Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3270/2025 29.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsə qarşı mülki iş üzrə (Açar sözlər: maddi ziyan tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X5 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə2, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsinə qarşı “güzəştlərin tətbiq edilməklə ona qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)- 546/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İşəgötürən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu ilə işçi İddiaçı arasında bağlanmış müddətsiz xx.xx.2006-cı il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı “xx.xx.2018-ci il tarixdən yeni strukturaya və ştat cədvəlinə uyğun olaraq 1.0 tarif dərəcəsi ilə Uşaq travmatologiya və ortopediya şöbəsinin müdiri vəzifəsinə təyin edilmiş, bu barədə işəgötürən 78№-li, xx.xx.2018-ci il tarixli əmr vermişdir. Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən sisitemə xx.xx.2019-cu il tarixdə daxil edilən Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, İddiaçı Azərbaycan X6 və Ortopediya İnstitutunda xx.xx.1990-cı il tarixindən müddətsiz əmək müqaviləsinə əsasən, əsas iş yeri olmaqla, həkim travmotoloq-ortoped vəzifəsində çalışır. Müqaviləyə dəyişiklik edilərək işçinin aylıq tarif maaşı 440 manat müəyyən edilmişdir. Bakı şəhəri Nizami rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 049912 nömrəli xx.xx.2001-ci il tarixli vəsiqədən müəyyən olunur ki, Həsənov X8 veteranıdır. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə İddiaçı İdarədə saxlanılan şəxsi işində ona “Müharibə Veteranı” vəsiqəsinin verilməsinə əsas olmuş sənədələr məhkəməyə təqdim edilmişdir. İddiaçı xx.xx.2001-ci il tarixli 049912 №li vəsiqənin verilməsinə əsas olan həmin sənədlər arasında olan Bakı X6 və X3 Nazirliyinin göstərişi əsasında İnstitutun direktoru Ə.Z.Davudov tərəfindən imzalanmış və möhürlənmiş xx.xx.1992-cü il tarixli ezamiyyə əmrinin surətindən görünür ki, İnstitutun həkimi İddiaçı xx.xx.1992-cü il tarixdən 7 gün müddətinə Zəngilan rayonuna ezam edilməsi əmr edilmişdir. Sənədin sol yuxarı küncündə № 23, xx.xx.2001 tarixli qeyd aparılmaqla ştamp vurulmuşdur. Həmin iş materiallarında həmçinin, Bakı X6 və X3 Nazirliyinin göstərişi əsasında İnstitutun direktoru X.D.Dadaşov tərəfindən imzalanmış və möhürlənmiş xx.xx.1993-cü il tarixli ezamiyyə əmrinin surətindən görünür ki, İnstitutun həkimləri İddiaçı və digəriləri xx.xx.1993-cü il tarixdən 10 gün müddətinə Qarabağ ətrafında hərbi döyüş zonasına ezam edilməsi əmr edilmişdir. Sənədin sol yuxarı küncündə № 22, xx.xx.2001 tarixli qeyd aparılmaqla ştamp vurulmuşdur. Ştampın məzmunu zəif əks olunsa da, cavabdehə aid olması müəyyən edilir. Zəngilan Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli arayışdan görünür ki, Həsənov X9 rayonuna erməni işğalçılarının təcavüzünün başlandığı ilk illərdə (1988-1991) mərkəzi rayon xəstəxanasında həkim işlədiyi üçün sərhədyanı kəndlərdə gedən döyüşlərin iştirakçısı olmuş, yaralıların atəş xəttindən çıxarılmasında onlara ilk tibbi yardım göstərilməsində və başqa hospitallara evakuasiya olunmasında xüsusi ilə fərqlənmişdir. Zəngilan Rayon Hərbi Komissarı tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli arayışdan görünür ki, İddiaçı 1988-1991-ci illərdə erməni işğalçılarının Azərbaycan Respublikasına təcavüzü zamanı aparılan döyüş əməliyyatlarında Zəngilan rayonunun müdafiəsində iştirak edib. Arayış Nizami Rayon Hərbi Komissarlığına təqdim edilmək üçün verilmişdir. İddiaçı tərəfindən Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, həmin ərizə ilə imtiyazlardan istifadə etməsinə razılıq verilməsini xahiş etmişdir. Həmin ərizədə qoşma sənədələr göstərilməmiş və müvafiq sənədələrin əlavə edilməsi qeyd olunmamışdır. Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan X1 təqdim etdiyi xx.xx.1995-ci il tarixli 51549 saylı vəsiqəsini təqdim edərək müharibə veteranları üçün müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək məqsədi ilə müraciət etmişdir. Lakin, təqdim etdiyi həmin vəsiqə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə hüququna malik deyildir, bu vəsiqə yalnız üzvlük vəsiqəsidir. İddiaçı ərizə ilə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən 2 ay sonra Bakı şəhəri Nizami Rayon Hərbi Komissarlığı tərəfindən ona verilmiş olan xx.xx.2001-ci il tarixli, 049912 saylı X7 təqdim etmişdir. Beləliklə, İddiaçı ərizə ilə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2-ci maddəsinə və qanunvericiliyin tələblərinə uyğun olaraq tətbiq olunan güzəşt və imtiyazlardan istifadə edir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu PHŞ-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinin tələblərinə uyğun olaraq 21.400 manat məbləğində pulun cavabdeh Azərbaycan ElmiTədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, o, İ Qarabağ müharibəsində xüsusi xidmətlər göstərmiş, Azərbaycanın döyüş əməliyyatlarında iştirak edərək 1995-ci ildən Qarabağ müharibəsi veteranı adını almışdır. Azərbaycan Vətən Müharibəsi X4 üzvüdür. Həmçinin Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsi üzrə partiya sədri vəzifəsini icra edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində müharibə veteranı almış fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı aylıq gəliri 400 manat məbləğində azaldılması qeyd edilmişdir. Müharibə veteranı olmasına baxmayaraq müharibə veteranı olduğu 1995-ci ildən bu yana heç vaxt bu güzəştlərdən istifadə etməmişdir. Tətbiq olunmayan güzəştlərin hesablanaraq ona ödənilməsində köməklik göstərilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddiaya etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbində iddiaçı məhkəmədən 21.400 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının 21.400 manat məbləğində pul tələbi tam əsassızdır. İmtiyazdan istifadə etməsi üçün iddiaçı Bakı şəhəri Nizami Rayon Hərbi Komisarlığı tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, 049912 saylı X7 X6 və Ortopediya İnstitutu publik hüquqi şəxsin kadrlar şöbəsinə xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. İddiaçı ərizə yazaraq müraciət etdiyi xx.xx.2024cü il tarixdən qanunvericiliyin tələblərinə uyğun olaraq tətbiq olunan güzəştlərdən istifadə edir. İddiaçı xeyrinə tətbiq olunan güzəşt ərizə ilə müraciət olunduğu tarixdən hesablanaraq tutulmalıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.2-ci maddəsinə müvafiq olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı almış fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Qeyd olunanlara əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısının tətbiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 04 saylı qərarında vergi güzəştinin tətbiqi üçün müvafiq sənədlərin siyahısı qeyd olunmuşdur. Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin güzəşt hüququ aşağıdakı sənədlər əsasında müəyyənləşdirilir: Qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı almış şəxslər üçün müharibə veteranı vəsiqəsi ilə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları. Güzəşt hüququna malik olan şəxslər yuxarıda adı çəkilən sənədlərdən birini təqdim etməlidirlər. Belə ki, əmək haqqından tutulan vergi hesablanarkən fiziki çəxslərin vergi güzəştləri yuxarıda qeyd olunan sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində həyata keçirilir. Buna baxmayaraq İddiaçı ona verilmiş veteran vəsiqəsini X6 və Ortopediya İnstitutu publik hüquqi şəxsin kadrlar şöbəsinə daha öncədən təqdim etdiyini bildirərək, vergi güzəştlərindən yararlanmaq istəmişdir. Lakin kadrlar şöbəsində İddiaçı daha öncə müraciət etməsinə dair hər-hansı sənəd, sübut tapılmamışdır. Nəsimi Rayon Məhkəsinin sorğularına cavab olaraq X6 və Ortopediya İnstitutu publik hüquqi şəxsi tərəfindən İddiaçı şəxsi işini (arxiv qovluğu) tam şəkildə məhkəməyə təqdim edilmişdir. Məhkəmənin ETOİyə ünvanlandığı sorğuya cavabda da qeyd edilmişdir. Göndərdiyi məktubdada bu qeyd edilmişdir. Daha öncə təqdim etməsinə dair heç bir sübut təqdim etməmişdir. İddiaçı X6 və Ortopediya İnstitutu publik hüquqi şəxsinə xx.xx.2024-cü il tarixdən öncə müraciət etməsinə dair hər-hansı sənəd, sübut məhkəməyə təqdim edə bilməmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən əmək haqqından tətbiq edilməli olan vergi güzəştlərinin cavabdeh Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədə cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs TƏBİB PHŞ-nın nümayəndəsi X10 güzəştlərin tərəflər arasında vəzifə dəyişikliyi ilə bağlanmış yeni müqavilədən sonra tətbiq edilməsini məqsədəmüvafiq olduğunu bildirdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublıkası Səhiyyə Nazirliyinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Lakin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi məhkəmənin əvvəlki iclaslarında iştirak edərək iddia tələbinə dair bildirmişdir ki, qeyd olunan vergi güzəştləri huququ təsdiq edən sənədin təqdim edildiyi andan tətbiq edilməlidir. Vergilər Məcəlləsinə edilən və 01 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş dəyişikliklərə əsasən isə vergi güzəştləri əldə etməyə əsas verən stutusun olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra təqdim edildiyi halda vergi güzəşti həmin müqavilənin hüquqi qüvvəyə mindiyi andan hesablanmalıdır. Bildirdiyinə görə bu müddəalar 2022-ci ilin 01 yanvar tarixindən sonra yaranan münasibətlərə şamil olunur. İddiaçının cavabdeh qurumda mövcud olan şəxsi işinə məhkəmə iclasında iki dəfə baxış keçirilmiş, iş materiallarının surətləri çıxarılmış, şəxsi işin aparılma qaydalarına uyğun aparılmadığı, o cümlədən iddiaçının şəxsi uçot vərəqəsinin, tərcümeyi halının uzun müddət ərzində yenilənmədiyi müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-546/2025 nömrəli qətnaməsinə əsasən iddia tələbinin təmin edilməsi, xx.xx.2001-ci il tarixdən veteranlar üçün nəzərdə tutulmuş vergi güzəştlərinin Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsindən tutularaq İddiaçı ödənilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, işəgötürən işçinin vergi güzəştlərini əldə etməyə əsas verən statusunun olduğu halda, onun əmək haqqından tutulmaların aparılmasına yol verməklə işçinin hüquqlarını məhdudlaşdırmış, işçi veteranlar üçün nəzərdə tutulmuş güzəştlərdən yararlana bilməmişdir. Belə ki, iddiaçı “Müharibə veteranı” vəsiqəsini 2001-ci ildə almış və Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək imtiyazlardan istifadə etməsinə razılıq verilməsini xahiş etmiş, həmin ərizədə qoşma sənədələr göstərməmiş və müvafiq sənədələrin əlavə edilməsini qeyd etməmişdir. Buna baxmayaraq, ərizədə göstərilən məsələni cavabdeh xeyli müddət sonra və yalnız “Müharibə veteranı” vəsiqəsi təqdim edildikdən sonra icra etmişdir. Halbuki, cavabdehin etirazında vəsiqənin təxminən 2024-cü ilin avqust ayında təqdim edildiyi bildirilsə də, təqdim edilmiş şəxsi iş materiallarında həmin vəsiqənin hansı tarixdən təqdim edilməsi barədə sübut aşkar edilməmişdir. İşin digər diqqətəlayiq halı ondan ibarətdir ki, iddiaçıya vəsiqə 2001-ci ildə verilərkən, cavabdeh həmin vəsiqənin verilməsinə əsas olmuş sənədləri vəsiqə verilməsi səlahiyyətinə malik olan orqana təqdim etmişdir. Bu hal 1992 və 1993-cü illərdə tərtib edilmiş ezamiyyət əmrlərinin çıxarışlarının surətlərində cavabdehin 2001-ci il tarixli qeydiyyat aparması ilə təsdiq olunur. Qeyd olunmalıdır ki, iddiaçının vergi güzəştlərinin tətbiq edilməsi üçün lazım olan statusa malik olması işin mübahisəsiz halıdır. Güzəştlərin tətbiqinin hansı andan başlanması isə mübahisəlidir. Əgər qanunvericilikdə güzəştin tətbiqi anı vəsiqənin təqdim edilməsi ilə şərtləndirilirsə, bu zaman imtiyazların müvafiq statusu əks etdirən vəsiqənin verildiyi tarixdən deyil, onu işəgötürənə təqdim edildiyi tarixdən hesablanması nəzərdə tutulur. Bu halda məlumatlandırma vəzifəsi işçinin üzərinə düşməklə tələbetmə təqdimetmədən sonrakı dövrə aid olur. Digər bir halda, güzəştin tətbiqi statusun əldə edilməsi anı ilə şərtləndirilirsə, imtiyazlar statusu əks etdirən vəsiqənin verilmə tarixindən hesablanaraq, tələbetmə təqdimetmə anından əvvələ şamil edilməsini nəzərdə tutur. Bunun üçün isə qanunvericilikdə xüsusi norma mövcud olmalıdır. İstənilən halda, məlumatlandırma işəgötürənin müvafiq güzəştlərin tətbiqi üçün əsasdırsa, iş materiallarından görünür ki, işəgötürən statusun verilməsinə əsas olan daxili sənədləri, yəni 1992-93-cü illərdə verilmiş ezamiyyət əmrlərindən çıxarışların surətlərini müvafiq statusu rəsmiləşdirən orqana təqdim etməklə və iddiaçıya belə statusun verilməsində təşəbbüskar olmaqla, iddiaçıya statusun verilməsindən məlumatlı olmuşdur. Digər tərəfdən, iddiaçı güzəşt hüququnu təsdiq edən müvafiq sənədlərini əmək müqaviləsi hüquqi qüvvəyə mindikdən sonra təqdim etməsi onu deməyə əsas verir ki, qanunvericiliyin tələbetmənin təqdimetmə anından geriyə şamil edilməsi barədə xüsusi norma əsas götürülmədir, yəni Vergi Məcəlləsini 102.8-ci maddəsinin 2-ci cümləsinə uyğun olaraq, güzəştin qeriyə tətbiq edilməsi ilə hesablanaraq ödənilməsi aparılmalıdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında işçi işəgötürən münasibətlərinin xx.xx.1990-cı il tarixdən qüvvədə olmasını, iddiaçı xx.xx.2001-ci il tarixdə veteran vəsiqəsi almaqla veteranlar üçün nəzərdə tutulmuş güzəştlər əldə etmək hüququna malik olmasını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, veteranlar üçün nəzərdə tutulmuş vergi güzəştlərinin xx.xx.2001-ci il tarixdən cavabdeh Azərbaycan Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilməsi ədalətli, qanunauyğun və əsaslıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin l bəndinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2.7, 102.8-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3, 217.4-ci maddələrinə, “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3, 7-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-546/2025 nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişlər. Cavabdeh Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu PHŞ tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-546/2025 saylı qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2001-ci il tarixdən veteranlar üçün nəzərdə tutulmuş vergi güzəştləri Azərbaycan Elmi Tədqiqat Travmotologiya vəOrtopediya İnstitutu publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-546/2025 saylı qətnaməsi qanunvericiliyin tələblərinə uyğun çıxarılmamışdır. Məhkəmə maddi hüquq normalarının tətbiqində ciddi səhvə yol vermiş, eyni zamanda iş üzrə ümumi əhəmiyyətli olan hallar tam şəkildə araşdırılıb, aydınlaşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmənin nəzərinə çatdırırlar ki, İddiaçı Bakı şəhəri Nizami Rayon Hərbi Komisarlığı tərəfindən ona verilmiş xx.xx.2001-ci il tarixli 049912 saylı “Müharibə Veteranı” vəsiqəsini X6 və Ortopediya İnstitutu publik hüquqi şəxsə (X11) xx.xx.2024-cü il tarixdə təqdim etmişdir. Ərizə ilə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən qanunvericiliyin tələblərinə uyğun olaraq tətbiq olunan güzəştlərdən istifadə edir. Lakin buna baxmayaraq iddiaçı ona verilmiş “Müharibə Veteranı” vəsiqəsini İnistituta xx.xx.2024-cü il tarixdən daha öncə təqdim etdiyini bildirərək, güzəştin “Müharibə Veteranı” vəsiqəsinin verildiyi xx.xx.2001-ci` il tarixdən tətbiq olunmasını bildirmişdir. Lakin iddiaçının sözügedən sənədi xx.xx.2024-cü il tarixdən öncə təqdim etməsinə dair İnistitutda və onun şəxsi iş materiallarında hər-hansı sənəd, sübut aşkar edilməmişdir. Buna dair məhkəmə sorğusu olunmuş və sorğuya cavab olaraq iddiaçının şəxsi iş materialları işin düzgün obyektiv araşdırılması üçün məhkəməyə təqdim edilmişdir. Belə ki, qanunvericilikdə güzəştin tətbiqi anı vəsiqənin təqdim edilməsi ilə şərtləndirilirsə, bu zaman imtiyazların müvafiq statusu əks etdirən vəsiqənin verildiyi tarixdən deyil, onu işəgötürənə təqdim edildiyi tarixdən hesablanması nəzərdə tutulur. Bu halda məlumatlandırma vəzifəsi işçinin üzərinə düşməklə tələb etmə təqdim etmədən sonrakı dövrə aid olur. İşin hallarından da göründüyü kimi iddiaçı güzəşt hüququnu təsdiq edən X7 işəgötürənə xx.xx.2024-cü ildə təqdim etmişdir. Qanunun tələbinə əsasən, müharibə veteranı vəsiqəsi iddiaçı tərəfindən cavabdehə təqdim edilmədən, cavabdehin bu vəsiqənin mövcud olmasını qəbul etmək və ya öz təşəbbüsü ilə bu vəsiqəni əldə etmək vəzifəsi olmamış, təqdim edilməyən vəsiqəyə əsasən vergi güzəştləri tətbiq etmək hüququ olmamışdır. Başqa sözlə, müharibə veteranı statusu müvafiq vəsiqə əsasında müəyyən olunur və digər mənbələrdən belə statusun olması barədə qənaətə gəlmək qanunvericilikdə nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə Vergi Məcəlləsinin 102.8-ci maddəsinə düzgün istinad etməmişdir. Sözügedən maddədə fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. Məhkəmə qeyd olunan normanı səhv tətbiq etmişdir. Belə ki, iddiaçı ilə cavabdeh arasında ilkin əmək müqaviləsi xx.xx.1990-cı il tarixdə bağlanmış, sonuncu əmək müqaviləsi (kontraktı) xx.xx.2022-ci il tarixdə bağlanmışdır. Vergi Məcəlləsinin 102.8-cimaddəsində qeyd olunduğu kimi iddiaçının vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. Buradan da aydın olur ki, iddiaçıya vergi güzəşti tərəflər arasında bağlanmış sonuncu əmək müqaviləsinin (kontraktının) qüvvəyə mindiyi tarixdən (xx.xx.2022-ci il) hesablanmalıdır. (sonuncu əmək müqaviləsi (xx.xx.2022-ci il tarixli 74 saylı Əmr) iş materiallarına əlavə edilmişdir) Buna görə də məhkəmə Vergi Məcəlləsinin 102.8-ci maddəsində qeyd edilənləri nəzərə almadan qanunsuz qərar çıxarmışdır. İddiaçı ona verilmiş X7 xx.xx.2024-cü il tarixdən daha öncə ElmiTədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsə təqdim etdiyini iddia etsə də, bu halı sübuta yetirə bilməmişdir. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-546/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs Dövlət Vergi Xidməti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2001-ci il tarixdən veteranlar üçün nəzərdə tutulmuş vergi güzəştlərinin Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-546/2025 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, xx.xx.2001-ci il tarixdən veteranlar üçün nəzərdə tutulmuş vergi güzəştləri Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsindən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Üçüncü şəxs Dövlət Vergi Xidməti Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-546/2025 nömrəli qətnaməsi ilə razı deyildir. Hesab edilir ki, məhkəmə maddi hüquq normalarının tətbiqində ciddi səhvə yol vermiş, eyni zamanda iş üçün əhəmiyyətli olan halları tam şəkildə aydınlaşdırmadan qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarına əsasən İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsinə ərizə ilə müraciət edərək əmək haqqından ödəmə mənbəyində tutulan gəlir vergisi hesablanarkən ona müharibə veteranları üçün müəyyən edilmiş vergi güzəştinin tətbiq edilməsini xahiş etmişdir. İddiaçı ərizə təqdim etdikdən 2 (iki) ay sonra güzəşt hüququnu təsdiq edən müvafiq sənədi - Bakı şəhəri Nizami rayon Hərbi Komissarlığı tərəfindən ona verilmiş xx.xx.2001-ci il tarixli, 049912 saylı “Müharibə veteranı” vəsiqəsini – təqdim etmişdir. İddiaçı ərizə ilə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən əmək haqqından tutulan vergilərə tətbiq edilmiş güzəştdən istifadə edir. Məhkəmə qərarını əsaslandırarkən qeyd edir ki, iddiaçı “Müharibə veteranı” vəsiqəsini 2001-ci ildə almış və Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək imtiyazlardan istifadə etməsinə razılıq verilməsini xahiş etmiş, həmin ərizədə qoşma sənədələr göstərməmiş və müvafiq sənədələrin əlavə edilməsini qeyd etməmişdir. Buna baxmayaraq, ərizədə göstərilən məsələni cavabdeh xeyli müddət sonra və yalnız “Müharibə veteranı” vəsiqəsi təqdim edildikdən sonra icra etmişdir. Halbuki, cavabdehin etirazında vəsiqənin təxminən 2024-cü ilin avqust ayında təqdim edildiyi bildirilsə də, təqdim edilmiş şəxsi iş materiallarında həmin vəsiqənin hansı tarixdən təqdim edilməsi barədə sübut aşkar edilməmişdir. İşin digər diqqətəlayiq halı ondan ibarətdir ki, iddiaçıya vəsiqə 2001-ci ildə verilərkən, cavabdeh həmin vəsiqənin verilməsinə əsas olmuş sənədləri vəsiqə verilməsi səlahiyyətinə malik olan orqana təqdim etmişdir. Bu hal 1992 və 1993-cü illərdə tərtib edilmiş ezamiyyət əmrlərinin çıxarışlarının surətlərində cavabdehin 2001-ci il tarixli qeydiyyat aparması ilə təsdiq olunur. Qeyd olunmalıdır ki, iddiaçının vergi güzəştlərinin tətbiq edilməsi üçün lazım olan statusa malik olması işin mübahisəsiz halıdır. Güzəştlərin tətbiqinin hansı andan başlanması isə mübahisəlidir. Əgər qanunvericilikdə güzəştin tətbiqi anı vəsiqənin təqdim edilməsi ilə şərtləndirilirsə, bu zaman imtiyazların müvafiq statusu əks etdirən vəsiqənin verildiyi tarixdən deyil, onu işəgötürənə təqdim edildiyi tarixdən hesablanması nəzərdə tutulur. Bu halda məlumatlandırma vəzifəsi işçinin üzərinə düşməklə tələbetmə təqdimetmədən sonrakı dövrə aid olur. Digər bir halda, güzəştin tətbiqi statusun əldə edilməsi anı ilə şərtləndirilirsə, imtiyazlar statusu əks etdirən vəsiqənin verilmə tarixindən hesablanaraq, tələbetmə təqdimetmə anından əvvələ şamil edilməsini nəzərdə tutur. Bunun üçün isə qanunvericilikdə xüsusi norma mövcud olmalıdır. İstənilən halda, məlumatlandırma işəgötürənin müvafiq güzəştlərin tətbiqi üçün əsasdırsa, iş materiallarından görünür ki, işəgötürən statusun verilməsinə əsas olan daxili sənədləri, yəni 92-93-cü illərdə verilmiş ezamiyyət əmrlərindən çıxarışların surətlərini müvafiq statusu rəsmiləşdirən orqana təqdim etməklə və iddiaçıya belə statusun verilməsində təşəbbüskar olmaqla, iddiaçıya statusun verilməsindən məlumatlı olmuşdur. Qeyd olunan dəlilə münasibətdə bildirilir ki, işəgötürən tərəfindən statusun verilməsinə əsas olan daxili sənədlərin, yəni 1992-1993-cü illərdə verilmiş ezamiyyət əmrlərindən çıxarışların surətlərinin müvafiq statusu rəsmiləşdirən orqana təqdim edilməsi və iddiaçıya belə statusun verilməsində təşəbbüskar olması özü-özlüyündə artıq statusun əldə edilməsini və işəgötürənə təqdim edilməsini sübut etmir. Həmin dövrdə qüvvədə olmuş qanunun tələbinə əsasən güzəştlər o zaman nəzərə alınırdı ki, güzəşt əldə edən şəxs bu güzəşti əldə etməyə əsas verən təsdiqedici sənədləri təqdim etmiş olsun. Əgər hansısa səbəbdən güzəşt hüququna malik şəxs bu sənədi iş yerinə vaxtında təqdim edə bilmirdisə, işçi bu dövr ərzində güzəştdən məhrum olurdu və həmin şəxsdən vergi tutulurdu. İşin hallarından da göründüyü kimi iddiaçı güzəşt hüququnu təsdiq edən müvafiq sənədi 2024-cü ilin avqust ayında işəgötürənə təqdim etmişdir. Qanunun tələbinə əsasən, müharibə veteranı vəsiqəsi iddiaçı tərəfindən cavabdehə təqdim edilmədən, cavabdehin bu vəsiqənin mövcud olmasını qəbul etmək və ya öz təşəbbüsü ilə bu vəsiqəni əldə etmək vəzifəsi olmamış, təqdim edilməyən vəsiqəyə əsasən vergi güzəştləri tətbiq etmək hüququ olmamışdır. Başqa sözlə, müharibə veteranı statusu müvafiq vəsiqə əsasında müəyyən olunur və digər mənbələrdən belə statusun olması barədə qənaətə gəlmək qanunvericilikdə nəzərdə tutulmamışdır. Həmçinin məhkəmə qeyd etmişdir ki, hazırkı mübahisəyə münasibətdə xüsusi norma hesab olunan Vergi Məcəlləsinin 102.8-ci maddəsinin ikinci cümləsi tətbiq edilməlidir. Həmin normaya əsasən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. Hesab edilir ki, məhkəmə qeyd olunan normanı səhv tətbiq etmişdir. Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə ikinci cümlə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli № 406-VİQD nömrəli qanun ilə əlavə edilmişdir. VM-nin 102.8-ci maddəsinin birinci cümləsinə münasibətdə xüsusi norma olan həmin maddənin ikinci cümləsinin tətbiqi üçün mütləq şəkildə aşağıdakı şərtlərin mövcudluğu tələb olunur: - fiziki şəxsin vergi güzəştlərini əldə etməyə əsas verən statusu əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minənədək yaranmalı; - güzəşt hüququnu təsdiq edən müvafiq sənədlərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim edilməlidir. Başqa sözlə, qanunun mənasına görə VM-nin 102.8-ci maddəsinin ikinci cümləsinin tətbiq edilməsi üçün işçi ilə işəgötürən arasında əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minənədək işçi vergi güzəştlərini əldə etməyə əsas verən statusa malik olmalıdır. Hazırkı halda isə qeyd olunan sonuncu şərt ödənilmir. Belə ki, iddiaçı ilə cavabdeh arasında əmək münasibətləri xx.xx.1990-cı il tarixdən yaranmış, əmək münasibətlərinin yaranmamışdan əvvəl işçi vergi güzəşti hüququ verən statusa malik olmamışdır. İşçi xüsusi statusu yalnız xx.xx.2001-ci il tarixdə veteran vəsiqəsi almaqla əldə etmişdir. Digər tərəfdən, məhkəmənin istinad etdiyi norma 3 dekabr 2021-ci il tarixli qanunla vergi qanunvericiliyinə əlavə edilmiş və xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. Belə olan halda həmin normanın 2022-ci ildən əvvəlki dövrlər üzrə vergi güzəşti hüququnun yaranması əsası kimi qiymətləndirilməsi doğru olmamışdır. Məhkəmənin əsaslandırmasından da göründüyü kimi iddiaçı ilə cavabdeh arasında işçi işəgötürən münasibətləri xx.xx.1990-cı il tarixdən qüvvədə olmuş, iddiaçı xx.xx.2001-ci il tarixdə veteran vəsiqəsi almaqla veteranlar üçün nəzərdə tutulmuş güzəştlər əldə etmək hüququna malik olmuş, güzəşt hüququnu təsdiq edən müvafiq sənədi 2024-cü ilin avqust ayında təqdim etmişdir. Beləliklə, İddiaçı vergi güzəştlərini əldə etməyə əsas verən statusu əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minənədək mövcud olmamışdır. Buna görə də hesab edilir ki, məhkəmə Vergi Məcəlləsinin 102.8-ci maddəsininin ikinci cümləsini hazırkı işə tətbiq etməkdə əsaslı olmamışdır. Qeyd etmək lazımdır ki, ölkədəki və dünyadakı mövcud iqtisadi vəziyyət nəzərə alınmaqla mütəmadi olaraq hər il Vergi Məcəlləsində və vergi qanunvericiliyində müvafiq dəyişikliklər edilir. Qeyd olunan dəyişikliklərdən bəziləri qəbul olunduqları tarixdə aktuallıqlar nəzərə alınaraq vergi yükünün optimallaşması istiqamətində bəzi vergi dərəcələrinin azaldılması, güzəşt və azadolmaları özündə ehtiva edir. Bu dəyişikliklər barədə qəbul olunmuş qanunda güzəşt və azadolmaların tətbiq olunacağı dövr aydın şəkildə konkret göstərilir. Məhkəmələr tərəfindən əsassız olaraq vergi dərəcələrinin azaldılması, güzəşt və azadolmaları əvvəlki dövrlərdə ödənilmiş vergilərə tətbiq edilməsi vergi ödəyiciləri tərəfindən uzun illər ərzində qüvvədə olan qanuni əsaslarla ödənilmiş külli miqdarda ödənişlərin dövlət büdcəsindən geri istənilməsinə nəticədə dövlət büdcəsinin icrasında ciddi çətinliklərə səbəb ola bilər. Hal hazırda araşdırılan iş də eyni səpkilidir. Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə 3 dekabr 2021-ci il tarixli qanunla edilmiş dəyişiklik xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş və bu tarixdən sonrakı münasibətlərə şamil edilmişdir. Qanun tələbindən də göründüyü kimi bu qanun xx.xx.2022-ci il tarixdən sonra hüquqi qüvvəyə minmiş əmək müqavilələrinə tətbiq edilə bilər. Lakin, buna baxmayaraq, məhkəmənin mübahisələndirilən qətnaməsində güzəştin geriyə tətbiq edilməsi, yəni, iddiaçı ilə cavabdeh arasında xx.xx.1990-cı il tarixdən qüvvədə olmuş əmək münasibətlərinə xx.xx.2001-ci il tarixdən tətbiq edilməsi qət edilmişdir. Hesab edilir ki, qanunun tələblərinə zidd olaraq qəbul edilmiş qətnamənin qüvvədə qalması arzuolunmaz məhkəmə təcrübəsi yarada bilər və digər vergi ödəyiciləri tərəfindən ödəniş vaxtı əsaslı olmuş, lakin sonradan güzəşt tətbiq olunan vergilərin məhkəmə qətnamələrinə əsasən güzəştin geriyə tətbiq edilməsi ilə dövlət büdcəsindən geri istənilməsinə səbəb ola bilər. Eyni zamanda bildirilir ki, məhkəmə qətnaməsi Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələblərinə ziddir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan 5 il ərzində tələb etmək hüququna malikdir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələblərinə əsasən vergi ödəyicisinin vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində düzgün tutulmamış vergilərin yenidən hesablanması hüququ vardır. Başqa sözlə, cavabdeh Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsi tərəfindən son üç il ərzində təqdim edilmiş “muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsində” dəqiqləşdirmə edərək azaltmaq hüququna malikdir. Məhkəmə qətnaməsində xx.xx.2001-ci il tarixdən veteranlar üçün nəzərdə tutulmuş vergi güzəştləri Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsdən tutularaq İddiaçı ödənilməsi qət edilsə də, yekunda bu məbləğlər dolayısı ilə cavabdeh tərəfindən bəyannamələrə düzəliş edilməklə dövlət büdcəsindən istəniləcəkdir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinin tələblərinə görə isə cavabdehin yalnız son üç il üzrə bəyənnamələrə dəqiqləşmə etmək hüququ vardır. Beləliklə, bu hal məhkəmə qətnaməsinin praktik olaraq icrasını mümkünsüz edir. Göründüyü kimi, məhkəmə qətnaməsi Vergi Məcəlləsinin 85.5-ci və 102.8-ci maddələrinin tələblərinə zidd olaraq qəbul edilmişdir. Hesab edilir ki, məhkəmə öz üzərinə düşən vəzifələri icra etməmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi Dövlət Vergi Xidməti tərəfindən verilmiş etirazın dəlillərini, istinad olunan qanunvericilik aktlarını tam və hərtərəfli araşdırmadan və qiymətləndirmədən, cavabdeh və üçüncü şəxsin dəlillərinə münasibət bildirmədən iş üzrə yekun qərar qəbul etmişdir. Məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi son nəticədə qanunsuz və əsassız qərarın qəbul edilməsinə səbəb olmuşdur. Ona görə də Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-546/2025 nömrəli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, izahatında əlavə olaraq göstərmişdir ki, iddiaçı ilə bağlanan sonuncu əmək müqaviləsi xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş, hesab edir ki, iddiaçı müraciət etməsə də, güzəştlər həmin tarixdən tətbiq oluna bilər. Məhkəmə kollegiyasının iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətləri ilə razılşamayaraq izahatında göstərmişdir ki, o, cavabdeh tərəfindən döyüş bölgəsinə göndərilmişdir. 1995-ci ildə Altay Məmmədov çəkdiyi zəhmətinə görə onun müharibə veteranı kimi qeydə almaq istədiklərini ona bildirmişdir. 2001-ci ildə institutdan ona hərbi komissarlığa çağırılması deyilmişdir. Bundan sonra ona Müharibə veteranı vəsiqəsi təqdim edilmişdir. Həmin vaxt instituda kadrların rəisi olan Kəmalə xanım ona instituta məktub gəlməsini və ona güzəştlərin tətbiq olunmalı olmasını demişdir. Bir müddət keçdikdən sonra kadrlar şöbəsinin rəisi dəyişmişdir. O, şöbə rəisi təyin olunarkən barəsində tərtib olunan xasiyyətnamədə institutun direktoru onun müharibədə iştirakı barədə də yazmışdır. Birinci instansiya məhkəməsində cavabdeh tərəfindən təqdim olunan onun şəxsi işində olan sənələrin çırılması müəyyən olunmuşdur. O, Müharibə veteranı adını 2001-ci ildə almışdır. 2024-cü ildə həkimlərlə söhbət edərkən ondan vergidən azad edilib-edilməməsi soruşulmuş o, da güzəştlərin ona tətbiq edilmədiyini demişdir. Sonra o, mühasib Sevda xanıma müraciət etmiş, nə qədər vergidən azad edilməsini soruşmuş, sonuncu ayda 56 manatın ona “nə edəcək” cavabını vermişdir. O, Müharibə veteranı olduğu üçün ondan vergi tutulmaması barədə ərizə yazsa da, ona güzəştlərin tətbiq olunub-olunmadığını bilməmişdir. Cavabdeh tərəfindən ondan iki dəfə Müharibə veteranı olduğundan vergidən azad edilməsi barədə ərizə alınmış, 2006-cı ildə Sabunçu Rayon Məhkəməsində bir xəstənin onun barəsində etdiyi əsassız şikayətə baxılarkən həmin vaxt institun direktoru V.Verdiyev onun barəsində verdiyi xasiyyətnamədə Müharibə veteranı olması, 2863 yaralını müalicə etməsini qeyd etmişdir. Məhkəməyə təqdim olunan şəxsi işində ona verilən təşəkkürnamələrin belə heç biri aşkar edilməmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsinə rəsmi qaydada məlumat verilmiş, üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi publik hüquqi şəxsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 25. Bərabərlik hüququ İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 12.
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; ə) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək; g) cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək; Maddə 16.
1. Əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, əmlak vəziyyətinə, ictimai-sosial mənşəyinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə, siyasi baxışlarına, həmkarlar ittifaqlarına və ya başqa ictimai birliklərə mənsubiyyətinə, qulluq mövqeyinə, həmçinin işçinin işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır.
3. Əmək münasibətləri prosesində işçilər arasında bu maddənin birinci hissəsində göstərilən ayrı-seçkiliyə yol verən işəgötürən və ya digər fiziki şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq məsuliyyət daşıyır.
4. Ayrı-seçkiliyə məruz qalan işçi pozulmuş hüququnun bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Maddə 87.
5. İşəgötürən tərəfindən bu Məcəllənin 173-cü maddəsində nəzərdə tutulmuş qaydada işçilərin əmək haqqının və digər ödənclərin verilməsi və qeydiyyatı aparılan haqq-hesab sənədi (kitabçası, vərəqi, çeki) tərtib edilir. Maddə 173.
1. İşəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir.
2. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) aşağıdakı məlumatlar göstərilir: hesablanmış əmək haqqının ümumi məbləği; əmək haqqına əlavələr, mükafatlar, habelə digər ödənclər, onların növü və məbləğləri; əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği; faktik ödənilən məbləğ; tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği.
3. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir.
4. Bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər. Maddə 175.
1. Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.
2. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr; Maddə 191.
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192.
1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 195. İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır: b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; d) işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə; Maddə 196
1. Bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfindən aşkar edilərək müəyyən olunduqda, habelə müvafiq səlahiyyətli vəzifəli şəxsin (orqanın) — müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafiq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Maddə 197.
1. İşçi ona vurulmuş maddi ziyanın məbləğinin ödənilməsi barədə işəgötürənə ərizə ilə müraciət etməlidir. İşəgötürən işçinin ərizəsində göstərdiyi iddiasını araşdırmalı və 15 gün müddətində müvafiq qərar qəbul edərək ona yazılı cavab verməlidir.
2. İşçi, bütövlükdə və qismən işəgötürənin qərarı ilə razılaşmadıqda, habelə müəyyən edilmiş müddət ərzində ona yazılı cavab verilmədikdə dəyən ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.
3. Vurulan ziyanın ödənilməsi barədə məsələnin məhkəmə qaydasında həll edilməsindən çəkinmək məqsədi ilə tərəflər qarşılıqlı razılıqla belə mübahisələrin həlli üçün başqa qaydalar müəyyən edə bilərlər. Lakin bu qaydalar işçinin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Vergilər Məcəlləsi Maddə 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.1. fiziki şəxslərin gəlir vergisi; Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; 16.1.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq; Maddə 24.1. Vergi orqanları: 24.1.1. vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. Maddə 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. Maddə 102.2. Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır: (28 noyabr 2003-cü il tarixli 519-İİQD nömrəli “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə 102.2-ci maddədə "aylıq gəlirin vergi tutulmayan məbləğinin 20 misli" sözləri "şərti maliyyə vahidinin 400 misli" sözləri ilə əvəz edilmişdir. 15 dekabr 2006-cı il tarixli 196-İİİQD nömrəli Qanun ilə 102.2-ci maddədə "şərti maliyyə vahidinin 400 misli miqdarında" sözləri "400 manat məbləğində" sözləri ilə əvəz edilmişdir.) 102.2.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin; Maddə 102.8. Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. (3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 102.8-ci maddədə “yaranır” sözü “tətbiq edilir” sözləri ilə əvəz olunmuş və həmin maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.) Azərbaycan Respublikasi Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 4 saylı Qərarı ilə təsdiq edilmiş Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı Bənd 1. Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin güzəşt hüququ aşağıdakı sənədlər əsasında müəyyənləşdirilir: 1.7. qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteran adı almış şəxslər: müharibə veteranı vəsiqəsi; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində; İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia tələbi təmin edildiyindən və qətnamə apellyasiya şikayətlərinə əsasən cavabdeh və mübahisə premeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən tam mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, işçilərin müraciətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq, əmək münasibətlərində işçilər arasında ayrı-seçkiliyə yol verməmək, əmək haqqını düzgün hesablamaq və s. işəgötürənin vəzifəsidir. İşəgötürən eyni zamanda əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamalarını apardıqdan sonra bu barədə haqq-hesab sənədlərini hər dəfə əmək haqqı verərkən işçiyə təqdim etməlidir. İşin mübahisəsiz hallarına görə İddiaçı 1990-cı ildən cavabdeh Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu ilə bağladığı müddətsiz əmək müqaviləsinə əsasən, həmin İnstitutda hal-hazıradək, əsas iş yeri olmaqla işləyir, 2001-ci ildə işəgötürənin də təqdim etdiyi sənədlər əsasında Bakı şəhəri Nizami rayon Hərbi Komissarlığı tərəfindən İddiaçı 049912 nömrəli xx.xx.2001-ci il tarixdə Müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçının işəgötürənə X7 2024-cü ildə təqdim etdiyindən VM-in 102.8-ci maddəsinin tələblərinə əsasən, iddiaçıya vergi güzəştlərinin 2024-cü ildən tətbiq olunmalı olmasına dair apellyasiya şikayətlərinin dəlilləri ilə kollegiya razılaşmır. Belə ki, VM-in 102.2. və 102.2.7-ci maddələrinin tələblərinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri, bu normaya edilmiş sonuncu dəyişikliyə əsasən, 400 manat məbləğində azaldılır. Bundan başqa VM-in 102.8-ci maddəsinin birinci cümləsinin mətnindən müəyyən olunur ki, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan tətbiq edilir və fiziki şəxs bu hüquqdan, yalnız əsas iş yerində istifadə edə bilir. Qeyd olunan normaya 2021-ci ildə əlavə edilən ikinci cümlədən müəyyən olunur ki, fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. Mülki işin sənədlərindən müəyyən olunur ki, işəgötürən vergi güzəştlərini əldə etməyə əsas verən statusu almaq üçün iddiaçını xarakterizə edən sənədləri, Müharibə veteranı adını almağa əsas verən iddiaçının xidmətləri barədə məlumatı və bu məlumatı təsdiq edən, özünün (işəgötürənin) tərtib etdiyi sənədləri müvafiq statusu verən orqana 2001-ci ildə təqdim edərkən iddiaçıya həmin sənədlərin Müharibə veteranı adını almaq üçün tələb olunduğunu bilirdi. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq olunan və surəti mülki işə əlavə olunan iddiaçıya məxsus şəxsi işin məlumatları kollegiyaya cavabdeh tərəfindən öz işçilərinin əmək fəaliyyəti ilə bağlı kargüzarlığın aparılması qaydasında, işçilərin işəgötürənə təqdim etdikləri ərizə və müraciətlərin qeydiyyatının aparılmasında ciddi nöqsanların olması və həmin vəziyyətin hələ də davam etməsi qənaətinə gəlməyə əsas verir. Belə ki, uzun müddət əmək fəaliyyəti və xidmətləri olan iddiaçının şəxsi işindən müəyyən olunur ki, ilk dəfə onun barəsində 1990-cı ildə işə qəbul edilərkən kadrlar uçotunun şəxsi vərəqəsi tərtib edilmiş, həmin ildə də tərcümeyihalı yazılmışdır. Bütün bu hallar kollegiyaya cavabdehin uzun müddət əmək münasibətlərində olduğu Müharibə veteranı olan iddiaçının ərizə və müraciətlərini qeydə almaması, onun vergi güzəştlərindən istifadə etməsini təmin etmək üçün öz vəzifələrini icra etməkdə maraqlı olmaması qənaətinə gəlməyə əsas verir. Bu hal iddiaçının məhkəmə iclasında verdiyi izahatı ilə də təsdiq olunur. Belə ki, iddiaçının izahatından müəyyən olunur ki, Müharibə veteranı adının verilməsinə əsas olan sənədləri ona cavabdeh təqdim etmiş, o, dəfələrlə cavabdehə Müharibə veteranı olması barədə məlumatı vermiş, barəsində güzəştlərin tətbiq edilməsini xahiş etmiş, cavabdeh onun Müharibə veteranı olmasını bilsədə, onun barəsində tərtib etdiyi xasiyyətnamələrdə Müharibə veteranı olmasını qeyd etsə də, onun müraciətini təmin etməmişdir. Məhkəməyə təqdim olunan şəxsi işinin vəziyyəti bu faktı təsdiq edir. Belə ki, birinci instansiya məhkəməsində şəxsi işinə baxış zamanı orada olan sənədlərin qoparılması müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyəti yaranır: ziyanın həqiqətən vurulduğu aşkar olduqda; təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Hazırkı işdə işəgötürənin öz işçisi barədə məlumatları qanunla müəyyən olunan qaydada sənədləşdirməməsi, ona təqdim olunan ərizə və müraciətlərin qeydiyyatını aparmaması, statusun alınması üçün özünün təqdim etdiyi sənədlərin nəticəsi, uzun müddət əmək stajına malik olan iddiaçının fəaliyyəti, hansı güzəştlərdən istifadə etmək hüququnun yaranması ilə maraqlanmaması və s. kimi qanunsuz hərəkətləri nəticəsində cavabdehin iddiaçıya maddi ziyan vurması aşkardır. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, apellyasiya şikayətlərinin dəlilləri, düzgün tutulmamış vergilərin qaytarılması ilə bağlı vergi qanunvericiliyi ilə müəyyən edilmiş qaydalar hazırkı mülki işdə işəgötürənin öz işçisinə vurduğu maddi ziyanı tam ödəmək məsuliyyətindən azad etməyə əsas vermədiyindən apellyasiya şikayətlərinin dəlilləri əsassızdır və bu dəlillər mübahisələndirilən məhkəmə aktının ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi
Cavabdeh Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu publik hüquqi şəxsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-546/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.