Məhkəmə qərarları › İş №2(103)-3360/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3360/2021

05.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3360/2021 05.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment və mənəvi zərər” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-563/2020 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahlarından doğulmuş X2 və X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 350 manat alimentin, uşaqların son 36 ay saxlanılması üçün xərclədiyi 25.200 manat pulun və 5.000 manat mənəvi zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(009)-563/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2004-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2020ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi və iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti geri qaytarılmış, daha sonra iddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizə və apelyasiya şikayəti vermiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, iddiaçı tərəfindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və apelyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(103)-8973/2020 saylı qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş apelyasiya baxışından çıxarılmış və Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-563/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(009)-563/2020 saylı qərardadından verilmiş şikayət təmin edilməmişdir. xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusu ilə Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması ilə əlaqədar zərurət yarandığından mülki işin məhkəməyə qaytarılması xahiş olunmuşdur. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı “aliment və mənəvi zərər” tələbinə dair mülki iş üzrə cavabdeh tərəfindən verilmiş şikayət ərizəsinə baxılması üçün iş apelyasiya baxışından çıxarılaraq həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apelyasiya instansiyası məhkəməsinə göndərilir. Göründüyü kimi, cavabdeh tərəfindən mülki iş üzrə verilmiş şikayətə baxılmasına dair birinci instansiya məhkəməsinin sorğusu Bakı Apelyasiya Məhkəməsinə daxil olarkən iddiaçı tərəfindən verilmiş şikayət mülki işlə birlikdə artıq Bakı Apelyasiya Məhkəməsində olmuş və bu səbəbdən məhkəmə MPM-nin yuxarıda qeyd edilmiş tələblərinə əməl edə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 269 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı “aliment və mənəvi zərər” tələbinə dair mülki iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş apelyasiya baxışından çıxarılsın və Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar