Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3373/2021 26.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Elmira Nağıyeva və Cahangir Yusifovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı “pulun tutulması barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, “xxxx” ASC-nin ərizəsi təmin edilsin, hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdehə məxsus olan, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev № 47-də yerləşən 45 №-li mənzilin üzərinə iddianı təmin etmə tədbiri kimi qoyulmuş həbs götürülsün. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin və “xxxx” ASC-nin ərizəsi rədd olunsun. Şikayət əsassızıdır. Belə ki, həmin mənzil cavabdehin kredit öhdəliyinin icrasının təminatı kimi “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh kredit öhdəliyini lazımi qaydada icra etmədiyinə görə başqa mülki iş üzrə qəbul olunmuş məhkəmə qətnaməsi ilə mənzilə tutma yönəldilmiş və “xxxx” ASC mənzili hərracda almışdır. Bundan sonra bank mənzil üzərində mülkiyyət hüququnun qeydə alınması üçün qeydiyyat orqanına müraciət etmiş, lakin hazırkı iş üzrə mənzilin üzərinə qoyulmuş həbs müvafiq qeydiyyatın aparılmasına mane olmuşdur. İşin bu halları birinci instansiya məhkəməsinin qərardadından düzgün müəyyən edilib və lazımi qaydada əsaslandırılıb. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 162-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq mənzilin üzərindən həbsi götürüb. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-3373/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3373/2021
26.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver