Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3262/2023 16.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Vəkil, Cavabdeh və nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-220/2023 saylı 01 fevral 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 16 iyun 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2021-ci il tarixli, 2(103)- 97/2021 saylı qətnaməsindən görünür ki, “KC Dekor” şirkəti İddiaçı, Qəhrəmanov Araz Qəhrəman oğluna, Cavabdeh, "xxxx" ASC-də və "xxxx" MMC-yə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 108501 ABŞ dolları məbləğində borcun, 23550 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin, cəmi 132051 ABŞ dolları məbləğində pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə iddiaçı əvvəlcə Coşkun Kerim olsa da, sonradan əsl iddiaçı “KC Dekor” ilə əvəz edilmişdir. İddiaçı, Qəhrəmanov Araz Qəhrəman oğlu və Cavabdeh “KC Dekor” şikrətinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddianın təmin edilərək cavabdeh “KC Dekor” şirkətindən keyfiyyətsiz mebellərə və işlərə görə əlavə ödənilmiş 63254 ABŞ dolları və işgüzar nüfuza vurulmuş zərərin əvəzi kimi 200000 manat pulun onların xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli 2(006)-198/2018 saylı qətnaməsi ilə ilk və qarşılıqlı iddialar rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2(103)-11845/18 saylı qətnaməsi ilə “KC Dekor” şirkətinin apellyasiya şikayəti qismən təmin olunaraq Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin ilkin iddianın təmin edilməyən hissəsində qismən ləğv edilməsi, ilkin iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 50811 ABŞ dolları və Qəhrəmanov Araz Qəhrəman oğlundan 18000 ABŞ dolları pulun Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla alınaraq “KC Dekor” şirkətinə ödənilməsi qərara alınmış, İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 aprel 2019-cu il tarixli, 2(102)-1884/2019 saylı qərarı ilə ilkin iddia üzrə iddiaçı “KC Dekor” şirkətinin və ilk iddia tələbi üzrə cavabdehlər Qəhrəmanov Araz Qəhrəman oğlunun, İddiaçı kassasiya şikayətləri qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2021-ci il tarixli 2(103)- 97/2021 saylı qətnaməsinə əsasən, “KC Dekor” şirkətinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli, 2(006)-198/2018 saylı qətnaməsi ilk iddianın təmin edilməyən hissəsində qismən ləğv edilmiş, ilk iddianın qismən təmin edilməsi, İddiaçı 50811 ABŞ dolları və Qəhrəmanov Araz Qəhrəman oğlundan 18000 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi ilə manatla alınaraq “KC Dekor” şirkətinə ödənilməsi qərara alınmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, İddiaçı apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı və Qəhrəmanov Araz Qəhrəman oğlu kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 26 oktyabr 2021-ci il tarixli, 2(102)-5833/2021 saylı qərarına əsasən şikayət təmin edilməmişdir.
3. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq X3 şikayət ərizəsi əsasında aparılan araşdırma zamanı cavabdehlərdən İddiaçı və Qəhrəmanov Araz Qəhrəman oğlu izahatlarında Coşkun Kerimə borclu olduqlarını qismən etiraf etmişlər. Belə ki, ilk iddiaçıya hər hansı bir məbləğdə borcunuz varmı sualına İddiaçı "xxxx"la bağlı ödənilməyən məbləğin 35691 ABŞ dolları, Hamlet müəllimin evinə görülən işlərə görə ödənilməyən məbləğin 15120 ABŞ dolları təşkil etdiyini, Araz Qəhrəmanov isə iddiaçı şirkətə 17000-18000 ABŞ dolları borcu qaldığını və həmin pulu verməyə hazır olduğunu bildirmişdir. Həmçinin izahatında göstərmişdir ki, “Birincisi AG bank barəsində iddia olunan qalıq məbləği 35691 ABŞ dollarının hesabatını Ender bəy, mən və Cavid bəy sonuncunun ofisində görüşdüyümüz zaman iş əsnasında yaranan qüsurlar və gecikmə müddətinə görə əvvəlcədən xəbərdarlıq olunan bir günə görə 950 manat cərimə məbləği qismən olaraq hesablanaraq həmin məbləğlə əvəzləşmə olmuşdur. Bu prosesdə Ender Ergeden şəxsən özü Cavid bəylə danışıq aparmışdır.”
4. Həmidov X2 Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə verdiyi izahatda göstərmişdir ki, fiziki şəxs olaraq adına “Nimeks” adı altında fəaliyyət göstərən tikinti əşyaları satılan obyekt vardır. Araz Qəhrəmanovu və qardaşı İddiaçı tanıyır, onlarla ailəvi münasibətləri vardır. Coşkun Kerimi ilə işlə əlaqədar münasibəti olmuşdur. 2014-cü ilin may ayında İddiaçıla aralarında şifahi razılıq əsasında Türkiyə Respublikasında fəaliyyət göstərən “KC Dekor” şirkətindən "xxxx"a mebellər sifariş olunacaqdı. Həmin mebellərin pulunu o Mehdiyə verməli, Mehdi də öz növbəsində “KC Dekor” şirkətinin nümayəndəsi Ender bəyə ödəməli idi. 1 ildən sonra bütün mebellər şirkət tərəfindən "xxxx"a göndərilmiş və quraşdırılmışdır. Razılıq əsasında iş 2014-cü ilin sentyabr ayında bitməli olduğu halda 2015-ci ilin aprel ayında bitmişdir. Onlar sifarişlərin vaxtında çatdırılması ilə bağlı dəfələrlə “KC Dekor” şirkətinə müraciət etsələr də, nəticə əldə edilməmiş, nəticədə onlar sirafişçi tərəfindən 35000 manat cərimə olunmuşlar. Həmçinin, “KC Dekor” şirkətinin göndərdiyi mebellər keyfiyyətsiz olduğundan onlar məcbur olub digər istehsalçılardan yeni mebellər sifariş vermiş, buna görə əlavə 32300 manat ziyana düşmüşlər. Onun şəxsən Coşkun Kerimlə yox, “KC Dekor” şirkətinin sahibi Ender Ergelenlə danışıqları olmuşdur. Bildiyinə görə Ender Ergelen pulun bir qismini öz məqsədlərinə xərclədiyinə görə istehsalın gecikməsinə səbəb olmuşdur. “KC Dekor” şirkəti tərəfindən "xxxx"a gətirilən və quraşdırılan mebellərin pulunu o İddiaçı vermişdir. Lakin, nöqsanların aradan qaldırılmasına görə o, Ender Ergelenlə razılaşmışdır ki, keyfiyyətsiz kresloların dəyişdirilməsinə digər istehsalçıdan sifariş vermək üçün 22500 ABŞ dollları onlara ödəyəcəyi puldan tutulmuşdur. Eyni zamanda, gecikmə nəticəsində sifarişçi tərəfindən olunan cərimənin yarıya bölünməsi ilə bağlı razılaşmışlar, yəni 15000 manatı o, 15000 manatı isə Ender Ergelen ödəməli idi.
5. X5 Rayon Polis İdarəsinə müraciəti üzrə araşdırma zamanı İddiaçı izahatında göstərmişdir ki, “KC Dekor” şirkətinin görməli olduğu işlər uzunmüddətli gecikmələrlə, yarımçıq icra edilmişdir. "xxxx"la bağlı şirkətə qalıq borc 35691 ABŞ dolları təşkil edir ki, bu pulun hesabatını Ender bəy, o və Cavid bəy sonuncunun ofisində görüşdükləri zaman aparmışlar, iş əsnasında yaranan qüsurlar və gecikmə müddətinə görə həmin məbləğ əvəzləşdirilmişdir. Bu prosesdə Ender Ergelen şəxsdən özü Cavid bəylə danışıq aparmışdır.
6. “KC Dekor” şirkətinin nümayəndəsi göstərmişdir ki, “tərəflər arasında 390000 ABŞ dolları məbləğində alver olub. Bu məbləğdən 170000 ABŞ dolları ödənilib. 30000 ABŞ dolları isə mebellərin gecikdiyi üçün və cavabdehlərin bildirdiyi keyfiyyətdəki bəzi qüsurlara görə olunan güzəşt məbləğidir. Borc faktiki olaraq Qəhrəmanov qardaşlarının borcudur. Mebellər "xxxx" MMC-yə göndərildiyi üçün şirkəti də cavabdeh qismində qoyduq. Digər Cavabdeh da bildirir ki, pulu qardaşlara ödəyib. "xxxx" ASC və Cavabdeh münasibətdə iddiamızın təmin olunmamasına etirazımız yoxdur. 30000 ABŞ dolları güzəşt olunmasını Qəhrəmanov qardaşları məcbur edib. İddiaçı 51000 ABŞ dollarına yaxın borcu var, bunu özü də izahatında etiraf edib.
7. “KC Dekor” şirkətinin sahibi (təsisçisi) Kerim Coşkun tərəfindən Bakı Apellyasiya Məhkəməsinə ünvanlandırılmış izahatda göstərilmişdir ki, “...bizim onlara satdığımız mebelin dəyəri cəmi 382501 ABŞ dolları olmuşdur. Onların bizə ödədiyi vəsait isə 274000 ABŞ dolları olmuş, 108501 ABŞ dolları onlarda pulumuz qalmışdır. Qəhrəmanov qardaşları 108501 ABŞ dolları borclarını qısa zamanda ödəyəcəklərinə söz verdilər, biz də gözlədik. Bir müddət sonra biz pulu istəyəndə dedilər ki, "xxxx"a satdığınız mebellərdə müəyyən problemlər var. Biz təkrarən Bakı şəhərinə gəldik, problemləri aradan qaldırdıq. Bizə bildirdilər ki, bəzi kreslolarınızda problem var və həmçinin 15 gün danışdığımızdan gec göndərdiyiniz üçün Sizin 30000 ABŞ dollarınız borcdan silinəcək, 78501 ABŞ dolları sizə ödəniləcək. Mən onlara bildirdim ki, bizə ziyan olacaq, bunu etməyin. Onlar da razılaşmadılar. Bu zaman pulumun qalanını almaq üçün onların təklifini qəbul etdim. Onlar da şəxsi e-mailləri ilə ödədikləri pulun və borclarını bizim e-mailimə göndərdilər və qeyd etdilər ki, 78501 ABŞ dollarını ödəyəcəyik. Sonra borclarını ödəmədilər...”
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2021-ci il tarixli 2(103)- 97/2021 saylı qətnaməsilə müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən tələb olunan 108501 ABŞ dollarını cavabdehlər mebellərdə problemlər olması və gecikdirilmə ilə gəlməsini əsas gətirərək birtərəfli qaydada 30000 ABŞ dollarınadək azaltmış və 78501 ABŞ dolları borcları qalmasını etiraf edərək həmin məbləği ödəyəcəklərini öhdələrinə götürmüşlər. Lakin, sonradan nəinki tələb olunan, həmçinin etiraf etdikləri məbləği də ödəməmişlər.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 31323 ABŞ dolları məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, onun vasitəsilə “KC Dekor” şirkəti tərəfindən "xxxx"a gətirilən və quraşdırılan bir sıra mebelin dəyərinin bir hissəsi cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh öz izahatlarında etiraf etmişdir ki, həmin mebellərin nöqsanlı və keyfiyyətsiz olduğu üçün dəyişdirilməsi və digər istehsalçıdan sifariş verilməsi, habelə çatdırılmada gecikmələr səbəbindən ümumilikdə 31323 ABŞ dolları ödənilməmiş qalmışdır. Qeyd edilən pul vəsaitinin Azərbaycan Respublikasının Ali Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli Qərarı ilə ondan tutulması qərara alınmışdır.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 fevral 2023-cü il tarixli 2(001)-220/2023 saylı qətnaməsi ilə (hakim Etibar Mustafayev) iddia təmin edilməmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının cavabdehə qarşı reqres qaydasında tələbi yaranmır. İddiaçının cavabdehdən reqres qaydasında tələbinin yaranması üçün ilk növbədə kreditor qarşısında öhdəliyi lazımi qaydada icra etməsi şərtdir. Lakin işin araşdırılması ilə müəyyən olunur ki, hazırkı tələbin yaranması əsasları aşağıda qeyd olunan müki mübahisədən irəli gəlir və həmin iş üzrə iddiaçının öz öhdəliklərini yerinə yetirməməsi təsdiq olunur. Digər tərəfdən cavabdehin məhz iddiaçının qarşısında borclu olması nə hazırkı tələb üzrə nə də ki, əvvəlki məhkəmə araşdırılmaları sübut olunur.
13. Məhkəmə göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı tutulmalı olan 50811 ABŞ dolları pulun 31323 ABŞ dolları hissəsinin Cavabdeh iddiaçının xeyrinə tutulması üçün heç bir əsas yoxdur. Belə ki, işin araşdırılaraq müəyyən edilmiş faktiki halları ilə sübuta yetirilmişdir ki, İddiaçı, Cavabdeh və “KC Dekor” şirkəti arasındakı iş münasibəti zamanı yaranmış borcdan 30000 ABŞ dolları çıxıldıqdan sonra qalan borcun məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə məhz İddiaçı tutulması qərara alınmışdır. Buna görə də, əvəzləşdirilmiş (çıxılmış) borcun Cavabdeh tutularaq İddiaçı ödənilməsinə heç bir əsas yoxdur.
14. Digər tərəfdən iddiaçının cavabdehin polisə verdiyi izahatının borcun etirafı kimi qiymətləndirilməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin izahatda cavabdeh “KC Dekor” şirkətindən "xxxx"a mebellər sifariş olunmasını, həmin mebellərin pulunu İddiaçı verilməli olmasını, sonuncu öz növbəsində “KC Dekor” şirkətinin nümayəndəsi Ender bəyə ödəməli olmasını bildirmiş, lakin sifarişlərin vaxtında çatdırılmadığından onların sirafişçi tərəfindən 35000 manat cərimə, “KC Dekor” şirkətinin göndərdiyi mebellər keyfiyyətsiz olduğundan əlavə 32300 manat zərərin olmasını, keyfiyyətsiz kresloların dəyişdirilməsinə digər istehsalçıdan sifariş vermək üçün 22500 ABŞ dollları onlara ödəyəcəyi puldan tutulmasını və gecikmə nəticəsində sifarişçi tərəfindən olunan cərimənin yarıya bölünməsi ilə bağlı yəni 15000 manatı o, 15000 manatı isə Ender Ergelen ödənilməli olması ilə bağlı razılaşdıqlarını bildirmişdir. Göründüyü kimi cavabdehin izahatında öhdəliyin iddiaçıya münasibətdə yaranmasını etiraf etməsi müəyyən olunmur. İddiaçı tərəfindən tələbinin əsaslı olması sübuta yetirilmədiyindən iddia təmin edilə bilməz.
15. Cavabdehin nümayəndəsinin iddiaya etirazda iddia müddətinin tətbiqinə dair qeyd olunanlara münasibətdə məhkəmə qeyd etmişdir ki, işin faktiki halları ilə İddiaçı “KC Dekor” şirkətinin xeyrinə pulun tutulması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2021-ci il tarixli, 2(103)-97/2021 saylı qanuni qüvvəyə minmiş qətnaməsi əsasında qərara alınmış, bu qətnamə 26 oktyabr 2021-ci il tarixdə qanuni qüvvəyə minmiş, iddiaçı isə iddia ərizəsi ilə 13 iyul 2022-ci il tarixdə müraciət etmişdir. Belə olan halda iddia müddətinin tətbiqi barədə cavabdehin dəlili əsaslı sayıla bilməz.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 373.2, 373.3, 377.1, 377.2, 425.1, 425.2, 560.2, 509.1, 509.2, 509.3, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
17. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apelyasiya şikayətində göstərilmişdir ki, qeyd edilən və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində, barələrində iddia tələbləri təmin edilməyən cavabdehlərlə bağlı heç bir mövqe bildirilməmiş, onların barəsində iddia tələblərinin təmin edilməməsinin səbəbləri göstərilməmişdir. Qeyd edilən iş üzrə “KC Dekor” şirkətinin direktorunun təqdim etdiyi və özünün imzası ilə təsdiq etdiyi elektron məktubda (cədvəldə) konkret borc məbləğləri və borclular, habelə borcun ümumi məbləği aşkar göstərilmişdir (iş materaillarına əlavə edilmişdir). Həmin cədvəldən açıq-aydın müəyyən edilir ki, “KG Dekor” şirkərinə ödənilməyən 78.501 ABŞ dolları məbləğində pulun 35.691 ABŞ dollar hissəsi məhz AG Bankın, yəni sonuncunu təmsil etmiş Cavabdeh ödəmədiyi pul məbləğidir. Bu fakt Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-5833/2021 saylı Qərarı ilə də təsdiq olunmuşdur. Bundan başqa, hazırkı iş üzrə İddiaçı vasitəsilə “KG Dekor” şirkəti tərəfindən AG Banka gətirilən və quraşdırılan bir sıra mebellərin pulunun bir hissəsinin Cavabdeh tərəfindən ödənilməməsi sonuncunun polisə vermiş olduğu izahatlarında da etiraf edilmişdir. Cavabdeh öz izahatlarında etiraf etmişdir ki, həmin mebellərin nöqsanlı və keyfiyyətsiz olduğu üçün dəyişdirilməsi və digər istehsalçıdan sifariş verilməsi, habelə çatdırılmada gecikmələr səbəbindən ümumilikdə 31.323 ABŞ dollar ödənilməmiş qalmışdır. Qeyd edilənlər işin mübahisəsiz halıdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək, Cavabdeh “KG Dekor” şirkərinə həqiqətən borclu olduğunu etiraf etmişdir, lakin guya 2016-cı il dekabr ayına qədər “KG Dekor” şirkətinin nümayəndəsi ilə ödənilməmiş məbləğin güzəşt edilməsinə dair razılaşdıqlarını bildirmişdir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı qeyd etdi ki, Cavabdehla aralarında yaranmış borc barədə tərtib olunmuş cədvəli xx.xx.2016-cı il tarixli e-mail vasitəsi ilə cavabdeh tərəfə o, göndərmişdir. Nəzərdə tutulan 35691 ABŞ dolları ilə bağlı cavabdehlə Ender bəy arasında onun iştirakı ilə danışıqlar aparılmış, razılığa gəlmişlər ki, kreslolar alınması üçün nə qədər pul xərclənəcəksə, həmin məbləğ çıxıldıqdan sonra yerdə qalan məbləğ ödəniləcəkdir. 5691 ABŞ dolları isə ona çatacaq pul məbləği idi, yəni onun qazancı olmuşdur. Lakin, sonradan 35691 ABŞ dollarının güzəştindən Ender bəy imtina etmişdir. Ona görə də həmin pul ondan tutulmuşdur.
21. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Cavabdeh həmçinin qeyd etdi ki, onun sifarişi ilə AG bankın ofisində quraşdırılmış mebellərə görə onun heç kəsə borcu qalmamışdır. Sifariş vaxtında və lazımi keyfiyyətdə icra olunmadığına, həmin ərəfədə isə azərbaycan manatı devalvasiyası uğradığına görə o, xeyli zərərə düşmüşdür. Buna görə də iddiaçı və Ender bəyin iştirakı ilə hesabat aparılmış və göstərilən qüsura və zərərə görə ümumi məbləğdən 22000 ABŞ dolları və 15000 manat, yəni 30000 ABŞ dolları cərimə olaraq çıxılmışdır. xx.xx.2016-cı il tarixdə iddiaçı tərəfindən ona göndərilmiş e-mail məktuba əlavə olunmuş cədvəldə AG bankda görülmüş işlərə dair hesabat təqdim olunmuş və həmin işlərdən onun cəmi 5691 ABŞ dolları məbləğində borclu qalması qeyd olunmuşdur. Cədvəldə Ender bəydən cərimələnən məbləğ 35000 ABŞ dolları yazılmasına baxmayaraq, gecikmələrə və qüsurlu mallara görə 30000 ABŞ dolları endirim olunması razılaşdırıldığından, qalıq borc hesabatda göstərildiyi kimi 5691 ABŞ dolları yox, 10691 ABŞ dolları kimi qəbul olunmuş və həmin məbləği də elə həmin ilin yayında iddiaçıya ödəmişdir. İddiaçı ilə onun arasında işgüzar münasibətlər bundan sonra da davam etmiş, hətta 2021-2022-ci illərdə də o, iddiaçıdan mal alıb ödənişlər etmişdir, əgər onun iddiaçıya borcu qalmış olsa idi, iddiaçı sonrakı işlərə görə apardığı ödənişlərdən borca tutardı, yaxud da bü müddət ərzində hazırda tələb etdiyi borcu tələb edərdi.
22. Cavabdehin nümayəndəsi-vəkili qeyd etdi ki, tərəflər arasında hesablaşmaya dair xx.xx.2016-cı il tarixli elektron hesabatda iddiaçı özü qalıq borcun 5691 ABŞ dolları olmasını göstərmişdir. Əslində həmin məbləğ 10691 ABŞ dolları olmuşdur. 5000 ABŞ dolları fərq “KG Dekor” şirkətindən cərimə olaraq silinmiş ümumi məbləğlə bağlıdır, belə ki, Ender bəylə danışıqlar nəticəsində cərimə olaraq silinən məbləğ 30000 ABŞ dolları təşkil etdiyi halda hesabatda həmin məbləği iddiaçı 35000 ABŞ dolları kimi göstərmişdir. Lakin sonradan aydınlıq gətirilmiş və Cavabdeh 10691 ABŞ dolları borcunu da 2016-cı ilin yayında ödəmişdir. Əks təqdirdə iddiaçı bu müddətdə həmin borcu digər ödənişlərdən silər, ya da aparılan elektron yazışmalarda tələb edərdi. Digər tərəfdən, həmin məbləğ üzrə iddia müddəti də keçmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
23. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
24. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
25. Maddə 528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
26. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. İddiaçı tərəfindən tam mübahisələndirilərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
34. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
35. Məhkəmə iddiaçının rəhbər tutduğu maddi hüquq normalarına qiymət verərək, haqlı olaraq qeyd etmişdir ki, tərəflərin birgə borclu olması halında iddiaçının reqres tələb hüququnun yaranması üçün o, ilk növbədə kreditor qarşısında öhdəliyi icra etməlidir. Lakin işin araşdırılan halları ilə müəyyən olunur ki, hazırki tələbin yaranması əsasları digər mülki mübahisədən irəli gəlir və həmin iş üzrə iddiaçının öz öhdəliklərini yerinə yetirməməsi təsdiq olunur. Digər tərəfdən, cavabdehin məhz iddiaçının qarşısında borclu olması nə hazırki tələb üzrə, nə də əvvəlki məhkəmə araşdırılmaları ilə sübut olunur.
36. Belə ki, "KC Dekor” şirkətinin İddiaçı, Qəhrəmanov Araz Qəhrəman oğlu, Cavabdeh, “AG Bank" ASC və "xxxx" MMC-yə qarşı "borcun və dəymiş zərərin ödənilməsi tələbinə dair" ilk, habelə İddiaçı, Qəhrəmanov Araz Qəhrəman oğlu və Cavabdeh "KC Dekor" şirkətinə qarşı "pul tələbinə dair" qarşılıqlı iddiaları Nəsimi Rayon Məhkəməsinin 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə rədd olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 may 2021-ci il tarixli 2(103)-97/2021 saylı qətnaməsinə əsasən qətnamənin ilk iddianın təmin edilməyən hissəsində qismən ləğv edilməsi, ilk iddianın qismən təmin edilməsi, İddiaçı 50811 ABŞ dolları və Qəhrəmanov Araz Qəhrəman oğlundan 18000 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən olunmuş ABŞ dollarının Azərbaycan manatına nisbətən məzənnəsi ilə manatla alınaraq iddiaçı “KC Dekor” şirkətinə ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı apelyasiya şikayətinin təmin edilməməsi, iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizalarının keçirilməsinə sərf olunmuş 300 manat pulun cavabdehlər İddiaçı, Qəhrəmanov Araz Qəhrəman oğlu, Cavabdeh, "xxxx" ASC və “Lux Elements" MMC-dən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.
37. Həmin Qətnamədə belə qənaətə gəlinmişdir ki, “...işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi, sair müqavilə, təhvil-təslim aktı olmasa da, həqiqətən də ilk iddiaçı ilə, ilk iddia üzrə qeyd olunan cavabdehlər arasında mebel alqı-satqısı ilə bağlı mülki hüquq münasibətləri yaranmış, davam etmiş, yəni 2013-cü ildən başlayaraq üç il ərzində iddiaçı tərəfindən cavabdehlərə Türkiyə Respublikasından karqo vasitəsilə mebelllər göndərilmiş, cavabdehlər tərəfindən bu mebellərə görə iddiaçıya 275000 ABŞ dolları (iddiaçı 274000 ABŞ dolları ödənildiyini deyir) ödənilmişdir. Tərəflərin heç biri bu halları mübahisələndirmir. İşin mübahisəli halı isə ondan ibarətdir ki, ilk iddiaçı ilk iddia üzrə cavabdehlərə 382501 ABŞ dolları dəyərində mebel satdığını, cavabdehlərin isə ona 108501 ABŞ dolları borcu qaldığını iddia edir, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı isə ilk iddiaçıya hər hansı bir məbləğdə borcu qalmadığını, əksinə ilk iddiaçının öhdəliyini tam icra etmədiyini, yeni mebellərin qüsurlu, natamam və gecikmə ilə gəldiyini bəyan edərək, ilk iddiaçıdan əlavə ödənilən 63254 ABŞ dolları və işgüzar nüfuza vurulan zərərə görə 200000 manat tələb edir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin istintaq X4 şikayət ərizəsi əsasında aparılan araşdırma zamanı cavabdehlərdən İddiaçı və Qəhrəmanov Araz Qəhrəman oğlu izahatlarında Coşqun Kerimə borclu olduqlarını qismən etiraf etmişlər. Belə ki, ilk iddiaçıya hər hansı bir məbləğdə borcunuz varmı sualına İddiaçı "AG" Bankla bağlı ödənilməyən məbləğin 35691 ABŞ dolları, Hamlet müəllimin evində görülən işlərə görə ödənilməyən məbləğin 15120 ABŞ dolları təşkil etdiyini bildirmişdir. Həmçinin izahatında göstərmişdir ki, “Birincisi AG bank barəsində iddia olunan qalıq məbləği 35691 ABŞ dollarının hesabatını Ender bəy, mən və Cavid bəy sonuncunun ofisində görüşdüyümüz zaman iş əsnasında yaranan qüsurlar və gecikmə müddətinə görə əvvəlcədən xəbərdarlıq olunan bir günə görə 950 manat cərimə məbləği qismən olaraq hesablanaraq həmin məbləğlə əvəzləşmə olmuşdur. Bu prosesdə Ender Ergeden şəxsən özü Cavid bəylə danışıq aparmışdır.” İş materialları ilə təsdiq olunur ki, iddiaçı tərəfindən tələb olunan 108501 ABŞ dollarını, cavabdehlər mebellərdə problemlər olması və gecikdirilmə ilə gəlməsini əsas gətirərək birtərəfli qaydada 30000 ABŞ dollarınadək azaltmış və 78501 ABŞ dolları borcları qalmasını etiraf edərək həmin məbləği ödəyəcəklərini öhdələrinə götürmüşlər. Lakin sonradan nəinki tələb olunan, həmçinin etiraf etdikləri məbləği də ödəməmişlər.”
38. Həmçinin, həmin apellyasiya baxışı zamanı təsdiq olunmuşdur ki, “KC Dekor” şirkəti tərəfindən tələb olunan 108501 ABŞ dollarını cavabdehlər (Mehdi və Araz Qəhrəmanovlar) mebellərdə problemlər olması və gecikdirilmə ilə gəlməsini əsas gətirərək birtərəfli qaydada 30000 ABŞ dollarınadək azaltmış və 78501 ABŞ dolları borcları qalmasını etiraf edərək həmin məbləği ödəyəcəklərini öhdələrinə götürmüşlər. “KC Dekor” şirkətinin təsisçisi Coşkun Kerim də Bakı Apellyasiya Məhkəməsinə ünvanlandırığı izahatında “Qəhrəmanov qardaşları” tərəfindən borcdan 30000 ABŞ dolları çıxıldığını, 78501 ABŞ dollarını verəcəklərinə dair vəd verildiyini göstərmişdir. Habelə, İddiaçı Yasamal RPİ-də verdiyi izahatında Cavabdehla Ender Ergelen arasında 35691 ABŞ dollarının gecikmə və iş keyfiyyətinə görə borcdan çıxılması ilə bağlı aparılmış danışıqda iştirak etdiyini göstərmişdir. Yəni, borcdan çıxılmanın “KC Dekor” şirkətinin nümayəndəsinin iştirakı ilə razılaşdırılmış qaydada aparıldığı müəyyən edilmişdir. Coşkun Kerim isə “Qəhrəmanov qardaşları”nın ona olan qalan borcu batmasın deyə, çıxılmanı qəbul etdiyini göstərmişdir, bütün şikayətlərində borcunu Mehdi və Araz Qəhrəmanovlardan tələb etmişdir.
39. Göründüyü kimi İddiaçı, Cavabdeh və “KC Dekor” şirkəti arasındakı iş münasibəti zamanı yaranmış borcdan 30000 ABŞ dolları çıxıldıqdan sonra qalan borcun məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə məhz İddiaçı tutulması qərara alınmışdır.
40. Məhkəmə haqlı olaraq belə qənaətə gəlmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı tutulmalı olan 50811 ABŞ dolları pulun 31323 ABŞ dolları hissəsinin Cavabdeh iddiaçının xeyrinə tutulması üçün heç bir əsas yoxdur.
41. İddiaçı tərəfindən e-mail vasitəsi ilə cavabdehə göndərilmiş “Nimexin Mehdiyə agb 1ci mərtəbə mebel işləri üçün ödəməli məbləğ” adlı hesabatda aşağıdakılar göstərilmişdir: agb 1-ci mərtəbə mebel işləri – 310000 USD; ödənilən məbləğ – 200000 USD; ümumi smetadan azalan məbləğ – 69309 USD; axirinci dəfə Enderden cərimələnən məbləğ – 35000 USD; toplam ödənilməli məbləğ - 5691 USD.
42. Əvvəlki iş üzrə iddiaçı tərəf bildirmişdir ki, 30000 ABŞ dolları "xxxx"-a münasibətdə güzəşt olunmuşdur.
43. İddiaçı hazırki tələbində həmin iş üzrə ondan tutulmuş 50811 ABŞ dolları pulun 31323 ABŞ dolları hissəsinin Cavabdeh onun xeyrinə tutulmasını tələb edir və həmin 30000 ABŞ dollarının sonradan güzəşt edilmədiyini bildirir.
44. Kollegiya qeyd edir ki, 30000 ABŞ dollarının silinməsi aşkardır, iddiaçının bununla bağlı dəlilləri əsassızdır. Sonuncunun özü tərəfindən cavabdehə göndərilmiş hesabatda da 35000 ABŞ dolları cərimələnən məbləğ kimi göstərilmişdir.
45. Apelyasiya baxışı zamanı cavabdeh tərəf bildirmişdir ki, hesabatda azalan məbləğ 35000 ABŞ dolları yazılmasına baxmayaraq, “KC Dekor” şirkətinin nümayəndəsi ilə son razılaşma belə olmuşdur ki, 30000 ABŞ dolları gecikmələrə və qüsurlu mallara görə endirim olunacaq və bundan sonra onun ödəməli olduğu məbləğ 10691 ABŞ dolları təşkil etmişdir. Həmin 10691 ABŞ dolları isə 2016-cı ilin yay aylarında onun tərəfindən iddiaçıya və onun qardaşına ödənilmişdir. Bununla da onun iddiaçı qarşısında heç bir ödənilməmiş öhdəliyi qalmamışdır.
46. Kollegiya cavabdehin dəlillərini əsaslı hesab edir, həmin dəlillər həm əvvəl baxılmış işin halları, həm də iddiaçının cavabdehə göndərdiyi xx.xx.2016-cı il tarixli e-mail hesabatla tam təsdiq olunur.
47. Kollegiya nəzərə alır ki, tərəflər arasında işgüzar münasibətlər həmin hadisədən sonra da uzun müddət davam etmiş, lakin bu müddət ərzində iddiaçı 10691 ABŞ dolları məbləğində borcu tələb etməmişdir. Tərəflər arasında görülmüş müxtəlif işlərə dair ciddi hesabatın aparılması da bu nəticəyə gəlməyə əsas verir ki, cavabdeh həmin 10691 ABŞ dollarını iddiaçıya ödəmişdir.
48. Cavabdehin iddiaçıya hər hansı məbləğdə borcunun olması müəyyən edilmir.
49. Beləliklə, apelyasiya şikayətinin dəlili əsassız olmaqla, qanuni və əsaslı olan qətnamənin ləğv edilməsinə əsas vermir.
50. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-220/2023 saylı iş üzrə 01 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.