Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3228/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 11 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə (Açar sözlər: tutulmuş sadələşdirilmiş verginin qaytarılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 11 saylı Notariat Ofisinin nümayəndəsi-vəkili Nümayəndə2, Digər cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 11 saylı Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı (Azərbaycan Respublikası Maliyyə Nazirliyi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “tutulmuş sadələşdirilmiş verginin qaytarılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1021/2023 saylı 01 mart 2023-cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətlərinə 16 may 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri 11 saylı notariat ofisində 07 iyun 2022-ci il tarixdə bağlanmış 4Ə-365 saylı reyestrlə təsdiq olunmuş AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı Abşeron rayonu, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202.1 kv.m olan fərdi yaşayış evini və həmin ünvanda mülkiyyətində olan ümumi sahəsi 0.034 ha ölçülü torpaq sahəsini 175000 manata X1. Müqavilənin 4-cü maddəsinə görə satıcıdan fərdi yaşayış evinə görə 3097,80 manat və həmin ünvanda mülkiyyətində olan ümumi sahəsi 0.034 ha ölçülü torpaq sahəsinə görə 204 manat olmaqla, ümumilikdə 3301,80 manat məbləğində sadələşdirilmiş vergi tutulmuşdur.
2. 07 iyun 2022-ci il tarixli 421 nömrəli ödəniş tapşırığından müəyyən edilir ki, Bakı şəhəri 11 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən xx.xx.2022-ci il tarixli 4Ə-365 r/n alqı-satqı müqaviləsinə əsasən tutulmuş 3301,80 manat məbləğində vergi Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin hesabına ödənilmişdir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X12 üzrə Baş İdarəsinin İddiaçı ünvanlanmış 10 noyabr 2022-ci il tarixli, **********010000 nömrəli məktubunda müraciətdə qeyd edilən məsələ ilə bağlı daşınmaz əmlakın alqı-satqısı əməliyyatı keçirilmiş notariat ofisinə müraciət edilməsi tövsiyə olunmuşdur, vergi orqanının müvafiq rəyi təqdim edildikdən sonra onlar tərəfindən büdcəyə artıq ödənilmiş vəsaitin dövlət büdcəsindən geri qaytarılması təmin ediləcəyi bildirilmişdir.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 11 saylı Notariat Ofisinin İddiaçı nümayəndəsi Nümayəndə1 ünvanlanmış XK-1707 saylı, 02 noyabr 2018-ci il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri 11 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 4Ə-365 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanarkən satıcının satdığı Abşeron rayonu, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyatda olmadığı müəyyən edilmişdir. Qanunvericiliyə əsasən satdığı mənzildə və fərdi yaşayış evində 3(üç) ildən artıq qeydiyyatda deyilsə sadələşdirilmiş vergi ödəməlidir. Həmin fərdi yaşayış evinin satılması sadələşdirilmiş vergidən azad olunma halı ilə bağlı da notariat ofisinə heç bir sənəd təqdim edilməmişdir. Eyni zamanda bildirilmişdir ki, yaşayış məntəqələrinin torpaqların kateqoriyasına aid torpaq sahəsinin alqı-satqısı zamanı satıcı tərəfindən sadələşdirilmiş vergidən azad olunmur. Göstərilənlərə əsasən Abşeron rayonu, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin alqı-satqısı zamanı tutulmuş sadələşdirilmiş verginin geri qaytarılması ilə bağlı məhkəməyə və ya vergi orqanına müraciət etməkləri tövsiyə olunmuşdur.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən arayışdan müəyyən edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı icarəyə verilmişdir və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Abşeron rayonu, Digah qəsəbəsi, ünvan 1(6 otaq,ü/s 202.10 kv.m, y/s 132.90 kv.m) və həmin evin yerləşdiyi 0.034 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Daşınmaz əmlakın dövlət reyestrindən arayışa görə Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsində yerləşən 0.03 ha yaşayış məntəqələrinin torpaqlı təyinatlı torpaq sahəsi Nümayəndə1 mülkiyyətindədir və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır.
7. "xxxx" ASC Bağlar rayon sukanal idarəsi üzrə ödənişlərin siyahısına dair xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə çıxarışa görə İddiaçı tərəfindən ünvan 3 ünvanı üzrə sudan istifadə ilə əlaqədar müvafiq ödənişlər edilmişdir.
8. Abunə kodu **********02420 olan abunə haqqında sənədə görə ünvan 4 ünvanı üzrə elektrik enerjisinin istifadəsi ilə əlaqədar abunəçi X6 tərəfindən xx.xx.2016-cı ildən xx.xx.2022-ci il tarixədək olan dövr ərzində müvafiq ödənişlər edilmişdir.
9. Abonentin saldosuna əsasən Abşeron rayonu, Digah qəsəbəsində yerləşən ev üzrə abonent kodu **********00177 nömrəli abonent X6 tərəfindən qazın istehlakı ilə əlaqədar 2017-ci ildən 2022-ci il tarixədək olan dövr üçün ödənişlər edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 11 saylı notariat ofisinin xx.xx.2022-ci il tarixində Abşeron rayonu, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 202.1 kv.m olan fərdi yaşayış evinin alqı-satqısı zamanı tutduğu 3097,80 manat məbləğində sadələşdirilmiş vergi məbləğinin və onun hazırki məhkəmə iddiasının verilməsi ilə əlaqədar çəkdiyi bütün xərclərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Daha sonra iddiaçı nümayəndəsinin ərizəsi əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əlavə cavabdeh, Azərbaycan Respublikası Maliyyə Nazirliyi isə cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.
12. İddia tələbi belə əsaslandırılmışdır ki, o, birinci qrup əlilliyi olan Azərbaycan Respublikasının vətəndaşıdır. O, xx.xx.2016-cı il tarixindən öz mülkiyyətindəki Abşeron rayonu, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 202.1 kv.m olan fərdi yaşayış evi və həmin ünvanda mülkiyyətində olan ümumi sahəsi 0.034 ha ölçülü torpaq sahəsini, xx.xx.2022-ci il tarixində Bakı şəhəri 11 saylı notariat ofisində aparılmış alqı-satqı əməliyyatı nəticəsində satmışdır. Alqı-satqı əməliyyatı aparılarkən notariat ofisi onun satdığ evin təqdim edilməsinə görə Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 220.8-ci maddəsi ilə müəyyən edilmiş dərəcə və əmsalları tətbiq edərək 3097,80 manat məbləğində sadələşdirilmiş vergi tutmuşdur. Eyni qaydada, cavabdeh torpağın təqdim edilməsinə görə 204 manat sadələşdirilmiş vergi tətbiq edilmişdir. Yuxarıda qeyd edilən vergi məbləğləri tətbiq edilərkən cavabdeh Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 218-1.1.5.1 və 218-1.1.5.1-1-ci maddələri ilə müəyyən edilmiş azadolmaların evin alqı-satqı əməliyyatına şamil edilmədiyinə dair yanlış qənaətə gəlmişdir. Baxmayaraq ki, alqı-satqı əməliyyatından əvvəl tərəflərin ümumi qənaəti evə Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 218-1.1.5.1 və 218-1.1.5.1-1-ci maddələri ilə müəyyən edilmiş azadolmaların şamil edildiyi istiqamətində olmuşdur, onun vəziyyəti verginin tətbiq edilməsinə alqı-satqı əməliyyatı zamanı etiraz etməyə yaxud məsələnin aydınlaşdırılmasına imkan verməmişdir. Alqı-satqının baş tutması üçün əməliyyatın yerinə yetirilməsinə də etiraz edilməmişdir. Bununla belə alqı-satqıdan sonra vergi tutulması ilə bağlı aparılmış araşdırma ilə aydın olmuşdur ki, evin alqı-satqısına 3097,80 manat məbləğində sadələşdirilmiş verginin tutulması, vergi qanunvericiliyi ilə müəyyən edilmiş azadolmaların yanlış tətbiqinin nəticəsidir. O, satdığı evdə Vergilər Məcəlləsinin 218- 1.1.5.1-ci maddəsi ilə müəyyən olunan qaydada qeydiyyatda olmasa da, alqı-satqı əməliyyatının aparıldığı günə qədər o, evdə 3 təqvim ilindən artıq müddətdə yaşamış və ev onun mülkiyyətində olan yeganə əmlak olmuşdur. Bu baxımdan evlə bağlı alqısatqı əməliyyatı Məcəlləsinin 218-1.1.5.1-1-ci maddəsi ilə müəyyən olunan qaydada qeydiyyat tələbini əsas olaraq alqı-satqını həyata keçirmiş notariat ofisinə müraciət etməyi tövsiyyə etmişdir. Cavabdehə bundan daha əvvəl, xx.xx.2022-ci il tarixində edilmiş müraciətə cavab olaraq isə cavabdeh onun satılan evdə qeydiyyatda olmadığını müəyyən etdiyindən alqı-satqı əməliyyatına münasibətdə sadələşdirilmiş vergi tətbiq edildiyini qeyd etmişdir. Cavabdehin verdiyi cavabdan aydın olur ki, o, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218-1.1.5.1-ci maddəsi ilə müəyyən olunan qaydada qeydiyyat tələbini əsas olaraq alqı-satqısı əməliyyatına münasibətdə sadələşdirilmiş vergiyə cəlb etmişdir. Halbuki cavabdeh Məcəllənin 218-1.1.5.1-1-ci maddəsi ilə müəyyən edilmiş qaydanı tətbiq etmiş olsaydı evin alqı-satqısı əməliyyatı vergidən azad edilməli idi. Cavabdeh şifahi qaydada Məcəllənin 218-1.1.5.1-1-ci maddəsi ilə müəyyən edilmiş “...o cümlədən ər və arvadın ümumi birgə mülkiyyətində) yalnız bir yaşayış sahəsi olduğu halda” müddəasını da sadələşdirilmiş verginin tətbiqi üçün səbəb olaraq göstərmişdir. Amma müvafiq qaydada real vaxt rejimində əldə etdikləri məlumatlar belə onun həyat yoldaşının adına (başqa) digər yaşayış sahəsinin olmadığını göstərir. Belə ki, alqı-satqı əməliyyatı aparılarkən onun həyat yoldaşının mülkiyyətində Abşeron rayonu Fatmayı kəndi, Qara Qarayev küçəsində yerləşən 0.03 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı ərazi olmuşdur. Qeyd edilən torpaq sahəsində yaşayış sahəsi (ev) yoxdur. Eyni zamanda qeyd edilən torpaq sahəsinin hazırda dövlət məqsədləri üçün alışı nəzərdə tutulduğundan, onunla bağlı hər hansı əməliyyatın aparılmasına qadağa mövcuddur.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 mart 2023-cü il tarixli 2(001)-1021/2023 saylı qətnaməsi ilə (hakim Fərid Hətəmzadə) iddia qismən təmin edilmiş, iddiaçının Abşeron rayonu, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202.1 kv.m olan fərdi yaşayış evinin alqı-satqısına görə ödədiyi 3097,80 manat məbləğində sadələşdirilmiş verginin cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisi tərəfindən iddiaçıya qaytarılması, cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisindən 54 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı alqı-satqı müqaviləsinin obyekti olan Abşeron rayonu, Digah qəsəbəsi, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202.1 kv.m olan fərdi yaşayış evində qeydiyyatda olmasa da 3 ildən çox müddətdə həmin yaşayış sahəsində yaşaması və mülkiyyətində başqa yaşayış sahəsi olmadığından, Abşeron rayonu, Digah qəsəbəsi, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202.1 kv.m olan fərdi yaşayış evinin satılması ilə əlaqədar Vergilər Məcəlləsinin 218-1.1.5.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq vergidən azad olduğu halda, fərdi yaşayış evinə görə 3097,80 manat məbləğində sadələşdirilmiş vergi tutulmuşdur. Belə olan halda iddiaçıdan tutulmuş 3097,80 manat məbləğində sadələşdirilmiş vergi ona qaytarılmalıdır. Lakin iddiaçı cavabdeh qismində Bakı şəhəri 11 saylı Notariat Ofisi ilə yanaşı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti göstərilmiş olsa da, iddiaçı ilə cavabdeh vergi orqanı arasında hüquq münasibəti olmamış, ödəniş edən agent Bakı şəhəri 11 saylı Notariat Ofisi olmuş və buna görə də hüquq münasibəti məhz iddiaçı ilə Bakı şəhəri 11 saylı Notariat Ofisi arasında yarandığından, ödənilmiş 3097,80 manat məbləğində sadələşdirilmiş vergi Bakı şəhəri 11 saylı Notariat Ofisi tərəfindən geri qaytarılmalıdır.
15. Məhkəmə gəldiyi nəticəni Vergi Məcəllənin 17.1, 17.2, 87.3, 87.4, 150.1, 150.3-1, 150.1.9, 218-1.1.5-1, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiqlənmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 4.8, 4.9 və 4.10-cu bəndlərinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
16. Qətnamədən cavabdehlər tərəfindən ayrı-ayrılıqda apelyasiya şikayəti verilmişdir.
17. Dövlət Vergi Xidmətinin apelyasiya şikayətində qətnamənin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilərək, göstərilmişdir ki, məhkəmə iş materiallarında mövcud olan sənədlərə istinad etsə də, həmin sənədlərdə olan məlumatların qarşılıqlı müqayisəsini aparmamış, işin faktik hallarını tam və obyektiv araşdırmamışdır. Məhkəmənin istinad etdiyi müvafiq arayışlarda fərqli ünvanlar göstərilmiş və onlardan heç birinin satılan yaşayış evinin ünvanı ilə uyğunluğunu müəyyən etmək mümkün olmamışdır. Alqı-satqı müqaviləsində təqdim edən fərdi yaşayış evinin Abşeron rayon, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşdiyi göstərildiyi halda məhkəməyə müvafiq qurumlardan təqdim edilmiş arayışlarda aşağıdakı fərqli ünvanlar göstərilmişdir: · ünvan 5nin arayışına əsasən); · Abşeron rayon 712/C ("xxxx" ASC-nin arayışına əsasən); · Abşeron rayon, Digah qəsəbəsi, N 338/A ("xxxx" ASC-nin arayışına əsasən). Digər bir uyğunsuzluq isə təqdim edilən 3 arayışdan 2-nin iddiaçı və ya onun həyat yoldaşının adına deyil, alıcının, yəni X2 adına olmasıdır ki, bu da ciddi uyğunsuzluqdur. Qaytarılmasını tələb etdiyi vergilərin qanunamüvafiq qaydada hesablanması, tutulması və dövlət büdcəsinə ödənilməsinə görə Dövlət Vergi Xidməti hər hansı məsuliyyət daşımadığından iş üzrə cavabdeh qismində göstərilməsi əsassızdır və Xidmətin cavabdeh olduğu işə ümumi məhkəmələrdə baxılması yol verilməzdir.
18. Digər cavabdeh apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iddianın mahiyyətinə görə ümumi məhkəmələrin icraatına aid tələbləri pozulubdur. Çünki artıq ödənilmiş və ya tutulmuş verginin vəsairə tutulmaların geri qaytarılması məhz ilk növbədə inzibati qaydada həll olunur, bu mümkün olmadıqda isə inzibati orqanların üzərinə düşən öhdəliklərin yerinə yetirməməsinə görə məhz İPM-ə əsasən tənzimlənir və məhz bu Məcəllə ilə iddia icraatı həyata keçirilməlidir. Amma işə baxan Məhkəmə bu prosessual hüquq normaları nəzərə almamış, işin hallarına düzgün qiymət verməmiş və nəticədə, məhkəmə aidiyyəti kobud surətdə pozulmuşdur. Bundan başqa Notariat Ofisi cavabdeh olaraq iddiaçı tərəfindən düzgün seçilməmişdir və cavabdehlik daşımayan şəxsə qarşı iddia tələbi irəli sürülmüşdür.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh notariat ofisinin nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
21. Digər cavabdehin nümayəndəsi də öz apelyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etdi.
22. İddiaçının nümayəndəsi isə apelyasiya şikayətlərinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.
23. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Vergi Məcəlləsi
24. Maddə 17.1. Vergi agenti bu Məcəlləyə uyğun olaraq vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxsdir.
25. Maddə 17.2. Vergi agentinin, bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisi ilə eyni hüquqları vardır.
26. Maddə 87.3. Bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır.
27. Maddə 87.4. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
28. Maddə 150.3-1. Notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8 və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur.
29. Maddə 150.1.9. Fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyriyaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2, 102.1.18, 144.1.2 və 144.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilməsi, həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludurlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”
30. Bənd 3.1. Vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir.
31. Bənd 3.2. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin sığortaedənin və ya sığortalının qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
32. Maddə 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
33. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.
34. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.
35. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apelyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə aid hissədə ləğv edilərək, ona aid hissədə iş üzrə icraata xitam verilmişdir.
39. Hazırda qətnamə qalan - digər cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 11 saylı Notariat Ofisinə aid hissədə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 11 saylı Notariat Ofisinə aid hissədə ləğv edilməli və ona qarşı iddia rədd edilməlidir.
41. Göründüyü kimi 07 iyun 2022-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə satıcı İddiaçı Bakı şəhəri 11 saylı notariat ofisi tərəfindən mülkiyyətində olan Abşeron rayonu, Digah qəsəbəsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 202.1 kv.m olan fərdi yaşayış evinə görə 3097,80 manat məbləğində sadələşdirilmiş vergi tutulmuşdur.
42. İddiaçı hazırki tələbində cavabdeh qismində Bakı şəhəri 11 saylı Notariat Ofisini və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini göstərməklə ondan tutulmuş sadələşdirilmiş vergi məbləğinin ona qaytarılmasını tələb etmişdir.
43. İşin yuxarıda qeyd olunan müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının bağladığı alqı-satqı müqaviləsini rəsmiləşdirən notarius vergi agenti olaraq üzərinə qoyulan vəzifəni icra etmiş, iddiaçıdan tutulan vergi məbləği dövlət büdcəsinə köçürülmüşdür. İddiaçı hesab edir ki, həmin vergi ondan səhvən tutulmuşdur, ona görə də həmin vəsaitin geri qaytarılması barədə iddiaçı notariusa və vergi orqanına müraciət etmişdir. Notarius tutulmuş sadələşdirilmiş verginin geri qaytarılması ilə bağlı məhkəməyə və ya vergi orqanına müraciət etməyi tövsiyə etmişdir. Vergi orqanı isə iddiaçıya notariat ofisinə müraciət etməyi tövsiyə etmiş, vergi orqanının müvafiq rəyi təqdim edildikdən sonra onlar tərəfindən büdcəyə artıq ödənilmiş vəsaitin dövlət büdcəsindən geri qaytarılmasının təmin ediləcəyini bildirmişdir.
44. Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”na görə, sadələşdirilmiş vergi səhv tutulduğu təqdirdə, vergi orqanı səhvən ödənilən vergi məbləğini notariusun depozit hesabına qaytarmalı, notarius isə bu məbləği vergi ödəyicisinə qaytarılmalıdır.
45. Bu mənada kollegiyanın qənaətinə görə, vergi agenti qismində fəaliyyət göstərərkən yol verdiyi səhvə görə iddiaçıdan tutulmuş vergi məbləğinə münasibətdə notariusu əsassız varlanmış şəxs hesab etmək və həmin məbləği ondan tutmaq mümkün deyildir. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır; 1092.3-cü maddəsinə görə isə, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir.
46. Beləliklə Kollegiya qeyd edir ki, iddiaçının hazırki tələbinə cavab verməli olan subyekt Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 11 saylı Notariat Ofisi olmamışdır.
47. Nəzərə alınmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatı iddiaçının məhkəməyə təqdim etdiyi ərizə əsasında başlanan icraatdır və iddiasına cavab verməli olan subyekti müəyyənləşdirmək bilavasitə iddiaçının müstəsna hüququdur. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilik yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslərin cavabdeh hesab olunduğunu nəzərdə tutur (MPM-nin 50-ci maddəsi).
48. İddiaçı hazırki tələblə Dövlət Vergi Xidmətinə qarşı çıxış etməlidir, yəni iddiaçı vergi orqanına müraciət etməli, müsbət cavab almadıqda isə inzibati məhkəməyə müraciət etməlidir.
49. Dövlət Vergi Xidmətinə aid hissədə iş üzrə icraata xitam verilməsi barədə Kollegiyanın qərardadında göstərildiyi kimi, iddiaçının hazırki tələbi mülki məhkəmə icraatı qaydasında baxılmalı tələb olmamışdır, çünki hazırki tələb üzrə cavab verməli olan şəxs inzibati orqan - Dövlət Vergi Xidmətidir.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(001)- 1021/2023 saylı qətnaməsi 3097,80 manat məbləğində sadələşdirilmiş verginin cavabdeh Bakı şəhəri 11 saylı Notariat Ofisi tərəfindən İddiaçı qaytarılması hissəsində ləğv edilsin və İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 11 saylı Notariat Ofisinə qarşı iddiası rədd edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.