Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3231/2021 08.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Alahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2nə qarşı X3 üçüncü şəxs qismində cəlb edilməklə) "qiymətləndirmə barədə rəylərin ləğv edilməsi" tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 600/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 MMC-yə qarşı “qiymətləndirmə barədə rəylərin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC tərəfindən ona məxsus Qəbələ şəhərində yerləşən 0,80 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair xx.xx.2019-cu il tarixli QR-2400 saylı “Qiymətləndirmə rəyinin” və 0.78 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair xx.xx.2019-cu il tarixli QR-2400/1 saylı qiymətləndirmə rəyinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-600/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək Cavabdeh1 MMC-nin tərəfindən İddiaçı məxsus Qəbələ şəhərində yerləşən 0,80 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair xx.xx.2019-cu il tarixli QR2400 saylı və 0.78 ha torpaq sahəsinin qiymətləndirilməsinə dair xx.xx.2019-cu il tarixli QR-2400/1 saylı qiymətləndirmə rəyləri ləğv edilmiş və İddiaçı məxsus Qəbələ şəhəri ərazisində yerləşən sahibkarlıq və tikinti məqsədli 0.78 ha torpaq sahəsi 273000 (iki yüz yetmiş üç min) manat və Qəbələ şəhər ərazisində yerləşən 0,80 ha sahibkarlıq məqsədi ilə torpaq sahəsinin orta bazar qiymətinin 280000 (iki yüz səksən min) manat olduğu əsas götürülməklə Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(107)-304/2018 saylı icra sənədinin icrası davam etdirilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı xx.xx.2020-ci il tarixdə apellyasiya şikayəti ilə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 600/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin qismən İddiaçı məxsus Qəbələ şəhəri ərazisində yerləşən sahibkarlıq və tikinti məqsədli 0.78 ha torpaq sahəsi 273000 (iki yüz yetmiş üç min) manat və Qəbələ şəhər ərazisində yerləşən 0,80 ha sahibkarlıq məqsədi ilə torpaq sahəsinin orta bazar qiymətinin 280000 (iki yüz səksən min) manat olduğu əsas götürülməklə Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(107)-304/2018 saylı icra sənədinin icrası davam etdirilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən ünvanlanan xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə daxil olan məktubdan görünür ki, Cavabdeh1 MMC tərəfindən apellyasiya şikayəti verilmiş və bu səbəbdən mülki işin həmin məhkəməyə geri qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 600/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş apellyasiya baxışından çıxarılmalı və işə baxmış məhkəməyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 600/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qətnamədən Cavabdeh1 MMC tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-3231/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3231/2021
08.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver