Məhkəmə qərarları › İş №2(103)-326/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-326/2021

26.05.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-326/2021 26.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı X2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-129/2020 saylı, 17 yanvar 2020-ci il tarixli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X6 Cavabdehnə qarşı “cavabdehin üzərinə öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 19:00 və 21:27 radələrində ezamiyyətdə Qaradağ rayonu ARDNŞ-nin Qazpaylayıcı idarəsində baş vermiş bədbəxt hadisə nəticəsində səhhətinin qəflətən pozulması və sonradan ölməsi təhqiqatının aparılması və bunun üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətində komissiya yaradılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının mərhum həyat yoldaşı X10 "hüquqi şəxs" Cavabdeh "işəgötürən" 5 saylı Texnoloji Nəqliyyat Departamenti ilə bağladığı 01.08.2014-cü il tarixli 997 saylı əmək müqaviləsinə əsasən, 1 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin avtomobil dəstəsinə 5-ci dərəcəli avtomobil sürücüsü vəzifəsinə təyin edilmişdir. Bağlanmış əmək müqaviləsinə əsasən Ə.M.Qaibxanovun işi bir növbəlidir, birinci növbə saat 07:00 radələrində başlanır və iş vaxtı saat 19:00 radələrində qutrarır. X10 21.04.2015-ci il tarixdə "işəgötürən" 5 saylı Texnoloji Nəqliyyat Departamentinin tapşırığını yerinə yetirərkən həmin günü Qaradağ Qaz anbarları istismarı idarəsinə ezamiyyətə göndərilir. Qeyd etmək lazım gəlir ki, ezamiyyətə Qaradağ rayonuna E.M. Qaibxanov göndərilərkən ona nə ezamiyyət vərəqəsi, nə də idarə etdiyi ** JD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yol vərəqəsi verilmir. 21 aprel 2015-ci il tarixdə 19:00 və 21:27 radələrində is yerində hadisələrin bas verməsi: 02 iyun 2015-ci il tarixdə Qaradağ rayon prokurorluğu "cinayət işininin başlanmasınının rədd edilməsi haqqında" Qərarında göstərilir ki, Qaz anbarlarınının istismarı idarəsinin Qaradağ Qazsaxlama sahəsində geoloq vəzifəsində işləyən X19 izahatında qeyd edir ki, ci il tarixdə saat 19:00 radələrində o, Eldar Qaibxanovun idarə etdiyi tədqiqat maşını ilə işlədiyi sahədən baş idarəyə gəlirmiş. Baş idarəyə gələrkən yolda Eldar ona halının pisləşməsini və ürəyinin ağrımasını demiş, maşını saxlayıb bir müddət gözlədikdən sonra Eldar səhhətinin yaxşılaşdığım bildirmiş və yollarını davam etdirmişlər. Baş idarəyə çatdıqdan sonra o paltarını dəyişib idarənin qarşısına çıxdıqda Eldarın maşınından enib daşın üstündə oturmağını görmüş, yaxınlaşıb nə baş verdiyini soruşduqda sonuncu ona ürəyinin ağrımasını, səhhətinin pisləşməsini bildirmişdir. Dərhal təcili-tibbi yardım stansiyasına zəng vuraraq həkim dəvət etmiş. Həkim hadisə yerinə gəlmiş, Eldarı TTY maşınına oturtdurub ilkin tibbi yardım göstərsələrdə Eldarın səhhəti daha da pisləşmiş və həkim Eldarın ölməsini bildirmişdir.Bakı şəhəri Təcili və X11 stansiyasının (BŞT və TTYS-nın Hesabat və Tibbi Statistika kabinetinin müdiri Güləndam Həsənovanın) verdiyi 28.01.2016-cı il tarixli 32 saylı rəsmi məlumatından məlum olur ki, 21.04.2015-ci il tarixdə saat 21:27-də Binə t/m t/tərbiyə binası ünvanına X7 çağırış daxil olmuşdur. Çağırışı 15 saylı KYS-nin həkimi A.Mircəfərova yerinə yetirmiş, həmin xəstəyə Ü.İ.X. infarktdan sonrakı kardioskleroz. Xroniki iirək damar çatışmamazlığı İİ-1İİ Termikal vəziyyət diaqnozu qoyaraq müvafiq ilkin tibbi yardım göstərməsinə baxmayaraq, həkim yanında ölüm baş vermişdir. Meyid müstəntiq Bəşirovun müşaiyəti ilə 19 saylı ŞXK-nin mor quna təhvil verilmişdir.Həmin qərarda qeyd edilir ki, Məhkəmə tibbi ekspertizasının 22 aprel 2015-ci il tarixli 52 saylı rəyindən görünür ki, E,M.Qaibxanovun meyidinin bədənində hər hansı bir xəsarət aşkar edilməmişdi. E.M. Qaibxanovun ölümünə səbəb ürək əzələsinin qalınlaşması, xırda ocaqlı kardiosklezorla ifadə olunmuş ürəyin xroniki işemiya xəstəliyi nəticəsində baş vermiş miokardın infarktı olmuşdur.Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, E. M. Qaibxanovun ölümü onun meyidinin meyidxanada müayinə olunduğu vaxtdan 3-6 saat əvvəl baş vermişdir. E. M. Qaibxanovun meyidindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin , pizazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar aşkar edilməmişdir.Beləliklə Qaradağ rayon prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı aydın olur ki, X4 ürək xəstəliyindən vəfat etməsi ekspert rəyi ilə də təsdiq olunduğu səbəbindən fakt üzrə heç bir cinayət hadisəsi müəyyən edilmişdir.Lakin Socar (hüquqi şəxs) Nəqliyyat idarəsi İddiaçı qızma ünvanladığı 05.07.2016-cı il tarixli müraciətin araşdır iması haqqında məktubunda qeyd edilir ki, İddiaçınm 30.06.2016-cı il tarixli Socar **********80120031A00003 nömrəli ərizəsini araşdırlması nəticəsində müəyyən etmişdir ki, 21.04.2015-ci il tarixdə saat 18:45 radələrində 5 saylı Texnoloji Nəqliyyat Departamentində, sürücü peşəsində işləyən X1 işdən sonra xidmət etdiyi sahənin həyətində anidən pisləşmiş, hadisə yerinə təcili tibbi yardım xidməti çağırılmış və E,M. Qaibxanova ilkin tibbi yardım göstərilmiş, lakin buna baxmayaraq E.M.Qaibxanov təcili tibbi yardım maşınında kəskin ürək çatışmamazlığından vəfat etmişdir.Hansı tibbi yardımın hadisə yerinə gəlməsini, hansı həkimin zərərçəkən Ə. M. Qaibxanova diaqnozu qoymasını göstərmir, çünki Ə.M.Qaibxanov 18:45 radələrində 21.04.2015-ci il tarixdə sağ idi və idarə etdiyi tədqiqat maşını ilə işlədiyi sahədən X13 idarəsinin Qazsaxlama sahəsinin geoloqu X19 ilə baş idarəyə gəlirdi. Yolda 19:00 radələrində onun səhhəti ilk dəfə yozulmuşdur və hadisə yerinə heç bir tibbi yardım çağırılmamışdır.“İşəgötürən” 5 saylı Texnoloji Nəqliyyat Departamentinin işçiləri isə baş vermiş bədbəxt hadisəni ört-bastır etmək məqsədi ilə və məsuliyyətdən boyun qaçırmaq üçün 21 aprel 2015-ci il tarixli yük avtonəqliyyat üçün yolvərəqəsində X4 idarə etdiyi ** JO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitə ilə xəttə saat 07:00 radələrində çıxmasını, və xətdən saat 19:00 radələrində qayıtmasım qeyd edirlər.Halbuki, Cavabdeh ailəsinə E.M.Qaibxanovun 21 aprel 2015-ci il tarixdə işdən sonra saat 18:45 radələrində ölməsi barədə rəsmi məlumat verir. İşəgötürən 5 saylı Texnoloji Nəqliyyat Departamenti E.M. Qaibxanovun 24 aprel 2015-ci il tarixdə idarə etdiyi Nəqliyyat vasitəsi ilə xətdən saat 19:00 qayıtmasını yol vərəqəsində qeyd edir. Qaradağ Qazsaxlama sahəsinin geoloqu X19 isə Qaradağ rayonu Prokurorluğuna verdiyi izahatında isə göstərir ki, Qaibxanov E.M. oğlu 21.04.2015-ci il tarixdə saat 19:00 radələrində baş idarəyə gələrkən Eldarın idarə etdiyi maşında qəflətən səhhəti pisləşmiş və heç bir tibbi yardım hadisə yerinə gəlməmişdir.BŞT və TTYS-nin Hesabat və Tibbi Statistika verdiyi rəsmi məlumata əsasən E.M.Qaibxanovun səhhəti 21.04.2015-ci il tarixdə saat 21:27 radələrində, zərərçəkən Qaibxanovun adma çağırış daxil olmuş və həmin çağırışı 15 saylı KYS-nin həkimi A.Mircəfərova yerinə yetirmiş, lakin ilkin tibbi yardım göstərməsinə baxmayaraq həkimin yanında ölüm baş vermiş və meyid müstəntiq Bəşirovun müşaiyəti ilə 19 saylı ŞKX-nin morquna təhvil verilmişdir.Məhkəmə tibbi ekspert qarşısında E.M.Qaibxanovun ölümünün səbəbinin istehsalatda əmək şəraiti ilə əlaqədar infarkt olmasının araşdırılması barədə sual qovulmamış və ekspert də həmin xüsusatı araşdırmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-129/2020 saylı, 17 yanvar 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı X6 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı X6 apelyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş Cavabdeh nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-129/2020 saylı, 17 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: 997 nömrəli Əmək müqaviləsinin surətindən görünür ki, X8 01 avqust 2014-cü il tarixdə 1 il müddətinə 1 saylı avtonəqliyyat və xüsusi texnika sahəsinin avtomobil dəstəsinin 5-ci dərəcəli avtomobil sürücüsü vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02.06.2015-ci il tarixli qərarda qeyd edilmişdir ki, aparılmış araşdırma zamanı X9 izahatında Qayıbxanıv Eldarın onun atası olduğunu göstərmişdir. O, atası Eldarın bir neçə il olar ki, ND-də sürücü işlədiyini, sonuncunun ürəyindən tez-tez şikayəti olduğunu və bir neçə il əvvəl infarkt keçirdiyini bildirmişdir. 21.04.2015-ci il tarixdə saat 22:00 radələrində atasının iş yoldaşları ona zəng edərək atası Eldarın səhhətinin pisləşməsi, bir qədər sonra isə vəfat etməsi xəbərini vermişlər. O, atasının ölümünə səbəb kimi ürək xəstəliyini göstərərək baş vermiş hadisə ilə bağlı heç kəsdən şikayəti olmadığını bildirmişdir. Araşdırma zamanı X19 izahatında göstərmişdir ki,2010-cu ildən X13 İdarəsi Qaradağ Qazsaxlama Sahəsində geoloq vəzifəsində işlədiyini göstərmişdir. 21.04.2015-ci il tarixdə saat 19:00 radələrində o Eldar Qayıbxanovun idarə etdiyi tədqiqat maşını ilə işlədiyi sahədən baş idarəyə gəlirmiş. Baş idarəyə gələrkən yolda Eldar ona halının pisləşməsini və ürəyinin ağrıdığını demiş, maşını saxlayıb bir müddət gözlədikdən sonra Eldar səhhətinin yaxşılaşdığını bildirmiş və yollarına davam etmişlər. Baş idarəyə çatdıqdan sonra o, paltarını dəyişib idarənin qarşısına çıxdıqda Eldarın maşından enib daşın üstündə oturmağını görmüş, yaxınlaşıb nə baş verdiyini soruşduqda sonuncu ona ürəyinin ağrımasını bildirmişdir. Dərhal təcili tibbi yardım stansiyasına zəng vuraraq həkim dəvət etmişdirlər. Həkim gəlmiş, Eldarı TTY maşınına oturdub ilkin tibbi yardım göstərsələr də, Eldarın səhhəti daha da pisləşmiş və həkim Eldarın öldüyünü bildirmişdir. Məhkəmə tibbi ekspertizasının 22.04.2015-ci il tarixli 52 saylı rəyindən görünür ki, E.Qayıbxanovun meyitinin bədənində hər hansı bir xəsarət aşkar edilmədi. E.Qayıbxanovun ölümünə səbəb ürək əzələsinin qalınlaşması, xırdaocaqlı kardiosklerozla ifadə olunmuş ürəyin xroniki işemiya xəstəliyi nəticəsində baş vermiş miokardın infarktı olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, E.Qayıbxanovun ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan 3- 6 saat əvvəl baş vermişdir. E.Qayıbxanovun meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər, fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri, salisilatlar aşkar edilməmişdir. Beləliklə, aparılmış araşdırma zamanı X3 ürək xəstəliyindən vəfat etməsi ekspert rəyi ilə təsdiq olunduğu səbəbindən fakt üzrə heç bir cinayət hadisəsi müəyyən edilməmişdir. İş materiallarında olan BŞT və TTYS tərəfindən verilmiş 28.01.2016-cı il tarixli cavabda qeyd edilmişdir ki, 21.04.2015-ci il tarixdə saat 21:27-də Binə t/m, t/tərbiyə binası ünvanına X3 adına çağırış daxil olmuşdur. Çağırışı 15 saylı KYS-nın həkimi A.Mircəfərov yerinə yetirmiş, həmin xəstəyə infarktdan sonraki kardioskleroz, xroniki ürək –damar çatmamazlığı, İİ-İİİ Terminal vəziyyət diaqnozu qoyaraq müvafiq ilkin tibbi yardım göstərməsinə baxmayaraq, həkim yanında ölüm baş vermişdir. İş materiallarına əlavə edilmiş və apelyasiya icraatı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X20- Təcrübi və Tədris Biriliyinin 22.04.2015-ci il tarixli, 52 saylı ekspert rəyinin surətindən görünür ki, 1. E.M.Qayıbxanovun meytinin bədənində hər hansı bir xəsarət aşkar edilmədir. 2. E.M.Qayıbxanovun ölümünə səbəb ürək əzələsinin qalınlaşması, xırdaocaqlı kardiosklerozla ifadə olunmuş ürəyin xroniki işemiya xəstəliyi nəticəsində baş vermiş miokardın infakrtı olmuşdur. 3. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, E.M.Qayıbxanovun ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan 3-6 saat əvvəl baş vermişdir. 4. E.M.Qayıbxanovun meytindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, priazolon, 1,4 benzodiazepin törəmələri, salisilatlar aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş və apelyasiya icraatı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X20- Təcrübi və Tədris Biriliyinin 09.06.2020-ci il tarixli, 456/KEŞ saylı ekspert rəyindən görünür ki, 1955-ci il təvəllüdlü X4 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. Bakı şəhəri TTTY X5 adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, 21.04.2015-ci il tarixdə saat 2127 –də çağrış zamanı xəstəyə “Ürəyin işemik xəstəliyi, İnfartkdan sonrakı kardioskleroz. Xroniki ürəkdamar çatışmazlığı İİ-İİİ dərəcə. Terminal vəziyyət” diaqnozu təyin edilərək, müvafiq ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, xəstədə bioloji ölüm baş vermişdir. E.Qaibxanovun meytinin məhkəmə-tibbi müəyinəsinə əsasən, onun ölümünə səbəb “ürək əzələsinin qalınlaşması, xırdaocaqlı kardiosklerozla ifadə olunmuş ürəyin xroniki işemiya xəstəliyi nəticəsində baş vermiş miokard infarktı”nın olduğu müəyyən edilmişdir ki, bunun da istehsalatda əmək şəraiti ilə əlaqəli olması istisna edilir. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, Eldar Qayıbxanov iş zamanı infarkt keçirərək təbii ölüm yaşamışdır. Bu səbəbdən onun ölümü istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində yaranmış hər hansı bir səbəbdən deyil, səhhəti ilə bağlı yaşadığı narahatlıqdan baş vermişdir. Bu baxımdan, Eldar Qayıbxanovun ölümü və ölümünə səbəb olacaq hallar kifayət qədər araşdırıldığından və rəsmi sənədlərlə təsdiqləndiyindən ölümün səbəbinin yenidən araşdırılması üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətində komissiya yaradılmasına lüzum yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətdə göstərilənlər formal mülahizələr olmaqla, faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, iş materiallarına əlavə edilmiş və apelyasiya icraatı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X20-Təcrübi və Tədris Biriliyinin 09.06.2020-ci il tarixli, 456/KEŞ saylı ekspert rəyindən görünür ki, 1955-ci il təvəllüdlü X4 meytinin məhkəmə-tibbi müəyinəsinə əsasən, onun ölümünə səbəb “ürək əzələsinin qalınlaşması, xırdaocaqlı kardiosklerozla ifadə olunmuş ürəyin xroniki işemiya xəstəliyi nəticəsində baş vermiş miokard infarktı”nın olduğu müəyyən edilmişdir ki, bunun da istehsalatda əmək şəraiti ilə əlaqəli olması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-129/2020 saylı, 17 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı X2 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-129/2020 saylı, 17 yanvar 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar