Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3208/2021 26.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Q Ə T N A M Ə – 3208 Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Kazımov Elşən Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, "xxxx" X4 direktoru Cavabdeh və vəkili Elxan Şükürovun, "xxxx" MMC-nin direktoru Nizami Hacıyevin və vəkili Namiq Cəfərovun iştirakları ilə, İddiaçı "xxxx" X4 cavabdeh Hacıyev Nizami Babaşah oğluna qarşı “əmlakın geri qaytarılması, icarə haqqının və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” ilk, Hacıyev Nizami Babaşah oğlunun "xxxx" X2rşı “əmlakın qaytarılması, ödənilməmiş icarə haqqının və digər pul məbləğlərinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(007)-750/2017 saylı qətnaməsindən Hacıyev Nizami Babaşah oğlu və "xxxx" X8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə, həmçinin, İddiaçı Cavabdeh qarşı “porşenli hava kompressorunun tərkib hissələri olan avadanlıqların ******* (iki milyon) ABŞ dolları məbləğində dəyərinin ödənilməsi” barədə və mübahisə barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin "xxxx" X6 və Cavabdeh qarşı “KjAr 2-1 havaayrıcı qurğunun və qurğunun tərkib hissələri olan digər avadanlıqların cavabdehlərin qanunsuz sahibliyindən alınaraq qaytarılması” barədə iddia tələblərinə dair mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(008)-792/2018 saylı qətnaməsindən "xxxx" X8 və Cavabdeh tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Birinci mülki iş üzrə İddiaçı "xxxx" X8 cavabdeh Hacıyev Nizami Babaşah oğluna qarşı “əmlakın geri qaytarılması, icarə haqqının və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” ilk iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə ilə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində qeyd edilən QXK-3/1.6 200 M” tipli 4 ədəd kriogen qazlaşdırma qurğusunun alınıb ona qaytarılması, həmin qurğulara görə hesablanmış 132350 ABŞ dolları məbləğində icra haqqının, vurulmuş maddi ziyana görə 428323 manat məbləğində pulun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin 30 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, cavabdeh iddiaçıya qarşı qarşılıqlı iddia ərizəsi ilə rayon məhkəməsinə müraciət edərək, 7 ədəd frion soyuducu üçün ventilin satışına görə 7500 ABŞ dolları, oksigen zavodu üçün müxtəlif ehtiyat hissələrinin satışına görə 1500 ABŞ dolları, 1 dəst frion soyuducunun icarə haqqına görə 63000 ABŞ dolları, 10 ədəd çənlərarası mayeoksigen şlanqının icarəsinə görə 12600 ABŞ dolları, 1 ədəd vakum nasosunun icarəsinə görə 37800 ABŞ dolları, 1 ədəd 2 tonluq maye-oksigen çəninin nasosla birlikdə icarəsinə görə 89600 ABŞ dolları, 1 ədəd maye oksigeni qaz şəklinə çevirən qurğunun (buxarlandırıcı) icarəsinə görə 38100 ABŞ dolları, 8 ədəd maye oksigeni qaz şəklinə çevirən qurğunun (buxarlandırıcı) icarəsinə görə 96000 ABŞ dolları, 90 ədəd oksigen balonunun icarəsinə görə 40500 ABŞ dolları, ADS zavodunun icarəsinə görə 600000 ABŞ dolları, ümumilikdə 986600 ABŞ dolları məbləğində pulun və yuxarıda sadalanan avadanlıq və qurğuların (ADS zavodu istisna olmaqla) iddiaçıdan alınaraq cavabdehə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh N.Hacıyev iddiaçı Firmadan “QXK-3/1.6 200 M” tipli 4 ədəd kriogen qazlaşdırma qurğusunu 03.06.2005-ci il tarixdə, 18.07.2005-ci il tarixdə, 01.08.2005-ci il tarixdə və 04.08.2005-ci il tarixdə 250 ABŞ dollarına, 1 ədəd kriogen qazlaşdırma qurğusunu isə 01.10.2005-ci il tarixdə 300 ABŞ dollarına icarəyə götürmüşdür. Cavabdeh N.Hacıyev maliyyə vəziyyətinin çətin olmasını əsas gətirərək iddiaçıdan 03.06.2005-ci il tarixdə, 18.07.2005-ci il tarixdə, 01.08.2005-ci il tarixdə və 04.08.2005-ci il tarixdə 250 ABŞ dollarına icarəyə götürdüyü 4 ədəd kriogen qazlaşdırma qurğusunun icarə haqqını ümumiyyətlə ödəməmişdir və hər dəfə icarə haqqını ödəmək üçün möhlət almışdır. Həmin qurğulardan 1 ədədini N.Hacıyev 01.08.2011-ci il tarixdə qaytarmışdır. N.Hacıyev 01.10.2005-ci il tarixdə 300 ABŞ dollarına icarəyə götürdüyü 1 ədəd kriogen qazlaşdırma qurğusunun icarə haqqını isə 01.04.2013cü il tarixədək vaxtlı-vaxtında ödəmişdir. Ödənişlər hamısı cavabdehin işçisi olan Sərdar adlı şəxs vasitəsilə edilmişdir. Ümumilikdə N.Hacıyevin Firmaya 132.350 ABŞ dolları icarə haqqı borcu yaranmışdır. Həmin qurğular N.Hacıyevə şahidlər – Məhərrəm, Sərdar, İlqar, Məhiyəddin və digərlərinin iştirakı ilə verilmişdir. Təxminən 2011-ci ilin yay aylarında N.Hacıyev iddiaçı Firmanın direktoru Cavabdeh demişdir ki, Rusiya Federasiyasının Voljsk şəhərində istifadə olunmuş, 1991-ci il istehsalı olan hava ayrıcı qurğu, kompressor və onların avadanlıqları vardır, sərfəli qiymətə satılır. Həmin vaxt bu avadanlıqlara ehtiyac olduğu üçün bu təklif firmanın müdiriyyətinə maraqlı gəlmişdir. Cavabdeh N.Hacıyevə təklif etmişdir ki, birlikdə gedib yerində baxsınlar. Cavabdeh bu təkliflə razılaşmış və 04.07.2011-ci ildə hər ikisi Rusiya Federasiyasının Voljsk şəhərinə gedib həmin qurğu və avadanlıqlara bir yerdə baxmışlar. Satılması nəzərdə tutulan qurğu və avadanlıqlar onlara göndərilmiş, onların fotoşəkilləri çəkilmiş, videogörüntülər lentə alınmışdır. Həmin foto və video görüntülərdə N.Hacıyevin özü də görünür. Qurğu və avadanlıqların alınmasına razılaşdığı üçün avadanlığı satan "xxxx" Şirkəti ilə iddiaçı Firma arasında N.Hacıyevin vasitəsilə 01.11.2011-ci il tarixli, 01/011 saylı və 26.12.2012-ci il tarixli, 001 saylı müqavilə bağlanmışdır. Əvvəlcədən olan razılaşmaya əsasən, müqavilədə göstərilən məbləğ N.Hacıyevə ödənilmişdi, o isə bu avadanlıqların şirkətdən göndərilməsini təmin etməli idi. Yəni, N.Hacıyev demişdi ki, ona ödənilmiş pulların hesabına Rusiya Federasiyasındakı bütün xərcləri qarşılayacaq, avadanlıq və qurğunu tam şəkildə onlara gömrüyə qədər təqdim edəcək, N.Hacıyev onlarla avadanlıqlar barədə danışıqlar aparanda həmin avadanlıqları tam şəkildə 6 ay müddətinə təhvil verəcəyi barədə öhdəlik götürmüşdü. Həmin şirkət müqavilələr üzrə avadanlıqları göndərdi, o isə müqavilədə göstərilən məbləği və əlavə olaraq nəzərdə tutulmuş xərcləri, yəni ümumilikdə 1.353.574 ABŞ dolları pulu tam şəkildə N.Hacıyevə ödəmişdir. Bununla bağlı olaraq avadanlığı satan "xxxx" Şirkəti tərəfindən həmin avadanlığa görə onların heç bir borcunun olmadığı barədə 14.10.2013cü il tarixli arayış verilmişdir. Lakin avadanlıqlar Bakı şəhərində onlar tərəfindən gömrük xərcləri ödənilərək bəyan edildikdən sonra istifadə üçün quraşdırıldığı zaman müəyyən olunmuşdur ki, avadanlıqların və qurğuların onlara göndərilməsi şərtləşdirilmiş bəzi hissələri çatışmır. Belə ki, 5 adda qazanalizator qurğuları, qoruyucu klapanlar, kipavtomatikaya aid qurğu (avtomatik idarəetmə qurğusu), vintillər və maye qaz nasosu göndərilməmişdi. Hava ayırıcı qurğunun (kolonun) daxilində olan bütün birləşdirici mis borular isə vəhşicəsinə sındırılıb götürülmüşdü. Bununla bağlı N.Hacıyevə irad bildirilmişdir. Çünki hissələr tam göndərilməmişdi və çatışmayan qurğularsız həmin avadanlığı tam istismar etmək və quraşdırmaq mümkün deyildi. N.Hacıyev tezliklə bu problemi həll edəcəyinə, öz hesabına çatışmayan avadanlıqları təmin edəcəyinə söz verdi. Lakin bu barədə olan vədinə əməl etmədi. Bu səbəbdən də onların həmin qurğudan istifadə etmələri mümkünsüz oldu, bugün də bu qurğu natamam quraşdırılmış vəziyyətdə müəssisənin ərazisində qalmışdır, onları tam quraşdırıb istifadəyə vermək üçün xeyli miqdarda əlavə vəsait tələb olunur ki, bu da hazırda imkan xaricindədir. Bununla da N.Hacıyev öhdəliyə əməl etmədiyi üçün onlara 250.000 manat maddi ziyan dəymişdir. Sonradan öyrənmişdir ki, N.Hacıyev şirkətə çatdırmalı olduğu həmin hissələrin bəzilərini üçüncü şəxslərə, o cümlədən İran İslam Respublikası vətəndaşlarına satmışdır, bununla bağlı N.Hacıyev barəsində 2012-ci ildə Bakı Şəhəri Nizami Rayon Prokurorluğunda araşdırma da aparılmışdır. Lakin Rayon Məhkəməsi ilk iddianın təmin edilməyən hissəsində maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallarını araşdıraraq hüquqi qiymət verməmişdir. Rayon Məhkəməsinin qətnaməsi bu hissədə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun deyildir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında uzun müddət biznes əlaqələri olmuşdur. İddiaçı Firmanın direktoru Cavabdeh N.Hacıyevdən istehsal fəaliyyətində istifadə etmək üçün bir sıra qurğu və avadanlıqları əvəzini ödəmək şərti ilə almış, bəzilərini isə icarəyə götürmüşdür. Belə ki, İKF 2006-cı ildə 7 ədəd frion soyuducu üçün ventil, hər birinin dəyəri 500 ABŞ dolları olmaqla, cəmi 7.500 ABŞ dolları dəyərində; 2006-cı il Oksigen zavodu üçün müxtəlif ehtiyat hissələri, ümumi dəyəri 1.500 ABŞ dolları məbləğində əmlakları əvəzini ödəmək şərtilə almış, lakin əvəzini ödəməmişdir. Eyni zamanda, bir dəst frion soyuducu 2006-cı ilin may ayından, aylıq 500 ABŞ dolları icarə haqqı olmaqla, ümumilikdə 126 ay ödənilməmiş icarə haqqı, cəmi 63.000 ABŞ dolları; 2006-cı ilin may ayından 10 ədəd çənlərarası maye-oksigen şlanqı, birinin icarə haqqı aylıq 10 ABŞ dolları, ümumilikdə 126 ay ödənilməmiş icarə haqqı, cəmi 12.600 ABŞ dolları; 2006-cı ilin may ayından 1 ədəd vakuum nasosu, aylıq icarə haqqı 300 ABŞ dolları, ümumilikdə 126 ay ödənilməmiş icarə haqqı, cəmi 37.800 ABŞ dolları; 2006-cı ilin fevral ayından 1 ədəd 2 tonluq maye-oksigen çəni nasosla birlikdə, aylıq icarə haqqı 700 ABŞ dolları, ümumilikdə 128 ay ödənilməmiş icarə haqqı, cəmi 89.600 ABŞ dolları; 2006cı ilin mart ayından 1 ədəd maye oksigeni qaz şəklində çevirən qurğu (buxarlandırıcı), aylıq icarə haqqı 300 ABŞ dolları, ümumilikdə 127 ay ödənilməmiş icarə haqqı, cəmi 38.100 ABŞ dolları; 2011-ci ilin oktyabr ayından 8 ədəd maye oksigeni qaz şəklinə çevirən qurğu (buxarlandırıcı) bir ədədi üçün aylıq icarə haqqı 200 ABŞ dolları, ümumilikdə 60 ay ödənilməmiş icarə haqqı, cəmi 96.000 ABŞ dolları; 2013-cü ilin yanvar ayından 90 ədəd oksigen balonu, bir ədədi üçün aylıq icarə haqqı 10 ABŞ dolları, ümumilikdə 45 ay ödənilməmiş icarə haqqı, cəmi 40.500 ABŞ dolları; 2002-ci ilin yanvar ayından 10 il müddətinə ADS zavodu, aylıq icarə haqqı 5.000 ABŞ dolları, ümumilikdə 120 ay ödənilməmiş icarə haqqı, cəmi 600.000 ABŞ dolları məbləğində əmlakları üçün götürmüşdür. Yuxarıda göstərilən avadanlıq və qurğuları cavabdehdən götürsə də iddiaçı Firmanın rəhbərliyi tərəfindən nə həmin avadanlıqların icarə haqqı, nə əvəzi, nə də avadanlığın özü geri qaytarılmamışdır. Yalnız yuxarıda sadalanan avadanlıqlardan ADS zavodu iddiaçıda deyil, cavabdehin özünün sahibliyindədir. Cavabdeh hesab edir ki, 7 ədəd frion soyuducu üçün ventilin satışına 7.500 ABŞ dolları, oksigen zavodu üçün müxtəlif ehtiyat hissələrinin satışına görə 1.500 ABŞ dolları, 1 dəst frion soyuducunun icarə haqqına görə 63.000 ABŞ dolları, 10 ədəd çənlərarası maye-oksigen şlanqının icarəsinə görə 12.600 ABŞ dolları, 1 ədəd vakum nasosunun icarəsinə görə 37.800 ABŞ dolları, 1 ədəd 2 tonluq maye-oksigen çəninin nasosla birlikdə icarəsinə görə 89.600 ABŞ dolları, 1 ədəd maye oksigeni qaz şəklinə çevirən qurğunun (buxarlandırıcı) icarəsinə görə 38.100 ABŞ dolları, 8 ədəd maye oksigeni qaz şəklinə çevirən qurğunun (buxarlandırıcı) icarəsinə görə 96.000 ABŞ dolları, 90 ədəd oksigen balonunun icarəsinə görə 40.500 ABŞ dolları, ADS zavodunun icarəsinə görə 600.000 ABŞ dolları, ümumilikdə 986.600 ABŞ dolları məbləğində pul və yuxarıda sadalanan avadanlıq və qurğular (ADS zavodu istisna olmaqla) iddiaçıdan alınaraq cavabdehə verilməlidir. Lakin Rayon Məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların araşdırılmaması səbəbindən ləğv edilməlidir. Belə ki, bütün məhkəmə prosesi ərzində dəfələrlə mübahisə predmeti olan “Kjar2-1” havaayrıcı qurğusunun və qurğunun tərkib hissələri olan digər avadanlıqların mülkiyyətçisinin nə "xxxx" Şirkəti, nə də ki iddiaçı Firmanın olduğunu, həmin avadanlıqların mülkiyyətçisinin "xxxx" MMC olduğunu, eləcə də faktı təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etsə də məhkəmə bütün bunları nəzərə almamış və qanunun tələblərinə zidd olaraq avadanlıqların mülkiyyətçisi olan "xxxx" MMC-ni prosesə cəlb etməmişdir. Eləcə də, 2011-2012-ci illərdə isə həmin qurğunun və onun tərkib hissələrinin Azərbaycana gətirilməsi üçün Dağıstan Respublikasında fəaliyyət göstərən daşıma şirkətləri olan, "xxxx" Şirkəti və "xxxx" MMC ilə "xxxx" MMC arasında müqavilə bağlanmışdır. Sadəcə olaraq qurğunun Bakı şəhərində saxlamağa cəmiyyətin yeri olmadığından iddiaçı ilə qurğunun onun ərazisində müvəqqəti saxlanması razılaşdırılıb. Bunu cavabdehə ünvanlanan 19.03.2012-ci il tarixli məktub və digər sənədlər təsdiq edir. Məhkəmənin qətnaməsini əsaslandırmaq üçün istinad etdiyi Nizami Rayon Prokurorluğunun icraatında olmuş ********* saylı cinayət işindəki üzləşmə protokolları, şahid ifadələri nəinki iddia tələblərini təsdiq etmir, əksinə mübahisə predmeti olan qurğunun 2008-2009-cu illərdə alınmasını və tam şəkildə "xxxx" MMC tərəfindən ödənilməsini təsdiq edir. Eləcə də, qətnamənin onun qarşılıqlı iddia tələbinin müddətin keçməsi ilə əlaqədar təmin edilməməsi hissəsi ilə də razılaşmır. Çünki həmin əmlaklar iddiaçı Firmaya icarəyə verilmişdir, həmin münasibətlər davam edən münasibətlərdir və həmin əmlakların qaytarılması və icarə haqqının ödənilməsi ilə bağlı konkret müddət qoyulmamışdır. Münasibətləri yaxşı olduğundan, icarə haqqının və əmlakın qaytarılmasının müddəti öz aralarında şifahi razılaşmada qeyri-müəyyən müddətə artırılırdı. Ona görə cavabdeh hesab edir ki, qarşılıqlı iddia tam həcmdə təmin olunmalıdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10.07.2017-ci il tarixli, 2(007)-750/2017 saylı qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, cavabdehdən iddiaçının xeyrinə vurulmuş maddi ziyana görə 428323 manatın, ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulması, ilk iddianın qalan hissəsinin, qarşılıqlı iddianın isə tam həcmdə təmin olunmaması qət edilmişdir. Həmin qətnamədən Hacıyev Nizami Babaşah oğlu və "xxxx" X8 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13.11.2017-ci il tarixli, 2(103)-11375/2017 saylı qətnaməsi ilə rayon məhkəməsinin həmin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh N.Hacıyevin həm fiziki şəxs, həm də "xxxx" MMC-nin direktoru kimi, habelə iddiaçı "xxxx" X4 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətlərinə əsasən mülki işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31.05.2018-ci il tarixli, 2(102)-3433/2018 saylı qərarı ilə iddiaçının kassasiya şikayətinin təmin edilməməsi, cavabdeh N.Hacıyev tərəfindən həm fiziki şəxs, həm də "xxxx" MMC-nin direktoru kimi ayrı-ayrılıqda verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin 13.11.2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli, 2(103)-7865 saylı qətnaməsi ilə tərəflərin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli qətnaməsi Hacıyev Nizami Babaşah oğlundan tutulmalı olan pulun miqdarının müəyyən edilməsi hissəsində dəyişdirilərək həmin məbləğ 37983 manat müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.06.2019-ci il tarixli, 2(102)- 4363/2019 saylı qərarı ilə iddiaçı "xxxx" X4 və cavabdeh Hacıyev Nizami Babaşah oğlunun kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul 2020-ci il tarixli qərarı ilə "xxxx" X4 Hacıyev Nizami Babaşah oğluna qarşı “əmlakın geri qaytarılması, icarə haqqının və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19.06.2019-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş, işə bu qərardad əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və meddətdə yenidən baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin 19.06.2019-ci il tarixli, 2(102)- 4363/2019 saylı qərarı və onunla bağlı Bakı Apellyasiya Məhkəməsinin 28 sentyabr 2018ci il tarixli, 2(103)-7865/2018 saylı saylı qətnaməsi ləğv edilərək iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İkinci mülki iş üzrə Hacıyev X10 İlyaz Usub oğluna qarşı iddia ərizəsi, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 15 sentyabr 2011-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən “6BM-16-140/200 porşenli hava kompressoru”nun tərkib hissələri olan avadanlıqların və ya onların dəyəri olan 2 000 000 ABŞ dollarının Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını, habelə Cavabdeh barəsində xüsusi qərardad çıxarılmaqla prokurora bu barədə məlumat verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, 2011-ci ilin oktyabr-noyabr aylarında Rusiya Federasiyasından onun adına göndərilmiş və özünə məxsus Dövlət Gömrük Komitəsi tərəfindən qeydə alınmış “6BM-16-140/200 porşenli hava kompressorunun tərkib hissələri olan avadanlıqları şifahi razılaşma əsasında ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül Şossesi 30/97 ünvanında yerləşdirilmiş, lakin Cavabdeh aralarında olan şifahi razılaşmanın şərtlərini pozaraq ona heç bir ödəniş etməmiş, avadanlıqların təcili surətdə və qeyri-şərtsiz ona qaytarılması və ya dəyərinin ödənilməsi barədə Cavabdeh etdiyi xəbərdarlıqların da heç bir nəticəsi olmamışdır. Rusiya Federasiyasının Dağıstan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC-nin Baş Direktoru T.A.Əmirbəyovun 22 sentyabr 2017-ci il tarixli arayışından ona məlum olmuşdur ki, “Direktor N.B Hacıyev şəxsində “TEMP" MMC (Azərbaycan Respublikası) - “EKSİM" MMC ilə yüklü KjAr-2-1 Hava qızdırıcı qurğusunu, KK 095100 000 seolitlərdə kompleks təmizləmə blokunu göndərmək üçün 2012-ci ilin martın 15-də müqavilə bağlanmış, bu müqavilə üzrə öhdəlikləri “EKSlM" MMC tam həcimdə yerinə yetirmiş, “EKSİM" MMC "xxxx" X9 ilə 01/011 saylı 01.11.2011-ci il tarixli, 001 saylı 26.12.2012-ci il tarixli müqavilələr bağlamamış, həmçinin hər hansı digər müqavilə münasibətləri olmamışdır. "xxxx" MMC-nin hesabına "xxxx" X9 tərəfindən heç vaxt pul vəsaitləri daxil olmamış, "xxxx" MMC "xxxx" X7 direktoru Cavabdeh 14.10.2014-cü il tarixli məktub verməmişdir. Beləliklə, "xxxx" MMC və "xxxx" X9 ilə 01/011 saylı 01.11.2011 tarixli, 001 saylı 26.12.2012-ci il tarixli saxta müqavilələr vasitəsilə Cavabdeh ona məxsus “6BM -16-140/200 porşenli hava kompressoru”nun tərkib hissələri olan avadanlıqları qeyri-qanuni yolla cinayət etməklə mənimsəmişdir. Həmçinin, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs kimi "xxxx" MMC cavabdehlər "xxxx" X6 və Cavabdeh qarşı iddia tələbi irəli sürərək, "xxxx" MMC-yə məxsus “KjAr 2-1” havaayrıcı qurğunun (əlavə 1-ə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqların Cavabdeh və "xxxx" İKF-nın qanunsuz sahibliyindən alınaraq "xxxx" MMCyə qaytarılmasını və xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. "xxxx" MMC-nin iddia tələbi belə əsaslandırılmışdır ki, onunla OAO “Voljsk azot-oksigen zavodu” arasında bağlanmış 24 iyun 2008-ci il tarixli 346|06-08 №-li alqı-satqı müqaviləsinə əsasən 30 mart 2008-ci il tarixdə ilkin ödəniş 1 600 360 (bir milyon altı yüz min üç yüz altmış) rubl ödəməklə keçirilən tenderdə iştirak etmiş, tenderin qalibi olaraq “KjAr 2-1” havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqlar alınmışdır. "xxxx" MMC-yə məxsus “KjAr 2- 1” havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların Azərbaycan Respublikasına gətirilərək "xxxx" X7 ərazisində müvəqqəti saxlanılmasına icazə verilməsi barədə həm şifahi şəkildə, həm də 19 mart 2012-ci il tarixli 03 saylı məktubla "xxxx" X7 Direktoru Cavabdeh müraciət edilmiş, razılığa əsasən və nəticə olaraq “KjAr 2-1” havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqlar "xxxx" X7 ərazisində - Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül Şossesi 30/97 ünvanında müvəqqəti saxlanılması üçün yerləşdirilmişdir. Eyni zamanda Cavabdeh ilə 2011-ci ilin iyul ayında əldə olunmuş şifahi razılaşmaya əsasən, “KjAr 2-1” havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların 1 (bir) il müddətində pulu ona ödənildikdən sonra aralarında rəsmi alqı-satqı müqaviləsi bağlanmalı olmuş və bundan sonra “KjAr 2-1” havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların quraşdırılmasının X13 hesabına və tərəfindən başlanılması, bundan sonra birgə fəaliyyət göstərəcəkləri razılaşdırılmışdır. Sonradan "xxxx" MMC-yə məxsus həmin avadanlıqların "xxxx" X7 X3 tərəfindən qeyri-qanuni olaraq istifadəsi və onun razılığı olmadan quraşdırılması onlara məlum olmuşdur. Qeyd edilən hərəkətlərin dayandırılmasını dəfələrlə teleqram və məktublarla "xxxx" X7 X1 qəti surətdə tələb etməsinə, əks halda aidiyyəti üzrə müvafiq orqanlara və məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirməsinə baxmayaraq heç bir nəticə olmamış, əksinə "xxxx" X7 X3 onu aldadaraq, yalan vədlər verərək hər dəfə Banklardan kredit-pul götürəcəyini və qurğunun pulunu ona ödəyəcəyinə söz vermiş, hətta “Access Bank”dan kredit xətti açdırması barədə müqavilənin surətini də təqdim edərək onu inandırmışdır. Rusiya Federasiyasının Dağıstan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC-nin Baş Direktoru T.A.Əmirbəyovun 22 sentyabr 2017-ci il tarixli arayışından məlum olmuşdur ki, Direktor N.B.Hacıyev şəxsində "xxxx" MMC (Azərbaycan Respublikası)-"xxxx" MMC ilə “KjAr-2-1” Hava qızdırıcı qurğusunu, KK 095100 000 seolitlərdə kompleks təmizləmə blokunu göndərmək üçün 2012-ci ilin martın 15-də müqavilə bağlanmış, bu müqavilə üzrə öhdəlikləri "xxxx" MMC tam həcimdə yerinə yetirmişdir. "xxxx" MMC "xxxx" X9 ilə 01/011 saylı 01.11.2011 tarixli, 001 saylı 26.12.2012-ci il tarixli müqavilələri bağlamamış, həmçinin hər hansı digər müqavilə münasibətləri olmamışdır. "xxxx" MMC-nin hesabına "xxxx" X9 tərəfindən heç vaxt pul vəsaitləri daxil olmamış, "xxxx" MMC "xxxx" X7 direktoru Cavabdeh 14.10.2014-ci il tarixli məktub verməmişdir. Göründüyü kimi, "xxxx" MMC ilə "xxxx" X9 arasında 01/011 saylı 01.11.2011 tarixli, 001 saylı 26.12.2012-ci il tarixli heç vaxt bağlanmamış saxta müqavilələr vasitəsilə Cavabdeh "xxxx" MMC-yə məxsus “KjAr 2-1” havaayrıcı qurğu (əlavə 1-ə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqları qeyri-qanuni yolla cinayət etməklə mənimsəmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı iddia tələbinin rədd, "xxxx" MMC-nin iddia tələbinin təmin olunması, “KjAr 2-1” havaayrıcı qurğunun (əlavə 1-ə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqların Cavabdeh və "xxxx" İKF-nın qanunsuz sahibliyindən alınaraq "xxxx" MMC-yə qaytarılması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh və "xxxx" İKF birgə apellyasiya şikayəti verərək, qətnamənin qismən – müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin iddiasının təmin edilən hissəsində ləğv edilərək həmin hissədə də iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, "xxxx" MMC-nin iddiasının mübahisə predmeti barəsində olmadığını, iddia müddətinin ötürüldüyünü, təxminən 2011-ci ilin yay aylarında X19 Sadıqova mübahisə predmeti olan qurğunu satmağı təklif etdiyini, razılaşdırılan məbləğin, habelə əlavə xərclər qismində Nizami Hacıyevə 1 353 574 ABŞ dolları pul ödənildiyini və onun (Nizami Hacıyevin) avadanlıqların göndərilməsini təmin etməyi öhdəsinə götürdüyünü, avadanlıqlar göndərildikdən sonra gömrük xərclərinin məhz "xxxx" İKF tərəfindən ödənildiyini, avadanlıqlar quraşdırıldığı zaman bəzi hissələrinin çatışmadığının aşkarlandığını, çatışmazlıqları aradan qaldırmağa söz verən Nizami Hacıyevin isə vədinə əməl etmədiyini və nəticədə "xxxx" İKF-nin maddi ziyana məruz qaldığını, qeyd edilənlərin Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 13 noyabr 2017-ci il tarixli qətnamələri ilə də müəyyən edildiyini, həmin avadanlıqların İddiaçı heç bir aidiyyətinin olmadığını, onunla nə "xxxx" İKF, nə də Cavabdeh arasında hər hansı hüquq münasibətlərinin olmadığını, firmanın direktoru Cavabdeh ümumiyyətlə onu tanımadığını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(103)-2211/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(008)-792/2018 saylı qətnaməsinin mübahisələndirilən (müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələblərinin təmin edilməsi ilə bağlı) hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin apellyatorlara aid edilməsi qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 11.09.2019-cu il tarixli, 2(102)-5664/2019 saylı qərarı ilə Cavabdeh və vəkili X15 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(103)-2211/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 2(103)-601/2020 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(008)-792/2018 saylı qətnaməsi qismən- “"xxxx" MMC-nin iddia tələbi təmin olunmuş, “KjAr 2-1” havaayrıcı qurğunun (əlavə 1-ə əsasən) və qurğunun tərkib hissələri olan digər avadanlıqların Cavabdeh və "xxxx" İKF-nın qanunsuz sahibliyindən alınaraq "xxxx" MMC-yə qaytarılması” hissəsində (mübahisələndirilən hissədə) ləğv edilmiş, üçüncü şəxs "xxxx" MMC-nin cavabdehlər "xxxx" İKF-yə və Cavabdeh qarşı “Kjar 2-1 havaayrıcı qutğunun və qurğunun tərkib hissələri olan digər avadanlıqlar”ın cavabdehlər Cavabdeh və "xxxx" İKF-nin qanunsuz sahibliyindən alınaraq qaytarılması və xüsusi qərardad çıxarılmasına dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18.11.2020-ci il tarixli, 2(102)-5418/2020 saylı qərarı ilə "xxxx" MMC-nin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 28 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 07.09.2021-ci il tarixli, 2(103)-3208/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “avadanlıqların dəyərinin ödənilməsi” barədə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və "xxxx" İKF-yə qarşı “əşyaların qanunsuz sahiblikdən geri alınması” tələbinə dair 2(103)- 3208/2021 saylı mülki iş iddiaçı "xxxx" X4 cavabdeh Hacıyev Nizami Babaşah oğluna qarşı “əmlakın geri qaytarılması, icarə haqqının və vurulmuş ziyanın ödənilməsi tələbinə dair” ilk və Hacıyev Nizami Babaşah oğlunun "xxxx" X2rşı “əmlakın qaytarılması, ödənilməmiş icarə haqqının və digər pul məbləğlərinin ödənilməsi tələbinə dair” qarşılıqlı iddia ərizələri ilə bağlı 2(103)-6831/2021 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" X4 direktoru Cavabdeh və vəkili Elxan Şükürov onların "xxxx" X4 apellyasiya şikayətinin təmin edilməsini, iddia tələblərinin tam təmin edilməsini və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli qətnaməsinin ləğv edilərək "xxxx" MMC-nin iddiasının rədd edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən müstəqil tələblər irəli sürən "xxxx" MMC-nin nümayəndəsi (direktoru) Nizami Hacıyev və vəkili X5 Sadıqovun və "xxxx" X4 apellyasiya şikayətlərinin əsassız olduğunu bildirərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(007)-750/2017 saylı qətnaməsinin ləğv edilməsini, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(008)-792/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, İddiaçı iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişdir. Kollegiya işə həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(007)-750/2017 saylı qətnaməsindən verilən apellyasiya şikayətləri üzrə həmin qətnamə tam yoxlanılır, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(008)- 792/2018 saylı qətnaməsindən verilən apellyasiya şikayəti üzrə hazırki apellyasiya baxışının hədlərini qətnamənin müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələblərinin təmin edilməsi ilə bağlı hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, İddiaçı qətnaməni ümumiyyətlə mübahisələndirməmişdir; Cavabdeh və "xxxx" İKF isə birgə verdikləri yazılı apellyasiya şikayətlərində qətnamənin məhz yuxarıda göstərilən hissəsini mübahisələndirmişlər. Başqa sözlə, qətnamənin İddiaçı iddia tələbinin təmin olunmaması ilə bağlı hissəsi apellyasiya baxışının predmeti deyildir. Bununla yanaşı kollegiya qeyd edir ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(007)-750/2017 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Hacıyev Nizami Babaşah oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, həmin qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən ləğv edilməli, ilk və qarşılıqlı iddia ərizələri təmin olunmamalı, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(008)-792/2018 saylı qətnaməsindən "xxxx" X8 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından aydın olur ki, Rusiya Federasiyasının "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin direktoru Nizami Hacıyevin adına 13.02.2008-ci il tarixli 488/06 nömrəli kommersiya təklifi göndərilərək azot-oksigen istehsalı üçün nəzərdə tutulmuş “KjAr 2-1” qurğusunun hərracında iştirak etmək təklif edilmiş, 24.06.2008-ci il tarixdə "xxxx" ASC (satıcı) ilə "xxxx" MMC (alıcı) arasında 346/06-08 nömrəli alqı-satqı müqaviləsi, 25.06.2009-cu il tarixdə isə həmin alqı-satqı müqaviləsi üzrə əlavə razılaşma bağlanmışdır; müqaviləyə əsasən, alıcı KjAr-2-1 hava ayırıcı qurğusu avadanlığını qəbul edərək ümumi dəyəri kimi 16 917 600 rubl pul vəsaitini ödəməyi, satıcı isə malın ümumi dəyərinin 100 faizi ödənildikdən sonra KjAr-2-1 hava qıcıqlandırıcı avadanlığın demontajı üzrə işlərin aparılması üçün alıcıya təqdim etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1 nömrəli əlavəsinə görə, KjAr-2-1 hava ayırıcı qurğusu avadanlığı ümumi dəyəri 16 917 600 rubl olmaqla - 1) KjAr-2-1 hava ayırıcı qurğusundan (9 469 000 rubl); 2) 6BM16-140/200 porşenli hava kompressorundan (5 725 600 rubl); 3) 2 ədəd soyuducu maşın MTK-280-dən (hər biri 282 000 olmaqla cəmi, 564 000 rubl); 4) 3 ədəd soyuducu maşın MTK-80-dən (hər biri 147 000 olmaqla cəmi, 441 000 rubl); 5) 3 ədəd KK 3411.000 PП istilik dəyişənindən (hər biri 168 000 olmaqla cəmi, 504 000 rubl) və 6) KK 0951 00 000 ПC seolitlərdə kompleks təmizləmə blokundan (214 000 rubl) ibarətdir. İş materiallarından həmçinin aydın olur ki, "xxxx" MMC-nin direktoru Nizami Hacıyev KjAr-2-1 hava ayırıcı qurğusunu Azərbaycana gətirə bilmədiyindən "xxxx" ASC ilə əmlakın saxlanılmasına dair 11 iyul 2011-ci il tarixli müqavilə bağlamış, müqaviləyə görə KjAr-2-1 hava ayırıcı qurğusu avadanlığının (KjAr-2-1 hava ayırıcı qurğusu; 6BM16-140/200 porşenli hava kompressoru; 2 ədəd soyuducu maşın MTK-280; 3 ədəd soyuducu maşın MTK-80; 3 ədəd KK 3411.000 PП istilik dəyişəni və KK 0951 00 000 ПC seolitlərdə kompleks təmizləmə bloku) ASC-nin nəqliyyat sexinin ərazisinin 200 m2 hissəsində 01.09.2011-ci il tarixədək saxlanılması və bunun əvəzində 9 999,32 rubl ödənişin həyata keçirilməsi razılaşdırılmışdır. İşin müəyyən olunan halı həmçinin ondan ibarətdir ki, "xxxx" MMC (göndərən) ilə "xxxx" MMC (alıcı) arasında bağlanmış 15 mart 2012-ci il tarixli müqaviləyə əsasən göndərən 1 (bir) dəst miqdarında KjAr-2-1 hava ayırıcı qurğusunu və KK 095100 000 seolitlərdə kompleks təmizləmə blokunu alıcının tapşırığı ilə təyinat məntəqəsinə - "xxxx" X6 (Azərbaycan, Bakı şəhəri) göndərməyi və yükü alıcıya verməyi, alıcı isə yükün daşınması üçün bu müqavilə ilə müəyyən edilmiş 100 000 ABŞ dolları ödənişi ödəməyi öhdəsinə götürmüşdür. İşin müəyyən olunan digər halına görə, "xxxx" MMC-nin direktoru X12 (göndərən) ilə "xxxx" MMC-nin direktoru Nizami Hacıyev (alıcı) arasında 2011-ci ilin oktyabr ayında bağlanmış müqaviləyə əsasən göndərən 1 dəst miqdarında yükü – “6BM16-140/200 porşenli hava kompressoru”nu alıcının tapşırığı ilə İddiaçı göndərməyi və yükü alıcıya verməyi, alıcı isə yükün daşınması üçün bu müqavilə ilə müəyyən edilmiş ödənişi ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 1.3-cü bəndində, göndərənin nizamnamələr və məcəllələr ilə müəyyən edilmiş və ya məqsədəuyğun (ağlabatan) müddətdə yükü təyinat məntəqəsinə çatdırması nəzərdə tutulmuşdur. İş materiallarından aydın olur ki, “6BM16-140/200 porşenli hava kompressoru” məhz İddiaçı adına göndərilmiş, İddiaçı isə Bakı Gömrük İdarəsinə ünvanladığı ərizəsində hava kompressorunun hissələrinin olduğu yükün onun ünvanına səhvən gəldiyini, bu səbəbdən yükün "xxxx" İKF-nin adına rəsmiləşdirilməsinə etiraz etmədiyini göstərmişdir. İş materiallarından həmçinin aydın olur ki, Nizami Hacıyev "xxxx" İKF-nin direktoru Cavabdeh ünvanladığı və "xxxx" MMC-nin möhürü ilə təsdiqlənmiş 19 mart 2012-ci il tarixli məktubunda "xxxx" ASC ilə bağladığı müqaviləyə əsasən Rusiya Federasiyasından gətiriləcək ona məxsus “Kjar 2-1” havaayrıcı qurğusunun və həmin qurğunun tərkib hissələri olan digər avadanlıqların Azərbaycan Respublikasında "xxxx" İKF-nın ərazisində müvəqqəti saxlanılmasına icazə və razılıq verilməsini, 07 aprel 2015-ci il tarixli xəbərdarlıq məktubunda isə həmin avadanlıqların qeyri-qanuni olaraq quraşdırılması və istifadəsi məqsədi ilə görülən hərəkətlərin dayandırılmasını sonuncudan xahiş etmişdir. Bakı şəhəri Nizami rayon prokurorluğunun surəti iş materiallarına əlavə edilmiş “cinayət işi üzrə icraata xitam verilməsi” haqqında 09 oktyabr 2012-ci il tarixli qərarından da aydın olur ki, Rusiya Federasiyasının "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin direktoru Nizami Hacıyevin adına 13.02.2008-ci il tarixli 488/06 nömrəli kommersiya təklifi göndərilərək azot-oksigen istehsalı üçün nəzərdə tutulmuş “KjAr 2-1” qurğusunun hərracında iştirak etmək təklif edilmiş, həmin hərracda iştirak hüququ əldə etdikdən sonra "xxxx" ASC ilə "xxxx" MMC arasında 24.06.2008-ci il tarixli 346/06-08 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən "xxxx" MMC zavodun hesabına 16 917 600 rubl pul vəsaiti köçürüb həmin qurğunu almış, lakin demontaj edərək (sökdürərək) Azərbaycana gətirilməsi mümkün olmadığına görə həmin tərəflər arasında “avadanlığın məsul saxlanılmasına verilməsi” barədə 11.07.2011-ci il tarixli müqavilə bağlanmış və qurğu zavodun ambarında saxlanılmışdır. Avadanlığın "xxxx" MMC tərəfindən alındığı avadanlığın Nizami Hacıyev tərəfindən qəbul olunmasına dair 24.06.2008-ci il tarixli aktla da təsdiq olunur. Həmin qərarla həmçinin müəyyən olunur ki, Nizami Hacıyev maddi durumu ilə əlaqədar həmin avadanlıq qurğusunu Azərbaycana gətirə bilmədiyindən, müxtəlif şəxslərlə avadanlığın ölkəyə gətirilməsi və birlikdə işlədilməsi ilə bağlı danışıqlar aparmış, müəyyən razılaşmalar əldə edilsə də, nəticə etibarilə avadanlığın gətirilməsi mümkün olmamış, bəzi hallarda cinayət xarakterli hallarla bağlı müəyyən araşdırmalar da aparılaraq hüquq mühafizə orqanları tərəfindən müvafiq qərarlar qəbul edilmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada kollegiya hesab edir ki, "xxxx" MMC-nin müstəqil tələblərinin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci, 157.8-ci və 165.1-ci maddələri nəzərdən keçirilə bilər. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; 165.1-ci maddəsinə görə isə, sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Göründüyü kimi, Mülki Məcəllənin 157-ci maddəsinə əsaslanan iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi (yaxud qanuni sahibi) olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Hazırkı iddia tələbi ilə bağlı olaraq həmçinin nəzərə alınmalıdır ki, qanunverici iş üzrə sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə "xxxx" MMC-nin üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi KjAr-2-1 hava ayırıcı qurğusu avadanlığının özünün mülkiyyətində (qanuni sahibliyində) olduğunun, onun cavabdehlərdə saxlandığının, cavabdehlərin həmin əşyaya qanunsuz sahiblik etmələrinin sübut olunmasıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından məhkəmə kollegiyası hesab edir ki, mübahisə mövzusu olan KjAr-2-1 hava ayırıcı qurğusu avadanlığının cavabdehlərdə olduğunun iddiaçı tərəfindən sübut edilməsinə ehtiyac yoxdur. Belə ki, tərəflər “Kjar 2-1” havaayırıcı qurğu və onun tərkib hissələri olan digər avadanlıqların Rusiya Federasiyasının Voljsk şəhərindən alınaraq Azərbaycan Respublikasına gətirildiyini və Cavabdeh təsisçisi direktoru olduğu "xxxx" İKF-nin istifadəsində olan ərazidə yerləşdirildiyini mübahisələndirmirlər, həmçinin işin qeyd edilən faktiki halı iş materialları ilə təsdiq olunur. Bu baxımdan kollegiya, hazırkı mübahisənin obyektiv həlli üçün mübahisə predmeti olan avadanlığın kimə məxsus olmasının aydınlaşdırılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, tərəflər arasındakı anlaşmazlıq məhz qeyd edilən xüsusatla bağlıdır. "xxxx" MMC-nin nümayəndəsi (direktoru) Nizami Hacıyev mübahisə mövzusu olan KjAr-2-1 hava ayırıcı qurğusu avadanlığının məhz "xxxx" MMC tərəfindən Rusiya Federasiyasından satın alınaraq ölkəyə gətirildiyini iddia etsə də, cavabdehlər ("xxxx" İKF və Cavabdeh) mövqelərini "xxxx" MMC ilə "xxxx" İKF arasında həmin avadanlığın alqı-satqısına dair 01.11.2011-ci tarixli müqavilənin bağlanması, Nizami Hacıyevin aralarındakı şifahi tapşırıq müqaviləsinə əsasən həmin müqavilənin bağlanmasında və həmçinin avadanlığın ölkəyə gətirilməsində vasitəçilik etməsi ilə əsaslandırmışlar. Kollegiya qeyd edir ki, hazırkı işin müəyyən olunan halları baxımından "xxxx" MMC ilə "xxxx" İKF arasında sözügedən avadanlığın alqı-satqısına dair 01.11.2011-ci tarixli müqavilənin bağlandığı qənaətinə gəlmək mümkün deyildir. Belə ki, Rusiya Federasiyasının Dağıstan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC-nin iş materiallarına əlavə olunmuş 22 sentyabr 2017-ci il tarixli, 07 nömrəli arayışında "xxxx" MMC ilə "xxxx" İKF arasında 01/011 saylı 01.11.2011-ci il tarixli və 001 saylı 26.12.2012-ci il tarixli müqavilələrin bağlanmadığı, həmçinin hər hansı digər müqavilə münasibətlərinin olmadığı, "xxxx" İKF-dan "xxxx" MMC-nin hesabına heç vaxt pul vəsaitlərinin daxil olmadığı göstərilmiş, o cümlədən "xxxx" MMC-nin "xxxx" İKF-nın direktoru Cavabdeh 14.10.2014-cü il tarixli məktub vermədiyi xüsusi olaraq qeyd edilmişdir. İşin qeyd edilən hallarını "xxxx" MMC-nin birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş rəhbəri Tahir Əmirbəyov da bir daha təsdiq etmiş, həmçinin göstərmişdir ki, "xxxx" İKF-nın direktoru Cavabdeh 14.10.2014-cü il tarixdə güya onun tərəfindən ünvanlandığı bildirilən məktubu imzalamamışdır, bu məktubu onun adından kimsə saxtalaşdırmışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi məhz qeyd edilən xüsusatlarla əlaqədar 11 yanvar 2018-ci il tarixli xüsusi qərardad çıxarmış, xüsusi qərardad üzrə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılma aparılmış, CM-nin 178.3.2-ci və 320.1ci maddələri ilə 07.05.2018-ci il tarixdə cinayət işi başlanılmış, cinayət işi üzrə ibtidai istintaqın aparılması Baş İdarənin İstintaq idarəsinə həvalə edilmişdir. Əksinə işin materiallarına əsasən, Rusiya Federasiyasının "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin direktoru Nizami Hacıyevə mübahisə mövzusu olan KjAr-2-1 hava ayırıcı qurğusu avadanlığının hərracında iştirak etmək təklifinin edildiyi, həmin hərracda iştirak hüququ əldə etdikdən sonra tərəflər arasında 24.06.2008-ci il tarixli alqı-satqı müqaviləsinin bağlandığı, müqaviləyə əsasən "xxxx" MMC-nin həmin zavodun hesabına 16 917 600 rubl pul vəsaiti köçürdüyü, lakin avadanlığın demontaj edilərək (sökdürərək) Azərbaycana gətirilməsi mümkün olmadığına görə həmin tərəflər arasında əmlakın saxlanılmasına dair 11 iyul 2011-ci il tarixli müqavilə bağlanaraq qurğunun zavodun ambarında saxlanıldığı, 15 mart 2012-ci il tarixli müqaviləyə əsasən onun ("xxxx" MMC-nin direktoru Nizami Hacıyevin) KjAr-2-1 hava ayırıcı qurğusunun Azərbaycana göndərilməsi ilə bağlı "xxxx" MMC ilə razılıq əldə etdiyi, "xxxx" İKFnin direktoru Cavabdeh ünvanladığı 19 mart 2012-ci il tarixli məktubla isə həmin qurğusunun və onun tərkib hissələri olan avadanlıqların "xxxx" İKF-nın ərazisində müvəqqəti saxlanılmasına icazə verilməsini xahiş etdiyi və həmin avadanlığın hal-hazırda da "xxxx" İKF-nın ərazisində saxlanıldığı müəyyən edilmişdir. Mübahisə mövzusu olan KjAr-2-1 hava ayırıcı qurğusu avadanlığının məhz "xxxx" MMC-nin direktoru Nizami Hacıyev tərəfindən hələ 24.06.2008-ci ildə alqı-satqı yolu ilə əldə edidiyi Nizami rayon Prokurorluğunun icraatında olmuş ********* nömrəli cinayət iş üzrə qəbul edilmiş qərarla da öz təsbitini tapmaqdadır. Kollegiya həmçinin qeyd edir ki, hətta "xxxx" MMC ilə "xxxx" İKF arasında bağlanmış müqavilələrin saxtalaşdırılmadığı qəbul edilsə belə, fərqli nəticəyə gəlmək mümkün deyildir. Belə ki, mübahisə mövzusu olan KjAr-2-1 hava ayırıcı qurğusu avadanlığının "xxxx" MMC-yə deyil, "xxxx" ASC-yə məxsus olduğu, digər tərəfdən "xxxx" MMC-nin mülki dövriyyədə bir qayda olaraq yük daşınması münasibətlərinin iştirakçısı kimi daşıyıcı/yük göndərən qismində çıxış etdiyi müəyyən edilmişdir. Bu qənaətə gələrkən kollegiya həmçinin nəzərə alır ki, "xxxx" İKF ilə "xxxx" MMC (və ya Cavabdeh ilə Nizami Hacıyev) arasında sözügedən alqı-satqıya dair müqavilənin bağlandığı və ən əsası "xxxx" İKF tərəfindən həmin avadanlığa görə "xxxx" MMC-nin hesabına hər hansı ödəniş edildiyi ümumiyyətlə müəyyən olunmamışdır. Əksinə, iş materiallarına əlavə edilmiş Azərbaycan Beynəlxalq Bankının 28 dekabr 2017-ci il tarixli, 19/1782 saylı ilə arayışında "xxxx" MMC-nin hesabına 01.01.2009-cu il tarixdən 27.12.2017-ci il tarixədək heç bir təşkilatdan və heç bir fiziki şəxsdən vəsait daxil olmadığı göstərilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, Cavabdeh birinci instansiya məhkəməsində avadanlığa görə pulu Nizami Hacıyevin əvəzinə onun borclu olduğu şəxslərə (kreditorlarına) ödədiyini göstərsə də, bunu dair hər hansı sübut təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya, apellyasiya şikayətinin “..."xxxx" MMC-nin iddiasının mübahisə predmeti barəsində olmaması” ilə bağlı arqumentini də əsassız hesab edir. Belə ki, iş materiallarından görünür ki, hazırkı mülki iş məhz İddiaçı iddia tələbi əsasında başlanmış, "xxxx" MMC isə "xxxx" X6 və Cavabdeh qarşı müstəqil tələblər irəli sürməklə işə sonradan qoşulmuşdur. İddiaçı qaldırmış olduğu iddiasında “6BM-16-140/200 porşenli hava kompressoru”nun tərkib hissələri olan avadanlıqların və ya onların dəyəri olan 2 000 000 ABŞ dollarının Cavabdeh alınaraq ona verilməsini xahiş etdiyi halda, müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC “KjAr 2-1” havaayrıcı qurğu və qurğunun tərkib hissələri olan digər avadanlıqların Cavabdeh və "xxxx" İKF-nın qanunsuz sahibliyindən alınaraq qaytarılmasını istəmişdir. Bununla belə apellyasiya baxışı zamanı, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 24.06.2008-ci il tarixli alqı-satqı müqaviləsinin predmetinin ümumi dəyəri 16 917 600 rubl təşkil edən KjAr-2-1 hava ayırıcı qurğusu avadanlığı olduğu, 5 725 600 rubl qiymətlədirilmiş 6BM16-140/200 porşenli hava kompressorunun isə onun tərkib hissəsi olduğu müəyyən edilmişdir. Bu o deməkdir ki, "xxxx" MMC-nin müstəqil tələbləri üzrə mübahisə predmeti “6BM16-140/200” porşenli hava kompressorunun da daxil olduğu əsas əşya olan KjAr-2-1 hava ayırıcı qurğusudur. Məhkəmə kollegiyası, mübahisə mövzusu olan KjAr-2-1 hava ayırıcı qurğusu avadanlığının 24.06.2008-ci il tarixli alqı-satqı müqaviləsi əsasında dəyəri ödənilməklə məhz "xxxx" MMC tərəfindən əldə edildiyi, başqa sözlə mübahisə mövzusu olan avadanlığın həmin MMC-yə məxsus olması ilə əlaqədar yuxarıda gəlmiş olduğu qənətin məntiqi davamı olaraq "xxxx" İKF-nin və Cavabdeh iddia müddətinin ötürülməsi barədə dəlillərini də əsassız hesab edir (bu arqument apellyasiya şikayətinin də əsas dəlilini təşkil edir). Belə ki, "xxxx" MMC-nin müstəqil tələbləri mülkiyyət hüququnun müdafiəsi ilə bağlıdır və bu baxımdan həmin iddiaya iddia müddətinin tətbiq edilməsi ümumiyyətlə istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 3 iyun 2013-cü il tarixli qərarında da göstərilmişdir ki, “...MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. MM-in 384.0.4-cü maddəsi mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir”. Apellyatorların “KjAr-2-1 hava ayırıcı qurğusu avadanlığının gətirilmə və gömrük xərclərini ödədikləri” dəlilinə münasibətdə isə kollegiya hesab edir ki, istinad edilən hallara dair zəruri sübutlar təqdim etməklə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olduğu "xxxx" İKF-ya və Cavabdeh izah olunmalıdır. Yuxarıda şərh edilənləri ümumiləşdirərək kollegiya hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(007)-750/2017 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən həmin qətnamə ləğv edilməli, ilk və qarşılıqlı iddia ərizələri təmin olunmamalıdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən isə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmiş və apellyasiya şikayətinin dəlilləri Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(008)-792/2018 saylı qətnaməsinin mübahisələndirilən hissələrdə ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(007)-750/2017 saylı qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Hacıyev Nizami Babaşah oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 10 iyul 2017-ci il tarixli, 2(007)-750/2017 saylı qətnaməsi ləğv edilsin. İlk və qarşılıqlı iddia ərizələri təmin olunmasın. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" X4 apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(008)- 792/2018 saylı qətnaməsindən "xxxx" X8 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 yanvar 2018-ci il tarixli, 2(008)- 792/2018 saylı qətnaməsi mübahisələndirilən – mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMC-nin iddia tələblərinin təmin edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3208/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3208/2021
26.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver