Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3248/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, X5 və X8 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə iddiaçının nümayəndəsi X4 və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6533/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: İddiaçı cavabdehlər "xxxx” ASC, Azərbaycan Respublikası Maliyyə X1 və Bakı şəhəri Maraqlı şəxsnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən dəymiş maddi ziyana görə 120000 ABŞ dolları, mənəvi ziyana görə 85000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(006)- 6533/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin nümayəndəsi X7 isə apellyasiya şikayətinə etiraz etdi. Digər cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı ilə "Cavabdeh1" İKB ASC arasında xx.xx.2008-ci il tarixli 06/08(i) saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank tərəfindən İddiaçı 240 ay müddətinə, illik 18% dərəcəsi ilə 35000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi həmin tərəflər arasında xx.xx.2008-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən ev Cavabdeh1 İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər İddiaçı tərəfindən lazımınca icra edilməyərək müqavilə öhdəlikləri pozulduğuna görə Cavabdeh1 İKB ASC tərəfindən iddia ilə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)-3754/2010 saylı qətnaməsi ilə İddiaçı borclu olduğu məbləğin tutulması və tələbin ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən mənzilə yönəldilməsi qət edilmiş, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Həmin mənzil açıq hərracda ipoteka saxlayan Cavabdeh1 İKB ASC tərəfindən əldə edilmiş və əmlakın satışından əldə olunmuş pul vəsaiti İddiaçı banka olan borcunun ödənilməsinə yönəldilmişdir. Bundan sonra həmin mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 İKB ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçı həmin hərracın nəticələrini mübahisələndirmiş, lakin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(009)-4711/2017 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı bildirir ki, ümumilikdə Cavabdeh1 İKB ASC-nin hesabına 65000 ABŞ dolları pul köçürtmüşdür. Sözügedən əmlak bankın balansına 2010-cu il tarixində keçməsinə baxmayaraq 2019-cu ilə qədər həmin ünvanda o, ailəsi ilə birlikdə yaşamışdır. 2019-cu ilin əvvəlində yaşadığı əmlak Sovetski adlanan söküntü ərazisində yerləşdiyindən Maraqlı şəxs tərəfindən ona xəbərdarlıq olunmadan sökülmüşdür. Bundan xəbər tutan Cavabdeh1 İKB ASC ipoteka predmeti olan mənzilə dair mülkiyyət hüququna olan çıxarışını ləğv elətdirərək öz adına sökülmüş mövcud olmayan evə pasport qeydiyyatına olan vətəndaşlarının razılığı olmadan qanunsuz olaraq xx.xx.2019-cu il tarixdə mülkiyyət hüququna dair çıxarış almışdır. Məsələ ilə bağlı sökülmüş əmlakına görə Maraqlı şəxs tərəfindən 50000 manat kompensasiya ayrılmış, lakin kompensasiya məbləği ona verilməmişdir. Hazırda bir ilə yaxındır ki, o və ailəsi kirayələrdə qalmışdır. Cavabdehin qanunsuz əməllərindən dəfələrlə Maliyyə X1na müraciət etmişdir. Lakin müraciətinə laqeyd yanaşaraq, obyektiv yanaşmadan Cavabdeh1 İKB-nin qanunsuz hərəkətləri, əməllərini ört-basdır etmişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona həm maddi, həm mənəvi ziyan dəymişdir. Cavabdeh1 İKB ASC iddiaya etiraz edir və onun rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehlərin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iş materiallarından göründüyü kimi mübahisəli Bakı şəhəri, Yasamal rayonu, A.Şaiq 18/20 ünvanında yerləşən mənzil qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında hərraca çıxarılmış və qanuni əsaslarla Cavabdeh1 İKB ASC (hazırki “xxxx” ASC) tərəfindən əldə edilərək onun xüsusi mülkiyyətinə keçmişdir. Eyni zamanda iddiaçının həmin mənzilə dair hər hansı bir hüququ mövcud deyildir. Çünki Mülki Məcəllənin 203.1-ci maddəsinə görə iddiaçının həmin daşınmaz əmlaka dair dövlət reyestrində aparılmış qeydiyyat ləğv edildiyinə görə mülkiyyət hüququ itirilmişdir. Belə olan halda isə həmin daşınmaz əmlakın sökülməsi nəticəsində iddiaçıya hər hansı zərər dəyməyib, həmçinin həmin mənzilə görə verilməli olan kompensasiya məbləğinin iddiaçıya aidiyyəti yoxdur. Göründüyü kimi iddiaçıya zərərin dəyməsi və bunun cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş verməsi qənaətinə gəlmək üçün əsalar mövcud deyil. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(004)-3754/2010 saylı qətnaməsinin qanuni olub-olmaması isə müzakirə predmeti ola bilməz. Belə ki, Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-6533/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Hakim: Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2(103)-3248/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3248/2020
17.03.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver