Məhkəmə qərarları › İş №2(103)-3243/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3243/2022

15.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3243/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər - Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsilə, Fuad Fikrət oğlu Babayevdən və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2, X4, Cavabdeh8 və Cavabdeh9 qarşı "mənzildən çıxarılma və s." tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 963/2022 saylı, 22.02.2022-ci il tarixli qərardadından İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2, X4, Cavabdeh8 və Cavabdeh9 qarşı "mənzildən çıxarılma və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-963/2022 saylı, 22.02.2022-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti Başçısının 51 nömrəli 04 mart 2020-ci il tarixli sərəncamının ləğv olunması” tələbinə dair 2-1(112)-5017/2022 saylı inzibati mübahisə üzrə iş üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X2, X4, Cavabdeh8 və Cavabdeh9 qarşı "mənzildən çıxarılma və s." tələbinə dair 2(102)- 963/2022 saylı mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə şikayət verərək Nəsimi rayon Məhkəməsinin 2(006)-963/2022 saylı 22.02.2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdehlər hazırki, mübahisə ilə heç bir əlaqəsi olmayan başqa bir şəxsin Bakı İnzibati məhkəməsidə qaldırdığı iddia ərizəsini məhkəmə təqdim etmişlər. Hansı ki, həmin şəxs Bakı şəhər İcra Hakimiyyətinin 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamının tam ləğvini tələb etmişdir. Lakin bu ona əsas vermir ki, həmin iş üzrə məhkəmə mübahisəsi məhz Bakı şəhər İcra Hakimiyyətinin 04 mart 2020-ci il tarixli 51 saylı sərəncamının tam ləğvi ilə bağlı məsələni araşdıracaqdır. Belə olan halda məhkəmə tərəfindən başqa şəxsin iş üzrə tərəf olmayan şəxsin Bakı inzibati məhkəməsində qaldırdığı iddiasına əsaslanaraq hazır ki, məhkəmə mübahisənin dayandırılması əsassızdır. Xüsusi ilə qeyd etmək istərdik ki, həmin sərəncamın icrası ilə bağlı iddiaçı tərəfindən 100-ə yaxın ailənin mənzilləri sökülmüş və yeni tikiləcək mənzillərin verilməsi ilə bağlı razılıq əldə edilmişdir. Məqsəd odur ki, əsassız olaraq məhkəmə işinin uzadılması ilə iddiaçı tərəfindən sərəncamın icrasına maneçilik yaratmaqdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli 2(006)- 963/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin maddələrinə görə: 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3. Şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, icraatın dayandırılması barədə ərizə təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi mülki işin icraatının dayandırılmasını onunla əsaslandırmışdır ki, iddiaçı X1 cavabdehlər Bakı şəhər İcra Hakimiyyətinə və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün torpaq sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin istifadəsinə verilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının 51 nömrəli 04 mart 2020-ci il tarixli sərəncamının ləğv olunmasına dair iddia ərizəsi Bakı İnzibati Məhkəməsinin icraatındadır. Lakin birici instansiya məhkəməsi cavabdehlərin hazırki, mübahisə ilə heç bir əlaqəsi olmayan başqa bir şəxsin Bakı İnzibati məhkəməsidə qaldırdığı iddia ərizəsini məhkəmə təqdim etmələrinə, münasibət bildirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) əsasən 254.1.4 və 256.0.3-cü maddələrinə müvafiq olaraq Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, hakim iş üzrə icraatı məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər dayandırmalıdır. Qanunun mənasından göründüyü kimi mülki qaydada baxılan başqa bir iş o halda icraatın dayandırılmasının məcburi əsası kimi çıxış edir ki, həmin iş həll edilməyincə digər işə baxmaq mümkün olmasın. Göründüyü kimi, cavabdehlər hazırki, mübahisə ilə heç bir əlaqəsi olmayan başqa bir şəxsin Bakı İnzibati məhkəməsidə qaldırdığı iddia ərizəsini məhkəmə təqdim etmişlər. Hansı ki, həmin şəxs Bakı şəhər İcra Hakimiyyətinin 04 mart 2020-ci il tarixli 51 saylı Sərəncamının tam ləğvini tələb etmişdir. Lakin bu ona əsas vermir ki, həmin iş üzrə məhkəmə mübahisəsi məhz Bakı şəhər İcra Hakimiyyətinin 04 mart 2020-ci il tarixli 51 saylı sərəncamının tam ləğvi ilə bağlı məsələni araşdıracaqdır. Bu mənada qeyd olunan sərancamın icrası ilə bağlı iddiaçı tərəfindən 100-ə yaxın ailənin mənzilləri sökülməsi və yeni tikiləcək mənzillərin verilməsi ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, hazırda həmin ərazidə aparılan tikinti işlərinin dayandırılmasının 100-ə yaxın ailənin qanuni maraqlarını pozulmasına və əsassız olaraq məhkəmə işinin uzadılmasına gətirib çıxaracaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı əsasla icraatın dayandırılması barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də mübahisələndirilən qərardad ləğv edilməli, iş üzrə icraatın dayandırılması barədə cavabdehin ərizəsi təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-963/2022 saylı, 22.02.2022-ci il tarixli qərardadı ləğv edilsin. Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı X1 cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “Bakı şəhər İcra Hakimiyyəti Başçısının 51 nömrəli 04 mart 2020-ci il tarixli sərəncamının ləğv olunması” tələbinə dair 2-1(112)-5017/2022 saylı inzibati mübahisə üzrə iş üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənədək, hazırkı iş üzrə icraatın dayandırılması barədə cavabdehin vəsatəti təmin edilməsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Hakim Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar