Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3261/2025 15.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-405/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş 700.000 manat məbləğində ümumi zərərin 350.000 manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 350.000 manatının isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsindən tutulması barədə qətnamənin qəbul edilməsinin qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-405/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbininin 350.000 manatın Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən tutulmasına aid hissəsində xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-405/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən xx.xx.2025-ci il tarixdə iddiaçı Əliabbas Fəxrəddin oğlu tərəfindən apellyasiya şikayəti , buraxılmış müddətin bərpasına dair ərizə verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-405/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun hesab edilmiş və mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi olmalıdır. Həmin qanunun 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə dövlət rüsumu bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi qədər ödənilməlidir. Belə ki, iddianın qiyməti 350.000 (üç yüz əlli min) manat məbləğində olduğu üçün birinci instansiya məhkəməsinə ödənilməli olan dövlət rüsumu 640 (altı yüz qırx) manat müəyyən edilir. Yəni, məhkəmə aktından apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş ödənilməli olan dövlət rüsumunun məbləğinə münasibətdə həmin məbləğin 50 faizi qədər dövlət rüsumu ödənilməlidir. Hazırki halda isə ödənilməli olan dövlət rüsumunun məbləği 320 (üç yüz iyirmi) manat təşkil etməlidir. Lakin iş materiallarında olan apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzin əlavə edilməməsi ilə yanaşı, apellyasiya şikayətinin məzmununda dövlət rüsumunun ödənilməsi haqqında məlumat hissəsinə apellyasiya şikayəti verilməsi üçün apellyator tərəfindən ********** nömrəli qəbzə əsasən, 245 (iki qırx beş) manat dövlət rüsumu ödənildiyi müəyyən edilmişdir. Qeyd olunan məbləğ apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan məbləğdən 75 (yetmiş beş) manat azdır. Kollegiya qeyd edir ki, İddiaçı qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti birinci instansiya məhkəməsi apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa geri qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunanlara əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən göstərilənlər nəzərə alınmaqla cavabdehin apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 402, 405-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-405/2025 nömrəli xx.xx.2025ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin . Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3261/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3261/2025
15.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver