Məhkəmə qərarları › İş №2(103)-3260/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3260/2024

07.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3260/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(004)-4223/2023 nömrəli qərardadından Cavabdeh MTK-nın şikayətinə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh MTK-nın verdiyi apellyasiya şikayəti geri qaytarılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qətnamənin surəti xx.xx.2023-cü ildə cavabdehin elektron kabinetinə yerləşdirilib (iş v. 64). Apellyasiya şikayəti isə bu tarixdən 4 ay 8 gün sonra - xx.xx.2024-cü ildə verilib. Göründüyü kimi, apellyasiya şikayəti verilməsi müddəti ötürülüb. İşin bu halı Yasamal Rayon Məhkəməsinin qərardadında düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 135.6-ci maddəsində “... məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır” deyiləndə, məlumatın sistem tərəfindən çatdırılması nəzərdə tutulur. Əgər məhkəmə sənədi işdə iştirak edən şəxslərin sistemdə yaradılmış “elektron kabinet”lərinə yerləşdirilibsə, onlara bu barədə məlumat həmin sistem tərəfindən elektron qaydada çatdırılmış sayılır. Yəni çatdırılmanı təsdiq edən ayrıca sübut tələb olunmur, sistemə yerləşdirməni təsdiq edən sübut həm də məlumatın çatdırılmasını təsdiq edən sübut sayılır. Beləliklə, məhkəmə Mülki Prosessual Məcəllənin 130.1 və 363.1.3-cü maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, Yasamal Rayon Məhkəməsi apellyasiya şikayətinin geri qaytarılmasını qərara almaqla düzgün nəticəyə gəlib, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli 2(004)-4223/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar