Məhkəmə qərarları › İş №2(103)-3345/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3345/2022

08.07.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3345/2022 08.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər: Qusar rayon Notariat Ofisi, Bakı şəhəri 51 saylı Notariat Ofisi, Bakı şəhəri 09 saylı Notariat Ofisi, Bakı şəhəri 14 saylı Notariat Ofisi, 3 saylı Bakı “ASAN Xidmət” mərkəzindəki notariat Ofisi, X21) “əqdlərin etibarsız hesab edilməsi” tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(006)-2631/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər: Qusar rayon Notariat Ofisi, Bakı şəhəri 51 saylı Notariat Ofisi, Bakı şəhəri 09 saylı Notariat Ofisi, Bakı şəhəri 14 saylı Notariat Ofisi, 3 saylı Bakı “ASAN Xidmət” mərkəzindəki notariat Ofisi, X21) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı etibarından sui-istifadə edilməklə sonuncunun adından: 1)Qusar rayon notariat ofisində X15 təsisçisi olduğu "xxxx" MMC-nin satılmasına, özgəninkiləşdirilməsinə razı olması barəsində 5 fevral 2021-ci il tarixli ərizə, 2) Bakı şəhər 9 saylı notariat ofisində X19 məxsus Bakı şəhər Səbail rayonu Üzeyir Hacıbəyov 19 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə etiraz etmədiyi, bununla bağlı gələcəkdə heç bir iddia və tələbinin olmayacağı barəsində 22 avqust 2021-ci il tarixli ərizə, 3) Bakı şəhər 51 saylı notariat ofisində X19 məxsus ünvan 8ində yerləşən 0,29 ha torpaq sahəsinin bağışlanılmasına heç bir etirazı olmadığı haqqında 22 yanvar 2021-ci il tarixli ərizə, 4) 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisində X19 məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılmasına etiraz etmədiyi haqqında 4 oktyabr 2018-ci il tarixli ərizə, 5) Bakı şəhər 51 saylı notariat ofisində X19 məxsus ünvan 8ində yerləşən 138.1 kv metr sahəsi olan mənzilin bağışlanmasına heç bir etirazı olmadığı haqqında 22 yanvar 2021-ci il tarixli ərizə, 6) Bakı şəhər 9 saylı notariat ofisində Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi 187, zirzəmi, qapı 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin satılmasına etiraz etmədiyi barəsində 27 may 2019-cu il tarixli ərizə, 7) Bakı şəhər 51 saylı notariat ofisində X19 məxsus ünvan 4 ünvanında yerləşən mənzilin bağışlanmasına heç bir etirazının olmaması haqqında 12 fevral 2021-ci il tarixli ərizə, 8) Bakı şəhəri 51 saylı notariat ofisində X19 məxsus Bakı şəhər Səbail rayonu Üzeyir Hacıbəyov 19 ünvanında yerləşən qeyri yaşayış sahəsinin bağışlanmasına heç bir etirazı olmadığı haqqında 21 yanvar 2021-ci il tarixli ərizə, 9) Bakı şəhər 51 saylı notariat ofisində X19 məxsus ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 59.90 kv metr fərdi yaşayış evinin bağışlanmasına heç bir etirazı olmadığı haqqında 4 fevral 2021-ci il tarixli ərizə, 10) Bakı şəhər 51 saylı notariat ofisində X19 məxsus Qusar şəhəri Qusar çayının sağ sahili ünvanında yerləşən ümumi sahəsi 72.8 kv metr olan əmlak kompleksi kimi müəssisə və 0.50 ha torpaq sahəsinin bağışlanmasına heç bir etirazı olmaması haqqında 21 yanvar 2021-ci il tarixli ərizə, 11) Bakı şəhər 9 saylı notariat ofisində X19 məxsus Bakı şəhər Binəqədi rayonu, Binəqədi şossesi 187, zirzəmi, qapı 1 ünvanında yerləşən 59.5 kv metr olan qeyri yaşayış sahəsinin icarəyə verilməsinə etiraz etmədiyi, bununla bağlı gələcəkdə heç bir iddia və tələbinin olmayacağı barəsində 13 avqust 2018-ci il tarixli ərizə, 12) Bakı şəhər 51 saylı notariat ofisində X19 məxsus ünvan 8i ünvanında yerləşən 0.40 ha torpaq sahəsinin bağışlanmasına heç bir etirazın olmaması haqqında 22 yanvar 2021-ci il tarixli ərizə, 13) Bakı şəhər 51 saylı notariat ofisində X19 məxsus ünvan 8i ünvanında yerləşən 115.3 kv metr olan fərdi yaşayış evinin və 0.21 ha torpaq sahəsinin bağışlanmasına razı olmağı barəsində 22 yanvar 2021-ci il tarixli ərizə, 14) Bakı şəhər 9 saylı notariat ofisində birgə nikah dövründə əldə edilmiş ünvan 9 ünvanında yerləşən yaşayış sahəsinin bağışlanmasına etiraz etmədiyi və həmin yaşayış sahəsini tərk etməyi barəsində 19 yanvar 2021-ci il tarixli ərizənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi ərizəsində ilkin iddia ərizəsinin 4-cü bəndində göstərilən 3 saylı Bakı “Asan Xidmət” mərkəzində notariat ofisində X19 məxsus ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılmasına etiraz etmədiyi haqqında 4 oktyabr 2018-ci il tarixli ərizə, 6-cı bəndində göstərilən Bakı şəhər 9 saylı notariat ofisində Bakı şəhər Binəqədi rayonu, Binəqədi şossesi 187, zirzəmi, qapı 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılmasına etiraz etmədiyi barəsində 27 may 2019-cu il tarixli ərizə, 11-ci bəndində göstərilən Bakı şəhər 9 saylı notariat ofisində X19 məxsus Bakı şəhəri Binəqədi rayonu, Binəqədi şossesi 187, zirzəmi, qapı 1 ünvanında yerləşən 59.5 kv metr olan qeyri yaşayış sahəsinin icarəyə verilməsinə etiraz etmədiyi bununla bağlı gələcəkdə heç bir iddia və tələbinin olmayacağı barəsində 13 avqust 2018-ci il tarixli ərizələrin nikahın pozulması ərəfəsindən əvvələ təsadüf etdiyi üçün hazırki iddia tələbinin predmetini təşkil etmədiyini göstərərək, qeyd olunan ərizələrin iddia tələbindən çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə o 29 noyabr 2008-ci ildə rəsmi nikaha girmişlər, birgə nikahdan iki uşaqları doğulmuşdur, lakin son vaxtlar onların bir ailə kimi mövcudluqlarına son qoyulmuş və iddiaçı nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh aralarındakı münasibətlərin pisləşməsindən istifadə edərək iddiaçının ona 10 may 2018-ci ildə verdiyi etibarnamə ilə birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsinin qarşısını almaq üçün onun adından nümayəndəsi kimi müxtəlif notariat ofislərində müxtəlif ərizələr yazaraq onun etibarından sui-istifadə etmişdir. Cavabdehin məqsədi iddia ərizəsində adı sadalanan daşınmaz əmlakların bağışlanması və satılmasını həyata keçirərək nikahın pozulması ərəfəsində birgə mülkiyyət kimi hər hansı əmlakın olmadığını göstərməkdən ibarət olmuşdur. İddiaçı bundan xəbər tutduqda 20 fevral 2021-ci il tarixdə cavabdehə vermiş olduğu etibarnaməni ləğv etdirmiş və qeyd olunan razılıq ərizələrin etibarsız hesab edilməsini notariat ofisindən xahiş etmişdir, lakin notarius ona şifahi olaraq bildirmişdir ki, qeyd olunan məsələ ilə bağlı məhkəməyə müraciət etməlidir. İddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi ərizəsində adı çəkilən 11 adda bağışlama ərizələrinin və ilkin iddia ərizəsində sadalanan razılıq ərizələrinin (4,6 və 11-ci bəndlər istisna olmaqla) etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(006)- 2631/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan əmlakların heç biri nikah dövründə əldə edilməmişdir və qanunvericiliyin tələblərinə əsasən bu əmlaklar ərarvadın birgə mülkiyyəti sayılmadığından mübahisə predmeti ola bilməz. İddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan əmlakların nikah dövründə əldə olunmasına dair hər hansı sübut təqdim edilməmişdir. Cavabdehin bibisi X8 17 oktyabr 2007-ci il tarixində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Bakı şəhəri, Nərimanov rayonu, V.Mayakovski və A.Orucəliyev küçələri arasındakı 1934-cü məhəllədə yerləşən binanın İİİ alaqapısında, üçüncü mərtəbəsində üç otaqlı ümumi sahəsi 114 kv.m olan 52 saylı mənzilə dair müqavilə imzalamışdır. Mənzilin ödənişinin tam şəkildə edilməsi və X6 məxsus olması barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 01 noyabr 2007-ci il tarixli, №12/14 saylı maliyyə arayışı təqdim edilmişdir. X6 17 oktyabr 2007-ci il tarixli, MS seriyalı №000066 saylı Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmış mənzil sertifikatı verilmişdir. 05 mart 2008- ci il tarixində Elmira Mustafayeva mənzil sertifikatı üzrə öz tələblərini Cavabdeh vermişdir. Həmçinin 2007-ci il tarixində cavabdehin atası tərəfindən "xxxx" QSC təşkil edilmişdir və "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 16 dekabr 2017-ci il tarixində satışa çıxarılmışdır. Satışdan əldən olunmuş beh qiyməti ilə Bakı şəhəri Səbail rayonu Üzeyir Hacıbəyov 19 ünvanında yerləşən qeyri yaşayış sahəsi – Tərcümə Mərkəzi, alqı-satqı məbləğinə isə ünvan 11 ünvanında yerləşən 78.1 kv.m yaşayış sahəsi alınmışdır. İddiaçı ilə Cavabdeh isə 29 noyabr 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Qusar rayonunda yerləşən bir sıra əmlaklar barəsində onu da qeyd etmək lazımdır ki, bu əmlaklar cavabdehin atasının ona bağışladığı pullar hesabına alınmışdır. Cavabdeh qardaşı ilə birlikdə bir sıra işlər görmüş və bu zaman maliyyə məbləğinin böyük hissəsi cavabdehin qardaşı tərəfindən təşkil edilmişdir. Bu səbəbdən də cavabdeh Qusar rayonunda yerləşən əmlakları həyat yoldaşının razılığı əsasında qardaşına bağışlamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, həmin hissədə iddia rədd olunmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İş materiallarında olan sənədlərlə müəyyən olunur ki, Cavabdeh və X13 29 noyabr 2008-ci il tarixdə nikaha girmişlər. “Elektron notariat” X2 Çıxarışlardan və AR-İ № 603185 saylı Etibarnamədən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində Cavabdeh adına ona məxsus bütün əmlak hüquqlarının həyata keçirilməsinə dair etibarnamə vermişdir. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 09 saylı notariat ofisində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 187, zirzəmi, qapı 1 ünvanında yerləşən 59.5 kv.m olan qeyri-yaşayış sahəsinin icarə verilməsinə etiraz etməməsi barədə ərizə vermişdir. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2020-ci il tarixdə Bakı şəhəri 09 saylı notariat ofisində ünvan 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə etiraz etməməsi barədə ərizə vermişdir. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 09 saylı notariat ofisində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi 187, zirzəmi, qapı 1 ünvanında yerləşən qeyri yaşayış sahəsinin satılmasına etiraz etməməsi barədə ərizə vermişdir. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində ünvan 14i ünvanında yerləşən 0,29 ha torpaq sahəsinin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermişdir. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində ünvan 14i ünvanında yerləşən 138.1 kv.m olan mənzilin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermişdir. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində ünvan 14i ünvanında yerləşən 115,3 kv.m olan fərdi yaşayış evinin və 0.21 ha torpaq sahəsinin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermişdir. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində ünvan 15 ünvanında yerləşən ümumi sahəsi 59.90 kv.m fərdi yaşayış evinin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermişdir. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində Bakı şəhəri, ünvan 16 ünvanında yerləşən mənzilin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermişdir. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2021-ci il tarixdə Qusar rayon notariat ofisində Cavabdeh təsisçisi olduğu "xxxx" MMC-nin satılmasına, özgəninkiləşdirilməsinə etiraz etməməsi barədə ərizə vermişdir. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 09 saylı notariat ofisində ünvan 17 ünvanında yerləşən yaşayış sahəsinin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermis və müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini tərk etməyi İddiaçı öz üzərinə götürür. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2021-ci il tarixdə ünvan 18 ünvanında yerləşən qeyri yaşayış sahəsinin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermişdir. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2018-ci il tarixdə 03 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində ünvan 19 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin satılmasına etiraz etməməsi barədə ərizə vermişdir. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində Qusar şəhəri, Qusar çayın sağ sahili ünvanında yerləşən ümumi sahəsi 72.8 kv.m olan əmlak kompleksi kimi müəssisə, 0,50 ha torpaq sahəsinin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermişdir. “Elektron notariat” X2 Çıxarışlardan görünür ki, İddiaçı adından Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 51 saylı notariat ofisində ünvan 21i ünvanında yerləşən 0.40 ha torpaq sahəsinin bağışlanmasına etiraz etməməsi barədə ərizə vermişdir. xx.xx.2021-ci il tarixli 774 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi ünvan 22 ünvanladığı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixli 4Ə/36 reyestr saylı X23 arasında rəsmiləşən bağışlama müqaviləsi və xx.xx.2021-ci il tarixli 4Ə/46 reyestr saylı İddiaçı və X21 arasında rəsmiləşən alqı-satqı müqaviləsi üzrə notariat işlərinin təsdiq olunmuş surəti İddiaçı göndərilmişdir. xx.xx.2021-ci il tarixli AN-1 № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri Nəsimi rayonu, Xətai prospekti 38 ünvanında yerləşən 100 kv.m qeyri-yaşayış sahəsi X16 100.000 manat qiymətinə satılmışdır. Qeyd olunan müqaviləni İddiaçı əvəzinə etibarnamə əsasında Cavabdeh imzalamışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 24 ünvanında yerləşən 78.1 kv.m yaşayış sahəsi 14 saylı notariat kontorunda Cavabdeh tərəfindən qardaşı X16 bağışlamışdır. Daşınmaz əmlakın Dövlət reyestri xidmətinin Çıxarışından görünür ki, ünvan 25 ünvanında yerləşən 78.1 kv.m yaşayış sahəsi xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. ünvan 26 ünvanladığı 06 aprel 2021-ci il tarixli 127 nömrəli məktubundan görünür ki, X15 adına 13 saylı notariat ofisində miras qalmış əmlaka dair heç bir vərəsəlik şəhadətnaməsi verilməmişdir. ünvan 27 ünvanladığı 06 aprel 2021-ci il tarixli G-766 nömrəli məktubundan görünür ki, Cavabdeh 2021-ci ilin yanvar, fevral, mart ayları ərzində bakı şəhəri 51 saylı notariat ofisində bağladığı müqavilələrə aid sənədlərin sürətləri təqdim olunur: xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh ünvan 14i ünvanında yerləşən 0.40 ha torpaq sahəsini 51 saylı notariat kontorunda qardaşı X16 bağışlamışdır. Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 14i ünvanında yerləşən 0.40 ha torpaq sahəsi xx.xx.2013-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 14i ünvanında yerləşən 0,29 ha torpaq sahəsi Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh tərəfindən qardaşı X16 bağışlanmışdır. Daşınmaz əmlakın Dövlət reyestridən Çıxarışdan görünür ki, ünvan 14i ünvanında yerləşən 0.29 ha torpaq sahəsi xx.xx.2012-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 29 ünvanında yerləşən 59.90 kv.m fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh tərəfindən qardaşı X16 bağışlanmışdır. Daşınmaz əmlakın Dövlət reyestridən Çıxarışdan görünür ki, ünvan 29 ünvanında yerləşən 59.90 kv.m fərdi yaşayış evi və 0.06 ha torpaq sahəsi xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 30 ünvanında yerləşən ümumi sahəsi 138.1 kv.m olan 3 otaqlı mənzil Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh tərəfindən qardaşı X16 bağışlanmışdır. Daşınmaz əmlakın Dövlət reyestridən Seriya RX ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 30 ünvanında yerləşən ümumi sahəsi 138.1 kv.m olan yaşayış sahəsi xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Qusar şəhəri, Qusar çayının sağ sahili ünvanında yerləşən ümumi sahəsi 72.8 kv.m olan əmlak komleksi və 0.5 ha torpaq sahəsi paylı mülkiyyət üzrə Cavabdeh məxsus ½ hissəsi Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh tərəfindən qardaşı X16 bağışlanmışdır. Daşınmaz əmlakın Dövlət reyestri xidmətinin Seriya RX ******* nömrəli Çıxarışından görünür ki, Qusar şəhəri, Qusar çayının sağ sahili ünvanında yerləşən ümumi sahəsi 72.8 kv.m olan əmlak komleksi və 0.50 ha torpaq sahəsi paylı mülkiyyət olaraq ½ hissəsi xx.xx.2018-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Bakı şəhəri, ünvan 16 ünvanında yerləşən ümumi sahəsi 106.90 kv.m mənzil Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh tərəfindən qardaşı X16 bağışlanmışdır. Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 16 ünvanında yerləşən ümumi sahəsi 106.90kv.m mənzil xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 193.6 kv.m qeyri-yaşayış sahəsi Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh tərəfindən qardaşı X16 bağışlanmışdır. Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 13 ünvanında yerləşən ümumi sahəsi 193.6 kv.m qeyri-yaşayış sahəsi xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 14i ünvanında yerləşən ümumi sahəsi 0,2 ha olan torpaq sahəsi Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh tərəfindən qardaşı X16 bağışlanmışdır. Daşınmaz əmlakın Dövlət reyestri xidmətinin Seriya RX ******* nömrəli Çıxarışından görünür ki, ünvan 14i ünvanında yerləşən ümumi sahəsi 0,2 ha olan torpaq sahəsi xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, ünvan 14i ünvanında yerləşən ümumi sahəsi 115.3 kv.m olan 4 otaqlı fərdi yaşayış evi və 0.21 ha torpaq sahəsi Bakı şəhəri 51 saylı notariat ofisində Cavabdeh tərəfindən qardaşı X16 bağışlamışdır. Daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli Çıxarışdan görünür ki, ünvan 14i ünvanında yerləşən ümumi sahəsi 115.3 kv.m olan 4 otaqlı fərdi yaşayış evi və 0.21 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyəti kimi qeydə alınmışdır. İş materiallarından müəyyən edilir ki, İddiaçı cavabdeh X23 ilə ailə münasibətləri pisləşdiyindən xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə nikahın pozulmasına dair iddia ərizəsi ilə müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2280/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və s. tələbi”nə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmışdır. Lakin İddiaçı xx.xx.2021-ci il tarixdə yenidən nikahın pozulmasına dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(006)- 2945/2021 saylı xx.xx.2021-ci il tarixli (hakim Rəşid Səmədov) qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh arasında xx.xx.2008-ci il tarixdə bağlanmış nikah pozulmuş, birgə nikahdan anadan olmuş 30 oktyabr 2009-cu il təvəllüdlü X24 və 24 mart 2012-ci il təvəllüdlü X17 anaları İddiaçı yanında saxlanması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Göründüyü kimi, İddiaçı ailə münasibətlərinin pisləşməsi səbəbindən hələ 2020-ci ilin dekabr ayında vəkil xidmətindən istifadə edərək onunla müqavilə bağlamış və nikahın pozulması tələbi ilə bağlı məhkəməyə ilkin olaraq 2021-ci ilin fevral ayında müraciət etmiş, sonradan həmin ərizəsini geri götürmüş, lakin dərhal sonra yenidən eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş **********816 nömrəli 20 fevral 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı Bakı şəhəri 14 saylı notariat ofisində Cavabdeh verdiyi və reyestrdə 7E-7679 nömrə ilə qeyd olunmuş etibarnaməni ləğv etmişdir. İş materiallarına əlavə edilmiş **********809 nömrəli 23 fevral 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı Bakı şəhəri 09 saylı notariat ofisində Cavabdeh verdiyi və reyestrdə 7E- 5954 nömrə ilə qeyd olunmuş etibarnaməni ləğv etmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh 19 yanvar 2021-ci il tarixdən başlayaraq 12 fevral 2021-ci il tarixədək 10 adda daşınmaz əmlakı qardaşı X16 bağışlamış, Xətai prospekti 38 ünvanda yerləşən əmlakı isə qardaşı X3. Cavabdeh iddiaçının əvəzinə yazdığı razılıq ərizələri əsasında qeyd olunan notariat əməliyyatlarını həyata keçirərək nikahın pozulması ərəfəsində birgə nikah dövründə əldə olunmuş əmlakları öz qardaşına bağışlamış və satmışdır. Məhkəmə cavabdehin hərəkətlərini iddiaçının iradə ifadəsinə zidd hesab etmiş, bunu gələcəkdə əmlak bölgüsünün baş verməməsinə yönəlmiş davranış kimi qiymətləndirmiş və iddianı təmin etmişdir. Məhkəmə Kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında araşdıraraq birinci instansiya məhkəməsinin ünvan 32 ünvanında yerləşən 78.1 kv.m yaşayış sahəsi, ünvan 33 ünvanda yerləşən 106.90 kv.m yaşayış sahəsi və ünvan 38a yerləşən 193.6 kv.m qeyri-yaşayış sahəsi istisna olmaqla, digər 8 adda daşınmaz əmlak barədə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iş materiallarından görünür ki, həmin 8 adda əmlak özgəninkiləşdirilən ərəfədə İddiaçı ailə münasibətlərinin pisləşməsi səbəbindən 2020-ci ilin dekabr ayında vəkillə müqavilə bağlamış, 2021-ci ilin fevral ayında isə boşanma barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin sonradan iddia ərizəsini geri götürdüyündən, xx.xx.2021-ci il tarixdə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmışdır. Göründüyü kimi tərəflər arasında münasibətlər gərgin olduğu, iddiaçının vəkillə müqavilə bağladığı, nikahın pozulmasına dair tələblə məhkəməyə müraciət etdiyi ərəfədə, cavabdeh 8 adda daşınmaz əmlakı iddiaçının ona əvvəllər verdiyi etibarnamə əsasında yazdığı əmlak üzərində sərəncam verilməsinə razılıq ərizələrindən istifadə etməklə birgə nikah dövründə əldə olunmuş əmlakları öz qardaşına bağışlamış və satmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquq münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli, X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarları üzrə ifadə edilmiş hüquqi mövqelərə görə mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Kollegiya qanunun mənasından çıxış edərək və yuxarıda ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq işin halları ilə bağlı qeyd edir ki, mübahisəli əmlaklar özgəninkiləşdirilərkən tərəflərin ailə münasibətləri gərgin olmuşdur. Cavabdeh əmlakları bilərəkdən, hadisələri qabaqlayaraq qardaşının adına özgəninkiləşdirdiyini bildirsə də, həmin əmlakların faktiki olaraq atasının vəsaiti hesabına alındığını göstərmişdir. Ailə münasibətlərinin pozulduğu, boşanma barədə məhkəmədə iddia qaldırılması ilə bağlı vəkillə müqavilə bağlandığı və məhkəməyə müraciət olunduğu ərəfədə iddiaçının mübahisəli əmlakların özgəninkiləşdirilməsinə razılıq verməsi və bununla bağlı iradə ifadəsinin olması məntiqli hesab oluna bilməz. Bu isə o anlama gəlir ki, tərəflərin birgə nikahları dövründə əldə edilmiş və yuxarıda qeyd edilmiş 8 adda daşınmaz əmlakların özgəninkiləşdirilməsinə dair əqdlər iddiaçının həqiqi iradəsini əks etdirməmiş və etibarsız olmuşdur. Digər tərəfdən, cavabdeh qeyd edilən 8 adda əmlakların atasının vəsaiti hesabına alındığını bildirsə də, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, bu hal iş materialları ilə öz təsdiqini tapmamışdır. Qeyd edilənlərlə yanaşı, kollegiya ünvan 34 ünvanında yerləşən 78.1 kv.m yaşayış sahəsinin, ünvan 33 ünvanda yerləşən 106.90 kv.m yaşayış sahəsinin və ünvan 38a yerləşən 193.6 kv.m qeyri-yaşayış sahəsinin bağışlanmasına dair müqavilələrin etibarsız hesab edilməsi hissəsində gəldiyi nəticəni aşağıdakı əsaslara görə düzgün hesab etmir. ünvan 35 ünvanında yerləşən ümumi sahəsi 78.1 kv.m olan mənzil və ünvan 38a yerləşən 193.6 kv.m qeyri-yaşayış sahəsi ilə bağlı Kollegiyanın mövqeyi: Apellyasiya şikayətinin dəlillərinə görə cavabdeh iddia edir ki, onun atası tərəfindən "xxxx" MMC təşkil edilmiş, o, nikaha daxil olmamışdan əvvəl qardaşı Məmməd ilə birlikdə həmin MMC-nin təsisçiləri olmuş, 16 dekabr 2017-ci il tarixində həmin müəssisə satışa çıxarılmış, satışdan əldən olunmuş beh qiyməti ilə Bakı şəhəri, Səbail rayonu Üzeyir Hacıbəyov 19 ünvanında yerləşən qeyri yaşayış sahəsi – Tərcümə Mərkəzi, alqı-satqı məbləğinə isə ünvan 11 ünvanında yerləşən 78.1 kv.m yaşayış sahəsi alınmışdır. Apellyasiya şikayətinin dəlillərinin araşdırılması məqsədilə Bakı Apellyasiya Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qərardadı ilə "xxxx" QSC-nin təsis sənədləri (təsisçiləri) və səhmdarları barədə məlumatların təqdim edilməsi tələb olunmuşdur. Milli Gəlirlər Baş İdarəsinin hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin 16 iyun 2022-ci il tarixli cavab məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC xx.xx.2001-ci ildə "xxxx" ASC-nin bazasında təsis edilmiş, həmin müəssisənin təsisçisiləri xx.xx.2008-ci il tarixdən X21 və Cavabdeh olmuş, xx.xx.2017-ci ildə MMC təşkilati-hüquqi forması dəyişdirilərək QSC-yə çevrilmiş, xx.xx.2018-ci ildən isə müəssisənin təsisçisi dəyişərək X10 olmuşdur. İşmateriallarında olan xx.xx.2017-ci il tarixli beh müqaviləsindən görünür ki, cavabdeh QSC-ni 5 milyon manata X7, bu müqavilə ilə alıcı satıcıya 750.000 manat vermiş, qalan 4.250.000 manat vəsaitin sonra ödəniləcəyinə dair razılığa gəlmişlər. İşdə olan "xxxx" QSC ilə X27 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsindən görünür ki, "xxxx" QSC əmlak kompleksi kimi alıcı X25 tərəfindən 4.150.000 manata əldə edilmişdir. xx.xx.2018-ci il tarixli səhmlərin alqı-satqı müqaviləsindən görünür ki, X21 və Cavabdeh "xxxx" QSC-nin ümumi dəyəri 123.750,00 manat olan (X16 məxsus olan 61.875,00 manat və olan və Cavabdeh məxsus olan 61.875,00 manat) və hər birinin nominal dəyəri 1 manat olan 123.750 ədəd adi adlı səhmini X1. İşdə olan xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X28 ünvan 38a yerləşən 193.6 kv.m qeyri-yaşayış sahəsini 167.500 manata Cavabdeh satmışdır. İşdə olan xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X11 ünvan 37 ünvanında yerləşən ümumi sahəsi 78.1 kv.m olan mənzili Cavabdeh 170.000 manata satmışdır. Beləliklə, iş materialları və tərəflərin izahatları əsasında müəyyən edilir ki, tərəflər nikaha daxil olmazdan əvvəl cavabdeh özünün həmtəsisçisi olduğu "xxxx" MMC-yə sahib olmuş, həmin müəssisənin əmlakının satılmasına dair xx.xx.2017-ci il tarixli beh müqaviləsi bağlanmış və 750.000 manat beh alınmış, bundan 10 gün sonra, yəni xx.xx.2017-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsi 19 ünvanda yerləşən 193.6 kv.m qeyri-yaşayış sahəsi alınmışdır. Habelə, işdən və təqdim olunmuş hesabdan çıxarışdan müəyyən olunur ki, "xxxx" QSC-nin satışı ilə bağlı xx.xx.2017-ci il tarixli və xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələri bağlandıqdan qısa müddət (müvafiq olaraq 1 ay 15 gün və 1 gün) sonra, yəni xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-də Cavabdeh adına 300.000 manat pul vəsaiti depozitə qoyulmuş, xx.xx.2019-cu il tarixdə həmin vəsait bütünlüklə hesabdan çıxarılmış və növbəti gün, yəni xx.xx.2019-cu il tarixdə ünvan 37 ünvanında yerləşən ümumi sahəsi 78.1 kv.m olan mənzil alınmışdır. Qeyd edilən hadisələrin xronoloji ardıcıllığı və birinin digəri ilə əlaqəsi onu deməyə əsas verir ki, sözügedən mənzil və qeyri-yaşayış sahəsi tərəflər birgə nikaha daxil olmamışdan əvvəl ona məxsus olmuş müəssisənin təsisçi payının və əmlakının satışından əldə edilmiş vəsait hesabına alınmışdır. ünvan 33 ünvanda yerləşən sahəsi 106.9 kv.m mənzil ilə bağlı Kollegiyanın mövqeyi: İş materiallarında olan "xxxx" MMC ilə X8 arasında bağlanmış 17 oktyabr 2007-ci il tarixli müqavilənin surətindən görünür ki, bu müqaviləyə əsasən tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Birinci tərəf Bakı şəhəri İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 499 saylı sərəncamına əsasən, çoxmərtəbəli çoxmənzilli yaşayış evinin tikintisinə uyğun olan layihəyə əsasən ikinci tərəf ilə razılaşdırılmış müddət ərzində onun mülkiyyətinə ümumi sahəsi 114 kv.m olan 3 otaqlı mənzili təhvil verməklə ona özgəninkiləşdirilməsini və ikinci tərəfin özünün və ya onun mülahizəsinə görə başqa şəxsin mülkiyyətinə rəsmiləşdirilməsini, ikinci tərəf isə alınmasına dair razılıq əldə edilmiş mənzilin dəyərini bu müqavilə şərtləşdirilmiş müddət və məbləğlərdə tam ödəməyi öz öhdələrinə götürürlər. Bu müqaviləyə əsasən, barəsində gələcəkdə alqı-satqı müqaviləsi sayılan əsas müqavilənin bağlanması Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi, 1934-cü məhəllədə yerləşən çoxmərtəbəli çoxmənzilli yaşayış evindəki ümumi sahəsi 114 kv.m-dən ibarət olan binanın 3-cü alaqapısında olmaqla, 3-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 52 saylı mənzil barəsində həyata keçirilməlidir. Müqavilənin 2.1.2-ci bəndinə əsasən, bu müqavilənin şərtlərinə tam əməl olunacağı halında yaşayış sahəsini 01 yanvar 2008-ci ilədək olan müddət ərzində ikinci tərəfin adına rəsmiləşdirilməsi üçün təklif vermək və binanın qüvvədə olna qanunvericiliklə müəyyən olunmuş qaydada qəbulundan sonra əsas müqaviləni bağlamaq birinci tərəfin vəzifəsidir. Müqaviləyə əlavədən görünür ki, yaşayış mənzilinin ümumi satış qiyməti 43.000 ABŞ dolları müəyyən edilmiş, 01 noyabr 2007-ci il tarixli maliyyə arayışından görünür ki, X8 mənzilin dəyərini tam ödəmişdir. X6 17 oktyabr 2007-ci il tarixli, MS seriyalı №000066 saylı Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən qeydə alınmış mənzil sertifikatı verilmişdir. İş materiallarında olan MS seriyalı 000066 №-li mənzil sertifikatının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, emitent "xxxx" MMC Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski və A.Orucəliyev küçələri arasındakı, 1934-cü məhəllədə yerləşən yaşayış evindəki ümumi sahəsi 114 kv.m-dən ibarət olan, binanın 3-cü alaqapı, 3-cü mərtəbəsində yerləşən 3 otaqdan ibarət 52 saylı mənzilə xüsusi mülkiyyət hüququnu 01 yanvar 2008-ci il tarixdən gec olmayaraq sertifikat sahibi X5 adına qeyd-şərtsiz rəsmiləşdirmək öhdəliyini üzərinə götürmüşdür. Həmin mənzil sertfikatı 17 oktyabr 2007-ci ildə ödənilmiş, mənzil sertifikatı 28 iyul 2006-cı il tarixdə dövlət qeydiyyatına alınmış, 17 oktyabr 2007-ci ildə isə mənzil sertifikatının sahibinə verilmişdir. Qeyd edilən mənzil sertifikatında aparılmış və notarial qaydada təsdiq edilmiş indossamentdən görünür ki, 05 mart 2008-ci il tarixində Elmira Mustafayeva mənzil sertifikatı üzrə öz tələblərini Cavabdeh ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.3-cü maddəsinə əsasən mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Məcəllənin 993.1-ci maddəsinin hazırkı hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş redaksiyasına əsasən (2015-ci ildə qüvvədən düşmüşdür), qiymətli kağıza mülkiyyət hüququ qiymətli kağıza sahiblik hüququnun verilməsi yolu ilə verilir. Həmin Məcəllənin 993.6-cı maddəsinin hazırkı hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş redaksiyasında (2015-ci ildə qüvvədən düşmüşdür) göstərilirdi ki, qiymətli kağız başqasına verildikdə və bu Məcəllənin 993-cü maddəsində nəzərdə tutulmuş digər şərtlər yerinə yetirildikdə qiymətli kağıza bütün hüquqlar əldə edənə keçir, bu şərtlə ki, həmin qiymətli kağızı başqasına vermək hüququ mövcud olsun. Həmin Məcəllənin hazırkı hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş 1078-1.1-ci maddəsinə əsasən (2015-ci ildə qüvvədən düşmüşdür) mənzil sertifikatları fiziki və hüquqi şəxslər arasında yerləşdirilən sənədli qiymətli kağızlar olub, sahiblərinə buraxılış şərtlərində müəyyən olunan şərtlərə əməl etdikləri təqdirdə, emitentdən tikintisi (yenidən qurulması) bu qiymətli kağızların yerləşdirilməsindən alınan vəsait hesabına maliyyələşdirilən binaların (mənzillərin) onların mülkiyyətinə verilməsi yolu ilə ödənilməsini tələb etmək ixtiyarını verir. Həmin Məcəllənin 1078-1.2-ci maddəsinə əsasən (2015-ci ildə qüvvədən düşmüşdür) mənzil sertifikatı adlı və ya adsız qiymətli kağız ola bilər. Mənzil sertifikatlarının buraxılışı və tədavülü qaydaları qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir. İş materiallarının araşdırılması əsasında müəyyən edilir ki, mübahisəli mənzillə bağlı "xxxx" MMC ilə X8 arasında 17 oktyabr 2007-ci il tarixdə ilkin müqavilə bağlanmışdır. Həmin müqavilədən mənzilin dəyərinin X8 tərəfindən MMC-yə ödənilməsi tam aydın olmasa da, sonradan "xxxx" MMC tərəfindən emissiya edilmiş qiymətli kağız olan MS seriyalı 000066 №-li mənzil sertifikatından görünür ki, həmin sertifikata görə məbləğ tam ödənilmiş, məhz buna görə MMC həmin mənzilin qeyd şərtsiz olaraq mənzil sertifikatının sahibinin adına xüsusi mülkiyyət hüququ ilə rəsmiləşdirilməsi öhdəliyini üzərinə götürmüşdür. Göründüyü kimi, X8 həmin mənzillə bağlı razılaşdırılmış pul məbləğini tam ödəmiş və mənzil sertifikatından irəli gələn hüquqlar əldə etmişdir. Bundan sonra X8 mənzil sertifikatı üzrə həmin mənzilə dair hüquqları 05 mart 2008ci il tarixdə indossament yolu ilə hazırkı iş üzrə Cavabdeh ötürmüşdür. Nəticədə mənzil sertifikatı üzrə mübahisəli mənzilə dair bütün hüquqlar həmin tarixdən etibarən Cavabdeh keçmişdir. Beləliklə, müəyyən edilir ki, mübahisəli mənzillə bağlı hüquqlar mənzil sertifikatı əsasında X4 Cavabdeh hazırkı mübahisə üzrə tərəflərin nikaha daxil olmasından əvvəl keçmişdir və mənzil onların birgə vəsaiti hesabına əldə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (maddə 225.1.). Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (maddə 225.2.). Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin (maddə 225.4.). Oxşar məzmunlu normalar Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-34-cü maddələrində də təsbit edilmişdir. Ailə Məcəlləsi, həmçinin nəzərdə tutur ki, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir (maddə 36.1). Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2012-ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Sadalanan maddi hüquq normalarının mənasına görə ər-arvaddan birinin mülkiyyətində olan əmlakın onlar arasında birgə əmlak kimi bölünməsi üçün həmin əmlak nikah müddətində ər-arvadın birgə vəsaiti və ya səyləri ilə əldə edilmiş olmalı, nikaha daxil olanadək tərəflərdən birinə məxsus olmamalı, həmçinin birgə nikah dövründə əvəzsiz qaydada əldə olunmamalıdır. Hər hansı əmlakın tərəflərin birgə nikahları dövründə onlardan birinin mülkiyyəti kimi qeydə alınması faktı özü-özlüyündə həmin əmlakın mübahisəsiz qaydada ər-arvadın birgə mülkiyyəti kimi qiymətləndirilməsinə əsas vermir. İddiaçı mübahisəli mənzillərin və qeyri-yaşayış sahəsinin (ünvan 35 ünvanında yerləşən 78.1 kv.m mənzil, ünvan 33 ünvanda yerləşən 106.90 kv.m mənzil, ünvan 38a yerləşən 193.6 kv.m qeyri-yaşayış sahəsi) cavabdehlə birgə nikahları dövründə əldə edilmiş ümumi əmlak hesabına alındığını iddia edir. İşin hallarına görə isə müəyyən edilir ki, mübahisəli ünvan 33 ünvanda yerləşən 106.9 kv.m mənzil üzərində hüquqlar cavabdehə iddiaçı ilə nikaha daxil olmazdan əvvəl 05 mart 2008-ci il tarixində indossament yolu ilə ötürülmüş, digər iki əmlak (ünvan 35 ünvanında yerləşən 78.1 kv.m mənzil, ünvan 38a yerləşən 193.6 kv.m qeyri-yaşayış sahəsi) isə iddiaçının nikahdan əvvəl təsisçisi olduğu hüquqi şəxsin təsisçi payının və əmlakının satışından əldə edilmiş vəsait hesabına əldə edilmişdir. Bu baxımdan kollegiya qeyd edir ki, həmin mübahisəli əmlakların yalnız tərəflərin birgə nikahları dövründə əldə edilməsi faktı bu əmlakları tərəflərin ümumi birgə mülkiyyəti kimi qiymətləndirməyə əsas vermir. MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə və işin sadalanan hallarına əsasən belə qənaətə gəlir ki, iddiaçı mübahisəli 3 əmlak - ünvan 37 ünvanında yerləşən 78.1 kv.m mənzil, ünvan 38a yerləşən 193.6 kv.m qeyri-yaşayış sahəsi və ünvan 33 ünvanda yerləşən 106.90 kv.m mənzillə bağlı iddia qaldırmaq üçün müvafiq subyektiv hüquqa malik şəxs kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası bu nəticə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ünvan 37 ünvanında yerləşən 78.1 kv.m mənzil, ünvan 38a yerləşən 193.6 kv.m qeyri-yaşayış sahəsi və ünvan 33 ünvanda yerləşən 106.90 kv.m mənzillə bağlı hissədə ləğv edilməli, iddia həmin hissədə rədd edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(006)- 2631/2021 nömrəli qətnaməsi qismən ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. İddiaçı ünvan 39 ünvanında yerləşən sahəsi 78.1 kv.m yaşayış sahəsinin, ünvan 33 ünvanda yerləşən sahəsi 106.90 kv.m yaşayış sahəsinin, ünvan 38a yerləşən 193.6 kv.m qeyri-yaşayış sahəsinin bağışlanmasına dair bağışlama müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar