Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3297/2020 07.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X7 iştirakları ilə İddiaçı cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-nin tərkibində olan “xxxxxxxxxxx” MTKya qarşı “xəstəyə qulluğa görə maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-3301/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bundan sonra hər ay ona 300 manat civarında xəstəyə qulluq etmə haqqı ödənilməsi haqda maddi ziyanın, 11 il 3 aylıq müddətində ödənilməyən, ayı 300 manat olmaqla cəmi 40500 manat ödənilməsi barədə maddi ziyanın və 500000 manat məbləğində mənəvi ziyanın cavabdeh “xxxxxxxxxxx” MTK-dan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini belə əsaslandırmışdır ki, onun oğlu X17 xx xxxx 2008-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi, 57 saylı ünvanda yerləşən “xxxxxxxxxxxxxxx” şirkəti tərəfındən inşa olunan çoxmərtəbəli yaşayış binasında tikinti sahəsində fəhlə işləyərkən, iş vaxtı əmək funksiyasını yerinə yetirərkən, şirkətin cinayəti nəticəsində 8-ci mərtəbədən yıxılaraq çoxsaylı bədən xəsarətləri alaraq, nəticədə İ qrup əlil olmuşdur. Bununla bağlı Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi X21 Komissyasının SER TSE-01 saylı arayışına əsasən ona İ qrup əlillik dərəcəsi verilmişdir. Əlilliyin səbəbi 100% əmək qabiliyyətini itirmək və kənar şəxsin qulluguna ehtiyacı olmağıdır. Bu fakt Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli 1(006)-31/2010 hökmü ilə sübuta yetirilmiş və təqsirləndirilən şəxslər X13 və X19 Azərbaycan Respublikasının CM-nın 162.1-ci maddəsi ilə təqsirli bilinib, aylıq qazanclarının 20 % dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişlər. Həmçinin həmin hökmə əsasən “xxxxxxxxxxxxxxx” MMC-nin tərkibində olan “xxxxxxxxxxx” MTK-dan maddi zərərin əvəzi olaraq 10.000 manatın, mənəvi zərərin əvəzi olaraq 2.000 manatın alınaraq mülki iddiaçı X11 verilməsi qərara alınmış, mülki iddia tələbləri qalan hissədə rədd edilmişdir. Bununla oğlunu Avstriyaya müalicəyə gedərək sağlamlığını bərpa etməkdən məhrum etdilər. Nəticədə oğlu ömürlük əlil qalmışdır. Vüsalın iddiası bir neçə dəfə yuxarı və aşağı instansiya məhkəməsi tərəfındən baxılmışdır. Belə ki, xx xxxxxx 2011-ci il tarixli Bakı Apellyasiya Məhkəməsinin Cinayət Koİİegiyasının qərarına əsasən “xxxxxxxxxxxxxxx” MMC-nin tərkibində olan “xxxxxxxxxxx” MTK-dan maddi zərərin əvəzi kimi tutulmuş 10.000 manat 52.000 manatadək artırılmış, mənəvi ziyan isə dəyişdirilmədən saxlanılmışdır. Bu qərara əsasən 2 (iki) illik (2008-2010-cu illər) xəstəyə qulluq edənin xərci olan 7.200 manat təmin edilmişdir. Daha sonra bu məbləğ də yuxarı və aşağı instansiya məhkəməsi tərəfindən baxılmış, sonda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli qərarına əsasən yuxarıda qeyd olunan məbləğ, yəni 52.000 manat 35.000 manatadək azaldılmışdı. Həmin məbləğdən Vüsala cavabdeh tərəfdən məhkəmə qərarı ilə ödənilmiş 13.000 manat çıxılaraq, yerdə qalan 22.000 manatın Vüsala ödənilməsi qərara alınmışdır. Xəstəyə qulluq etmə xərci və digər xərclər ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2012-ci il tarixli 1(102)- 340/2012 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxx 2011-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Sübutlar əsasında yenidən məhkəməyə müraciət olunması haqda tövsiyə olunmuşdur. Mənəvi ziyan isə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, Vüsal şirkətin təqsirindən kirayədə yaşadığı üçün, onlara qarşı mənzillə təmin olunmaq barədə məhkəməyə mülki iddia ilə müraciət etdi. Çünki kirayə xərclərini ödəyə bilmirdi. Səbail rayon məhkəməsinin xx xxxx 2014-cü il qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Sonda xx xxxxxx 2015-ci il tarixli Ali Məhkəmənin MK-nın qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2015-ci tarixli qərarı İəğv edilməklə, iş üzrə yeni qərar qəbul edilərək iddiaçının tələbi qismən təmin edilməklə, cavabdehdən Vüsalın xeyrinə 50.000 tutulması qərara alınmışdır. X25 TSEK tərəfindən 100 % əmək qabiliyyətsiz hesab olunmuş və İ qrup əlildir. Bu baxımdan kənar şəxsin qulluğuna, köməyinə ehdiyac vardır. Onun bütün qulluq və xidmətlərini həyata keçirən və gündəlik qayğılarını qarşılayan isə anası İddiaçı olmuşdur. O, onların təqsirindən heç bir yerdə işləməyərək oğluna qulluq edir. Onun borcu oğluna 18 yaşına kimi baxmaqdır. 18 yaşından sonra oğlu ona qulluq etməlidir. Lakin o, cavabdehin təqsirindən bu yaşına kimi qulluq etmiş və ömrünün sonuna kimi ona qulluq etməlidir. Oğlunun əlilliyə görə aldığı əmək haqqı onların aylıq xərclərini ödəmir. Onun kimi ağır xəstənin güclü qidalanmaya ehtiyacı var. Qeyd edir ki, o, 11 ildən çoxdur ki, heç bir yerdə işləməyərək oğluna qulluq edir, çünki, onun kənar şəxsin qulluğuna ehtiyacı vardır. O, dəfələrlə şirkətə xəstəyə qulluq edənin haqqında müraciət etmiş, lakin həmişə imtina ediblər. 2010-cu ildə Q.Vüsal cinayət işi ilə bağlı məhkəmə zamanı “Cinayət işində mülki iddia verərək” Avstriyada müalicə olunması üçün tələb olunan vəsaitlə bərabər xəstəyə qulluq edənin xərci və digər xərclər barədə maddl ziyan tələb etmişdir. Həmin dövr üçün xəsətəyə 2 il qulluq edənin xərci, yəni 24 ay ərzində hər ayı 300 manatdan cəmi 7.200 manat tələb etmişdir. xx xxxxxx 2011 ci il tarixli Bakı Apellyasiya məhkəməsinin cinayət kollegiyasının 1(103)-44/2011 qərarı ilə xəstəyə qulluq edənin xərci təmin edilmişdir. Bundan sonra, onun başı Vüsalı Avstriyaya müalicəyə aparmaq üçün MTK-dan müalicə xərci almaq üçün məhkəmələrə qarışdı. Daha sonra, Vüsalın MTK-nın təqsirindən kirayələrdə yaşadığı üçün, MTK tərəfindən 2 otaqlı mənzillə təmin olunmaq haqda məhkəmələrə qarışdı. Həmin dövrdə ancaq oğlunun sağlamlığını düşünərək, onun Avstriyaya müalicəyə aparmağa cəhd edirdi. Lakin bu alınmadı. Çünki məhkəmə maddi ziyanı qismən təmin etdi. Qismən təmin olunmuş pulu isə cavabdeh İXM ilə cərimə olunduqdan sonra, 2012-ci ilin noyabrında 10 ay gec ödədi. Həmin ilin dekabrında qismən təmin olunmuş pulla oğlunu Avstriyaya heç olmasa müayinəyə aparmaq istədi. X14 viza vermədi. Bildirdi ki, «Müalicə-müayinə sənədinin üstündən çox müddət keçmişdir. Yenidən Avtsriyanın AnnaDengel-Haus xəstəxanası Vüsala müayinəyə dəvət üçün məktub göndərilməlidir». Onlar xəstəxanaya bu barədə məktub göndərdilər. Vüsalın sənədlərini onlara göndərməklə, qeydiyyatdan keçərək, növbəyə dayanmaq lazımdır. Sənədləri xəstəxanaya göndərildi. 6 aydan sonra xəstəxana bildirdi ki, Vüsalın xəsarət almağından çox müddət keçib, ona görə onun sağlamlığına daha zəmanət vermirlər. 2013-2014-cü illərdə Azərbaycan Respublikası Əmək və X15 Nazirliyinə müraciət etdi. Müraciətinin məqsədi bu idi ki, o, oğluna qulluq etdiyinə görə ona aylıq pensiya ödənilsin. Lakin onlar onun müraciətinə cavab olaraq bildirdilər ki, bu iş cinayət xarakterli olduğu üçün məhkəməyə müracəit edib, xəstəyə qulluq etmə haqqını oğlunu əlil etmiş MTK-dan ala bilər. Həmin dövrlərdə Sosial Müdafiə Nazirliyi dəfələrlə cinayətkar şirkətə müraciət etməsinə baxmayaraq ona xəstəyə qulluq etmə haqqını ödəməkdən imtina etdilər. Dövlət həmin dövrdə 150 manat xəstəyə qulluq etmə haqqı ödəyirdi, o isə 11 il üçün hər ayına 300 manat pul tələb edir. Çünki oğlu çox ağır xəsarət alıb. Baş beyin, onurğa beyni zədələnib və buna görə onda fəsadlar əmələ gəlib. Bundan əlavə aldığı kəllə beyin travmasına görə 2011-ci ildə psixi pozuntu keçirib, eyni zamanda onda epilepsiya əmələ gəlib. Belə xəstəyə baxmaq çox çətindir. Şikəst qaldığı üçün, məhkəmələrdə hüquqlarının pozulduğu üçün dəfələrlə intihara cəhd edib. Bəzən gecələr oyaq qalıb onu intihar etməkdən qoruyur. Eyni zamanda belə xəstəni idarə etmək çox çətindir. Bir sözlə oğluna qulluq etmək üçün çox enerji itirir. Beləliklə, o, şirkətdən 11 il 3 ay müddətində onların təqsirindən şikəst etdikləri xəstəyə qulluq etdiyi üçün, hər ayına 300 manat olmaqla ödənilməyən 40.500 manatın ona ödənilməsini tələb edir. MTK 11 ildir ki, hər ay onun bank hesabına X25 üçün əlilliyə görə 300 manat məbləğində pensiya ödəyir. Dəfələrlə şirkətə Vüsalın əlilliyə görə pensiyasının artırmağa xahiş etsə də, bundan imtina etmişlər. 11 il ərzində Dövlət pensiyaları 6 dəfədən çox artırmağına baxmayaraq, şirkət isə bunu heç bir bir dəfə də etməmişdir. Şirkət ancaq Vüsala əlilliyə görə pensiya ödəyir, xəstəliyə qulluq etmə haqqını isə, nə 11 ay 3 ay müddətində, nə də hazırda ödəyir. Hər ay ona xəstəyə qulluq etmə olaraq 300 manat pul məbləği ödənilməsini tələb edir. Çünki ona xəstəyə qulluq etmə haqqını ödəmirlər. Hazırda minimumm əmək haqqı 250 manatdır. Onun bu puldan çox da artıq olmayan 300 manat istəməyi şirkət üçün şok edici hal ola bilməz. Ölkə başçısı ayda 1-ci qrup əlilə qulluq edənə 50 manat civarında Prezident təqaüdü ödəyir. Əlil edənlər onun həyatını, gəncliyini məhv edənlər isə utanmadan ona qulluq haqqını ödəmirlər. O, Azərbaycan Respublikasının Əmək və X15 Nazirliyi yanında Dövlət X16 Sabuncu rayon şöbəsində xəstəyə qulluq edən şəxs kimi təsdiqlənmişdir. Yuxarıda qeyd etdiyi kimi məhkəmə qərarı ilə qismən təmin edilmiş müalicə, müayinə xərcləri 35.000 manat, 1 otaqlı mənzillə təmin olunmaq və yaxud onun dəyəri olan pul məbləği Vüsal üçün təmin edilmişdir. Bunun nə ona, nə də onun iddiasına aidiyyatı yoxdur. Beləliklə, ona xəstəyə qulluq edənin haqqını ödəmək, oğlunu şirkət edən onu işləmək hüququndan məhrum edərək, xəstəyə xidmət etmək məcburiyyətində qoyan, oğlunu əlil edərək həyatını, gəncliyini məhv edən, oğlunu başqasının qulluğuna möhtac olmaq məcburiyyətində qoyan cavabdeh şirkətin borcudur. Oğlu Vüsal cavabdehin günahi üzündən xüsusilə ağır travma alaraq şikəst qalarkən 20 yaşı olub. Şikəst qaldığı üçün nişanlısının onu atıb başqası ilə ailə qurmağı, hamı gənclər kimi oxumaq, işləmək hüquqlarından məhrum olması, ailə qurmaqdan məhrum olması səbəbindən bir ana kimi bu illər ərzində keçirdiyi dözülməz iztirabların həddi-hüdudu olmamış, oğlunun sağlam yaşamaq ümidini itirməsi ilə bağlı intiharlara dəfələrlə cəhd etməsi, itirdiyi sağlamlığı ilə bağlı vəziyyətinin pisləşərək həyatını təhlükədə qoyması, oğlunu ömrünün axırına kimi şikəst görməyi, gecə-gündüz həyəcan, stress keçirərək, onun keşiyində duraraq, ona nəzarət etməsi, bir sözlə normal insan kimi yaşamaqdan məhrum olması (yəni hər zaman həyəcan, stress, qorxu, iztirab içində yaşamağa məhkum olmağı) mənəvi zərərə görə cavabdehlərdən tələb etdiyi 500.000 manat heç də həyatda çəkdiklərinin və ömrü boyu çəkəcəklərinin əvəzini təşkil etmir. O, cavabdehin təqsirindən əzablı bir həyata məhkum olunmuşdur və bunu bir ömür boyu yaşayacaq. Yuxarıda göstərilənlərə əsasən cavabdehdən hər ay ona 300 manat civarında xəstəyə qulluq etmə haqqı ödənilməsi haqda maddi ziyanın, 11 il 3 aylıq müddətində ödənilməyən, ayı 300 manat olmaqla cəmi 40.500 manat ödənilməsi haqda maddi ziyanın, 500.000 manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx xxxxxx 2019-cu il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarına əsasən «xxxxxxxxxxx» MTK-dan 2 illik (2008-2010-cu illər üçün) xəstəyə qulluq edənin xərci olan 7200 manat təmin edilmişdir. Ona görə də, bundan sonra hər ay ona 300 manat civarında xəstəyə qulluq etmə haqqının ödənilməsi barədə maddi ziyanın, 9 il 3 aylıq müddətində (2010-cu ilin iyul ayından başlayaraq) ödənilməyən ayı 300 manat olmaqla cəmi 33.300 manat ödənilməsi barədə maddi ziyanın, 500000 manat məbləğində mənəvi ziyan ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx xxxxxx 2019-cu il tarixdə iddiaçı məhkəməyə iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə ünvanlayaraq, bundan sonra hər ay ona 500 manat civarında xəstəyə qulluq etmə haqqının ödənilməsi barədə maddi ziyanın, 9 il 3 aylıq müddətində ödənilməyən ayı 500 manat olmaqla cəmi 55.500 manat ödənilməsi barədə maddi ziyanın, 500000 manat məbləğində mənəvi ziyan «xxxxxxxxxxx» MTK-dan alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-3301/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-nin tərkibində olan “xxxxxxxxxxx” MTK-dan İddiaçı xeyrinə 9 il 3 ay müddətində xəstəyə qulluğa görə birdəfəlik olaraq 15740 (on beş min yeddi yüz qırx) manatın, 2019-cu ilin noyabr ayından başlayaraq sonrakı illər üzrə hər il “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək qabiliyyətli əhali üçün müəyyən edilən yaşayış minimumu həddində xəstəyə qulluq etməyə görə aylıq müavinətin tutulması qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qənul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla bildirmişdir ki, o məhkəmədən özünün müalicə və müayinə pulunu deyil, ona dəymiş mənəvi ziyanı tələb etmiş, birinci instansiya məhkəməsi isə əsassız olaraq onun mənəvi ziyan çəkməyi barədə heç bir sübut təqdim etmədiyini əsas gətirərək iddia tələbini həmin hissədə rədd etmişdir. Həmçinin o xəstəyə qulluğa görə aylıq 500 manatın ona ödənilməsini tələb edir, lakin məhkəmə yaşayış minumumu həddində məbləği onun xeyrinə tutmuşdur. Qeyd edir ki, o oğlu əlil olmamışdan qabaq pedogoji fəaliyyətlə məşğul olmuş, universitet imtahanına abuturiyentlər hazırlamış, bununla da aylıq 500 manat məbləğində pul qazanmışdır. Lakin oğlu əlil olduqdan sonra həmin fəaliyyətlə məşğul ola bilməmişdir. Qeyd etmişdir ki, cavabdeh şirkət tərəfindən onun oğlunun əlilliyinə görə ayda 300 manat onun hesabına köçürülür, lakin şirkət tərəfindən onun xəstəyə qulluq etmə haqqı ödənilmir. Həmçinin, qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, əvvəlki Məhkəmə qərarı ilə müəyyən olunmuş ödəmədən əlavə olaraq şirkətin rəhbərliyi humanistlik göstərərək, V.Qafarovun anası və bütün məhkəmə instansiyalarında etibarnamə üzrə səlahiyyətli nümayəndəsi olan İddiaçı zərərçəkənin ambulator müalicəsi, qidalanması və digər ehtiyaclarının ödənilməsi üçün 10.000 ABŞ dolları məbləğində köməklik göstərmişdir. 10.000 ABŞ dollarının ödənilməsi barədə İddiaçı xx.xx.2008-ci il tarixli yazılı qəbz alınmışdır. xx.xx.2008-ci il tarixində isə İddiaçı mühasibatlığa təqdim etdiyi V.Qafarovun xx.xx.2008-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək müvəqqəti əmək qabiliyyətli olmaması barədə tibbi vərəqə əsasən ona 1.000 manat ödənilmişdir. 1.000 manatın ödənilməsi barədə İddiaçı xx.xx.2008-ci il tarixli yazılı qəbz alınmışdır. V.Qafarovla bağlı baş vermiş bədbəxt hadisə DƏM-nin xx.xx.2008-ci il tarixli 219-T saylı əmrinə əsasən təşkil olunmuş komissiya tərəfindən təhqiqatı aparılmış, hadisə istehsalat xarakterli sayılmış və İZ formalı aktla rəsmiləşdirilərək MMC tərəfindən uçota alınmışdır. İZ formalı aktın bir nüxsəsi zərərçəkənə təqdim olunmuşdur. Zərərçəkmiş V.Qafarovun sözlərindən anası tərəfindən yazılmış və təhqiqat komissiyasına təqdim olunmuş izahatında göstərilir ki, V.X10 və Təhlükəsizlik Texnikası qaydalarından təlimat almış və fərdi mühafizə vasitələri ilə mütəmadi olaraq təmin olunmuşdur. Yuxarıda qeyd olunan 10.000 ABŞ dolarının ödənilməsi barədə İddiaçı verdiyi xx.xx.2008-ci il tarixli yazılı qəbzində onun tərəfindən həmçinin qeyd olunmuşdur ki, müəssisə 25.07–xx.xx.2008-ci il tarixlərində bütün müalicə və digər xərcləri ödəmişdir və bunlar şikayətçini qane etmişdir. Qeyd olunmalıdır ki, kooperativ bununla kifayətlənməmiş, təqdim olunan əmək qabiliyyəti olmamaq vərəqəsinə, tibb müəssisəsinin arayışına əsasən V.A.Qafarova 2.100 manat əmək haqqını tam olaraq, yüz faiz miqdarında ayda 300 manat olmaqla ödəmişdir ki, bu da İddiaçı imzaladığı qəbzlərlə təsdiq olunur. Bundan əlavə, V.A.Qafarova əlavə olaraq 600 manat pul vəsaiti ödənilmiş və bu barədə müvafiq qəbzlər alınmışdır. V.A.Qafarovun mütəmadi olaraq müxtəlif tibb müəssiələrində müayinə və müalicəsi tərəflərindən təşkil olunmuş, dərman, analiz, rentgen, korset, çəlik, əsa və xəstəxanada olma ilə əlaqədar digər tibbi xərcləri də (1000 manatdan artıq olmaqla) kooperativ tərəfindən tam ödənilmişdir ki, bu da müvafiq çek və qəbzlərlə sübut olunur. Onu da məhkəmənin nəzərinə çatdırır ki, əmək haqları və digər ödəmələr, habelə dərmanlar, korset və protezlər, rentgen, analiz cavabları kooperativin nümayəndəsi tərəfindən V.A.Qafarovun yaşadığı və ya kirayədə qaldığı evlərdə verilmişdir. “X27” MTK tərəfindən X8 müayinə və müalicəsinə 40.000 manatdan artıq miqdarda pul verilmişdir ki, bu da həm zərərçəkən və həm də, onun nüyəndəsi İddiaçı tərəfindən dəfələrlə yazılı və şifahi şəkildə təsdiq edilmişdir. Eyni zamanda MTK tərəfindən hər ay X11 300 manat miqdarında əmək qabiliyyətini itirdiyinə görə ödənc ödənilir. Göstərilənlərin hamısı iddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatı ilə tam təsdiq olunur. Bundan sonra iddiaçı X8 cavabdeh «X27» Mənzil Tikinti Kooperativinə qarşı bir otaqlı mənzillə təmin olunma və ya bir otaqlı mənzilin dəyəri olan 86.000 manat məbləğinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X8 cavabdeh «X27» Mənzil Tikinti Kooperativinə qarşı bir otaqlı mənzillə təmin olunma və ya bir otaqlı mənzilin dəyərinin ödənilməsinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3108/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı X8 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-127/2014 saylı, xx xxxx 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, sağlamlığın pozulması ilə bağlı əlavə xərclərin əvəzinə "X27” MTK-dan 50.000 manat pul tutularaq X11 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə X8 və “X27” Mənzil Tikinti Kooperativinin kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya MK-nın xx.xx.2014-cLi il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-3315/2015 saylı, xx xxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçı X8 apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-127/2014 saylı, xx xxxx 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, "X27” MTK-dan 40.000 manat tutularaq sağlamlığın pozulması ilə bağlı dəymiş ziyanın əvəzi kimi X11 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə "X27” Mənzil Tikinti Kooperativinin kassasiya şikayətinin təmin edilməməsi, X2 şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya MK-nın xx.xx.2015-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qərarın çıxarılması, X1 pozulması ilə əlaqədar dəymiş ziyanın əvəzi kimi bir otaqlı mənzillə təmin olunma və ya bir otaqlı mənzilin dəyərinin ödənilməsi barədə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh «X27» MTK-dan 50.000 manat tutularaq sağlamlığın pozulması ilə əlaqədar dəymiş ziyanın əvəzi kimi X11 verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarında göstərilən 50.000 manat pul vəsaiti də onlar tərəfdən X8 anası X5 tam olaraq ödənilmişdir. Göründüyü kimi, tərəflərindən iddiaçıya kifayət qədər böyük məbləğlərdə vəsaitlər ödənilməsinə baxmayaraq, iddiaçı əsassız tələblər irəli sürməklə və işə baxan hakimlərə təzyiq metodu olaraq çoxsaylı şikayətlərini müxtəlif dövlət orqanlarına göndərməklə, özünün qanunsuz və əsassız iddia tələbinin təmin olunmasına nail olmaq istəyir. Digər tərəfdən "X27” MTK “xxxxxxxxxxxxxxx” MMC-nin tərkibində olan müəssisə deyil. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı özü tərəfindən verilmiş şikayətin məzmununa uyğun izahat verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Zaur Abbasov şirkət tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələblərinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)- 938/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-31/2010 saylı, xx xxxxxx 2010-cu il tarixli hökmü ilə X13 və X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.1-ci maadəsi ilə təqsirli bilinərək, hər birinə aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 1 il 6 ay islah işləri cəzası təyin edilərək, mülki cavabdeh “xxxxxxxxxxxxxx” Şirkəti nəzdində fəaliyyət göstərən “X27” MTKdan maddi zərərin əvəzi kimi 10000 manat, mənəvi zərərin əvəzi kimi 2000 manat alınaraq mülki iddiaçı X11 verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qeyd olunan qərarı ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-31/2010 saylı, xx xxxxxx 2010-cu il tarixli hökmünün mülki iddianın maddi ziyana aid hissəsi dəyişdirilərək, mülki cavabdeh “X27” MTK-dan maddi zərərin əvəzi kimi V.A.Qafarovun xeyrinə tutulmuş məbləğin 100xx xxxxxxxx 35000 manata artırılması, həmin məbləğdən zərərçəkmiş və mülki iddiaçıya mülki cavabdeh tərəfindən ödənilmiş 13000 manat çıxılaraq, qalan 22000 manatın mülki cavabdeh “X27” MTK-dan tutlaraq zərərçəkmiş və mülki iddiaçı V.A.Qafarova ödənilməsi, qalan hissədə hökmün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 1(102)-340/2012 saylı, xx xxxxx 2012-ci il tarixli qərarı ilə X6 və X3 şikayətləri təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-938/2011 saylı, xx xxxxxx 2011-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN X21 Komissiyasının SER TSE-01 №-li, xx.xx.2012-ci il tarixli arayışından görünür ki, X11 əmək zədəsi nəticəsində 100% əmək qabiliyyətini itirməklə bağlı İ qrup əlillik dərəcəsi verilmişdir və kənar şəxsin qulluguna ehtiyacı vardır. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Sabunçu rayon şöbəsinin **********5 saylı, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən oğlu X11 DSMF-nin Sabunçu rayon şöbəsindən xx.xx.2019-cu ildən müddətsiz 1-ci qrup əlillərə xidmət haqqına görə 50 manat Prezident təqaüdü alır. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi, mülki hüquq pozuntusu - deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə görə bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Beləliklə, iş materiallarından göründüyü kimi, iddiaçının oğlu X8 əmək fəaliyyəti zamanı yıxılaraq xəsarət alması ilə işəgötürənin əmək təhlükəsizliyi qaydalarına əməl etməməsi arasında səbəbli əlaqənin olması cinayət mühakimə icraatı qaydasında sübuta yetirilib və bu barədə qanuni qüvvədə olan məhkəmə hökmü mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. MM-nin 1118.1-ci maddəsinə görə fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Həmin Məcəllənin 1118.2-ci maddəsinə görə itirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Göründüyü kimi, mülki qanunvericilik sağlamlığa vurulmuş zərər dedikdə zərərçəkənin sağlamlığının bərpasına çəkdiyi xərclər, eləcə də itirilmiş qazancı nəzərdə tutmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının oğlu iş vaxtı aldığı zədəyə görə əmək qabiliyyətini 100 % itirərək 1-ci qrup əlillik almışdır və onun kənar şəxsin köməyinə ehtiyacı vardır. Məhkəmə iclasında eləcə də, müəyyən olundu ki, X8 əmək zədəsi alaraq əlil olduğu 2008-ci ilin iyul ayından hal-hazıradək ona anası, yəni iş üzrə İddiaçıqulluq edir, bununla əlaqədar olaraq, iddiaçı əmək qabiliyyətli olsa da, kənar şəxsin köməyinə ehtiyacı olan oğluna qulluqla bağlı heç yerdə işləmir. Kollegiya birinci instansiya məhkəməsinin xəstəyə qulluq etməyə görə maddi ziyan tələbi hissəsində “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq əmək qabiliyyətli əhali üçün müəyyən edilən yaşayış minimumu həddində müəyyən olunması barədə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində əvvəllər pedaqoji fəaliyyətlə məşğul olduğunu və aylıq 500 manat gəlir əldə etdiyini irəli sürsə də, bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikasında 2010-cu il üçün yaşayış minimumu haqqında” Qanundan görünür ki, 2010-cu il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 96 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2011-ci il üçün yaşayış minimumu haqqında” Qanundan görünür ki, 2011-ci il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 102 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında” Qanundan görünür ki, 2012-ci il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 116 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2013-cü il üçün yaşayış minimumu haqqında” Qanundan görünür ki, 2013-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 125 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında” Qanundan görünür ki, 2014-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 136 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında” Qanundan görünür ki, 2015-ci il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 140 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında” Qanundan görünür ki, 2016-cı il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 146 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” Qanundan görünür ki, 2017-ci il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 164,5 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Qanundan görünür ki, 2018-ci il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 184 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanundan görünür ki, 2019-cu il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 191 manat müəyyən edilmişdir. Bununla belə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının xeyrinə tutulmalı olan məbləğin hesablanmasında yanlışlığa yol vermişdir. Belə ki, 2010cu il üçün 96 manat x 5 ay = 480 manat, 2011-ci il üçün 102 manat x 12 ay= 1224 manat, 2012-ci il üçün 116 manat x 12 ay = 1392 manat, 2013-cü il üçün 125 manat x 12 ay = 1500 manat, 2014-cü il üçün 136 manat x 12 ay 1632 manat, 2015-ci il üçün 140 manat x 12 ay = 1680 manat, 2016-cı il üçün 146 manat x 12 ay = 1752 manat, 2017-ci il üçün 164,5 manat x 12 ay = 1974 manat, 2018-ci il üçün 184 manat x 12 ay = 2208 manat, 2019-cu il üçün 191 manat x 10 ay = 1910 manat, ümumilikdə 9 il 3 ay üçün ödənilməli olan məbləğ 15752 manat təşkil edir. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi xəstəyə qulluq etməyə görə iddiaçının xeyrinə tutulan maddi ziyanın məbləği hissəsində dəyişdirilməli, tutulmalı olan məbləğ 15752 (on beş min yeddi yüz əlli iki) manat müəyyən edilməlidir. Cavabdehdən dəymiş mənəvi zərərin tutulması ilə bağlı isə kollegiya qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın müddəaları və X18 Məhkəməsinin presedentləri baxımından mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. İddiaçıya mənəvi zərər vurulmasını, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığını, zərərvuran şəxsin təqsirini və əmlak vəziyyətini, zərərçəkən şəxsin fərdi xüsusiyyətlərini nəzərə alaraq kollegiya cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-nin tərkibində olan “xxxxxxxxxxx” MTK-dan 5000 manat məbləğində mənəvi ziyanın tutulmasını ağlabatan və ədalətli hesab edir. Kollegiya cavabdehin apellyasiya şikayətində göstərilənlərə münasibətdə qeyd edir ki, onlar tərəfindən iddiaçıya daha əvvəl hər hansı məbləğlərin ödənilməsinin və X11 300 manat miqdarında əmək qabliyyətini itirdiyinə görə ödənc ödənilməsinin hazırki iddia tələbinə aidiyyatı yoxdur. Belə ki, hazırki iddia tələbi bədbəxt hadisə nəticəsində zərərçəkmiş şəxs deyil, ona qulluq edən (anası) şəxs tərəfindən qaldırılmışdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin ““X27” MTK-nın “xxxxxxxxxxxxxxx” MMC-nin tərkibində olan müəssisə olmaması” ilə bağlı dəlilinə münasibətdə bildirir ki, iş materiallarından “X27” MTK-nın “xxxxxxxxxxxxxxx” MMC-nin tərkibində olması müəyyən edilir, bununla bağlı əks sübutlarını cavabdeh tərəf məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, “xxxxxxxxxxxxxxx” MMC-nin tərkibində olan “xxxxxxxxxxx” MTK tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, İddiaçı apellyasiya şikayəti isə qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi xəstəyə qulluq etməyə görə iddiaçının xeyrinə tutulan maddi ziyanın məbləği hissəsində dəyişdirilməli, tutulmalı olan məbləğ 15752 (on beş min yeddi yüz əlli iki) manat müəyyən edilməli, həmçinin qətnamə qismən-“xxxxxxxxxxxxxxx” MMC-nin tərkibində olan “xxxxxxxxxxx” MTK tərəfindən dəymiş mənəvi ziyanın ödənilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, mənəvi ziyana görə 5000 (beş min) manat “xxxxxxxxxxxxxxx” MMC-nin tərkibində olan “xxxxxxxxxxx” MTK-dan tutularaq İddiaçı ödənilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-nin tərkibində olan “xxxxxxxxxxx” MTK-nın apellyasiya şikayəti təmin edilməsin. İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-3301/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi “cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-nin tərkibində olan “xxxxxxxxxxx” MTK-dan İddiaçı xeyrinə 9 il 3 ay müddətində xəstəyə qulluğa görə birdəfəlik olaraq 15740 (on beş min yeddi yüz qırx) manatın” tutulması hissəsində dəyişdirilsin. Cavabdeh “xxxxxxxxxxxxxxx” MMC-nin tərkibində olan “xxxxxxxxxxx” MTK-dan İddiaçı xeyrinə 9 il 3 ay müddətində xəstəyə qulluğa görə birdəfəlik olaraq tutulmalı olan məbləğ 15752 (on beş min yeddi yüz əlli iki) manat müəyyən edilsin. Bakı şəhəri Səbail Rayon Мəhkəməsinin 2(009)-3301/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdeh tərəfindən dəymiş mənəvi ziyanın ödənilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilsin. Mənəvi ziyana görə 5000 (beş min) manat məbləğində pul vəsaiti “xxxxxxxxxxxxxxx” MMC-nin tərkibində olan “xxxxxxxxxxx” MTK-dan tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-3297/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3297/2020
07.08.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver