Məhkəmə qərarları › İş №2(103)-3333/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3333/2025

28.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3333/2025 28.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2nə, "X1 Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X10 1 saylı Bakı Ərazi İdarəsi cəlb edilməklə) mütəxəsiss rəyinin ləğv edilməsi və s. tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 237/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən iddianın təmin edilməklə, Cavabdeh2 MMC tərəfindən ünvan 1 ünvanında yerləşən 256,2 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı adına olan 1/2 hissədə payına dair xx.xx.2023-cü il tarixli 0394/23 nömrəli Daşınmaz əmlakın qiymətləndirilməsinə dair verilmiş Mütəxəssis Rəyinin ləğv edilməsi, həmin rəy əsasında 18 yanvar 2024-cü il tarixində cavabdeh “X1 Mərkəzi” MMC tərəfindən keçirilən X7 X3 02/01 nömrəli Protokolunun etibarsız hesab edilməsi, həmin Protokol əsasında Cavabdeh1 adına ünvan 1 ünvanında yerləşən 256,2 kv.m qeyri-yaşayış sahəsinin tam mülkiyyətinə verilməsinə dair (********** nömrə ilə qeydiyyata alınmış) 05 aprel 2024-cü il tarixli çıxarışın ləğv edilməsi haqqında qətnamə qət edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-237/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-1155/2023 saylı icra sənədinin icrası ilə əlaqədar ünvan 1 ünvanında yerləşən 256,2 kv.m qeyri-yaşayış sahəsinin satılması ilə bağlı “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş xx.xx.2024-cü il tarixli hərrac və onun nəticələri etibarsız hesab edilsin, ünvan 1 ünvanında yerləşən 256,2 kv.m qeyri-yaşayış sahəsinin Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə qeydə alınmasına dair (qeydiyyat nömrəsi:**********) 05 aprel 2024-cü il tarixli çıxarışın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh X8 apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 07 mart 2025-ci il tarixli, e-2(001)-237/2025 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya icraatı zamanı cavabdeh X4 nümayəndəsi Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətindən imtina etdiyini qeyd etmiş və şikayətdən imtinanın qəbul edilməsi haqqında qərardad qəbul edilməsini və apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə cavabdehin apellyasiya şikayətindən imtina etməsinə etiraz etmədiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericilikdə nəzərdə tutulan tədbirlərin görülməsi nəticə vermədiyindən digər proses iştirakçılarının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: təqdim olunmuş sübutlar əsasında, maddi və prosessual hüquq normalarına riayət etməsi baxımdan, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. İzah edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369-cu maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Kollegiya hesab edir ki, cavabdeh X6 münasibətdə apellyasiya icraatına xitam verilməsi və imtinanın qəbul edilməməsinə əsaslar müəyyən edilmədiyindən şikayətdən imtina qəbul edilməli və apellyasiya icraatına xitam verilməli, məhkəmə xərcləri üzrə tələb olmadığından apellyasiya üzrə ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 369, 384, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-237/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdeh X9 tərəfindən verilmiş apellyasiya şikayətindən imtina qəbul edilsin və Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-3333/2025 saylı mülki iş üzrə cavabdeh X6 münasibətdə apellyasiya icraatına xitam verilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar