Məhkəmə qərarları › İş №2(103)-3319/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3319/2021

24.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3319/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, Emin Əlixan oğlu Mehdiyev və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)- 4668/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-4668/2020 saylı qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılaraq, iddiaçıya izah edilmişdir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra müvafiq ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. İddiaçı Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-4668/2020 saylı qərardadından verdiyi şikayət, məhkəmənin xx xxxxxx 2021-ci il tarixli qərardadı təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı Ermənistan Respublikasından olan qaçqın və məcburi köçkündür. Cavabdehlər tərəfindən mənzilləri qanunsuz olaraq dağıdılmış və Ermənistan Respublikasından qaçqın olmaları barədə vəsiqəsi dağıntılar altında qalıb, məhv olmuşdur. Heç bir əşyalarını, əmlaklarını, qızıl zinyət əşyalarını, pullarını və sənədlərini mənzildən çıxara bilməmişlər. Buna baxmayaraq, həmin nöqsan aradan qaldırılmış və xx.xx.2021-ci il tarixdə Nərimanov rayon Məhkəməsinin hesabına 3704 nömrəli qəbzlə 31 manat dövlət rüsumu ödənilmişdir. Həmin qəbz şikayətə əlavə olunur. Eyni zamanda, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsində yerləşən 2 saylı evin sakinləri kimi iddiaçı, X2 və başqalar, həmin predmetlə bağlı, yəni Cavabdeh MMC-yə qarşı “binanın təmir edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə Binəqədi rayon Məhkəməsinə müraciət etsələr də, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin (İş № 2(001)-5376/2020, hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi ilə) xx.xx.2020-ci il tarixli qərardadı ilə iddiaçılar X1 və digərlərinin Cavabdeh MMC-yə qarşı “binanın təmir edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçılara izah edilmişdir ki, onlar hazırkı iddia tələbi ilə bağlı mübahisəli binanın (evin) yerləşdiyi ərazi üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinə müraciət edə bilərlər. Prosessual normanın tələblərindən aydın olur ki, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına, başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmasına dair iddia tələbləri üzrə qanunverici müstəsna aidiyyət qaydalarını müəyyən etmiş və bu iddia tələbləri üzrə mülki cavabdehin rəsmi qeydiyyatı və ya hüquqi ünvanı üzrə deyil, tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. İddiaçı yaşadığı və qeydiyyatda olduğu ünvan ünvan 1 ünvanı olduğundan və tikinti, söküntü Nərimanov rayonu ərazisində yerləşdiyindən, iddia ərizəsinə tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yer üzrə Nərimanov rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil şikayəti müdafiə etdilər, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, onun təmin edilməsini xahiş etdilər. İş üzrə Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, işə cavabdehin nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfi dinləyib, şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-4668/2020 saylı qərardadı ləğv edilməli, mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə iddia ərizəni geri qaytararkən qeyd etmişdir ki, Azərbaycan Respublikası MPM-nin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə verilərkən dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə edilməldir. Həmçinin həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən iddiaçı məhkəməyə müraciət edərkən cavabdehin hüquqi ünvanı üzrə yerləşdiyi ərazi aidiyyət qaydasına riayət etməmişdir. Belə ki, elektron informasiya sistemində qeyd edilən məlumata əsasən cavabehin hüquqi ünvanı ünvan 2 olduğu qeyd edilmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçı iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi barədə məlumatları iddia ərizəsinə əlavə etməmiş və iddianın cavabdehin olduğu yerə görə verilməsi qaydasına riayət etməmişdir. Kollegiya qeyd edir ki, dövlət rüsumunun ödənilməməsinə məhkəmə düzgün olaraq istinad etmiş, sonradan iddiaçı həmin qüsuru aradan qaldırmaqla məhkəməyə yenidən müraciət etmişdir. Lakin məhkəmə ərazi aidiyyəti məsələsinə istinad edərək, iddia ərizəsini qaytarmaqla, düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin ərazi aidiyyəti ilə əladədar iddia ərizəsini qaytarmaqla bağlı gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının tələbinin bir hissəsi Bakı şəhəri Nərimanov rayon ərazisində yerləşən mülkiyyət hüququ ilə ona məxsus olan mənzilə dəymiş zərərlə bağlıdır. Göründüyü kimi onun tələbi mülkiyyət hüququndan məhrum etmə ilə bağlı olmayan, onun hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlıdır. Belə olan halda kollegiya hesab edir ki, iddia ərizəsinin cavabdeh hüquqi şəxsin hüquqi ünvanının olduğu yerə görə verilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı hesab oluna bilməz. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının eyni iddiası Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(001)-5376/2020 saylı qərardadı ilə iddiaya Nərimanov rayon Məhkəməsində baxılmalı olmasına görə, ərazi aidiyyatı ilə bağlı geri qaytarılmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, yuxarıda qeyd olunan hallar nəzərə alınmaqla, mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 399, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(005)-4668/2020 saylı qərardadı ləğv edilsin. Mülki iş materialları iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün, birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Emin Mehdiyev Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar