Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3197/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: təbii qazın təchizatı, təbii qazdan istifadə qaydalarının pozulması, əsassız hesablanmış borc, borcun silinməsi, hüquqi yardım xərci, əlavə qətnamə, qətnamənin düzgün əsaslandırılmaması) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi ilə İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi və hüquqi yardım xərcinin tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının və cavabdehin nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətlərinə, habelə 24 yanvar 2024-cü il tarixli əlavə qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. ünvan 1 ünvanında yerləşən 10 saylı ev İddiaçı istifadə və sahibliyindədir.
2. İddiaçı Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 №-li abonent kodu verilmiş və ünvan 1 ünvanında yerləşən 10 saylı ev 2010-cu ilin iyun ayından təbii qazla təchiz olunmuşdur.
3. ünvan 1 ünvanında yerləşən 10 saylı evə sonuncu dəfə xx.xx.2018-ci il tarixdə qaz sayğacı quraşdırılmışdır.
4. İddiaçı aid abonent saldosundan görünür ki, onun evində qızdırıcı radiator peçi və 4 gözlü qaz plitəsi (PQ-4) istifadə olunur.
5. Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı barəsində sayğacdan kənar xəttdən istifadə ilə bağlı xx.xx.2018-cü il tarixdə ******* saylı, xx.xx.2021-ci il tarixdə ******* saylı, xx.xx.2021-cü il tarixdə ******* saylı, xx.xx.2021-cü il tarixdə ******* saylı, xx.xx.2022-ci il tarixdə ******* saylı, xx.xx.2023-cü il tarixdə ******* saylı, xx.xx.2023-cü il tarixdə ******* saylı aktlar tərtib olunmuş, xx.xx.2018-cü il tarixli ******* saylı akt əsasında 486 manat, xx.xx.2021-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat, xx.xx.2021-cü il tarixli ******* saylı akt əsasında 354,14 manat, xx.xx.2021-cü il tarixli ******* saylı akt əsasında 540 manat, xx.xx.2022-ci il tarixli ******* saylı akt əsasında 354,24 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 8812,80 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında 734,40 manat, yəni ümumilikdə 12 167,08 manat dəymiş zərər hesablanmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
6. İddiaçı (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdeh tərəfindən abonent hesabına (abunə kodu **********00011) aktlar əsasında hesablanmış ümumilikdə 11 884,63 manat məbləğində borcun silinməsi və pozulmuş hüquqlarının bərpası məqsədilə çəkdiyi xərcin - 150 manatın cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, ünvan 2 ünvanında yaşayır, ünvanda quraşdırılan sayğac onun adınadır. Abonent kodu **********00000-dir. Ünvana quraşdırılan sayğac elektron sayğac olduğundan karta pul yükləməklə təbii qazdan istifadə edilir. Bu yaxınlarda karta pul köçürdüyü zaman yüklədiyi puldan 90 faizinin borca görə tutulmasının şahidi olmuş və bunun səbəbini araşdırmaq üçün cavabdeh təşkilata müraciət etmişdir. Müraciəti əsasında ona cavabdeh təşkilat tərəfindən müvafiq sənədlər təqdim edilmiş, sənədlərə əsasən barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-cü il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-cü il tarixli ******* saylı, xx.xx.2021-cü il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli ******* saylı aktlar tərtib olunduğunu öyrənmişdir. Həmin aktlara əsasən, guya mənzildə təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə aşkarlanmış, aktlar əsasında dəymiş ziyanın hesablanması göstərilmişdir. Aktlarla razı deyil, aktlar tamamilə əsassızdır. Belə ki, cavabdeh əgər 2021-cü ilin oktyabr ayında təbii qazın talanmasını aşkar etmişdirsə, bəs niyə görə bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı?. “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Göründüyü kimi, qanunvericilik imperativ qaydada qazpaylayıcısının üzərinə qazın verilməsini dayandırılması vəzifəsi qoymuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilərkən istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Göründüyü kimi həmin aktlar formaldır. Cavabdeh tərəfindən zərər aktı tərtib etməsi şübhə doğurur və reallığa uyğun deyil. Belə ki, həmin aktda dəmir soba, İran sobasının olduğu göstərilir. Halbuki, göstərilən qızdırıcılardan heç biri onun evində mövcud deyil. Həmin aktlar tərtib edilərkən istehlakçı tərəfindən hər hansı bir müdaxilənin olub-olmaması müəyyən edilməmiş və hal şahidlərinin iştirakı təmin edilməmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar və itirilmiş təbii qazın dəyərinin hesablanması barədə sənəd borc məbləğinin yaranması üçün əsaslı hesab edilə bilməz. Əvvəla, bu aktlar məhz onun sayğaca müdaxilə etməyini, yaxud sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməyini bilavasitə təsdiq etmir. Çünki bu aktlar yalnız cavabeh tərəfin maraqlı şəxsləri tərəfindən tərtib edilmişdir. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansısa miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Cavabdehin təqdim etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının (və ya onun hər hansı ailə üzvünün) iştirakı təmin olunmadan tərtib olunmuş, eyni zamanda aktların bir surəti təqdim olunmamış və ya göndərilməmişdir. Halbuki, Qaydaların yuxarıda qeyd edilən tələblərinə görə, şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Əgər həqiqətən, qanunusuz qoşulma halı aşkar edilmişdirsə, deməli cavabdeh bilərəkdən qaz xəttini dayandımamaqla, qanunsuzluğun davam etdirilməsinə rəvac vermişdir. Dəymiş ziyanın bərpasına dair qəbul olunmuş tələbnamələrdən görünür ki, barəsində cərimə borc məbləğləri hesablanarkən ona məxsus fərdi yaşayış evində PQ-4 məişət qaz qurğusundan əlavə QSQ və Radiator cihazları, dəmir soba və iran sobası üzrə də qanunsuz şəkildə əsassız hesablamalar aparılmışdır. Dəymiş ziyanın bərpasına dair qəbul olunmuş tələbnamələrdə aparılmış hesablamalar 24 saat müddətinə olmaqla 360 gün müddətləri üçün, bəzi tələbnamələrdə isə 30 və ya 90 gün üçün hesablanmışdır. 24 saat müddətinə hesablamaların aparılmış olması o deməkdir ki, o, işdə olarkən (8 saat iş saatı) və eləcə də gecə yatarkən də (8 saat yuxu rejimi) evində məişət qaz qurğusu daimi açıq olmuş və təbii qaz istehlak edilmişdir. 360 gün müddəti üçün isə təbii qazdan qanunsuz istifadə edilmiş olunmasına dair tələbnamənin qəbul edilməsi hər hansı bir normativ hüquqi akta əsaslanmır. Zərərin məbləği akt tərtib edildikdən sonra müvafiq tələbnamə əsasında müəyyən edilsə də tələbnamənin mövcudluğu da iddianın əsaslı olması demək deyil. Yəni, dəymiş ziyanın hesablanması ilə bağlı orta günlük iş rejiminin 24 saat müəyyən edilməsi də əsaslandırılmalıdır. İtirilmiş təbii qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Dəymiş zərərin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Şurasının xx.xx.2011-ci il tarixli 11 №-li qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na əsasən müəyyən edilməsi isə mötəbər sayıla bilməz. Tərtib edilmiş əsassız aktlar ucbatından 11 922,53 manat borc yazılmış, karta pul yükləyən zaman əsassız borca çıxılma aparılmaqla 11 884,63 manat borc qalmışdır. Bundan başqa, pozulmuş hüquqlarının bərpası ilə bağlı vəkillə hüquqi yardımın göstərilməsinə dair xx.xx.2023-cü il tarixdə 490 nömrəli müqavilə bağlamış, 150 manat ödəniş etmişdir.
8. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia tələbini müdafiə etmiş, cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək, təbii qazdan sayğacdan kənar istifadə etməsi səbəbilə aktlar tərtib olunduğunu və iddiaçıya müvafiq məbləğdə borc hesablandığını bildirmişdir.
9. Birinci instansiya məhkəməsinin 05 dekabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-cü il tarixli ******* saylı, xx.xx.2021ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-cü il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlara əsasən **********00000 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 11 154,24 (on bir min bir yüz əlli dört manat, iyirmi dört qəpik) manat borcun silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
10.1. Məhkəmə araşdırması zamanı xx.xx.2018-ci il tarixli ******* nömrəli aktla müəyyən olunmuş sayğacda yaranan deşiklə əlaqədar hesablanmış cərimə hissəsinə də münasibət bildirərək göstərir ki, sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin "istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissəsədə təmin olunmalı xx.xx.2018ci il tarixli, ******* saylı aktala yazılmış 486 manat cərimə silinməlidir. 10.2. Bundan başqa məhkəmə iddia tələbi üzrə xx.xx.2021-ci il tarixli ******* saylı, münasibət bildirərək qeyd edir ki, "Azəriqaz” İstehsalat Birliyi ilə iddiaçı arasında bağlanmış "Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında Azəriqaz İB iddiaçıya məxsus yaşayış evi təbii qazla təmin etmişdir. İddiaçı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və Azəriqaz İB ziyan vurmuşdur. Lakin məhkəmə kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğu qənaitinə gəlir. 10.3. Belə ki, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən tərtib edilmiş dəymiş ziyanın hesablanamsına dair tələbnamədə qaz işlədiciləri kimi PQ4, QSSQ və Dəmir soba qeyd edilsədə tərəflər arasında bağlanmış müqavilədə yalnız PQ4 və QSSQ qurğularının olduğu göründüyündən, qaz işlədicisi kimi yalnız PQ4 və QSSQ ilə istifadəsi nəticəsində itirilmiş qaz həcmi hesablanmalıdır. Bundan başqa qaz işlədicilərinin hesabat müddətinin 24 saat və 90 gün nəzərə alınaraq hesablanması da, şişirdilmiş olduğundan məhkəmə hesabat saatını 12 saat , 30 gün olmaqla itirilmiş qazın həcmini hesablayayaraq, əsasız yazılmış digər borc hissəsi silinməlidir. Belə ki, PQ4 üçün 1.2x12x30=432 m3, 1.5x12x30=540 m3 , cəmi 972 m3. 0315484 akta əsasən 972 m3. Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən ******* saylı akta görə 0.10 qəpikə vurulmalıdır. Bu zaman isə iddiaçı tərəfdən cavabdehə dəymiş zərər 97.20 manat məbələğində olması müəyyən edildiyindən xx.xx.2021-ci il tarixli, ******* saylı akta əsasən əsassız hesablanmış 788.40 manat borc hissəsi silinməlidir. 10.4. Bundan başqa məhkəmə iddia tələbinin xx.xx.2021-cü il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktalara əsasən hesablanmış 354.24 manat, 540 manat və 354.24 manat borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, sözügedən aktlarda iddiaçının imzasının olmadığını, dolayısı ilə ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsi aktların düzgülüyünə şübhə yaratdığından həmin aktlara səasən hesablanmış borc silinməlidir. 10.5. Bundan başqa məhkəmə iddia tələbinin xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 8812.80 manat borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin akt tərtib edildikdən uzunmüddət keçdikdən sonra iddiaçıya məxsus olan ünvanda qaz xəttinə sayğacdan kenar qeyri-qanunu xətt qoşulma halı yenidən müəyyən edilidiyindən məhkəmə hesab edir həmin akta əsasən iddiaçının cavabdehə vurmuş olduğu zərər ödənməlidir. Lakin məhkəmə xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasındə hesablanmış borcunun şişirdilmiş olduğu qənaitinə gəlir. Belə ki, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən tərtib edilmiş dəymiş ziyanın hesablanamasına dair tələbnamədə qaz işlədiciləri kimi PQ4, QSSQ, Dəmir soba və İran sobası qeyd edilsədə tərəflər arasında bağlanmış müqavilədə yalnız PQ4 və QSSQ qurğularının olduğu göründüyündən, qaz işlədicisi kimi yalnız PQ4 və QSSQ ilə istifadəsi nəticəsində itirilmiş qaz həcmi hesablanmalıdır. Bundan başqa qaz işlədicilərinin hesabat müddətinin 24 saat və 360 gün nəzərə alınaraq hesablanması da, şişirdilmiş olduğundan məhkəmə hesabat saatını 12 saat, 30 gün olmaqla itirilmiş qazın həcmini hesablayayaraq, əsasız yazılmış digər borc hissəsi silinməlidir. Belə ki, PQ4 üçün 1.2x12x30=432 m3, 2x12x30=1080 m3 , cəmi 1512 m3. ******* akta əsasən 1512 m3 Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən ******* saylı akta görə 0.12 qəpikə vurulmalıdır. Bu zaman isə iddiaçı tərəfdən cavabdehə dəymiş zərər 181.44 manat məbələğində olması müəyyən edildiyindən xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən əsassız hesablanmış 8631.36 manat borc hissəsi silinməlidir.
11. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2-ci, 4.8-ci, 4.9-cu, 6.5-ci bəndlərinə, Mülki Məcəllənin 1096-cı və 1097-ci, Mülki Prosessual Məcəllənin 14.2-ci və 77.1-ci maddələrinə istinad etmişdir.
12. 28 dekabr 2023-cü il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iddia tələbinin “150 manat xərcin cavabdehdən tutulması” hissəsi üzrə əlavə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmənin 24 yanvar 2024-cü il tarixli əlavə qətnaməsi ilə həmin tələbin təmin edilməməsi qət olunmuşdur.
13. Məhkəmə sözügedən tələblə bağlı qənaətini belə əsaslandırmışdır ki, iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün vəkilin iştirakı zəruri olmadığından, iddiaçı müstəqil şəkildə məhkəməyə müraciət edə bildiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.
14. Birinci instansiya məhkəməsinin 05 dekabr 2023-cü il tarixli əsas və 24 yanvar 2024-cü il tarixli əlavə qətnamələrindən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətləri verərək əsas qətnamənin qismən – iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə -, həmçinin əlavə qətnamənin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətləri iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, məhkəmənin işin hallarını tam aydınlaşdırmadığı, prosessual hüquq normasını yanlış tətbiq etdiyi, hüquqi yardım xərci ilə bağlı gəldiyi nəticənin ümumiyyətlə anlaşlmaz olduğu irəli sürülmüşdür.
16. Məhkəmənin xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi də apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, iddiaçının təbii qazadan sayğacsız istifadə etdiyinin sübuta yetirildiyini nəzərə almadığı, maddi hüquq normalarını düzgün tətbiq etmədiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
17. Apellyasiya şikayət(lər)inə qarşı yazılı etiraz(lar) verilməmişdir.
Apellyasiya baxışı
18. İşə baxılmasının vaxtı (yeri) barədə lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndələri) məhkəməyə gəlmədiklərindən, işə onların iştirakları olmadan baxılmasına qərar verilmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
19. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
21. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
22. Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
23. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
“Qaz təchizatı” haqqında Qanun
24. Maddə 13 (bənd 8). Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
25. Maddə 13 (2022-ci ilin may ayından qüvvədə olan 8-1-ci bənd). Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
26. Bənd 4.2. Qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir.
27. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
28. Bənd 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydaları
29. Bənd 3. İstehlakçılar tərəfindən təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatının hesablanma hesabatına ödənilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
33. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
36. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini qiymətləndirməklə səhvə yol vermiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi ziddiyyətli nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmiş, çıxardığı əlavə qətnamə ilə isə ümumiyyətlə anlaşılmaz mövqe ortaya qoymuşdur.
37. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
38. Apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıran kollegiya hesab edir ki, şikayətlər qismən təmin olunaraq əsas və əlavə qətnamə ləğv olunmalı, iddia tələblərinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
39. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
40. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
41. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.
42. İddiaçının irəli sürdüyü faktiki hal ondan ibarətdir ki, yaşadığı evə quraşdırılan elektron sayğacın kartına pul köçürdüyü zaman pulun 90 faizinin borca görə tutulmasının şahidi olmuş, bu məsələni aydınlaşdıranda, guya dəfələrlə qazdan qeyriqanuni xətt vasitəsilə istifadə etdiyini, buna görə aktlar tərtib olunduğunu, həmin aktlar əsasında onun abonent hesabına ümumilikdə 11 922,53 manat məbləğində borc yazıldığını öyrənmişdir.
43. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixli ******* saylı akt və onun əsasında hesablanmış 734,40 manat borc ümumiyyətlə mübahisələndirilməmişdir; buna görə də həmin borc məbləği ilə bağlı ümumiyyətlə araşdırma aparılmayacaqdır.
44. İddiaçının mübahisələndirdiyi xx.xx.2023-cü il tarixli ******* saylı akt və onun əsasında hesablanmış 8812,80 manat borcla bağlı isə qeyd olunmalıdır ki, həmin akt tərtib edilərkən cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə (§ 25) əməl olunmamış, aktın tərtib edildiyi dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq onun bir nüsxəsi nə iddiaçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət təqibi orqanına təqdim edilməmiş, beləliklə də iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən olunmamışdır.
45. Nəzərə alınmalıdır ki, “Qaz təchizatı haqqında” Qanuna xx.xx.2022-ci il tarixdə əlavə edilmiş 13-cü maddənin 8-1-ci hissəsində qazdan istifadə qaydalarının pozulması hallarının sənədləşdirilməsi və buna görə dəymiş zərərin tələb edilməsinin əsasları dəqiq göstərilmişdir. Qanunun tələb etdiyi birinci addım ondan ibarətdir ki, abonentlər tərəfindən qaz xəttinə kənar qoşulma faktını aşkar etdikdə, qaz paylayıcısı (onun əməkdaşı) qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qanusuz qoşulma ilə sərf olunan qazın verilməsini dayandırmalıdır. Qazdan kənar istifadə halları və sayğaca müdaxilə aşkar edildikdə, qaz paylayıcısı (onun əməkdaşı) həmin faktı müvafiq aktın tərtib edilməsi ilə rəsmləşdirməli və aktın bir sürətini abonentə təqdim etməklə, bir nüsxəsini isə qazdan istifadə qaydalarını pozan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün enerji nəzarəti orqanına, yaxud cinayət tərkibinin əlamətlərinin olması şübhə doğurduqda, cinayət təqibi orqanına təqdim etməlidir.
46. Kollegiyanın qənaətinə görə, burada qanunun əsas məqsədi müəyyənlik prinsipinin təmin edilməsindən və qazdan istifadə qaydalarını pozan abonenti məlumatlandırmaqla, məruz qala biləcəyi sui-istifadə hallarından öz hüquqlarını müdafiə etməsinə şərait yaratmaqdan ibarətdir.
47. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olubolmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb etməlidir.
48. Əks halda, istehlakçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur, qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir.
49. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, xx.xx.2023-cü il tarixli ******* saylı aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən həmin akt əsasında hesablanmış 8812,80 manat borc iddiaçıdan tələb oluna bilməz və onun abonent hesabından silinməlidir.
50. xx.xx.2018-cü il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-cü il tarixli ******* saylı, xx.xx.2021-cü il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlarla bağlı iddiaçının irəli sürdüyü faktiki hal isə onun özünün bildirdikləri ilə təkzib olunur.
51. Belə ki, iddiaçı, sözügedən aktlar əsasında ona hesablanmış 2619,98 manat borcun mövcudluğunu “bu yaxınlarda karta pul köçürdüyü zaman” bildiyini irəli sürsə də, görünən odur ki, o, 2018-ci ilin dekabr ayından iddia qaldırdığı tarixə qədər həmin aktları mübahisələndirməmiş, aktlara görə yazılan borcun bir hissəsini də ödəməklə faktiki olaraq onlarla razılaşmışdır.
52. İddiaçının iddia ərizəsinin məzmunundan da aşkar görünür ki, o, əslində həmin aktlarda göstərilən xüsusatı deyil, aktlar əsasında hesablanan borcun məbləğini mübahisələndirmişdir.
53. Bu kontekstdə kollegiyanın qənaətinə görə, Cavabdeh İB iddiaçının müvafiq dövrdə, yəni 2018-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayına qədər olan dövrdə qazdan sayğacdankənar qanunsuz istifadə etdiyini sübuta yetirmişdir; lakin həmin istifadə üçün onun iddiaçıya hesabladığı borc məbləği (2619,98 manat) reallığa uyğun deyildir.
54. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamaqla hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir); həm bu müddəanın mənasına, həm də bilinən işgüzar praktikaya görə qaz təchizatçısı ayda ən az bir dəfə istehlakçının sayğacının vəziyyətini yoxlamalı və sayğac göstəricisini müəyyənləşdirməli, əgər sayğacda problem varsa, yaxud sayğac yoxdursa və ya qazdan sayğacsız istifadə olunursa, onu işlək sayğacla əvəz etməli, habelə qanunsuz istifadənin qarşısını almalıdır.
55. Buna görə də kollegiya hesab edir ki, mübahisənin həllinə məhz bu kontekstdən yanaşılmalı, iddiaçının barəsində tərtib olunmuş xx.xx.2018-cü il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-cü il tarixli ******* saylı, xx.xx.2021-cü il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlar əsasında hesablanmış məbləğin düzgün olub-olmadığına qiymət verilməlidir.
56. Başqa sözlə, iddiaçının qazdan sayğacsız (sayğacdankənar) istifadə etdiyi dövr üçün ödəməli olduğu pulun məbləği ağlabatan mühakimə və hər kəsin qəbul etdiyi işgüzar adətlər kontekstində təsbit oluna bilər. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydalarının yuxarıda qeyd olunan bəndinin mənasına görə, belə hesablama zamanı evdəki qaz işlədicilərinin gücü nəzərə alınmalı, hesablama axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata uyğun aparılmalıdır.
57. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçıdan 2018-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayına qədər olan dövr üçün (38 ay) üçün qızdırıcı radiator peçinin və 4 gözlü qaz plitəsinin (PQ-4) (qızdırıcı radiator peçinin yalnız qış mövsümündə istifadə edildiyi ehtimalı nəzərə alınaraq) gücünə əsasən hesablanmış orta günlük sərfiyyata uyğun pul vəsaiti tələb oluna bilər; müvafiq dövrdə iddiaçı daha çox qaz istehlak etmişdirsə, bunun məsuliyyəti onun qazdan sayğacsız istifadə etməsinə şərait yaradan, yəni öz vəzifələrini lazımi qaydada icra etməyən Cavabdeh İB-nin əməkdaşlarına aid olunmalıdır.
58. Nəzərə alınmalıdır ki, tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz qaz təchizatçısı, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir.
59. 4 gözlü qaz plitəsinin (PQ-4) orta hesabla (yay və qış mövsümündə) günlük 8 saat, qızdırcı radiatorun qış mövsümündə 12 saat işlədilə biləcəyini nəzərə alaraq kollegiya hesab edir ki, müvafiq dövr üçün qaz istehlakına görə iddiaçının ödəməli olduğu vəsait kimi 2039,04 manat (qaz plitəsinin maksimal saatlıq qaz sərfi olan 1,2 m3 x 8 saat x 1140 gün = 10 944 m3; qızdırıcı radiator peçinin maksimal saatlıq qaz sərfi olan 1,4 m3 x 12 saat x 360 gün = 6048 m3; Cəmi 16 992 m3 sərfiyyat, yəni 2039,04 manat)) qəbul oluna bilər və sözügedən aktlara əsasən hesablanmış borc məbləğinin qalan hissəsi (580,94 manat) onun abonent hesabından silinməlidir.
60. Kollegiya Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq qeyd edir ki, iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumlarının əvəzi qismində 125,65 manat Cavabdeh İB-dən alınıb dövlət büdcəsinə köçürülməli, apellyasiya şikayəti vermək üçün Cavabdeh İB tərəfindən ödənilmiş dövlət rüsumunun məbləği onun özünə aid olunmalı, iddiaçının hüquqi yardım xərci kimi vəkilə ödədiyi 150 manat Cavabdeh İBdən alınıb ona ödənilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
61. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı və Cavabdeh nümayəndələrinin apellyasiya şikayətləri qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-6139/2023 saylı iş üzrə 05 dekabr 2023-cü il tarixli qətnaməsi, həmçinin buna bağlı olaraq 24 yanvar 2024-cü il tarixli əlavə qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi və hüquqi yardım xərcinin tutulması” tələbi qismən təmin olunsun. Cavabdeh İB-nin əməkdaşları tərəfindən İddiaçı barəsində tərtib olunmuş xx.xx.2018-cü il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-cü il tarixli ******* saylı, xx.xx.2021-cü il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2023-cü il tarixli ******* saylı aktlar əsasında ondan tələb edilən 11 432,78 (on bir min dörd yüz otuz iki manat 78 qəpik) manat borcun 9393,74 (doqquz min üç yüz doxsan üç manat 74 qəpik) manat hissəsi onun **********00000 saylı abunə hesabından silinsin. Hüquqi yardım üçün vəkilə ödədiyi pulun əvəzi olaraq 150 (yüz əlli) manat Cavabdeh İB-dən alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi qismində 125,65 (yüz iyirmi beş manat 65 qəpik) manat Cavabdehndən alınaraq dövlət büdcəsinə köçürülsün. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdehnə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Məmməd Məmmədov