Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-3378/2023 03.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(001)-7979/2021 saylı qərardadından Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 14.600 (on dörd min altı yüz) manat maddi zərərin, 200 manat hüquqi xidmət haqqının və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(001)-7979/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi və Cavabdeh 14.600 (on dörd min altı yüz) manat məbləğində pul vəsaiti, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun və 200 (iki yüz) manat məbləğində xidmət haqqının əvəzi İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh məhkəməyə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət və ona əlavə edilmiş apellyasiya şikayəti ilə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(001)-7979/2021 saylı qərardadı ilə Cavabdeh Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(001)-7979/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilməmişdir. Cavabdeh nümayəndəsinin məhkəmənin 05 aprel 2023-cü il tarixli qərardadından verdiyi şikayət məhkəmənin 14 aprel 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən apellyasiya şikayəti üçün buraxılmış müddətin üzrlü hesab olunaraq xx.xx.2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinin aidiyyatı üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə ərizələri təmin olunmayaraq sənədləri şikayət ilə birlikdə geri qaytarılmışdır. Həmin qərardaddan razı olmadıqlarından şikayət ilə müraciət edərək cavabdehin prosessual hüquqlarının müdafiəsi üçün məhkəməyə şikayət və ərizələr ilə müraciət etmişdir. İddiaçı tərəf mülki iş materiallarından da göründüyü kimi cavabdehə qarşı qərəzli mövqe nümayiş etdirərək, hətta cavabdehin qanuni yollarla prosessual hüquqlarından müdafiəsinə əngəllər yaratmaqdadır. Cavabdehin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə çağırılması və orada maddi imkanının olmaması ilə bağlı ərizəsinin alınması artıq iddiaçı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin işə baxan hakimin də cavabdehin qətnamədən xəbərdar olması anlamına və düşüncəsinə gələrək cavabdehin ərizəsini təmin etməməsi ilə bu qanunun tələblərini pozmuşdur. Belə ki, cavabdeh müddətin bərpası barədə ərizə ilə müraciət etməsə belə məhkəmə bərabərliyi təmin edərək cavabdehin qanunun ona yol verdiyi məhkəmə müdafiəsindən istifadə edib özünü müdafiə etməsinə imkan verməməklə ədalətsiz və birtərəfli mövqe sərgiləməklə bu normanın tələblərini birmənalı olaraq pozmuşdur. Cavabdehin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə çağırılması və orada maddi imkanının olmaması ilə bağlı ərizəsinin alınması artıq iddiaçı və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin işə baxan hakimin də cavabdehin qətnamədən xəbərdar olması anlamına və düşüncəsinə gələrək cavabdehin ərizəsini təmin etməməsi ilə bu qanunun tələblərini pozmuşdur. Belə ki, cavabdeh müddətin bərpası barədə ərizə ilə müraciət etməsə belə məhkəmə bərabərliyi təmin edərək cavabdehin qanunun ona yol verdiyi məhkəmə müdafiəsindən istifadə edib özünü müdafiə etməsinə imkan verməməklə ədalətsiz və birtərəfli mövqe sərgiləməklə normanın tələblərini birmənalı olaraq pozmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 05 aprel 2023-cü il tarixli qərardadı ilə Cavabdeh münasibətdə birtərəfli qaydada yanaşaraq iddiaçının və Bakı şəhəri Binəqədi rayon icra şöbəsinin işini yüngülləşdirən mövqedən çıxış edərək ədalətsiz və mülki iş materiallarına uyğun olmayan qərardad çıxarmışdır. Həmin qanunsuz və birtərəfli qərardad ləğv edilməli, qanunun cavabdehə verdiyi prosessual hüquqqlar bərpa edilərək cavabdehin şikayətinə mahiyyəti üzrə baxılmalıdır. Cavabdeh qanunun ona verdiyi prosessual hüquqlarından istifadə etmək üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2021-ci il tarixli 2(001)-7979/2021 saylı məhkəmə qətnaməsini rəsmi qaydada aldıqdan sonra apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmiş, daha sonra apellyasiya şikayəti təqdim etmişdir. Əslində cavabdeh müddətin bərpası barədə ərizə vermədən belə məhkəmə qətnamədən şikayət vermə müddətini bərpa edərək mülki iş materiallarını aidiyyatı üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-na baxılması üçün göndərməli idi. Cavabdehin müraciətinin rədd edilməsi iddiaçının maraqlarına xidmət etdiyindən birtərəflidir və qanunsuzdur. xx.xx.2021-ci il tarixli 2(001)-7979/2021 saylı mülki iş materialları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən düzgün araşdırılıb, obyektiv hüquqi qiymət verilmədən, xx.xx.2021-ci il tarixli məhkəmə iclasında cavabdehin iştirakı təmin edilmədən və çəkişmə prinsipinə əməl olunmadan, mülki mübahisənin həlli üçün hər hansı barışıq və həlli yolları təklif edilmədən məhkəmə səthi olaraq bu tələb üzrə araşdırmanı ədalətsiz olaraqbitirmişdir. Cavabdeh qanunun ona verdiyi yollar ilə apellyasiya şikayətinin üzrlü hesab olunaraq, bərpa edilməsinin rədd olunması barədə xx.xx.2023-cü il tarixli 2(001)-7979/2021 saylı qərardadının ləğv edilməsini və mülki işə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən araşdırılıb ədalətli nəticə verilməsini xahiş edirlər. xx.xx.2021-ci il tarixli 2(001)-7979/2021 saylı mülki işə baxılan zaman sübutlar yalnız iddiaçı tərəfindən təqdim edilmiş, xx.xx.2021-ci il tarixli məhkəmə iclasında cavabdehin iştirakı təmin edilmədən və çəkişmə prinsipinə əməl olunmadan, cavabdehin pul köçürmələri ilə bağlı təqdim etmək istədiyi sənədlərə görə ümumiyyətlə məhkəmə tərəfindən şərait yaradılmamış, mülki mübahisənin həlli üçün hər hansı barışıq və həlli yolları təklif edilmədən məhkəmə səthi olaraq bu tələb üzrə araşdırmanı birtərəfli, ədalətsiz və qanunsuz olaraq bitirmişdir. xx.xx.2021-ci il tarixli 2(001)-7979/2021 saylı mülki iş materialları Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən düzgün araşrılıb, obyektiv hüquqi qiymət verilmədən, xx.xx.2021-ci il tarixli məhkəmə iclasında cavabdehin iştirakı təmin edilmədən və çəkişmə prinsipinə əməl olunmadan, mülki mübahisənin həlli üçün hər hansı barışıq və həlli yolları təklif edilmədən məhkəmə səthi olaraq bu tələb üzrə araşdırmanı birtərəfli, qanunsuz və ədalətsiz olaraq yekunlaşdırmışdır. 05 aprel 2023-cü il tarixli qərardadda məhkəmə cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəmə qətnaməsinin rəsmi qaydada alınması üçün müraciət etdiyini və yalnız bundan sonra apellyasiya şikayəti verildiyi göstərilmişdir. Bundan əlavə 05 aprel 2023-cü il tarixli qərardadda Cavabdeh Bakı şəhəri Binəqədi icra şöbəsinə çağırıldığı və burada maddi imkansızlığı barədə ərizə verdiyi vəziyyətini iddiaçıya və Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə bildirirsə ən azından cavabdeh Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin dəftərxanasına yaxınlaşıb qətnamədən şikayət vermək istəməsini bildirsə idi, bu zaman şikayət vermək üçün dövlət rüsumu, verəcəyi müraciətin elektron imza olmadan götürülməyəcəyi, apellyasiya şikayətinin elektron qaydada verilməsi kimi maneələri ilə üzləşəcəkdi. Məhkəmə qərardadında müddətin üzrlü hesab olunub bərpa olunmasından çox şablon ifadələrdən istifadə etməklə məhkəmə cavabdehin ərizəsinin təmin edilməməsinə böyük önəm vermişdir. Hazırda Cavabdeh nümayəndəsi və vəkili olaraq onun ilə müqavilə bağladıqdan sonra etdikləri şikayət vermə müddətinin bərpası və apellyasiya şikayəti məhkəmənin əleyhərinə olan qərardadı ilə əsassız olaraq təmin edilməmişdir. Cavabdehin qanunun ona verdiyi prosessual hüquqlarından istifadə edərək məhkəmədə özünü müdafiə etməsi iddiaçı və məhkəmə tərəfindən təzyiqlər ilə qarşılanmışdır. Bu səbəbdən də cavabdeh qanunun ona verdiyi yollar ilə apellyasiya şikayətinin üzrlü hesab olunaraq bərpa edilməsinin rədd olunması barədə xx.xx.2023-cü il tarixli 2(001)- 7979/2021 saylı qərardadın ləğv olunaraq mülki işə Bakı Apellyasiya Məhkəməsi tərəfindən araşdırılıb ədalətli nəticə verilməlidir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(001)-7979/2021 saylı qətnaməsi poçt vasitəsilə cavabdehə göndərilmiş və qətnamə cavabdehin həmin ünvanda yaşamaması səbəbi ilə ona çatdırılması mümkün olmadığından məhkəməyə geri qaytarılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin ona rəsmi qaydada verilməsini xahiş etmiş və qətnamə xx.xx.2023-cü il tarixdə cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 təqdim etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərardan və tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(001)-7979/2021 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata başlanılmış və qərarla bildiriş xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən rəsmi qaydada qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə xx.xx.2022-ci il tarixdə vermiş olduğu izahatından görünür ki, o, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli 2(001)-7979/2021 saylı icra sənədi üzrə maddi imkanı olmadığından ödəniş edə bilmir, hazırda işləri yoluna düşüb, ən qısa müddətdə borcunu ödəyəcək. İş materiallarının tədqiqi ilə müəyyən edilir ki, cavabdeh qətnamənin mövcudluğundan xx.xx.2022-ci il tarixdə həmin qətnamə əsasında verilmiş icra sənədinin icrası ilə əlaqədar İcra Şöbəsində olan zaman məlumatlı olmuş və həmin müddətdən 5 ay keçdikdən sonra məhkəməyə qətnamənin alınması üçün müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, buraxılmış prosessual müddətin üzrlü sayılması o halda mümkün ola bilər ki, şikayətin vaxtında verilməməsi tərəfin iradəsindən və hərəkət imkanından asılı olmasın, eyni zamanda tərəf şikayət vermək imkanının olmamasını sübut etmiş olsun. Əks halda, prosessual müddətin müvafiq əsas olmadan bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburililik, preyudisiallıq, müstəsnalılıq və təkzibedilməzlik əhəmiyyətini azaldar. Qanunla müəyyən edilən müddət ərzində qətnamənin icra olunmaması işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdeh uzun müddət qətnamənin mövcudluğundan xəbərdar olmasına baxmayaraq qanunla müəyyən edilmiş müddəti ötürməklə apellyasiya şikayəti verdiyindən və müddətin ötürülməsini üzürlü qılacaq heç bir sübut təqdim etmədiyindən məhkəmə düzgün olaraq apellyasiya şikayətini geri qaytarmışdır. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. “K.N.Qəribovanın şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası KonstitusiyaMəhkəməsinin 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, qanunlanəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesabedilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsiniradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın,müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın.Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitəməhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarlarınsərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, beləməsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktıqanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müddətin bərpası barədə ərizə təmin olunmamaqla məhkəmə düzgün nəticəyə gəlmiş, mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur. Ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2(001)- 7979/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-3378/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-3378/2023
03.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver