Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3378/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhərində Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7335/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC “Daşınar və Daşınmaz Əmlakların Satışı X5” MMC tərəfindən keçirilmiş hərracın etibarsız hesab edilməsi və Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 2c ünvanında istifadədə olan 3,37905 ha torpaq sahəsində yerləşən 4469,1 kv m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin hərrac vasitəsi ilə satışının yenidən təşkil olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, həmçinin iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək mülki iddiaya Xətai rayon Məhkəməsində baxıldığı müddətdə Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 2c ünvanında istifadədə olan 3,37905 ha torpaq sahəsində yerləşən 4469,1 kv m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin üzərinə həbs qoyulması və sözü gedən əmlakın istismarına qadağanın müvəqqqəti olaraq qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7335/2020 nömrəli xx xxxxxx 2020ci il tarixli qərardadı ilə, “İddiaçı ASC-nin Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 2c ünvanında istifadədə olan 3,37905 ha torpaq sahəsində yerləşən 4469,1 kv m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin üzərinə həbs qoyulması və sözü gedən əmlakın istismarına qadağanın müvəqqqəti olaraq qoyulmasına dair iddianı təmin etmə tədbiri barədə ərizəsi təmin edilmişdir. Cavabdeh2 həmin qərardaddan şikayət verərək onun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1524/2021 nömrəli xx xxxxxx 2021 il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 şikayətin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7335/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 157-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə görə isə, cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq növündə iddianı təmin etmək üçün tədbirlər görülə bilər. Qanunun göstərilən müddəaları baxımından iddianı təmin tədbiri, çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan və qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual tədbirdir. Öz təbiəti etibarilə iddianı təmin tədbirləri məhkəmə müdafiəsi hüququnun ayrılmaz ünsürü olan, qəbul edilən yekun məhkəmə aktının icrasının təmin edilməsinə xidmət edir. Belə ki, iddianın təmin olunması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi özlüyündə pozulmuş subyektiv hüququn bərpasının elanıdırsa, qətnamənin icrası həmin subyektiv hüququn real bərpası deməkdir. Buna görə də kollegiya hesab edir ki, işə mahiyyəti üzrə baxılıb qurtaranadək Cavabdeh2 məxsus Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 2c ünvanında istifadədə olan 3,37905 ha torpaq sahəsində yerləşən 4469,1 kv m. ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin üzərinə həbs qoyulması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh şikayətində Bakı şəhəri, Nəsimi rayonu, X3 küçəsi 2c ünvanında istifadədə olan 3,37905 ha torpaq sahəsinin və onun üzərində yerləşən 4469,1 kv m. ümumi sahədən ibarət əmlak kompleksinin ipoteka ilə yüklü edilərək hərraca çıxarılaraq artıq İddiaçı ASC-nin mülkiyyətinə keçirildiyi, belə olan halda artıq öz mülkiyyətində olan əmlak kompleksinin üzərinə həbs qoyulmasının başa düşülən olmadığını bildirsə də, bu hala dair sübut təqdim etməməklə onun hansı maraqlarına toxunduğunu ümumiyyətlə əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayətlər təmin edilməməli, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7335/2020 nömrəli xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7335/2020 nömrəli xx xxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-3378/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3378/2021
03.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver