Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-3371/2023 22.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 ASC-yə və "xxxx" MMC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “hərrac nəticələri protokolunun etibarsızlığı” hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Sadıxov Çingiz Elbrus oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 və Cavabdeh1 ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh1 ASC-yə və "xxxx" MMC-yə qarşı “hərrac nəticələri protokolunun etibarsızlığı” tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-495/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh1 ASC-yə və "xxxx" MMC-yə qarşı ünvan 3-da yerləşən 2 nömrəli mənzilə dair “ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” xx.xx.2021-ci il tarixli 531/21 nömrəli Protokolunun etibarsız hesab edilərək xx.xx.2021-ci il tarixli **********23-05101- 093038 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ın ləğv edilməsinə dair iddiasının Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-495/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təmin edilməməsi qət edilmişdir.
2. Qətnamədə Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun 41.2, 41.3, 42.1, 42.3, 42.4, 42.6, 42.8, 43.1, 43.2, 43.3, 43.4, 43.5, 43.6, 43.7, 43.7-1, 43.8; Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun 53.2, 62.2; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1, 414.2, 415, 416; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 217.2, 218.3-cü maddələrinə; “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına istinadən qeyd edilmişdir ki, hərracla bağlı proseslər 2021-ci il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan məlum olur ki, İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış, 13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilinin açıq hərrac vasitəsilə satışının təşkil edilməsi üçün icra sənədi müvafiq sənədlərlə birlikdə "xxxx" MMC-yə göndərilmişdir. Yuxarıda sözügedən hərrac sifarişi "xxxx" MMC-yə daxil olduqdan sonra həmin hərrac sifarişinə əsasən satılmalı olan əmlaka dair ilkin hərracın keçirilməsi 03 noyabr 2021-ci il tarixə saat 11:00-a təyin edilmiş və hərracın qeyd olunan tarixə təyin edilməsi barədə elan xx.xx.2021-ci il tarixdə “Market reklam və elanlar” qəzetində yerləşdirilmiş "xxxx" MMC-nin elanında qeyd edilmişdir. Belə ki, Abşeron Rayon İcra və probasiya Şöbəsi, borclu İddiaçı və tələbkar "xxxx" ASC-yə ünvanlanmış "xxxx" MMC-nin 08 oktyabr 2021-ci il tarixli Hərrac bildirişindən görünür ki, sifariş olunan əmlaka dair 03 noyabr 2021-ci il tarixdə saat 11:00-da açıq hərracın keçirilməsi barədə məlumat hərracın sifarişçisinə, eləcə də icra sənədi üzrə tələbkara və borcluya poçt vasitəsi ilə göndərilmişdir. Daha sonra Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 1760/14E saylı, xx.xx.2021-ci il tarixli sifarişi üzrə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil satış qiyməti 49300 manat olmaqla təkrar hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq 22 noyabr 2021-ci il tarixdə saat 11:00-da ünvan 4 ünvanında açıq hərrac keçirilmişdir. Təkrar hərracın keçirilməsi ilə bağlı eyni qaydada hərracın sifarişçisinə, eləcə də icra sənədi üzrə tələbkara və borcluya 05 noyabr 2021-ci il tarixli hərrac bildirişi poçt vasitəsi ilə göndərilmişdir. Təkrar hərracın keçirilməsi 22 noyabr 2021-ci il tarixə saat 11:00-a təyin edilmiş və təkrar hərracın qeyd olunan tarixə təyin edilməsi barədə elan xx.xx.2021-ci il tarixdə “Market reklam və elanlar” qəzetində yerləşdirilmiş "xxxx" MMC-nin elanında qeyd edilmişdir. Belə ki, 29 noyabr 2021-ci il tarixli, 531/21 nömrəli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola əsasən müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 3, 2 nömrəli mənzil keçirilən iki hərrac baş tutmadığına görə təkrar hərracda 36975 manat olmaqla ipoteka saxlayan Cavabdeh1 ASC-yə satılmışdır. Qanunvericiliyin tələbləri nəzərə alınmaqla Cavabdeh1 ASC ilə "xxxx" MMC arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan Cavabdeh1 ASC əmlakı 36975 manata almışdır. Sözügedən hərrac sifarişi üzrə keçirilən hərrac qanuni və əsaslıdır. Odur ki, həmin hərracın nəticələrinə dair tərtib və təsdiq olunmuş protokolun etibarsız sayılmasına və onun əsasında mübahisəli əmlaka dair Cavabdeh1 ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsinə hər hansı hüquqi əsas yoxdur. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və hərracların keçirilməsi ilə bağlı elanlar “Market reklam və elanlar” qəzetində dərc olunmuş və sifariş olunan əmlaka dair hərracların keçirilməsinə dair bildirişlər hərracın sifarişçisinə, icra sənədi üzrə tərəflərə poçt vasitəsilə göndərilmişdir. Nəticədə hərraca çıxarılmış mənzil qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh1 ASC-yə satılmışdır. Hərraca çıxarılmış əmlak “İpoteka haqqında”, “İcra haqqında” Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 5 ünvanında yerləşən 2 saylı mənzilə dair keçirdiyi hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” protokolun etibarsız hesab edilməsinə və həmin mənzilə dair çıxarışın ləğv edilməsinə məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Həmçinin iddiaçı tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Abşeron Rayon İcra və Probasiya Şöbəsinin "xxxx" MMC-yə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan məlum olur ki, İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış, 13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilinin açıq hərrac vasitəsilə satışının təşkil edilməsi üçün icra sənədi müvafiq sənədlərlə birlikdə "xxxx" MMC-yə göndərilmişdir; - Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddia qismən təmin edilərək, cavabdeh İddiaçıhdan Cavabdeh1 ASC-nin xeyrinə 09 iyun 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 10194,84 ABŞ dolları əsas, 17586,41 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1579,80 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 29561,05 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının ödənilməsi, iddia üzrə tələbin ipoteka predmeti olan İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış, 13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması və ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiymətinin 58000 manat məbləğində müəyyən edilməsi, İddiaçı mülkiyyətindəki Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra İddiaçı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən, 2 otaqlı, 40 kv.m ümumi, 27 kv.m yaşayış,13 kv.m yardımçı sahədən ibarət 40 saylı evin 2 saylı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və İddiaçı həmin fərdi yaşayış evindən çıxarılması, həmin əmlakın boşaldılaraq Banka təhvil verilməsi qət edilmişdir; ; - İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli Qərara əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır; - Tələbin könüllü icrası haqqında xx.xx.2021-ci il tarixli bildirişdən məlum olur ki, Qarayev X5 Rayon Məhkəməsinin 2(012)-2448/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədində göstərilən tələbin könüllü icrası barədə məlumatlandırılmışdır; - Zərflərdən məlum olur ki, "xxxx" MMC-nin 08 oktyabr 2021-ci il və 05 noyabr 2021-ci il tarixli Hərrac bildirişləri eyni zamanda ünvan 5 ünvanında yerləşən 2 saylı mənzilə də göndərilmiş lakin İddiaçı qeyd edilən ünvanda yaşamadığından çatdırılması mümkün olmamışdır; - Abşeron Rayon İcra və Probasiya Şöbəsi, borclu İddiaçı və tələbkar "xxxx" ASC-yə ünvanlanmış "xxxx" MMC-nin 08 oktyabr 2021-ci il tarixli Hərrac bildirişində qeyd edilmişdir ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 1760/14E saylı, xx.xx.2021-ci il tarixli sifarişi üzrə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil ilkin satış qiyməti 58000 manat olmaqla açıq hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq 03 noyabr 2021-ci il tarixdə saat 11:00-da ünvan 4 ünvanında açıq hərrac keçiriləcəkdir; - Abşeron Rayon İcra və Probasiya Şöbəsi, borclu İddiaçı və tələbkar "xxxx" ASC-yə ünvanlanmış "xxxx" MMC-nin 05 noyabr 2021-ci il tarixli Hərrac bildirişində qeyd edilmişdir ki, Abşeron Rayon İcra və Probasiya Şöbəsinin 1760/14E saylı, xx.xx.2021-ci il tarixli sifarişi üzrə İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil satış qiyməti 49300 manat olmaqla təkrar hərraca çıxarılmışdır. Bununla əlaqədar olaraq 22 noyabr 2021-ci il tarixdə saat 11:00-da ünvan 4 ünvanında açıq hərrac keçiriləcəkdir; - Xəbərnamələrdən məlum olur ki, İddiaçı ünvanlanmış "xxxx" MMC-nin 08 oktyabr 2021-ci il və 05 noyabr 2021-ci il tarixli Hərrac bildirişləri ünvan 10 ünvanına göndərilmiş və müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə ünvana çatdırılmışdır; - xx.xx.2021-ci il tarixdə “Market reklam və elanlar” qəzetində yerləşdirilmiş "xxxx" MMC-nin elanında qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil ilə bağlı ilkin satış qiyməti 58000 manat olmaqla 03 noyabr 2021-ci il tarixdə saat 11:00-da açıq hərrac keçiriləcəkdir; - xx.xx.2021-ci il tarixdə “Market reklam və elanlar” qəzetində yerləşdirilmış "xxxx" MMC-nin elanında qeyd edilmişdir ki, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil ilə bağlı 03 noyabr 2021-ci il tarixində keçirilən hərrac baş tutmamışdır. Təkrar hərracdakı satış qiyməti 49300 manat olmaqla 22 noyabr 2022-ci il tarixində saat 11:00-da təkrar hərrac keçiriləcəkdir; - "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış 29 noyabr 2021-ci il tarixli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil keçirilən iki hərrac baş tutmadığına görə “İpoteka Haqqında” AR qanunun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan "xxxx" ASC əmlakı 36975 manata almışdır; - Daşınmaz Əmlaka dair Çıxarışdan məlum olur ki, ünvan 3 ünvanında yerləşən 2 saylı mənzil xx.xx.2021-ci il tarixdə ********** nömrə ilə Cavabdeh1 ASC-nin xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır; - 29 noyabr 2021-ci il tarixli, 531/21 nömrəli ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokola əsasən müəyyən olunur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2448/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti, №40, 2 mömrəli mənzil keçirilən iki hərrac baş tutmadığına görə təkrar hərracda 36975 manat olmaqla ipoteka saxlayan Cavabdeh1 ASC-yə satılmışdır (iş səh. 23, 24, 26, 27, 30-35, 39- 45, 46, 57). Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 01 mart 2023-cü il tarixli 2(004)-495/2023 saylı qətnaməsini ləğv edərək, iddia tələblərini işdə olan və əlavə sübutlarla tam və hərtərəfli araşdıraraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 41.1, 42.1, 43.3. 43.8, 44; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416; Mülki Prosessual Məcəlləsinin 76, 88, 97, 218.1, 372.6, 372.7, 387, 387.3, 385-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh hüquqi şəxslər öz maraqları naminə bu normaları pozmuş və bu yolla iddiaçı öz mülkiyyətindən məhrum edilmişdir. Keçirilən hərraclar barəsində iddiaçı lazımınca məlumatlandırılmış olsaydı, öz üstünlük hüququndan da istifadə edər və mülkiyyət hüquqlarının pozulmasının qarşısını ala bilərdi. Məhz bu kobud pozuntular səbəbindən məhkəmə iddia ərizəsində qeyd edilən halları əlavə sübutlarla ətraflı araşdıraraq protokolun etibarsız sayılmasına dair qətnamə çıxarmalıdır. Hakim işdə olan sübutları araşdırarkən ortaya çıxan sualları aydınlaşdırmalı, zərurət olduqda isə xüsusi biliyə malik olan şəxsləri ekspert qismində işə cəlb etməlidir. Təəssüflər olsun ki, hakim işdə olan xəbərnamə tərəfindən mübahisələndirildiyi halda buna reaksiya verməmiş, verdiyi vəsatəti isə rədd etmişdir. Maraqlıdır ki, hakim vəsatəti rədd edərkən yenə də prosessual məcəllənin tələblərini pozmuş və heç bir qərardad çıxarmamışdır. Bu da göstərir ki, hakim MPM-in 386-cı maddəsinin tələblərini də ciddi şəkildə pozmuşdur. Məhkəmə araşdırması əsasən, tərəflərin izahatları və verilən sübutlar əsasında həyata keçirilir. Lakin, maraqlıdır ki, məhkəmə qətnaməsində bu sübutlar sadəcə sadalanmaqla kifayətlənilir və bu sübutların araşdırılması və nə səbəbdən məhz iddianın təmin edilməməsinə dair qətnamə çıxarılması aydınlaşdırılmır. Əgər belə araşdırma getmiş olsaydı, cavabdehin məhkəməyə təqdim etdiyi sübutlarla onun müraciəti əsasında verilən sənədlər arasındakı fərqlər və əlavə sənədlər aydınlaşmış olardı. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
5. Məhkəmə kollegiyasının iclasında iştirak edən idiaçı İddiaçı nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, “Qarayev” soyadlı şəxs tərəfindən imzalanmış xəbərnamənin Cavabdeh1 ASC-nin təqdim etdiyi sübutlar arasında olduğunu, xəbərnaməni almış həmin şəxsin kimliyini aydınlaşdırmağın mümkün olmadığını, xx.xx.2021-ci il tarixli xəbərnamənin təsdiq edilmədiyini, icra vərəqəsinin verilməsinə əsas olmuş Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-2448/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddət bərpa barədə ərizə verdiklərini bildirmiş, şikayətin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, hərracın qanunvericliyin tələblərinə uyğun keçirildiyini, iddiaçının rəsmi qeydiyyat ünvanına qanunvericiliklə nəzərdə tutulmuş qaydada bildirişin göndərildiyini və elanın verildiyini bildirmiş, şikayətin təmin edilməməsini xahiş etmişdir.
7. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən digər cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
9. İddiaçının apellyasiya şikayətinin dəlilləri ziddiyyət təşkil edərək şikayətin (iddianın) təmin edilməsini maddi və prosessual hüquq normaları baxımından da istisna edir. Belə ki, suallardan ibarət olan və iddianın əsasını təşkil edən mötəbər sübutlara istinad edilməyən şikayətdə bir tərəfdən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcun mövcudluğu, qanunvericiliklə nəzərdə tutulmuş məlumatlandırmanın həyata keçirilməsi və bütün bunlardan iddiaçının məlumatsız olması istisna olunaraq onun hərəkətsizliyi iddianı hüquqlardan suiistifadəyə şərait yaradan hal kimi qiymətləndirməyə əsas verir.
10. İpoteka haqqında” Qanunun aşağıdakı maddələri nəzərə alınmalıdır: 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
11. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319, 414-416-cı maddələrinin tələblərinə əsasən: Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka ilə təmin edilən tələb icra edilmədikdə, ipoteka saxlayan və borclu ipoteka tələbi təmin edilən anda satışın açıq hərracdan fərqli olan başqa formaları barədə razılığa gələ bilərlər. Razılıqda həmçinin nəzərdə tutula bilər ki, ipoteka predmeti borclunun borclarının tam hesablanması şərtilə bazar qiymətinə satılsın və (və ya) satış zamanı ipoteka predmeti olmuş mənzili (yaşayış sahəsini) əldə edən şəxs qarşısında gələcəkdə borcluya və onun ailə üzvlərinə həmin mənzilin (yaşayış sahəsinin) kirayəçisi olmaq hüququ verən şərt qoyulsun. İpoteka ilə yüklü edilmiş obyektin alıcısı satınalma qiymətini ödəməyə borcludur. İpoteka ilə yüklü edilmiş obyektin tutmaya yönəldilməsi xərcləri satınalma qiymətindən tutulur. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Hərrac “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş hallarda baş tutmamış elan edildikdə, təkrar hərrac keçirilir. Təkrar hərrac birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, təkrar hərracın birinci hərracın iştirakçısı olmadığı səbəbindən keçirildiyi halda isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.
12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, 106, 218-ci maddələrinin tələblərinə əsasən: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər.
13. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını İpoteka haqqında Qanunun 41.3, 42.1; “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 61, 62; Mülki Məcəllənin 139, 139-1, 144, 146, 149, 414-416; Mülki Prosessual Məcəllənin 14.2, 15, 76.1, 77.1, 80-82, 119, 217.4, 385-390cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara əsasən apellyasiya şikayəti üzrə mübahisələndirilən hissəyə münasibətdə araşdıran məhkəmə kollegiyası diqqətə çatdırır ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin hazırkı mübahisəli münasibətlərinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilən birinci instansiya məhkəməsinin araşdırma predmeti olan hallara dair dəlil əks edilməmiş və münasibətləri tənzimləyən mülki qanunvericiliyin tələblərinə müvafiq təkzibedici sübutlar araşdırmaya təqdim edilməmişdir. Məhkəmə qərarlarının icrası məcburiliyi və sui-istifadənin yolverilməzliyi üzrə qanunvericiliyin göstərişləri iddiaçının ilk növbədə hərrac üzrə öz ehtimal edilən hüquqlarına müvafiq cavabdehlərdən kim tərəfindən vəzifələrinin vicdanla yerinə yetirilməməsini və bununla da onun hansı hüquqlarının pozulmasını sübut etməsi zəruridir.
14. Beləliklə, iddiaçı tərəf, ümumiyyətlə, öz ehtimal etdiyi hansı hüquqlarının müdafiəsi üçün hər bir cavabdehə yönələn tələbin nədən ibarət olmasını və mahiyyəti üzrə hərracın keçirilməsində onlara münasibətdə qanunvericilik tələblərinə müvafiq pozuntunun baş verdiyini sübut etmədiyindən kollegiya hesab edir ki, apellyasiya şikayəti (iddia) əsassızdır və hüquqlardan sui-istifadəyə xidmət edir. Apellyasiya şikayəti əsassız olduğundan və təmin edilmədiyindən onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci onu ödəyənə aid edilməlidir.
15. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-495/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.