Məhkəmə qərarları › İş №2(103)-3215/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3215/2020

08.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3215/2020 08.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X6 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, İddiaçı ASC-nin nümayəndələri X3, X8, cavabdehlər Cavabdeh1, X12, X4 (son prosesində iştirak etməmişlər), “X15 LTD” MMC-nin Hacıyev X22 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, X13, X5, “X15 LTD” MMC-yə qarşı «kredit müqaviləsi üzrə borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-22/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsindən İddiaçı ASC, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X19, X9, “X15 LTD” MMC tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi (tələbinin dəqiqləşdirilməsi barədə ərizə) təqdim edərək, "İddiaçı” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, 120378-1-10136/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə Banka borclu olduğu 205956,95 ABŞ dolları məbləğində əsas borcun, 81925,08 ABŞ dolları məbləğində faiz borcunun və 6831.00 ABŞ dolları məbləğində cərimənin, cəmi 294713,03 ABŞ dolları pul məbləğinin (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməklə), həmçinin məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 90 manat məbləğində dövlət rüsumlarının cavabdehlər Cavabdeh1,Cavabdeh2, X10, X2, "X15 LTD”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx"İddiaçı ASC- yə ödənilməsi, tələbin ipoteka predmetləri olan xüsusi mülkiyyət hüququ ilə X5 məxsus olan Bakı şəhəri, Binəqədi rayon, İbrahimpaşa Dadaşov (12-Aşırım) küçəsində yerləşən 91 nömrəli evin, 81.02 kv.m ümumi, 63.32 kv.m yaşayış sahədən ibarət 4 otaqlı, 29 nömrəli mənzilə və həmin mənzilin ilkin satış qiymətinin 110 000.00 manat məbləğində müəyyən edilməklə, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X7 yerləşən 11 nömrəli evin, 72.7 kv.m ümumi, 35.9 kv.m yaşayış, 36.8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 15 nömrəli mənzilə və həmin mənzilin ilkin satış qiymətinin 40.000.00 manat məbləğində müəyyən edilməklə, xüsusi mülkiyyət hüququ ilə X13 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində 857 "T” nömrəli bağ evinə və həmin mənzilin ilkin satış qiyməti 93500 manat müəyyən edilməklə yönəldilməsi, yaşayış sahələrinə tutma yönəldikdən və onlar satıldıqdan sonra ipoteka qoyanlar Cavabdeh1, X9, X19 və onlarla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onların yaşayış sahəsindən məcburi qaydada çıxarılmaları və yaşayış sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (İİ cild, səh.217). Birinci instansiya məhkəməsi zamanı müəyyən olunur: "İddiaçı” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 120378-1-10136 saylı "baş kredit razılaşması”na əsasən bank tərəfindən Cavabdeh1 10 il müddətinə, ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır (İ cild, səh.17); "İddiaçı” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 120378-1-10136/1 saylı kommersiya krediti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 60 ay (12 ay güzəşt) müddətinə, illik 14 (on dörd) faizlə 1-ci tranş üzrə 240000.00 (iki yüz qırx min) ABŞ dolları, 2-ci tranş 660 000.00 (altı yüz altmış min) ABŞ dolları olmaqla, ümumilikdə 900 000.00 ABŞ dolları məbləğində kredit verilmişdir (İ cild, səh.21); "İddiaçı” ASC ilə Cavabdeh1 və X9 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 120379-NEDVİJ-2162 saylı ipoteka müqaviləsinə əsasən, tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi X5 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov (12-Aşırım) küçəsində yerləşən 91 nömrəli evin, 81.02 kv.m ümumi, 63.32 kv.m yaşayış sahədən ibarət 4 otaqlı, 29 nömrəli mənzili Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 110000 manat məbləğində müəyyən edilmişdir (İ cild, səh.28); "İddiaçı” ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 120378-NEDVİJ-2161 saylı ipoteka müqaviləsinə əsasən, tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X7 yerləşən 11 nömrəli evin, 72.7 kv.m ümumi, 35.9 kv.m yaşayış, 36.8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 15 nömrəli mənzili Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 47.000 manat məbləğində müəyyən edilmişdir (İ cild, səh.32); "İddiaçı” ASC ilə Cavabdeh1 və X19 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 120385-NEDVİJ-2165 saylı ipoteka müqaviləsinə əsasən, tərəflər arasında bağlanmış kredit müqaviləsinin təminatı kimi X13 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində 857 "T” nömrəli bağ evi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri 165.0 manat məbləğində müəyyən edilmişdir (İ cild, səh.35); "İddiaçı” ASC ilə Cavabdeh2, X19, X9 və "X15 LTD” MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh2, X19, X9 və "X15 LTD” MMC borclu Cavabdeh1 bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımaları barədə öz üzərlərinə öhdəliklər götürmüşlər (İ cild, səh.39); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətinə əsasən, X13 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində 857 "T” nömrəli bağ evi "İddiaçı” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 82 nömrəli reyestr kitabının 8444 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyata alınmışdır (İ cild, səh.53); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2013cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətinə əsasən, X5 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 91, mənzil 29 "İddiaçı” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 538 nömrəli reyestr kitabının 49582 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyata alınmışdır (İ cild, səh.55); Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, RX seriyalı, ******* №-li Çıxarışın surətinə əsasən, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X16, ev 11, mənzil 15 "İddiaçı” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyata alınmışdır (İ cild, səh.57); "İddiaçı” ASC tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarına əsasən, cavabdehlər bank tərəfindən kredit müqaviləsinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşdurlar (İ cild, səh.117-125);"İddiaçı” ASC-nin Cavabdeh1, X5 və X13 ünvanlanmış «ipoteka predmetinə tutmanın yönəldilməsinə dair» bildirişlərdə qeyd olunmuşdur ki, borc öhdəliyi icra edilmədiyi halda ipoteka predmetlərinə qanunla müəyyən olunmuş qaydada tutma yönəldiləcəkdir (İ cild, səh.103-105); "İddiaçı” ASC tərəfindən verilmiş maliyyə arayışına əsasən, Cavabdeh1 banka xx.xx.2013-cü il tarixli, 120378-1- 10136/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə 205956,95 ABŞ dolları əsas kredit borcu, 19862,73 ABŞ dolları faiz borcu, 6831 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 232650,68 ABŞ dolları borcu vardır (İ cild, səh.10); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 5028 saylı, xx xxxxxx 2018-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən xx.xx.2013-cü il tarixli, 120378-1-10136/1 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 "İddiaçı” ASC-yə olan borcu xx.xx.2016- cı il tarixə əsas borc üzrə 150045,94 ABŞ dolları, faiz borcu üzrə 37.053,01 ABŞ dolları məbləğində olması müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 200 (iki yüz) manat təşkil etmişdir (İ cild, səh.244); "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ekspert rəylərinə, xx.xx.2018-ci il tarixinə Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində 857 "T” nömrəli bağ evininbazar dəyəri 450000 manat, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X1 11 saylı evin, 15 saylı mənzilin bazar dəyəri 95000 manat, Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində yerləşən 91 saylı mənzilin bazar dəyəri 135000 manat təşkil etmişdir. Qiymətləndiricinin xidmət haqları 936 manat təşkil etmişdir (İİ cild, səh.14); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3526 saylı, xx xxxxx 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən xx.xx.2013-cü il tarixli, 120378-1-10136/1 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 "İddiaçı” ASC-yə olan borcu xx.xx.2016- cı il tarixə əsas borc üzrə 150045,94 ABŞ dolları, faiz borcu üzrə 37053,01 ABŞ dolları məbləğində olması, xx.xx.2018-ci il tarixə isə əsas borc üzrə 150045,94 ABŞ dolları, faiz borcu üzrə 81925,08 ABŞ dolları məbləğində olması müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 145 manat təşkil etmişdir (İİ cild, səh.157); “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 57 saylı qiymətləndirmə hesabatına əsasən, xx.xx.2019-cu il tarixəBakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov (12-Aşırım) küçəsində yerləşən 91 nömrəli evin, 81.02 kv.m ümumi, 63.32 kv.m yaşayış sahədən ibarət 4 otaqlı, 29 nömrəli mənzilin bazar dəyəri 138.0 manat, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X7 yerləşən 11 nömrəli evin, 72,7 kv.m ümumi, 35,9 kv.m yaşayış, 36,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 15 nömrəli mənzilin bazar dəyəri 83500 manat, Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində 857 “T” nömrəli bağ evinin bazar dəyəri 431800 manat təşkil etmişdir. Qiymətləndiricinin xidmət haqqı 900 manat təşkil etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-22/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1,Cavabdeh2, X10, X2 və "X15 LTD” MMC-dən müştərək qaydada xx.xx.2013cü il tarixli, 120378-1-10136/1 saylı kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə 150045,94 ABŞ dolları əsas borc, 37053,01 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə borcu, cəmi 189098,95 ABŞ dolları məbləğində pul, habelə 30 manat ödənilmiş dövlət rüsumunun, bildirişlərin qeydə alınması üçün ödənilmiş 90 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 189098,95 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 120 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməsi, tutmanın ipoteka qoyulmuş X5 məxsus olan Bakı şəhəri, Binəqədi rayon, İbrahimpaşa Dadaşov (12-Aşırım) küçəsində yerləşən 91 nömrəli evin, 81.02 kv.m ümumi, 63.32 kv.m yaşayış sahədən ibarət 4 otaqlı, 29 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 138000 manat məbləğində müəyyən edilməklə,açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş Cavabdeh1 məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi, X7 yerləşən 11 nömrəli evin, 72,7 kv.m ümumi, 35,9 kv.m yaşayış, 36,8 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 15 nömrəli mənzilə yönəldilməsi, Həmin əmlakın ilkin satış qiymətinin 83500 manat məbləğində müəyyən edilməklə,açıq hərracda satılması, tutmanın ipoteka qoyulmuş X13 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Goradil kəndində 857 "T” nömrəli bağ evinə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 431800 manat məbləğində müəyyən edilməklə,açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına kredit borclarının ödənilməsi, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaitinin müvafiq olaraq cavabdehlər Cavabdeh1, X19 və X5 qaytarılması, ipoteka predmetlərinə tutma yönəldikdən və onlar satıldıqdan sonra ipoteka qoyanlar Cavabdeh1, X19, X9 və onlarla birlikdə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda onların yaşayış sahələrindən məcburi çıxarılması və yaşayış sahələrinin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 345 (üç yüz qırx beş) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, X19, X9 və "X15 LTD” MMC-dən tutulub Az.MEM, hesabına köçürülməsi, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatlarının haqları olan 936 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, X19, X9 və "X15 LTD” MMC-dən tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin hesabına köçürülməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 900 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, X19, X9 və "X15 LTD” MMC-dən tutulub "xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. İddiaçı ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-22/2019 saylı qətnaməsinin əsas borcun miqdarının müəyyən edilməsi, predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissələrində dəyişdirilməsi, Bankın iddia tələbi həmin hissələrdə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində MPM-in 88, 101, 102; Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında Respublikası Qanunun 7, 13-cü maddəsinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə əsa* borcu müəyyən edərkən, məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxx 2018-ci il tarixi 5028 saylı rəyini əsas götürmüşdür. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2018-d il tarixli, 5028 saylı məhkəmo-mühasibatlıq ekspertizasının rəyində hesablamaları düzgün aparılmamış və nəticədə, ekspert yanlış nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsi ipoteka predmetlərinin ilkin satış qiymətlərini müəyyən edərkən, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxxx 2019-cu il tarixli, 57 saylı qiymətləndirmə hesabatını əsas götürmüşdüripoteka predmetləri olan daşınmaz əmlakların qiymətləri “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qiymətləndirmə hesabatında həddindən yüksək göstərilmiş və reallığı əks etdirmir, bu hesabat tamamilə əsassızdır. Belə ki, ölkədə baş vermiş 2 devalvasiya nəticəsində daşınmaz əmlakın qiyməti ildən ilə kəskin şəkildə aşağı düşmüşdür. Bu səbəbdən, “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qiymətləndirmə hesabatında göstərilmiş daşınmaz əmlakın dəyəri həqiqəti əks etdirmir və real bazar dəyərindən uzaqdır. “xxxxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin qiymətləndirmə ipoteka predmetləri olan və gələcəkdə açıq hərraca çıxarılması daşınmaz əmlakların qanunvericilikdə nəzərdə tutulmuş likvid dəyəri qanunvericilikdə nəzərdə tutulmayan bazar dəyərini müəyyən etmişdir. Qanunun tələbinə əsasən ipoteka predmetlərinin ilkin satış qiymətləri bazar dəyəri ilə deyil, likvid (satış) dəyəri ilə müəyyən olunmalıdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, X19, X9, “X15 LTD” MMC tərəfindən apellyasiya şikayəti verərək, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin 2(006)-22/2019 saylı xx.xx.2019-ci il tarixli qətnaməsinin qismən ləğv olunması, iddianın təmin olunmuş hissəsində dəyişdirilməsi, ipoteka predmeti olan Binəqədi rayonu L Dadaşov küçəsi bina 91 mənzil 29 ünvandakı mənzilin, Abşeron rayonu Gənclər şəhərciyi 11 nömrəli binanın 15 nömrəli mənzilinin girovluğdan azad edilməsi, Binəqədi rayonu Goradil kəndində yerləşən 857T saylı bağ evinin 450000 manata həracdan satılması, əldə olunan məbləğin borcun ödənilməsinə yönəldilməsi, ekspertiziya xərclərinin tərəflərdən müştərək qaydada tutulması və təmin olunmamış hissədə qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya şikayətində MPM-in 217, 372, 385, 389, 396; Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumun “Məhkəmə Qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarını 2.2-ci bəndinə istinadən qeyd edilmişdir ki, Bakı şəhər Nəsimi rayon Məhkəməsinin sözügedən qətnaməsinin apellyasiya qaydasında qismən ləğvi üçün kifayət qədər əsaslar vardır, qətnamə apellyasiya qaydasında qismən ləğv olunmalı, iddianın təmin olunmuş hisəssinin qismən təmin olunmaması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanması barədə qətnamə çıxarılmalıdır. Cavabdeh1 vaxtlı- vaxtında kredit öhdəliklərini icra etmişdir. Birinci devalvasiyadan sonra cavabdeh iddiaçıya müraciət edərək kredit öhdəliyini tam ödəmək istədiyini bildirmiş və iddiaçının depozit hesabına bu məqsədlə 200000 manat məbləğində vəsait ödəmişdir. Lakin iddiaçı həmin məbləği qərəzli olaraq dəbbə pulu və faiz adı ilə qeyri-qanuni mənimsəmək istəmiş və bununla cavabdeh razılaşmadığından həmin məbləği geri qaytarmışdır. Digər tərəfdən cavabdeh devalvasiya dövründə xeyli məbləğdə ödənişlər etmişdir. İddiaçı Azərbaycan Respublikası Prizdentinin məlum sərəncamı ilə kredit borcu olanlar üçün nəzərdə tutlmuş güzəştləri (fərqi) cavabdehə şamil etməmişdir. Məhkəmə ekspertiziyalarının xərclərinin cavabdehlərdən tutulması hisəsindədə məhkəmə düzgün nəticəyə gəlməmişdir. Belə ki, ekspertiziyaların keçrilməsi tərəflərin vəsatətləri əsasında təmin olunmuşdur. İddiaçının əmlaklara təyin etdiyi qiymətlər real bazar qiymətindən kəskin olaraq fərqlənmişdir, eyni zamanda mühasibatlıq ekspertiziyaları da iddiaçının təqdim etdiyi maliyyə arayışından fərqli borc müəyyən etmişlər. Məhkəmə iş üçün zəruri olan bu faktlarıda araşdırmamış, təqdim etdikləri subutlara tam hüququ qiymət verməmişdir, bu nəticəyə gəlmişdir ki, ekpertiziya xərcləri cavabdehlərdən tutulmalıdır. Digər tərəfdən “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən ipoteka ilə yüklü edilmiş əmlaklar müvafiq olaraq 450000 manat, 95000 manat, 135000 manat qiymətləndirilsədə məhkəmə təyin etdiyi ekspertiziyanın rəyini əsas hesab etmədən, bu rəyə hüquqi qiymət verməmiş, hansı səbəblərdənsə iddiaçının vəsatəti ilə onun istəyi ilə keçirilən , əmlakları aşağı qiymətə dəyərləndirilmiş ekspert “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin rəyini əsas gətirərək, onların təyin etdiyi qiymətlə əmlakların satışa çıxarılmasını qət etmişdir. Təkcə Binəqədi rayonu Goradil qəsəbəsindəki bağ evinin dəyəri hazır ki, borcun ödənilməsinə kifayət etdiyi halda məhkəmə yeganə yaşayış yeri olan digər əmlaklarında hərracdan satılmasını qət etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X11 barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə ərizə təqdim edərək, 2(103)-3215/2020 saylı mülk iş üzrə barışıq sazişini təsdiq etməklə, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X17 barışıq sazişini müdafiə edərək, 2(103)-3215/2020 saylı mülk iş üzrə barışıq sazişini təsdiq etməklə, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli iclasında iştirak edən cavabdehlər Cavabdeh1, X12, X4, “X15 LTD” MMC-nin Hacıyev X24 mülk iş üzrə barışıq sazişini təsdiq etməklə, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindəncavabdehlər Cavabdeh1, Cavabdeh2, X14, X4 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 33, 34.1, 39.1, 39.3.3, 59.3, 59.4; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 191, 295, 317.1, 319.1, 319.6, 328, 404, 421.3, 424.3, 442-450, 460, 739, 742.1; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 233, 372, 385, 386, 388 və 390-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair xx xxxx 2009-cu il Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarına istinadən hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmış, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətləri əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC, cavabdehlər Cavabdeh1, Cavabdeh2, X19, X9, “X15 LTD” MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-22/2019 saylı işi üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar