Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-332/2024 12.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənova Ləman Elmar qızının katibliyi, İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X4, Cavabdehin nümayəndəsi-vəkili X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMMC-yə qarşı müdaxilənin və maneənin aradan qaldırılması tələbinə dair 2(004)-7152/2021 №-li mülki iş üzrə (bundan sonra 1-ci iş) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti üzrə və iddiaçı "xxxx" MMMC-nin cavabdehlər İddiaçı1 və DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın etibarsızlığı tələbinə dair 2(001)- 173/2022 №-li iş üzrə (bundan sonra 2-ci iş) Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Birinci iş üzrə icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMMC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi ev 9B ünvanında yerləşən 582.30 kv.metr və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi ev 9B ünvanında yerləşən 589.8 kv.metr qeyri-yaşayış sahələrinə cavabdehin nümayəndələri və qeyriləri tərəfindən olunan müdaxilənin və maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, qeyd olunan qeyri-yaşayış sahələri mülkiyyət hüququ əsasında iddiaçılara məxsusdur. İddiaçı1 məxsus olan qeyri-yaşayış sahəsi əsas sahə olmaqla binanın zirzəmi mərtəbəsində, İddiaçı2 məxsus qeyri-yaşayış sahəsi isə binanın birinci mərtəbəsində yerləşir və hal-hazırda mülkiyyətçi həmin sahəni “Kreativ” uşaq inkişaf mərkəzinə icarəyə vermişdir. Bu sahələrin yerləşdiyi bina hazırda cavabdeh MMMC-nin idarəçiliyində olmaqla nümayəndələri tərəfindən edilən müdaxilələr nəticəsində iddiaçılar mülkiyyət hüququ əsasında onlara məxsus olan əmlakdan istifadə edə bilmirlər. Belə ki, hər dəfə İddiaçı1 mülkiyyəti olan və zirzəmi qatında yerləşən sahəyə istər baxış keçirən, istərsə də istifadə etmək istəyən zaman cavabdehin əməkdaşları səs-küy salaraq, gah polis çağırır, gah da mübahisəni elə həddə çatdırırlar ki, kimsə onlara cavab verməli olsun və onlar da bundan istifadə edərək şikayət etsinlər. Bu cür nəticələrlə qarşılaşmamaq üçün faktiki olaraq hazırkı vəziyyətdə əmlakından istifadə edə bilmir. İddiaçı2 məxsus olan birinci mərtəbədə yerləşən qeyri-yaşayış sahəsini icarəyə götürən cəmiyyətin nümayəndələri hər dəfə elektrik enerjisi kartı ilə sayğaca yükləmə etmək üçün zirzəmi qatına enən zaman cavabdehin nümayəndələri tərəfindən edilən maneə ilə rastlaşırlar. Sonuncu dəfə yükləmə həyata keçirmək üçün 4 saat bu cür maneəni dəf etmək məcburiyyətində qalmışlar və bu saatlarda da “Kreativ” uşaq cəmiyyəti enerjisiz qalmışdır ki, bu da orada olan azyaşlı uşaqların aldıqları tədrisə ciddi şəkildə maneə törətməklə bərabər, həm də mənəvi sıxıntı da vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(004)- 7152/21 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi ev 9B ünvanında yerləşən 582.30 kv.metr qeyriyaşayış sahəsindən və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi ev 9B ünvanında yerləşən 589.8 kv.metr qeyri-yaşayış sahəsindən iddiaçılara təyinatı üzrə istifadəyə müdaxilə edilməsi Cavabdeh MMMC-nin nümayəndələrinə və qeyrilərinə qadağan edilməsi və həmin qeyri-yaşayış sahələrindən istifadəyə yaradılan maneələrin (İddiaçı2 mülkiyyətində olan qeyri-yaşayış sahəsi üzrə elektrik enerjisi kartı ilə sayğaca yükləmə etmək üçün zirzəmi qatına enmə, İddiaçı1 mülkiyyətində olan əsas sahələrə onun icazəsi olmadan ayrı-ayrı şəxslərin avtomobillərinin yerləşdirilməsi, mülkiyyətçinin özünün istifadəsinə edilən maneə) Cavabdeh Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin nümayəndələri və qeyriləri tərəfindən aradan qaldırılması qət edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.2, 152.5, 157.1, 157.4-cü maddələrinə istinadla əsaslandırmaqla toplanmış sübutlara hüquqi qiymət verərək cavabdehin hərəkətlərini iddiaçıların mülkiyyət hüquqlarına müdaxilə hesab etmişdir. Həmin qətnamədən cavabdeh "xxxx" MMMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunmasını xahiş edilmişdir. İkinci iş üzrə icraat: İddiaçı Cavabdeh MMMC cavabdehlər İddiaçı1 və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi, 9B ünvanda yerləşən 603.1 kv.m. zirzəmi sahəsinə dair İddiaçı1 adına verilmiş xx.xx.2019-cu il və 12 oktyabr 2021-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi, 9B ünvanda yerləşən 603.1 kv.m. zirzəmi sahəsi, "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasında yerləşir. Həmin bina dövlət qeydiyyatına alınmış, bina mənzil mülkiyyətçilərinin idarəçiliyinə verilmişdir. Bina sakinlərinin ümumi yığıncağının qərarına əsasən MTK-nın bazasında Cavabdeh MMMC yaradılmış və xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Bundan sonra da, adı çəkilən yaşayış binası kompleksinin idarəçiliyi MMMC-yə keçmişdir. Qeydiyyata alınandan sonra bina kompleksinin başqa sahələri ilə yanaşı mübahisələndirilən mülkiyyət sənədi olan çıxarışın aid olduğu 603.1 kv.m. zirzəmi sahəsi də MMMC-nin maneəsiz istifadə və idarəçiliyinə alınmışdır, lakin 2020-ci ilin noyabr ayında cavabdeh gələrək, binanın zirzəmisinin ona aid olduğunu bildirmiş, adına olan çıxarışı təqdim edərək sahədən maşınların çıxarılmasını tələb etmiş və giriş-çıxış qapısını bağlamaq istədiyindən mübahisə çıxmışdır. Binanın zirzəmisi ümumi istifadə üçün nəzərdə tutulduğu, satılmasına və ya başqa yolla özgəninkiləşdirilməsinə yol verilmədiyindən, məsələnin həlli üçün çıxarışı vermiş digər cavabdeh DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müraciət edilmiş, lakin nəticəsi olmamışdır. Həmin iş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmətikinti ekspertizasının rəyi ilə İddiaçı1 məxsus ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin həmin binanın zirzəmi sahəsində AE və 1-6 oxları arasında yerləşdiyi və bütünlüklə yaşayış binasının tərkib hissəsini əhatə etdiyi, həmçinin, çıxarışa əsasən 582.3 kv.m. qeyd olunan sahəyə yalnız zirzəminin sahəsi (A-E və 1-6 oxları arasındakı) daxil olduğu, lift şaxtasının sahəsinin isə həmin 582.3 kv.m. sahəyə daxil olmadığı müəyyən olunmuşdur. İddiaçı1 məxsus qeyri-yaşayış sahəsi tədqiq olunan binanın tərkib hissəsi olmaqla binanın zirzəmisində yerləşdiyindən, həmin qeyri-yaşayış sahəsinin yaşayış binasından ayrılmasının texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(001)- 173/22 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3, 139.1, 157, 158-ci maddələrinə istinadla əsaslandırmaqla toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin iş üzrə iddiaçı Cavabdeh MMMC-nin mülkiyyətində (qanuni sahibliyində) olmasını təsdiq edən heç bir sübut olmadığından və iddiaçı idarəçiliyə qəbul etdiyi həmin binanın bu əmlakını təhvil almasına dair hər hansı sübut təqdim etmədiyindən onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir. Həmin qətnamədən iddiaçı "xxxx" MMMC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 dekabr 2022-ci il tarixli qərardadı ilə göstərilən mülki işlər bir icraatda birləşdirilmişdir. Birinci iş üzrə cavabdeh "xxxx" MMMC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əslində qeyd edilən iddia ilə bağlı hər hansı mübahisə yoxdur. Burada MTK ilə sonra yaradılmış MMMC-nin köhnə idarəçiləri ilə yeni idarəçiləri arasında mübahisəli mövqelərindən irəli gəlmiş qərəzdir. Hazırkı iş üzrə iddiaçılar ərarvaddırlar. Bina kompleksinə nəzarəti həyata keçirən MMMC-nin idarəçiliyinin bina sakinlərinin seçimi ilə yeni sədrə keçməsi bina tikənlərin mövqeyinə uyğun olmadığından, hər vasitə ilə süni mübahisələr yaradılır. Elektrik sayğaclarının olduğu yer və 582.3 kv.m sahə binanın zirzəmi mərtəbəsi olmaqla avtomobillərin saxlama qarajı sahəsi kimi bina sakinlərinin ümumi istifadəsindədir. Binanın idarəçiliyi yeni sədrə keçəndən sonra İddiaçı1 603.10 kv.m. qeyr-yaşayış sahəsinə dair mülkiyyət sənədini təqdim edərək oranı zəbt etmiş və giriş qapısını bağlamış, orada söküntü, tikinti işləri aparmışdır. Buna görə də Binəqədi Rayon Məhkəməsində təqdim edilmiş mülkiyyət sənədinin etibarsızlığı tələbi ilə iddia qaldırılmışdır. İddiaçı1 hazırkı iddiasında isə məhkəməyə təqdim etdiyi sənədlərdə qeyri-yaşayış sahəsinin ölçüsü 582,3 kv.m, yerləşdiyi binanın isə 10 mərtəbəli olduğu göstərilmişdir. Halbuki, mübahisəli zirzəminin yerləşdiyi bina 18 mərtəbəlidir. Mülkiyyət sənədi mübahisəli olduğundan onun etibarsızlığı ilə bağlı Binəqədi Rayon Məhkəməsində iddia qaldırılıb. Həmin iş üzrə yekun qərar qəbul edilənədək hazırkı işin icraatı dayandırılmalı idi. İkinci iş üzrə iddiaçı "xxxx" MMMC tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə qətnamə qəbul edərkən mübahisənin meydana gəlməsi ilə bağlı tərəflərin qarşılıqlı münasibətini, ilk növbədə mübahisəli çıxarışın aid olduğu 582.30 kv.m. zirzəmi sahəsinin binanın zirzəmi mərtəbəsində və ümumi binaya xidmət edən mühəndis qurğuların yerləşməsi üçün nəzərdə tutulduğunu və yerləşdiyini nəzərə almalı idi. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-136/2023 nömrəli, xx.xx.2023-cü il qətnaməsi ilə "xxxx" MMMC-nin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qətnamələri dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən "xxxx" MMMC-ti kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2292/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-136/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi «İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi ev 9B ünvanda yerləşən 589 kv.metr qeyri-yaşayış sahəsindən iddiaçıya təyinatı üzrə istifadəyə müdaxilə edilməsi Cavabdeh MMMC-nin nümayəndələrinə qadağan edilməsi və həmin qeyri-yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin (İddiaçı2 mülkiyyətində olan qeyri-yaşayış sahəsi üzrə elektrik enerjisi kartı ilə sayğaca yükləmə etmək üçün zirzəmi qatına enmədə) Cavabdeh MMMC-nin nümayəndələri tərtəfindən aradan qaldırılması» hissəsində dəyişdirilmədən saxlanılması, qalan hissədə qətnamənin ləğv edilməsi və yenidən baxılması uçün göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4943/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə əlavə tikinti-texniki ekspertizası təyin edilmiş və iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2- 10/7531 saylı, 16 yanvar 2024-cü il tarixli məktubu ilə ekspert rəyi daxil olmuş və iş üzrə icraatın dayandırılmasına əsas olmuş zərurət aradan qalxdığı üçün iş üzrə icraat təzələnərək (Bakı Apellyasiya Məhkəməsinin 2(103)-332/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadı) baxılması üçün təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci iş üzrə iddiaçı-ikinci iş üzrə cavabdeh İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə Cavabdeh Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti ilə hazırki mübahisə ilə bağlı aralarında razılıq əldə olunduğunu və bu barədə barışıq sazişinin bağlanıldığını bildirdi, həmin barışıq sazişinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Z.Cəfərov və nümayəndəsi-vəkili Vəkil hazırki mübahisə ilə bağlı qarşı tərəflə aralarında razılıq əldə olunduğunu və bu barədə barışıq sazişinin bağlanıldığını bildirirərək həmin barışıq sazişinin təsdiq edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatları dinləyib, tərəflər arasında bağlanmış sazişi və iş materiallarını araşdıraraq hesab edir ki, saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış barışıq sazişindən görünür ki, bir tərəfdən "xxxx" Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətinin sədri X5, digər tərəfdən ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı1 Bakı Apelyasiya Məhkəməsinin icraatında olan 2(103)-332/2024 saylı mülki işə dair aşağıdakı şərtlərlə barışıq sazişini bağladılar:
1. "xxxx" MMMC Bakı Apelyasiya Məhkəməsinin icraatında olan 2(103)-332/2024 saylı mülki iş üzrə cavabdehlər İddiaçı1 və DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın və digər sənədlərin etibarsızlığı tələbinə dair iddiasından tam imtina edir;
2. İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi ev 9B ünvanında yerləşən 582.30 kv.metr olan qaraj sahəsindən, binanın zirzəmi qatında olan avtomobil girişindən dərhal sağda arxa-arxaya olmaqla 2 (iki) minik avtomobili yerləşən qaraj sahəsini, təmənnasız olaraq 20 il müddətinə "xxxx" MMMC-nin istifadəsinə verir.
3. İddiaçı1 "xxxx" MMMC-nin sədrinə mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi ev 9B ünvanında yerləşən binanı zirzəmi qatına enməsinə, mülkiyyətində olan sahələrdə (bu müqavilənin 2-ci bəndində göstərilən sahədən başqa) avtomobil saxlanılması və başqa şəkildə gəlir əldə edilməsi halları istisna olmaqla, maneə yaratmayacağını öhdəsinə götürür;
4. "xxxx" MMMC İddiaçı1 qarşı gələcəkdə Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi ev 9B ünvanında yerləşən binanın zirzəmi qatı ilə bağlı hər hansı bir iddia tələbinin olmayacağını öhdəsinə götürür;
5. Barışıq sazişi 3 nüsxədə tərtib olunub, bir nüsxəsi X3, bir nüsxəsi İddiaçı1 saxlanılır. Sazişin 3-cü nüsxəsi isə Bakı Apelyasiya Məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verə bilər Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin barışıq sazişi bağlaması qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, ona görə də tərəflər arasında bağlanılmış barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMMC-yə qarşı “müdaxilənin və maneənin aradan qaldırılması” tələbinə dair 2(004)-7152/2021 nömrəli mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qətnaməsi qismən, yəni, İddiaçı1 aid olan hissədə və iddiaçı "xxxx" MMMC-nin cavabdehlər İddiaçı1 və DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsızlığı” tələbinə dair 2(001)- 173/2022 nömrəli mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 191, 261-264, 370, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
. İddiaçı1 ilə "xxxx" MMMC arasında bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. "xxxx" MMMC Bakı Apelyasiya Məhkəməsinin icraatında olan 2(103)-332/2024 saylı mülki iş üzrə cavabdehlər İddiaçı1 və DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın və digər sənədlərin etibarsızlığı tələbinə dair iddiasından tam imtina edir;
2. İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi ev 9B ünvanında yerləşən 582.30 kv.metr olan qaraj sahəsindən, binanın zirzəmi qatında olan avtomobil girişindən dərhal sağda arxa-arxaya olmaqla 2 (iki) minik avtomobili yerləşən qaraj sahəsini, təmənnasız olaraq 20 il müddətinə "xxxx" MMMC-nin istifadəsinə verir.
3. İddiaçı1 "xxxx" MMMC-nin sədrinə mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi ev 9B ünvanında yerləşən binanı zirzəmi qatına enməsinə, mülkiyyətində olan sahələrdə (bu müqavilənin 2-ci bəndində göstərilən sahədən başqa) avtomobil saxlanılması və başqa şəkildə gəlir əldə edilməsi halları istisna olmaqla, maneə yaratmayacağını öhdəsinə götürür;
4. "xxxx" MMMC İddiaçı1 qarşı gələcəkdə Bakı şəhəri, Yasamal rayonu, X10 küçəsi ev 9B ünvanında yerləşən binanın zirzəmi qatı ilə bağlı hər hansı bir iddia tələbinin olmayacağını öhdəsinə götürür;
5. Barışıq sazişi 3 nüsxədə tərtib olunub, bir nüsxəsi X3, bir nüsxəsi İddiaçı1 saxlanılır. Sazişin 3-cü nüsxəsi isə Bakı Apelyasiya Məhkəməsinə təqdim edilir. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMMC-yə qarşı “müdaxilənin və maneənin aradan qaldırılması” tələbinə dair 2(004)-7152/2021 nömrəli mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli qətnaməsi qismən, qismən, yəni, İddiaçı1 aid olan hissədə və iddiaçı "xxxx" MMMC-nin cavabdehlər İddiaçı1 və DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsızlığı” tələbinə dair 2(001)-173/2022 nömrəli mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin Mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: İkram Şirinov Sabit Bəhramzadə