Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3339/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Xəyal Sarıyev və Xəyalə Cəmilovadan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti və bu qətnamədən apelyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizəsi geri qaytarılsın. Şikayətdə tələb olunub ki, qərardad ləğv olunsun. Şikayət əsassızdır. Belə ki, apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunmayıb, ona görə də məhkəmə şikayətin geri qaytarılmasını qərara alıb. Bu, düzgün nəticədir. Mülki-Prosessual Məcəllənin 363.1.2-ci maddəsinə görə apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Cavabdehin azadlıqdan məhrum etmə növündə cəza çəkməsi dövlət rüsumunu ödəməkdən azad etmə üçün əsas deyil. O cümlədən müddətin bərpası barədə ərizənin geri qaytarılması qanuna uyğundur. Belə ki, Mülki-Prosessual Məcəllənin 133.3-cü maddəsinə görə müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Cavabadehin apelyasiya şikayəti geri qaytarılmalı olduğuna görə hesab olunur ki, o, müddəti buraxılmış zəruri prosessual hərəkəti etməyib. Zəruri prosessual hərəkət edilmədiyinə görə müddətin bərpası barədə ərizəyə baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3339/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3339/2021
26.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver