Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-320/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “əmlakların mənzildən çıxarılaraq cavabdehə qaytarılması” tələbinə dair ilk iddiası; Cavabdeh İddiaçı qarşı “əşyaların qaytarılması və ya əşyaların dəyərinin cavabdehdən tutulması” tələbi üzrə qarşılıqlı iddiasına dair mülki iş üzrə Açar sözlər:(əmlakın mənzildən çıxarılması və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi),X8 və X3 ibarət tərkibdə, Rüfanə Elxan qızı Əzizzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili və nümayənəsi Vəkil2, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(002)-816/2022 saylı qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh İddiaçı oğlunun həyat yoldaşı olmuşdur. 2.Ailə münasibətləri pozulduğu üçün, İddiaçı mülkiyyətində olan mənzildən Cavabdeh məxsus əmlakların çıxarılması, Cavabdeh yararsız əmlakların dəyərinin ödənilməsi və əmlak tələbi ilə bağlı qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı Cavabdeh qarşı “əmlakların mənzildən çıxarılaraq cavabdehə qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus olan 116 adda əmlakların Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 12 saylı evin, 15 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ilk iddia üzrə Cavabdeh məxsus, “Roza” adlı, Bakı istehsalı olan, 2005-ci ildə alınmış yataq mebel dəstinin və çilçırağın Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 12 saylı evin, 15 saylı mənzilindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra-cavabdeh) Cavabdeh İddiaçı qarşı “əşyaların qaytarılması və ya əşyaların dəyərinin cavabdehdən tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 12 saylı evin, 15 saylı mənzilində yerləşən ona məxsus iddia ərizəsində qeyd olunan 116 ədəd əşyalardan əlavə olaraq dəyəri 250 manat olan 1 ədəd çilçıraq, dəyəri 20 manat olan plastik qablar və vannalar, dəyəri 25 manat olan ətçəkən maşın, dəyəri 15 manat olan 2 ədəd (göy vəağ) taslar, dəyəri 50 manat olan tefal ütü, dəyəri 180 manat olan 82 predmet yemək dəsti, dəyəri 50 manat olan 2 ədəd büllurqənd qabı, dəyəri 18 manat olan 12 ədəd büllur mürəbbə qabları, dəyəri 30 manat olan 1 ədəd böyük büllur qayıq formalı konfet qabı, dəyəri 120 manat olan 6 predmet qara rəngli çay servisi, dəyəri 170 manat olan Samsung markalı tozsoran, dəyəri 850 manat olan ağ rəngli “Samsung” markalı paltaryuyan maşının özü və ya dəyərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.Sonradan, Cavabdeh Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 12 saylı evin, 15 saylı mənzilində yerləşən ona məxsus iddia ərizəsində qeyd etdiyi 116 ədəd əşyalardan yararsız vəziyyətdə olan yataq mebel dəstinə görə 2.000 manat, çilçırağa görə 200 manat, qarşılıqlı iddia üzrə dəyəri 250 manat olan 1 ədəd çilçırağın, dəyəri 25 manat olan ətçəkən maşının, dəyəri 50 manat olan “Tefal” ütünün, dəyəri 50 manat olan 2 ədəd büllur qənd qabının, dəyəri 18 manat olan 12 ədəd büllur mürəbbə qablarının, dəyəri 30 manat olan 1 ədəd böyük büllur qayıq formalı konfet qabının, dəyəri 170 manat olan “Samsung” markalı tozsoranın və ya dəyərinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 7.İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə onun oğlu X9 xx.xx.2005-ci il tarixdə ailə həyatı qurmuşlar. Sonuncuların birgə nikahdan doğulmuş iki yetkinlik yaşına çatmamış qızları vardır. Ailə həyatı quran vaxt cavabdeh onların yaşadığı Bakı şəhəri S.Ə.Şirvani küçəsi 12 saylı evin onun mülkiyyətində olan 15 nömrəli mənzilinə gəlin köçmüşdür və özünə məxsus cehiz avadanlıqlarını da bu mənzildə yerləşdirmişdir. Ailə həyatı qurandan sonra onlar bir müddət mehriban münasibətlərdə olmuşlar. Lakin sonradan cavabdehin ona qarşı münasibəti pisləşmiş və cavabdeh xx.xx.2014-cü il tarixdə oğlu ilə birlikdə kirayə mənzilə köçmüşlər. Cavabdehlə oğlu 2014-cü ilin sentyabr ayından müxtəlif ünvanlarda kirayədə yaşamışlar. Onlar kirayədə yaşamağa gedərkən, yaşamaq üçün zəruri olan xeyli əmlakları özləri ilə aparmışlar, cavabdehə məxsus cehiz əşyalarının bir qismi isə hal-hazırda yaşadıqları mənzildə qalmışdır. Onun həyat yoldaşı X10 vəfat etmişdir. Ərinin dəfn və yas mərasimləri yaşadıqları darısqal mənzildə keçirilmişdir. Bu səbəbdən də, cavabdehə məxsus əmlakların sınıb dağılmaması və yararsız vəziyyətə düşməməsi üçün həmin əmlakların bir qismini səliqə ilə qablaşdıraraq, qutulara yığılaraq yaşadıqları blokun birinci mərtəbəsində yerləşən xidməti otağa yığaraq qapısını qıfıllamışdır, qalan əşyaları isə yenə də qutulara yığaraq mənzildə yerləşdirmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qətnaməsi ilə oğlu X9 ilə Cavabdeh arasındakı nikah pozulmuşdur. Cavabdeh 2014-cü ilin sentyabr ayından yaşadıqları mənzilə gəlmir, onların qohumluq münasibətləri pozulmuşdur. Cavabdeh özünə məxsus avadanlıqları aparmaması səbəbindən onun mənzildən istifadə hüququna maneçilik törədir. Həmin əmlaklar aşağıdakılardır:
1. Yataq mebeli (şifoner, taxt, trümo, 2 ədəd dolabça); 2. Qorka; 3. Masa; 4. Miz, 6 ədəd; 5. Palaz, 1 ədəd; 6. Taxt döşəyi; 7. Yorğan-döşək dəsti (yataq); 8. Hamam dəsti; 9. Ədyal, 1 ədəd; 10. Balaca yastıq; 11. Divan-kreslo üstü vilyurdan; 12. Qazan dəsti; 13. Şirəçəkən maşın; 14. Çaydan dəsti; 15. Kofe servisi; 16. Balış üzü; 17. Fincan, nəlbəki ilə; 18. Çay servisi Madonna; 19. Xüsusi çantada çəngəl-bıçaq dəsti; 20. Qazan, 2 ədəd; 21. Çay termosu; 22. Yemək termosu; 23. Süfrələr 5 ədəd, dəsmallar 5 ədəd; 24. Pərdə; 25. Vaza Madonna, 2 ədəd; 26. Su stəkanları, zərli + 6 ədəd büllur; 27. Döşəkağılar, 1 dəst; 28. Ayaqqabılar, çəkmə, uşaq ayaqqabısı; 29. Termos; 30. Aşsüzən. Qab-qaşıq; 31. Vaza; 32. Blender; 33. Saç buran; 34. Çörək qabı, 2 ədəd; 35. Çətir; 36. Çilçıraq; 37. Güldan; 38. Çanta (çemodan), içində paltarlar; 39. Şüşə tava; 40. Bulud, 2 ədəd; 41. Bulud, 1 ədəd vənimçə, 6 ədəd dəst; 42. Bulud, 1 ədəd 6 nimçə ilə; 43. Gümüş qaşıqlar, balaca, 6 ədəd; 44. Tərəvəz kəsən; 45. Dəftərlər, kitablar; 46. Nəlbəki, 6 ədəd; 47. Canamaz; 48. Kasa, 6 ədəd; 49. Bulud, 6 ədəd; 50. Serviz nimçəsi; 51. Stəkan, 6 ədəd; 52. Su qızdırıcı (kipitilnik); 53. Nimçələr 6 ədəd + 6 ədəd; 54. Meyvə qabı, 3 ədəd; 55. Nəlbəki, 6 ədəd; 56. Qaşıq-çəngəl dəsti;
57. Vaza, yaşıl rəngli, Bohemia; 58. Vaza Madonna; 59. Bulud Madonna, 2 ədəd; 60. Güldan, büllur, 2 ədəd; 61. Kül qabı; 62. Peçenye qabı; 63. Bulud qaşığı, 2 ədəd; 64. Nimçə, 1 ədəd; 65. Bulud Madonna, 2 ədəd; 66. Serviz nimçələri, 6 ədəd; 67. Balaca nimçələr, 6 ədəd; 68. Badə, 2 ədəd; 69. Qrafin, 2 ədəd + 2 ədəd; 70. Dolça, 2 ədəd; 71. Fincanlar, 2 ədəd + 2 ədəd; 72. Qaşıq, 6 ədəd; 73. Mətbəx avadanlıqları; 74. Büllur stəkan, 2 ədəd + güldan; 75. Çay qaşığı, 6 ədəd; 76. Balaca nimçələr, 6 ədəd; 77. Dolça, 6 stəkanı ilə, Bohemia; 78. Stəkan, 6 ədəd; 79. Armudu stəkan, 10 ədəd; 80. Çanta, layka çanta; 81. Qədəh, 6 ədəd + aş nimçəsi, 10 ədəd; 82. Lampa; 83. Ləpəçəkən maşın; 84. Balaca qazan; 85. Balaca bıçaq, 3 ədəd; 86. Yumşaq oyuncaqlar + ayı; 87. Yaşıl rəngli Bogemia + mürəbbə qabı; 88. Layka plaş; 89. Başmaqlar + nimçələr, 9 ədəd + 12 ədəd; 90. Layka çanta; 91. Mikser, qab-qaşıq; 92. Böyük vaza + büllur güldan; 93. Meyvə qabı, 2 ədəd; 94. Vedrə; 95. Nikel qazan dəsti; 96. Uşaq arabası (kolyaska); 97. Çəngəl, 5 ədəd; (Qeyd: İddia ərizəsində əşyalar sıralanarkən 97 sayından birbaşa 100 sayına keçilmişdir, güman ki, mexaniki səhvdir. Məhkəmə qeyd olunan halı əlavə bu məqamla bağlı əlavə mübahisə yaranmasın deyə vurğulamağı zəruri hesab edir. Belə ki, istər ilk iddia ərizəsində, istər qarşılıqlı iddia ərizəsində ilk iddia üzrə iddiaçının 116 saylı siyahısına istinad edilsə də, əslində 114 saylı siyahıdır). 100. Bıçaq, 6 ədəd + bulud böyük; 101. Duz qabı, 7 ədəd; 102. Piyalə, 16 ədəd; 103. Kasa, 9 ədəd;
104. Sup qabı, Madonna; 105. Çaynik; 106. Madonna nimçə, 6 ədəd + nəlbəki, 1 ədəd; 107. Şam, 1 ədəd; 108. Büllur badə, 6 ədəd + 6 ədəd qədəh; 109. Bohemia bəzəkli badə, 6 ədəd; 110. Bohemia yaşıl; 111. Bohemia yaşıl rəngli, 2 ədəd; 112. Servis 6 nəfərlik, ağ rəngli; 113. Madonna şəkər tozu qabı; 114. Qara serviz Madonna; 115. Salat qabı, 2 ədəd; 116. Penüar. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hal-hazırda cavabdehə məxsus olan əmlakların bir qismi yerləşdirilmiş mənzildə təmir işləri aparılmalıdır, lakin qeyd etdiyi səbəbdən bu mümkün deyildir. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 8.Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəmədə ona qarşı iddia qaldıraraq ona məxsus 116 adda əmlakının Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 12 saylı evin, 15 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbini qismən qəbul edir. Belə ki, İddiaçı iddia ərizəsində ona məxsus 116 ədəd cehiz əşyalarını göstərsə də, həmin ərizədə ona məxsus cehiz əşyaları tam göstərilməmiş və aşağıda qeyd etdiyi cehiz əşyalarının da qaytarılmasını istəyir. Belə ki, iddia ərizəsində 36-cı sütunda çilçıraq qeyd edilsə də, onun hazırda cavabdehə məxsus evdə 1 deyil, 2 ədəd çilçırağı vardır və hər ikisinin qaytarılmasını istəyir. Bundan başqa, dəyəri 250 manat olan 1 ədəd çilçıraq, dəyəri 20 manat olan plastik qablar və vannalar, dəyəri 25 manat olan ətçəkən maşın, dəyəri 15 manat olan 2 ədəd (göy və ağ) taslar, dəyəri 50 manat olan tefal ütü, dəyəri 180 manat olan 82 predmet yemək dəsti, dəyəri 50 manat olan 2 ədəd büllur qənd qabı, dəyəri 18 manat olan 12 ədəd büllur mürəbbə qabları, dəyəri 30 manat olan 1 ədəd böyük büllur qayıq formalı konfet qabı, dəyəri 120 manat olan 6 predmet qara rəngli çay servisi, dəyəri 170 manat olan Samsung markalı tozsoran, dəyəri 850 manat olan ağ rəngli paltaryuyan maşın hal-hazırda cavabdehin evindədir və cavabdehin iddia ərizəsində göstərdiyi əşyalarla bərabər hazırda qeyd etdiyi əmlakların da qaytarılmasını istəyir. Qarşılıqlı iddia ərizəsi ilə bərabər müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə də təqdim edir. İddiaçı ərizədə onun əmlaklarının siyahısını qeyd etmişdir. Lakin iddiaçı əmlaklarının adını vəmiqdarını düz qeyd edib-etmədiyini dəqiq bilmir. Həmin əmlaklar siyahıya alındıqdan sonra əmlaklarının dəqiq sayı müəyyən ediləcəkdir. Gələcəkdə, əmlakların dəqiq sayı və adı müəyyən edildikdən sonra iddia tələbinin həcminin artırılması və ya azaldılması barədə ərizə təqdim edəcək. İndiki halda isə qeyd etdiyi səbəbdən bunu edə bilmir. 9.İddiaçı məhkəmə iclasında ilk iddia tələbini müdafiə edərək, qarşılıqlı iddianı qəbul etməyərək, ilk iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və öncəki məhkəmə iclaslarında əlavə olaraq bildirmişdir ki, Cavabdeh ona qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 12 saylı evin 15 saylı mənzilində yerləşən özünə məxsus əmlakların özünün və ya dəyərinin ondan alınaraq Cavabdeh verilməsini xahiş etmişdir. Bildirir ki, Cavabdeh 24 aprel 2005-ci il tarixdə ona məxsus olan Bakı şəhəri S.Ə.Şirvani küçəsi 12 saylı evin 15 saylı mənzilinə gəlin köçmüşdür və 2014-cü ilin sentyabr ayının 20-nə qədər bu mənzildə yaşamışdır. 2014-cü ilin sentyabr ayında oğlu X9 ilə birlikdə kirayədə yaşamaq üçün bu mənzildən çıxıb getmişlər və gedən zaman özünə məxsus olan avadanlıqların bir hissəsini aparmışdır. 2014cü ilin sentyabr ayının 20-də oğlu ilə Günay kirayədə yaşamaq üçün getdikdən 1 həftə sonra onun əri Hüseynov Sabir vəfat etmişdir, ərinin dəfn və yas mərasimləri 2 otaqdan ibarət olan bu mənzildə olmuşdur. Yasa gələnlər tərəfindən Cavabdeh məxsus əşyaların xarab olmaması, zədələnməməsi məqsədi ilə o, həmin əşyaları qablaşdırmışdır və yaşadıqları blokun 1-ci mərtəbəsində yerləşən xidməti otaqda yerləşdirmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, qarşılıqlı iddia ərizəsində: 1) dəyəri 250 manat göstərilmiş 1 ədəd çilçıraq vardır, lakin həmin çilçırağın qiyməti 250 manat deyil, 180 manatdır. Həmin çilçıraq alınan ərəfədə Cavabdeh heç bir yerdə işləmirdi, çilçırağı o, öz vəsaiti ilə almışdır və həyat yoldaşı ilə birlikdə yaşadıqları böyük otaqda asmışdır. Gəlin qayınana kimi Günayla birlikdə mağazaya getmişlər, lakin həmin çilçırağı bəyənərək özünün vəsaiti hesabına almışlar; 2) dəyəri 20 manat göstərilmiş plastik qablar vardır və 12 aprel 2022-ci il tarixdə digər əşyalarla birlikdə həmin qabları da digər əşyalarla birlikdə aparmışdır; 3) vannanı isə kirayədə yaşamağa gedəndə özü ilə aparmışdır; 4) dəyəri 25 manat göstərilmiş ətçəkən maşın kirayədə yaşamağa gedəndə özü ilə aparmışdır; 5) dəyəri 15 manat göstərilmiş 2 ədəd (göy və ağ) taslar vardır və xx.xx.2022-ci il tarixdə digər əşyalarla birlikdə həmin tasları aparmışdır; 6) dəyəri 50 manat göstərilmiş Tefal ütü olmamışdır, Günay gəlin gələndə adi ütü gətirmişdir, həmin ütü də xarab olmuşdur, sonradan onun ütüsündən istifadə etmişdir, kirayəyə gedəndən sonra isə onun oğlu, Günayın keçmiş əri X6 ütü almış, kirayədə yaşadıqları vaxt həmin ütüdən istifadə etmişlər, Tefal ütü heç vaxt ona məxsus olan mənzildə olmamışdır; 7) dəyəri 180 manat göstərilmiş 82 predmet yemək dəstinin yarısını aparmışdır, qalan hissələri isə xx.xx.2022-ci il tarixdə digər əşyalarla birlikdə aparmışdır; 8) dəyəri 50 manat göstərilmiş 2 ədəd büllur qənd qabını xx.xx.2022ci il tarixdə digər əşyalarla birlikdə aparmışdır; 9) dəyəri 18 manat göstərilmiş 12 ədəd mürəbbə qabları (rozetka) olmuşdur, lakin kirayəyə gedən zaman rozetkaların bir neçəsini özü ilə aparmışdır, qalanları isə xx.xx.2022-ci il tarixdə digər əşyalarla birlikdə aparmışdır; 10) dəyəri 30 manat göstərilmiş 1 ədəd böyük büllur qayıq formalı konfet kabı olmamışdır, o, belə bir qab görməmişdir; 11) dəyəri 120 manat göstərilmiş 6 predmet qara rəngli çay servizi olmuşdur və xx.xx.2022-ci il tarixdə digər əşyalarla birlikdə həmin servizi də aparmışdır; 12) dəyəri 170 manat göstərilmiş Samsung markalı tozsoran xarab olmuşdur, onların evində yoxdur, cavabdeh özü hara aparıb, kimə təmir üçün təhvil verib, onun xəbəri yoxdur, sonradan kirayədə yaşayan vaxt onun oğlu, Günayın keçmiş əri X9 tozsoran almışdır, kirayədə yaşayan vaxt həmin tozsorandan istifadə etmişlər, hal-hazırda da cavabdehin özündədir; 13) dəyəri 850 manat göstərilmiş ağ rəngliSamsung markalı paltaryuyan maşını xx.xx.2022-ci il tarixdə digər əşyalarla birlikdə aparılmışdır, qeyd edir ki, gəlini oğlu ilə birlikdə kirayədə yaşayan vaxt oğlu Siemens markalı paltaryuyan maşın almışdır, həmin paltaryuyan maşından istifadə etmişlər və halhazırda Günayın özündədir. Müşavirə otağına gedən zaman Cavabdeh tərəfindən təqdim edilmiş qarşılıqlı iddia ərizəsində adları qeyd edilmiş Tefal ütünün və qayıq formalı konfet qabının heç olmadığını, həmin əşyaların ona məxsus mənzildə heç vaxt olmadığını, digər əşyaların, o cümlədən Samsung markalı paltaryuyan maşını isə apardığının nəzərə alanmasını xahiş edir. 10.Son məhkəmə iclasında İddiaçı izahatında əlavə olaraq qeyd etmişdir ki, Cavabdeh özünə məxsus olan və məhkəməyə təqdim edilmiş siyahıda adları göstərilmiş əmlakları aparmışdır. Lakin hazırda mübahisəsi gedən çilçıraq və yataq dəstini aparmamışdır və səbəbini də göstərmişdir ki, guya həmin əmlaklar yarıtmaz vəziyyətdədir. Halbuki, həmin əmlaklarda heç bir sınıq, əzik və yaxud qabarma olmamışdır. Sadəcə yataq dəstinin dolabçalarının kənarındakı kantlar qopmuş olmuşdur ki, bunu da aradan qaldırmaq mümkün olmuşdur. Məhkəməyə cavabdehin nümayəndəsi Vəkil1 tərəfindən mübahisəsi gedən əmlakların fotoşəkilləri təqdim edilmişdir və həmin fotoşəkillərdə də yataq dəstində hər hansı bir sınığın və yaxud aradan qaldırılması mümkün olmayan zədələrin olması görünmür. Həmin əmlaklarda sınıqların olmaması, bir neçə yerdə qopuq izləri olduğundan razılığa gəlinmişdir ki, həmin nasazlıqlar aradan qaldırılsın. O, usta dəvət edərək, yataq dəstində olan qopuq hissələri tamamilə təmir etdirmişdir, çilçırağı da tam təmir etdirib işlək vəziyyətə saldırmışdır. Bundan sonra, məhkəmənin xx.xx.2022-ci il tarixə təyin edilmiş iclasında hakim növbəti məhkəmə baxışını xx.xx.2022-ci il tarixə təyin etmiş və ilk iddia üzrə Cavabdeh təklif etmişdir ki, mübahisəsi gedən əmlaka baxış keçirib onların hansı vəziyyətdə olmasını müəyyənləşdirsin ki, bundan sonra qərar qəbul edilsin. Lakin Cavabdeh qərəzli olaraq mebelə və çilçırağa baxış keçirməmişdir. Bundan sonra hakim yenə də növbəti məhkəmə iclasını xx.xx.2022ci il tarixə təyin etmişdir və bir daha ilk iddia üzrə cavabdehə mübahisəsi gedən yataq dəstinə və çilçırağa baxış keçirilməsini Cavabdeh təklif etmişdir. Lakin Cavabdeh bu dəfə də qəsdən mübahisəsi gedən əmlaklara baxış keçirməmiş, həmin əmlakların təmirdən sonrakı vəziyyəti ilə maraqlanmamışdır. Bundan belə bir nəticəyə gəlinir ki, ilk iddia üzrə Cavabdeh yataq mebelini qəsdən olaraq aparmamış, ondan bunun əvəzində pul qoparmaq istəyir. Bildirir ki, mübahisəsi gedən yataq dəstində heç bir sınıq, özlərinin iddia etdiyi kimi heç bir nəmişlikdən qabarma yoxdur. Mebel 2005-ci ildə alınmışdır, 2014-cü ilə qədər həmin mebel ilk iddia üzrə Cavabdeh ailəsinin (əri, 2 uşağı ilə birlikdə) istifadəsində olmuşdur. 2014- cü ildə onun həyat yoldaşı vəfat etmişdir, mənzilləri darısqal olduğundan özünə və Cavabdeh məxsus əmlakların bir hissəsini yaşadıqları evin yaşadıqları blokunun birinci mərtəbəsində yerləşən xidməti otağa yerləşdirmişdir. Qeyd edir ki, həmin otaq zirzəmi deyil, birinci mərtəbədə yerləşir, tamamilə quru bir otaqdır. Cavabdeh özünə məxsus olan əmlakları həmin otaqdan aparmışdır və həmin əmlakların heç bir nə kif atmış, nə qabarmış, nə də yararsız vəziyyətdə olmamışdır. Ona görə də, heç bir mübahisə olmadan həmin əmlaklar cavabdeh tərəfindən aparılmışdır. Mübahisəsi gedən yataq mebel dəsti və çilçırağı isə cavabdeh ondan pul qoparmaq məqsədi ilə qəsdən aparmamışdır. Məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. 11.Cavabdeh məhkəmə iclasında ilk iddianı qismən qəbul etmiş, qarşılıqlı iddianı müdafiə etmiş, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, mülki işə baxılması vaxtı ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə razılaşdıqları kimi əmlakların yerləşdiyi ünvanda olmuşlar. İddiaçı iddia ərizəsində qeyd etdiyi kimionun əmlakını binanın zirzəmisində yerləşən otağa yığmışdır. Əmlakları götürərkən nabor dəstlərin bəzilərinin yerində olmadığı, dəmir qabların isə nəmişlikdən nəm çəkdiyi müəyyən olunmuşdur. Lakin buna baxmayaraq, o, həmin əmlakları götürmüşdür. Mebelini isə zirzəmidə olduğundan nəm çəkərək yararsız vəziyyətə düşmüşdür. Mebellərdən masa, 6 ədəd miz, güzgülü siyirtmə qismən yararlı olduğundan onları da götürmüşdür. Həmçinin iddiaçının öz iddia ərizəsində qeyd etdiyi çilçıraq isə qırıq vəziyyətdə idi. Bu səbəbdən də, o, İddiaçı iddia ərizəsində qeyd etdiyi əmlaklarından yataq mebel dəstini və çilçırağı götürməmişdir. Ona görə də, həmin əmlakın dəyərinin ona verilməsini xahiş edir. Bundan əlavə, o, öz qarşılıqlı iddia ərizəsində qeyd etdiyi əmlaklardan bəzilərini götürmüş, digərləri isə İddiaçı tərəfindən ona təqdim edilməmişdir. Məhkəmədən ilk iddianın qismən təmin, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 12.X1 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Cavabdeh ilə cehizlik mebel əşyalarını almağa o, getmiş, həmin əşyalar mebel mağazasından 3500 manata dəyərləndirilməklə götürülmüş, dəyəri 1 il ərzində hissə-hissə ödənilmişdir. Həmin mebellərə qorka, stol-stul, yataq mebelinə isə 2 tumba, güzgü və s. daxil idi. O, həmin mebellərin alınmasına zamin durmuş, alğısatqı rəsmiləşdirildikdən sonra mebellər aidiyyəti üzrə ünvana çatdırılmışdır. Lakin hal-hazırda yataq mebeli istifadə üçün yararsız vəziyyətədir. 13.X2 ifadə verərək bildirmişdir ki, cavabdeh onun bacısıdır, mebel 2500 manata kreditlə onun adına alınmış, məbləği 1 il ərzində hissə-hissə mağazaya ödənilmişdir. 14.Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 23 may 2022-ci il tarixli, 2(002)-816/2022 saylı qətnaməsi ilə (sədrlik edən-Kamran Əsədov) İddiaçı Cavabdeh qarşı “əmlakların qaytarılması” tələbinə dair ilk iddiası təmin edilərək, Cavabdeh məxsus olan ümumi dəyəri 700 manat (məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi ilə təyin edilmiş dəyəri) olan yataq mebeli (şifoner, tax, trümo və iki ədəd dolabça) və 1 ədəd dəyəri 200 manat olan çilçıraq İddiaçı məxsus olan Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 12 saylı evin 15 saylı mənzilindən cavabdehin vəsaiti hesabına çıxarılması, ilk iddia üzrə ödənilmiş 50 manat dövlət rüsumunun ilk iddia üzrə iddiaçıya aid edilməsi, Cavabdeh İddiaçı qarşı “əşyaların qaytarılması və ya əşyaların dəyərinin cavabdehdən tutulması” tələbinə dair qarşılıqlı iddiası rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 10 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət olunmuşdur. 15.Məhkəməöncə ilk iddiaya münasibət bildirərək qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş fotoşəkillərdən göründüyü kimi, ilk iddia üzrə iddiaçının mənzilində qalan yataq mebel dəsti və çilçıraq istifadəyə yararlı olmaqla, onların götürülməsindən imtina edilməsi üçün əsaslı səbəb yoxdur. Həmin əşyaların iddiaçının mənzilində qalması iddiaçınınqanunla qorunan hüquqlarını pozur. Bu səbəbdən, ilk iddia təmin edilməli və həmin əşyalar cavabdehin vəsaiti hesabına çıxarılaraq aparılmalıdır. 16.Məhkəmə qarşılıqlı iddiaya münasibətdə isə qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı yataq mebel dəstinin və 1 ədəd çilçırağın yararsız vəziyyətdə olmasına, həmçinin dəyəri 250 manat olan 1 ədəd çilçırağın, dəyəri 25 manat olan ətçəkən maşının, dəyəri 50 manat olan Tefal ütünün, dəyəri 50 manat olan 2 ədəd büllur qənd qabının, dəyəri 18 manat olan 12 ədəd büllur mürəbbə qablarının, dəyəri 30 manat olan 1 ədəd böyük büllur qayıq formalı konfet qabının, dəyəri 170 manat olan Samsung markalı tozsoranın ilk iddia üzrə cavabdehdə olmasına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən, qarşılıqlı iddia təmin edilə bilməz. 17.Məhkəmə şahid ifadələrinə tənqidi yanaşaraq qeyd etmişdir ki, şahidlər ilk iddia üzrə cavabdehlə yaxın münasibətlərdə olan şəxslər olmaqla, işin nəticəsində maraqlıdırlar. Digər tərəfdən, şahid ifadələri iş üzrə toplanmış və tədqiq olunmuş digər sübutlarla təkzib olunduğundan şahid ifadələri mötəbər sübut kimi qiymətləndirilə bilməz. 18.Məhkəmə öz mövqeyiniAzərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4,119, 216-220, 227, 233 və 360-cımaddələrinəistinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
19.Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunaraq, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-816/2022 saylı qətnaməsinin ilkin iddianın təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, cavabdeh İddiaçı Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 12 saylıevin 15 saylı mənzilində yerləşən cavabdehə məxsus iddia ərizəsində qeyd etdiyi 116 ədəd əşyalardan yararsız vəziyyətdə olan yataq mebel dəstinə görə 2000 (iki min) manat pulun, çilcırağa görə 200 manat pulun, qarşılıqlı iddia üzrə dəyəri 250 manat olan 1 ədəd çilçirağın, dəyəri 25 manat olan ətçəkən maşının, dəyəri 50 manat olan tefal ütünün, dəyəri 50 manat olan 2 ədəd bullur qənd qabın, dəyəri 18 manat olan 12 ədəd bullur mürəbbə qablarının, dəyəri 30 manat olan 1 ədəd böyük bullur qayıq formalı konfet qabının, dəyəri 170 manat olan Samsunq markalı tozsoranın, özü və ya dəyərinin alınaraq cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, qeyd olunan əmlaklar 9 mərtəbəli binanın zirzəmisində balaca və nəm çəkmiş otağa yerləşdirilmişdir. Qarşılıqlı iddia üzrə cavabdehə məxsus dəmir əşyaları paslanaraq sıradan çıxmışdır. Cavabdeh yenə də bunlara çox əhəmiyyət verməyərək həmin əmlakları götürmüşdür. Lakin cavabdehə məxsus mebellər zirzəmiyə yığıldığından nəm çəkərək yararsız vəziyyətə düşmüşdür. Cavabdeh nisbətən yararlı olan mebellərin bir qismini götürsə də, tam yararsız vəziyyətdə olan yataq mebeli dəstini götürməmişdir. İddiaçının bu etiraz ərizəsi ilə sübutetmə yükü birbaşa ona keçir. Çünki hər bir tərəf istinad etdiyi halları sübut etməlidir. Bir daha təsdiq edir ki, həmin əşyalar həqiqətən mövcud olmuşdur. Lakin heç bir əsas olmadan cavabdehin həmin əşyaları apardığını bildirir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22.Məhkəmə kollegiyasının iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, qarşılıqlı iddia tələbi və apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi, izahatında ona verilən suallara cavab olaraq bildirdi ki, apellyator olaraq əşyaların mənzildən çıxarılması hissəsini mübahisələndirmirlər. Sadəcə olaraq yataq mebel dəstinə və çilçırağa zərər vurulduğu üçün zərəri və qarşılıqlı iddiada qeyd olunan əmlakları tələb edirlər. Cavabdeh tərəf kimi qətnaməni qeyd olunan hisələrdə mübahisələndirirlər. 23.Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun vəkili və nümayənəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər, izahatlarında qeyd etdilər ki, yataq mebel dəsti və çilçıraq yararlı vəziyyətdədir. Dəyəri 250 manat olan 1 ədəd çilçirağ olub, onun özünündür, oz otağında asılıb. Dəyəri 25 manat olan ətçəkən maşını cavabdeh aparıb. Dəyəri 50 manat olan tefal ütü olmayıb. Dəyəri 50 manat olan 2 ədəd bullur qənd qabını cavabdeh aparıb. Dəyəri 18 manat olan 12 ədəd bullur mürəbbə qablarını aparıb. Dəyəri 30 manat olan 1 ədəd böyük bullur qayıq formalı konfet qabı olmayıb. Dəyəri 170 manat olan Samsunq markalı tozsoran xarab olub, cavabdeh aparıb.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası: 24.Аzərbаycаn Rеspublikаsının Kоnstitusiyаsının 29-cu mаddəsinə əsаsən hər kəsin mülkiyyət hüququ vаrdır. Mülkiyyət hüququ, о, cümlədən хüsusi mülkiyyət hüququ qаnunlа qоrunur. Hər kəsin mülkiyyətində dаşınаr və dаşınmаz əmlаk оlа bilər. Mülkiyyət hüququ mülkiyyətcinin təkbаşınа və bаşqаlаrı ilə birlikdə əmlаkа sаhib оlmаq, əmlаkdаn istifаdə еtmək və оnun bаrəsində sərəncаm vеrmək hüquqlаrındаn ibаrətdir. 25.İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi Hаqqındа Kоnvеsiyаnın 1 sаylı Prоtоkоlunun 1-ci mаddəsinə əsаsən, hər bir fiziki və hüquqi şəхs öz mülkiyyətindən dinc istifаdə hüququnа mаlikdir. Hеç kəs cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və bеynəlхаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа оlunmаqlа, öz mülkiyyətindən məhrum еdilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 26.Maddə 21.1.Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 27.Maddələr 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 28.Maddə21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 29.Maddə 152.1-ci mаddəsinə uyğun оlаrаq, mülkiyyət hüququ-subyеktin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. 30.Maddə 157.2.Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 31.Maddə 225.2.Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 32.Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 33.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 34.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 35.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 36.Maddə 384.0.2.Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 37.Maddələr 385.1.1, 385.1.2, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsiməhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
Apellyasiya baxışının hədləri
38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 39.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin ilk iddianın yataq mebel dəsti və çilçırağın dəyəri və qaşılıqlı iddianın təmin edilməyən hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissələrdə mübahisələndirmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40.Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(002)-816/2022 saylı qətnaməsi mübahisələndirilən-qarşılıqlı iddianın təmin edilməyən hisəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək qarşılıqlı iddia qismən təmin edilməli, qətnamə mübahisələndirilən qalan hisədə dəyişdirilmədən saxlanılmalıdır. 41.Belə ki, mübahisələndirilən hissədə qətnamə qəbul olnarkən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun gəlmir. 42.Kollegiya ilk olaraq qeyd edir ki, cavabdeh iddiaçının mülkiyyətində olan mənzildən yataq mebel dəstini və çilçırağıyararsız vəziyyətdə olduğunu əsas gətirərək, götürmək istəmir. 43.Həmin əmlakların yararsız olması ilə bağlı kollegiya tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq eksertizası təyin edilmiş, "xxxx" MMC iş üzrə mütəxəsis qismində cəlb olunmuşdur. 44.Ekspert tərəfindən rəy verilməsindən imtina olunsa da, məhkəməyə mütəxəsis rəyi daxil olmuşdur. 45."xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli rəyinə əsasən cavabdehə məxsus Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 12 saylı evin, 15 saylı mənzilində yerləşən yataq mebel dəsti və 1 ədəd çilçırağın binanın zirzəmisində yığılması nəticəsində yararsız vəziyətə (nəm çəkmə və.s) düşmə halı qeydə alınmamışdır. Müəyyən edilmişdir ki, zirzəmi istismara yararlı vəziyyətdədir, əşyalar quru yerdə saxlanılır, xüsusi örtüklə örtülmüşdür. İstər yataq dəstinin, istərsə də çilçırağın metal hissələrində heç bir paslanma müşahidə edilməyib. Hər iki əşya funksionaldır, işləkdir. Cavabdehə məxsus olan Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 12 saylı evin, 15 saylı mənzilində yerləşən yataq mebel dəsti və 1 ədəd çilçırağın binanın zirzəmisinə yığılması nəticəsində yararsız vəziyyətdə (nəm çəkmə və.s) düşmə halı qeydə alınmamışdır. Müəyyən edilmişdir ki, zirzəmi istismara yararlı vəziyyətdədir, əşyalar quru yerdə saxlanılır, xüsusi örtüklə örtülmüşdür. İstər yataq dəstinin, istərsə də çilçırağın metal hissələrində heç bir paslanma müşahidə edilməyib. Hər iki əşya funksionaldır, işləkdir. Bərpa işlərinə ehtiyac yoxdur. Cavabdehə məxsus olan Bakı şəhəri Xətai rayonu, S.Ə.Şirvani küçəsi, 12 saylı evin, 15 saylı mənzilində yerləşən yataq mebel dəsti və 1 ədəd çilçırağın köhnəlməsi nəzərə alınmaqla bazar dəyəri mebel dəsti-350 manat, çilçıraq-50 manat təşkil edir. 46.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 14 aprel 2021-ci il tarixli qərarında göstərmişdir ki, yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər:
1. törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; 2. törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; 3. ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. 47.Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa zərərvuran şəxsin təqsirindən asılı olmayaraq, maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. 48.Kollegiya qeyd edir ki, cavabdehə məxsus yataq mebel dəsti və çilçırağa zərər vurulması, bu zərərin cavabdehin qanunsuz hərəkəti nəticəsində baş verməsi, qanunsuz hərəkətlə zərər arasında səbəbli əlaqə olması halları cavabdeh tərəfindən sübut olunmamış, bununla bağlı mötəbər sübutlar təqdim olunmamışdır. Əksinə mütəxəsis rəyi ilə də müəyyən olunmuşdur ki, qeyd olunan əmlaklar yararlı vəziyyətdədir. 49.Buna görə də, yataq mebel dəsti və çilçırağa zərər vurulması ilə bağlı hissələrdə ilkin iddia dəyişdirilmədən saxlanılması, qarşılıqlı iddia əsassız olduğundan təmin edilməməlidir. 50.Kollegiya qarşılıqlı iddianın əmlak tələbi ilə bağlı hissəsində qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 51.Mübahisələndirilən hissədə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. 52.Mülki Məcəllənin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 53.Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır: -iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; -mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; -mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; -vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; -cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; -vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. 54.Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci maddəsi, İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. 55.Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 56.Həmçinin Konstitutsiyanın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. 57.Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 saylı xx.xx.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. 58.Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. 59.Məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə tələb edilən əşyalarının mövcudluğu, cavabdehin həmin əşyaların mülkiyyətçisi olması və əşyaların iddiaçının qanunsuz sahbilyində olması sübut olunmalıdır. 60.Bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən natamam araşdırma aparılmışdır. 61.Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. 62.Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri).Məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Hazırki mübahisə üzrə əmlakların mövcudluğu ilə bağlı sübutetmə yükü cavabdehin üzərinə düşür. Həmin əmlakların mövcudluğu müəyyən olunduğu halda, aparılmışdırsa, aparılmasının sübutetmə yükü iddiaçının üzərinə düşür. 63.Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh dəyəri 250 manat olan 1 ədəd çilçirağ, dəyəri 50 manat olan tefal ütü, dəyəri 50 manat olan 2 ədəd bullur qənd qabı, dəyəri 30 manat olan 1 ədəd böyük bullur qayıq formalı konfet qabının mövcudluğu, onun mülkiyyətində olması ilə bağlı sübutlar təqdim etməmişdir. Əksinə mənzildən aparılmış əmlaklarla bağlı tərtib edilmiş akta əsasən cavabdehin 7 ədəd qənd qabını, 8 ədəd büllur mürəbbə qabını aparması təsdiq olunur. 64.Kollegiya hesab edir ki, dəyəri 25 manat olan ətçəkən maşın, dəyəri 6 manat olan 4 ədəd bullur mürəbbə qabları, dəyəri 170 manat olan Samsunq markalı tozsoranın mövcudluğu iddiaçı tərəfindən etiraf olunduğundan, cavabdeh tərəfindən aparılması halı sübut olunmadığından, həmin əmlaklarla bağlı hissədə qarşılıqlı iddia əsaslı olduğundan təmin edilməlidir. 65.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(002)-816/2022 saylı qətnaməsi mübahisələndirilən-qarşılıqlı iddianın təmin edilməyən hisəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia qismən təmin edilməli, qətnamə mübahisələndirilən qalan hisədə dəyişdirilmədən saxlanılmalıdır. 66.Kollegiya qeyd edir ki, qarşılıqlı iddia qismən təmin olunduğundan, cavabdeh tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun qarşılıqlı iddianın təmin edilmiş hissəsinə mütənasib olan 0,7 manatı iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır. 67.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 23 may 2022-ci il tarixli, 2(002)-816/2022 saylı qətnaməsi mübahisələndirilən-qarşılıqlı iddianın təmin edilməyən hisəsində ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Dəyəri 25 (iyirmi beş) manat olan ətçəkən maşın, dəyəri 6 (altı) manat olan 4 ədəd bullur mürəbbə qabları, dəyəri 170 (yüz yetmiş) manat olan “Samsunq” markalı tozsoran, əmlaklar olmadıqda onların dəyəri, həmçinin 0,7 (yetmiş qəpik) manat dövlət rüsumu İddiaçı Cavabdeh xeyrinə alınsın. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev Fərrux Qasımov