Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3288/2022 27.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Məmmədov Nicat Vasif oğlunun, Cavabdeh2 nümayəndəsi Məmmədov Ayaz Eyvaz oğlunun, Maraqlarına toxunan şəxs Maraqlı şəxs1 QSC BOKT-un nümayəndəsi və vəkili Nümayəndə4, Maraqlarına toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, e-2(009)-2300/2021 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 MMC, “Azərbaycan Beynəlxalq Bankı" ASC və maraqlarına toxunan şəxslər Maraqlı şəxs1 QSC BOKT və Maraqlı şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ogluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V. Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinin ipotekasına xitam verilməsi, əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın iddiaçıya qaytarılması, eyni zamanda Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi ilə Maraqlı şəxs2 oglu arasında tərtib olunmuş Y187 saylı Protokolun etibarsız hesab edilməsi və həmin protokol əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Maraqlı şəxs2 ogluna verilmiş mülkiyyət hüququna dair çıxarışının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, 2(003)-1052/2013-cü il tarixli qətnaməsinə əsasən, cavabdeh Babayev Etibar Hacıbala oğlundan 173200 manat əsas, 115005 manat faiz, 3000 manat dəbbə pulu, cəmi 291205 manat manat pul, 120500 ABŞ dollar əsas, 78937 ABŞ dolları faiz, 2000 ABŞ dolları dəbbə pulu, cəmi 201467 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı tərəfindən ipotekaya qoyulmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ipoteka qoyandan alınaraq açıq hərracda satılması, evin ilkin satış qiymətinin 250000 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsaitdən 291205 manat və 201467 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda Babayev Etibar Hacıbala oğlunun və İddiaçı ən geci bir ay müddətində həmin evdən çıxarılması qət edilmişdir. Xəzər rayon Məhkəməsinin qeyd olunmuş qətnaməsi icraya yönəldilmiş və Xəzər rayon İcra və Probasiya Şöbəsinə icra vərəqəsi verilmişdir. Hesab edir ki, ipotekaya xitam verilməli, İddiaçı məxsus olan ipoteka predmeti üzərindəki yüklülüyə dair dövlət qeydiyyatı ləğv edilməli və sözügedən fərdi yaşayış evi iddiaçıya qaytarılmalıdır. Belə ki, tərəfindən Xəzər rayon İcra Şöbəsində icra işi ilə bağlı materiallara, eləcə də arxiv sənədlərinə baxış keçirən zaman müəyyən olunmuşdur ki, Xəzər rayon İcra şöbəsi icra vərəqəsi əsasında "xxxx" MMC-yə 03.03.2016-ci il tarixli, 20/5İH saylı sifariş məktubu vermiş, iddia ərizəsinə əlavə etdiyi, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-nin 01 aprel 2016-cı il tarixli, 1316 nömrəli bildirişindən də göründüyü kimi, hərrac təşkilatı sifariş məktubu əsasında ipoteka predmetini 04 may 2016-cı il tarixdə ilkin satış qiyməti qətnamədə göstərildiyi kimi - 250000 manat olmaqla hərraca çıxarmışdır. Eləcə də "xxxx" MMC-nin Xəzər rayon İcra Şöbəsinin rəisinə ünvanladığı 08 may 2017-ci il tarixli məktubunun surətindən göründüyü kimi, sifariş məktubu əsasında keçirilmiş hərracda alıcı olmadığı üçün əmlak satılmamış və uyğun qərar qəbul etmək üçün iş Xəzər rayon İcra şöbəsinə geri qaytarılmışdır. Nəticədə Xəzər rayon İcra şöbəsi 21.05.2018-ci il tarixli, 8606/3İH nömrəli müşayiət məktubu ilə icra vərəqəsini və hərracın nəticələrinə dair məktubları Xəzər rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanova qaytarmışdır. Məktubda ipoteka predmetinin "xxxx" MMC-nin təşkil etdiyi açıq hərracda satılmadığı və icra vərəqəsinin geri qaytarıldığı bildirilir. Beləliklə, ipoteka saxlayan "xxxx" ASC-nin ipoteka predmetini əldə etməməsi səbəbi ilə İpoteka qoyanın İddiaçı İpoteka haqqında Qanunun 43.8-ci bəndinə əsasən ipotekaya xitam verilməsi üçün məhkəməyə müraciət etməsi hüququ yaranmışdır. Bundan əlavə, Xəzər rayon İcra şöbəsi 20.05.2019-cu il tarixli, 26/3İH saylı məktubla "xxxx" MMC-yə ipoteka predmeti ilə bağlı təkrar hərrac keçirilməsi üçün qanuna zidd olaraq yenidən sifariş vermiş və həmin sifariş əsasında da hərrac təşkilatı da qanuna zidd olaraq 25.06.2019-cu il tarixdə ilkin və 10.07.2019-cu il tarixdə təkrar hərrac keçirmişdir. Nəticə etibarı ilə də ipoteka predmeti qeyri-qanuni olaraq 10.07.2019-cu il tarixli Hərracın nəticələri haqqında protokolla Maraqlı şəxs2 satılmışdır. Həmin çıxarışın surəti tərəfindən əldə edilə bilmədiyindən məhkəməyə təqdim etmək mümkün olmamışdır. 2019-cu il tarixdə keçirilmiş hərraclar və ipoteka predmetinin satılması “İpoteka haqqında Qanun”-a tamamilə ziddir. Belə ki, Azərbaycan Respublikasının Konstitusya Məhkəməsinin 28.10.2014-cü il tarixli Plenum qərarına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. "xxxx" ASC tələb etmə hüququnu versə belə, sənədlərdə onun adına yüklü olunduğundan cavabdeh "xxxx" ASC olmalıdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, e-2(009)- 2300/2021 saylı qətnaməsi ilə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi üzrə "Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Rəhimov Beydulla Arif oğlu arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi ilə Maraqlı şəxs2 oglu arasında tərtib olunmuş Y- 187 saylı Protokol və hərracın hüquqi nəticələri etibarsız hesab edilməklə ləğv edilməsi, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 ərizə ilə müraciət edərək qətnamədə texniki yanlışlığa yol verildiyini bildirmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, e-2(009)- 2300/2021 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Səbail Rayon Məhkəməsinin 16.11.2021-ci il tarixli, e-2(009)-2300/2021 saylı qətnaməsinə düzəliş edilmiş və həmin qətnamənin müəyyən etdi, əsaslandırma və qət etdi hissəsində düzəliş edilərək “İddia qismən təmin edildi. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evin ipotekasına xitam verilsin. Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi ilə Maraqlı şəxs2 oglu arasında tərtib olunmuş Y-187 saylı Protokol və hərracın hüquqi nəticələri etibarsız hesab edilməklə ləğv edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçının xeyrinə ödənilsin” kimi oxunması qərara alınmışdır. Qətnamədən Cavabdeh2 MMC apellyasiya şikayəti vermiş və şikayətində qətnaməni ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, 2(003)-1052/2013-cü il tarixli qətnaməsi əsasında icra vərəqəsi verilmiş və həmin icra vərəqəsi əsasında Xəzər rayon icra şöbəsi tərəfindən 14.07.2014-cü il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir. 14.07.2014-cü il tarixli, 7206 nömrəli bildiriş ilə borclulara “tələbin könüllü icrası” barədə təklif edilmişdir. Xəzər rayonu İcra Şöbəsinin 03.03.2016-cı il tarixli, 20/5İH saylı məktubu ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, 2(003)-1052/2013-cü il tarixli qətnaməsinin icrası ilə bağlı "xxxx" MMC-yə 03.03.2016-ci il tarixli, 20/5İH saylı sifariş verilmişdir. "xxxx" MMC-nin 01.04.2016-cı il tarixli, 1316 nömrəli bildirişdən müəyyən edilir ki, ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 250000 manatdır, hərrac 04.05.2016-cı il tarixə, saat 11:00-a təyin edilmişdir. "xxxx" MMC-nin 06.05.2016-cı il tarixli,1745 nömrəli bildirişdən müəyyən edilir ki, ipoteka predmeti olan əmlakın satış qiyməti 212500 manatdır, hərrac 14.06.2016-cı il tarixə, saat 11:00-a təyin edilmişdir. "xxxx" MMC-nin 17.06.2016-cı il tarixli, 2427 nömrəli bildirişdən müəyyən edilir ki, "xxxx" ASC-yə ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə məlumat verilərək bildirirlmişdir ki, 18.07.2016-cı il tarixədək əmlakı almadığınız halda iş sifarişçi icra şöbəsinə geri qaytarılacaqdır. Yuxarıda qeyd edilən xəbərdarlıq məktuba cavab olaraq tələbkar "xxxx" ASC tərəfindən 22.06.2016-cı il tarixli, 13/2573 nömrəli məktubala "xxxx"MMC-yə bildirilmişdir ki, “sözügedən əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlə Bank tərəfindən alınmasına heç bir etiraz yoxdur. Bundan başqa, Bank həmin məktubda “Bank tərəfindən ipoteka predmetlərini əldə edilməsi üçün alqı-satqı müqavilələrinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verilməsi xahiş edilmişdir. Qeyd olunan məktubla bağlı "xxxx" MMC tərəfindən tələbkara Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə hər hansı bir müqavilə təqdim edilməmişdir. Belə olduğu təqdirdə də Xəzər Rayon Məhkəməsinin qətnaməsi üzrə icra sənədinin icrası ilə bağlı Xəzər Rayon İcra Şöbəsi tərəfindən lazımi tədbirlər görülməyərək icra işi başa çatdırılmamışdır. Cavabdeh2 MMC tərəfindən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilmiş 02.05.2018-ci il tarixli, 1472 nömrəli məktubdan müəyyən edilir ki, 2(003)-1052/2013saylı, 05.12.2013-cü il tarixli icra sənədi Xəzər rayon İcra və Probasiya şöbəsi tərəfindən “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 53.3-cü maddəsinə əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə geri qaytarılmışdır. Həmin icra vərəqəsinin icra edilməsi üçün icrav vərəqəsinin təkrarən Xəzər rayon İcra və Probasiya şöbəsinə göndərilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Cavabdeh2 MMC tərəfindən Xəzər rayon İcravə Probasiya şöbəsinə göndərilmiş 16.05.2018-ci il tarixli, 1721 nömrəli məktubdan müəyyən edilir ki, ipoteka predmeti olan fərdi yaşayış evinin yenidən ixtisaslaşdırılmış müəssisələrdə hərrac sifariş verilməsi xahiş edilmişdir. "xxxx" MMC-nin 31.05.2019-cu il tarixli, 610 nömrəli bildirişdən müəyyən edilir ki, Xəzər rayon İcra və Probasiya şöbəsinin 26/3İH nömrəli, 20.05.2019-ci il tarixli sifariş məktubuna əsasən ipoteka predmeti əmlak satılmaq üçün açıq hərraca çıxarılmış, əmlakın ilkin satış qiyməti 250000 AZN, açıq hərrac 25 iyun 2019cu il tarixdə, saat 11:00-da Bakı şəh. Yasaıual rayonu, C.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 6-cı mərtəbə ünvanda keçirilməsi göstərilmişdir. "xxxx" MMC-nin 28.06.2019-cu il tarixli, 690 nömrəli bildirişdən müəyyən edilir ki, Xəzər rayon icra və probasiya şöbəsinin 26/3İH, 20.05.2019-cu il tarixli məktubuna əsasən aşağıda göstərilən əmlak satılmaq üçün açıq hərraca çıxarılmış, ipoteka predmeti satış qiyməti 15% enməklə 212500 AZN, 25.06.19 tarixində keçirilmiş hərrac alıcı olmadığına görə baş tutulmadığı, təkrar hərrac 10 iyul 2019-ci il tarixdə, saat ll:00-da Bakı şəh. Yasamal r-nu, C.Cabbarlı 44, Caspian Plaza,3-cü korpus, 6-cı mərtəbə ünvanda keçiriləcəyi göstərilmişdir. "xxxx" MMC-nin “Hərracın nəticələri haqqında” Y187saylı, 10.07.2019-cu il tarixli Protokoldan və hərracın yekuları üzrə əmlakın alqı-satqı barədə 10.07.2019-cu il tarixli müqavilədən müəyyən edilirki, sifarişçi Xəzər rayon İcra və Probasiya şöbəsinin 26/3İH nömrəli, 20.05.2019-cu il tarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Bakı ş. Xəzər rayonu, Buzovna qəs. V.Seryogin küçəsi, 20 saylı fərdi yaşayış evi hərrac qaydasında satışa çıxarılmış və həmin əmlak alıcı Maraqlı şəxs2 tərəfindən 212500 (iki yüz on iki min beşyüz) manata alınmışdır. Cavabdeh2 MMC-nin 3088 nömrəli,16.07.2019-cu il tarixli məktubundan müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Əmlak Xidmətləri Məkanına müraciət edilərək 10.07.2019-cu il tarixli, Y-187saylı hərrac protokolu imzalandığını nəzərə alınması, həmçinin əmlakın “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişin ləğv edilməsi, qeyd edilən mənzilin ipoteka yüklülüyündən azad edilməsi və hərrac protokolu üzrə qalib alıcı Maraqlı şəxs2 adına rəsmiləşdiriməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 23.07.2019-cu iltarixli məktubundan müəyyən edilir ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsi, 20 saylı fərdi yaşayış evinə dair ipotekanın dövlət qeydiyyatı ləğv olunmuşdur. Cavabdeh2 MMC-nin 6480 nömrəli, 24.12.2020-ci il Cavabdeh2 MMC-nin 6480 nömrəli, 24.12.2020-ci il tarixli məktubundan müəyyən edilir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, 2(003)-1052/2013-cü il tarixli qətnaməsinin icra tədbirləri nəticəsində İddiaçı məxsus ipoteka predmeti olan Bakı şəh, Xəzər ray, Buzovna qəs, V.Seryogin küçəsində yerləşən 20 saylı fərdi yaşayış evi 10 iyul 2019-cu il tarixdə açıq hərracda satılmış və satışdan əldə olunmuş vəsait qətnamə üzrə borcdan silinmişdir. Kollegiya qeyd edir ki, 2019-cı ildə aparılan (iki hərrac) hərraclar ilə bağlı "xxxx" MMC Xəzər rayon İcra və Probasiya şöbəsi tərəfindən göndərilmiş yeni 26/3İH nömrəli, 20.05.2019-ci il tarixli sifariş məktubuna əsaslandığından “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC tərəfindən (25 iyun 2019-cu il tarixdə, saat 11:00da və 10 iyul 2019 il tarixdə, saat ll:00- da) elan edilmiş hərraclar qanunvericiliiyn tələblərinə uyğun keçirilmişdir, yəni iki hərracdan başqa yeni hərrac keçirilməmişdir. Qətnamədən həmçinin cavabdeh Azərbaycan Beynəlxalq Bankı" ASC apellyasiya şikayəti vermiş və şikayətində qətnaməni ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin təmin edilməsi yalnız iddiaçı tərəfindən təqdim edilən sübutlar əsasında həyata keçirilmiş, Bank tərəfindən Xəzər rayon icra və probasiya Şöbəsindən qeyd olunan icra işinin məhkəməyə göndərilməsinə dair vəsatət verilsə də, məhkəmə zamanı həmin icra işinin göndərilibgöndərilməməsi əhəmiyyətli faktor kimi nəzərə alınmamış, yalnız, iddiaçının təqdim etdiyi sənədlər əsasında mülki işə birtərəfli qaydada baxmışdır. Bu hal məhkəmənin işə obyektiv, hərtərəfli və tam baxmasını şübhə altında qoymuşdur. Həmçinin, ünvan 4 ünvanında yerləşən və hazırki iddianın predmetini təşkil edən mənzil 04.05.2016-cı və 14.06.2016-cı il tarixlərdə satılmaq üçün açıq hərraca çıxarılmış, lakin heç bir hərracda satılmadığından "xxxx" MMC tərəfindən Banka 17.06.2016- cı il tarixli 2427 saylı bildiriş ünvanlanmış, həmin bildirişdə ipoteka predmeti olan əmlakın alınması üçün Banka müqavilənin bağlanılması təklif olunmuşdur. Həmin bildirişə cavab olaraq "xxxx" ASC tərəfindən 22.06.2016-cı il tarixdə "xxxx" Mərkəzi MMC-yə ipoteka predmetlərinin əldə edilməsi üçün alğı-satqı müqavilələrinin imzalanması tarixinin müəyyənləşdirilib Banka rəsmi məlumat verilməsi ilə bağlı məktub göndərilmişdir. Əlavə olaraq, 03.12.2021-ci il tarixdə “Famko Kuryer Və Kargo" Məhdud Məsuliyyətli Cəmiyyətinə “22.06.2016-cı il tarixdə Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən "xxxx" MMC-yə 836690 nömrəli qaimə ilə məktub göndərilmişdir. Hal-hazırda məhkəmə mübahisəsində yaranmış zərurətlə əlaqədar olaraq, həmin qaimənin çatdırılma qəbzini Banka göndərilməsi ilə bağlı” məktub göndərilmiş, adı çəkilən şirkət tərəfindən verilən məlumata əsasən məktub "xxxx" ASC-dən 22.06.2016-cı il tarixində 14 nömrəli kuriyer tərəfindən götürülmüş, 23.06.2016-cı il saat 15:00-da "xxxx" MMC-də “Quliyev” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. Məlumdur ki, “İpoteka haqqında” qanunda qeyd edilmişdir ki, təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Göründüyü kimi, "xxxx" ASC-nin qanunvericiliyin tələblərinə tam əməl edərək, hərrac təşkilatına müvafiq protokolun imzalanması ilə bağlı məktub ünvanlamasına baxmayaraq, "xxxx" MMC öz üzərinə düşən öhdəliyi icra etməmiş, icra etməməsinin səbəbləri barədə Banka hər hansı məlumat daxil olmadığından, Bank ipoteka predmeti olan əmlakı almaq imkanından məhrum olmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanına uyğun olaraq, eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə Maraqlı şəxs1 QSC arasında “problemli aktivlər üzrə tələb hüququnun Maraqlı şəxs1 QSC-yə güzəşt edilməsinə dair” 21.04.2017-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin tələblərinə uyğun olaraq Babayev Etibar Hacıbala oğlunun (ipoteka predmeti qisminə İddiaçı mübahisələndirdiyi mənzil çıxış edir) problemli borcu - 291205 manat və 201437 ABŞ dollarıməbləğində pul vəsaiti "xxxx" ASC-yə Dövlət tərəfindən ödənilmişdir. Bununla əlaqədar olaraq, proses zamanı tərəfin əvəz edilməsi ilə bağlı tərəflərindən ərizə və təhvil təslim aktının surəti təqdim edilmişdir. Qeyd olunan sübutları əsas gətirərək hesab edir ki, hal-hazırda həmin mənzillə bağlı hər hansı hüququn mübahisələndirilməsi "xxxx" ASC-nin marağında olmadığından, "xxxx"ASC bu mülki iş üzrə əsl olmayan cavabdehdir. Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İstinad olunan prosessual hüquq normasının dispozisiyasından göründüyü kimi, yalnız iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olubolmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfə qarşı qətnamənin qəbul edilməsi mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Yuxarıda da qeyd olunduğu kimi, iddiaçının tələbinin yönəldiyi "xxxx" ASC tələb hüququnu Maraqlı şəxs1 QSC-yə güzəşt etdiyinə görə artıq iş üzrə üzrə cavabdeh ola bilməz. Həmin Məcəllənin 54-cü maddəsinə görə isə, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Bu baxımdan, hesab ediliri ki, birinci instansiya məhkəməsi iddiaya cavab verməli olmayan şəxsə qarşı iddianı təmin etməklə düzgün nəticəyə gəlməmişdir. Yəni, hazırki iş üzrə cavabdeh qismində göstərilən "xxxx" ASC-nin iddiaya cavabdehlik daşımayan şəxs olmasına baxmayaraq, cavabdeh ola bilməyən şəxsə qarşı qətnamə qəbul etməklə nəticədə və yalnız iddaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanaraq bərabərlik hüququnu nəzərə almayaraq maddi və prosessual hüquq normalarını pozmuşdur. Cavabdeh "xxxx"ASC tərəfindən müvafiq icra işinin alınması mümkün olmadığından, məhkəmə vasitəsilə müvafiq icra işinin tələb edilməsi xahiş edilsə də, bu vəsatət yalnız şifahi formada qalmış, məhkəmə müvafiq sübutların iş üçün daşıdığı əhəmiyyəti nəzərə almayaraq, birtərəfli qaydada qətnamə çıxarmış, həmçinin mübahisəli mənzilə dair "xxxx"ASC-nin hər hansı marağının olmamasına qiymət verməmişdir. Məhkəməyə təqdim edilən “tərəf dəyişmə” ərizəsinə Məhkəmə tərəfindən qiymət verilməmiş, "xxxx" ASC-nin hazırki iş üzrə cavabdeh ola bilməməsinə baxmayaraq, əsl olmayan tərəfə qarşı qətnamə qəbul edərək, işin halları və nəticə arasında olan qarşılıqlı asılılığı pozulmuşdur. Qətnamədən həmçinin maraqlarına toxunan şəxs Maraqlı şəxs1 QSC BOKT apellyasiya şikayəti vermiş və şikayətində qətnaməni ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən İddiaçı iddia tələbinə baxılarkən maraqlarına toxunan tərəf olaraq nə Maraqlı şəxs1 QSC Bank olmayan Kredit Təşkilatı, nə də ki Maraqlı şəxs2 işə cəlb olunmamışdır. Bundan başqa, iddia tələbinin obyektiv araşdırılması və sübutlara obyektiv qiymət verilməsi üçün "xxxx" MMC-nin nümayəndəsinin iştirakı təmin edilməmiş, Xəzər rayon İcra və Probasiya şöbəsi də işə cəlb edilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti də cavabdeh tərəf kimi məhkəmədə iştirak etməmişdir. Səbail Rayon Məhkəməsinin sözügedən qətnaməsindən göründüyü kimi, cavabdeh qismində mülki işə cəlb olunmuş "xxxx" ASC tərəfindən 04.10.2021- ci il tarixli ərizə ilə Səbail rayon Məhkəməsinə müraciət edilərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.02.2017- ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri ( borcları) üzrə tələb hüququnun 21.04.2017-ci il tarixli müqavilə əsaında Maraqlı şəxs1 QSC-yə güzəşt edilməsini nəzərə alaraq, cavabdeh "xxxx" ASC-nin Maraqlı şəxs1 QSC ilə əvəz edilməsini və mülki işə cavabdeh qismində Maraqlı şəxs1 QSC-nin cəlb olunmasını xahiş etmişdir. Lakin məhkəmə tərəfindən "xxxx" ASC-nin 04.10.2021-ci il tarixli ərizəsinə münasibət bildirilməmişdir. Qətnamənin əsaslandırıcı hissəsində məhkəmə iddia tələbinin təmin edilməli olmasını göstərmişdir. Lakin qətnamənin qət hissəsindən isə iddia tələbinin tam deyil, qismən təmin olunduğu görünür. Məhkəmə tərəflərin izahatları və iş materiallarında olan sübutlarla kifayətlənərək Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V. Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi üzrə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış ipoteka müqaviləsinə xitam verilməsi, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi ilə Maraqlı şəxs2 oglu arasında tərtib olunmuş Y187 saylı Protokolun etibarsız hesab edilməklə ləğv edilməsi qənaətinə gəlmişdir. Qətnamədən göründüyü kimi, məhkəmə tərəfindən ipotekaya xitam yox, ipoteka müqaviləsinə xitam verilməsinə dair qətnamə qəbul etmişdir. Məhkəmə ipoteka müqaviləsinə xitam verilməsi ilə bağlı iş materiallarında olan aşağıdakı sübutlara istinad etmişdir: 1."xxxx" MMC-nin 01.04.2016-cı il tarixli, 1316 nömrəli bildirişinə əsasən ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 250000 manat olmaqla, 04.05.2016-cı il tarixdə hərraca çıxarılması barədə; 2. "xxxx" MMC-nin Xəzər rayon İcraşöbəsinin rəisinə ünvanladığı 08 may 2017-ci il tarixli məktubuna əsasən, sifariş məktubu əsasında keçirilmiş hərracda alıcı olmadığı üçün əmlakın satılmadığı və uyğun qərar qəbul etmək üçün Xəzər rayon İcra və Probasiya şöbəsinə geri qaytarılması barədə;
3. Xəzər rayon İcra şöbəsinin icra sənədinin Xəzər rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanova qaytarılması barədə 21.05.2018- ci il tarixli 8606/3İH saylı məktuba. Məhkəmə göstərilən sübutlarala kifayətlənərək ipoteka müqaviləsinə xitam vermişdir. Bu sübutlar 2016-cı ildə keçirilmiş hərrac üzrə ipotekaya xitam verilməsi üçün kifayət deyildir. Belə ki, iş materiallarında olan sənədlərdə təkrar hərracın keçirilməsi, habelə hərracın keçirilməsi barədə bildirişlərin ipoteka saxlayana rəsmi təqdim edilməsi, ipoteka saxlayanın münasibət bildirib-bildirməməsi barədə heç bir sübut yoxdur. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən 2016-cı ildə keçirilmiş 1-ci hərrac prosesi ilə bağlı yuxarıda qeyd edilənlər aydınlaşdırılmamışdır. 1-ci hərrac prosesi ilə 2-ci hərrac prosesi arasında zaman fasiləsində aşağıdakılar baş vermişdir: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən "xxxx" ASC ilə Maraqlı şəxs1 QSC arasında bağlanmış və “Tələb hüququnun güzəşt edilməsinə” dair 11.08.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ Maraqlı şəxs1 QSC-yə keçmişdir. Həmin Fərmanda qərara alınmışdır ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı 15 gün müddətində "xxxx" ASC-yə məxsus problemli aktivləri müəyyən etsinlər və həmin aktivlərin mərhələli şəkildə müvafiq həcmdə likvid vəsait müqabilində bankın balansından çıxarılması və Maraqlı şəxs1 QSC-nin idarə etməsinə verilməsi üçün tədbirlərin görülməsi tapşırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar Maraqlı şəxs1 QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Babayev Etibar Hacıbala oğluna dair sənədlər S-FK-1179 saylı, 22 yanvar 2018-ci il tarixli təhvil-təslim aktına əsasən Maraqlı şəxs1 QSC-yə təhvil verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin bir hissəsinin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış Cavabdeh2 MMC (bundan sonra "xxxx" MMC ) vasitəsilə həyata keçirilir. Qeyd etmək lazımdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, 2(003)-1052/2013-cü il tarixli qətnaməsinin icrası barədə "xxxx" MMC-də məlumat olmadığı üçün Xəzər rayon İcra və Probasiyaşöbəsinə 26.04.2019-cu il 1305 saylı məktubla müraciət edilərək görülmüş icra tədbirləri barədə məlumat verilməsi xahiş edilmişdir. "xxxx" MMC-nin müraciəti əsasında Xəzər rayon İcra və Probasiya şöbəsi Xəzər Rayon Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, 2(003)-1052/2013-cü il tarixli qətnaməsi üzrə verilmiş icra sənədini yenidən icraya yönəltmiş və 20.05.2019-cu il tarixli, 26/3İH nömrəli sifariş məktubuna əsasən sözügedən əmlak yenidən hərraca çıxarılmışdır. "xxxx" MMC-nin 31.05.2019-cu il tarixli, 610 nömrəli bildirişinə əsasən ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti 250000 AZN, açıq hərrac 25 iyun 2019-cu il tarixdə, saat 11:00-da Bakı şəh. Yasamal rayonu, L.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 6-cı mərtəbə ünvanda keçirilməsi göstərilmişdir. "xxxx" MMCnin 28.06.2019-cu il tarixli, 690 nömrəli bildirişinədən müəyyən edilir ki, Xəzər rayon icra və probasiya şöbəsinin 26/3İH, 20.05.2019-cu iltarixli məktubuna əsasən aşağıda göstərilən əmlak satılmaq üçün açıq hərraca çıxarılmış, ipoteka predmeti satış qiyməti 15 % enməklə 212500 AZN, 25.06.19 tarixində keçirilmiş hərrac alıcı olmadığına görə baş tutulmadığı, təkrar hərrac 10 iyul 2019 il tarixdə, saat 11:00-da Bakı şəh. Yasamal r-nu, C.Cabbarlı 44, Caspian Plaza, 3-cü korpus, 6-cımərtəbə ünvanda keçiriləcəyi göstərilmişdir. "xxxx" MMC-nin “Hərracın nəticələri haqqında” Y187 saylı, 10.07.2019-cu il tarixli Protokoldan və hərracın yekuları üzrə əmlakın alqı-satqı barədə 10.07.2019-cu il tarixli müqavilədən müəyyən edilir ki, sifarişçi Xəzər rayon İcra və Probasiyaşöbəsinin 26/3İH nömrəli, 20.05.2019-cu iltarixli sifariş məktubuna əsasən İddiaçı məxsus Bakı ş. Xəzər rayonu, Buzovna qəs. V.Seryogin küçəsi, 20 saylı fərdi yaşayış evi hərrac qaydasında satışa çıxarılmış və həmin əmlak alıcı Maraqlı şəxs2 tərəfindən 212500 (iki yüz on iki min beş yüz) manata alınmışdır. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin23.07.2019-cu il tarixli məktubundan müəyyən edilir ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsi, 20 saylı fərdi yaşayış evinə dair ipotekanın dövlət qeydiyyatıləğv olunmuşdur. Yəni ipoteka qoyulmuş əmlak hərrac vasitəsi ilə satıldığına görə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 48.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ipotekaya xitam verilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 16.11.2021-ci il tarixli qətnaməsindən xəbər tutduqdan sonra Maraqlı şəxs1 QSC tərəfindən araşdırmalar aparılmış və "xxxx" ASC-yə edilmiş müraciət əsasında müəyyən edilmişdir ki,"xxxx" MMCtərəfindən 17.06.2016-cı il tarixli, 2427 nömrəli bildiriş məktubu ilə "xxxx" ASC-yə İddiaçı məxsus ünvan 8 ünvanda yerləşən ipoteka predmetinin alqı-satqısı üçün müqavilənin bağlanması təklif olunmuşdur. "xxxx" MMC-nin 17.06.2016-cı il tarixli, 2427 nömrəli bildiriş məktubuna tələbkar "xxxx" ASC tərəfindən 22.06.2016-cı il tarixli, 13/2573 nömrəli məktubla cavab verilmiş və məktubda bildirilmişdir ki, “sözügedən əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdak ilkin satış qiymətlərindən 25% aşağı olan qiymətlə Bank tərəfindən alınmasına heç bir etirazı yoxdur. "xxxx" ASC həmin məktubda “Bank tərəfindən ipoteka predmetlərini əldə edilməsi üçün alqı-satqı müqavilələrinin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verilməsini” hərrac Mərkəzindən xahiş etmişdir. "xxxx" MMC tərəfindən "xxxx" ASC-nin 22.06.2016-cı il tarixli, 13/2573 nömrəli məktubuna heç bir cavab verilməyib. Bunun nəticəsində ipoteka saxlayan ( tələbkar ) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsində müəyyən edilmiş sübyektiv hüququnu həyata keçirə bilməmişdir. Beləliklə, yuxarıdakılardan göründüyü kimi, ipotekaya xitam verilməsi üçün heç bir hüquqi əsas yoxdur. Birinci instansiya məhkəməsində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Qeyd edilməlidir ki, icra sənədi üzrə borclu Babayev Etibar Hacıbala oğlu cavabdehlər Xəzər rayon İcra və Probasiiya şöbəsinə, "xxxx" MMCyə və Sultanli Hüseyn Cəmil oğluna qarşı "xxxx" MMC-nin İddiaçı məxsus Bakı ş. Xəzər rayonu, Buzovna qəs. V.Seryogin küçəsi, 20 saylı fərdi yaşayış evi hərrac qaydasında Maraqlı şəxs2 satılmasına dair “Hərracın nəticələri haqqında” Y-187 saylı, 10.07.2019-cu il tarixli Protokolun və hərracın yekuları üzrə əmlakın alqı-satqı barədə 10.07.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsinə dair iddia qaldırmış və Xəzər rayon Məhkəməsinə iddia qaldırmış və həmin məhkəmənin 2(003)-671/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10156/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Qətnamədən həmçinin maraqlarına toxunan şəxs Maraqlı şəxs2 apellyasiya şikayəti vermiş və şikayətində qətnaməni ləğv edərək, iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən ipoteka predmeti olmuş əmlakın hərracdan satıldığını, başqa şəxsin mülkiyyətində olmasını, yəni artıq xitam verilmiş ipotekaya - ipoteka müqaviləsinə bir də xitam vermişdir. Bundan başqa, məhkəmə hərracın qanunazidd formada keçirilməsi nəticəsinə gələrkən pozuntunun konkret nədən ibarət olmasını qeyd etmir, yalnız ipoteka haqqında qanunun müddəalarını sadalayır. Məhkəmə hazırki işdə iddia müddəti məsələsinə toxunur və alqısatqı müqaviləsinin etibarsızlığının nəticələri ilə bağlı 1 illik iddia müddətini şamil etmir. Məhkəmə qətnaməsində ipoteka müqaviləsinə xitam verir, hərraca dair protokolu və onun hüquqi nəticələrini etibarsız hesab etməklə ləğv edir. Qeyd edirik ki, hər hansı sənədin mülki qanunvericilik baxımından etibarsızlığı başqa hüquqi əsaslarla, ləğvi isə başqa hüquqi əsaslarla həyata keçirilir, sənəd eyni zamanda həm etibarsız sayıla, həm də ləğv edilə bilməz. Bundan başqa, məhkəmə, Maraqlı şəxs2 qarşı iddia tələbini təmin edir, onunla bağlı hərracı, tərəf olduğu alqı-satqı müqaviləsini, onun konstitusion hüququnu mülkiyyət hüququnu (çıxarışını) etibarsız hesab etməklə ləğv edir, ancaq, Maraqlı şəxs2 işə cəlb etmir, onun məhkəmə iclasında iştirakın təmin etmir, ciddi prosessual pozuntularla düzgün olmayan qətnamə çıxarır. Hazırki iddia tələbi nəticə etibarilə Maraqlı şəxs2 yönəlmiş tələbdir, məhkəmə də tələbi ona münasibətdə təmin edib. Lakin, Maraqlı şəxs2 işə cəlb edilməyib, məhkəmə bütün prosessual normaları pozaraq cavabdehi olmayan tələb üzrə iddianı təmin edib. Hazırki mübahisənin 10.07.2019-cu il tarixli Y-187 saylı protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 10.07.2019-cu il tarixli alıqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə Babayev Etibar Hacıbala oğlu tərəfindən verilmiş iddiaya Xəzər rayon Məhkəməsi tərəfindən baxılıb, iddiaçı işin sonuncu iclasında iddia tələbini dəyişdirərək guya hərracın qanunsuzluğu nəticəsində ona maddi ziyan dəymiş, həmin maddi ziyanı Xəzər rayon İcra Şöbəsindən tələb edir. Xəzər rayon Məhkəməsi 06.05.2021-ci il tarixli 2(003)-671/2021 saylı qətnaməsilə iddia rədd edilmiş, qətnamə ilə hərracın keçirilməsi zamanı qanunvericiliyin tələbinə əməl olunması, nəticədə iddiaçıya maddi zərər vurulmadığı müəyyən etmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 29.06.2021-ci il tarixli, 2(103)-10156/2021 saylı qətnaməsilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan RespublikasıMPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 nümayəndəsi Məmmədov Ayaz Eyvaz oğlu tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Məmmədov Nicat Vasif oğlu tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında maraqlarına toxunan şəxs Maraqlı şəxs1 QSC BOKT-un nümayəndəsi və vəkili Nümayəndə4 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında maraqlarına toxunan şəxs Maraqlı şəxs2 nümayəndəsi və vəkili Nümayəndə3 tərəflərindən verilmiş apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətlərinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iş üzrə digər cavabdehlər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və "xxxx" MMC məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk növbədə qeyd edir ki, məhkəmə iddia tələbi üzrə cavabdeh olmayan şəxsə münasibətdə protokol və hərracın hüquqi nəticələrini etibarsız hesab etmiş, işə baxarkən mülkiyyətçi olan Maraqlı şəxs2 cavabdeh qisimində cəlb edilib-edilməməsi məsələsini isə ümumiyyətlə müzakirə etməmişdir. Halbuki, Mülki Prosessual Məcəlləsinin 385.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2 və 387.2.4-cü maddələrində isə təsbit edilmişdir ki, məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Habelə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24.11.2005-ci il tarixli qərarında məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunmasının zəruriliyinə cəlb edilmiş, məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edildiyi vurğulanmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlilini bu kontekstdə araşdıraraq hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, e-2(009)-2300/2021 saylı qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apelyasiya şikayətlərinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, iş materiallarında olan Y-187 nömrəli, 10.07.2019-cu il tarixli hərracın nəticələrinə dair protokoldan görünür ki, İddiaçı ogluna məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsində yerləşən 20 nomrəli fərdi yaşayiş evi Maraqlı şəxs2 tərəfindən “İpoteka haqqında” Qanunun 43.5-ci maddəsinə əsasən 212500 manata almışdır. İş materiallarında olan 2(003)-1052/2013 saylı, 21.06.2013-cü il tarixli icra vərəqindən görünür ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, 2(003)-1052/2013-cü il tarixli qətnaməsinə əsasən, cavabdeh Babayev Etibar Hacıbala oğlundan 173200 manat əsas, 115005 manat faiz, 3000 manat dəbbə pulu, cəmi 291205 manat manat pul, 120500 ABŞ dollar əsas, 78937 ABŞ dolları faiz, 2000 ABŞ dolları dəbbə pulu, cəmi 201467 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı tərəfindən ipotekaya qoyulmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ipoteka qoyandan alınaraq açıq hərracda satılması, evin ilkin satış qiymətinin 250000 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsaitdən 291205 manat və 201467 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda Babayev Etibar Hacıbala oğlunun və Kənimov Bəydulla Arif oğlunun ən geci bir ay müddətində həmin evdən çıxarılması qət edilmişdir. Xəzər rayon Məhkəməsinin qeyd olunmuş Qətnaməsi icraya yönəldilmiş və Xəzər rayon İcra və Probasiya Şöbəsinə icra vərəqəsi verilmişdir. İş materiallarında olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-nin 01 aprel 2016-cı il tarixli, 1316 nömrəli bildirişindən görünür ki, hərrac təşkilatı sifariş məktubu əsasında ipoteka predmetini 04 may 2016-cı il tarixdə ilkin satış qiyməti qətnamədə göstərildiyi kimi - 250000 manat olmaqla hərraca çıxarmışdır. İş materiallarında olan "xxxx" MMC-nin Xəzər rayon İcra Şöbəsinin rəisinə ünvanladığı 08 may 2017-ci il tarixli məktubunun surətindən görünür ki, sifariş məktubu əsasında keçirilmiş hərracda alıcı olmadığı üçün əmlak satılmamış və uyğun qərar qəbul etmək üçün iş Xəzər rayon İcra şöbəsinə geri qaytarılmışdır. İş materiallarında olan Xəzər rayon İcra Şöbəsinin 21.05.2018-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi hərrac vasitəsi ilə satılmamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı Çıxarışından görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu, Buzovna qəsəbəsi, Viktor Seryogin küçəsində olan 0.04 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 7 otaqlı, 214.6 kv.m yaşayış, 556.4 kv.m köməkçi sahədən ibarət 20 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 97 nömrəli reyestr kitabının 8790 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-nin 31 may 2019-cu il tarixli, 610 nömrəli bildirişindən görünür ki, hərrac təşkilatı sifariş məktubu əsasında ipoteka predmetini 25 iyun 2019-cu il tarixdə ilkin satış qiyməti qətnamədə göstərildiyi kimi - 250000 manat olmaqla hərraca çıxarmışdır. İş materiallarında olan "xxxx" ASC 04.10.2021-ci il tarixli tərəfin əvəz edilməsinə dair ərizəsindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququnun 21.04.2017-ci il tarixli müqavilə əsasında Maraqlı şəxs1 QSC-yə güzəşt edilməsini nəzərə alaraq, cavabdeh "xxxx" ASC-nin Maraqlı şəxs1 QSC Bank olmayan Kredit Təşkilatı ilə əvəz olunmasının və mülki işə cavabdeh qismində Maraqlı şəxs1 QSC Bank olmayan Kredit Təşkilatının cəlb olunmasını xahiş etmişdir İş materiallarında olan Bakı Şəhəri, Səbail rayon Məhkəməsinin 04.10.2021-ci il tarixli, 2(009)-2300/2021 saylı sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 03.11.2021-ci il tarixli, **********20 saylı ünvana dair məlumatın və sənədlərin surətinin verilməsi barədə məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, V.Seryogin küçəsi, 20 saylı evi İddiaçı adına 01.07.2008-ci il tarixdə ilkin qeydiyyatdan keçmişdir. Xəzər rayon Məhkəməsinin 21 iyun 2013-cü il tarixli, 2(003)-1052/2013-cü il tarixli qətnaməsinə, Hərracın nəticələri haqqında Y-187 nömrəli protokoluna, Hərracın yekunları üzrə əmlakın alğı-satqı barədə 10.07.2019cu il tarixli müqaviləyə əsasən Maraqlı şəxs2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarında olan Bakı Şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 23.05.2008-ci il tarixli, 355 saylı Sərəncamından görünür ki, Buzovna qəsəbəsində vətəndaş İddiaçı tikdiyi 2 mərtəbəli, zirzəmilli, mansardalı 7 yaşayış otağa sahəsi-214,6m2 , köməkçi sahə-556,3m2 , zirzəmi-106,1m2 , kürsü-17,1m2 , torpaq sahəsinin tikili olmayan cəmi torpaq sahəsi-400m2 –dən ibarət olan yaşayış evi və torpaq sahəsi qeydiyyata alınmış. Bakı şəhər XDS İK-nin 19.08.87-ci il tarixli, 19/338 saylı qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib, vətəndaş İddiaçı adına reyestrdən çıxarış və texniki pasport verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsindən xahiş edilmişdir. İş materiallarında olan Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının Buzovna qəsəbəsindəki nümayəndəliyinin 04.06.2008-ci il tarixli, 263 saylı arayışından görünür ki, V.Seryogin küçəsi ev 20 ünvanındakı mülk İddiaçı məxsusdur. İş materiallarında olan 2(003)-1052/2013 saylı, 21.06.2013-cü il tarixli icra vərəqindən görünür ki, cavabdeh Babayev Etibar Hacıbala oğlundan 173200 manat əsas, 115005 manat faiz, 3000 manat dəbbə pulu, cəmi 291205 manat manat pul, 120500 ABŞ dollar əsas, 78937 ABŞ dolları faiz, 2000 ABŞ dolları dəbbə pulu, cəmi 201467 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı tərəfindən ipotekaya qoyulmuş, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin ipoteka qoyandan alınaraq açıq hərracda satılması, evin ilkin satış qiymətinin 250000 manat müəyyən edilməsi, satışdan əldə olunmuş vəsaitdən 291205 manat və 201467 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə ödənilməsi, fərdi yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda Babayev Etibar Hacıbala oğlunun və Kənimov Bəydulla Arif oğlunun ən geci bir ay müddətində həmin evdən çıxarılması qət edilmişdir. İcra vərəqəsi 07 may 2019-cu il tarixində verilmişdir. İş materiallarında olan hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə 10 iyul 2019-cu il tarixli müqavilədən görünür ki, Xəzər rayon İcra və Probasiya şöbəsinin sifarişi əsasında İddiaçı məxsus ünvan 10 ünvanındaki əmlak Maraqlı şəxs2 satılmışdır. Əmlakın ilkin satış qiyməti 250000 manat müəyyənləşdirilmişdir. Əmlakın satılmış son qiyməti 212500 manat olmuşdur. İş materiallarında olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-nin Hərracın nəticələri haqqında Y-187 nömrəli protokolundan görünür ki, Xəzər rayon İcra və Probasiya şöbəsinin sifarişi və “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC-nin təşkilatçılığı ilə İddiaçı məxsus ünvan 10 ünvanındaki əmlak Maraqlı şəxs2 satılmışdır. Əmlakın ilkin satış qiyməti 250000 manat müəyyənləşdirilmişdir. Əmlakın satılmış son qiyməti 212500 manat olmuşdur. İş materiallarında olan Xəzər rayon İcra və Probasiya şöbəsinin 15.07.2019-cu il tarixli, 9253/11B saylı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə ünvanlandığı məktubundan görünür ki, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzinin Y-187 saylı, 10.07.2019-cu il tarixli nömrəli protokoluna əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi hərracda qalib alıcı Maraqlı şəxs2 tərəfindən alınmışdır. Ona görə də, məktubda xahiş olunur ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Seryogin küçəsində yerləşən 20 nömrəli fərdi yaşayış evi İddiaçı adından çıxarılıb Maraqlı şəxs2 adına rəsmiləşdirilsin. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 185993 saylı Çıxarışından görünür ki, ünvan 10 ünvanındakı əmlak Maraqlı şəxs2 adına rəsmiləşdirilmişdir. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa Hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. (maddə 42.1). Həmin Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. (maddə 43.7-43.8). İpoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər (maddə 43.8). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarı. İpoteka haqqında” Qanunun 43-cü maddəsinin mənasından belə nəticəyə gəlmək olar ki, bu Qanunun 42-ci maddəsində göstərilmiş qaydada cəmi iki hərracın keçirilməsi nəzərdə tutulmuşdur. Belə ki, birinci hərracın həmin Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə, yəni hərracın iştirakçısının olmamasına görə baş tutmaması nəticəsində təkrar keçirilən hərracda ipoteka predmetinin ilkin satış qiymətinin əvvəlki hərracdakı qiymətindən 15 faiz aşağı qiymətlə satılması nəzərdə tutulmuşdur. Bundan fərqli olaraq, həmin Qanunun 43.1.1, 43.1.3 və 43.1.4-cü maddələrində nəzərdə tutulmuş digər səbəblərə görə (yəni hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə) hərrac baş tutmamış elan edildikdə, ilkin satış qiyməti dəyişməmiş saxlanılır. Birinci hərracdan fərqli olaraq, təkrar hərrac zamanı “İpoteka haqqında” Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal, yəni hərraca iki nəfərdən az alıcının gəlməsi hərracın baş tutmaması halı kimi nəzərdə tutulmamışdır. Belə ki, Qanunun 43.6-cı maddəsinə əsasən təkrar hərracda bir iştirakçı olduğu halda da hərrac baş tutmuş hesab olunur və həmin şəxs hərracın qalibi olur. Təkrar hərrac adı ilə üç və daha çox hərracın keçirilməsi “İpoteka haqqında” Qanunun tələblərindən irəli gəlmir və ipoteka qoyanın hüquqlarının pozulmasına səbəb olur. Təkrar hərracın baş tutmaması ipoteka qoyan üçün ipotekaya xitam verilməsindən ibarət “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş müəyyən hüquqi imkanların yaranması ilə nəticələnir. “İpoteka haqqında” Qanunun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi qanuna zidd hesab edilməlidir. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. Kollegiya qeyd edir ki, iddia tələbi bir neçə hissədən ibarət olduğundan hər biri üzrə ayrı-ayrılıqda dəyərləndirmə aparılmaqla hüquqi qiymət verilməlidir. İddia tələbinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə yönələn hissəsi ilə bağlı kollegiya qeyd edir ki, iddia ərizəsini qəbul edərkən məhkəmə cavabdeh kimi göstərilən şəxsin iddia üzrə cavab verməli şəxs olub-olmamasını müəyyən etməlidir. Hazırki iş üzrə qeyd olunan halın düzgün müəyyən edilməməsi nəticəsində əsl olmayan tərəfə qarşı qətnamənin qəbul edilməsi mübahisənin qanuni və əsaslı həllinə mane olmuşdur. Kollegiya hesab edir ki, iddiaçının tələbinin yönəldiyi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tələb hüququnu Maraqlı şəxs1 QSC-yə güzəşt etdiyindən iş üzrə cavabdeh məhz Maraqlı şəxs1 QSC BOKT-dur. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli 570 nömrəli Fərmanına uyğun olaraq, eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101s saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə Maraqlı şəxs1 QSC arasında “problemli aktivlər üzrə tələb hüququnun Maraqlı şəxs1 QSC-yə güzəşt edilməsinə dair” 21.04.2017-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin tələblərinə uyğun olaraq Babayev Etibar Hacıbala oğlunun (ipoteka predmeti qisminə İddiaçı mübahisələndirdiyi mənzil çıxış edir) problemli borcu - 291205 manat və 201437 ABŞ dolları məbləğində pul vəsaiti "xxxx" ASC-yə Dövlət tərəfindən ödənilmişdir. İş materiallarından göründüyü kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfin əvəz edilməsi ilə bağlı ərizə vermiş olsa da məhkəmə ərizəni nəzərə almamışdır. Halbuki, hər hansı iddia tələbi yalnız həmin iddiaya cavab verməli olan şəxsə qarşı irəli sürüldükdə təmin edilə bilər. Əgər iddia əsl olmayan cavabdehə qarşı verilmişdirsə, birinci instansiya məhkəməsi bu zaman həmin hüquqi məsələni tərəflərlə müzakirə edərək iddiaçının razılığı ilə cavabdehin əsl cavabdehlə əvəz edilməsi məsələsini həll edə bilər. İddiaçı buna razı olmadıqda isə məhkəmə irəli sürülmüş tələblər üzrə işə baxmalıdır (MPM-in 54-cü maddəsi). Hazırki işdə isə iddia əsl olmayan cavabdehə qarşı verilmiş, öz növbəsində də məhkəmə bu məsələni tərəflərlə müzakirə etmədən prosessual hüquq normalarını pozmaqla əsl olmayan cavabdehə qarşı verilmiş iddianı təmin etmişdir. Ona görə də, iddia buna cavab verməli olmayan şəxsə qarşı verildiyi üçün həmin hissədə rədd edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, hazırki halda ipoteka müqaviləsinə xitam verilməsi üçün ümumiyətlə əsas yoxdur. Belə ki, işin faktiki hallarından göründüyü kimi, "xxxx" MMC-nin 17.06.2016-cı il tarixli, 2427 nömrəli bildirişdən müəyyən edilir ki, "xxxx" ASC-yə ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə məlumat verilərək bildirirlmişdir ki, 18.07.2016-cı il tarixədək əmlakı almadığınız halda iş sifarişçi icra şöbəsinə geri qaytarılacaqdır. Qeyd edilən xəbərdarlıq məktubuna cavab olaraq tələbkar "xxxx" ASC tərəfindən 22.06.2016-cı il tarixli, 13/2573 nömrəli məktubla "xxxx" MMC-yə bildirilmişdir ki, “sözügedən əmlakların qeyd olunmuş qiymətlərlə, yəni təkrar hərracdakı ilkin satış qiymətlərindən 25% aşağı qiymətlərlə Bank tərəfindən alınmasına heç bir etiraz yoxdur. Bundan başqa Bank həmin məktubda “Bank tərəfindən ipoteka predmetlərini əldə edilməsi üçün alqı-satqı müqavilənin imzalanması tarixini müəyyənləşdirib rəsmi məlumat verilməsi xahiş edilmişdir. Lakin "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə hər hansı bir müqavilə göndərilməmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, "xxxx" ASC “İpoteka haqqında” “ Qanunun 43.8-ci maddəsinə uyğun olaraq ipoteka predemtinin əldə olunması ilə əlaqadər öz iradə ifadəsini aydın şəkildə ifadə etdiyi halda hərrac təşkilatı və ya icra məmurunun hərəkətsizliyi nəticəsində bunun baş verməməsi ipoteka saxlayanın ziyanına təfsir edilərək ipotekaya xitam verilə bilməz. Bu baxımdan kollegiya qeyd edir ki, sonrakı hərracların keçirilməsi iddiaçının deyil, tələbkar olaraq ipotekasaxlayan "xxxx" ASC-nin (hazırkı halda isə Maraqlı şəxs1 QSC-nin) hüquqlarının pozulması ilə nəticələnmiş olur. İş materiallarından həmçinin müəyyən edilir ki, Maraqlı şəxs1 QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Babayev Etibar Hacıbala oğluna dair sənədlər təhvil alındıqdan sonra, 02.05.2018-ci il də Maraqlı şəxs1 QSC-nin törəmə müəssisəsi olan Cavabdeh2 MMC tərəfindən müəyyən edilmişdir ki, 2(003)- 1052/2013saylı, 05.12.2013-cüil tarixli icra sənədi icra edilməmiş və Xəzər rayon İcravə Probasiya şöbəsi tərəfindən “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 53.3cü maddəsinə əsasən Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə geri qaytarılmışdır. Məhz həmin icra sənədinin icrası ilə bağlı Cavabdeh2 MMC tərəfindən 02.05.2018-ci il tarixli, 1472 nömrəli məktubla Xəzər Rayon Məhkəməsinə müraciət edərək sözügedən icra vərəqəsinin icra edilməsi üçün icra vərəqəsinin təkrarən Xəzər rayon İcravə Probasiyaş öbəsinə göndərilməsinə göstəriş verilməsini xahiş edilmişdir. İşin hallarından müəyyən edilir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 21iyun 2013-cü il tarixli, 2(003)- 1052/2013-cü il tarixli qətnaməsinin qüvvəyə minməsindən uzun müddət keçməsinə baxmayaraq cavabdeh Babayev Etibar Hacıbala oğlu tərəfindən heç bir üzürlü səbəb olmadan sözügedən qətnamə icra edilməmişdir. Göründüyü kimi, "xxxx" ASC əmlakın alınmasına dair öz iradəsini ifadə etmiş, lakin birinci instansiya məhkəməsi tərəfindən bu hal nəzərə alınmamışdır. Bundan başqa, birinci instansiya məhkəməsi “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi ilə Maraqlı şəxs2 oglu arasında tərtib olunmuş Y-187 saylı Protokolun və hərracın hüquqi nəticələri etibarsız hesab edilməklə ləğv edilməsi” nəticəsinə gələrkən nəzərə almamışdır ki, iş üzrə belə bir tələb olmamışdır. Tələb Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi ilə Maraqlı şəxs2 arasında tərtib olunmuş Y-187 saylı Protokol və hərracın hüquqi nəticələri etibarsız hesab edilməsi barədə olmuşdur. Əqdin etibarsızlığının və ləğvinin hüquqi nəticələrinin fərqli olmasına baxmayaraq birinci instansiya məhkəməsi qətnaməsində bu hala ümumiyyətlə aydınlıq gətirməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbi baxımından ipoteka qoyulmuş əmlakın hüquqi mahiyyəti ondan ibarətdir ki, həmin əmlak əsas öhdəliyin icra olunmasının təminatı kimi çıxış edir. Bununla əlaqədar, ipoteka müqaviləsi ipoteka saxlayan ilə ipoteka qoyan arasında girovla təmin olunmuş əsas öhdəliyə münasibətdə əlavə öhdəlik yaradır. Deməli, ipoteka müqaviləsinə xitam verilməsi əsas öhdəliyə xitam verilməsi ilə müəyyən edilir. Bununla belə ipoteka əqdin bir növü olduğuna görə (Mülki Məcəllənin 324.2-ci maddəsi) onun bağlanmış hesab olunması üçün Mülki Məcəlləyə əsasən əqdin bağlanması üçün zəruri olan bütün şərtlərin mövcud olması vacibdir. Bu cür şərtlərdən tərəflərin fəaliyyət qabiliyyətinin və əqdin hüququn tələblərinə uyğun olmasının mövcudluğu zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Həmin Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Həmin Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Həmin Məcəllənin 337.3-cü maddəsinin tələbinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində Xəzər rayon İcra şöbəsi 20.05.2019-cu il tarixli, 26/3İH saylı məktubla "xxxx" MMC-yə ipoteka predmeti ilə bağlı təkrar hərrac keçirilməsi üçün qanuna zidd olaraq yenidən sifariş verdiyini və həmin sifariş əsasında da hərrac təşkilatı da qanuna zidd olaraq 25.06.2019-cu il tarixdə ilkin və 10.07.2019-cu il tarixdə təkrar hərrac keçirildiyini qeyd etsə də, kollegiya iddianın qeyd edilən dəlilini əsaslı hesab etmir. Belə ki, 2(003)-1052/2013saylı, 05.12.2013-cü il tarixli icra sənədi borclu Babayev Etibar Hacıbala oğlu tərəfindən icra edilmədiyindən Maraqlı şəxs1 QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Babayev Etibar Hacıbala oğluna dair sənədlər təhvil alındıqdan sonra, 02.05.2018-ci ildə Maraqlı şəxs1 QSC-nin törəmə müəssisəsi olan Cavabdeh2 MMC Xəzər Rayon Məhkəməsinə müraciət edərək sözügedən icra vərəqəsinin icra edilməsi üçün icra vərəqəsinin təkrarən Xəzər rayon İcravə Probasiya şöbəsinə göndərilməsinə göstəriş verilməsini xahiş etmiş və məhkəmə tərəfindən icra vərəqəsi yenidən icraya yönəldimişdir. Yuxarıda qeyd olunan hallar baxımından məhkəmə kollegiyası hesab edir ki, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi ilə Maraqlı şəxs2 oglu arasında tərtib olunmuş Y-187 saylı Protokol və hərracın hüquqi nəticələri etibarsız hesab edilməsi üçün əsas yoxdur. Belə ki,Ona görə də, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilmə bilməz. Kollegiya həmçinin qeyd edir ki, Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərracı qanunsuz hesab edilmiş olsa belə, Maraqlı şəxs2 mənzili əldə etməsi qanunsuz hesab edilə bilməzdi. Belə ki, Mülki qanunvericilikdən göründüyü kimi, müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir və daşınmaz əmlakı özgəninkiləşdirənlə əvvəllər bağlanmış əqdin etibarsızlığı restitusiya qaydasında əmlakın ilkin mülkiyyətçisinə qaytarılması hüquqi nəticəsini doğurmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə görə mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı, digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Bu mənada məhkəmə kollegiyası qeyd edir ki, Maraqlı şəxs2 Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi tərəfindən keçirilmiş hərracın qanunsuz olub-olmamasında məlumatı ola bilməzdi. Bu baxımdan kollegiya hesab edir ki, Maraqlı şəxs2 hazırki işin halları baxımından vicdanlı əldə edən şəxs hesab olunmalıdır. Buna görə də Maraqlı şəxs2 ilə Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi arasında tərtib olunmuş Y-187 saylı Protokol və hərracın hüquqi nəticələri etibarsız hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxnulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinə əsasən: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarı). Kollegiya eyni zamanda iddia tələbinin Maraqlı şəxs2 ogluna verilmiş mülkiyyət hüququna dair çıxarışının ləğv edilməsi hissəsi ilə bağlı isə qeyd edir ki, iddia tələbi Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi ilə Maraqlı şəxs2 oglu arasında tərtib olunmuş Y187 saylı Protokolun etibarsız hesab edilməsi hissəsində əsassız hesab edildiyindən və həmin protokol əsasında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Maraqlı şəxs2 ogluna verilmiş mülkiyyət hüququna dair çıxarışının ləğv üçün hər hansı əsas da mövcud deyil. Ona görə də iddia tələbi həmin hissədə də əsassızdır və təmin edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olub-olmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı ərizəsinin verilməsi üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya qeyd edir ki, hazırki halda iddia tələbi rədd edildiyindən iş üzrə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, e-2(009)-2300/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və "xxxx" MMC-yə qarşı ipotekaya xitam verilməsi və.s tələbinə dair iddiası təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qət etdi:
Cavabdehlər Cavabdeh2 MMC, “Azərbaycan Beynəlxalq Bankı" ASC və maraqlarına toxunan şəxslər Maraqlı şəxs1 QSC BOKT və Maraqlı şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, e-2(009)- 2300/2021 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti, Cavabdeh2, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və "xxxx" MMC-yə qarşı ipotekaya xitam verilməsi və.s tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.