Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3245/2023 27.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh hüquqi varisi Şahid qarşı iddia tələbi ilə əlaqədar (Açar sözlər: təmir xərclərinin ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, Cavabdehin hüquqi varisi Şahid nümayəndəsi və vəkili Vəkil4 iştirakı ilə, İddiaçı Cavabdeh hüquqi varisi Şahid qarşı “təmir xərclərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1153/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları
1. İddiaçı cavabdeh olmuş Cavabdeh keçmiş gəlinidir.
2. İddiaçı Cavabdeh oğlu X3 ilə 2004-cü il tarixdə evləndikdən və övladları xx.xx.2005-ci il təvəllüdlü X4 doğulduqdan sonra cavabdehin mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən mənzilə köçmüşdür.
3. İddiaçı ilə T.Kazımov arasında olan nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.
4. ünvan 1 ünvanda yerləşən mənzil təmir edilmişdir.
5. ünvan 1 ünvanda Cavabdeh yaşamamış, həmin ünvanda iddiaçı və onun keçmiş əri yaşamışlar.
6. İddiaçı ilə onun keçmiş ərinin münasibətləri 2015-ci ildə faktiki olaraq pozulmuş, onlar mübahisəli mənzildə birlikdə yaşasalar da, otaqlarını ayırmışlar, T.Kazımov mənzili 2020-ci ilin əvvəllərində tərk etmişdir.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)-252/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospektində yerləşən 73 nömrəli evin 56 nömrəli mənzilinə köçürülməsi, İddiaçı Xalid qızına 16.200 manat məbləğdə kompensasiya verilib, övladı X5 ilə birlikdə həmin mənzilə olan istifadə hüquqlarına xitam verilməklə, onların həmin mənzildən çıxarılmaları qət edilmişdir.
8. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinə görə, aparılmış hesablamalar və təhlillərə əsasən ünvan 2 ünvanda yerləşən mənzilin daxilində görülən təmir-tikinti işlərinin həcmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 18.023,70 manat təşkil edir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ünvan 3 ünvanda yerləşən 56 nömrəli mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olan 18.023 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 144 manatın, ümumilikdə 18.144,023 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddianın əsaslarına görə, mənzili birgə nikah dövründə əldə etmişlər. Sadəcə olaraq gələcəkdə baş verə biləcək neqativ halları nəzərə almadan mənzili qayınanası Cavabdeh adına rəsmiləşdirmişlər. Cavabdeh heç vaxt hazırkı mənzildə yaşamamış və həmin mənzilin əldə edilməsində heç bir maddi vəsaiti olmamışdır. Sözügedən mənzildə o, keçmiş həyat yoldaşı və övladları yaşamışlar. 2004-cü ildən həmin mənzilə köçmüş və mütəmadi olaraq mənzildə tərəfindən təmir işləri aparılmışdır. Sonuncu dəfə 2019-cu ildə həmin mənzili təmir etməyə başlamışdır və mənzilin təmiri 2020-ci ildə yekunlaşmışdır. Təmir xərclərinə ümumilikdə 18.023 manat 70 qəpik miqdarda vəsait xərcləmiş və bununla bağlı "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə mütəxəssis rəyi tərtib edilmiş və mənzilin təmirinə çəkilmiş xərcin dəyəri 18.023 manat müəyyən edilmişdir. Həmin xərcin onun tərəfindən ödənilməsini təsdiq edəcək şahidlər vardır. Hesab edir ki, tərəfindən həmin mənzilə çəkilən xərc mənzilin şəraitini yaxşılaşdırmaqla onun bazar dəyərini faktiki olaraq artırdığından və onun istifadə hüququna məhkəmə qətnaməsi ilə xitam verildiyindən, həmin təmir xərci cavabdehdən tutularaq ona ödənilməlidir.
11. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-1153/2022 nömrəli, 17 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Q.Əliyeva) iddia rədd edilmişdir.
12. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı mübahisələndirilən mənzilin təmir edilməsi halı öz təsdiqini tapsa da, mənzilin təmirinin məhz iddiaçı tərəfindən edilməsi və təmir üçün çəkilmiş xərclərinin iddiaçı tərəfindən ödənilməsi halı öz təsdiqi tapmamış, kompensasiya məbləği müəyyən edilərkən mənzilin təmirli olduğu nəzərə alınmış və kompensasiya da təmirli mənzil üçün müəyyənləşdirilmişdir. İddiaçı isə mənzili təmir etmək üçün cavabdehə məlumat verməsinə, cavabdehə xəbərdarlıq edilməsinə, cavabdeh tərəfindən ona razılıq verilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və başqasının mülkiyyətində olan əmlakla bağlı tapşırıqsız təmir işləri aparmışdır. İddiaçı mənzilin məhz onun tərəfindən təmir edilməsinə, mənzililin təmirinə məhz 18023,70 manat vəsait sərf etməsinə, mənzilin təmiri üçün formalaşdırılan vəsaitin ona məxsus olmasına, mənzilin təmirində onunla birlikdə yaşamış şəxslərin iştirak etməməsinə dair iddia tələbində istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmiş, iddiasını həmin hallara uyğun əsaslandırmamış, iddia ərizəsində qeyd olunan xüsusatlar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
13. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7, 1094, 1087.1 və 1088.1-ci maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
14. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən dəvət olunmuş Şahid məhkəməyə verdiyi ifadəyə nəzər saldıqda onun evi təmir edən ustaların pulunun anası guya tərəfindən verildiyini şəxsən görmədiyi müəyyən edilir. O sadəcə cavabdehdən – anasından eşitdiklərinə əsasən hadisədən xəbərdar olduğunu, evdə ən sonuncu dəfə 2009-2010-cu illərdə olduğunu ifadəsində göstərirlər. Məlumdur ki, qanunvericilik normalarına əsasən şahidin başqa şəxsin dediklərinə istinadən verdiyi ifadə və izahatlar sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi, məhkəmə şahid ola bilməyən şəxsin ifadəsini rəhbər tutaraq guya evin təmir xərclərinin cavabdeh və oğlu tərəfindən qarşılanması qənaətinə gəlmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5992/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova, V.Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, iddiaçı hazırkı iddia tələbini əsaslandırdığı faktiki halı, yəni ünvan 4 ünvanında yerləşən 56 saylı mənzilin təmirinə 18 023 manat xərc çəkdiyini əvvəllər ona qarşı qaldırılmış “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbinə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxıldığı zaman da irəli sürmüş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə kompensasiya məbləği müəyyənləşdirilərkən bu hal nəzərə alınmışdır.
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 06 mart 2023-cü il tarixli, 2(102)-320/2023 saylı qərarı ilə (hakimlər V.Məmmədov (sədrlik edən və məruzəçi), Z.Əliyev və A.Abbasov) kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5992/2022 nömrəli iş üzrə 15 sentyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilmişdir.
ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş, "xxxx" tərəfindən verilmiş rəy 2021-ci ildə hazırlanmışdır. Yəni evin təmirindən sonra hazırlanmışdır. Rəydə təmirin məhz İddiaçı tərəfindən edildiyi və təmirin məhz iddiaçı tərəfindən 2019-2020-ci illərdə edildiyi qeyd edilməmişdir. Apellyasiya şikayətində iddiaçı tərəfindən ifadəsinə istinad edilən X10 özünün şahid ifadəsində evin təmirinə nə qədər vəsaitin xərcləndiyini bilmədiyini, xidmət haqqının evin metlaxını, lambirini, oboyunu və mətbəx mebelini dəyişdirdiyinə görə 650-700 manat təşkil etdiyini qeyd edilmişdir. Evin ümumi vəziyyətinin çox pis olduğu qeyd edilmişdir. X9 evin təmirinin X6 ilə birgə edildiyini qeyd etmişdir. Digər şahid X6 ifadəsində evin laminantını, oboyunu, alçipanını dəyişdirib yenilərini vurduğunu qeyd etmişdir. O, öz ifadəsində məhz evin zalının bərbad vəziyyətdə olduğunu qeyd etmişdir. Beləliklə, şahid ifadələri arasında evin məhz hansı hissəsinin pis vəziyyətdə olduğu ilə bağlı ziddiyyətlər mövcuddur. "xxxx" tərəfindən verilən rəylə müqayisədə ustalar tərəfindən görülən işlər (edilən fəaliyyət) çox olduğu halda xidmət haqqı ziddiyyətli şəkildə aşağı görünür. İddiaçının mühafizəçi işləyərək aylıq 500 (beş yüz) manat məbləğində əmək haqqı aldığı müəyyən edilmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, iddiaçı zinət əşyalarını sataraq mənzili təmir etmişdir. 2015-ci ildən etibarən iddiaçı ilə həyat yoldaşının boşanma yolunda irəlilədiyini nəzərə alaraq ona hədiyyə qismində verilən zinət əşyalarını məhz onun mülkiyyətində olmayan mənzili təmir etməsi məqsədilə satması (iddiaçının bildirdiyinə əsasən) təmir xərclərinin iddiaçının vəsaiti hesabına edilmədiyini və bunlar arasında səbəbli əlaqənin olmadığını göstərməklə iddiçaçı tərəfindən verilən apellyasiya şikayətinin əsassız olduğunu bir daha təsdiq edir.
Proses iştirakçılarının izahatı:
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin hüquqi varisi Şahid nümayəndəsi və vəkili Vəkil4 izahatında cavabdehin nümayəndəsi apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Əalavə olaraq bildirdi ki, tərəflər arasında barışıq əldə edilməsi üçün ümumi olaraq 10000 manat pul təklif edə bilərlər. Bu qaydada razılıq olarsa barışıq əldə etmək olar. Lakin iddiaçı razı olmur.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə eədərk təmin edilməsini xahiş etməklə əlavə olaraq bildirdi ki, 10000 manat təkliflə razı deyil, həmin evdə daimi olaraq o yaşamış və orada təmr işlərinin aparılması da zəruri olduğundna həmin təmir işlərini gördürmüşdür. Bu baxımdan belə bir təkiflə razlaşmır və iddiasının təmin edilməsini xahiş edir.
Apellyasiya baxışının hədləri:
21. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
23. Hazırkı işdə iddia rədd edildiyindən və qətnamə iddiaçı tərəfindən apellyasiya qaydasında mübahisələndirildiyindən məhkəmə kollegiyası qətnamənin əsaslılığını bütövlükdə yoxlayır.
24. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər;
26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;
27. Maddə 1094. Varlanmış şəxsin xərclərinin kompensasiyası əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
30. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin müəyyən edilən həqiqi hallarına uyğun gəlmədiyindən və maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmadığından qətnamə ləğv edilməli, iddia təmin edilməlidir.
32. Kollegiya bu nəticəyə gələrkən aşağıdakılara əsaslanır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərarında göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin hazırkı işə münasibətdə preyudisial əhəmiyyətə malik olduğunu bildirmişdirsə, o halda həmin qətnamənin əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş hansı faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilə bilməyəcəyini həmin faktları və hüquq münasibətlərini konkret istinadla göstərməli idi. Lakin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, bu baş verməmişdir. Mübahisənin qanuni və ədalətli həlli baxımdan iddiaçının tələbinin düzgün qanuni əsasının, bunun üçün də mənzillə bağlı iddiaçının hansı əmlak hüququnun cavabdeh tərəfindən pozulmasının, o cümlədən cavabdehin təmir xərclərini hansı öhdəliyin icrası qaydasında iddiaçıya ödəməli olmasının və bu müstəvidə də subyektiv hüquqa malik olub-olmamasının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.
34. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Həmin maddənin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir.
35. Mübahisəli mənzilin təmir olunduğu işin mübahisəsiz halıdır. İş üzrə birinci instansiya məhkəməsi də iddianı rədd edərkən mənzilin təmir edilməsinin öz təsdiqini tapmasını qeyd etmişdir. Mübahisəli və araşdırılmalı hal mənzilin kim tərəfindən təmir olunduğu və nə qədər vəsait sərf olunmasıdır.
36. İddiaçı iddia edir ki, mənzili öz vəsaiti hesabına və atasının maddi köməkliyi ilə təmir etdirmişdir. İddiaçı tələbini təsdiq edən sübutlar qismində məhkəməyə mənzilin təmirində iştirak etmiş ustaları şahid olaraq təqdim etmişdir.
37. Cavabdeh tərəf isə iddiaya etiraz edərək mənzilin özünün pensiyası və oğlu Turqutun əmək haqqısı ilə təmir olunduğunu bildirmişdir. Cavabdeh etirazını əsaslandıran sübut qismində qızı, hazırkı iş üzrə cavabdehin hüquqi varisi Şahid olaraq təqdim etmişdir.
38. Birinci instansiya məhkəməsi mənzilin məhz iddiaçı tərəfindən təmir edilməsinə, mənzililin təmirinə məhz 18023,70 manat vəsait sərf edilməsinə dair sübutlar təqdim edilmədiyi, habelə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 252/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının mənzilə istifadə hüququna xitam verilərkən kompensasiya məbləğinin təmirli mənzil üçün müəyyənləşdirildiyi əsası ilə iddianı rədd etmişdir.
39. Kollegiya nəzərə alır ki, həmin qətnamədə həmin kompensasiya məbləği təyin edilərkən mənzilə çəkilmiş xərclərin dəyərinin nəzərə alındığı qeyd edilməmişdir. Yəni, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində isə hazırkı işə münasibətdə preyudisial əhəmiyyətə malik hər hansı fakt və ya hüquq münasibəti müəyyən edilməmişdir. Qətnamənin təsviri hissəsində İddiaçı iddiaya etiraz edərək, evin təmirinə 18.023,70 manat xərclədiyini bildirdiyi və işdə olan sənədlərdən "xxxx" MMC-nin təmir xərclərinin 18.023 manat təşkil etməsi haqqında xx.xx.2021-ci il tarixli rəyi qeyd edilmiş, əsaslandırıcı hissəsində isə kompensasiya məbləği 16.200 manatın, mənzil yaxşı təmirli olduğu üçün aylıq kirayə haqqı 450 manatın 36 aya vurulması ilə əldə olunduğu göstərilmişdir.
40. Ona görə də həmin qətnamə hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik deyildir.
41. Mülki prosessual qanunvericiliklə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qərarı ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir.
42. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”.
43. Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçı tərəfindən təqdim olunmuş şahid X10 ifadəsində göstərmişdir ki, o, Rəna xanımın evində usta kimi işləmişdir. O, Rəna xanımın evinin mətbəxini təmir etmişdir, laminatını vurmuşdur. Ev təmirdən öncə çox pis vəziyyətdə idi. Xidmət haqqını Rəna xanımdan almışdır. Təxminən 650-700 manat pul almışdır.
44. Digər şahid X6 isə ifadəsində göstərmişdir ki, o, Rəna xanımın evində usta kimi işləmişdir. O, Rəna xanımın evinin lambirini, məxtbəxini təmir etmişdir. Ev təmirsiz vəziyyətdə idi. Xidmət haqqını Rəna xanımdan almışdır.
45. Cavabdeh tərəfindən dəvət olunmuş Şahid ifadəsində göstərmişdir ki, qardaşının maaş kartı həmişə iddiaçıda olmuşdur. 16 ildir ki, iddiaçı yaşadığı evi təmir etdirir. iddiaçı anası Cavabdeh evi təmir etmək üçün pul lazım olduğunu bildirmiş, anası isə ondan, öz pensiyasından Rəna xanıma pul vermişdir. Bundan başqa, onun qardaşı Dövlət Statistika Komitəsində işləyir və onun başqa gəlir yeri yoxdur. Anası illərlə Dövlət Statistika Komitəsində işləmiş və ev növbəsində durduğu üçün anasına dövlət tərəfindən ev verilmişdir. Evin təmiri üçün bankdan götürülən pulu anası ödəmişdir. Mübahisəli mənzilə Rəna xanım anasını söyüş söyüb təhqir etdikdən sonra bir daha getməmişdir. Evdə təxminən sonuncu dəfə 2009-2010-cu il tarixində olmuşdur. Qardaşı pul vermiş, Rəna xanımda evi təmir etdirmişdir. Evi təmir edən ustaların pulunu anası vermişdir. O, bu hadisələri görməmiş, lakin xəbəri olmuşdur. Ümumilikdə, təmirə anası və qardaşı pul xərcləmişdir.
46. Kollegiya nəzərə alır ki, iddiaçı tərəfindən təqdim olunmuş şahidlər hadisələrin birbaşa şahidi olmuş, görülmüş işlərə görə iddiaçı tərəfindən pulun verildiyini təsdiq etmişlər. Cavabdehin təqdim etdiyi şahid isə cavabdehin ailə üzvü olmaqla yanaşı, mənzilin təmirinin aparılmasının, pulun kim tərəfindən verilməsinin birbaşa şahidi olmamışdır.
47. Birinci instansiya məhkəməsində iddiaçı tərəfindən dindirilmiş şahid ifadələri, habelə tərəflərin verdikləri izahatlar əsasında müəyyən edilir ki, mübahisəli mənzilin mənzilin təmiri ilə bağlı xərclər iddiaçı tərəfindən çəkilmişdir. Eyni zamanda cavabdeh tərəf təmirin mövcudluğunu inkar etmir, lakin pulun təmir edilənləndə Turqutun da vəsaitindən istifadə edilməsini bilidirmişlər. Hətta işin bu halı təsdiq edilmiş olsaydı belə bu halda gələcəkdə Turqutun Rənaya qarşı pul tələbinin yaranmasına əsas ola bilərdi. Kollegiya hesab edir ki, evdə aparlan təmir işləri qanunvericiliyin tələblərinə əsasən yaxşılaşdır olmaqla mülkiyyətçiyə qalacağından cavabdeh tərəfindən alınaraq iddiaçıya ödönilməlidir. Əksi halda cavabdeh tərəf onun hesabına varlanmış olacaqdır. Bu isə iddiaçıya münasibətdə onun hüquqlarının pozulmasına dəlalət edir. xx.xx.2021-ci il tarixli mütəxəssis rəyindən göründüyü kimi, mənzilin daxilində görülən təmir-tikinti işlərinin həxmi və dəyəri (işçilik və material xərci daxil olmaqla) bazar qiymətləri nəzərə alınmaqla 18023 manat, 70 qəpik təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, mənzilin təmirinə çəkilmiş xərclərlə bağlı mütəxəssis rəyi kifayət qədər əsaslandırılmışdır, rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur.
48. Yuxarıda qeyd olunanlar əsasında Kollegiya belə qənaətə gəlir ki, iddiaçının mənzildə apardığı yaxşılaşdırmalara görə sərf edilmiş 18023, 70 manat pul cavabdehin hüquqi varisi Şahid tutularaq iddiaçıya ödənilməlidir.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
50. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi:
İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1153/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh hüquqi varisi Şahid 18023, 70 manat (min səkkiz yüz iyirmi üç manat, yetmiş qəpik) pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 144 (yüz qırx dörd) manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 36,20 (otuz altı manat, iyirmi qəpik) manat dövlət rüsumu Cavabdeh hüquqi varisi Şahid alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.