Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3225/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Alışov Rahim Nüsrət oğlunun, cavabdeh Xəlilova Elmira Abbas qızı və onun vəkili Hüseynov Zaur Elbrus oğlunun iştirakları ilə, İddiaçı Əliyev Azər Pənah oğlunun cavabdehlər Süleymanov Rövşən Süleyman oğlu, Xəlilova Elmira Abbas qızı, Əliyev Asif Təbriz oğlu və Çobanov Dünyamalı Loğman oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2865/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadından cavabdeh Xəlilova Elmira Abbas qızı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Əliyev Azər Pənah oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xəlilova Elmira Abbas qızından 5650 manat, Əliyev Asif Təbriz oğlundan 5000 manat və 2000 ABŞ dolları, Süleymanov Rövşən Süleyman oğlundan 15300 ABŞ dolları, Çobanov Dünyamalı Loğman oğlundan 5000 ABŞ dolları və 2000 avro məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında cavabdeh Xəlilova Elmira Abbas qızı vəsatət verərək işin onun qeydiyyat yeri üzrə Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2865/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardaddan Xəlilova Elmira Abbas qızı tərəfindən verilmiş şikayət Binəqədi Rayon Məhkəməsinin 2(001)-310/2021 saylı, xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Elmira Xəlilova və onun vəkili Hüseynov Zaur Elbrus oğlu şikayəti müdafiə edərək onun təmin edilməsini, iddiaçının nümayəndəsivəkili Alışov Rahim Nüsrət oğlu isə şikayətin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəməyə gəlmədiklərindən və bunun səbəbələri barədə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2865/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddia Xəlilova Elmira Abbas qızı ilə birlikdə 4 cavabdehə qarşı yönəlmiş və cavabdehlərdən Süleymanov Rövşən Süleyman oğlunun qeydiyyat ünvanı Bakı şəhəri Binəqədi rayonu ərazisindədir; Mülki Prosessual Məcəllənin 36.2-ci maddəsinə görə isə, rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Həmin Məcəllənin 44.1-ci maddəsinə görə, aidiyyat qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Göründüyü kimi, iddia ərizəsi ərazi aidiyyəti qaydalarına uyğun olaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin icraatına qəbul edilmiş və həmin məhkəmədə müvafiq mülki icraat başlanılmışdır. Müvafiq olaraq da birinci instansiya məhkəməsi cavabdeh Xəlilova Elmira Abbas qızının işin baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilməsinə dair ərizəsini əsaslı olaraq təmin etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2865/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3225/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3225/2021
17.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver