri və əsassız varlanmaq istəyi, digər sakinlərin hüquqularına xələl gətirir, sərəncamın icrasını gecikdirir və binanın sakinlərinin yaşayışla təmin olunmaq aqibətini sual altına qoyur. Onlar üçün də qəbuledilməzdir ki, bir vətəndaşın inadkarlığı, barışmaz mövqeyi və sayğısız, pozucu yanaşması respublikası rəhbərliyinə və yerli icra hakimiyyəti strukturlarına qarşı olan təxribatçı, qanunazidd əməlləri ümumi ictimai mənafeyinə xələl gətirir. Onlar hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və məhkəmədən istəyi odur ki, cavabdehin mülkiyyət hüquqlarına xitam verilməsi, onun və onunla birgə yaşayan şəxslərin həmin mənzildən çıxarılması və onun əvəzində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan B1 saylı binasının 2-ci mərtəbəsində cavabdehin mülkiyyətinə 35.5 kv.m və onun 20% hissəsi olan 7.1 kv.m, əlavə edilməklə 42.6 kv.m olan mənzillə təmin olunması və həmçinin iddiaçı tərəfindən ona aylıq olaraq müəyyən miqdarda kirayə haqqının ödənilməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 12.İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək cavabdehin mülkiyyətində olan ünvan 3, mənzil 10 mənzilə dair mülkiyyət hüquqlarına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan B1 saylı binasının 2-ci mərtəbəsində cavabdehin mülkiyyətinə 4 saylı 54 kv.m olan mənzilin verilməsi və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunana günədək aylıq kirayə haqqı 400 manat iləı təmin olunması öhdəliyin iddiaçının üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 13.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, iddiaçının ümumiyyətlə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmamasını bildirmişdir. Bundan başqa məhkəmənin diqqətinə çatdıraraq qeyd etmişdir ki, mülki iş matriallarına ələvə edilmiş Azərdövlət Layihə Azərbaycan Dövlət Baş Layihə İnstitutunun 15187 nömrəli Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşqı Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə rəy formal xarakter daşıyır. Belə ki, həmin rəy verilən zaman rəy verən orqan ümumiyyətlə cavabdehə məxsus olan mənzilə baxış keçirməmişdir və həmin orqanın binaların yarasızlığı ilə bağlı rəy vermək hüququnun mövcud olmadığını məhkəmənin diqqətinə çatdırmışdır. Əlavə olaraq bildirmişdir ki, iddiaçı cavabdehin mənzilini 54 kv.m mənzillə əvəzləşdirilməsini məhkəmədən xahiş etsədə, hazırda cavabdehin istifadəsindəki olan mənzilin faktiki ölçüləri 100 kv.m-ə yaxındır. Belə olan halda həmin mənzilin əvəzində cavabdehə verilməsi nəzərdə tutulan mənzil ədaləti hesab edilə bilməzdir. 14.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 01 fevral 2024-cü il tarixli, 2(008)-676/2024 saylı qətnaməsi ilə (sədrlik edən-Nilufər Cəfərli) iddia tələbi qismən təmin edilərək, -Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 35,50 kv.m. mənzilə dair mülkiyyət hüquqular iddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək B1 saylı binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 54 kv.m olan 8 saylı mənzillə əvəz edilməsi; -ünvan 1 ünvanında yerləşən 35,50 kv.m. mənzilin Cavabdeh və onunla birgə yaşayan ailə üzvüləri tərəfindən boşaldılması; -Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 35,50 kv.m. mənzildən çıxarıldığı gündən yeni mənzillə təmin edildiyi günədək aylıq 400 (dört yüz) manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. 15.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 01 mart 2024-cü il tarixli, 2(008)-676/2024 saylı qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-676/2024 saylı, 01 fevral 2024-cü il tarixli qətnaməsində yol verilmiş yanlışlığın aradan qaldırılması, qətnamədə qət etdi hissəsinin ikinci abzasında iddiaçının adı kimi qeyd edilmiş “Memarlıq Şəhərciyi MMC” sözləri “Memarlıq Şəhərciyi 2021 MMC” kimi oxunması, qətnamədə qət etdi hissəsinin ikinci, üçüncü və dördüncü abzaslarında cavabdehin mülkiyyətinə olan “ünvan 1 ünvanında yerləşən 35.50 kv.m. mənzil” sözləri “ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 35.50 kv.m. olan 10 nömrəli mənzil” kimi oxunması,qətnamənin qət etdi hissəsinin ikinci abzasında cavabdehin mülkiyyətində olan mənzil ilə əvəzləşdirilməsi nəzərdə tutulan “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək B1 saylı binasının 3-cü mərtəbəsində yeləşən ümumi sahəsi 54 kv.m olan 8 saylı mənzillə əvəz edilsin” sözləri “Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək B1 saylı binasının 2-ci mərtəbəsində yeləşən ümumi sahəsi 54 kv.m olan 4 saylı mənzillə əvəz edilsin” kimi oxunması qərara alınmışdır. İş materiallarında olan: 16.Cavabdeh tərəfindən təqdim edilən “Yeni dövr Qiymətləndirmə Mərkəzinin” YDQM 099- 130/2023 nömrəli, xx.xx.2024-cü il tarixli rəydən görünür ki, ünvan 3 ünvanında yerləşən faktiki olaraq 85.1 kv.m sahədən ibarət 3 otaqlı, 10 nömrəli mənzilin qiymətləndirilməsi tarixinə olan orta bazar dəyəri: 158.000 manat təşkil etməsi və ünvan 3 ünvanında yerləşən yaşayış binası halhazırda qəzalı vəziyyətdə deyil və yaşayış üçün tam yararlı olması göstərilmişdir. 17.********** nömrəli mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. 18.Məhkəmə iddia tələbinə hüququi qiymət verərək qeyd etmişdir ki, iddiaçının nümayəndəsinin və vəkilinin iddia ərizəsindən və məhkəmə iclasında verdiyi izahatından göründüyü kimi, iddiaçı cavabdehə onun sənəd üzrə 35,5 kv metr təşkil edən 10 saylı mənzilinin sökülərək Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşası nəzərdə tutulan B1 saylı binasının 2-ci mərtəbəsində 54 kv.m olan mənzil verməklə, yeni mənzil tikilib təhvil verilənədək müvəqqəti yaşayacağı mənzilə görə hər ay 400 manat kirayə haqqı ödənilməklə, cavabdehin 10 saylı mənzilindən çıxarılmasını tələb etməklə cavabdehi mülkiyyətdən məhrum etmir, bu reallıqda cavabdehin mülkiyyət hüquqlarının məhdudlaşdırılmasıdır. İddiaçı cavabdehin mülkiyyətində olan mənzilini satın almaq deyil, sadəcə həmin mənzilin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi, 14A saylı yaşayış binasını söküb yerində yeni yüksək mərtəbəli yaşayış binası tikmək, tikiləcək binada isə cavabdehə müvafiq yeni, əvvəlki mənzilin sahəsindən də artıq sahəsi olan mənzil vermək niyyətindədir. Cavabdehin Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi, 14A saylı yaşayış binasındakı mənzilə olan mülkiyyət hüququ, həmin yaşayış binası söküldükdən sonra yerində tikiləcək binadan verilən yeni mənzilə şamil olunacaqdır, sadəcə olaraq tikinti işlərinin aparıldığı müddət ərzində cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi, 14A saylı evin, 10 saylı mənzilinə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ, yəni mülkiyyət hüququ müvəqqəti olaraq məhdudlaşacaqdır. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin mülkiyyətində olan mənzilin yerləşdiyi Bakı şəhəri, Sabunçu rayonu, Aşıq Alı küçəsi, 14A yaşayış binasının qanunvericilikdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə deyil, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə sökülməlidir. Məhkəmə onu da qeyd etməyi zərurui hesab edir ki, cavabdeh onun mülkiyyətində olan evin faktiki sahəsinin 85,1 kv.m olmasını və dəyərinin 185.000 manat müəyyən edilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehin mülkiyyətində olan evin sahəsinin sənədlər ilə 35,5 kv.m olduğu müəyyən edilmişdir, işin hallarından görünür ki, cavabdeh mülkiyyətində olan mənzilə 50 kv.m əlavələr etmişdir, lakin bu sözügedən artırma barədə qanunla nəzərdə tutulan qaydada icazə almamış, gələcəkdə bu əlavələrin sənədləşdirilə bilməsinə əsas ola biləcək halları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, cavabdehin mülkiyyətində olan ümumi sahəsi 35,5 kv.m mənzilə münasibətdə iddiaçının əvəzləşdirilməsi üçün təklif edilmiş 54 kv.m mənzil ədalət hesab edilməlidir. 19.Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçı iddia tələbində cavabdehin mülkiyyətində olan mənzilə dair mülkiyyət hüququna xitam verilməsini tələb etsədə, iddia tələbi həmin hissədə qismən təmin edilməli, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 35.50 kv.m. mənzilə dair mülkiyyət hüququları iddiaçı "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək B1 saylı binanın 2-ci mərtəbəsində 54 kv.m mənzillə (54 kv.m) əvəz edilməli, ünvan 1 ünvanında yerləşən 35,50 kv.m. mənzil cavabdeh və onunla birgə yaşayan ailə üzvüləri tərəfindən boşaldılmalı, cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 35.50 kv.m. mənzildən çıxarıldığı gündən yeni mənzillə təmin edildiyi günədək aylıq 400 (dört yüz) manat kirayə haqqı ilə təmin olunması öhdəliyi iddiaçının üzərinə qoyulmalıdır. 20.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 13, 16.1, 29, 43-cü; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1, 11.1, 152.1, 152.5, 157.8-ci; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 4.1, 4.2, 4.2.1-ci; Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 28.7, 85-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 21.Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim iddia tələbinin qismən təmin olunmasını əsaslandıra bilməmiş iddiaçının mənafeyinə uyğun ümumi sözlərlə qətnaməni hüquqi cəhətdən əsaslandırmağa çalışmış, lakin buna nail ola bilməmişdir. Qətnamədə əks olunmayan hallardan biri də odur ki, tərəfindən hakimə etiraz verilib və bu barədə qətnamədə heç nə yazılmamışdır. Hansı ki, etirazda göstərilən əsaslar etirazın təmin olunması üçün kifayət edirdi. Bundan başqa iddiaçının nümayəndəsinə sual verəndə ki, iddiaçının mübahisəli ünvanda hündürmərtəbəli bina inşa etməyə kifayət qədər maddi imkanının olması ilə bağlı sübut təqdim edə bilərsiniz cavab vermişdir ki, bu sualın bizə aidiyyatı yoxdur, həmin sualı Bakı şəhər İcra Hakimiyyətinə verin. Bununla bağlı məhkəmədən Bakı şəhər İcra Hakimiyyətinin iş üzrə üçüncü şəxs qismində cəlb olunması və nümayəndəsinin iştirakının təmin olunması ilə bağlı vəsatət verərək məhkəmə baxışını ağlabatan müddətə təxirə salmasını xahiş etsə də, məhkəmə bunu da nəzərə almadı. Bundan başqa məhkəmə baxışında izahat verərkən FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mübahisəli binanın yaşayış üçün təhlükəli olub-olmaması ilə bağlı rəy vermək səlahiyyətinin olmamasını bildirərək həmin rəyi əsas kimi qəbul etməməyi xahiş etsəm də, məhkəmə bunu da nəzərə almamış, hətta əvvəlcədən məhkəmənin bu rəyi sübut kimi qəbul edəcəyini daha çox ehtimal etdiyi üçün qeyd olunan idarənin rəyi vermiş əməkdaşının şahid qismində dindirilməsi ilə bağlı şifahi vəsatət versə də, hakim bu vəsatətini də təmin etməmişdir. FHN-nin rəsmi saytına nəzər salanda da aydın olur ki, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun binanın yaşayış üçün təhlükəli olub-olmaması ilə bağlı rəy vermək səlahiyəti yoxdur. Bundan başqa qətnamənin hüquqi cəhətdən əsassız olmasından əlavə həmçinin ədalətsiz olmasını təsdiq edən hallardan biri də odur ki, mübahisəli mənzilin yerləşdiyi bina qəzalı vəziyyətdə olsaydı belə (hansı ki, biz bunu qəbul etmirik) binanın ikinci mərtəbəsində mənzil təklif olunması və bunun hakim tərəfindən qəbul olunması heç cür ədalətli hesab oluna bilməz. Çünki, mübahisəli məhkəmə qətnaməsi mülkiyyətçinin seçim hüququnu məhdudlaşdıran, öz xeyrini güdərək milyonlarla manat pul vəsaiti qazanmaq istəyən "xxxx" MMC-nin rəhbərinin maraqlarına məcburən (mülkiyyətçinin hansı mərtəbəyə üstünlük verdiyi soruşulmadan) uyğunlaşdırılır. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Bu o deməkdir ki, mülkiyyət hüququ mütləq hüquqdur. Bu baxımdan bütün üçüncü şəxslər mülkiyyət hüququna qanunsuz müdaxilə edə bilməzlər. Lakin hazırki vəziyyətdə dövlətin adından çıxarılan mübahisəli qətnamə ilə cavabdehin mülkiyyət hüququna kobud şəkildə müdaxilə olunmuşdur. Diqqətə çatdırılası məqamlardan biri də odur ki, binalar iddia ərizəsində iddia edildiyi kimi dövlət ehtiyacı üçün söküntüyə məruz qalan sahələr deyil, burada söhbət nəyin bahasına olur-olsun MMC tərəfindən milyonlarla manat məbləğində külli miqdarda pul vəsaitinin qazanılmasından gedir. Dövlət ehtiyaclarından söhbət getmədiyi halda kimlərinsə külli miqdarda pul qazanmaq məqsədinə nail olmaq üçün hakimin qanunu görməzlikdən gəlməsi heç başa düşülən deyildir. Hakim qətnamənin əsaslandırıcı hissəsində “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı Şəhəri Sabunçu Rayonunun Sosial-İqtisadi İnkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli, 322 nömrəli “Bakı Şəhəri Binəqədi Və Qaradağ Rayonlarının Sosial-İqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı Şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər Rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2019-cu il tarixli, 482 saylı qərarının 4-cü bəndinə əsaslanaraq 2018-ci ilin avqustun 1-nə dək tikintiyə icazə icraatı başlanılmış və layihələndirilməsi barədə sərəncam qəbul edilmiş tikinti lahiyələrinə münasibətdə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilii yaşayış binaları üçün söküləcək tikililərin ərazilərindən istifadə edilərək həmin ərazilərdə yeni tikiləcək yaşayış binalarında mülkiyyətçilərə müvafiq mənzillərin ayrılmasının həyata keçirilməsini qeyd etmişdir. Lakin iddaçının istər tikintiyə icazə sənədləri, istərsə də torpaq sahəsinin ayrılması ilə Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı 2018-ci ilin avqustun birindən sonradır. Məhkəmə maddi hüquq normasını da pozmuşdur. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 23.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 24.Məhkəmə kollegiyasının xx.xx.2024 və xx.xx.2024-cü il tarixli iclaslarında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək, izahatında qeyd etmişdir ki, cavabdehin mənzilinin sahəsi 100 kv.m-dən çoxdur. Onlara olunan təklif cavabdehin mülkiyyət hüquqlarının pozulmasıdır. 25.Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli iclasında cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. 26.Məhkəmə kollegiyasının xx.xx.2024 və xx.xx.2024-cü il tarixli iclaslarında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini qəbul etmədi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanlmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, iddiaçı tərəf təklif olunan kompensasiyanın məbləğini artırmışdır. Həmçinin iddiaçı tərəf cavabdehə yeni tikiləcək binanın yaşayışın 2-ci mərtəbəsindən mənzil verməyə razıdır. 27.İş üzrə müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının: 28.12-ci maddəsinin 1-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.
29. 13-cü maddəsinin 1-ci bəndinə əsasən azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
30. 16.1-ci maddəsinin 1-ci bəndinə əsasən azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
31. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.
32. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
33. Maddə 11.1.Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası);
34. Maddə 152.1.Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 35.Maddə 152.5.Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 36.Maddə 157.8.Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 37.Maddə 4.1.Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin məqsədi ərazilərin və yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının təmin edilməsindən, fərdi maraqların qorunmasından, insanların həyatına, sağlamlığına, əmlakına zərər vurulmasının qarşısının alınmasından, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən, tarix və mədəniyyət abidələrinin (bundan sonra - mədəni irs obyektləri) qorunmasından ibarətdir. 38.Maddələr 4.2 və 4.2.1.Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət siyasətinin əsas istiqamətləri Azərbaycan Respublikası ərazisinin və ərazi hissələrinin planlaşdırılması yolu ilə ərazilərin inkişaf istiqamətlərinin müəyyən edilməsi, ərazilərdən səmərəli istifadənin və ərazilərin dayanıqlı inkişafının təmin edilməsindən ibarətdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: 39.Maddə 3.1.Mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. 40.Maddə 28.7.Qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 31-ci və ya 85-ci maddəsinin müddəaları tətbiq edilir. 41.Maddə 85.Sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 42.Maddə 14.2.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 43.Maddə 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 44.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 45.Maddə 217.1.Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 46.Maddə 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 47.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 48.Maddə 385.1.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 49.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. 50.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə istinadən qeyd etməyi zəruri hesab edir ki, kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tətqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. 51.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Bu hüququn məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır. Belə ki, Konstitusiyanın 29-cu maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ hissəsi sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, dövlətin üzərinə mülkiyyət hüququnun təmini məqsədilə həm neqativ, həm də pozitiv öhdəliklər qoyulub. Pozitiv öhdəliklər bir sıra tədbirlərin həyata keçirilməsini, o cümlədən mülkiyyət hüququnun effektiv reallaşdırılmasını təmin edən hüquqi rejimin müəyyən edilməsini əhatə edir. Bu öhdəliklər Konstitusiyanın 94-cü maddəsinin İ hissəsinin 13-cü bəndinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra – Milli Məclis) üzərinə qoyulub. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir. Digər tərəfdən Konstitusiyada və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda mülkiyyət hüququnun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Milli Məclis mülkiyyət hüququnun məzmununun müəyyən olunması üzrə öz səlahiyyətlərini reallaşdırarkən bu hüdudları və mülkiyyətin funksiyalarının mütənasibliyini nəzərə almalıdır. 52.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
Apellyasiya baxışının hədləri
53.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 54.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
55.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia qismən təmin edilməlidir. 56.Belə ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən, maddi hüquq normasının tələbləri pozulmuş, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı Şəhəri Sabunçu Rayonunun Sosial-İqtisadi İnkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 8 oktyabr tarixli, 322 nömrəli “Bakı Şəhəri Binəqədi Və Qaradağ Rayonlarının Sosial- İqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016-cı il 22 yanvar tarixli 8 nömrəli və “Bakı Şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər Rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” 2016cı il 25 fevral tarixli 86 nömrəli qərarlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 482 saylı Qərarına istinad olunmuşdur. 57.Məhkəmə kollegiyası iş materiallarına istinadən ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində istifadədə olan 0.027562 ha torpaq sahəsində yerləşən 14 a nömrəli, 2 mərtəbəli binada 35.5 kv.m ümumi, 26.6 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 10 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə cavabdehin mülkiyyətindədir. Mənzil 2 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşir. Cavabdeh tərəfindən təqdim olunmuş “Yeni dövr Qiymətləndirmə Mərkəzinin” YDQM 099-130/2023 nömrəli, xx.xx.2024-cü il tarixli rəyinə əsasən mənzilin faktiki sahəsi 85.1 kv.m-dir. Göründüyü kimi, cavabdehin mülkiyyətində 35,5 kv.m, sənədsiz əlavə sahə isə 49,6 kv.m təşkil edir. Bu baxımdan birinci instansiya məhkəməsi onun mülkiyyətində və istifadəsində olan sahələrin ölçülərini düzgün müəyyən etməmişdir. 58.Cavabdehin mülkiyyətində olan mənzil və istifadəsində olan sahə Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2022-ci il tarixli, 161 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən tikililərin sökülməsi və onların yerində yaşayış binalarının tikintisi üçün iddiaçının istifadəsinə verilmiş 10858 ha torpaq sahəsi hüdudları daxilində yerləşir. Həmin sahədə tikinti işlərinin aparılması üçün iddiaçının səlahiyyətləri aidiyyəti dövlət orqanları tərəfindən lazımi qaydada rəsmiləşdirilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət X8 Layihə Azərbaycan Dövlət Baş Layihə İnstitutunun 15187 nömrəli, xx.xx.2021-ci il tarixli rəyinə əsasən Bakı şəhəri Sabunçu rayonu, Hüseyn Ərəblinski, Aşqı Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən yaşayış binalarının texniki vəziyyəti barədə rəydən görünür ki, Muxtar Fətəliyev küçəsində yerləşən 45 saylı yaşayış binası 1959-cu ildə inşa olunmuşdur. 2 mərtəbəli, 2 girişli, 12 mənzilli, zirzəmisizdir. Planda düzbucaqlı formadadır, uzunluğu 37,0 metr, eni 9,0 metrdir. Mərtəbə hündürlüyü 3,2 metr, kürsü hündürlüyü 1,0 metrdir. Binanın yükdaşıyan divarları mişarlanmış əhəngdaşından 40 sm qalınlığında yerinə yetirilmişdir. Örtüklər ağac tirlərdən quraşdırılmışdır. Pilləkən konstruksiyası metal kosourlar üzərində yığma dəmir-beton pillələrdən yerinə yetirilmişdir. Balkonlar dəmir-betondan quraşdırılmışdır. Dam çardaq tiplidir, ağac elementlərdən quraşdırılmış və şiferlə örtülmüşdür. Fasadlar suvaqsızdır. Vizual texniki baxış zamanı 2 mərtəbəli yaşayış binalarının yükdaşıyan divarlarında aşınmalar, suvaq tökülmələri, hörgü məhlulunun tökülməsi, ağac elementlərində əyinti, bioloji zədələnmələr müşahidə olunduğu, ağac materialından quraşdırılmış döşəmə və örtük elementlərində müxtəlif deformasiyalar yarandığı, pilləkən və balkonların beton sahələrində ciddi aşınma, deformasiyayalar mövcudluğu, dəmir-beton elementlərin beton mühafizə qatı tökülmüş, armatur karkası korroziyaya məruz qaldığı, dam örtükləri yararsız vəziyyətdə olduğu, şiferlər sınmış, müəyyən sahələrdə yerdəyişmələr çardağın ağac elementlərində çatlar, əyintilər, zədələr yarandığı, atmosfer sularının təsirindən otaqların divarları və tavanlarında nəmlik müşahidə olunduğu, sakinlər tərəfindən yaşayış binalarına bitişik və söykənmiş primitiv tikililər inşa edildiyi, tikililər əsasən balkonların üstündə yerləşdiyindən binalar əlavə yüklənmələr olduğu, yaşayış binalarının balkon və dəhlizlərin əksər sahələri müxtəlif təyinatlı otaqlara uyğunlaşdırıldığı, bu sahələrdə yükdaşıyan və qoruyucu elementlərin odadavamlılığı yetərli olmadığı, mühəndis-kommunikasiya təminatı sistemi (elektrik xətləri, su və kanalizasiya xətləri) fərdi qaydada quraşdırılmadığı, texniki normalar nəzərə alınmadan tikilmiş müxtəlif təyinatlı tikililərin dayanıqlığı yolverilmədiyi, xüsusən, əlavə tikililər olan sahələrdə yanğın təhlükəsizliyi və təxliyyə tələblərinə əməl olunmadığı müəyyən edilmişdir. Yaşayış binalarının istismarı müddətində yükdaşıyan inşaat konstruksiyalarının yenilənməsi, əsaslı təmir işlərinin aparılması müşahidə olunmadığı, binaların istismar keyfiyyəti aşağı səviyyədə olması, yaşayış evlərinin təmirsiz istismar olunması, fiziki və mənəvi cəhətdən köhnəlməsi binaların dayanıqlığına mənfi təsir göstərməsi, tikililərin mövcud texniki vəziyyəti bu günkü qüvvədə olan inşaat norma və qaydalarının tələblərinə cavab vermədiyi müəyyən edilmişdir. Qeyd olunan ərazidə qeyri-yaşayış tikililərinin (ticarət, qaraj və s.) tikintisi primitiv şəkildə aparıldığını, tikililər əsaslandırılmamış şəkildə inşa edildiyi, divar və örtük elementləri müxtəlif cinsli materiallardan yerinə yetirildiyi, elementlərin, nəticədə bütöv tikilinin dayanıqlığı təmin edilmədiyi müəyyən edilmişdir. İstər yaşayış binalarına bitişik, istərsə də həyətdəki müxtəlif təyinatlı tikililər yaşayış ərazisində sakinlərin və nəqliyyatın hərəkətinə əngəl törətməsi, yaşayış binaları və qeyri-yaşayış tikililərinin mövcud vəziyyəti texniki cəhətdən yolverilməz vəziyyətdə olduğu göstərilmişdir. 59.Bununla belə, iddiaçı müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin inşası üçün orada yaşayan əmlak mülkiyyətçiləri (istifadəçiləri) ilə razılıq əldə edib, müqavilələr bağlamaq, habelə qanunvericiliklə müəyyən edilmiş hədlərdə digər tədbir görmək səlahiyyətinə malikdir. Bu səlahiyyətlər çərçivəsində də iddiaçı həmin sahədə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin sökülməsi və yerində yeni yaşayış binasının inşa edilməsi ilə bağlı əmlak mülkiyyətçiləri (istifadəçiləri) ilə razılıq əldə edərək, müqavilələr bağlamışdır. Lakin sökülməsi üçün təhvil veilməli olan əmlakın həm sahəsi, həm də ümumilikdə bunun əvəzi olaraq təklif olunan kompensasiya ilə bağlı cavabdehlə razılığa gələ bilmir. Nəticədə aralarında məhkəmə mübahisəsi yaranmışdır. 60.Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alıb, ilk növbədə qeyd edir ki, iddiaçının cavabdehə qarşı hazırkı iddianı irəli sürməsi üçün subyektiv hüquqa malikdir. 61.Lakin buna baxmayaraq, mübahisənin yekun həlli məqsədi ilə cavabdehin mülkiyyət hüququna müdaxilə ilə mülki hüquq münasibətlərinin digər iştirakçılarının, o cümlədən iddiaçının hüququ və mənafeləri, habelə sökülməsi nəzərdə tutulan ərazidə yaşamış sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması arasında ağlabatan tarazlıq müəyyən edilməlidir. 62.Nəzərə alınmalıdır ki, iddiaçı cavabdehi mübahisəli əmlaka olan mülkiyyət və digər hüquqlarından məhrum etmək, habelə həmin əmlakı əvəzsiz şəkildə özgəninkiləşdirmək məqsədini daşımır. İddiaçı həmin əmlakın yerləşdiyi yaşayış binasını söküb boşaldılmış sahəni yeni yüksək mərtəbəli çoxmənzilli yaşayış binasının inşası ilə bağlı istifadə etmək və ona yeni binadan sökülmüş əmlakın sahəsindən də artıq sahəsi olan, tam təmirli yaşayış sahəsi vermək niyyətindədir. Hüquqi nəticə etibarı ilə cavabdehin mübahisəli əmlaka olan mülkiyyət hüququ onun yeni inşa edilmiş binadan verilən yaşayış sahəsinə də mülkiyyət hüququnun yaranması üçün əsas olacaqdır. Bu baxımdan həmin müddət ərzində baş verənlər (əmlakdan çıxması, əmlakın sökülməsi, yeni sahənin təhvil verilməsi) onun mülkiyyət hüququnun məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. 63.Məhkəmə kollegiyası bu sahəni tənzimləyən qanunvericiliyin tələblərini, məsələ üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin aidiyyəti qərarlarında nümayiş etdirilmiş hüquqi mövqeyi əsas götürüb qeyd etməyi zəruri hesab edir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Ona görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul etdiyi qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (“Kuşoğlu Bolqarıstana qarşı” iş üzrə 2007-ci il 10 may tarixli Qərar, “Broniovski Polşaya qarşı” iş üzrə 2004-cü il 22 iyun tarixli Qərar, §148, 150; “Skordino İtaliyaya qarşı” iş üzrə 2006-cı il 29 mart tarixli Qərar, § 93 və sair). 64.Məhkəmə kollegiyası vurğulayır ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur. Hazırki halda, iddiaçı tərəfindən binanın əksəriyyətini təşkil edən-10 mənzilinin mülkiyyətçisi ilə razılıq əldə olunmuş, cavabdeh, onun atası və digər bir qonşu ilə qazılıq əldə olunmamışdır. 65.Bununla belə, cavabdehin mülkiyyətində və istifadəsində olan sahələrə görə müvafiq kompensasiya tələb etməsi qanunidir və başa düşüləndir. Lakin həmin kompensasiya da onun məhrum olduğu (məhdudlaşdırıldığı) hüququna mütənasib olmalıdır. Başqa sözlə kompensasiya təklif olunarkən mülkiyyətçinin mülkiyyətində və istifadəsində olan sahələrin ölçüləri, yararlıq və təmir vəziyyəti, sahələrin təyinatı və digər bu kimi hallar nəzərə alınmalı, təklif konkret olmalı (nəticə etibarı ilə mülkiyyətçi verilmiş kompensasiyaya uyğun əldə edəcəyi barədə tam məlumatlı olmalı), gələcəkdə əlavə mübahisələrin yaranmasına səbəb olmamalıdır. 66.Məhkəmə kollegiyası təklif və tələb edilən kompensasiya məbləğlərini nəzərə alıb, bu məsələdə tərəflər arasında razılığın əldə edilməsi üçün müzakirələr aparmış, buna görə onlara vaxt vermişdir. İddiaçı tərəf təklif etdiyi kompensasiya məbləğində dəyişiklik aparmışdır. 67.Qeyd olunmalıdır ki, iddiaçının hazırki mərhələdə irəli sürdüyü kompensasiya təklifi məbləğ etibarı ilə əvvəlki təkliflərindən fərqlənir. Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür. Lakin kompensasiya məbləğinin bazar qiymətinə uyğun olması birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən tətqiq olunmuş sübutlar əsasında müəyyən edilir. Bu baxımdan yuxarı instansiya məhkəmələri birinci instansiya məhkəməsinin müəyyən etdiyi kompensasiya məbləğini yalnız Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulan səlahiyyət hədləri çərçivəsində dəyişdirə bilərlər. 68.İddiaçı tərəf hazırkı halda təklif edir ki, cavabdehin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsi ev 14A, mənzil 10-a dair mülkiyyət hüquqlarına xitam verilməklə onun və onunla birgə yaşayan şəxslərin mənzildən çıxarılması və həmin mülkiyyətin əvəzi olaraq Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək A2 saylı binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74 kv.m olan 2 otaqlı təmirli 2 saylı mənzil cavabdehmi mülkiyyətinə verilməsi və cavabdehin mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 450 manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçının üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 69.Bu səbəbdən məhkəmə kollegiyası iddiaçı tərəfindən kompensasiya məbləğinin artırılmasını mümkün hesab edərək qəbul edir və mübahisəyə məhz təklif olunan qaydada hüquqi qiymət verərək, qeyd edir ki, cavabdehə məxsus olan mübahisəli əmlakın ümumi sahəsi 35,5 kv.m təşkil edir. 20% əlavə nəzərə alınmaqla, həmin sahə 42,6 kv.m təşkil edir. Əlavə sənədsiz sahə isə 49,6 kv.m təşkil edir. Kollegiya qeyd edir ki, həmin özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına səbəb olar. 70.Belə ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2021-ci il tarixli Qərar: “... qanunverici özbaşına tikililərə dair hüquqi tənzimləmə qaydalarını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsası təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. ...Qeyd olunduğu kimi, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. ....Beləliklə, Mülki Məcəllənin 157.8-ci maddəsinin mətnindən göründüyü kimi, bu normanın tətbiq edilməsi üçün şəxsin əmlaka bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş əsaslarla sahiblik etməsi, 158.4-cü maddəsinin mətninə görə isə mülkiyyətçi olmayan şəxsin müdafiə olunması üçün onun əmlak hüquqlarının olması tələb olunur. ....İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, tələbin xarakteri əmlak maraqlarının mövcudluğunu nəzərdə tutduğu hallarda, belə maraq yalnız o zaman “əmlak” hesab oluna bilər ki, daxili qanunvericilikdə onun əsasları müəyyən edilsin (Kopecky Slovakiyaya qarşı iş üzrə 2004-cü il 28 sentyabr tarixli, X9rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli, Radomilja və digərləri Xorvatiyaya qarşı iş üzrə 2018-ci il 20 mart tarixli Qərarlar). ....Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar). ....O da qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. ....Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.” 71.Buna görə də, sənədsiz olan 49,6 kv.m sahənin yarısı 24,8 kv.m-nin 20%-i 29,76 kv.m təşkil edir. Belə olan halda sənədli sahənin 20% ödənilməsi ilə 42,6 kv.m və sənədsiz sahənin 20% ödənilməsi ilə 29,76 kv.m-in cəmi sahəsi 72,36 kv.m (42,6+29,76=72,36) təşkil edir. İddiaçı tərəfindən isə bundan artıq sahə olan 74 kv.m təklif olunur. 72.Bununla belə, iddiaçı tərəfindən cavabdehə kompensasiya qismində məhz təmirli yaşayış sahəsi təklif edilir. Cavabdeh sənədsiz sahəsinə görə də, iddiaçı tərəfindən təklif olunan sahəyə gələcəkdə mülkiyyət hüququ əldə edəcəkdir. İddiaçı tərəfindən təklif olunan mənzil məhz yaşayışın 2-ci mərtəbəsində yerləşir. Kompensasiya qismində təklif olunan yaşayış sahəsinə dair cavabdehin mülkiyyət hüququ dövlət qeydiyyatına alındıqdan sonra onun dəyərinin hazırki əmlakın dəyərindən yüksək olması qənaətinə bu sahə üzrə xüsusi biliyə malik olmadan da gəlmək olar. Həmçinin, təklif olunan əmlakın sahəsi və yerləşmə yeri dəqiq göstərilmişdir ki, bu da gələcəkdə həmin əmlakla bağlı bu kimi məlumatların qeyri-müəyyən olması zəminində mübahisələrin yaranmasının qarşısını alır. 73.Məhkəmə kollegiyası iddiaçının hazırda təklif etdiyi kompensiyanın növünü və ümumi dəyərini, habelə kirayə haqqı olaraq hər ay üçün təklif edilən 450 manat pul məbləğini məqbul hesab edir və belə qənaətə gəlir ki, iddiaçının təklif etdiyi kompensasiya məbləği ağlabatandır və cavabdehin mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar üzləşəcəyi məhdudiyyətlərə tam şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymuş olmur. 74.Kollegiya qeyd edir ki, mövcud vəziyyətdə cavabdeh öz davranışı ilə iddiaçı tərəfin digər şəxslər qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasına mane olmaqla yanaşı, onun qeyd edilən sərəncamdan irəli gələn hüquqlarını həyata keçirməsinin qarşısını almaqla əmlaka olan hüquqlarından sui-istifadə edir. 75.Məhkəmə kollegiyası yuxarıda göstərilən qanunvericiliyin tələblərini, cavabdehin əmlakının yerləşdiyi sahəyə dair iddiaçının hüquqlarını, iddiaçı ilə razılıq əldə edən digər əmlakların mülkiyyətçilərinin hüquqlarını, kompensasiya məbləği ilə bağlı qənaətini, habelə cavabdehin mülkiyyətində və istifadəsində olan sahələrin təhlükəli vəziyyətdə olmaqla istismar müddətinin keçməsini nəzərə alıb, belə qənaətə gəlir ki, kompensasiya müqabilində cavabdeh mülkiyyətində və istifadəsində olan sahədən çıxarılmalıdır. 76.Kompensasiya qismində isə cavabdehə qeyd olunan mənzildən çıxarılan gündən yeni mənzillə təmin olunan günədək aylıq 450 manat kirayə haqqı ilə təmin olunması öhdəliyinin iddiaçının üzərinə qoyulmalıdır. 77.Kollegiya qeyd edir ki, iddia tələbi cavabdehlə birgə yaşayan şəxslərin mənzildən çıxarılması hissəsində qeyri-müəyyən olduğundan, təmin edilə bilməz. 78.Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(008)-676/2024 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilərək, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində istifadədə olan 0,027562ha torpaq sahəsində yerləşən 14A saylı, 2 mərtəbəli binada 35,5 kv.m ümumi, 26,6 kv.m yaşayış sahəsindən (əlavə tikili nəzərə alınmaqla) 2 otaqla, 10 saylı mənzilin əvəzinə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək A2 saylı binasının yaşayışın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74 kv.m olan 2 otaqlı təmirli 2 saylı mənzil təhvil verilməli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində yerləşən 14A saylı evin, 10 saylı mənzilindən Cavabdeh çıxarılmalı, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində yerləşən 14A saylı evin, 10 saylı mənzilindən çıxarıldığı gündən yeni təmirli mənzil verilən günədək aylıq 450 manat kirayə haqqı ilə təmin olunması öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. 79.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 2(008)-676/2024 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində istifadədə olan 0,027562ha torpaq sahəsində yerləşən 14A saylı, 2 mərtəbəli binada 35,5 kv.m ümumi, 26,6 kv.m yaşayış sahəsindən (əlavə tikili nəzərə alınmaqla) 2 otaqlı, 10 saylı mənzilin əvəzinə "xxxx" MMC tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Hüseyn Ərəblinski, Aşıq Alı və Muxtar Fətəliyev küçələrinin kəsişməsində yerləşən torpaq sahəsində inşa ediləcək A2 saylı binasının yaşayışın 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 74 kv.m olan 2 otaqlı, təmirli 2 saylı mənzil təhvil verilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində yerləşən 14A saylı evin, 10 saylı mənzilindən Cavabdeh çıxarılsın. Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Alı küçəsində yerləşən 14A saylı evin, 10 saylı mənzilindən çıxarıldığı gündən yeni təmirli mənzil verilən günədək aylıq 450 (dörd yüz əlli) manat kirayə haqqı ilə təmin olunması öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov