Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3314/2024 12.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X5 və X3 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi İddiaçılar İddiaçı32 Bəyali oğlu, İddiaçı40 və İddiaçı36, Cavabdeh2 MMC-nin nümayəndə-vəkili Nümayəndə3, cavabdehlərin direktoru X6, üçüncü şəxslər X4 və X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin (Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsi, X2 və digərlərinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMC-yə qarşı “cavabdehlərin binadan çıxarılması, həmin binanın idarəetməsindən kənarlaşdırılması və s.” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı12 qarşı “borcun tutulması və s.” tələbinə dai mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-348/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı36 , İddiaçı32 Bəyali oğlu , İddiaçı13, İddiaçı12, İddiaçı40, İddiaçı20, İddiaçı22 Fayiq oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və digərləri cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 MMCyə qarşı (Bakı şəhəri Nəsimi rayon Bələdiyyəsi, X2 və digərləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “cavabdehlərin binadan çıxarılması, həmin binanın idarəetməsindən kənarlaşdırılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Birləşdirilmiş iş üzrə isə iddiaçı Cavabdeh1 MMC cavabdeh İddiaçı12 qarşı “borcun tutulması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-348/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə birinci mülki iş üzrə iddia rədd edilmiş, birləşdirilmiş iş üzrə isə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən iddiaçılar İddiaçı36, İddiaçı32 Bəyali oğlunun, İddiaçı13, İddiaçı12, İddiaçı40, İddiaçı20 və İddiaçı22 Fayiq oğlunun birgə verdiyi apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmiş, şikayət mümkün hesab edilərək icraata qəbul edilmişdir. Hazırda isə Nəsimi Rayon Məhkəməsindən sorğu daxil olmuş və mülki iş materiallarında olan İddiaçı3 tərəfindən verilmiş ərizəyə münasibət bildirilməsi zərurəti yarandığından mülki işin həmin Məhkəməyə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən şəxslər mülki işin apellyasiya baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmasına etiraz etmədiyini bildirdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər iddiaçılar və 3-cü şəxslər məhkəmə iclasına gəlməmişlər. Kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, sorğuda qeyd olunan məsələnin həlli ilə əlaqədar mülki iş baxışdan çıxarılaraq həmin məhkəməyə qaytarılmalıdır. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 384.0.6-cı maddəsinə görə apellyasiya şikayətinin icraata qəbul olunmasından sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, apellyasiya instansiyası məhkəməsi icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Həmin normaya müvafiq olaraq, kollegiya hesab edir ki, hazırki mülki iş Nəsimi Rayon Məhkəməsinin e-2(006)-348/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı36, İddiaçı32 Bəyali oğlu, İddiaçı13, İddiaçı12, İddiaçı40, İddiaçı20 və İddiaçı22 Fayiq oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinin mümkün hesab edilərək icraata qəbul qərardadı ləğv olunmaqla apellyasiya baxışından çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-348/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı36, İddiaçı32 Bəyali oğlu, İddiaçı13, İddiaçı12, İddiaçı40, İddiaçı20 və İddiaçı22 Fayiq oğlu tərəfindən birgə verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 3314/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunsun və mülki iş apellyasiya baxışından çıxarılaraq həmin Məhkəməyə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-3314/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3314/2024
12.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver