Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3255/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Cavabdeh X6 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər X7, "xxxx" MMC-yə və Cavabdeh3 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın qismən ləğv edilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)- 3315/2024 saylı qətnaməsindən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X7, "xxxx" MMC-yə və Cavabdeh3 MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən qarajın İddiaçı məxsus 2 saylı parklanma yerinə aid hissəsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına ümumi sahəsi 9.748 kv.m. təşkil edən qeyriyaşayış sahəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli, ******* MA Serialı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən qarajın İddiaçı məxsus 2 saylı parklanma yerinə aid hissəsində ləğv edilməsi, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-3315/2024 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən qarajın İddiaçı məxsus 2 saylı parklanma yerinə aid hissəsinin etibarsız hesab edilməsi, Cavabdeh2 adına ümumi sahəsi 9.748 kv.m. təşkil edən qeyri-yaşayış səhəsinə dair verilmiş xx.xx.2011-ci il tarixli, ******* MA Seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 ünvanında yerləşən qarajın İddiaçı məxsus 2 saylı parklanma yerinə aid hissəsinin ləğv edilməsi, 100 manat məbləğində dövlət rüsumunun cavabdehlər "xxxx" MMC-dən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh X8 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil1 “Elektron” məhkəmə informasiya sistemi vasitəsi ilə ərizə (vəsatətlə) ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırki iş üzrə çıxarılacaq məhkəmə aktı qanuni qüvvəyə minənə qədər Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-124/2025 saylı digər iş üzrə icraat dayandırılmışdır. Hazırki vəziyyətdə mübahisənin xarakterini nəzərə alaraq, hesab edirlər ki, işlərə bir yerdə baxılmalıdır. Göstərilənlərin nəzərə alınmasını və hazırki işin Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi X5 icraatında olan 2(103)-124/2025 saylı mülki işlə bir icraata birləşdirilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X6 nümayəndəsi və vəkili Nümayəndə2 vəsatətin həllini məhkəmənin mülahizəsinə buraxdıqını bildirmişdir. İddiaçı və digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, hər hansı üzürlü səbəb göstərmədən iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdehlər isə nümayəndələrinin məhkəmə icraatında iştirakını təmin etməmişdilər. Məhkəmə, işə, o cümlədən vəsatətə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası vəsatəti iş materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməli, hazırki mülki iş, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh3 MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, hər iki iş üzrə mübahisə predmetini eyni əmlak, yəni Bakı şəhəri, Xətai rayonu, keşmiş Nobel prospekti, 15A ünvanda yerləşən parkinq sahəsində 2 saylı qaraj yeri təşkil edir. İddiaçı hazırki iş üzrə həmin əmlaka dair cavabdehlər arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini, icraatı dayandırılmış iş üzrə isə bu əmlakdan istifadəyə cavabdehlər tərəfindən yaradılmış maneənin aradan qaldırılmasını tələb edir. Digər iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-4087/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının digər tərkibi də hazırki iş həll edilmiyincə həmin işə baxılmasının mümkün olmaması qənaətinə gəlmiş və 2(103)- 621/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadla iş üzrə icraatı dayandırmışdır. Daha əvvəl də Bakı Apellyasiya Məhkəməsinin icraatına həmin iş daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, vəsatət təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3255/2025 saylı mülki iş həmin məhkəmənin icraatında olan 2(103)-124/2025 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilməli, birləşdirilmiş mülki iş üzrə 2(103)-124/2025 qeydiyyat nömrəsi saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 169cu, 263-264-cü, 400-cü, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər X7, "xxxx" MMCyə və Cavabdeh3 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və çıxarışın qismən ləğv edilməsi” tələbinə dair 2(103)-3255/2025 saylı mülki iş həmin məhkəmənin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh3 MMC-yə qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair 2(103)-124/2025 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Birləşdirilmiş mülki iş üzrə 2(103)-124/2025 qeydiyyat nömrəsi saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasia şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3255/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3255/2025
08.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver