Məhkəmə qərarları › İş №2(103)-3200/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3200/2022

12.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3200/2022 12.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-yə qarşı “şərəf, ləyaqət və işgüzar nüfuzu ləkələyən yalan məlumatların təkzib edilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 qarşı – cavabdeh tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat X2 və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı 09.12.2019-cu il tarixli şikayətində Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumsiyasına müdaxilə edilərək onların barəsində həqiqətə uyğun olmayan, şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən ifadələrdən istifadə edilərək onlara maddi və mənəvi ziyan vurulduğu üçün Cavabdeh1 üzərinə Azərbaycan Respublikasının İqtisadiyyat X2 və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı 09.12.2019-cu il tarixli şikayətdə göstərilən xüsusatların həmin orqanlara müraciət yazaraq təkzib edilməsi, həmçinin cavabdehin üzərinə yazdığı təkzibdə onlardan üzr istəməsi, o cümlədən notariat qaydasında təsdiq edilmiş ərizə ilə onlardan üzr istəmək vəzifəsinin qoyulması, Cavabdeh1 təqsirsizlik prezumpsiyasına müdaxilə edərək onların şərəfinə, ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirdiyinə görə 50000 manat maddi ziyanın, 50000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun ümumilikdə 100030 manat pul vəsaitinin cavabdehdən alınaraq onlara verilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 dövlət qurumlarına ünvanladığı şikayət ərizələrində onların şərəfini, ləyaqətini və şgüzar nüfuzunu ləkələyən, şəxsi toxunulmazlığını pozan və birbaşa Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumsiyasına zidd olan, həmçinin həqiqətə uyğun olmayan məlumatların yayılması davam etdirilir və onun növbəti əsassız şikayəti 09.12.2019-cu il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat X2 və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmışdır. Belə ki, Cavabdeh1 "xxxx" MMCdə aparılmış növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinə dair “sonuncu aktda qeyd edilənlərdən şikayət”inin məzmununda onların şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən, şəxsi toxunulmazlığını pozan və həmçinin həqiqətə uyğun olmayan aşağıdakı məlumatlar qeyd olunmuşdur: “Azərbaycan Respublikasının iqtisadiyyatının inzibati strukturunda, o cümlədən vergi sistemində ciddi islahatların aparıldığı bir dövrdə vergi auditi sahəsində təəssüflə olsa belə qeyd etməyə məcbur oluruq ki, hələ də bəzi məqamlarda məhz gizli qüvvələrin təsiri, müdaxiləsi və təzyiqləri hesabına ləngimələr müşahidə edilməkdədir. Artıq uzun müddətdir ki, hamıya gün kimi aydın və məluma səbəb - MMC-nin həmtəsisçisi olan İddiaçı1 nümayəndəsinin tamamilə qanunsuz müdaxilələri, saxta sənədlər təqdim etmələri, iftira dolu məzmunda çoxsaylı şikayətləri ilə bu yoxlama 650 gündür ki, uzadılmaqdadır. Bundan əlavə, MMC-nin digər təsisçisi İ.Əlivevin adından və onun nümayəndəsi İddiaçı2 tərəfindən Azərbaycan Respublikasının demək olar ki, bütün hüquq-mühafizə səlahiyyətli dövlət orqanlarına və onların tabeli mərkəzi və yerli strukturlarına müxtəlif iqtisadi-maliyyə mövzularında qanunpozuntusu halları ilə bağlı şərböhtan xarakterli çoxlu sayda şikayət formalı müraciətlər edilmiş” Möhtərəm cənab Nazir, Sadalanan faktları bu müddət ərzində yoxlama ilə bağlı hər bir görüşdüyümüz vergi orqanının strukturunun rəhbəri ilə müzakirədə söyləmişik. Təsüfflü olsa da, bu görüşlərin hər dəfəsində “kənar qüvvələrin müdaxiləsinin, təzyiqinin və təhdidinin təsir xəttini, çirkin əllərin mövcudluğunu” tərtib edilmiş aktların məzmununda görmüşlər. Güman edirik və inanırıq ki, bu dəfə “həmin qara qüvvələr” yeni İqtisadiyyat Nazirliyinə, onun qanuni siyasətinə heç bir təsir göstərə bilməyəcəklər.” Göründüyü kimi, Cavabdeh1 Azərbaycan Respublikasının İqtisadiyyat X2 və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı 09.12.2019-cu il tarixli şikayətində onların təqsirsizlik prezumsiyası hüquqlarına müdaxilə edərək məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan bizi respublikada nüfuzlu sahibkarlar olmağımıza baxmayaraq saxta sənəddən istifadə etmədə, yəni AR CM-nin 320-ci maddəsində, böhtanda yəni AR CM-nin 147-ci maddəsində, vəzifəli şəxslərin qərarına qanunsuz təsir etmədə, yəni AR CM-nin 312-1-ci maddəsində təqsirləndirərək barələrində həqiqətə uyğun olmayan, həmçinin heç bir hüquqi əsası olmayan şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən ifadələrdən istifadə etmiş və bu cür qanunsuz hərəkətlərlə onlara mənəvi sarsıntı yaşatmışdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, "xxxx" MMC-nin rəhbəri Cavabdeh1 Azərbaycan Respublikasının İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova, həmçinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı şikayətində yazdığı “Azərbaycan Respublikasının iqtisadiyyatının inzibati strukturunda, o cümlədən vergi sistemində ciddi islahatların aparıldığı bir dövrdə vergi auditi sahəsində təəssüflə olsa belə qeyd etməyə məcbur oluruq ki, hələ də bəzi məqamlarda məhz gizli qüvvələrin təsiri, müdaxiləsi və təzyiqləri hesabına ləngimələr müşahidə edilməkdədir. Artıq uzun müddətdir ki, hamıya gün kimi aydın və məluma səbəb – MMC-nin həmtəsisçisi olan İddiaçı1 nümayəndəsinin tamamilə qanunsuz müdaxilələri, saxta sənədlər təqdim etmələri, iftira dolu məzmunda çoxsaylı şikayətləri ilə bu yoxlama 650 gündür ki, uzadılmaqdadır. Bundan əlavə, MMC-nin digər təsisçisi İddiaçı1 adından və onun nümayəndəsi İddiaçı2 tərəfindən Azərbaycan Respublikasının demək olar ki, bütün hüquqmühafizə səlahiyyətli dövlət orqanlarına və onların tabeli mərkəzi və yerli strukturlarına müxtəlif iqtisadi-maliyyə mövzularında qanunpozuntusu halları ilə bağlı şərböhtan xarakterli çoxlu sayda şikayət formalı müraciətlər edilmiş... Möhtərəm cənab Nazir, Sadalanan faktları bu müddət ərzində yoxlama ilə bağlı hər bir görüşdüyümüz vergi orqanının strukturunun rəhbəri ilə müzakirədə söyləmişik. Təəssüflü olsa da, bu görüşlərin hər dəfəsində “kənar qüvvələrin müdaxiləsinin, təzyiqinin və təhdidinin təsir xəttini, çirkin əllərin mövcudluğunu” tərtib edilmiş aktların məzmununda görmüşük. Güman edirik və inanırıq ki, bu dəfə “həmin qara qüvvələr” yeni İqtisadiyyat Nazirliyinə, onun qanuni siyasətinə heç bir təsir göstərə bilməyəcəkdir” cümlələrində İddiaçı1 və İddiaçı2 oğu barəsində yazılan məlumatlar əsassız, İddiaçı1 və İddiaçı2 oğunun işgüzar nüfuzunu ləkələyən məlumatlar kimi qiymətləndirilməsi və hazırkı qətnamə qanuni qüvvəyə minərək icraya yönəldiyi tarixdən sonrakı gün Cavabdeh1 və "xxxx" MMC tərəfindən eyni qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Naziri cənab Mikayıl Cabbarova və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət məktubu ünvanlanaraq həmin məlumatların həqiqətə uyğun olmaması barədə təkzib verilməsi vəzifəsinin («Təkzib» başlığı altında, başlığı və mətni təkzib edilən məlumatın çap edildiyi şriftlə) Cavabdeh1 və "xxxx" MMC-nin üzərinə qoyulması, Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada İddiaçı1 xeyrinə vurulmuş mənəvi zərərin kompensasiyası kimi 5000 (beş min) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 (on beş) manat, cəmi 5015 (beş min on beş) manat məbləğində pulun tutulması, Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada İddiaçı2 xeyrinə vurulmuş mənəvi zərərin kompensasiyası kimi 5000 (beş min) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 15 (on beş) manat, cəmi 5015 (beş min on beş) manat məbləğində pulun tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 200 (iki yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan maraqlarına toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti verərək Bakı şəhər Xətai rayon məhkəməsinin 31.08.2020-ci il tarixli, İş № 2(011)- 1286/2020 saylı qətnaməsinin qismən- iddia ərizəsinin təmin edilməsi hissəsində ləğv edilməsi və iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, İş № 2(011)-1286/2020 saylı qətnaməsi Maraqlı şəxs maraqlarına toxunur. Belə ki, Maraqlı şəxs “Nigar Klinikası" MMC-nin həmtəsisçisidir və “Nigar Klinikası" MMC-də 50 faiz paya sahibdir. İş materiallarına əlavə edilmiş “Nigar Klinikası" MMC-nin nizamnanməsindən və vergi orqanları tərəfindən verilmiş reyesterdən görünür ki, digər təsisçi İddiaçı1dur. Qətnamədən görünür ki, qətnamə ilə “Nigar Klinikası" MMC-nin üzərinə müəyyən məlumatların təkzib edilməsi və vurulmuş mənəvi ziyana görə pul məbləğinin tutulması qət edilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə maraqlı şəxs Şahbaz Şahbaz ortaqdılar və aralarında çoxsaylı mülki mübahisə mövcuddur. Belə ki, İddiaçı2 və İddiaçı1 şikayət ərizəsi əsasında ünvan 2 ünvanında yerləşən, Maraqlı şəxsla İddiaçı1lə birlikdə həmtəsisçi olduğu "xxxx" MMC-də Bakı şəhər prokuroru İlqar Abbasov tərəfindən 11.02.2019-cu il tarixdə fakta görə AR CM-nin 178.3.2,179.3.2 və 308.2-ci maddəlləri ilə cinayət işi başlanmış və ilkin istintaq Bakı şəhər prokuorluğunun İstintaq İdarəsində aparılmışdır.Sonradan cinayət işi 29.05.2019-cu il tarixdə istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı MübarizəBaş İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun 04.06.2019-cu il tarixli məktubu ilə cinayət işi ibtidai istintaqın davam etdirilməsindən ötrü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat idarəsinəgöndərilmişdir. AR DİN-nin BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi Mənsimov Ziyafət tərəfindən Maraqlı şəxs 13.02.2020-ci il tarixdə AR CM-nin 179.3.2-ci maddəsi ilə təqsirləndirlən şəxs qismində cəlb edilmişdir. Cəlb qərarında görünür ki, Maraqlı şəxs öz qulluq mövqeyindən istifadə edərək təsisçisi olduğu ünvan 3 ünvanında yerləşən Nigar Klinikası MMC-də 01.01.2011-ci il tarixdən 05.11.2016-cı il tarixədək normal doğuş, qeysəriyyə və stasionar əməliyyatlarından, tibbi müayinə və digər tibbi xidmətlərdən əldə olunan 3.788.241 manat məbləğində xalis mənfəəti nağd qaydada götürərək şəxsi məqsədləri üçün sərf edib etibar edilmiş özgə əmlakını talayaraq mənimsəmişə və Nigar Klinikası MMC-nin təsisçisi İddiaçı1 külli miqdarda ziyan vurmuşdur. Həmin cinayət işi üzrə hal-hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində ibtidai istintaq aparılır və cinayət işi üzrə icraat dayandırılmışdır. Bundan başqa Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqat idarəsinin 1-ci şöbəsində AR CM-nin 192.2.2 və 213.1-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işi üzrə təqsirləndirlən şəxs qismində cəlb etmə qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal gəlirlərBaş İdarəsində qeydiyyata alınmış "xxxx" MMC-nin fəaliyyətinə faktiki rəhbərlikedən Maraqlı şəxs xeyli miqdar təşkil edən, 160433,39 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmış, həmçinin 01.06.2012-ci il tarixdən 01.12.2016-cı il tarixədək olan dövr ərzində, cəmiyyətdə xüsusi razılıq (lisenziya) tələb olunduğu halda, belə razılıq (lisenziya) almadan qanunsuz sahibkarlıq fəaliyyəti- xəstəxanaların fəaliyyəti və doğuşayardım xidmətləri ilə məşğul olma nəticəsində ümumilikdə külli miqdar təşkil edən, 374939,19 manat məbləğində gəlir əldə etmişdir.Bundan başqa 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin12.07.2017-ci il tarixli, 2- 1(81)-2057/2017 saylı qərarının təsviri-əsaslandırıcı hissəsindən qeyd edilmişdir ki, "xxxx" MMC-nin fəaliyyətinə 09.06.2012-ci iltarixdən 05.11.2016-cı il tarixədək Maraqlı şəxs faktikirəhbərlik etmişdir. Bundan başqa Maraqlı şəxs 2008-ci ildə mən "xxxx" klinikası MMC-nin yerləşdiyi ərazini Əli Məmmədovdan 1.800.000 ABŞ dollarına almış və həmin klinikanın təmirinəvə avadanlıqların alınmasına umumilikdə 10.000.000 manat pul xərcləmişdir. Yuxarıda sadalananlardan göründüyü kimi, Bakı şəhər Xətai rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli, İş № 2(011)- 1286/2020 saylı qətnaməsi Maraqlı şəxs maraqlarına toxunduğu üçün həmin qətnamədən apellyasiya şikayəti vermək hüququ vardır. Məhkəmə öz qətnaməsində Cavabdeh1 digər cavabdeh "xxxx" MMC-nin adından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanladığı şikayətdə iddiaçılar barədə yazdığı məlumatların böhtan xarakterli məlumatlar olmaqla və iddiaçıların işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab etməsi maddi hüquq normasını kobud pozuntusu hesab edilməlidir. Belə ki, "xxxx" MMCilə bağlı hal-hazırda AR DİN-nin Baş İstintaq Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaqı şöbəsində AR CM-nin 178.3.2,179.3.2 və308.2-ci maddəlləri ilə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanından Dövlət Vergi XidmətininVergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və Təhqiqatidarəsinin 1-ci şöbəsində 192.2.2 və 213.1-ci madəlləri ibtidai istintaq aparılır. Cavabdeh1 "xxxx" MMC-nin adından Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək hüquq mühafizə orqanından müvafiq araşdırma aparılması xahiş edilmişdir. Hüquq mühafizə orqanına edilmiş müraciət heç bir mətbuatda dərc edilmədiyi, radio və televiziya verilişlərində səsləndirilmədiyi, kinoxronikal proqramlarda nümayiş etdirilmədiyi, əsərlərdə təsvir edilmədiyi, yığıncaq və toplantılarda deyilmədiyi, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilmədiyi üçün və yayılmadığı üçün fiziki şəxsin onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yayılması kimi başa düşülə bilməz və AR MM-nin23.1 və 23.2-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə hüquq mühafizə orqanı olan və AR CPM-nin 214 və 215-ci madəllərinə əsasən ibtidai araşdırma orqanı kimi çıxış e d ə n Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyini və AzərbaycanRespublikası Vergilər Nazirliyinə ünvanlanmış elektron ərizəni kütləvi yayılmış hesab etməsi və bunun iziki şəxsin onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab etməsi qanunsuzdur. Belə ki, həmin ərizəni müvafiq araşdırmanı aparan şəxsdən başqa heç kim görə bilməzdi. Bundan başqa hüquq mühafizə orqanına müraciət etmək AR CPM-nin204- 207-ci madəllərinə əsasən fiziki və hüquqi şəxslərin hüququdur və heç bir halda məhdudlaşdırıla bilməz. Bundan başqa Maraqlı şəxs qarşı İddiaçı2 və X1 qarşı “işgüzar nüfuzu, şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi və həmin məlumata görə dəymiş maddi ziyanın və mənəvi ziyanın ödənilməsi” tələbinə dair analoji iş üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 19 avqust 2019-cu il tarixli 2(006)-1991/2019 nömrəli qətnaməsi ilə iddia ərizələrinin təmin edilmədiyini, Bakı Apellyasiya MəhkəməsininMülki Kollegiyasının 10.02.2021-ci il tarixli, 2(103)-464/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilmədiyini və Ali Məhkəmənin Mülki Kollegiyasının2(102)-6123/2021 saylı, 22.11.2021-ci il tarixli qərarı ilə kassasiya şikayətinin təmin edilmədiyini məhkəmənin nəzərinə çatdırmaq istərdim. Belə ki, həmin mülki iş üzrə iddiaçılar İddiaçı2 və Məmmədəli Əhmədov cavabdeh Maraqlı şəxs qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Azərbaycan RespublikasıVergilər X2 ünvanlan 21.11.2018-ci il ci il tarixli müraciətdə Azərbaycan Respublikası Konstitusiyasmm 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyasına müdaxilə edilərək onlar barəsində həqiqətə uyğun olmayan, şərəflərini, ləyaqətlərini və işgüzar nüfuzlarını ləkələyən ifadələrdən istifadə edilərək onlara maddi və mənəvi ziyan vurulduğu üçün Maraqlı şəxs üzərinə Azərbaycan Respublikası Vergilər nazirinə ünvanladığı həmin tarixli müraciətdə göstərilən xüsusatların həmin orqana müraciət yazaraq təkzib edilməsi, həmçinin onun üzərinə vergi orqanına yazdığı müraciətdə onlardan üzr istəməsi, o cümlədən notariat qaydasında təsdiq edilmiş ərizə i l ə onlardan üzr istəmək vəzifəsinin qoyulması, təqsirsizlik prezumsiyasına müdaxilə edərək onların şərəfilərinə, ləyaqətlərinə, işgüzar nüfuzuna xələl gətirdiyinə görə 50000 manat maddi, 50000 manat mənəvi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 100030 manat pul vəsaitinin Maraqlı şəxs alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, lakin iddia ərizələri təmin edilməmişdir. Bununla da, məhkəmə öz qətnaməsində AR MPM 386-cı maddəsinə göstərilən birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqiaktı tətbiq etməmiş, yaxud qanunu səhv təfsir etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir, belə ki, qətnamə Maraqlı şəxs maraqlarına toxunmur, belə ki, təsisçi hüquqi şəxsə görə məsuliyyət daşımır, apellyasiya şikayəti sadəcə icra mərhələsini yubatmaq üçün verilib. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, "xxxx" MMC-nin nümayəndəsi və maraqlarına toxunan şəxs kimi tanınmış Maraqlı şəxs məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, maraqlarına toxunan şəxs kimi tanınmış Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil3 elektron kabinet vasitəsilə ərizə ünvanlayaraq ünvan 4 getdiyi üçün iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işin materiallarını araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, qətnamədən verilən apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işin materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1286/2020 saylı qərardadı ilə Maraqlı şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1286/2020 saylı, 31.08.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün hüquq və maraqlarına toxunan şəxs kimi tanınsa da, onun hansı hüquq və maraqlarına toxunduğu əsaslandırılmamışdır. Belə ki, rayon məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə Cavabdeh1 və "xxxx" MMC-nin üzərinə yayılmış məlumatın təkzib edilməsi vəzifəsi qoyulmuş, habelə onların hər birindən iddiaçıların xeyrinə mənəvi ziyanın tutulması qət edilmişdir. Qətnamə ilə təmin edilmiş bu tələblərin apellyasiya şikayəti vermiş Maraqlı şəxs maralarına hansı şəkildə toxunması aydın deyildir. Maraqlı şəxs "xxxx" MMC-nin həm təsisçisi kimi hazırkı qətnamə ilə həll edilmiş məsələnin və təmin edilmiş iddianın gələcəkdə icra edilməsinin onun təsisçi kimi hansı hüquq və maraqlarına toxunmasını əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 384.0.6-ci maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 384.0.6, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏRARA ALDİ : Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə 30 mart 2022-ci il tarixli, 2(103)-3200/2022 saylı qərardadı ləğv edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilsin və mülki iş apellyasiya şikayətinin geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar