Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3277/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Küdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı “xxxx” ASC-nin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-385/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “ödənilmiş sığorta məbləğinin geriyə tələb edilməsinə” dair məhkəməyə müraciət edərək 13094,52 manat sığorta ödənişi, məhkəməyə ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpuk bank xidmət haqqı, cəmi 13124,92 (on üç min yüz iyirmi dörd) manat pul məbləğinin cavabdeh İsmayılov Ceyhun Rəhim oğlu və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx”ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə sığorta müqaviləsi bağlanaraq, ** DE *** dövlət qeydiyyat nişanlı, “Ford Explorer” minik markalı avtomobil Mİ-012203№-li şəhadətnamə üzrə 4 (dörd) il müddətinə sığortalanmışdır. Sığortalanmış avtomobil xx xxxx 2018-ci il tarixdə Sabunçu rayonu ərazisində, hərəkətdə olarkən, mülkiyyət hüquqi əsasında Cavabdeh2 məxsus olan və hadisə zamanı Cavabdeh1 tərəfindən idarə edilən **-ZZ-*** dövlət qeydiyyat nişanlı, “Audi A6” minik markalı avtomobil ilə toqquşmuş, nəticəsində sığortalı avtomobilə zərər dəyərək sığorta hadisəsi baş vermişdir. Bakı şəhər Sabunçu RPİ-nin DYPŞ-nin əməkdaşları tərəfindən tərtib olunmuş AP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Cavabdeh1 yol nəqliyyat hadisəsinin baş verməsində, təqsirli şəxs kimi tanınmışdır. Həmçinin qeyd olunan hadisə ilə bağlı olaraq, Bakı şəhər Sabunçu rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 3(008) 618/2019 saylı qərarı ilə Cavabdeh1 Rahim oğlunun sürücülük hüququ 1 (bir) il müddətinə məhdudlaşdırıİmışdır. Sözügedən yol nəqliyyat hadisəsi nəticəsində zərərə uğramış sığortalı avtomobilin təmiri, müştərinin, müraciətinə müvafiq olaraq, “xxxx” Şirkətinin Servis mərkəzində həyata keçirilmiş və tərtib edilən xx.xx.2019-cu il tarixli “Qüsur aktı’na əsasən, avtomobilə dəymiş zərər 13194.52 (on üç min bir yüz doxsan dörd) manat məbləğində müəyyən olunmuşdur. “xxxx” ASC tərəfindən ** DE *** dövlət qeydiyyat nişanlı, “Ford Explorer” minik markalı avtomobilinə təmiri məqsədi ilə “xxxx” MMC-yə 100 (yüz) manat azad olma məbləği tutularaq, 13094.52 (on üç min doxsan dörd) manat məbləğində sığorta ödənişi ödənilmişdir və bu ödəniş xx.xx.2019-cu il tarixli, 402 №-li ödəniş tapşırığında öz əksini tapmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-385/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İsmayılov Ceyhun Rəhim oğlundan sığorta ödənişi məbləğinin əvəzi kimi 13094,52 manat məbləğində pulun və məhkəmə üçün ödənilmiş 30,40 manat dövlət rüsumunun, cəmi 13124,92 (on üç min yüz iyirmi dörd) manat məbləğində pulun iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilsin. qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh İsmayılov Ceyhun Rəhim oğlu apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iş üzrə iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun idarə etdiyi avtomobil icbari sığorta edilmişdir. Bu səbəbdən də tərəfindən ödənilmiş qəza nəticəsində dəymiş ziyanı həmin sığorta şirkəti ödəməlidir. Əgər qüsur aktı ilə Ford Explorer markalı avtomobilə 13194.52 AZN məbləğində dəymiş ziyan müəyyən olunursa, ziyanın 5000 manat məbləğində hissəsi icbari sığorta edən sığorta şirkəti tərəfindən ödənilməlidir. Eyni zamanda avtomobilə dəymiş zərərin məbləği həddindən artıq şişirdilmişdir. Bununla bağlı məhkəmə ekspertiza keçirməli olduğu təqdirdə yalnız iddiaçı tərəfindən təqdim edilmiş qüsur aktına istinad etməklə iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir.. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-385/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi cavabdeh İsmayılov Ceyhun Rəhim oğluna münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan AP ******* saylı, xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2018-ci il tarixində Bakı şəhəri Sabunçu qəsəbəsində, H.Əliyev praspektində Cavabdeh1u “Audi” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobili manevr qaydalarını pozaraq idarəetməni itirərək təhlükəsizliyi təmin etməmiş, onunla eymni istiqamətdə hərəkətdə olan “BMW”X6 markalı, **-RD-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsinin ilə toqquşmuş, sonradan isə zərbədən avtomobil sağ tərəfə yönələrək sağında hərəkətdə olan “Ford Exsporer” markalı, ** DE *** dövlət nişanlı avtomobillə toqquşaraq hadisə yerindən yayınmışdır. İsmayılov Ceyhun Rəhim oğlu Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək bir ilədək nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2019-ci il tarixli, qüsur aktının surətindən görünür ki, “Ford Exsplorer” markalı ** DE *** dövlət nişanlı avtomobilə 13194,52 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2019-ci il tarixli, ödəniş tapşırığının surətindən görünür ki, 13094,52 manat məbləğ “xxxx” Sığorta şirkəti ASC-dən “xxxx” MMC-yə ödənilmişdir “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortaçıya ödəmiş olsun. Əgər sığortalı üçüncü şəxs barəsində tələbindən və ya tələbinin yerinə yetirilməsi hüququndan imtina edərsə, sığortaçı öz xərclərinin əvəzinin ödənilməsi hüququnun həyata keçirilməsi nəticəsində və ya tələbin irəli sürülməsi ilə əlaqədar əldə edə biləcəyi həcmdə zərərin əvəzini ödəmək vəzifəsindən azad edilir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1108.1- ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkməsi müəyyən etmişdir ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni “xxxx” Sığorta Şirkəti ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış “Ford Explorer” markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində İsmayılov Ceyhun Rəhim oğlu idarə etdiyi “Audi” markalı, **-ZZ-***, “Ford Explorer markalı, ** DE *** dövlət nişanlı avtonəqliyyat vasitəsi ilə zərər vurulmuşdur. Sığortalıya məxsus avtomobilə dəymiş zərərə görə 13094,52 manat “xxxx” Sığorta Şirkəti ASC tərəfindən sığortalıya ödənilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə görə cavabdeh İsmayılov Ceyhun Rəhim oğlu məhkəmənin qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrinin idarə etmə hüququ bir il müddətinə məhdudlaşdırılmışdır. İş materiallarından görünür ki, X1 **-ZZ-*** dövlət qeydiyyat nişanlı, “Audi” A6 markalı avtonəqliyyat vasitəsinin mülkiyyətçisi olsa da, hadisə baş verən vaxt sükan arxasında İsmayılov Ceyhun Rəhim oğlu olmuş, məhz yol nəqliyyat hadisəsini o törətmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, zərərin əvəzini ödəmək vəzifəsi yol-nəqliyyat hadisəsi baş verərkən **-ZZ-*** dövlət qeydiyyat nişanlı, “Audi” A6 markalı avtomobili İsmayılov Ceyhun Rəhim oğlu idarə etdiyindən onun öhdəsinə qoyulmalıdır. Belə ki, sığorta hadisəsini doğuran baş vermiş yol-nəqliyyat hadisəsinə görə cavabdeh İsmayılov Ceyhun Rəhim oğlunun təqsiri inzibati qaydada müəyyən edildiyindən sığorta hadisəsinə görə onun da mülki hüquqi məsuliyyəti yaranmışdır. İddiaçı “xxxx” Sığorta Şirkəti ASC sığortalıya ödədiyi 13094,52 manat məbləğində olan xərci cavabdeh İsmayılov Ceyhun Rəhim oğlundan tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində qeyd olunanlar formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsin ləğvi üçün əsas ola bilməz. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdeh İsmayılov Ceyhun Rəhim oğlunun qeydiyyat ünvanına rəsmi qaydada bildiriş göndərilmiş olsa da, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-385/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-385/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3277/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3277/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver