Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3336/2021 29.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X5 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4112/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 191800 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instanisya məhkəməsində icraat zamanı şahid X16, X9, X14, X6 ifadələri, “xxxx” İstehsalat Kommersiya Şirkətinin Cavabdeh arasında xx.xx.2016-cı il tarixli birgə əməkdaşlıq müqaviləsi, gömrük bəyannamələri, kredit müqaviləsi təqdim edilmişdir ( iş səh.5, 26-33, 38-61,64, 70, 78, 84). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4112/2020 saylı iş üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh 191800 ABŞ dolları pulun tutularaq, iddiaçıya ödənilməsi barədə İddiaçı iddia tələbi təmin edilməmiş, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14, 217, 119, 88, 119, 216-220, 223, 227 və 360-cı maddələrinə istinadən qeyd edilmişdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İddiaçı məhkəmədən 191800 ABŞ dolları məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçı tərəf 191800 ABŞ dolları məbləğində pul vəsaitinin cavbdehdən alınaraq ona ödənilməsinin əsası kimi iş materiallarına əlavə olaraq əlavə edilmiş birgə əməkdaşlıq müqaviləsini göstərmişdir. Lakin cavabdehlə iddiaçı arasında işgüzar münasibətlərin olması, o cümlədən cavabdehin pulu əsassız şəkildə saxlaması iş materiallarında olan sübutlarla öz təsdiqini tapmır. İddiaçı Cavabdeh, ona 191800 ABŞ dolları məbləğində borcunun olmasına dair məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-4112/2020 saylı qətnaməsinin ləğv edilməsinə və İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətində MM-in 14, 405, 339, 425,14, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Cavabdeh 2016-cı ilin təxminən fevral ayında Yasamala yanına gəldi, bildirdi ki, Qəbələdə Su kanalizasiya xəttinin çəkilişində PWTİ alman firmasında layihə direktorudur. Bəzi məsələlərdə özünə yardımçı axtarır. Vaqif ona müxtəlif bizneslər təklif edərək, iş birliyi təklif və vədlər verərək, paraşok istehsalı ilə bağlı biznes planına uyğun maraq oyatdı. Yasamalda olan qeyri-yaşayış sahəsini girov qoyaraq hər ay 4 fazi ödəmək şərti ilə pul götürdü və Vaqifə 90 (doxsan min) ABŞ dolları verdi. Bir az sonra iş üçün 246 (iki yüz qırx altı) min ABŞ dolları pul xərclədiyini bildirdi və pulu bərabərləşdirməyi tələb etdi. Təsadüf nəticəsində Vaqifin yalanlarını bilib və məlum oldu ki, Vaqif ancaq onun pulu ilə hərəkət edib. Ondan xərcləri tələb etdikdə ona 190(yüz doxsan) min ABŞ dolları həcmində siyahı verdi. Sonra yenidən dəqiqləşmə aparmaq üçün onun firmasının mühasibini çağırdı, bu rəqəm 134 (yüz otuz dörd) min ABŞ dolları miqdarına düşdü. Bütün günahları işçi Pirişov Rüfətin üzərinə atdı. Bildirdi ki, onun yalanlarına görə onlar artıq bir yerdə işləyə bilmərlər. Onun verdiyi pulları ver özün necə bilirsən elə işlət. Ona söz verdi ki, 10 günə onun müqavilə əsasında ona verdiyi 90(doxsan min) ABŞ dolları pulunu qaytarsın. Lakin o, müxtəlif bəhanələrlə onu aldatmaqda davam etdi. Vaqifin yaxın dostu İsmayılov Yasinin iştirakı ilə yenidən görüşdülər, o, yenə öz yalanlarına onu inandıraraq bu biznesə 190000 ABŞ dolları həcmində pul qoyulduğunu bildirdi və qalan fərqin Rüfət tərəfindən oğurlandığını söylədi. O, ondan canını qurtarmaq üçün yenidən faizlə 20000 ABŞ dolları götürüb, bir neçə şahidlərin iştirakı ilə Vaqifə verdi və əlavə olaraq notariusda 40 (qırx) min manat verəcəyinə söz verdi. Xırdalan qəsəbəsi Hökməli deyilən yerdə olan sexin açarını ona verdi, dedi hər şey oradadı. Anbarı açdıqda isə oradan əsas xammalın aparıldığını gördülər. Yasın müəllimin köməyi ilə onunla yenidən görüşərək, araşdırdıq və məlum oldu ki, Vaqif bütün bunların hamısını özü bilərəkdən edib və o, bu şərikli iş üçün heç bir vəsait qoymayıb və əksinə bu adla xeylli vəsaiti mənimsəyib(xəbərdarlıq olunmaqla görüşün audio yazısı var). Məhkəmə iclasında şahid kimi dindirilmiş X16, X10, X14, X11 məhkəmə iclasında onun Vaqifə necə və nə qədər pul verdiyinin şahidi və iştirakçıları olduqlarını bildirdilər. Şahidlərdən X1 işləmiş, X11 isə yaxın dostu olmuşdur. Bütün bunlara baxmayaraq məhkəmə Vaqiflə onun arasında bağlanmış müqaviləyə, məhkəməyə təqdim etdiyi sənədlərə və şahidlərin ifadələrinə heç bir hüquqi qiymət vermədən sadəcə bir cümlə ilə iddia tələbinin əsassız olduğu qənaətinə gəlmişdir. Onun Cavabdeh məhkəməyə gətirilməsi barədə dəfələrlə verdiyi vəsatətini qəbul etsə də, onun məhkəməyə gətirilməsini təmin etməmişdir. Bundan əlavə Cavabdeh və şahidlərin iştirakı ilə olan danışıqların audio yazısını qəbul etməyə söz versə də o, xəstəxanada olarkən (xəstə olmağım barədə məhkəməyə teleqram vurmuşdu) məhkəmə iclasına onun iştirakı olmadan baxaraq qərardad qəbul etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X15 apellyasiya şikayətini qəbul etməyərək, İddiaçı atası ilə dostluq münasibətində olduqlarını, Aydının onun atasından borc aldığını, “xxxx” İstehsal Kommersiya Şirkətinin Esmira xanıma məxsus olduğunu, bu müqavilələri qəbul etmədiyini, müqavilənin əsassız, saxta olduğunu, notarius kontorunda cavabdehin iddiaçıya pul verdiyini, hal-hazırda Aydının ödəməmək üçün hər cür yola əl atdığını, tərəflə iş birliyinin olub-olmadığını bilmədiyini bildirmiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324, 385-388, 442, 443, 560, 739-745; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77, 80-82, 106.2, 119, 216, 217.3, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırki mübahisəli münasibətlərinə uyğun qətnaməni düzgün əsaslandırmış, mülki qanunvericiliyin maddi hüquq normalarının öhdəliyə aid tələblərinə müvafiq tətbiq etmişdir. Qeyd edilməlidir ki, pul vəsaitlərinin verilməsi, onun valyutası, məbləği və sair xüsusatlar - yəni müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları - başqa sübutlarla təsdiq oluna bilməz. İş üzrə müxtəlif sübutlar təqdim edilsə də aidiyyət və mötəbərlik baxımından iddiaçının dəlilləri sübuta yetirməmişdir. Ona görə apellyasiya şikayəti təmin edilməməli və onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci isə onu ödəyən şəxsə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, birgə əməkdaşlıq müqaviləsinin digər tərəfi hüquqi şəxs “xxxx” istehsal Kommersiya Şirkəti olmuş, iddiaçı isə tələbi müqavilə üzrə tərəf olmayan fiziki şəxsə yönətmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4112/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-3336/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3336/2021
29.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver