Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3257/2023 06.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və AR Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 03 saylı Bakı Asan Xidmətinə qarşı iş üzrə (Açar sözlər: atalıq qeydinin ləğvi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Xanalıyeva Türkan Novruz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 06 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı ilə Cavabdeh1 xx.xx.2000-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahda olduqları dövrdə xx.xx.2006-cı il təvəllüdlü X7 anadan olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3338/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh İddiaçı hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı Cavabdeh1 ödənilməsi qət edilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və AR Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi 03 saylı Bakı Asan Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2015-ci il təvəllüdlü X5 münasibətdə atası olmadığını müəyyən etməklə, xx.xx.2015-ci il təvəllüdlü X5 ata qrafasında ata adının və soyadının ananın göstərişi ilə yazılmaqla, yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını qəbul etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2014-cü ildən münasibətləri pozulmuş və faktiki ər-arvad münasibətlərində yaşamırlar. Elə bu səbəbdən də 27 noyabr 2015-ci il tarixdə dünyaya gəlmiş uşağın mənşəyinin müəyyən olunması səbəbi ilə cavabdehə DNK analizlərinin verilməsi barədə mövqeyini bildirdikdə o, bundan imtina etmişdir. Bununla da cavabdeh uşağın atasının faktiki olaraq başqa şəxs olmasını etiraf etmişdir. Bu səbəbdən də məhkəməyə müraciəti əsasında nikahları pozulmuşdur. 2022-ci ildə Cavabdeh1 ona qarşı hər iki uşağa görə aliment tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia ərizəsinə əlavə olunmuş sənədlər arasında X5 verilmiş doğum haqqında şəhadətnaməsi də əlavə olunmuşdur. Bu şəhadətnamənin alınmasına və ata qrafasında onun adının qeyd olunmasına razılıq verməmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-194/23 saylı iş üzrə 06 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddia təmin edilmişdir.
5. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, tərəflər arasında münasibətlər 2014-cü il tarixdən pozulmuş, onlar həmin tarixdən faktiki ər-arvad münasibətlərində yaşamamışlar. Cavabdeh ekspertizanın keçirilməsində iştirak etməkdən imtina etdiyindən və işin hallarına görə onun iştirakı olmadan ekspertizanı keçirmək mümkün olmadığından iddia əsaslı sayılmalıdır.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1, 46.2, 48, 158, 159-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisənin ailə münasibətlərindən irəli gəldiyini nəzərə alaraq məhkəmə iddia ərizəsini qaytarmalı idi. Mediasiya bərədə ümumiyyətlə məlumatları olmamışdır. Ona heç bir mediasiya təklifi, mediasiya bildirişi verilməmişdir. Prosesin vaxtı barədə məlumatlandırılmamışdır. Məhkəmə səbəbini aydınlaşdırmadan, hansı səbəbdən ekspertizaya uşağın gətirilmədiyini müəyyənləşdirmədən, heç bir sübuta əsaslanmadan qanunsuz qətnamə çıxarmışdır. Halbuki, uşağın məhkəməyə gəlməməsinin səbəbi onun həkimlərə qarşı çox güclü fobiyasının olmasıdır. Belə ki, cavabdeh həkim işləyir. Məhz uşağın belə bir fobiyası olduğu üçün yalnız anası ona hər hansı tibbi xidmət göstərə bilir. Bunu iddiaçı yaxşı bildiyi üçün, həmçinin uşağın ekspertizaya aparılmasının məhz həmin fobiyaya görə mümkün olmadığını dərk etdiyi üçün belə bir iddia qaldırıb.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edib apellyasiya şikayətini müdafiə etdiyini bildirsə də, xx.xx.2023-cü il tarixli məhkəmə iclasında nə o, nə də cavabdehin özü məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
11. İddiaçının nümayəndəsi isə məhkəmə kollegiyasının iclasında iştirak edərək izahat verdi və izahatında apellyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
12. Maddə 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərinin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq uşağın valideynlərindən birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törənməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər.
13. Maddə 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.
14. Maddə 48. Bu Məcəllənin 44-45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
15. Maddə 97.5. Cavabdeh1 ekspertizanın keçirilməsində iştirak etməkdən imtina etdiyindən və işin hallarına görə onun iştirakı olmadan ekspertizanı keçirmək mümkün olmadığından, iddianın əsaslılığı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. Ailə Məcəlləsinin 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və təkrar şəhadətnamələr verirlər. Ape
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddia təmin edildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
19. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının tələbi onun xx.xx.2015-ci il təvəllüdlü X4 atası olmadığının müəyyən edilməsi barədədir.
20. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə-tibbi genetik ekspertizası keçirilmiş, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2023cü il tarixli, 9/51 saylı məktubuna əsasn sənədlərin daxil olduğu müddətdən ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində İddiaçı şöbəyə gəlmiş, Cavabdeh1 isə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır.
21. Apellyasiya şikayətinin dəlillərinin yoxlanılması məqsədilə apellyasiya baxışı zamanı da cavabdehin nümayəndəsinin vəsatətinə əsasən məhkəmə tibbi-genetik ekspertizası təyin edilmiş. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 xx.xx.2023-cü il tarixli, 9/582 saylı məktubuna əsasən Cavabdeh1 gəlmədiyindən və xx.xx.2015-ci il təvəllüdlü X6 təqdim etmədiyindən ekspertizanın keçirilməsi mümkün olmamışdır.
22. MPM-ə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər (maddə 97.5).
23. Kollegiya MPM-in 97.5-ci maddəsinin tələblərini rəhbər tutaraq ekspertizanın keçirilməsini tələb edən cavabdehin ekspertizanın aparılmasında dəfələrlə iştirak etməməsini, xx.xx.2015-ci il təvəllüdlü X6 təqdim etməməsini onun ekspertizanın keçirilməsində maraqlı olmaması, habelə onun keçirilməsinə maneə törətməsi kimi qiymətləndirir və iddiaçının Nazlı adlı uşağın atası olmaması faktını təsdiq edilmiş hesab edir.
24. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
25. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2015-ci il təvəllüdlü X4 doğum akt qeydində onun valideynləri haqqında məlumatlar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin tələbinə müvafiq olaraq yazılmalıdır. Həmin maddələrə görə valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır (maddə 46.2). Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır (maddə 46.3).
26. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
27. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402- 403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 06 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.