Məhkəmə qərarları › İş №2(103)-3338/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3338/2023

08.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3338/2023 08.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Nərimanov Rayon Polis İdarəsinin Q və ŞVB-nə qarşı iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), İX və SX oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh x rayon Pİ-nin Q və ŞVB-sinə qarşı vəzifəli şəxsin hərəkətsizliyindən şikayətə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-1525/2006 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh x rayon Polis İdarəsinin Q və ŞVB-nə qarşı vəzifəli şəxsin hərəkətsizliyindən şikayətə dair ərizə ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri Nərimanov rayonu Daş Karxanası küçəsində yərləşən 166 saylı evə pasport qeydiyyatına götürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2(005)- 1525/2006 nömrəli qətnaməsi il iddianın təmin olunması, Nərimanov rayon Pİ-nin Q və ŞVB-nin rəisinin hərəkətsizliyinin qeyri-qanuni hesab edilməsi, İddiaçı Bakı şəhəri Böyük Şor qəsəbəsi Daş Karxanası küçəsində yerləşən 166 saylı evə istifadə hüququnun tanınması və həmin evə pasport qeydiyyatına alınması qət edilmişdir.

3. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək, həmin qətnaməyə düzəliş edərək qətnamənin nəticə hissəsində olan ünvanın “ünvan 1yd edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iddiaçı izahat verərək bildirmişdir ki, mülki iş məhkəmənin icraatında olan zaman evin ünvanını ünvan 2ə də, sonradan evin 166 A olduğunu öyrənmişdir.

5. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli, 2(005)-1525/2006 nömrəli qətnaməsində yol verilmiş yanlışlığın düzəldilməsi barədə İddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alıanmışdır.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

6. Həmin qərardaddan narazı qalan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, kommunal xidmətlər üzrə ödəniş qəbzlərində müvafiq ünvanın 166A olması aydın şəkildə görünür və müvafiq qətnamə qəbul edilən vaxtda və hazırda da iddiaçı həmin 166A ünvanında yaşayır. Qətnamə qəbul edilərklən iddiaçının qeydiyyata düşməli olduğu ünvan yanlışlıqla ev 166 yazılmışdır.

8. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməmiş və mülki ikşl birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 228.2. Hakim işdə iştirak edən şəxslərə xəbər verməklə, öz təşəbbüsü ilə və ya işdə iştirak edən şəxslərin ərizəsi üzrə, qətnamədə və ya qərardadda buraxılmış yanlışlıqları və açıq hesab səhvlərini düzəldə bilər. Düzəlişlər etmək məsələsi məhkəmə iclasında həll edilir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi düzəlişlər etmək məsələsinə baxmağa mane olmur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkməsinin xx.xx.2023cü il tarixli, 2(005)-1525/2006 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

13. İşdən görünür ki, iddiaçının məhkəməyə verdiyi iddia ərizəsində Bakı şəhəri Nərimanov rayonu Daş Karxanası küçəsində yərləşən 166 saylı evə pasport qeydiyyatına götürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsinə əlavə edilmiş 65 saylı MKİS tərəfindən tərtib edilmiş arayışlarda da evin nömrəsi 166 qeyd edilmişdir.

14. İşə baxan birinci instansiya məhkəməsi də iddiaçının tələbinə müvafiq olaraq qətnamə qəbul etmiş, hər hansı yanlışlığa yol verməmişdir.

15. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququna malikdir.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 1525/2006 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar