Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3264/2021 28.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Alıyeva Gülər Neymət qızının katibliyi, idiaçı Əkbərli Dilarə Seyid Rza qızının nümayəndəsi və eyni zamanda vəkili Allahverdiyev Yusif Asif oğlunun, cavabdeh Yiğitdöl Hikmət Süleyman oğlunun (eyni zamanda cavabdeh “xxxx” MTK-nın nümayəndəsidir), müstəqil tələb irəli sürən üçüncü şəxs Rəsulov Cabit Məhəmməd oğlunun iştirakları ilə, İddiaçı Əkbərli Dilarə Seyid Rza qızının cavabdehlər Yiğitdöl Hikmət Süleyman oğluna, “xxxx” MTK-ya və “xxxx” MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin təhvil verilməsi və maneələrin qadağan edilməsi” tələbinə dair iddiası, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxslər Məmmədov Aqil Məmməd oğlunun, Rəsulov Cabit Məhəmməd oğlunun və Məmmədov Felik Məmməd oğlunun cavabdehlər Əkbərli Dilarə Seyid Rza qızına və “xxxx” MTK-ya qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələblərinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4321/2020 27 oktyabr 2020-ci il tarixli qətnaməsindən Yiğitdöl Hikmət Süleyman oğlu və müstəqil tələb irəli sürən üçüncü şəxs Rəsulov Cabit Məhəmməd oğlu tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Əkbərli Dilarə Seyid Rza qızı cavabdehlər Yiğitdöl Hikmət Süleyman oğluna, “xxxx” MTK-ya və “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181- ci ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasının A1 bloku ilə A2 bloku arasında olan 6 (altı) mərtəbəli (zirzəmi ilə birlikdə) qeyri-yaşayış binasının Xocalı prospektinə baxan tərəfində, birinci mərtəbəsində 120 kv.m-dən və onun üstündə yerləşən, ikinci mərtəbəsində olan 110 kv.m-dən ibarət qeyri-yaşayış sahələrinin "xxxx" MTK tərəfindən ona təhvil verilməsi, həmin qeyri-yaşayış sahələrinin onun istifadəsinə və sahibliyinə verilməsi və həmin qeyri-yaşayış sahələrindən istifadəsinə yaradılan maneələrin cavabdehlərə və başqa şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin, müstəqil tələb irəli sürən üçüncü şəxslər Məmmədov Aqil Məmməd oğlu, Rəsulov Cabit Məhəmməd oğlu və Məmmədov Felik Məmməd oğlu cavabdehlər Əkbərli Dilarə Seyid Rza qızına və “xxxx” MTK-ya qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” MTK ilə Dilarə Əkbərli arasında 26 dekabr 2008-ci il tarixdə bağlanmış müqaviləyə əsasən "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xocalı prospekti 32, məhəllə 1181 ünvanında inşa edilmiş yüksək mərtəbəli binanın Al bloku ilə A2 bloku arasında olan 6 mərtəbəli (zirzəmi ilə birlikdə) qeyri-yaşayış binasının Xocalı prospektinə baxan orta hissəsində 1-ci mərtəbəsində ümumi sahəsi 120 kv.metrdən və onun üstündə olan 2-ci mərtəbəsində ümumi sahəsi 110 kv.metr olan mağaza (dükan) təyinatlı qeyri-yaşayış sahəsinin Dilarə Əkbərlinin "xxxx" MTK-dan almasına dair cavabdehlər "xxxx" MTK ilə Dilarə Əkbərli arasında bağlanmış 26.12.2008-ci il tarixli müqavilənin 2-ci mərtəbədə yerləşən və ümumi sahəsi 110 kv.metr olan qeyri-yaşayış sahəsinə münasibətdə etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Xətai Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Dilarə Əkbərlinin iddia tələbi təmin edilərək, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 32, məhəllə 1181-ci ünvanında yerləşən yüksəkmərtəbəli yaşayış binasının A1 bloku ilə A2 bloku arasında olan 6 mərtəbəli (zirzəmi ilə birlikdə) qeyriyaşayış binasının Xocalı prospektinə baxan tərəfində, birinci mərtəbəsində 120 kv.m-dən və onun üstündə yerləşən, ikinci mərtəbəsində olan 110 kv.m-dən ibarət qeyri-yaşayış sahələrinin "xxxx" MTK tərəfindən iddiaçı Əkbərli Dilarə Seyid Rza qızına təhvil verilməsi, həmin qeyri yaşayış sahələrindən istifadəyə yaradılan maneələrin cavabdehlər “xxxx” MTKya və “xxxx” MMC-yə və başqa şəxslərə qadağan edilməsi, müstəqil tələblərin isə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavadbeh Yigitgöl Hikmət Süleyman oğlu apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Həmçinin qətnamədən müstəqil tələb irəli sürən üçüncü şəxs Rəsulov Cabit Məhəmməd oğlu apellyasiya şikayəti verərək onun ləğv edilməsi, 26.121.2018-ci il tarixli Əkbərli Dilarə Seyid Rza qızı ilə “xxxx” MTk arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla belə, iş üzrə bir neçə məhkəmə iclası keçirildikdən sonra cavabdeh Yigitgöl Hikmət Süleyman oğlu və müstəqil tələb irəli sürən üçüncü şəxs Rəsulov Cabit Məhəmməd oğlu ayrı-ayrılıqda ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətlərindən imtina etdiklərini bildirmiş və apellyasiya icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyaysiya şikayətinin geri götürülməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369.1-ci və 369.2-ci maddələrinə görə, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə görə isə, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Xətai Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh Yiğitdöl Hikmət Süleyman oğlu və müstəqil tələb irəli sürən üçüncü şəxs Rəsulov Cabit Məhəmməd oğlu tərəfindən ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərindən onların imtina etməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və cavabdeh Yiğitdöl Hikmət Süleyman oğluna, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Rəsulov Cabit Məhəmməd oğluna münasibətdə apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Yiğitdöl Hikmət Süleyman oğlunun və həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Rəsulov Cabit Məhəmməd oğlununun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4321/2020 27 oktyabr 2020-ci il tarixli qətnaməsindən ayrıayrılıqda verdiklərii apellyasiya şikayətlərindən imtinaları qəbul edilsin və cavabdeh Yiğitdöl Hikmət Süleyman oğluna, həmçinin müstəqil tələb irəli sürən üçüncü şəxs Rəsulov Cabit Məhəmməd oğluna münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3264/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3264/2021
28.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver