Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3232/2025 15.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 Gülaoğlan oğlu, İddiaçı9 (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və Yasamal rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələbər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) Cavabdeh qarşı "qeyri-yaşayış sahəsinin giriş-çıxışının binanın həyətinə açılmasının qadağan edilməsi" tələbinə dair; Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMMC-nin Cavabdeh qarşı "mülkiyyət hüquqlarının müdafiəsi, qeyri-yaşayış sahəsinin giriş-çıxışının binanın həyətinə açılmasının qadağan edilməsi” tələbinə dair iddia ərizələri barədə iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsinin giriş-çıxışının binanın həyətinə açılmasının qadağan edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 Gülaoğlan oğlu, İddiaçı9 (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və Yasamal rayon İcra Hakimiyyəti müstəqil tələbər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) Cavabdeh qarşı "qeyri-yaşayış sahəsinin girişçıxışının binanın həyətinə açılmasının qadağan edilməsi" tələbinə dair; mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs "xxxx" MMMC-nin Cavabdeh qarşı "mülkiyyət hüquqlarının müdafiəsi, qeyriyaşayış sahəsinin giriş-çıxışının binanın həyətinə açılmasının qadağan edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-701/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçılar ünvan 1 ünvanında yerləşən binanın sakinləridirlər. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti qeyri-kommersiya hüquqi şəxslərin dövlət reyestrində xx.xx.2024-cü il tarixində qeydiyyatına alınmışdır.
2. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rəhim küçəsi, 539-545-ci məhəllə, ev 4A ünvada yerləşən, ümumi sahəsi 155 kv.m. olan qeyri-yaşayış sahəsi Cavabdeh xüsusi mülkiyyətindədir.
3. Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Məmməd Rahim küçəsi 539-540-cı məhəllə, ev 4A ünvanda yerləşən və mülkiyyətində olan 155,0 kv.m qeyri-yaşayış sahəsinin giriş qapısının blokdan olması səbəbindən bina sakinlərində yaranmış narazılığın aradan qaldırılması məqsədilə giriş-çıxışın təşkil edilməsi üçün mövcud olan vitrin pəncərəsindən qapı açılmasına razılıq verilməsi barədə müraciətə baxılmışdır. Sakinlərin ümumi istifadəsində olan blokdan girişin ləğv edilməsinə və qeyri-yaşayış sahəsinə müstəqil giriş-çıxışın təşkil edilməsi üçün mövcud vitrin pəncərəsinin dəyişdirilərək yerində giriş qapısı olan yeni vitrin-girişin quraşdırılmasına Yasamal Rayon İcra Hakimiyyəti etiraz etmir. Eyni zamanda işlər aparılarkən zəruri təhlükəsizlik tədbirlərinin görülməsi, binanın yükdaşıyan konstruksiyalarına və fasad elementlərinə toxunulmaması, inşaat norma və qaydalarının tələblərinə əməl olunması, girişin qarşısının abadlaşdırılması və ərazinin sanitar təmizliyinin qorunması ona (Cavabdeh) tapşırılır.
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçılar İddiaçı1 və qeyriləri Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və Yasamal rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələbər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı "qeyri-yaşayış sahəsinin girişçıxışının binanın həyətinə açılmasının qadağan edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 4 ünvanında yerləşən qeyriyaşayış sahəsinin giriş-çıxışının binanın həyətinə açılmasının qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binanın sakinləridirlər. Yuxarıda qeyd olunan ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş 16-18 mərtəbəli yaşayış binasının təsdiq edilmiş texniki pasportu və digər müvafiq tikinti-texniki icazə sənədlərinə əsasən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin giriş-çıxışı binanın həyət tərəfindən deyil, blok tərəfindən nəzərdə tutulmuşdur. Bir müddət əvvəl cavabdeh sakinlərlə ciddi mübahisələrinə və sakinlərin qəti narazılıqlarına baxmayaraq, “necəsə” özünə məxsus qeyri-yaşayış sahəsinin giriş-çıxışını küçə tərəfdən deyil, binanın həyəti tərəfdən açmağa “müvəffəq oldu” və orada stomatoloji klinika açdı. Həmin klinika uşaqların oyun meydançasının düz yanında olmaqla, uşaqların normal oyun oynamasına hazırda da maneə yaradır. Bununla bağlı dəfələrlə Cavabdehla aralarında mübahisələr yaranmış, hazırda da davam etməkdədir. Cavabdeh bu layihəsini uğurla həyata keçirdiyindən ilhamlanaraq onun yanında olan qeyri-yaşayış sahəsini də alaraq, hazırda aidiyyəti dövlət qurumlarının da “dəstəyi” və “köməyi” ilə onun da giriş-çıxışını həyətə açmağı planlayır və bu yöndə artıq aktiv hərəkətlərə başlamışdır. Bu hərəkətlər isə açıq-aşkar sakinlərin konstitusion hüququ olan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Belə ki, cavadeh tərəfindən müvafiq qanunvericiliyə uyğun olmayaraq, onların istəyi və razılığı olmadan qeyri-yaşayış sahəsinin giriş-çıxışının sakinlərin ümumi mülkiyyətində olan binanın həyətinə açılması onların və uşaqların həyətdən normal şəkildə istifadə etməsinə, həyətə düşüb normal gəzmək, oynamaq və sair bu kimi hüquqlarının pozulmasına səbəb olmaqla, həyəti cavabdeh və onun kimi digər qeyri-yaşayış sahəsi alanların “şəxsi biznes məkanina” çevirəcək ki, bu da yolverilməzdir. Xüsusilə nəzərə alınmalıdır ki, həmin sahə sakinlərin uşaqlarının oyun meydançası olan ərazini də əhatə edir. Lakin məlum olduğu kimi həmin bina sakinlərinin hamısının bu və ya digər səbəbdən hazırkı ərizə ilə çıxış etmək imkanı yoxdur. Bu hal isə mülki qanunvericilikdə çox mükəmməl qaydada tənzimlənmişdir. Yuxarıda qeyd edilənlərdən də göründüyü kimi, hazırkı ərizə ilə məhkəməyə müraciət edən onlar çoxmənzilli binanın mülkiyyətçiləri kimi həm də bütün digər mülkiyyətçilərin xeyrinə ümumi mülkiyyətdə olan sahələrin qorunmasını təmin etməyə çalışırlar ki, bu da istinad olunan normaların tələblərinə tam uyğundur. Əvvəldə də bildirdikləri kimi binanın original texniki pasportu və digər müvafiq tikinti-texniki icazə sənədlərində sözügedən binanın bütün qeyri-yaşayış sahələrinin giriş-çıxışları binanın blok tərəfindən nəzərdə tutulmuşdur. Bununla bağlı, tərəflərindən hazırda cavabdehə məxsus analoji qeyri-yaşayış sahəsinin əvvəlki mülkiyyətçisinə məxsus texniki pasport da təqdim edilir. Həmin texniki pasporta vizual baxmaq kifayətdir ki, müəyyən edilsin ki, həqiqətən də onların dedikləri əsaslıdır və giriş-çıxışlar məhz blokdan nəzərdə tutulmuşdur. Hazırkı halda isə cavabdeh qanunsuz və əsassız olaraq, özünə məxsus qeyri-yaşayış sahəsinin giriş-çıxını həyət tərəfdən açmağa səy göstərir. Halbuki, yuxarıda istinad olunan müvafiq maddi hüquq normalarından da göründüyü kimi binanın həyəti ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə, yəni onlara məxsusdur. Cavabdehin qeyri-yaşayış sahəsinin giriş-çıxışını həyət tərəfdən etməsi bütün bina sakinlərinə məxsus həyətin onların istifadəsində olan hissəsinin azaldılmasına və onların yuxarıda sadaladıqları məhrumiyyətlərlə üzləşməsinə gətirib çıxaracaq ki, bu da qanuna zidd olmaqla, onların sakinlərə məxsus binanın həyətindən normal istifadə etmək hüquqlarını pozmaqdadır. Yuxarıda qeyd etdikləri normalardan müəyyən olunduğu kimi çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir.
12. Məhkəmə gedişatında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində işə qoşulmuş "xxxx" MMMC məhkəməyə iddia ərizəsi verərək, Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin girişçıxışının binanın həyətinə açılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. "xxxx" MMMC-nin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş 16-18 mərtəbəli yaşayış binasının təsdiq edilmiş layihə və digər müvafiq tikinti-texniki icazə sənədlərinə əsasən binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinin giriş-çıxışı binanın həyət tərəfindən deyil, blok tərəfindən nəzərdə tutulmuşdur. Bir müddət əvvəl cavabdeh sakinlərlə ciddi mübahisələrinə və sakinlərin qəti narazılıqlarına baxmayaraq, “necəsə” özünə məxsus qeyri-yaşayış sahəsinin giriş-çıxışını küçə tərəfdən deyil, binanın həyəti tərəfdən açmağa “müvəffəq oldu” və orada stomatoloji klinika açdı. Həmin klinika uşaqların oyun meydançasının düz yanında olmaqla, uşaqların normal oyun oynamasına hazırda da maneə yaradır. Bununla bağlı dəfələrlə Cavabdehla aralarında mübahisələr yaranmış, hazırda da davam etməkdədir. Hörmətli Cavabdeh bu layihəsini uğurla həyata keçirdiyindən ilhamlanaraq onun yanında olan qeyri-yaşayış sahəsini də alaraq, hazırda aidiyyəti dövlət qurumlarının da “dəstəyi” və “köməyi” ilə onun da giriş-çıxışını həyətə açmağı planlayır və bu yöndə artıq aktiv hərəkətlərə başlamışdır. Bu hərəkətlər isə açıqaşkar sakinlərin konstitusion hüquqları olan mülkiyyət hüquqlarının pozulması ilə nəticələnir. Belə ki, cavabdeh tərəfindən müvafiq qanunvericiliyə uyğun olmayaraq, onların istəyi və razılığı olmadan qeyri-yaşayış sahəsinin giriş-çıxışının onlar sakinlərin ümumi mülkiyyətində olan binanın həyətinə açılması onların və uşaqların həyətdən normal şəkildə istifadə etməsinə, həyətə düşüb normal gəzmək, oynamaq və sair bu kimi hüquqların pozulmasına səbəb olmaqla, həyəti cavabdeh və onun kimi digər qeyri-yaşayış sahəsi alanların “şəxsi biznes məkanına” çevirəcək ki, bu da yolverilməzdir. Xüsusilə nəzərə alınmalıdır ki, həmin sahə sakinlərin uşaqlarının oyun meydançası olan ərazini də əhatə edir. Əvvəldə də bildirdiyi kimi binanın layihəsində və digər müvafiq tikinti-texniki icazə sənədlərində sözügedən binanın bütün qeyri-yaşayış sahələrinin giriş-çıxışları binanın blok tərəfindən nəzərdə tutulmuşdur. Hazırkı halda isə cavabdeh qanunsuz və əsassız olaraq, özünə məxsus qeyri-yaşayış sahəsinin giriş-çıxışını həyət tərəfdən açmağa səy göstərir. Halbuki, yuxarıda istinad olunan müvafiq maddi hüquq normalarından da göründüyü kimi binanın həyəti ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə, yəni sakinlərə məxsusdur. Cavabdehin qeyri-yaşayış sahəsinin giriş-çıxışını həyət tərəfdən etməsi bütün bina sakinlərinə məxsus həyətin istifadəsində olan hissəsinin azaldılmasına və onların yuxarıda sadaladıqları məhrumiyyətlərlə üzləşməsinə gətirib çıxaracaq ki, bu da qanuna zidd olmaqla, onların sakinlərə məxsus binanın həyətindən normal istifadə etmək hüquqlarınızı pozmaqdadır. Yuxarıda qeyd etdiyi normalardan müəyyən olunduğu kımı çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız binanın bütun sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir.
14. Məhkəmə tərəfindən həmin ərazidə yerində müayinə keçirilmiş və müəyyən olunmuşdur ki, Cavabdeh mülkiyyətində olan qeyri-yaşayış sahəsindən binanın həyətə baxan tərəfindən giriş-çıxış qapısı qoyulması üçün pəncərədən qapı yeri açılmış və sonradan hörülmüşdür. Bina sakinlərinin bildirdiyinə görə binanın baş tərəfində olan qeyriyaşayış sahəsində stomotoloji klinika fəaliyyət göstərir. Həmin klinika cavabdehə məxsusdur. Klinikaya binanın blokundan daxil olmaq mümkündür. Bundan əlavə, klinikadan binanın həyətinə giriş-çıxış qapısı da qoyularaq dəmir qəfəslə əhatələnmişdir. İddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil1 bildirdi ki, cavabdeh, iddiada qeyd edilən, təmiri başa çatmamış qeyri-yaşayış sahəsindən binanın həyətinə birbaşa giriş-çıxış üçün qapını pəncərədən açmaq istəyir və bununla bağlı addımlar atır. Obyektin giriş çıxışının binanın həyətindən açılması sakinlərin həyətə düşüb normal gəzmək, uşaqların oynamaq və sair bu kimi hüquqlarının pozulmasına səbəb olacaq. Xüsusilə nəzərə alınmalıdır ki, həmin sahə sakinlərin uşaqlarının oyun meydançası olan ərazini də əhatə edir. "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisi Orxan Kərimov bildirdi ki, layihə sənədinə əsasən açılacaq obyektin olduğu hissədə qapı deyil, pəncərə qoyulması nəzərdə tutulmuşdur. Verilən suala cavab olaraq bildirdi ki, çoxmərtəbəli yaşayış binasının layihəsindən görünür ki, binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinə girişçıxış binanın həyəti tərəfdən deyil, blok tərəfdən nəzərdə tutulmuşdur.
15. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)- 701/2025 nömrəli qətnaməsi ilə (hakim A.R.Sultanova-Məmmədova) iddia ərizələri təmin edilmiş, Cavabdeh ona məxsus ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin girişçıxışının binanın həyətinə açılmasının qadağan edilməsi qət edilmişdir.
16. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçılar "xxxx" MTK tərəfindən inşa edilən, ünvan 1 ünvanında yerləşən binanın sakinləridirlər. Həmin binanın birinci mərtəbəsində cavabdehə məxsus qeyr-yaşayış obyekti mövcuddur. Hazırki mübahisənin mahiyyətini Cavabdeh tərəfindən özünə məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin giriş-çıxışını küçə tərəfdən deyil, binanın həyəti tərəfdən açması təşkil edir.
17. İş materiallarına əlavə edilmiş çoxmərtəbəli yaşayış binasının təsdiq edilmiş layihəsindən açıq-aşkar görünür ki, binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahələrinə giriş-çıxış binanın bloku tərəfindən nəzərdə tutulmuşdur. Qeyri-yaşayış sahələrindən binanın həyətinə ayrıca giriş-çıxışın açılması nəzərdə tutulmamışdır.
18. Birgə iddiaçılar və müstəqil iddia irəli sürən üçüncü şəxs cavabdehə məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin giriş-çıxışının binanın həyətinə açılmasının qadağan edilməsini tələb edir.
19. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.3-cü maddəsinə əsasən çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Belə olduğu halda, məhkəmə hesab etmişdir ki, hər iki iddia tələbi əsaslı olub təmin edilməlidir.
20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.4, 213.6-cı maddələrinə, Mənzil Məcəlləsinin 35.1, 35.2, 35.3, 35.4, 37.1, 37.2-ci maddələrinə, Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
21. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, üçüncü şəxs "xxxx" MMMC-nin iddia ərizəsinin baxılmamış saxlanılması haqqında qərardad və iddiaçılar İddiaçı1 və qeyrilərinin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində hüquqi mövqeyini həm də Mənzil Məcəlləsinin 35.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır. Qanunun həmin normasında bildirilir ki, çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Qanunun bur norması hazırkı mülki mübahisəyə münasibətdə tətbiq edilə bilməz, ona görə ki, Cavabdeh xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinin giriş-çıxışının binanın həyətinə açılması həmin çoxmənzilli binada ümumi mülkiyyətin azalması ilə nəticələnmir, yalnız oradan istifadə edilməsindən ibarətdir. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, Mənzil Məcəlləsinin 35.5-ci maddəsində müəyyən edilmişdir ki, çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsi digər şəxslərin məhdud istifadə hüququ ilə yüklü edilə bilər. Eyni zamanda bildirir ki, hazırkı mülki mübahisə ilə bağlı Mülki Məcəllənin 152.5-ci maddəsində nəzərdə tutlan şərtin əlamətləri də mövcud deyildir. Həmin normaya görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Beləliklə, yuxarıda şərh edilən fakt və hallarla iddia ərizəsinin təmin edilməsi üçün hüquqi əsas mövcud deyildir. Bu səbəbə görə də birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı sayıla bilməz. Bundan başqa, müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulmuş "xxxx" MMMC-nin hüquqi şəxs qismində dövlət qeydiyyatına alınması, bununla da, mülki prosessual hüquq qabiliyyətinə malik olması, onun hansı hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiə edilməsindən ötrü məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etməsi, bununla bağlı subyektiv hüququnun olması barədə mülki işdə heç bir sübut mövcud deyildir. Həmçinin bildirir ki, fiziki şəxslər olan iddiaçıların iddia tələbinin predmeti və əsası ilə müstəqil tələb irəli sürən üçüncü şəxs "xxxx" MMMC-nin iddia tələbinin predmeti və əsası eynilik təşkil edir. Belə vəziyyətdə "xxxx" MMMC-nin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində işdə iştirak etməsi MPM-nin 55.1cimaddəsinin məna və məzmununa uyğun deyildir. Çünki, MPM-nin 55.1-ci maddəsində göstərilir ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. "xxxx" MMMC qanunla müəyyən edilmiş qaydada mülki prosessual hüquq qabiliyyətinə malik hüquqi şəxs sayılarsa, onda MPM-nin 51.1-ci maddəsinə müvafiq olaraq, o, işdə müştərək iddiaçı qismində iştirak edə bilərdi. Lakin mülki işdə "xxxx" MMMC-nin hüquqi şəxs qismində dövlət qeydiyyatına alınmasını təsdiq edən heç bir sübut olmadığına görə MPM-nin 152.1-ci və 152.1.2-ci maddələrinin tələblərinə uyğun olaraq, onun iddia ərizəsi məhkəmənin icraatına qəbul edilməməli, geri qaytarılmalı idi. Ancaq, artıq icraata qəbul edildiyinə görə "xxxx" MMMC-nin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxs qismində iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməli idi. Barəsində mübahisə gedən qeyri-yaşayış sahəsinin yerləşdiyi ünvanda yerində müayinə keçirilən zaman mübahisənin həllindən ötrü DƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisinin şifahi məsləhətinə sübut qismində istinad edilmişdir. Tərəflərin tələb və etirazlarını əsaslandıran hallarla bağlı məhkəməyə təqdim edilə bilən sübut növlərinin müəyyən edildiyi MPM-in 76cı maddəsində “mütəxəssis rəyi” adlı sübut növü nəzərdə tutulmamışdır. Həmçinin qeyd edir ki, mülki iş üzrə müvafiq ekspertiza təyin edilməmiş və qoyulan suallar üzrə ekspert rəyi alınmamışdır. Göründüyü kimi, birinci instansiya məhkəməsi gəldiyi qənaəti əsaslandırmaq üçün ekspert rəyinə deyil, mütəxəssisin şifahi məsləhətinə sübut qismində istinad etmişdir. İşdə olan Yasamal RİHB-nin müavininin Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, sakinlərin ümumi istifadəsində olan blokdan girişin ləğv edilməsinə və qeyri-yaşayış sahəsinə müstəqil giriş-çıxışın təşkil edilməsi üçün mövcud vitrin pəncərəsinin dəyişdirilərək yerində giriş qapısı olan yeni vitringirişin quraşdırılmasına Yasamal RİH etiraz etmir. Bu hüquqverən sənədlə təsdiq edilir ki, cavabdeh xüsusi mülkiyyətində olan qeyri-yaşayış sahəsinə müstəqil giriş-çıxışın açılmasını özbaşına deyil, tikinti norma və qaydaların ariayət etməklə rayon icra hakimiyyətinin icazəsi əsasında həyata keçirir. Ona görə də cavabdeh tərəfindən göstərilən ünvanda qeyri-yaşayış sahəsinə müstəqil giriş-çıxış açması qanunsuz sayıla və qadağan edilə bilməz.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
24. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə və üçüncü şəxslərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Xəqani qızı elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, xx.xx.2025-ci il tarixində 10 saat çəkən ağır cərrahi əməliyyat keçirdiyindən üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmiş, xəstəliklə bağlı arayışı növbəti məhkəmə iclasında təqdim edəcəyini bildirmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
25. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, iddiaçılarla müstəqil tələb irəli sürən üçüncü şəxsin tələbləri eynidir. Belə olan halda müstəqil tələb irəli sürən üçüncü şəxs işə iddiaçı qismində qoşulmalı idi. Eyni zamanda, "xxxx" MMMC-nin qeydiyyatdan keçməsi ilə bağlı hər hansı sənəd təqdim edilməmişdir. Cavabdehin qeyri-yaşayış sahəsinə qeyd etdiyi sahədən giriş və çıxışın açılmaması onun hazırki və gələcək hüquqlarını məhdudlaşdırır. Əlavə olaraq bildirir ki, icra hakimiyyətindən müvafiq razılıq da alınmışdır. Hesab edir ki, cavabdehə məxsus hissə yaşayış sahəsi olmadığı üçün ümumi blokdan giriş edilməməlidir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1098.1. Gələcəkdə zərər vurulması təhlükəsi bu cür təhlükəni yaradan fəaliyyətin qadağan edilməsi barədə iddiaya əsas verə bilər. Maddə 1098.2. Əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər. Maddə 1098.3. Məhkəmə müvafiq fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi barədə iddiadan yalnız o halda imtina edə bilər ki, həmin fəaliyyətin dayandırılması və ya ona xitam verilməsi dövlət mənafelərinə zidd olsun. Bu cür fəaliyyəti dayandırmaqdan və ya ona xitam verməkdən imtina edilməsi zərərçəkənləri həmin fəaliyyətlə vurulmuş zərərin əvəzinin ödənilməsi hüququndan məhrum etmir.
27. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Maddə 35.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Maddə 35.3. Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir. Maddə 119.1. Çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Maddə 122.2. Əgər bu çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarını və qanuni mənafelərini pozmursa, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti aşağıdakı hüquqlara malikdir: Maddə 122.2.1. çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini istifadəyə və ya məhdud istifadəyə vermək; Maddə 122.2.2. qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş qaydada çoxmənzilli binanın ümumi əmlakının bir hissəsində əlavə tikinti və yenidənqurma işləri (o cümlədən ümumi əmlakın genişləndirilməsi və ya üstünün tikilib artırılması) aparmaq; Maddə 122.2.3. torpaq sahələrini mənzil tikintisinin həyata keçirilməsi, təsərrüfat və digər tikililərin tikilməsi və sonradan istismar edilməsi məqsədi ilə istifadəyə götürmək və ya çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə satın almaq; Maddə 122.2.4. qanunvericiliyin tələblərinə uyğun olaraq çoxmənzilli binanın sahə mülkiyyətçiləri adından və onların hesabına həmin binaya bitişik olan ayrılmış torpaq sahələrində tikinti işləri aparmaq; Maddə 122.2.5. əqdlər bağlamaq və cəmiyyətin məqsəd və vəzifələrinə uyğun olan digər hərəkətlər etmək. Maddə 123.0. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələri aşağıdakılardır: 123.0.7. sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən üçüncü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək; 123.0.8. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qanuni mənafelərini, o cümlədən üçüncü şəxslərlə münasibətlərdə təmsil etmək.
28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 55.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Hazırkı işdə iddia tələbləri təmin edildiyindən və apellyasiya şikayətində cavabdeh qətnaməni bütövlükdə mübahisələndirdiyindən, qətnamənin əsaslığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. İşdən müəyyən olunur ki, iddiaçılar ünvan 1 ünvanında yerləşən binanın sakinləridirlər. Həmin binanın sahə mülkiyyətçilərinin könüllü birliyi əsasında "xxxx" MMMC yaradılmışdır.
33. Cavabdeh binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisidir və həmin sahəyə giriş-çıxış layihə sənədlərində binanın ümumi dəhlizindən (blokdan) nəzərdə tutulmuşdur.
34. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/4340 nömrəli ekspert rəyinə əsasən, "xxxx" MTK-nın təsdiq edilmiş layihə sənədlərində ünvan 1 ünvanında yerləşən, Cavabdeh xüsusi mülkiyyətində olan həmin ünvandakı qeyri-yaşayış sahəsində binanın həyətinə giriş-çıxış üçün qapının açılmasının nəzərdə tutulmadığı, sözügedən qeyriyaşayış sahəsinə giriş-çıxışın layihə sənədlərində binanın ümumi dəhlizindən (blokdan) nəzərdə tutulduğu müəyyən edilmişdir. Yaşayış binasının təsdiq edilmiş layihə sənədlərinə əsasən, cavabdeh tərəfindən inşa edilmiş yeni qapının yaşayış kompleksinin həyətyanı sahəsinə doğru açıldığı müəyyən edilmişdir.
35. İş materiallarından müəyyən edilir ki, cavabdeh binanın divarında söküntü işi apararaq ümumi həyətə açılan pəncərəni qapı ilə əvəz etmiş, əlavə olaraq pilləkən konstruksiyası inşa etmişdir (İş s.138-140).
36. Cavabdeh bununla bağlı Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən ona ünvanlanmış xx.xx.2024-cü il tarixli məktuba istinad etsə də, həmin məktubda binanın yükdaşıyan konstruksiyalarına və fasad elementlərinə toxunulmaması tapşırılmışdır.
37. Bundan başqa, qanunvericiliyə əsasən binanın həyəti ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə məxsus olduğundan həyətin ərazisinin azalması ilə nəticələnən işlərin görülməsi barədə qərar Yasamal Rayon İcra Hakimiyyətinin razılığı əsasında deyil, mülkiyyətçilərin razılığı əsasında həyata keçirilə bilər.
38. Göründüyü kimi, binanın layihə sənədlərində nəzərdə tutulmadığı halda, cavabdehin qanunsuz olaraq yaşayış kompleksinin həyətyanı sahəsinə doğru yeni qapı açması sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə ilə bağlı qanunla qorunan hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarır.
39. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə onu da qeyd edir ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, "xxxx" MMMC qeyrikommersiya hüquqi şəxslərin dövlət reyestrində xx.xx.2024-cü il tarixində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, "xxxx" MMMC tərəfindən hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçün şəxs qismində iddia ərizəsi verilməsi mülki-prosessual qanunvericiliyin tələblərinə zidd deyil. Belə ki, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə (hazırki iş üzrə cavabdehə) qarşı iddia irəli sürməklə işə qarışa bilərlər.
40. O da qeyd edilməlidir ki, Mənzil Məcəlləsinin yuxarıda istinad olunan müddəalarına görə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin vəzifələrindən biri də sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən üçüncü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görməkdir. Hazırki iddia tələbinin həm sahə mülkiyyətçiləri, həm də MMMC tərəfindən üçüncü şəxs qismində irəli sürülməsi qanunvericiliyin tələblərinə zidd deyil.
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 392, 393, 402.1, 405, 406.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-701/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakimlər: