Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3370/2024 15.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 23 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizələri üzrə mülki işə (Açar sözlər: kredit müqavilələrsinin etibarsız hesab edilməsi, kredit müqaviləsi üzrə borcun tutulması) X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X5, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri 23 saylı Notariat Ofisi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “əqdin etibarsız hesab edilməsi” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair qarşılıqlı iddia ərizələri əsasında mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)- 201/2024 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasan işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Borc verən Cavabdeh ilə borc alan İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanaraq, notarial qaydada təsdiqlənmiş və reyestrdə 3M-1029 nömrə ilə qeyd edilmiş “Kredit müqaviləsi”nə əsasən “borc verən” “borc alan”a 50.000 manat məbləğində pul borc verməyi, “borc alan” isə krediti xx.xx.2023 tarixinədək “borc verən”ə qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri Yasamal Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən İddiaçı Dövlət Vergi Xidməti yanında Bakı Lokal Gəlirlər Baş İdarəsinin Vergi öhdəliklərinə nəzarət idarəsinin rəisi vəzifəsində işləyən X12 və Dövlət Vergi Xidməti yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Əməliyyat İdarəsinin Operativ Nəzarət şöbəsinin 1-ci bölməsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləyən X13 tərəfindən qanunsuz hərəkətlərə məruz qalaraq icarəyə götürdüyü mağazaya görə külli miqdarda pulunun onlar tərəfindən alınması, onlar tərəfindən mağazanın qanunsuz olaraq bağlanılması nəticəsində ona külli miqdarda maddi ziyan dəyməsi, Taleh Süleymanov və Eyvaz Atayev tərəfindən ona qarşı hədə qorxu gəlinməsi ilə bağlı müraciəti əsasında toplanmış 257-C- 23 saylı material üzrə X6 və X7 əməllərində CM-nin 308 və ya başqa hər hansı cinayət tərkib əlamətləri olmadığından cinayət işinin başlanılması CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə xx.xx.2022-ci il tarixdə Bakı şəhər 3 saylı Notariat Ofisində bağlanmış və 3M-1029 nömrə ilə qeyd edilmiş kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə onunla X11 arasında bağlanmış icarə müqaviləsinə əsasən sonuncuya məxsus 15 kv.m. qeyri-yaşayış sahəsini hər ay 150 manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürmüşdür. O, həmin sahədə gül salonu işlədirdi. Ara-sıra gülləri və digər malları götürdüyü sahibkarlara borcu yaranırdı. Bir gün X12 dükana gələrək borcluları ilə maraqlanmış, ona kömək edəcəyini bildirmişdir. O, günlərin bir günü icarəyə verənin adından 50.000 manat məbləğində pul vəsaiti ilə gəlmiş, ona borcluları çağırmağı tapşırmış, borclu olduğu şəxslərə o, özü əlbəəl pul vermişdir. Toplam olaraq o, borclulara 35.000 manat pul vermişdir. Qalan 15.000 manat pulu da öz cibinə qoymuşdur. Ona bildirmişdir ki, verdiyi pulu günlük 200 manat faiz olaraq verməlidir. Onun narazı olduğunu görüb günlük - 135 manat verməyə məcbur etmişdir. Dediyinə görə X12 özü Lokal Gəlirlər Departamentində işləyir. 1 il ərzində icarəyə verənin nümayəndəsi kimi həmin şəxsin Kapital Bankdakı hesabına 75.000 manat pul ödəmişdir. 1 il tamam olduqdan sonra o, ondan 50.000 manat pul istəmişdir. Vermədiyinə görə 15 günə yaxın mağazanı qıfıllamışdır. Mağazanın içərisində 30-35 min manatlıq gülləri məhv olmuşdur. Məcbur qalaraq həmin adamdan polisə şikayət etmişdir. Daha sonra o, ona hədə-qorxu gəlmiş, ərizəni polisdən geri götürməyə məcbur etmişdir. Hətta o, qazi dostları ilə birlikdə onun işlədiyi vergi idarəsinə şikayətə getmişdir. Daha sonra X12 onunla parkda görüşmüş, "ona ağıllı olmağı, onun dediyi Cavabdeh ilə Bakı şəhəri 23 saylı notariat ofisinə getməli olduğunu, yeni icarə müqaviləsi bağlamalı olduğunu bildirmişdir. Həmin vaxta kimi o, Cavabdeh tanımamışdır. X12 ona şəxsiyyət vəsiqəsini götürüb notariat ofisinə getməyini bildirilmişdir. Ora gedəndə ona ancaq 2025-ci ilə kimi yeni icarə müqaviləsinin bağlanmalı olduğu bildirilmiş, ona kredit müqaviləsi barədə heç bir şey deyilməmişdir. İmzaladıqdan sonra ona notariusun işçisi birinin kredit müqaviləsi, o birinin isə icarə müqaviləsi olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixli kredit müqaviləsində göstərilən məbləğdən, onun Bakı şəhəri 23 saylı notariat ofisində depoizitə qoyulmasından, götürülməsindən onun heç bir xəbəri və iştirakı olmamışdır. Onun şəxsiyyət vəsiqəsi onlarda qalmış, kassa əməliyyatlarında iştirak etməmişdir. X12 və Cavabdeh özləri kassaya 50.000 manat pul qoyub özləri də götürmüşlər. Sonrakı ayda iddiaçının nümayəndəsi kimi özünü ona təqdim edən həmin Cavabdeh ondan 50.000 manat borcun yarandığını bildirmiş və bu pulu geri istəmişdir. O, bu şəxslərin ona qarşı qeyri-qanuni hərəkətləri ilə əlaqədar məcbur olub Yasamal rayon Polis İdarəsinin 27-ci və 28-ci Polis Bölmələrinə və Yasamal Rayon Prokurorluğuna şikayət etmişdir. Kredit müqaviləsinin bağlanmasında ona Dövlət Vergi Xidmətində işləyən X12 ilə yanaşı, həm də Dövlət Vergi Xidmətində işləyən X13 da hədəqorxu gələrək təzyiq göstərmişdir.
4. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, onunla cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 3M-1029 nömrəli kredit müqaviləsi üzrə 50.000 manat, pul məbləğinin ödənilməsinin gecikdirilməsi faizi olaraq 205,35 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 240,70 manat, cəmi 50.445,95 manat pulun cavabdehdən alınaraq, ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli, 3M-1029 nömrəli kredit müqaviləsi heç bir aldatma və hədə-qorxu olmadan bağlanmışdır. Cavabdeh iddianı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırmaq üçün qaldırılmışdır. Borcun ödənilməsi ilə əlaqədar xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmiş, müqavilə ilə müəyyən olunmuş müddətlər daxilində kredit geri qaytarılmamışdır. Hazırda cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixədək 50.000 manat ona qaytarmalı olduğu halda qaytarılmamışdır. İlk iddianın irəli sürülməsi qarşı tərəfin borcunu qaytarmaq niyyətinin olmadığını göstərir. Cavabdeh bu hərəkətləri nəticəsində öhdəliyin icrasını gecikdirmişdir. Buna görə də cavabdeh tərəfindən gecikdirilmiş pul məbləğindən ona faizlər ödənilməlidir. Gecikmiş günlərin sayı xx.xx.2023-cü il tarixədək iddianın verildiyi günə kimi hesablanmalıdır. Bu qaydada cavabdeh tərəfindən öhdəliyin icrası ümümilikdə 30 gün gecikdirilmişdir. Gecikdirilmiş günlərə görə cavabdeh ona gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin faiz dərəcəsinə uyğun olaraq cavabdeh tərəfindən öhdəliyin icrasının gecikdirilməsinə görə ona 205,35 manat (50.000*((5%/365)*30)%= 205,35) məbləğində faiz ödənilməlidir.
6. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-201/2024 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 23 saylı notariat ofisi cəlb olunmaqla, “əqdin etibarsız hesab edilməsi” tələbinə dair ilk iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh İddiaçı qarşı “pulun tutulması” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, Bakı şəhəri 23 saylı notariat ofisində bağlanmış xx.xx.2022-ci il tarixli, 3M-1029 nömrəli kredit müqaviləsi üzrə 50.000 manat, pul məbləğinin gecikdirilməsinə görə illik 5 faizlə hesablanmış 205,35 manat və ödənilmiş dövlət rüsumu 240,70 manat pul vəsaitinin İddiaçı alınaraq, Cavabdeh ödənilməsi, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir (hakim X18).
7. Məhkəmə ilk iddianı rədd edərkən mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı iddia tələbində qeyd etdiklərinin hər hansı bir qanuni əsası yoxdur, ilk iddia üzrə iddiaçı iddia tələbini əsaslı edə biləcək hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Əksinə, məhkəmə iclasları zamanı ona verilmiş suallara cavab olaraq İddiaçı ziddiyyətli cavablar vermiş, bu halın özü də iddia tələbinin əsaslılığına şübhə yaratmışdır. Belə ki, xx.xx.2023cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında ilkin iddia üzrə İddiaçı, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkilinin verdiyi suala cavabında bildirmişdir ki, notariusda müqaviləyə qol çəkən zaman kredit müqaviləsinə qol çəkdiyini və pulu özünün götürməli olduğunu bilmiş və buna görə də özü çəkiliş aparmışdır. Lakin, pulu o, götürməmişdir, çünki həmin vaxt o, hədə-qorxu altında müqaviləyə qol çəkmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında isə ilkin iddia üzrə iddiaçı izahatında göstərmişdir ki, o, icarəyə işlətdiyi mağazaya görə 50000 manat borc götürmüş, 75000 manat əvəzində qaytarmış, lakin icarədar ona demişdir ki, əlavə faiz kimi 50.000 manat da verməlidir. Hazırkı kredit müqaviləsi həmin məqsədlə bağlanmışdır. Onu kredit müqaviləsi bağlanmamışdan 1 gün əvvəl gecə zəng edib ölümlə hədələmişlər. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində və ilkin iddia üzrə iddiaçının ilk izahatında isə o, sonradan imzaladığı müqavilənin kredit müqaviləsi olduğunu bildiyini qeyd etməklə, fərqli və ziddiyyətli izahatlar vermişdir. Bundan başqa, hədələnməsi barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib-verməməsi barədə suala əvvəlcə kredit müqaviləsinin bağlandığı gün zəng edib məlumat verdiyini, daha sonra 15-20 gün müddət sonra məlumat verdiyini qeyd etməklə bir daha ziddiyyətli cavablar vermiş, həmçinin izahatında ona 1 gün əvvəl zəng olunaraq hədələndiyini və növbəti gün müqaviləyə qol çəkməli olması barədə məcbur edildiyini qeyd etmiş, hansı səbəbdən hədələndiyi an polis orqanına müraciət etməməsi və növbəti gün qeyd olunan müqaviləyə imza çəkməsi barədə verilmiş suala da əsaslı cavab verə bilməmişdir. İlkin iddia üzrə iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi icarə müqavilələri, hüquq mühafizə orqanlarına müraciətlərlə bağlı isə qeyd edilməlidir ki, həmin dəlillər ilkin iddia üzrə iddianı əsaslı edə biləcək dəlil kimi qəbul edilə bilməz, o cümlədən ilkin iddia üzrə iddiaçının bağladığı icarə müqaviləsi ilə bağlı mübahisə üzrə ayrıca məhkəmə qətnaməsi mövcuddur və hazırkı iddianın predmetinin kredit müqaviləsinin etibarsızlığı olması nəzərə alınmaqla, iddia ilə bağlı hər hansı bağlılığı yoxdur.
8. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında İddiaçı Cavabdeh 50.000 manat borc aldığını təsdiq etmiş, tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında notariat qaydada təsdiq edilmiş müqavilə mövcud olmuşdur, bununla qarşılıqlı iddia üzrə iddiaçının tələb hüququ yaranmışdır. Bu zaman iddia müddəti ötürülməmişdir. Burada nəzərə alınmalıdır ki, qarşılıqlı iddia üzrə cavabdehin borcu qaytarmaq üçün götürdüyü öhdəlik müddəti başa çatmışdır, istər borc öhdəliyinin yaranmasından, müqavilənin xx.xx.2022-ci il tarixdə bağlanmasından ötən müddət ərzində, istərsə də müqavilənin müddətinin bitdiyi xx.xx.2023-cü il tarixindən sonra borclu, borcu və ya onun müəyyən hissəsini ödəmək üçün real hərəkət etməmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, istinad olunan müqavilə əsasında qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddia üzrə cavabdehə qarşı hazırkı halda borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcuddur.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 329.2-ci, 331.1-ci, 334.1-ci, 339-cu, 385.1-ci, 390.1-ci, 448.1-ci, 739-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci, 14.2, 88-ci, 119.1-ci maddələrinə, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun xx.xx.2019-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh apellyasiya şikayətini ilk iddianın məzmununa uyğun əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, məhkəmənin qənaətinə görə o, 3 fərqli izahat versə də, hər birində qeyd etmişdir ki, o borca hər hansı pul götürməmişdir. Məhkəmə əsas dəlili araşdırmamış və heç bir qiymət verməmişdir ki, onunla cavabdeh ümumiyyətlə tanış deyildirlər, heç bir zaman bir-birilərini görməmişlər və tanımadığı bilmədiyi adama hansı səbəbdən 50.000 manat verilməsi anlaşılan deyildir. Məhkəməyə Cavabdeh, X13 və X9 icarə obyektini bağlı saxlayaraq onu hədələmələri, həmçinin onu məcburi notariat kontoruna aparıb hədələyərək icarə müqaviləsini və kredit müqaviləsini bağlamağa məcbur etmələri ilə bağlı çoxsaylı sübutlar təqdim edilmişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, icarə müqaviləsinin ləğvi ilə bağlı gedən digər məhkəmə prosesində çoxsaylı sübutlar məhkəmə tərəfindən tədqiq edilib, belə qənaətə gəlinmişdir ki, o, bir qrup şəxs tərəfindən həqiqətən aldadılmışdır. Məhkəmə kifayət qədər əsasın olmasına baxmayaraq, bu hala düzgün qiymət verməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, ilk iddianın və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdilər.
14. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən üçüncü şəxs Bakı şəhəri 23 saylı Notariat Ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 339.4-cü maddəsinə əsasən əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.7-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə (əvvəlki redaksiyada) əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə (əvvəlki redaksiyada) əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; 740.2-ci maddəsinə əsasən (əvvəlki redaksiyada) borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.1-ci maddəssinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.2-ci maddəssinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 12 aprel 2021-ci il tarixli Qərarında göstərmişdir: «Qeyd edilməlidir ki, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğısatqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Şükürovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarına əsasən əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarı). Burada vicdanlıq prezumpsiyası ilə sıx bağlı olan estoppel prinsipinə də aydınlıq gətirmək vacib hesab edilir. Anqlo-sakson (ümumi) hüquqdan qaynaqlanan estoppel “ədalət məhkəmələri” tərəfindən tərəflərin təqdim etdikləri sübutların araşdırılması zamanı istifadə olunaraq presedent hüququnun prinsipi kimi formalaşmışdır. Bu prinsip tərəflərə öz hərəkətləri və ya davranışı ilə şübhəsiz və mübahisəsiz qəbul etmiş olduğu hallara sonradan istinad etməsini istisna edir. Estoppel prinsipi şəxsin digər tərəfin hüquqi şəraitə vicdanlı şəkildə güvənindən sui-istifadə edərək, onun mənafeyinə xələl gətirən üstünlük və fayda əldə etməsinin qarşısının alınması məqsədini daşıyır. İlkin olaraq bu prinsip beynəlxalq və arbitraj mübahisələrinin həllində istifadə edilirdi. Beləliklə, tərəf aşağıdakı hallarda müqaviləni mübahisələndirmək hüququna malik deyildir: - həmin tərəfin davranışı müqavilə bağlamaq iradəsini təsdiq etdiyini, əqdin etibarlığını faktiki etiraf etdiyini, əqdin şərtlərini qəbul etdiyi və onun mahiyyəti ilə razılaşdığını nümayiş etdirdiyi halda. Bu, müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə dair hərəkətlər, bununla bağlı yazılı sübutlar və s. ilə təsdiqlənə bilər; - müqavilə bağlanan zaman tərəf onun mübahisələndirilməsi üçün əsasların olduğunu bildiyi halda. Qeyd olunan prinsip Mülki Məcəllənin müvafiq normalarının məzmununda da ifadə edilmişdir. Belə ki, Məcəllənin 5.3, 351.2 və 351.3-cü maddələrinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir.”
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqeyə əsasən icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir.
21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il qərarıına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
23. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
24. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi xahiş edildiyindən, qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə hər hansı əsas yoxdur. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, tərəflər öz aralarında razılığa gələrək və qarşılıqlı iradə ifadəsini bildirərək, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 23 saylı notariat ofisində kredit müqaviləsi bağlamışlar və həmin müqavilə notarial qaydada təsdiq edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı xx.xx.2023-cü il tarixədək qaytarılması şərti ilə 50.000 manat məbləğində pulu borc vermişdir. 27 Hazırda İddiaçı hədələmə və hədə-qorxu nəticəsində müqavilənin bağlanmasına məcbur edildiyini, müqavilədə göstərilən 50.000 manat məbləğində pulun notariusun depozit hesabına yerləşdirilməsi və onun qəbul olunması barədə ödəniş qəbzinin onun tərəfindən imzalanmasına baxmayaraq, həqiqətdə bu məbləğin notariusun depozit hesabından X13 tərəfindən qəbul edildiyini vurğulayır. Cavabdeh isə öz növbəsində ilk iddianı qəbul etmir və qarşı tərəfin borc öhdəliyinin yaranmasına baxmayaraq, heç bir ödəniş etmədiyini bildirir, müqavilə üzrə müəyyən edilmiş 50.000 manat pulun və bu məbləğin gecikdirilməsinə görə illik beş faizin ödənilməsini və iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun tutulmasını tələb edir.
28. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda sadalanan aidiyyəti müddəalarına istinad edərək ilk növbədə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, yazılı qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin özündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər. Odur ki, yazılı qaydada bağlanılmış hər hansı əqdin etibarsız hesab edilməsi nəticəsinə gələ bilmək üçün iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır. Lakin İddiaçı hədələndiyini və ona hədə-qorxu gəlindiyini və kredit müqaviləsinin bağlanmasına məcbur edildiyini bildirsə də, öz mövqeyini sübut edə bilmir. Bunun əksinə, borc müqaviləsinin predmetini təşkil edən məbləğin hərəkəti (50.000 manat məbləğin notariusun depozit hesabına qoyulması və onun tərəfindən götürülməsi) onun bu barədə arqumentlərinin əsassız olduğunu təsdiq edir. İddiaçı qarşı tərəflə eyni qurumda çalışan şəxslərlə bağlı (Taleh Süleymanov və Eyvaz Atayev) Yasamal Rayon Prokurorluğuna şikayət etmiş, lakin şikayətdə qeyd edilən halların, o cümlədən onların əməllərində cinayət tərkibinin əlamətləri müəyyənləşdirilmədiyindən cinayət işinin başlanılması rədd edilmişdir.
30. Məhkəmə kollegiyası o halı da qeyd edir ki, mübahisəli kredit müqaviləsi nəinki yalnız yazılı qaydada bağlanılmış, o cümlədən notarial qaydada təsdiq edilmişdir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər müqavilənin qanunauyğunluğunu yoxlayır və formalaşmış təcrübəyə əsasən ən azından tərəflərə müqavilənin mahiyyəti, doğuracağı hüquqi nəticələr barəsində məlumat verir.
31. Bu konseptdən çıxış edərək məhkəmə kollegiyası tərəfindən mübahisəli kredit müqaviləsinin nəinki iddiaçının istinad etdiyi, ümumiyyətlə mülki qanunvericilikdə müəyyənləşdirilmiş hər hansı şərti pozmaqla bağlanması müəyyən edilmir. Tərəflərin biridigərini məhz müqavilə bağlanan günü tanıması da mövcud vəziyyətdə müqavilənin etibarsız olmasına dəlalət edən hal deyil. Hər bir halda, həmin gün bu müqavilə ilə yanaşı, həmçinin icarə müqaviləsi də bağlanmış və həmin icarə müqaviləsini icarə verən X3 nümayəndəsi qismində məhz Cavabdeh imzalamışdır. Nəticə etibarı ilə İddiaçı hansı şəxslə və hansı müqaviləni bağladığını bilmişdir. Belə ki, İddiaçı iddia ərizəsində müqaviləni imzaladıqdan sonra ona notariat ofisinin işçisinin kredit müqaviləsi imzaladığı barədə məlumat verdiyini, lakin müqavilədə göstərilən məbləğdən, onun notariat ofisində depozitə qoyulmasından, habelə götürülməsindən xəbərinin və iştirakının olmadığını göstərir. Halbuki, Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PB-nə yazılmış xx.xx.2023-cü il tarixli izahatında (i.v. səhifə 21) fərqli mövqedən çıxış edərək, Eyvaz, Taleh və Ramin adlı şəxslərin onu iş yerinə gələrək, 23 saylı Notariat ofisinə apardıqlarını və notariusun qarşısında hədə qorxu gələrək, kredit müqaviləsinə imza etməyi ondan tələb etdiklərini, Ramil adlı şəxsin ona kredit müqaviləsi təqdim edərək və 50.000 manat pulu depozitə qoyaraq, ona həmin müqaviləyə məcburi qaydada imza etdirdiklərini göstərmişdir. Birinci instansiya məhkəməsi də onun 3 fərqli izahat verdiyini vurğulamışdır. İddiaçı bu halı apellyasiya şikayətində inkar etməmiş, lakin bu ifadələrin hər birində borca pul götürmədiyini vurğulamışdır. Kredit müqaviləsi ilə yanaşı, müqavilədə göstərilmiş pulun qəbul edilməsi barədə müvafiq sənədi də imzaladığını etiraf etmiş, lakin həmin pulun notariusun depozit hesabından götürmədiyini bildirsə də, bu halı sübuta yetirə bilməmişdir.
32. Digər tərəfdən kredit müqaviləsinin imzalanmasından bir neçə ay sonra bu müqavilənin Eyvaz Atayev və Taleh Süleymanovun hədələri altında imzalanmasına məcbur olması ilə bağlı hüquq mühafizə, o cümlədən Dövlət Vergi Xidmətinə şikayət ərizələri ilə müraciət etmişdir. Hədə qorxunun baş verdiyi xx.xx.2022-ci il tarixdə onun eyni qaydada, həmin qurumlara müraciət etməsi üçün də hər hansı maneənin olduğu müəyyən edilmir. Lakin buna baxmayaraq, İddiaçı həmin vaxt şikayətlər etməmiş və müqaviləni, habelə pulun götürülməsini təsdiq edən sənədi imzalamışdır. Hazırki iddianı da yalnız müqavilə bağlandığı tarixdən bir il sonra qaldırmış və bunu kəsici müddətin ötürülməməsi səbəbindən etdiyini göstərmişdir. Belə çıxır ki, kəsici müddətlər olmadığı təqdirdə, iddianın xx.xx.2023-cü il tarixdə qaldırılması planlaşdırılmırdı. İcarə haqqı qane etmədiyi bir halda, icarə müqaviləsinin bağlanması da anlaşılmazdır. Hər bir halda, X15 ticarəti ilə məşğul olduğu gülləri başqa bir sahəni icarəyə götürməklə oraya daşıya bilərdi.
33. Nəzərə alınmalıdır ki, İddiaçı hüquq mühafizə orqanlarına yazdığı şikayətlərdə hədələrinə məruz qaldığı həmin şəxslərin onun başqa-başqa şəxslərə olan borclarını öz vəsaitləri hesabına real olaraq bağladıqlarını da söyləyir.
34. Bununla belə, qeyd edilən əqd mülki qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində və onlara uyğun şəkildə bağlanmışdır. Bu da öz növbəsində həmin əqdin nəinki İddiaçı irəli sürdüyü, ümumiyyətlə hər hansı digər əsasla da etibarsız hesab edilməsini hüquqi baxımdan istisna edir. Bu səbəbdən ilk iddianın təmin edilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır.
35. Məhkəmə kollegiyası yuxarıda göstərilən hüquqi mövqeyini əsas götürüb, qarşılıqlı iddia ilə bağlı qeyd edir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin münasibətlər çərçivəsində İddiaçı Cavabdeh tərəfindən 12 ay müddətinə qaytarmaq şərti ilə 50.000 manat məbləğində kredit verilmişdir. İddiaçı həmin məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətdə qaytarılması barədə üzərinə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməmiş, X10 olan borcunu müqavilədə nəzərdə tutulan müddətdə və qaydada ödəməmiş, nəticədə ona borcu yaranmışdır. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq həmin münasibətlər çərçivəsində İddiaçı hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirmişdir. Bu baxımdan İddiaçı onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdığı kimi Cavabdeh ödəməlidir.
36. Eyni zamanda, tərəflər öz aralarında borc məbləğinin xx.xx.2023-cü il tarixdə qaytarılmasını razılaşdırsalar da, İddiaçı borcun ödənilməsini gecikdirmişdir. Bununla da Cavabdeh Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faiz tələb etmək hüququ yaranmışdır. Lakin sonuncunun daha böyük məbləğ tələb etməsinə əsas yaradan hər hansı hal barədə sübut təqdim etməməsi, İddiaçı gecikdirilmiş vaxt üçün yalnız illik beş faiz ödəmək öhdəliyini yaratmış olur.
37. Məhkəmə kollegiyası borc məbləğinin 50.000 manat təşkil etdiyini, bu məbləğin xx.xx.2023-cü il tarixdə ödənilməli olduğunu, ödənilməməsi səbəbindən İddiaçı gecikdirilmiş vaxt üçün illik beş faiz ödəmək öhdəliyinin yarandığını və qarşılıqlı iddianın xx.xx.2023-cü il tarixdə qaldırıldığını nəzərə alıb, belə qənaətə gəlir ki, yaranmış borc məbləğinə illik 5 faiz xx.xx.2023-cü - xx.xx.2023-cü il tarixləri əhatə edən 1 aylıq müddət üzrə hesablanmalıdır.
38. Həmin dövr üçün də ödənilməli olan faiz məbləği (50.000 x 5% / 100 % = 2.500 – 1 il üzrə, 2.500 / 12 ay = 209 – 1 ay üzrə) 209 manat təşkil edir. Lakin birinci instansiya məhkəməsi həmin hissədə məbləği qarşılıqlı iddia tələbi həddində (daha az) tutmuşdur ki, həmin hissədə qətnamənin dəyişdirilməsinə və ləğv edilməsinə heç bir əsas yoxdur. Bununla belə, apellyasiya şikayətinin dəlilləri bu hissədə də əsassızdır.
39. Məhkəmə kolegiyası qarşılıqlı iddia tələbinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun tutulmasına münasibətdə qeyd edir ki, qarşılıqlı iddia tələbi tam təmin edildiyindən qarşılıqlı iddia tələbi dövlət rüsumunun İddiaçı tutulması hissəsində də əsaslıdır və təmin edilməlidir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-201/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilməlidir.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 402-ci, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(007)-201/2024 nömrəli qətnaməsi ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu ilk iddia ürə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.