Məhkəmə qərarları › İş №2(103)-3351/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-3351/2021

21.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3351/2021 21.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi ilə, İddiaçı və onun vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc verilmiş pulun qaytarılması və mənəvi zərər” tələbinə dair 2(008)-577/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun etibarından istifadə etməsi ilə əlaqədar ondan aldığı 4000 manat borc pulu qaytarmamaqla ona vurduğu ziyanı ödəməkdən qanunsuz və əsassız olaraq imtina etməsi nəticəsində onun rahatlığının, səhətinin pozulmasını, sarsıntı, istirab, güclü həyacan keçirməyini, maddi və mənəvi zərərə məruz qalmağını nəzərə alıb Cavabdeh 4000 (dörd min) manat pulun maddi ziyana görə alınması, mənəvi ziyana görə isə 3000 (üç min) manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh bir neçə ildir ki, tanıyır və onunla çox səmimi münasibətləri olmuşdur. Belə ki, Cavabdeh Bakı şəhərinin Nizami rayonu ərazisindəki “Qara Qarayev” metro stansiyası yaxınlığındakı lombardda işləyirdi və ara-sıra onunla rastlaşanda salamlaşarlarmış. İddiaçı ilə söhbət əsnasında cavabdeh həmişə ona təklif edirdi ki, lombardla əlaqədar nə kimi işi olarsa, ona kömək edəcəkdir. Cavabdeh 2018-ci ilin sentyabr ayının sonlarında iddiaçıya demişdir ki, ona təcili olaraq 10000 (on min) manat pul lazımdır və o həmin pulu tam məbləğdə ona qaytarana qədər ona hər ay hörmət edəcək və ona borc olaraq verəcəyi həmin pulunu da tam məbləğdə, yəni 10000 (on min) manatını da ona qaytaracaqdır. Dilşad ona çox yalvarışlı xahişlər etdiyinə görə ona kömək etmək qərarına gəlmiş və 2018-ci ilin sentyabr ayının sonunda 40 ədəd 100 manatlıq kağız pullarını, yəni 4000 (dörd min) manat pulu saat 18-19 radələrində bacısı X2 yanında qeyd etdiyi həmin lombardda sayaraq Cavabdeh vermişdir. O da ona qarşı etibar və inam olsun deyə 4 (dörd) ədəd xüsusi kiçik sellofon torbada olan müxtəlif əyarlı qızıl-zinət əşyalarını: sep, sırğa, qolbağ, üzük və s. olmaqla ona girov kimi saxlamağından ötrü vermişdir. Həmin vaxt cavabdeh Dilşad xanım onun dörd min manat pulunu tam olaraq bir ilin içində qaytaracağını bildirmiş və onlar bir növ öz aralarında şifahi olaraq borc müqaviləsi bağlamışlar. Bunun üstündən bir neçə ay keçdikdən sonra yəni, 2019-cu ilin avqust ayında iddiaçı cavabdehin işlədiyi həmin lombarda getmiş və ondan 4 min manat pulunun nə vaxt qaytaracağını soruşmuş, o da cavabında iddiaçıya demişdir ki, qızılları gətir və 4 min manatını verim. Ona görə də həmin günün səhəri, yəni 2019-cu ilin avqust ayının axırlarında qohumu X6 ilə Dilşadın işlədiyi həmin lombarda getmiş və Dilşadın ona verdiyi həmin qızıllarını dörd ədəd xüsusi şəffaf selofan torbada olduğu kimi, yəni ona necə vermişdisə, o vəziyyətdə Cavabdeh qaytarıb vermişdir. Cavabdeh də həmin qızılları onun yanında işləyən Günel adlı qız vasitəsi ilə harayasa göndərmiş və o qız da 10-15 dəqiqə sonra qayıdıb gələrək demişdir ki, pulu, yəni 4 min manatı vermədilər və qızılları onun əlindən alaraq dedilər ki, Dilşadın anbara borcu vardır. Bundan sonra Dilşad iddiaçını dilə tutaraq demişdir ki, bir neçə gün səbr et, pulunu hörməti ilə birgə qaytaracaqdır. Lakin cavabdeh, müxtəlif bəhanələrlə onu aldadaraq vaxt uzatmağa başladığı üçün bacısı Mükafat və qohumum Eminin iştirakı ilə 2019-cu ilin sentyabr ayının 25-də cavabdeh Dilşad xanımın işlədiyi həmin lombardda onun öz əli (xətti) ilə yazdığı qəbzi yazdırıb ondan almışdır. Cavabdeh həmin qəbzdə özü də təsdiq edir ki, ondan 4000 manat pulu borc olaraq alıb və onu hər ay 200 manat olmaqla, 2 aydan sonra isə daha artıq məbləğlə qısa müddətə ödəyəcəkdir. Şifahi olaraq da bildirdi ki, 5-6 ayın içərisində pulunu 4000 manatını ona qaytaracaqdır. Bundan sonra Dilşad 2 dəfə, yəni 2019-cu ilin sentyabr və oktyabr ayında hər ay 200 manat olmaqla 2 aya ona cəmi 400 manat pul qaytarmış və sonradan isə müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmış və onun mobil telefonuna 051683-06-08 nömrəsinə dəfələrlə zəng etməyinə baxmayaraq, mobil telefonunu açmamış və gizlənməyə başlamışdır. Odur ki, iddiaçı məcbur olub Bakı şəhəri Nizami Rayon Polis İdarəsinə müraciət etmiş, lakin Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞnin tətqiqatçısı Məlikov Vüqar Cavabdehı tapmadan, onun izahatını almadan ərizə üzrə dələduzluq maddəsi ilə cinayət işinin başlanmasını rədd etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya baxışında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və cavabdehin ondan 4000 manat pul borc almasını təsdiq edən xx.xx.2019-cu il tarixli qəbzin əslini təqdim edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İddiaçının vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında İddiaçı 4000 manat pulu borc olaraq aldığını qeyd edərək hər ay 300 manat pul ödədiyini, 1 il 6 ay ərzində 5400 manat pulu iddiaçıya qaytardığını, iddiaçıya verdiyi qızıl-zinət əşyalarını geri götürdüyünü bildirdi və bu barədə ərizə təqdim etdi. O, məhkəmədən apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarına əlavə edilmiş Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh İddiaçı 4000 manat pul borc götürmüşdür. Ayda 200 manat qaytarmaqla, sonrakı aylarda məbləği artırmaqla borcu qaytarmağı öhdəsinə götürür. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, iddiaçı onun bacısıdır. Dilşadı əvvəllər tanıyırdı. Dilşad maddi problemləri olduğuna görə bir tanış olaraq Müşkünazdan 10000 manat pul istədi, lakin Müşkünazın həmin məbləği verməyə imkanı olmadığına görə Dilşada onun iştirakı ilə 4000 manat pul verdi. Dilşadda öz növbəsində həmin pulu qısa vaxt ərzində qaytaracağına söz verdi. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, İddiaçı qonşusudur. Dilşadı Müşkünazın vasitəsi ilə tanımışdır. Müşkünaz ona bildirdi ki, o, Dilşada 4000 manat pul vermiş, girov olaraq da sonuncu Müşkünza qızıl-zinət əşyaları vermişdir. 2019-cu ildə Müşkünaz bildirdi ki, Dilşad ona verdiyi 4000 manatı qaytarmaq istəyir və ondan onunla birlikdə Dilşadın yanına getməyi xahiş etdi. Dilşadla görüşən zaman o, Müşkünazdan qızılları aldı, lakin pulu qaytarmadı. Dilşad orada dedi ki, “sabah pulu qaytaracam”. Daha sonra 2 ay, hər ay 200 olmaqla, cəmi 400 manat pul verdi. İşə baxan birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, hazırkı halda sübutetmə yükü iddiaçının üzərinə düşməklə iddia tələbinin əsası kimi iddiaçı yalnız işə əlavə edilmiş kserosurət əlyazmaya istinad etmişdir ki, bu da hazırkı iddianın təmin edilməsi üçün mötəbər sübut kimi qəbul edilə və iddianın təmini üçün əsas ola bilməz. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmə iclasında dindirilmiş olan şahid ifadələrində İddiaçı tərəfindən Cavabdeh 4000 manat pul verdiyini və həmin pulun müqabilində Müşkünaza qızıl və zinət əşyaları verildiyi bildirilsə də, məhkəmə bu ifadələri mötbər sübut kimi qəbul edə bilməz. Belə ki, mülki iş üzrə cavabdeh olan Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlum olan yaşayış ünvanı üzrə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, bununla da, iddiaçının iddiasına, məhkəmə iclasında şahid qismində dindirilmiş olan şahidlərin ifadələrini münasibət bildirməməsi ilə nəticələnmişdir. Məhkəmənin şahidlərin bir tərəfli olaraq dindirilməsi ilə kifayətlənməsi sonuncunun özünümüdafiə hüququnun pozulması ilə nəticələnmiş olardı. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, apellyasiya baxışı zamanı İddiaçı Cavabdeh ondan 4000 manat pul borc almasını təsdiq edən xx.xx.2019-cu il tarixli qəbzin əslini təqdim etmiş və cavabdeh tərəfindən tərtib edilmiş həmin qəzdən görünür ki, Cavabdeh İddiaçı 4000 manat pul borc almış, əvvəl ayda 200 manat, sonrakı aylarda isə məbləği artırmaqla borcu qaytaracağını öhdəsinə götürmüşdür. Apellyasiya baxışında Cavabdeh izahatında və ərizəsində İddiaçı 4000 manat məbləğində pulu borc olaraq götürdüyünü etiraf etmiş, lakin həmin məbləğin iddiaçıya geri qaytardığına dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinin tələbinə görə öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müayyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvalıq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pııl məbləği olduqda, o. kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh 4000 manat məbləğində borc pulun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya mənəvi ziyan dəyməsi sübuta yetirilmədiyi üçün iddia həmin hissədə təmin edilə bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (2-ci bənd). Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkətləri və hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsirinin müəyyən edildiyi hallarda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci mad-dəsinə müvafiq olaraq, mənəvi zərərin ödənilməsi barədə iddia təmin edilə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)-2698/2020 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi ziyana görə 4000 manat pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.4-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(003)- 2698/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin olunsun. Cavabdeh maddi ziyana görə 4000 (dörd min) manat pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar