Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3196/2024 22.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MTK-ya qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-3196/2024 (Açar sözlər: ümumi yığıncağının qərarının (protokoldan çıxarış) və mənzilin plancizgisinin iddiaçıya verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı ümumi yığıncağının qərarının (protokoldan çıxarış) və mənzilin plan-cizgisinin iddiaçıya verilməsi tələbinə dair mülki iş üzrə üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-112/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 22 may 2024-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh MTK arasında 18 aprel 2017-ci il tarixli 121 №-li müqavilə bağlanmışdır. Müqavilənin 1.2-ci bəndinə əsasən ünvan 1 ünvanında 1B nömrəli 14 mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 4-cü mərtəbəsində yerləşən 20 nömrəli ümumi sahəsi layihə üzrə 203 km metr təşkil edən 4 otaqlı mənzil «Kooperativ» «Payçı»ya (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, «Payçı» isə həmin mənzili qəbul etməyi öz öhdələrinə götürmüşdülər; 5.1-ci bəndində mənzilin dəyəri 160000 manat müəyyən edilmişdir. Cavabdeh MTK tərəfindən elə həmin gün, yəni xx.xx.2017-ci il tarixdə İddiaçı həmin məbləğin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir. İddiaçı həmin mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, həmin İdarənin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktubları ilə imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yerləşən mənzilə «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri ilə müraciət edəcəyi təqdirdə müraciətində qeyd olunan məsələyə qanuna müvafiq qaydada baxılacaqdır.
2. Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6828/2022 №-li iş üzrə çıxardığı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh MTK-nın cavabdehlər X4, İddiaçı, X2 qarşı Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2017- ci il tarixli 121 №-li müqavilənin, kassa mədaxil orderinin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4135/2023 №-li xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qətnamə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4324/2023 №-li xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
3. Hazırda iddiaçı ünvan 1 ünvanda 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 20 nömrəli 4 otaqlı mənzilin ona verilməsi barədə Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) və mənzilin plan-cizgisinin ona verilməsi vəzifəsinin Cavabdeh MTK-ya tapşırılmasını istəyir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 20 nömrəli 4 otaqlı mənzilin İddiaçı verilməsi barədə Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) və mənzilin plan-cizgisinin iddiaçıya verilməsi vəzifəsinin Cavabdeh MTK-ya tapşırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK ilə İddiaçı arasında 18 aprel 2017-ci il tarixdə ünvan 1 ünvanda 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 20 nömrəli 4 otaqlı mənzil tikintisi haqqında 121 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən mənzilin ümumi sahəsinin ölçüsü 203 m2 təşkil edir, bu sahənin ümumi dəyəri 160000 (yüz altmış min) manat həcmində müəyyənləşdirilmişdir. Mənzilin dəyəri iddiaçı tərəfindən tam olaraq 090 saylı kassa mədaxil orderi ilə 160000 (yüz altmış min) Cavabdeh MTK-nın hesabına ödənilmişdir. Buna dair iddiaçıya 18 aprel 2017-ci il tarixli Arayış və kassa mədaxil orderinin qəbzi verilmişdir. Tərəflər arasında bağlanmış göstərilən müqavilənin 1.2-ci bəndinə əsasən, kooperativ ünvan 1 ünvanda 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 20 nömrəli ümumi sahəsi 203 m təşkil edən 4 otaqlı mənzili iddiaçıya (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qaydada ödədikdən sonra) verilməsini, iddiaçı isə həmin mənzili qəbul etməyi öz öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq kooperativ qeyd olunan ünvanda çoxmənzilli yaşayış binasını inşa etmiş və mənzili tikib iddiaçıya təhvil vermişdir. Cavabdeh MTK ilə İddiaçı arasında 18 aprel 2017-ci il tarixdə bağlanmış müqavilə əsasında göstərilən mənzilə dair pay haqqını mənzilin dəyərini tam ödədiyindən, həmin mənzil üzərində iddiaçının sahiblik və istifadə hüququ yaranmışdır. Mənzilin alqı-satqısı sənədləşdirilərkən alqı-satqı müqaviləsi, kassa mədaxil orderinin qəbzi və mənzilin dəyərinin tam ödənilməsi barədə arayış ona verilmiş, mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) isə verilməmişdir. Cavabdeh üzvlərinin ümumi yığıncağının qərarı olmadığı üçün həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə 04 avqust 2021-ci il tarixli, daha sonra xx.xx.2021-ci il tarixli ərizələrinə DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsindən imtina verilmişdir. Aldığı həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaq üçün Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) verilməsi zərurəti yaranmışdır.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-112/2024 saylı, xx.xx.2024cü il tarixli qətnaməsi ilə (hakim Tahirə Əsədova) iddianın təmin edilməsi, ünvan 1 ünvanda 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 20 nömrəli 4 otaqlı mənzilin İddiaçı verilməsi barədə Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) və mənzilin plan-cizgisinin iddiaçıya verilməsi vəzifəsinin Cavabdeh MTK-ya tapşırılması qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1, 113.1, 113.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0, 8.0.6, 8.0.9.2 və 8.0.10.1-ci maddələrinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kooperativin mahiyyətni xarakterizə edərkən, onu təşkilati-hüquqi forma olaraq digər hüquqi şəxslərdən fərqləndirən cəhətlərinə düzgün hüqiqi qiymət verilməmiş və aşağıda qeyd olunan maddi hüquq normasının tələblərinə əməl olunmamışdır. Əvvala qeyd olunmalıdır ki, iddiaçının kooperativ üzvlüyünə qəbul olunmasına dair rəsmi müraciət olmamış və bunu təsdiq edən hər hansı bir sübut məhkəmə iş materiallarında mövcud deyildir. Eləcə də maddi hüquq normasının tələbinə görə, kooperativ üzvlərinin ümumi yığıncağı MTK-nın Ali idarəetmə orqanıdır. Bununla yanaşı, “iddiaçının kooperativ üzvlüyünə qəbulu haqqında” rəsmi müraciəti olmadan, onun üzv qəbul edilməsini, eyni zamanda hər hansı bir qərar qəbul edilməsi üçün kooperativ üzvlərinə göstəriş verilməsini tənzimləyən maddi hüquq norması yoxdur. Digər tərəfdən, kooperativ üzvlərinin yığıncağında hər hansı bir qərar qəbul edilməsi zamanı, üzvlərin özlərinə şəxsən məxsus səslərinin verib-verməməsinə göstəriş verilməsi, onların hüquqlarının açıq-aşkar pozulmasını sübut edir. Xüsusi olaraq qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 109-1.1-ci maddəsinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 110.1 və 110.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında da qəbul olunmuş hüquqi mövqey ondan ibarət olunmuşdur ki, Mülki Məcəllənin 109.1-ci maddəsinə əsasən, kooperativ fiziki və (və ya) hüquqi şəxslərin birgə fəaliyyət göstərmək üçün üzvlüyə əsaslanan könüllü birliyi olub iştirakçılarının maddi və başqa tələbatnın onun üzvlərinin əmlak pay haqlarının birləşdirilməsi yolu ilə ödənilməsi məqsədilə yaradılır. Bu anlayışda kooperativin mahiyyətini xarakterizə edən, onu təşkilatihüquqi forma olaraq digər hüquqi şəxslərdən fərqləndirən cəhətlər öz əksini tapmışdır. Qanunverici kooperativi hər hansı gəlir əldə etmək niyyəti olmadan, fiziki və ya hüquqi şəxslərin əsasən eyni (oxşar) olan şəxsi tələbat və maraqlarını təmin etmək məqsədi ilə könüllü şəkildə öz imkan və vəsaitlərini birləşdirməklə yaratdıqları xüsusi növ hüquqi şəxs kimi müəyyən etmişdir. Eləcə də həmin qərarda qeyd olunmuşdur ki, kooperativ üzvlüyünə qəbul və üzvlükdən çıxarılma kooperativ üzvlərinin ümumi yığıncağının müvafiq qərarı əsasında mümkündür. Belə ki, Mülki Məcəllənin kooperativdə idarəetmə qaydalarını tənzimləyən 111-ci maddəsinə əsasən, kooperativin ali idarəetmə orqanı onun üzvlərinin ümumi yığıncağıdır. Həmin maddədə ümumi yığıncağın müstəsna səlahiyyətləri də müəyyən edilmişdir ki, bunlardan biri də kooperativ üzvlərini qəbul etmək və çıxarmaqdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.
12. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
13. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
14. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
15. Maddə 139.4. Məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
16. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
17. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
18. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
19. Maddə 178.8. Tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir.
20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi
23. Maddə 113.1. Mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyriyaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır.
24. Maddə 113.2. Bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır.
25. Maddə 113.3. Mənzil-tikinti kooperativində üzvlük yaşayış sahəsinə sahiblik, ondan istifadə etmək və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək üçün əsasdır.
«Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunu
26. Maddə 8.0.6. Daşınmaz əmlakın üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
31. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
34. Cavabdeh tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
37. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ilə Cavabdeh MTK arasında 18 aprel 2017-ci il tarixli 121 №-li müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Bakı şəhəri İH-nin 247 saylı, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Cavabdeh MTK tərəfindən ünvan 1 ünvanında yerləşən 14 mərtəbəli yaşayış binalarının tikintisi layihələndirilmişdir.
38. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən ünvan 1 ünvanında 1B nömrəli 14 mərtəbəli yaşayış binasının tikintisi başa çatdıqdan sonra həmin binanın 4-cü mərtəbəsində yerləşən 20 nömrəli ümumi sahəsi layihə üzrə 203 km metr təşkil edən 4 otaqlı mənzil «Kooperativ» «Payçı»ya (mənzilin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, «Payçı» isə həmin mənzili qəbul etməyi öz öhdələrinə götürmüşdülər. Müqavilənin 5.1-ci bəndində mənzilin dəyəri 160000 manat müəyyən edilmişdir.
39. Cavabdeh MTK tərəfindən elə həmin gün, yəni xx.xx.2017-ci il tarixdə İddiaçı həmin məbləğin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir.
40. İddiaçı həmin mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, həmin İdarənin xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli məktubları ilə imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, qeyd olunan ünvanda yerləşən mənzilə «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlərin əsilləri ilə müraciət edəcəyi təqdirdə müraciətində qeyd olunan məsələyə qanuna müvafiq qaydada baxılacaqdır.
41. İş materiallarındakı Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6828/2022 №-li iş üzrə çıxardığı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh MTK-nın cavabdehlər X4, İddiaçı, X2 qarşı Cavabdeh MTK ilə İddiaçı arasında xx.xx.2017- ci il tarixli 121 №-li müqavilənin, kassa mədaxil orderinin və maliyyə arayışının etibarsız hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4135/2023 №-li xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qətnamə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4324/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
42. Hazırda iddiaçı ünvan 1 ünvanda 1B nömrəli 14 mərtəbəli yaşayış binasının 4cü mərtəbəsində yerləşən 20 nömrəli 4 otaqlı mənzilin ona verilməsi barədə Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) və mənzilin plancizgisinin ona verilməsi vəzifəsinin Cavabdeh MTK-ya tapşırılmasını istəyir.
43. Kollegiya qeyd edir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddələrinə əsasən daşınmaz əmlakın üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericilikdə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsas hesab edilir.
44. Hazırki mülki işin hallarından da göründüyü kimi cavabddeh Cavabdeh MTK tərəfindən xx.xx.2017-ci il tarixdə İddiaçı həmin məbləğin tam ödənilməsi barədə maliyyə arayışı verilmişdir.
45. Cavabdeh tərəfindən həmin maliyyə arayışı və iddiaçı ilə bağlanılan xx.xx.2017ci il tarixli 121 №-li müqavilənin, kassa mədaxil orderinin etibarsız hesab edilməsi barədə məhkəmədə iddia qaldırılsa da, yuxarıda qeyd edilən iş materiallarından da göründüyü kimi həmin iddia tələbi təmin edilməmiş, bununla bağlı məhkəmə aktı da kassasiya instansiya məhkəməsinədək mübahisələndirilsə də, dəyişdirilmədən saxlanılmışdır. Bu da o deməkdir ki, iddiaçının mübahisəli mənzilin dəyərini ödəməsi ilə bağlı maliyyə arayışının qüvvəsi və etibarlılığı ilə bağlı hər hansı şübhəli məqam qalmamışdır.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3. maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülkihüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.
47. Bütün bunlar da onu deməyə əsas verir ki, iddiaçının öz mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldıra bilməsi və qanunvericiliklə müəyyən edilmiş hüquqlarından istifadə edə bilməsi üçün mübahisəli mənzilin İddiaçı verilməsi barədə Cavabdeh MTK üzvlərinin ümumi yığıncağının qərarının (protokoldan çıxarış) və mənzilin plan-cizgisi iddiaçıya təqdim olunmalıdır və bunun olmasını istisna edən hər hansı hal qanunvericiliyin tələblərinə münasibətdə iş materialları ilə müəyyən edilməmişdir.
48. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
49. Kollegiya diqqətə çatdırır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.
50. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). 51 Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 52 Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
53. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
54. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Kollegiya hesab edir ki, apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş tərəfin özünə aid edilməlidir.
56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-112/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova